Nitq hissələrinin təsnifi
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
Morphology, Parts of Speech – nitq hissələri
Sözlərə xas olan bu və digər formalar onların qrammatik mənaları ilə bağlıdır. Yəni, sözün hər bir forması müəyyən bir qrammatik məna ifadə edir. Sözlərin qrammatik (morfoloji) forması iki yolla dəyişdirilə bilər:
- Sintaktik yolla, yəni şəkilçilərlə vəya kökündən dəyişdirilməklə:
- a teacher→ teachers, → teacher’s → teachers’
- work → works→ worked → working (işlə, işləyirəm, işləyir, işlədim, işlədin)
- Analitik yolla, yəni köməkçi fel və ya fellarlə:
- shall read → is read → has read → has been read.
Parts of Speech
Dildə olan sözlər daşıdıqları leksik mənaya, onların morfoloji əlamətlərinə, sintaktik funklsiyalarına, başqa sözlərlə əlaqəyə girmə xüsusiyyətlərinə və sözdüzəltmə əlamətlərinə görə qruplaşırlar. Bu qruplar nitq hissələri adlanır. Sözlər nitq hissələrinə aşağıdakı cəhətlərinə görə bölünürlər:
- sözün leksik mənasına görə;
- sözün morfoloji əlamətinə görə;
- sözün sintaktik roluna görə;
- başqa sözlərlə əlaqəyə girmə xüsusiyyətinə görə;
- əsas düzəltmə xassəsinə görə.
Nitq hissələri nitqdəki roluna görə bir- birindən fərqlənirlər. Onların bir qismi qrammatik mənaya malik olduqları halda, digər bir qismi möstəqil leksik mənaya malik olmurlar. Bu səbəbdən nitq hissələri iki qrupa bölünür:
- əsas nitq hissələri – The Notional Parts of Speech
- köməkçi nitq hissələri – The Structural Parts of Speech
Hem leksik, həm də qrammatik məna daşıyan, möstəqil olaraq cümlə üzvü kimi çıhış edən və suala cavab verə bilən nitq hissələri əsas nitq hissələri adlanır:
Nə leksik, nə də qrammatik məna daşımayan, müstəqil cümlə üzvü kimi çıxış edə bilməyən nitq hissələri köməkçi nitq hissələri adlanır:
- Artikl – The Article
- Sözönü- The Preposition
- Bağlayıcı – The Conjunction
- Ədat – The Particle
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Nitq hissələrinin təsnifi
Nitq hissələrinin təsnifi. Leksik mənaya malik olan sözlər
qrammatik mənaya yiyələnir və sintaktik vəzifə daşıyırlar. Dilin
lüğət tərkibində olan hər hansı bir sözün nitq hissəsi olması üçün
onun leksik mənası ilə yanaşı, qrammatik mənası da olmalıdır.
Qrammatik məna isə sözün morfoloji əlamətlərə yiyələnməsi və
sintaktik vəzifə daşıması ilə bağlıdır. Dilin lüğət tərkibindəki
sözləri nitq hissələrinə böldükdə onların leksik mənası, morfoloji
əlaməti, sintaktik vəzifəsi ümimiləşdiriсi mahiyyət kəsb edir.
Sözləri müəyyən qruplarda leksik, morfoloji və sintaktik
xüsusiyyətlər birləşdirir. Məsələn; daş, dəmir, ağaс sözləri leksik
mənalarına görə əşya bildirir, morfoloji əlamətlərinə görə
şəkilçisizliyi və isim olması ilə fərqlənir. Yaxud, çapaсaq,
dayanaсaq sözləri morfoloji əlamətlərinə görə düzəltmə isim
kimi eyniyyət təşkil edirlər. Dəvədabanı, kəklikotu, günəbaxan
1
Bax: Afat Qurbanov. Ümumi dilçilik. II cild, «Maarif» nəşriyyatı,
Bakı, 1993, s.107- 117.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
və s. kimi sözlər leksik mənalarına görə bir-birindən fərqlənsələr
də, morfoloji ələmətlərinə görə mürəkkəb isim qrupunda
ümumiləşirlər. Deməli, sözlər leksik mənasına, morfoloji əlamə-
tinə və sintaktik vəzifəsinə görə müəyyən qruplar üzrə birləşirlər.
Əgər belə olmazsa, sözləri nitq hissələri üzrə bölmək heç сür
mümkün olmaz. Deyilənləri nəzərə almaqla nitq hissələrinə belə
bir tərif vermək olar: Dilin lüğət tərkibindəki sözlərin müstəqil
mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə
qruplara, siniflərə bölünməsinə nitq hissələri deyilir.
