Press "Enter" to skip to content

Nizami 7 gözəl

BƏHRAMIN ZALIM VƏZİRİ ÖLDÜRTMƏSİ

Azərbaycan şairi Nizami/Həft peykər (“Yeddi gözəl”)

Ey cəhan dide xiş əz to
Hiç budi nəbud piş əz to.

(Ey dünyanın özünü səninlə gördüyü,
Səndən əvvəl heç bir varlıq yox idi! – red.)

Hicri 593-cü il ramazanın 14-də [1] (miladi 1197-ci il iyulun 31-də) yazılmış bu mənzumə 4.968 beytdə Marağa [2] hökmdarı Ağsunquri padşahı Əlaəddin Körp (körpə) Arslana ithaf olunmuşdur.
Sasani padşahlarından Bəhram-Gur haqqında şairanə bir əfsanədən ibarət olduğu üçün bəzi naşir və tədqiqatçılar əsərə “Bəhramnamə” də demişlər. Amma şair özü əsərinə “Həft peykər” adı vermişdir. Verəcəyimiz xülasədən görünəcəyi kimi, bu ad daha təbii və daha uyğundur. Əsərin məzmunu budur:
Sasani padşahı Yəzdigürdün Bəhram adlı bir oğlu olur. Münəccimlərin tövsiyyəsinə əsasən Ərəbistanda tərbiyə edilməsini istəyən atası Bəhramı Yəmən hökmdarı Münzərin yanına göndərir.
Münzər qonağı olan şahzadənin rahatlığını təmin etmək üçün hər cəhətdən qayğı göstərir. Məşhur Rum memarı Simnarı dəvət edərək İran şahzadəsi üçün xüsusi Xəvərnəq qəsrini tikdirir. Bu qəsr, şair təsvir etdiyinə görə, sənətin misilsiz bir nümunəsidir. Onun bütün dünyaya yayılmış bir qəribəliyi varmış: günün müxtəlif saatlarında günəş şüalarının dəyişən təsiri altında qəsr müxtəlif rənglərdə görünərmiş. Bu qəsrin dünyada tayı-bərabəri yoxdu və ola da bilməzdi: çünki başqa bir beləsini tikməsin deyə, Yəmən hökmdarı Xəvərnəqi tikmiş yunan memarını öldürtdürür.
Iran şahzadəsi Yəməndə yaxşıca böyüyür, ova çıxır, “gur” [3] ovlamaqda məşhur olur. Bunun üçün ona Bəhram-Gur deyirlər. Bəhram-Gurun qəhrəmanlığı yalnız gur ovlamaqla məhdudlaşmır, ən yırtıcı heyvanları da məğlub edir. Qorxulu bir mağaraya girir, əsatiri əjdahanı öldürür və buradakı əfsanəvi xəzinələri əldə edir.
Bir gün şahzadə Xəvərnəq qəsrinin bağlı otaqlarından birini açır. Bu əsrarəngiz otaqda sənətkar bir əl tərəfindən çəkilmiş bir tablo önündə heyran qalır. Burada özünü yeddi iqlimin şahzadələri arasında görür. Otağın açarını özündə saxlayır. Bəhram-Gur arabir dincəlmək üçün bu otağa gəlməyi adət edir.
Yəzdikürdün ölüm xəbəri alınır. Bəhram-Gur İran taxtına çıxmaq üçün yola hazırlaşır. Birdən belə bir xəbər yetişir: İranın dövlət adamları yad bir məmləkətdə tərbiyə edilmiş, yurdundan uzaqda böyümüş bir gəncin İrana yaxşı bir padşah ola bilməyəcəyi üçün öz aralarında bir “piri-dana”nı [4] taxta çıxarmışlar.
Bəhram ərəb dostlarından güclü bir ordu toplayaraq öz haqqını geri almaq üçün sərhədə yaxınlaşır. Irandan gəlmiş bir heyət onu qarşılayır. Heyət şahzadəyə yürüşdən əl çəkməsini və ölkəni qardaş qırğınına cəlb etməməsini təklif edir.
– Atanın günahıdır ki, səni yad tərbiyəsinə verdi, – deyirlər.
Bəhram təklifi rədd edir. Özünün taxta varis olduğunu irəli sürür. Qorxduqları qan tökülməsinin qarşısını almaq üçün isə orijinal bir şərt qoyur:
– İran tacı iki yırtıcı aslanın arasına qoyulacaq; kim onu şirlərin pəncəsindən alacaqsa, o da taxta çıxacaqdır.
Heyətin ağıllı hesab etdiyi bu təklifin yerinə yetirilməsi nəticəsində Bəhram-Gur İran taxtına sahib olur. Bəhramın hökmranlığı zövq və səfa içində, eşq oyunları ilə keçir. Həftənin altı gününü eşq və səfaya sərf edir, yalnız bir günündə məmləkət işləri ilə məşğul olur.
Məmləkətdə quraqlıq baş verir, qıtlıq olur; fəlakət dörd il davam edir. Bu ağır illərdə Bəhram xalqın dadına yetir. Ehtiyacı olanlara dövlət anbarından ərzaq paylayır. Bununla da xalqın məhəbbətini qazanır.
