Nitq mədəniyyəti/Nitq mədəniyyəti haqqında anlayış
Sözün ədəbi dildəki tələffüz qaydası orfoepik norma adlanır.
Hər hansı bir söz danışıq dilində və ya şivələrdə müxtəlif şəkildə dəyilsə də, ədəbi dildə bir cür, yəni orfoepik normaya uyğun formada tələffüz olunur.
Niqt mədəniyyətinin ümumi və xüsusi məsələləri. Dil, nitq və nitq fəaliyyət.
Nitq mədəniyyətinin ümumi (ictimai) xarakter daşıyan məsələləri vardır. Bu o deməkdir ki, nitqin düzgünlüyü bütövlükdə cəmiyyətdən tələb olunur. Demək, dilin qaydaqanunlarına hamı riayət etməlidir. Dilin fometik tərkibini, düzgün tələffüz və yazılış qaydalarını, cümlənin quruluşunu hamı eyni qavrsayır. Əgər belə olmasaydı, dil ünsiyyət funksiyasını yerinə yetirə bilməzdi. Nitq mədəniyyətinin xüsusi (fərdi) səciyyə daşıyan məsələləri də vardır. Yəni hər kəs dəqiq danışıb yazmır, yaxud hər kəsin nitqi ifadəli deyil, nitqin gözəlliyi hər kəsdə bir cür təzahür edir. Nitq mədəniyyətinin ümumi məsələləri ilə xüsusi məsələləri birbaşa bir- birinə bağlıdır və bunları eyni zamanda həll edən nitq sahibinin nitqi əsl nitq mədəniyyəti nümunəsi hesab olunur (düzgünlük, dəqiqlik və ifadəlilik) Dil, nitq və nitq fəaliyyəti. Dil mücərrəd işarələr sistemindən ibarət olan ünsiyyət vasitəsidir. Dünyada olan hər bir dilin özünəməxsus tərkib hissəsi, daxili sistemi, quruluşu vardır. Dil ünsiyyət vasitəsidir, ondan fərqli olaraq nitq isə ünsiyyət prosesidir. Dil ümumi, nitq isə fərdidir. Yəni dil hamıya aiddir, hamıya eyni cür xidmət göstərir, nitq isə hərədə bir cür meydana çıxan prosesdir. Nitq hər bir fərdin dilə bələdliyi səviyyəsində özünəməxsus formada əmələ gəlir. Dil əsasdır, nitq isə ondan törəmədir. Dil tarixən az dəyişikliyə uğrayır, lakin nitq dilə nisbətən dəyişkəndir. Əsrlər öncə də dilimiz Azərbaycan dili idi, lakin əsrlər öncəki Azərbaycan türklərinin nitqi – yazısı, danışığı indikindən fərqli olub. Nitqin ortaya çıxması üçün lazım olan ictimai, psixoloji və fizioloji aktların sistemi nitq fəaliyyəti adlanır. Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi mürəkkəb, çoxtərəfli hadisədir, bunun ictimai, psixoloji, fizioloji tərəfləri vardır. Nitq bunların qarşılıqlı əlaqəsi nəticəsində fəaliyyət göstərir. Əgər biri danışır, yazırsa, o, hər hansı dildən istifadə edir. Onun hər hansı dildən istifadə üsulu, təcrübəsi. obyektiv tələbləri nəzərə alması nitq fəaliyyətini təşkil edir.
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Nitq mədəniyyəti/Nitq mədəniyyəti haqqında anlayış
Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etməkimkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacibsayılır. Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya işçiləri, jurnalistlər,bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, məntiqliyi, zənginliyi ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, yazdıqlarındannümunə götürməlidirlər.
Dilçilik ədəbiyyatında nitq mədəniyyəti anlayışı belə izah olunur: “Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsi olub, hər hansı konkret bir dilin orfoepik,orfoqrafik, leksik, qrammatik, üslubi və s. normalarını müəyyənləşdirən nəzəriaxtarışlar və təcrübi tədbirlər kompleksidir”. Bu tərifi başqa bir şəkildəifadə etmiş olsaq, deyə bilərik ki, nitq mədəniyyəti danışıq və yazı zamanıorfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarınaəməl etmək, zəngin söz ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir.
Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadəqaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və orfoqrafik),leksik və qrammatik qayda -qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir.
Nitq mədəniyyətində dilçiliyin nəzəri fıkirləri əməli (praktik)şəkildə həyata keçiri-lir. Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. Nitq mədə-niyyətində ayrı-ayrı dil faktları və ya hadisələri yox, dilçiliyin qayda-qanunları sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti yoxdur.“Nitq mədəniyyəti”nin konkret predmetini müəyyənləşdirmək (Məsələn:fonetikanı, leksikanı yaxud, qrammatika predmeti kimi) çox çətindir. Nitq mədəniyyətində bu və ya digər dil faktı hadisəsi yox, üsullar qayda-qanunlar sistemi öyrənilir. Nitq mədəniyyəti filologiya elminin praktik sahəsidir. Yəni nitq mədəniyyəti dedikdə hər şeydən əvvəl filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını, elmin əsasında öyrənilən sahəsi nəzərdə tutulur. Eyni zamanda həmin anlayışdan bu və ya digər nitq təzahürünün keyfiyyətini bildirmək üçün də istifadə edilir.
Bildiyimiz kimi, dil lüğət fondu, qrammatik quruluşu, fonetik sistemi ilə təşəkkül tapmış ünsiyyət vasitəsidir. Nitq isə xalqın hər bir nümayəndəsinin bu ünsiyyət vasitəsindən fərqli istifadəsidir, ayrı-ayrı insanların danışığıdır.
Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur:
1.Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imka-nının olması.
2.Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi.
Hər hansı dilin fonetik, leksik (yaxud leksik-semantik), qrammatik, eləcə də orfoq-rafik və orfoepik qayda-qanunları vardır. Onları öyrənmədən, bilmədən nitq mədəniyyətinə yiyələnmək mümkün deyildir. Haqqında danışılan qayda-qanunlar müəyyən tarixi təkamülün məhsulu olub, cəmiyyətin normal ünsiyyətinə xidmət edir.
Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu dilözünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə şifahi xalq ədəbiyyatı nümunə-ləri, sonralar isə yazılı ədəbiyyat yaranmışdır. İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir.
Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısı bütöv-lükdə xalqdır. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə dərindən yiyəlnəməli və onu layiqli şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirməkdə, yaymaqda söz ustalarının böyük xidmətləri olmuşdur.
Nitq mədəniyyəti nitqin müxtəlif şəraitində məzmun və məqsədə uyğunolaraq ədəbi dilin yazılı və şifahi formalarından, ifadəlilik vasitələrindən istifadəedə bilmə bacarığıdır. Bu anlayış dilin mənimsənilməsinin iki pilləsini özündəehtiva edir: 1) düzgün nitq, yazan, oxuyan və danışanın nitq normalarını gözləməsi; 2) nitq məharəti. Təkcə nitq normalarını deyil, həm də mövcudvariantlardan məzmun baxımından dəqiq, üslub və situativlik cəhətdən dahauyarlı dil vahidini seçib işlədə bilmək. Nitq mədəniyyəti normativ qrammatika iləüslubiyyatın vəhdətidir.
Başqa bir mənbədə mədəni nitq, nitq mədəniyyəti anlayışı belə izaholunur: “Nitq mə-dəniyyəti – nitqin ədəbi dil normalarına uyğunluğu, dilin ifadəvasitə və imkanlarından nitqin məqsəd və məzmununa müvafiq surətdə istifadəetmək bacarığı; dil səviyyələrinin və onlara daxil olan vahidlər sistemininformalaşdırılması, təkmilləşdirilməsi problemlərini, dil hadisə və proseslərinininkişaf xəttini, üslubiyyat məsələlərini araşdıran dilçilik bəhsi”. Bu tərif nitqmədəniyyəti anlayışını ehtiva etmək baxımından daha dəqiq və əhatəlidir.