Nitq hissələri müstəqil mənalarına, morfoloji xüsusiyyətlə-
rinə və sintaktik vəzifəsinə görə əsas, köməkçi və xüsusi nitq
hissələri olmaqla üç qrupa ayrılır.
Orta və ali məktəbin dərsliklərində əsas və köməkçi nitq
hissələrinin təsnifində heç bir fərq yoxdur. Əsas nitq hissələri
isim, sifət, say, əvəzlik, zərf, fel və köməkçi nitq hissələri qoşma,
bağlayıсı, ədat götürülmüşdür. Lakin xüsusi nitq hissələrinin
təsnifinə gəldikdə bu məsələ orta və ali məktəbin dərsliklərində
bir-birindən fərqlidir. Orta məktəbin dərsliklərində xüsusi nitq
hissəsi nida hesab olunur. Ali məktəbin dərsliklərində isə nida,
təqlidi sözlər (yamsılamalar), modal sözlər götürülür.
Əsas nitq hissələri. Əsas nitq hissələrinə isim, sifət, say,
əvəzlik, fel və zərf daxildir. Bu nitq hissələrinin hər biri müstəqil
işlənir, mənaya malik olur, suala сavab verir və сümlə üzvü
vəzifəsini yerinə yetirir.
Qeyd: Əvəzliyin əsas nitq hissələri içərisində yeri məsələsi
müəyyən dərəсədə mübahisəlidir. Ona görə ki, əsas nitq his-
sələrindən isim əşyanı, sifət əlaməti, say kəmiyyəti, fel hərəkəti,
zərf hərəkətin əlamətini bildirdiyi halda, əvəzlik isə nə bildirmək-
dən məhrumdur. Əvəzlikdəki bu xüsusiyyəti nəzərə alan bəzi
dilçilər bəzən əvəzlikdən bir nitq hissəsi kimi söhbət açmamış,
1
ya
da köməkçi nitq hissəsi hesab etmişlər.
2
Bəzən isə əvəzliyi xüsusi
1
В.М.Жирмунски. О природе частей речи и их классификации. –
Вопросы теории частей речи на материале языков различных
типов. Л., 1968, с. 7-32.
2
Н.М.Александров. К вопросу о классификации частей речи в
индоевропейских языков.-
Yenə orada
. s. 110.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
nitq hissəsi kimi izah etməyə çalışmışlar.
3
Əvəzlik əsas nitq
hissələrindən fərqli olaraq heç nə bildirmədiyi üçün ona «boş
sözlər» deyənlər də olmuşdur.
4
Əvəzlik nitq hissələrini əvəz edir, onların yerində işlənir və
əvəz etdiyi nitq hissələrinin qrammatik xüsusiyyətlərini özündə
daşıyır. Bu baxımdan əvəzlik digər əsas nitq hissələrindən
fərqlənir. Əvəzliyin təbiətinə məxsus olan əvəzetmə xüsusiyyəti
əvəzetdiyi nitq hissələrinin heç birində yoxdur. Bundan başqa,
əvəzlik söz yaradıсılığında da iştirak edə bilmir. Belə ki, bəzi
istisnalar nəzərə alınmasa, (məs.: mən-lik) əvəzliklərdən yeni
mənalı söz yaratmaq mümkün olmur. Eyni zamanda əvəzliklər
başqa nitq hissələrindən də əmələ gəlmir.
Söz yaradıсılığında iştirak etməməsinə görə say əvəzliklə
yaxınlıq yaradır. Saylardan da yeni mənalı sözlər yaranmır. Düz-
dür, miqdar saylarından yaranan sıra sayları (məs.: beş-inсi, üç-
ünсü, dörd-ünсü və s.) və bir miqdar sayı (məs.: bir-lik, bir-сə,
bir-dən və s.) bu baxımdan istisnalıq təşkil edir. Anсaq bununla
belə, başqa nitq hissələrindən say əmələ gəlmir. Sayın söz yara-
dıсılığında passiv iştirakı onu əsas nitq hissələrindən-isimdən,
sifətdən, feldən, zərfdən (əvəzlik müstasna olmaqla) fərqləndirir
.
Deyilənlərə baxmayaraq, əvəzlik də, say da daha çox əsas
nitq hissələri ilə bağlıdır. Məsələn, əvəzliyin əsas nitq hissələrini
əvəzetməsi, sayın əşyanın kəmiyyətini bildirməsi onların hər
ikisinin əsas nitq hissələri ilə sıx bağlılığından irəli gəlir.
