Press "Enter" to skip to content

Опытные онлайн-репетиторы

Azərbaycan xalqının zəngin şifahi xalq ədəbiyyatı ədəbiyyatı vardır. Yazılı ədəbiyyatda olduğu kimi, şifahi xalq ədəbiyyatı da üç növə ayrılır:

Nizaməddin Şəmsizadə geri çəkilmədi: “Haqlıyam!”

İnterpress.az xəbər verir ki, bunu Modern.az saytına açıqlamasında filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə “Şah İsmayılın damarında xristian qanı axırdı” fikirlərinə aydınlıq gətirərkən deyib.

O, bildirib ki, dediyi fikirlərə görə indi də peşman deyil və bu ətrafda açılan müzakiərlərdən, qalmaqaldan narahat deyil.

“Müsahibədə Azərbaycanı aşağılamamışam. Məni yanlış anlayıblar. Haqqımda yazılanlara görə narahat da deyiləm. Halbuki, dediklərim tarixi faktdır. Şah İsmayılın damarında xristian qanının axması barədə dediyim fikrimdə də qalıram. Haqqımda nə deyirlər desinlər. Hamısına hörmətlə yanaşıram”.

Xatırladaq ki, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə Publika.az-a müsahibəsində bunları deyib:

“Doğrudur, Şah İsmayıl Xətainin Azərbaycan üçün xidmətləri danılmazdır. O, Azərbaycanın üçüncü böyük imperiyasını yaradıb, ana dilimizi dövlət dili edib. Amma eyni zamanda şiəliyi təbliğ edib, dövlət səviyyəsinə qaldırıb. Bunun da səbəbləri var idi. O, xristian dövlətlərin təsiri altında bunu edirdi. Çünki Şah İsmayıl Xətainin damarlarından xristian qanı axırdı”.

Nizaməddin Şəmsizadənin fikirləri sosial şəbəkələrdə etirazlara səbəb olub.

Опытные
онлайн-репетиторы

Инфоурок › Другое › Статьи › Azərbaycan xalqının zəngin şifahi xalq ədəbiyyatı vardır. Yazılı ədəbiyyatda olduğu kimi, şifahi xalq ədəbiyyatı da üç növə ayrılır: 1. Lirik növ 2. Epik növ 3. Dramatik növ

Azərbaycan xalqının zəngin şifahi xalq ədəbiyyatı ədəbiyyatı vardır. Yazılı ədəbiyyatda olduğu kimi, şifahi xalq ədəbiyyatı da üç növə ayrılır: 1. Lirik növ 2. Epik növ 3. Dramatik növ

ŞİFAHI XALQ ƏDƏBİYYATI

Azərbaycan xalqının zəngin şifahi xalq ədəbiyyatı ədəbiyyatı vardır. Yazılı ədəbiyyatda olduğu kimi, şifahi xalq ədəbiyyatı da üç növə ayrılır:

1. Lirik növ

2. Epik növ

3. Dramatik növ

II Mahnılar

III Bayatılar

1. əmək n.

2. mərasim n.

3. mövsüm n.

4. qəhrəmanlıq n.

5. məişət n.

1. Əmək nəğmələri. Azərbaycan ərazisində yaşayan etnoslar və tayfalar müxtəlif peşə və sənətlə məşğul olmuşlar. Peşə və məşğuliyyətlər qədim insanların həyatında ta qədim dövrlərdən, insanların hələ yarımvəhşilik dövründən özünü göstərməəyə başlamışdır. Əcdadlarımız tarixin müxtəlif mərhələlərində bədii söz yaratmışlar. İlkin dövrdə bu nəğmələr müəyyən poetik ölçülərə malik olmamış, zaman keşdikcə ahəng, ritm, alliterasiya özünü göstərmiş, poetik üslubun elementləri yaranmış, daha sonralar isə kiçikhecalı qəliblər formalaşmışdır. Bu yaradıcılıq prosesi lirik növün ilkin poetik qəliblərini formalaşdırmış və bu elementlər daha çox əmək və məşğuliyyətlə bağlı nəğmələrdə qorunub saxlınmışdır. Əmək nəğmələri həyatın bir çox sahələrini əhatə etsə də, əkinçilik və maldarlıqla bağlı nəğmələr daha geniş yayılmışdır.

Holavarlar xalq poeziyasının ən qədim nümunələrindən olub biçinçi, cütcü həyatını tərənnüm edir. Bu nəğmələr əkinçilərin əmək prosesində yaratdıqları, ifa etdikləri nəğmələrdir. Onlarda məqsəd əməyi ritmləşdirmək və yüngülləşdirməkdən ibarət olmuşdur. Holavarlar oxunan zaman heç bir musiqi alətindən istifadə olunmur. Cütcünün yer əkən zaman heyvanların hərəkətinə, alətlərin çıxardığı səslərə, işin ahənginə uyğun olaraq oxunan holavarlar əvvəlcə çox bəsit olmuş, çox güman ki, “ho. hoo. ” formasında arası kəsilmədən təkrar olunmuşdur. Holavarlar yalnız əkinçinin mənəvi ehtiyacıını ödəyən mənzumələr olmamış, bu mahnılarda həm də arzu vı istəklər, zəmanədən şikayət, sevinc və kədər də ifadə olunmuşdur. Bu nəğmələrdə ictimai məzmun daha qabarıqdır:

Qaşqa kəlim boz, ala,

Tarlaya saldım yola.