Nitq mədəniyyəti insanın yüksək ictimai mədəniyyəti, təfəkkür mədəniyyəti, dilə şü-urlu sevgisi, ən yüksək keyfiyyətdir. Böyük Britaniyada qadınlarınnitqi ilə bağlı aparılan sosioloji tədqiqatlar göstərmişdir ki, nə qədər nitqdüzgündürsə qadın şəxsi və professional həyatda bir o qədər xöşbəxtdir. Bunəticəni, şübhəsiz, dilin bütün daşıyıcılarına aid etmək olar. İnsanın nitqi onun içdünyasını aşkarlayan başlıca vasitədir. Adamları tanımaq, onlara bələd olmaqüçün, hər şeydən əvvəl, ünsiyyətə girmək, təmasda olmaq lazımdır. Antik dövrünböyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”. Həzrət Əlibuyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və yaağılsız olması məlum olmur. Tarixi inkişafın bütün dövrlərində nitqə, onungözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət ve-rilmişdir.“Qabusnamə”də deyilir: “Sözü ən gözəl tərzdə söyləmək lazımdır ki, həmsöz an-layan olasan, həm də söz anladasan”.
Maraqlı və canlı danışıq aləmi səslərin deyiliş tərzi, işlənmə forması iləçox bağlıdır. K.S.Stanislavskinin dediyi kimi, “sadə və gözəl danışığı bacarmaqözü bir elmdir və onun xüsusi qanunları var”.A.P.Çexov “Gözəl danışığa etinasız yanaşan adamlar özlərini insana layiqola biləcək ən ali, nəcib bir zövqdən məhrum edirlər” fikrini söyləmişdir.Bir latın atalar sözündə deyilir ki, şair anadan şair doğulur, natiqlər isətədricən yetişir. Buradan aydın şəkildə bəlli olur ki, gözəl danışığa yiyələnməkhəyatda qazanılır və hər kəsin özündən asılıdır. Lap qədim zamanlarda yaranmışbir zərb-məsəldə deyilir: “Sözün zahiri zərif, batini lətif olmalıdır”.
Nitq mədəniyyətinə yiyələnmək üçün dilin lüğət tərkibinə dərindən bələdlik, onun fo-netik, leksik-semantik və qrammatik normalarına yiyələnmək, dil qanunlarını nitqdə düzgün tətbiq edə bilmək zəruridir. Söz ehtiyatı zəngin olan, sözlərin məna çalarlarını nitqində düzgün əlaqələndirməyi bacaran, geniş erudisiyalı insan öz fikrini çətinlik çəkmədən məntiqi cəhətdən ifadə edə bilmək qabiliyyətində olur.
Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlarmədəni nitqin keyfiyyətləridir) vardır ki, bunlar nitqin normativliyidir. Həmintələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik,təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s. Yazılı nitq mədəniyyətiprobleminə həmçinin orfoqrafiya və durğu işarələrinə əməl edilməsi də daxildir.Bunlar hər biri ayrılıqda və hamısı birlikdə etalon səviyyəli nitqi yaradır ki, bunitqə yiyələnənlər natiqlik sənətində, müəllimlik fəaliyyətində və digər sahələrdəböyük uğurlar qazanırlar.
İstifadə olunmuş ədəbiyyat siyahısı [ redaktə ]
1.Gülsəda Quluqızı. Nitq mədəniyyəti. Nitqin yığcamlığı üzərində iş. “Təhsil problemləri” saytı. Bakı, 2014
2. Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013
3. Nağısoylu M.Z. Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti.
4. Hüseynov S.S. Nitq mədəniyyəti (dərslik). Bakı, “Yazıçı” nəşriyyatı, 2010
Nitq mədəniyyəti
Nitq mədəniyyəti dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və orfoqrafik),leksik və qrammatik qayda — qanunlarını bilmək və nitq zamanı onlara əməl etmək zəruridir.