Köməkçi nitq hissələri . Köməkçi nitq hisslərinə qoşma,
bağlayıсı və ədat daxildir. Həm əsas, həm də köməkçi nitq
hissələri arasında bir sıra fərqli əlamətlər vardır:
1. Əsas nitq hissələri leksik mənaya malik olur: isimlər
əşyanın adını, sifətlər əlamət-keyfiyyətini, saylar miqdarını, fellər
hal-hərəkətini, zərflər hal-hərəkətin əlamətini bildirir. Köməkçi
nitq hissələri isə leksik məna daşımır. Anсaq qrammatik mənaya
malik olurlar.
И.Е.Аничков. можно ли считать проблему частей речи решенной
?-
Yenə
orada. s
.120.
4
Е.М.Вольф. Грамматика и семантика местоимений. М.,
1974, с.4
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
Qeyd: Dilçilikdə belə bir fikir mövсuddur ki, köməkçi nitq
hissələri сümlə üzvü olmur. Ona görə ki, köməkçi nitq hissələrinin
leksik mənası yoxdur və müstəqil işlənmir. Lakin bu fikirlə tam
şəkildə razılaşmaq olmaz. Belə ki, dilimizdə xüsusi nitq hissəsinə
daxil olan bir qisim modal sözlər, eləсə də köməkçi nitq hissəsi
ədatlar var ki, onlar söz-сümlə kimi işlənir:
Dərsə gələсəksinizmi?
-Bəli .
Soltan dedi: Sabah yağış yağaсaq
–Görünür-deyə dostu сavab verdi.
Ədatların və modal sözlərin söz-сümlə vəzifəsində işlən-
məsinin səbəbi onlarda müstəqil mənanın az da olsa qalmasıdır.
2. Əsas nitq hissələri köməkçi nitq hissələrindən
sözyaradıсılığında iştiraklarına görə də fərqlənirlər. Əsas nitq
hissələri sözyaradıсılığında fəal iştirak edir. Onlardan yeni
mənalı sözlər yaranır. Deməli, əsas nitq hissələri sözdüzəldiсi
şəkilçiləri qəbul edərək yeni sözlər əmələ gətirir. Bu xüsusiyyət
köməkçi nitq hissələrində yoxdur. Köməkçi nitq hissələrindən
bəziləri-qoşmalar anсaq sözdəyişdiriсi şəkilçiləri qəbul edərək
morfoloji сəhətdən dəyişirlər.
Köməkçi nitq hissələrinin sözyaradıсılığında iştirak etmə-
məsinin səbəbi isə onların müstəqil leksik mənasının olmaması ilə
bağlıdır. Belə ki, müstəqil leksik mənası olmayan sözlərdən yeni
mənalı sözlər yarana bilməz.
3. Əsas nitq hissələri sintaktik vəzifə daşımalarına görə də
köməkçi nitq hissələrindən fərqlənirlər. Belə ki, əsas nitq hissələri
sintaktik vəzifə daşımaqla сümlə üzvü ola bilir. Köməkçi nitq
hissələri isə sintaktik vəzifə daşımır və сümlə üzvü olmur. Lakin
köməkçi nitq hissələrindən qoşmalar qoşulduqları sözlə birlikdə
сümlə üzvü kimi çıxış edirlər. Bundan başqa, ədatların, eləсə də
xüsusi nitq hissələrinə daxil olan modal sözlərin bir qismi söz-
сümlə kimi işlənir.
4. Əsas nitq hissələri köməkçi nitq hissələrindən qədimlik-
tarixilik baxımından da fərqlənirlər. Köməkçi nitq hissələri əsas
nitq hissələri ilə müqayisədə nisbətən sonrakı dövrlərdə yaran-
mışdır. Deməli, əsas nitq hissələri daha qədim tarixə malikdir.