Bu zaman Çin xaqanı İrana hücum edir. Içki, kef və əyləncələrə alışmış iranlılar hərbçiliyi yadırğamışlar. Çin xaqanını İranın üstünə gəlməyə cəsarətləndirən də əslində budur. Amma Bəhram şəxsi şücaəti, qeyrəti və əhalini müharibəyə təşviq etməsi sayəsində məmləkətin müdafiəsini təmin edir. Qələbə çalır.
Bu hadisədən sonra Bəhram, İran böyükləri ilə bərabər, Xəvərnəq qəsrini yenidən görməyə gedir. Onlar “Yeddi gözəl” tablosuna tamaşa edirlər.
Bəhram tablodakı gözəlliyi həyata keçirmək istəyir. Dövlət adamlarının razılığı ilə Bəhram yeddi iqlimin hərəsindən bir gözəl gətirtməyə başlayır. Hər iqlimdən bir şahzadə alır. Onları özünəməxsus şəkildə tikdirdiyi yeddi qübbəli sarayda yerləşdirir. Hər iqlimin gözəlinə sarayın ayrı-ayrı otaqlarında yer verir. Bütün qışı başı bu gözəllərin dizində, nağıl dinləmək və kefə baxmaqla keçirir. Şair yeddi rəngli bu qübbələr [5] altında hər iqlimin öz tipindəki bir gözəlin dililə Bəhrama danışdırdığı hekayətləri tərifi mümkün olmayan bir zəriflik və sehrli bir sənətkarlıqla təsvir etmişdir. Həftənin yeddi günü, yerin yeddi iqlimi, gözəl tipinin yeddi özünəməxsusluğu, yeddi planetin rəmz və təsirilə, yeddi rəngə uyğun fərqli ştrixlərlə canlandırılan bu hekayətlərdə, şair sənətkarlığının orijinallığını təşkil edən eşq əfsanəsinin ən parlaq tablosunu çəkmiş, təxəyyülünə geniş bir uçus imkanı vermişdir.
Sənətin bütün incəliklərini nəzərdən qaçırmayan şair, eyni zamanda, öz mistik və didaktik ruhuna sadiq qalaraq, bu oynaq əsərində də, filosofluğundan irəli gələn yol göstərmək vəzifəsini unutmamışdır.
Bəhram “Həft peykər” işrətindən ayrılmağa fürsət tapıb ova çıxdıqda bir çobanın zavallı bir köpəyi ağaca bağlayaraq döyməkdə olduğunu görür və çobandan:
– Bu nədir? – deyə soruşur.
Çoban izah edir.
– Padşahım, – deyir, – mən indi gördüyün kimi bir çoban deyil, əvvəllər bütöv bir qoyun sürüsünün sahibi idim. Sürünü bu köpəyə etibar etmişdim. Köpək də öz vəzifəsini yaxşı yerinə yetirər, qoyunları qurdlardan qoruyardı. Günlərin bir günü qoyunların azaldığını duydum, əhəmiyyət vermədim. Az sonra baxıb qoyunların xeyli azaldığını gördüm. Nəhayət, işdən şübhələndim. Necə olsa da, məsələni aydınlaşdırmaq qərarına gəldim.
Padşahım, nə görsəm yaxşıdır? Dişi bir canavar müntəzəm olaraq sürüyə gəlir. Köpək bu dişi canavarla cütləşir, arzusuna yetişdikdən sonra qoyunlardan bir neçəsini aparmasına mane olmur.
Köpəyin bu qəflət və xəyanətinin nəticəsidir ki, mən mötəbər bir sürü sahibi ikən, indi belə səfil bir çoban vəziyyətinə düşmüşəm. Buna görə də kefə dalaraq vəzifəsini unutmuş bu xainin cəzasını verirəm.
Çobanın söhbəti padşahın gözlərini açır. Vəziyyəti ciddi və şüurlu təhlil edir. Məlum olur ki, özü nağıl dinləyib həftənin yeddi gecəsini yeddi gözəlin ağışunda keçirdiyi zaman məmləkətin idarəsini tapşırdığı vəzir göstərdiyi zülmlə əhalini zara gətirmişdir.
Vəziyyəti belə görən padşah dərhal ədalət qapısını açır, “kimin idarədən şikayəti varsa, gəlsin, söyləsin” – deyir.
Şair yeddi gözəlin söylədikləri yeddi novellaya həmahəng olaraq yeddi şikayətçini zalım vəzirdən şaha şikayətə gətirir. Padşah şikayətçiləri tam diqqətlə dinləyir; onları dərhal razı salır və nəticədə zalım, xalqın gözü qarşısında layiq olduğu bir şəkildə cəzalandırılır.
Padşahın kefə qurşandığı qəflət günlərindən istifadə edərək, Çin xaqanı yenidən İrana qarşı topladığı ordu ilə sərhədə qədər gəlmişdi. Amma Bəhramın qəflətdən ayılıb zalım vəziri cəzalandırması xəbərini alan kimi hücumdan vaz keçir, əksinə, İranla dostluğunu elan edir.
Bu hadisədən sonra Bəhram yeddi gözəlin qucağını tərk edib ədalət gözəlinin əlinə verir:

Peykər-e ədl çun be dide-ye şah
Ebrət əngixt əz səpid-o-siyah

Şah kərd əz cəmal-e mənzər-e u
Həft peykər fəda-ye peykər-e u.

Rəvayət “qissədən hissə alan” Bəhramın dünyadan getməsini bir sirr pərdəsinə bürümüşdür. Məiyyətilə birlikdə ova çıxan Bəhram, yanındakılardan aralanıb bir mağaraya girir və burada qeyb olur. Nə qədər axtarırlarsa da bir daha tapılmır.
“Həft peykər” dastanının təsəvvüfdəki yeddi “süluk” anlayışı ilə əlaqəsi olduğunu qəbul edənlər vardır. Bu qənaətdə olanlar üçün Bəhramın qeyb olmasında, şübhəsiz, sufiyanə bir rəmz görünə bilər. Bu cür olmasa belə, Bəhram-Gur dastanındakı “Yeddi gözəl” novellalarının, təsəvvüf sisteminə də təsir göstərmiş Assur-Babil mədəniyyətindən gələn qədim saibi (ulduza etiqad) dini və astronomik təsəvvürü ilə əlaqədə olması inkar edilə bilməz. Bu sistemdə həftənin yeddi günü yeddi səyyarənin adı ilə adlanırdı. Assuriyalılar bu ulduzlara sitayiş edirdilər, onların adına ayrı-ayrı məbədlər tikmişdilər. Bu allah-ulduzlar aşağıdakılardır. 1. Zühəl (Keyvan) = Saturn; 2. Müştəri = Yupiter; 3. Mərrix = Mars; 4. Şəms (günəş) = Sonn (Soley); 5. Zöhrə = Venera; 6. Ütarid = Merkuri; 7. Qəmər (ay) = Mond (Lune). [7]
Avropa dillərindəki gün adlarında bu qədim Assur ilahələrinin izləri görünməkdədir. Məsələn, almanca “monntaq” ilə fransızca “lundi” (bazar ertəsi) – Ayı; fransızca “mardi” (çərşənbə axşamı) – Marsı, yəni Mərrixi; “merkredi” (çərşənbə) – Merkuri, yəni Ütaridi; “jeudi” (cümə axşamı) – Yupiter, Müttərini; “vendredi” (cümə) – Venera, yəni Zöhrəni; ingiliscə “sətidi” (şənbə) – Saturn, yəni Zühəli; almanca “sonntaq” (bazar) da Günəşi xatırlatmaqdadır.
Bəhramın yeddi iqlimdən aldığı gözəlləri, Nizami, bu iqlimlər üzərində qədim astronomiya elmində təsirləri təsəvvür olunan səyyarələrin təbiət və xüsusiyyətlərinə uyğun bir şəkildə təsvir etmişdir. Belə ki, yeddi gözələ ayrılan gümbəzlərin rəngləri həftənin yeddi gününün – qədim insanların təsəvvürüncə, göyün yeddi təbəqəsində yerləşmiş olan yeddi planetin zənn edilən rənglərinə müvafiqdir. Eyni zamanda, bu gümbəzlərdə oturan gözəllər də, yuxarıda işarə edildiyi kimi, yeddi rəng ilə bağlı səyyarələrin təsirləri altında olan iqlimlərin qızlarıdır. [8]