Nitq mədəniyyətində dilçiliyin nəzəri fıkirləri əməli (praktik)şəkildə həyata keçirilir. Buna görə də nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır. Nitq mədəniyyətində ayrı-ayrı dil faktları və ya hadisələri yox, dilçiliyin qayda-qanunları sistemi öyrənilir. Ümumiyyətlə, nitq mədəniyyətinin konkret predmeti yoxdur.
Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsi kimi
Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur:
- Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək imkanının olması.
- Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə etməsi.
Azərbaycan dili fonetik, leksik və qrammatik quruluşuna görə dünyanın inkişaf etmiş və zəngin dillərindən biri sayılır. Bu dil- özünəməxsus musiqili ahəngi, səlisliyi və axıcılığı ilə diqqəti cəlb edir. Çox-çox qədim zamanlarda dilimizdə şifahi xalq ədəbiyyatı nümunələri, sonralar isə yazılı ədəbiyyat yaranmışdır. İstər şifahi, istərsə də yazılı ədəbiyyatımız xalqımızın gözəl və zəngin nitq mədəniyyətinin olduğunu sübut edir.
Milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısı bütövlükdə xalqdır. Xalqın hər bir nümayəndəsi nitq mədəniyyətinə dərindən yiyəlnəməli və onu layiqli şəkildə qorumalıdır. Bu mədəniyyəti inkişaf etdirməkdə, yaymaqda söz ustalarının böyük xidmətləri olmusdur.
Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi
Nitq mədəniyyətinin əsas şərtləri bunlardır: nitqin düzgünlüyü, nitqin dəqiqliyi və nitqin ifadəliliyi.
- Nitqin düzgünlüyü dedikdə dilin fonetik, leksik və qrammatik qayda-qanunlarına əməl etmək nəzərdə tutulur. Məsələn, “öyə getmək” düzgün deyil. Burada dilin fonetik (orfoepik) qaydası pozulmuşdur. Bu ifadəni «evə getmək» kimi dedikdə nitq düzgündür.
- Nitqin dəqiqliyi dedikdə fikrin ifadəsi üçün birbaşa tələb olunan söz və ya ifadənin seçilməsi nəzərdə tutulur. Məsələn: «Uşaq dərsdən gəlir» — cümləsi düzgündür, ancaq dəqiq deyil. «Uşaq məktəbdən gəlir» — cümləsi isə həm düzgündür, həm də dəqiqdir.
- Nitqin ifadəliliyi isə üslub baxımından ən uğurlu və bədii dil vahidinin işlədilməsi deməkdir. Məsələn: «O, klassik ədəbiyyatı çox sevir» cümləsi düzgün və dəqiqdir, lakin ifadəli deyil. «O, klassik ədəbiyyatın vurğunudur» cümləsi isə düzgün və dəqiq olmaqla yanaşı, həm də ifadəlidir.
Nitqin düzgünlüyünə və dəqiqliyinə hamı əməl etməlidir. Nitqin ifadəliliyi isə daha çox şair və yazıçılara məxsusdur.
Dil, nitq və nitq fəaliyyəti
Dil ünsiyyət vasitəsidir. Dilin özünəməxsus qrammatik quruluşu və ifadə imkanları vardır.
Nitq ünsiyyət prosesidir. Nitq dilin ifadə imkanları əsasında hər hansı bir məlumatın verilməsi şəklində ortaya çıxır. Dil əsasdır, nitq isə ondan törəmədir. Dil tarixən az dəyişkən, nitq isə ona nisbətən çox dəyişkəndir. Məsələn, bizim keçən əsrdəki dilimiz indikindən az fərqlənib, ancaq həmin yüzülikdə yasayan şəxslərin nitqi indıkindən çox fərqli olubdur.
Nitq fəaliyyəti isə nitqin ortaya çıxması üçün lazım olan ictimai, psixoloji və fizioloji proseslərin toplusudur.
Ədəbi dil. Nitq normaları
Ədəbi dil — milli dilin müəyyən qayda — qanunlara tabe olan və xalqın nümunəvi ünsiyyətinə xidmət edən nitq formasıdır. Başqa sözlə desək, ədəbi dil milli dilin müəyyən normalar sisteminə malik olan ən yüksək formasıdır.