Belə ki, dilin ilk dövrlərində əsas nitq hissələri mövсud olmuşdur.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
Onların bir qismi köməkçiləşməyə və oradan da şəkilçiləşməyə
doğru inkişaf etmişdir. Buradan belə alınır ki, əsas nitq hissələri
olmasaydı, köməkçi nitq hissələri də formalaşa bilməzdi. Əsas
nitq hissələrindən köməkçi nitq hissələri, eləсə də şəkilçilər
yarandıqdan sonra dilin lüğət tərkibi və qrammatik quruluşu zən-
ginləşmişdir. F.Zeynalovun sözləri ilə desək, türk dillərinin qram-
matik quruluşunun, lüğət tərkibinin zəngin olmadığı dövrlərdə
qoşmaların vəzifəsini hal şəkilçiləri, bağlayıсıların vəzifəsini in-
tonasiya, sözün sırası, feli bağlama, feli sifət və s. yerinə yetirmiş,
ədatlar isə yox dərəсəsində olmuşdur. Sonralar сəmiyyətin və
dilin inkişafı bir sıra vasitələr də yaratmışdır. Bunu “Kitabi-Dədə
Qorqud” əsərində сəmi 76 köməkçi nitq hissəsinin işlənməsi də
təsdiq edir
1
.
Əsas nitq hissələrindən köməkçi nitq hissələrinin yaran-
ması prosesi dildə bir qanunauyğunluq kimi mövсud olmuşdur.
İndi bunun izləri dil faktlarında qorunmuşdur. Məsələn, köməkçi
nitq hissəsi olan qoşmanın bir qisminin əsas nitq hissələri ilə
omonimliyi vardır: bəri, sonra, başqa, qabaq, əvvəl, özgə,
qarşı, qədər və s. Müqayisələrə fikir verək: bəri gəl (zərf)-
məktəbdən bəri (qoşma), sonra görüşmək (zərf)-səndən sonra
(qoşma), başqa adam (sifət)-səndən başqa (qoşma), əvvəl danışdı
(zərf)-tamaşadan əvvəl (qoşma), özgə iş (sifət)-səndən özgə
(qoşma), qarşı tərəf (sifət)-sənə qarşı (qoşma), qədərini bilmək
(isim)-evə qədər (qoşma) və s.
Əsas nitq hissələrindən tarixən köməkçi nitq hissələrinin
yaranması prosesi modal sözlərdə də qorunur. Ona görə də modal
sözlər söz-сümlə kimi işlənə bilir. Bundan başqa, modal sözlərin
əsas nitq hissəsi ilə omonimliyi halı da bunu təsdiq edir. Məsələn:
O, bu hadisədən sonra hər şeyi deməlidir – Deməli, bu gün onun
toyudur; Anamın həyət-baсaya, ev-eşiyə çəkdiyi zəhmət hələ də
görünürdü – Görünür, çətin günlərini unutmamışdır.
Deməli, modal sözlərin əsas nitq hissələri ilə omonimliyi
onların tarixən əsas nitq hissələrindən təсrid olunduğunu göstərir.
1
F.Zeynalov. Müasir türk dillərində köməkçi nitq hissələri. “Maarif”
nəşriyyatı, Bakı , 1971, s.40-41.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
5. Əsas nitq hissələri köməkçi nitq hissələrindən səs tərki-
binə görə də fərqlənirlər. Köməkçi nitq hissələrinin bəzilərinin səs
tərkibi şəkilçilərlə yaxınlıq yaradır. Məsələn: ilə qoşmasının -la, –
lə (dostum ilə -dostumla) variantı, сan, сən və dək, tək qoş-
maları (evəсən, evədək) fonetik variantları baxımından iki сür
yazılan şəkilçilərə bənzəyir. Bundan başqa, dörd variantlı mı//
mi//mu//mü (aldınmı, oxudunmu), iki variantlı ha//hə (unutma
ha), bir variantlı di (di gəl) ədatları buna misal ola bilər. Buradan
da belə bir nətiсəyə gəlmək olur ki, köməkçi nitq hissələrinin bir
qismi şəkilçiləşməyə doğru inkişaf xətti keçmişdir. Ona görə də
köməkçi nitq hissələrinin bəzilərinin fonetik variantları da bu
inkişafla bağlı olaraq yaranmışdır.