Tək öküzlə iş aşmaz,

Öküz gərək cüt ola.

Sayaçı sözlər. Şifahi poeziyamıza ilk əmək nəğmələri kimi daxil olan sayaçı nəğmələrində qoyunçuluq həyatı tərənnüm olunur. Folklorumuzda qoyunçuluq təsərrüfatı ilə bağlı nümunələr məzmun və formaca daha rəngarəngdir:

Nənəm a nazlı qoyun,

Qırqovul gözlü qoyun,

Qatığı üzlü qoyun.

Qoyunçuluğun məhsuldarlığı və mənfəətli olması ona böyük və tükənməz qayğı və məhəbbət bəslənməsinə səbəb olmuşdur:

Nənəm a şişək qoyun,

Yunu bir döşək qoyun.

Bulamanı tez gətir,

Qırıldı uşaq qoyun.

2. Mərasim nəğmələri müxtəlif mərasimlərlə bağlı yaranmış nəğmələrdir. Ən geniş yayılmış növləri toy nəğmələriağılardır.

Qızıl üzük laxladı, Bostanda tağım ağlar,

Verdim anam saxladı. Dəymə, yarpağım ağlar

Anama qurban olum, Sağ durduqca mən özüm,

Məni tez adaxladı. Ölsəm, torpağım ağlar.

3. Mövsüm nəğmələri ilin müxtəlif fəsilləri ilə bağlı oxunan nəğmələrdir.

Üçü bizə yağıdır,

Üçü cənnət bağıdır.

Üçü yığar gətirər,

Üçü vurar, dağıdar.

4. Qəhrəmanlıq nəğmələri döyüş zamanı oxunan, döyüşçüləri qələbəyə ruhlandıran nəğmələrdir.

Hoydu, dəlilərim, hoydu

Yeriyin meydan üstünə!

Havadakı şahin kimi,

Tökülün al qanüstünə! (“Koroğlu”)

5. Məişət nəğmələrinə laylalar və oxşamalar daxildir .

Laylalar beşik başında anaların xüsusi ritm və ahənglə zümzümə etdiyi nəğmələrdir. Onlarda ananın körpəsinə dərin məhəbbəti, bu gününə, sabahına bəslədiyi ümidi əks olunur.

Laylaların başlıca xüsusiyyətlərindən biri odur ki, burada səslərin oxşarlığından ahəngdar ritm yaranır. Ana beşik başından ayrılsalar da, əmək prosesində laylanı davam etdirir. Bəzən isə sözləri təkrar etmədən belə ümumi ritmlə, zümzümə ilə həzin, ahəngdar musiqi yaranır.

Laylay beşiyim laylay,

Sən get şirin yuxuya

Çəkim keşiyin laylay.

Laylay balam, a laylay,

Gülüm, laylay, a laylay.

Oxşama uşağı oxşatma, əyləndirmək məqsədilə yaranmış, uşaq oyandıqdan sonra onu əzizləmək məqsədilə oxunmuşdur. Oxşamalar əzizləmələr, yaxud nazlamalar da adlanır. Ana öz körpəsini böyük sevinclə, canlı, oynaq bir dillə oxşayır, başqalarına da belə xoşbəxtlik arzulayır.

A Tanrı bundan beş dənə ver,

Göydə uçan quşlara ver.

Qarımış, qaralmışlara ver,

Evində qalmışlara ver.

Nəğmələrdən fərqli olaraq, mahnıların öz melodiyası olur. Mövzusuna görə həm məhəbbət, həm də ictimai-siyasi məzmunlu olur. “Üçtelli durna”, “Ahu kimi”, “Kəklik” kimi mahnılarda məhəbbət mövzusu, “Sona bülbüllər”, “Çalpapaq”, “Qadan alım” kimi mahnılarda isə ictimai motivlər üstünlk təşkil edir.

4 misradan, 7 hecadan ibarət lirik parçalardır. Aaba şəklində qafiyələnir, 1,2 və 4-cü misralar həmqafiyə, 3-cü misrası sərbəst olur. Məsələn:

Əzizim vətən yaxşı,

Geyməyə kətan yaxşı,

Gəzməyə qərib ölkə.

Ölməyə vətən yaxşı.