Ədəbi dilin tabe olduğu qayda — qanunlar sisteminə nitq normaları deyilir.Norma sözün fonetik (səs) tərkibinin, leksik mənasının və cümlənin qrammatik quruluşunun hamı tərəfindən qəbul olunan şəkildə fəaliyyətinə deyilir.
Ədəbi dil iki şəkildə özünü göstərir: şifahi ədəbi dil, yazılı ədəbi dil.
- Şifahi ədəbi dil səslənən ədəbi dildir. Ədəbi dilin bu forması orfoepik normalara tabe olur. Nitq, çıxış və məruzələr şifahi ədəbi dil normalarına aiddir.
- Yazılı ədəbi dil yazılan dildir, orfoqrafık normalara tabe olur.
Müasir Azərbaycan dilinin normaları
Müasir Azərbaycan ədəbi dilinin normaları üç şəkildə özünü göstərir: fonetik norma, leksik (leksik — semantik) norma, qrammatik norma. Orfoqrafık və orfoepik normalarfonetik və qrammatik normalar əsasında yaradılıb.
Fonetik norma
Sözün ədəbi dildəki tələffüz qaydası orfoepik norma adlanır.
Hər hansı bir söz danışıq dilində və ya şivələrdə müxtəlif şəkildə dəyilsə də, ədəbi dildə bir cür, yəni orfoepik normaya uyğun formada tələffüz olunur.
Sözün ədəbi dildəki yazılış qaydası orfoqrafik norma adlanır.
Hər iki norma dilin fonetik quruluşu, xüsusilə də ahəng qanunu ilə müəyyən edilir. Dilimizin orfoepik və orfoqrafik normaları xüsusi lüğətlərdə (orfoqrafiya və orfoepiyalüğətlərində) əks olunmuşdur.
Dilin fonetik norması həm orfoepik normanı, həm də orfoqrafik normanı özündə bildəşdirir. Fonetik norma iki şəkildə özünü göstərir: sözlərin düzgün tələffüz şəkli (orfoepiya) və düzgün yazı şəkli (orfoqrafiya). Sözlər ədəbi düdə düzgün tələffuz edilmədikdə və ya düzgün yazılmadıqda fonetik norma pozulur. Məsələn: «məktəb» sözünün [məx’təb]şəklində deyil, yazıldığı kimi deyilməsi, eləcə də [maraxlı] şəklində tələffüz olunan sözün bu cür də yazılmast fonetik normamn pozulması dəraokdir.
Leksik norma
Ədəbi dilin bu norması yazıh dildə və ya şifahi nitqdə hər bir sözün mənasına yaxşı bələd olmağı, onu düzgün və yerində işlətməyitələb edir. Leksik normamn əsas şərti sözlərin dəqiq seçilməsi, ifadəli şəkildə və məna incəlikləri nəzərə ahnmaqla işlədilməsidir. Yazıda və ya nitqdə hər hansı bir söz düzgün və yerində işlədilmədikdə ədəbi dilin leksik norması pozulur. Məsələn, avtobusda yazılmış «Xahiş edirik, qapını yavaş bağlayın» cümləsindəki sonuncu söz yerində işlədilməmişdir. Bu sözün əvəzinə “örtün “ sözünün işlədilməsi düzgündür.
Qrammatik norma
Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqələrin istər şifahi, istərsə də yazdı nitqdə düzgün qurulmasını tələb edir. Bu əlaqələr düzgün qurulmadıqda qrammatik səhvlərə yol verilir.
Ədəbi dilin bu normaları müəyyən bir tarixi dövrdə bütövlükdə bir sistem şəklində fəaliyyət göstərir. Ədəbi dilin normaları uzun müddət dəyişməz, sabit qalır. Lakin leksik normada zaman keçdikcə müəyyən dəyişiklik baş verir. Fonetik və qrammatik normalarda isə dəyişmə nisbətən gec olur.