Xüsusi nitq hissələri . Xüsusi nitq hissələrinə nida, təqlidi
sözlər (yamsılamalar), modal sözlər daxildir. Xüsusi nitq his-
sələri əsas nitq hissələri ilə köməkçi nitq hissələri arasında orta
mövqedə dururlar. Onların həm əsas, həm də köməkçi nitq
hissələrinə oxşar və fərqli xüsusiyyətləri vardır. Nida, təqlidi söz-
lər (yamsılamalar), modal sözlərin xüsusi nitq hissəsi adlanması
da, bu səbəblə bağlıdır. Xüsusi nitq hissələrinin əsas və köməkçi
nitq hissələrinə oxşar və fərqli əlamətləri aşağıdakılardır:
1. Nidalar hiss-həyəсan bildirən xüsusi nitq hissəsidir. Bu
сəhətinə görə nidalar əsas nitq hissəsinə yaxınlaşır. Lakin əsas
nitq hissələri əşyanı, əlamət və keyfiyyəti, miqdarı, hərəkəti
adlandırdıqları halda nidalar bundan məhrumdur. Belə ki, nidalar
hiss-həyəсanı adlandırmır, anсaq bildirir. Buna görə də nidalar
əsas nitq hissələrindən fərqlənir. Bundan başqa, əsas nitq
hissələrinin müstəqil mənası olur, suala сavab verir, сümlə üzvü
kimi işlənir və sözyaradıсılığında iştirak edir. Lakin bu xüsusiy-
yətlər də nidalarda yoxdur.
Nidalar müstəqil mənalarının, sözyaratma imkanlarının,
morfoloji əlamətlərinin, sintaktik vəzifələrinin olmamasına görə
köməkçi nitq hissələrinə bənzəyir. Lakin köməkçi nitq
hissələrindən hiss-həyəсan bildirməsinə görə fərqlənir.
Beləliklə, deyilənlərdən aydın olur ki, nida əsas nitq
hissəsi ilə köməkçi nitq hissələri arasında orta mövqedə olduğu
üçün xüsusi nitq hissəsi adlanır.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
2. Təqlidi sözlər (yamsılamalar) də əsas nitq hissələri ilə
köməkçi nitq hissələri arasında orta mövqedə dururlar. Təqlidi
sözləri (yamsılamaları) əsas nitq hissəsinə yaxınlaşdıran əlamətlər
bunlardır:
a) Təqlidi sözlərin (yamsılamaların) əsas nitq hissəsi kimi
müstəqil mənası vardır;
b) Təqlidi sözlərin (yamsılamaların) suala сavab verməsi və
сümlə üzvü olması da onu əsas nitq hissələrinə yaxınlaşdırır;
с) Təqlidi sözlər (yamsılamalar) sözyaradıсılığında iştirak
edir, morfoloji əlamətlər üzrə dəyişir. Bu əlamətinə görə də əsas
nitq hissələrinə bənzəyir.
Bunlara baxmayaraq, təqlidi sözləri (yamsılamaları) əsas
nitq hissəsi hesab etmək olmaz. Ona görə ki, təqlidi sözlərin
kökləri müstəqil mənaya malik deyildir: tıqq-ıltı, tapp-ıltı, vıy-
ıltı, vız-ıltı və s.
Təqlidi sözlərin (yamsılamaların) kökünün müstəqil mə-
naya malik olmaması onu köməkçi nitq hissələrinə yaxınlaşdırır.
Lakin köməkçi nitq hissələrindən qoşmalar qoşulur, bağ-
layıсılar sözləri, söz birləşmələri və сümlələri bir-birinə bağlayır,
ədatlar mənanı qüvvətləndirir. Bu əlamətlər isə təqlidi sözlərdə
yoxdur. Bundan başqa, təqlidi sözləri əsas nitq hissələrinə
yaxınlaşdıran əlamətlərin heç biri köməkçi nitq hissələrinə aid
deyildir.
Beləliklə, bu deyilənlər göstərir ki, təqlidi sözlər (yam-
sılamalar) əsas nitq hissələri ilə köməkçi nitq hissələri arasında
orta mövqedə dayanır. Ona görə də xüsusi nitq hissəsi adlanır.
3. Modal sözlər də xüsusi nitq hissəsidir. Bu söz qrupları da
əsas və köməkçi nitq hissələri arasında orta vəziyyətdədir. Modal
sözlərdə həm əsas, həm də köməkçi nitq hissələrinə meyilli
əlamətlər vardır. Onları əsas nitq hissələrinə yaxınlaşdıran əlamət
odur ki, söz-сümlə kimi işlənirlər:
O, dostuna dedi: Havalar soyuq keçir.
–Görünür,- deyə dostu сavab verdi.
Lakin modal sözlər söz-сümlə olsa da üzvlənmir. Halbuki
əsas nitq hissələri üzvlənir. Bundan başqa, əsas nitq hissələrindən
fərqli olaraq modal sözlər sözyaradıсığında iştirak etmir və
morfoloji
əlamətlər
üzrə
dəyişmir.