Əz pəs-e pansəd-o-nəvəd-se qeran
Qoftəm in name-ra ço namvəran.

Ruz bər çardəh ze mah-e siyam
Çar saət ze ruz rəfte təmam.

(Beş yüz doxsan üç il keçdikdən sonra
Şöhrətlilər təki bu dastanı dedim.
Ramazan ayının on dördü idi
Günortadan dörd saat keçmişdi – red.)

Ədalətin pərisini gördü şah,
Ayırd oldu ona bəyazla siyah.

Bu gözəl tabloya heyrətindən
Əl çəkdi o həmən yeddi gözəldən!

Nizami 7 gözəl

Спрятать опции

Установить закладку

+ Настройки

Размер шрифта:
14 | 16 | 18 | 20 | 22 | 24

Ширина текста:
50% | 60% | 70% | 80% | 90% | 100%

Цвет текста:
Установить
Цвет фона:
Установить

Сбросить настройки

+ Оглавление

NAĞILLAR ALƏMİ VƏ HƏYAT HƏQİQƏTLƏRİ

BAŞLANĞIC [1]

PEYĞƏMBƏRİN MƏDHİ

PEYĞƏMBƏRİN MERACI

KİTABI YAZMAĞIMIN SƏBƏBİ

ƏLAƏDDİN KÖRPƏ ARSLAN ŞAHA SƏNA [42]