Ədəbiyyat:

1. Vaqif Vəliyev. Azərbaycan folkloru, Bakı, “Maarif”, 1985.

Nizamddin şmsizad dbiyyat nzriyysi

Elnur Baxış istedadlı cavan şair, ədəbiyyatımızın həm ölkədə, həm də beynəlxalq arenada təmənnasız təbliğatçısıdır. Əslində, Region poeziyasına mənim marağımın yaranması Elnurun xidmətidir. O hazırda ədəbiyyatımıza böyük məhəbbət, milli sərvətlərimizə hörmət və qayğı ilə səmərəli kordinator işini icra edir.
Elnurun beynəlxalq əlaqələri çox genişdir: Türkiyə Cümhuriyyətində pedaqoji elmlər doktoru, şair-tərcüməçi türk Dünyası Araşdırmalar Mərkəzinin direktoru Kənan Çorbaca, şairə – tərcüməçi Batman Həcər Sağlam; İraqlı şair – mütərcim Qasım Babaoğlu, Qazaxıstandan şair – tərcüməçi Sayat, İrandan şair -tərcüməçi, “Ədəbi körpü” jurnalının baş redaktoru Səxavət İzzəti, Özbək Respublikasından şairə – mütərcim Gülzar Şərifova, tərcüməçi Xasiyyət Rüstəmova. Yenə Özbəkistandan yazıçı – tərcüməçi, filologiya elmləri doktoru, Mədəniyyət Universitetinin müşaviri Macufan Yoldaşev. İstedadlı bir şair kimi o işıqlı adam, ədəbiyyat sevgisi ilə nəfəs alan millətsevər oğuldur. Onun bəzi şeirləri aşıq ədəbiyyatı, folklor ruhunda, qoşma, gəraylı, bayatı tərzindədir. O bəzi müasirlərinə üz tutaraq milli dərdlərimizi, itirilmiş yurd yerlərinin həsrət və niskilini qələmə alır: Bu baxımdan onun Kəlbəcərli müəllim, el şairi İdris Verdiyevə, görkəmli saz-söz ustası aşıq Əhlimana xitabən yazdığı şeirlər diqqətimi cəlb etdi:

Elnur Vətən deyib ağlaram hər an,
Vətənimdə Vətən olubdur talan.
Uçam Dəlidağa, mən qanad çalan
Könlüm evin yıxdın, ay Hacı İdris.

“Vətənimdə Vətən olubdur talan” – deyən şairin Vətən duyğusu, Vətən dərdi, itirilmiş yurd həsrəti dərindən – dərindir.
Dostum aşıq Əhliman Şirvanlıya qətiyyən şairlik iddiasında olmayan mən də
şeir yazmışam. Bir beytini qeyd edirəm:

Sazın simlərindən asdırın məni,
Sonra çanağında basdırın məni.

Elnur Baxışın şeirində isə Aşıq Əhliman sənəti belə zikr olunur:

Deyir Şirvan şikəstəsi,
Aləmə yayılır səsi.
Azərbaycan xəritəsi,
Əhlimanın sazındadır.

Hər sözü deyir düzünə,
Düşmüşəm onun izinə.
Tapılmayan bir xəzinə,
Əhlimanın sazındadır.

Elnur Aşıq Əhliman vətənpərvər və vətəndaşdır demir, “Azərbaycan xəritəsi Əhlimanın sazındadır” deyir, aşığın sənətini “Tapılmayan xəzinə” adlandırır. Belə bənzəmələr bir şair kimi özünəməxsusluğunu əks etdirir: sadə, aydın və simvolik – obrazlı deyim tərzi! İtirilmiş, tərk edilmiş Yurd həsrəti onun şeirlərinin başlıca mövzusu, bədii -fəlsəfi pafosunu təşkil edir:

Elnur Baxış qovulmuşuq,
Vətən deyib yorulmuşuq.
Dərd içində qovrulmuşuq,
Səpələnib külüm Göyçə.

Tarixi bir ədalətsizlik nəticəsində bir neçə yerə bölünmüş Vətən dərdi gənc şairin qəlbində qovrulur. Göyçə, İrəvan, Zəngəzur, Arazla ikiyə bölünən, Dərbənddən, Borçalıdan Həmədana qədər uzanan Vətən həsrəti, Təbriz sevgisi Elnuru bir şair – vətəndaş olaraq bizə tanıdır.

Elnuram, nə yaman dəhşətdi, Allah!
Sevginin özü də bir dərdi, Allah!
Sinəmdə sevgimi tərpətdi, Allah!
Ömrümdə əbədi qalan görüşlər.

Əlbəttə, yaralı vətənin şairi olmaq, onu sevmək, özü o tayda arzuları bu tayda qalan qızların sevgisi əsl faciədir. Dərdi çox olduqca şair daha artıq şair olur: “Dərd şairliyin əsas sərmayəsidir” (Füzuli). Dərd, əsir torpaq həsrəti, El məsubu qeyrətli bir vətəndaş, söz aşiqi Elnur Baxışı şair edib.

Comments are closed, but trackbacks and pingbacks are open.