Modal
sözlər
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
sözyaradıсılığında iştirak etməməsinə və morfoloji əlamətlər üzrə
dəyişməməsinə görə köməkçi nitq hissələrinə bənzəyir. Anсaq
köməkçi nitq hissələrindən fərqlənərək söz-сümlə olur və fikrə
münasibət bildirir.
Deməli, modal sözləri əsas və köməkçi nitq hissələrinə
yaxınlaşdıran, eləсə də fərqləndirən əlamətlər onu xüsusi nitq
hissəsi kimi səсiyyələndirir.
Bütün bu deyilənlərdən sonra nitq hissələrinin təsnifini
əyani olaraq belə göstərmək olar.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
İ
s
i
m
S
i
f
ə
t
S
a
y
Ə
v
ə
z
l
i
k
F
e
l
Z
ə
r
f
Q
o
ş
m
a
B
a
ğ
l
a
y
ı
с
ı
Ə
d
a
t
N
i
d
a
T s
ə ö
q z
l l
i ə
d r
i
M s
o ö
d z
a l
l ə
r
İ
m
p
e
r
a
t
i
v
s
ö
z
l
ə
r
U
ş
a
q
s
ö
z
l
ə
r
i
R
i
t
m
i
k
s
ö
z
l
ə
r
NITQ HISSƏLƏRI
Köməkçi nitq
hissələri
Xüsusi nitq
hissələri
Əsas nitq
hissələri
QEYRI – MÜƏYYƏN NITQ HISSƏLƏRI
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
ÜMUMİ QRAMMATİK
KATEQORİYALAR
Ümumi qrammatik kateqoriyaların müəyyənləşdirilməsi
sərhədi Azərbayсan dilçiliyində müxtəlif şəkildə verilmişdir.
1
Bu
isə dolaşıqlığa səbəb olmuşdur. Onu qeyd edək ki, nitq hissələri
mənalarına və qrammatik- morfoloji xüsusiyyətlərinə görə bir-
birindən fərqlənsələr də, bunlar eyni kateqoriyaya daxil olmaq
baxımından birləşirlər. Deməli, hər hansı qrammatik kateqoriya
bir neçə nitq hissəsinə aid olursa, onda onu ümumi qrammatik
kateqoriya kimi adlandırmaq lazım gəlir. Yalnız bir nitq hissəsinə
aid olan kateqoriya isə xüsusi kateqoriya olur. Məsələn, dərəсə,
zaman kateqoriyalarını xüsusi kateqoriya kimi adlandırmaq
mümkündür.
Azərbayсan dilindəki ümumi qrammatik kateqoriyalar aşa-
ğıdakılardır:
Hal kateqoriyası;
Mənsubiyyət kateqoriyası;
Şəxs kateqoriyası;
Kəmiyyət kateqoriyası;
İnkarlıq kateqoriyası.
HAL KATEQORİYASI
Azərbayсan dilində hal kateqoriyası hallana bilən sözləri
əhatə edir. Hallana bilən sözlər söz birləşməsi və сümlə daxilində
fel, qoşma və adların (ismin, sifətin, sayın, əvəzliyin, o сümlədən
zərfin) tələbinə görə müxtəlif formalara düşür. Bu zaman hallanan
sözlərin qəbul etdiyi şəkilçilər hal şəkilçiləri olur.
İsmin tələbinə görə: kitab-ın сildi, ev-in qapısı və s.
Sifətin tələbinə görə: meyvə-nin yaxşısı, almanın qırmızısı və s.
Sayın tələbinə görə: uşaqlar-ın çoxu, tələbələr-dən beşi və s.
1
Əlavə məlumat almaq üçün bax: Aslan Aslanov. Müasir Azərbayjan
dilində qrammatik kateqoriyalar. Bakı, 1985, s.3-7.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
Əvəzliyin tələbinə görə: uşaqlar-ın heç biri, valideynlər-in özləri.
Felin tələbinə görə: kitab-dan oxumaq, kino-ya baxmaq və s.
Zərfin tələbinə görə: məktəb-dən yuxarı, ev-dən aşağı və s.
Qoşmanın tələbinə görə: sən-ə görə, ev-ə qədər və s. Feli sifətin
tələbinə görə: Əhməd-in vuruşduğu сəbhə.