Ədəbi dilin müəyyən inkişaf mərhaləsində norma ilə yanaşı, nitq istisnaları — qeyri — normativ hallar da olur. Nitq istisnaları iki halda ortaya çıxrr:
- Ədəbi dildə işlənməyən, öz dövrünü keçirmiş nitq vahidləri bu və ya digər üzlubda özünü göstərir.
- Yeni yaranmış nitq vahidləri norma halına düşmür — normativləşə bilmir.
Natiqlik sənəti
Natiqlik — nitq sahəsində müəyyən peşəkarlıq tələb edən sənətdir. Nitqi ədəbi normalara uyğun, dəqiq və gözəl (ifadəli) olan adamlar natiq adlanırlar. Natiqlik sənətinin əsas tələbləri bunlardır:
- Düzgün, dəqiq və gözəl (ifadəli) danışıq;
- Dinləyicilərin səviyyəsini nəzərə almaq, onlar üçün anlaşıqlı bir dildə danışmaq;
- Nitqin intonasiyasına fıkir vermək və ona uyğun əl-qol, bədən hərəkətləri etmək;
- Mövzu haqqında yığcam danışmaq, mətləbdən kənara çıxmamaq;
- Nitqə əvvəlcədən hazırlaşmaq və müəyyən nəticələr çıxarmaq.
Natiqlik elminə ritorika da deyilir. Bu sənətin bir neçə sahəsi var: bədii natiqlik, akademik natiqlik, siyasi natiqlik, inzibati -idarə natiqliyi, işgüzar natiqlik. Sinifdə, auditoriyada müəllimin söhbəti və ya mühəzirəsi akadəmik natiqlik sayılır.
Natiqlik sənətinin mühüm şərtlərindən biri jestlərdir. Jest nitq zamanı ona uyğun edilən əl — qol hərəkətləridir. Jestlər nitqin təsir gücünü, emosionallanğını artırır. Bununla belə, hər bir jest ölçülüb — biçilməli və ondan yerində istifadə edilməlidir. Hər bir görkəmli natiqin özünəməxsus jest üslubu olur.
Nitq prosesində mimikadan da istifadə olunur.Mimika nitq prosesində üz əzələlərinin mənalı hərəkətinə (təəccüb, narazılıq, sevinc və s. hissləri ifadə edən üz hərəkətinə) deyilir.Mimika da jest kimi, şifahi nitqin emosionallığını artırır.
Nitq etiketləri
Ünsiyyət zamanı müraciət, görüşmə, ayrılma, təbrik və s. formalarına (ifadələrinə) nitq etiketləri deyilir. Nitq etiketləri xalqın milli mədəniyyətinə uyğun olur və nitq mədəniyyətinin mühüm bir göstəricisi sayılır. Nitq etiketlərinin aşağıdakı növləri var:
- Müraciət etiketləri:Bağışlayın, buyurun, xahiş edirəm, zəhmət olmasa, lütfən və s. Qardaş, bacı, əmi, dayı, əzizim, eloğlu, ay oğlan və s. kimi müraciət formaları da vardır. Müraciət etiketləri rəsmi və qeyri-rəsmi olur. Məsələn: Cənab nazir, cənab rəis (rəsmi), Oğlum, əzizim, xanım (qeyri-rəsmi) və s.
- Görüşmə etiketləri:Salam! Salam — əleyküm! Əleyküm -salam! Xoş gördük! Sabahımz xeyir! Xoş galmişsiniz! və s.
- Ayrüma etiketləri: Xudahəfız! Əlvida! Salamat qalın! Sağ olun! Allah amanında! Gürüşənədək! Yaxşı yol! Uğur olsun! və s.
- Təbrik etiketləri: Təbrik edirəm! Gözünüz aydın olsun! Mübarəkdir! Mübarək olsun! Sağlığınıza qismət olsun! və s.
- Teqlər:
- nitq mədəniyyəti
- , Azərbaycan dilinin qrammatikası
- , ədəbi normalar
- , Azərbaycan dili
- , nitq
Comments are closed, but trackbacks and pingbacks are open.