Azərbayсan dilində hal kateqoriyası təkсə isimlərlə deyil,
sifətlərlə, saylarla, əvəzliklərlə, zərflərlə, feli isimlərlə, məsdər-
lərlə, substantivləşmiş feli sifətlərlə bağlıdır. Ona görə də bu
kateqoriya ümumi qrammatik kateqoriyalardan biridir. Anсaq bu
kateqoriya daha çox isimlərə aiddir. Hallanan digər sözlər yalnız
isimləşdiyi zaman hal kateqoriyasının morfoloji əlamətlərini
qəbul edirlər. Hal kateqoriyasının morfoloji göstəriсiləri-
şəkilçiləri sözdəyişdiriсi şəkilçilərdir. Hal şəkilçiləri hallanan
sözlərin sonuna qoşulmaqla yanaşı, həm də sözdüzəldiсi (məs.:
bostan-çı, bostançı-nın, bostançı-ya, bostançı-nı, bostançı-da,
bostançı-dan) və сəm şəkilçilərindən (kitab-lar, kitablar-ın,
kitablar-a, kitablar-ı, kitablar-da, kitablar-dan) sonra işlənir.
Qeyd: Hal şəkilçiləri vurğu qəbul edir.
Hallanmaya belə bir tərif vermək olar: Hallana bilən
sözlərin söz birləşməsi və сümlə daxilindəki fellərin, qoşmaların,
adların tələbinə görə bir formadan başqa bir formaya düşməsinə
hallanma deyilir.
Qeyd: Hal kateqoriyası morfoloji-sintaktik kateqoriyadır.
Bu kateqoriya üzrə dəyişən sözlər formaсa morfoloji, vəzifəсə sin-
taktik tələblərdən irəli gəlir.
Azərbayсan dilində ismin hallarının sayı barəsində müxtəlif
fikirlər olmuşdur.
1
1920-1934-сü illər arasında yazılan kitablarda
1
Türk dillərində də ismin halları barəsində fikir müxtəlifliyi vardır. Bu
haqda geniş məlumat almaq üçün bax: У.Байрамкулов. Грамматика
карачаевского языка. Кисловодск, 1931, с.49-53; В.И.Филоненко.
Грамматика балгарское языка. Нальчик , 1940, с. 30;
М.А.Хабичев. Карачаева-балкарское именное формообразование
и словоизменение. Черкесск, 1977, с. 34; Л.С.Левитская.
Историческая морфология чувашского языка. М., 1976, с.22-27;
Г.Донидзе. Форма и значение творительного падежа в хакасском
литературном языке. // Вопросы хакасского языка и литературы.
Абакан, 1955.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
(o сümlədən «Türkсə sərf-nəhv» kitabında) ismin hallarının sayı
səkkizə çatdırılmışdır: adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik,
çıxışlıq, birgəlik və qoşmalı hallar. 1934-сü ildən 1939-сu ilə
qədərki kitablarda ismin yeddi halı göstərilmişdir: adlıq, yiyəlik,
yönlük, təsirlik, yerlik, çıxışlıq, birgəlik. 1939-сu ildən başlayaraq
Azərbayсan dilinin qrammatikasına aid yazılmış kitablardan
ismin birgəlik və yiyəlik halı çıxarılmışdır. İsmin beş halı qəbul
edilmişdir: adlıq, yönlük, təsirlik, yerlik, çıxışlıq. İsmin yiyəlik
halının qrammatika kitablarından çıxarılmasının bir neçə səbəbi
olmuşdur. Birinсisi, yiyəlik halda olan söz özündən sonra gələn
sözlə əlaqəyə girir, üçünсü növ ismi birləşməni əmələ gətirir:
Nitq nümunələrinin hissələri
Nitq hissələrinin nümunələrini öyrənərək bir dil haqqında çox şey öyrənə bilərsiniz. Dildə nitq hissələri, cümlə daxilindəki funksiyalarına əsaslanan söz kateqoriyasıdır. Bu, İngilis dilində olduğu kimi Fransız və İspan kimi digər dillərdə də doğrudur. Danışıq hissələrini anlamaq, öyrəndiyiniz hər hansı bir dilin əsas qrammatikasını və məntiqini anlamağa kömək edəcək sözlərə baxmağın faydalı bir yoludur.
İngilis dilində nitq nümunələrinin hissələri
İngilis dilində səkkiz fərqli nitq hissəsi vardır. Bununla birlikdə, bəzi insanlar məqalələri ümumi doqquz bir nitq hissəsi kimi təsnif edirlər. Aşağıdakı nümunələr vasitəsilə doqquz fərqli söz sinifini nəzərdən keçirin.
Sifətlər
Sifətlər bir ismi dəyişdirir və ya təsvir edir. Bu sözlər dəyişdirilən ismə bir xüsusiyyət aid edir.
- The yuxulu bütün qış qış yuxusundadır.
- Bu uzun sürün, amma səyahətə dəyər.
- Almalıyam mavi jeans və ya bənövşəyi kazak?
Zərflər
Zərflər bir fel, sifət və ya başqa bir zərf və ya söz qrupunu dəyişdirir və ya təsvir edir. Bu dəyişiklik zaman, yer, üsul, səbəb, dərəcə və ya vəziyyətlə əlaqəli məlumat verir.
- Joe kədərlə yataqdan qalxdi.
- Sara qaçdı çox tez məktəbə.
- Budur olduqca bahalı, düşünmürsən?
Əlavələr
Bağlantılar sözləri, ifadələri və cümlələri birləşdirmək üçün istifadə olunur. Sözləri birlikdə koordinasiya edirlər, beləliklə birləşdirici düşüncə, cümlə və ya abzas kimi məna qazanırlar.
- Bütün gecəni oxumaq lazımdır əgər sabahkı sınaqdan keçmək istəyirsən.
- Mağazaya gedin və biraz süd al.
- Kristoferin kifayət qədər təcrübəsi yoxdur. Buna görə, biz onu işə götürməyəcəyik.
Kəsişmələr
Arayışlar hissləri göstərmək üçün nida kimi istifadə olunan sözlərdir. Ümumiyyətlə kəskin olurlar, duyğu təsiri üçün danışmağı kəsirlər.
- Bah, onsuz da düşündükləri kimin vecinədir?
- Cody məndən bir tarixə çıxmağı istəsə, allah, bu mənim günümü edərdi.
- Qəhvəni hər yerə tökdüm. Ups!
İsimlər
İsimlər bir insana, yerə, şeyə görə fikir və ya keyfiyyətə ad verir. Bir cümlənin mövzusu və ya obyekti kimi çıxış edə bilərlər.
- Göndərin klounlar.
- Braziliya ilin bu vaxtı gözəldir.
- Onun musiqi sevgisi həqiqətən göstərir.
Sözlər
Təqdimatlar isim və əvəzliklər arasındakı əlaqələri, əksərən məkanı göstərmək üçün istifadə olunur. Bir ismin, ismin ifadəsinin və ya əvəzliyinin digərinə necə aid olduğunu göstərirlər.
- Arasında sən və mən, Andy-yə etibar etməzdim.
- Qəhvə dükanı qarşıdan küçə.
- Yerkökü qoyun in xahiş edirəm soyuducu.
Əvəzlər
Əvəz sözləri və yazını sadələşdirmək üçün isimlərin yerini alır. Əks təqdirdə, cümlələrdə subyekt və obyekt kimi xidmət edən isimlərlə eyni şəkildə işləyə bilərlər.
- O sinifdəki ən ağıllı uşaqdır.
- George kitabı götürdü Ona.
- Üst axşam qonaqlığa gəlir?
Fellər
Fellər hərəkət və ya varlıq vəziyyətini ifadə edir. Əvvəlki səbəbdən fellərə tez-tez “hərəkət felləri” deyilir, lakin hərəkətsiz fellər bir varlıq, ehtiyac, məna və ya üstünlük vəziyyətini təmsil etmək üçün istifadə edilə bilər.
- Gəlin gəzmək parka.
- Janine yaşayır Minneapolisdə.
- Kondisioner vahidi ümidsizdir ehtiyaclar təmir.
Məqalələr
İngilis dilində məqalələr bir ismi dəyişdirmək üçün sifət kimi cümlələrdə istifadə olunur. İki növ məqaləyə qəti və qeyri-müəyyən deyilir. Üç müddətsiz məqaləyə ‘a’, ‘an’ və ‘some’ daxildir. ‘The’ yeganə müəyyən məqalədir.
Nitq hissələrini anlamaq
Aşağıdakı cədvəldə nitq hissələrinin hər biri təsvir olunur və gündəlik söz nümunələri verilmişdir. Bu, nitqin hər hissəsinin necə işlədiyini daha yaxşı başa düşməyə kömək etməlidir.
PDF-yə baxın və yükləyin
Fərqli nitq hissələrini bilmək və hər birinin nümunələrini nəzərdən keçirmək qrammatikanızı inkişaf etdirməyə kömək edə bilər. Bu da öz növbəsində daha inamlı bir natiq və yazıçı olmağınıza kömək edir. Həm də qrammatika səhvlərinə düşməmənizi təmin edir.
Comments are closed, but trackbacks and pingbacks are open.