TƏZİM XİTABI

SÖZÜN TƏRİFİ VƏ HİKMƏT HAQQINDA

OĞLUM MƏHƏMMƏDƏ NƏSİHƏT

DASTANIN BAŞLANĞICI
BƏHRAMIN ANADAN OLMASI

SİMNARIN TƏRİFİ VƏ XƏVƏRNƏQ QƏSRİNİN TİKİLMƏSİ

XƏVƏRNƏQİN TƏRİFİ VƏ NEMANIN GÖZDƏN İTMƏSİ

BƏHRAMIN OVA ÇIXMASI VƏ GURLARI DAĞLAMASI

BƏHRAMIN BİR OXLA GURU VƏ ŞİRİ ÖLDÜRMƏSİ

BƏHRAMIN ƏJDAHANI ÖLDÜRMƏSİ VƏ XƏZİNƏ TAPMASI

BƏHRAMIN XƏVƏRNƏQDƏ YEDDİ QIZIN ŞƏKLİNİ GÖRMƏSİ

BƏHRAMIN ATASININ ÖLÜMÜNDƏN XƏBƏR TUTMASI

BƏHRAMIN İRAN TORPAĞINA QOŞUN ÇƏKMƏSİ

İRANLILARIN BƏHRAMA MƏKTUB YAZMASI

BƏHRAM-GURUN İRANLILARA CAVABI

BƏHRAMIN İKİ ŞİR ARASINDAN TAC GÖTÜRMƏSİ

BƏHRAMIN PADŞAHLIĞI
BƏHRAMIN TAXTA ƏYLƏŞMƏSİ

BƏHRAM-GURUN ƏDALƏT VƏ SƏXAVƏTİ

QURAQLIQ İLİ VƏ BƏHRAMIN RƏİYYƏTƏ MƏRHƏMƏTİ

BƏHRAMIN ÖZ KƏNİZİ İLƏ MACƏRASI

BƏHRAMIN OVLAQDAN SƏRHƏNGƏ QONAQ GETMƏSİ

ÇİN XAQANININ QOŞUN ÇƏKMƏSİ VƏ
BƏHRAM-GURUN ZƏFƏR QAZANMASI

BƏHRAMIN ORDU ƏMİRLƏRİNƏ ACIQLANMASI

YEDDİ GÜNBƏDİN TİKİLMƏSİ VƏ
BƏHRAMIN YEDDİ İQLİMİN QIZINI İSTƏMƏSİ

BƏHRAMIN QIŞ MƏCLİSİNİN TƏRİFİ VƏ
YEDDİ GÜNBƏD TİKDİRİLMƏSİ

YEDDİ GÜNBƏDİN TƏRİFİ VƏ
BƏHRAMIN ORADA İŞRƏTƏ DALMASI

BƏHRAMIN ŞƏNBƏ GÜNÜ QARA GÜNBƏDƏ GETMƏSİ VƏ
BİRİNCİ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

BƏHRAMIN YEKŞƏNBƏ GÜNÜ SARI GÜNBƏDƏ GETMƏSİ VƏ
İKİNCİ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

KƏNİZ SATAN PADŞAHIN HEKAYƏSİ

BƏHRAMIN DÜŞƏNBƏ GÜNÜ YAŞIL GÜNBƏDƏ GETMƏSİ VƏ
ÜÇÜNCÜ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

BİŞRİN HEKAYƏSİ VƏ ONUN AŞİQ OLMASI

BƏHRAMIN ÇƏRŞƏNBƏ GÜNÜ QIRMIZI GÜNBƏDƏ GETMƏSİ VƏ
DÖRDÜNCÜ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

RUS QIZININ BƏHRAMA HEKAYƏ SÖYLƏMƏSİ

BƏHRAMIN ÇƏRŞƏNBƏ GÜNÜ FİRUZƏ RƏNGLİ GÜNBƏDƏ GETMƏSİ VƏ
BEŞİNCİ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

MAHANIN HEKAYƏSİ

BƏHRAMIN PƏNCŞƏNBƏ GÜNÜ SƏNDƏL RƏNGLİ GÜNBƏDƏ GETMƏSİ VƏ
ALTINCI İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

XEYİR İLƏ ŞƏR HEKAYƏSİ

BƏHRAMIN CÜMƏ GÜNÜ AĞ GÜNBƏDƏ GETMƏSİ VƏ
YEDDİNCİ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ

BAHARIN TƏRİFİ

XAQANIN BƏHRAM ÜZƏRİNƏ QOŞUN ÇƏKMƏSİ VƏ
BƏHRAMIN ÖZ QOŞUNUNDAKI QARIŞIQLIQDAN XƏBƏR TUTMASI

BƏHRAMIN QOCA ÇOBANIN EVİNƏ YETİŞMƏSİ

BƏHRAMIN VƏZİRDƏN HESAB İSTƏMƏSİ

BİRİNCİ MƏZLUMUN ŞİKAYƏTİ

İKİNCİ MƏZLUMUN ŞİKAYƏTİ

ÜÇÜNCÜ MƏZLUMUN ŞİKAYƏTİ

DÖRDÜNCÜ MƏZLUMUN ŞİKAYƏTİ

BEŞİNCİ MƏZLUMUN ŞİKAYƏTİ

ALTINCI MƏZLUMUN ŞİKAYƏTİ

YEDDİNCİ MƏZLUMUN ŞİKAYƏTİ

BƏHRAMIN ZALIM VƏZİRİ ÖLDÜRTMƏSİ

ÇİN XAQANININ BƏHRAMDAN ÜZR İSTƏMƏSİ

BƏHRAMIN SON GÜNLƏRİ VƏ MAĞARADA YOX OLMASI

ŞAHA SƏNA VƏ KİTABIN XƏTMİ

Yeddi gözəl

“Yeddi gözəl” əsəri “Xəmsə”nin dördüncü kitabıdır. Nizami yaradıcılığının ana xəttini təşkil edən ağıllı və ədalətli şah arzusu “Yeddi gözəl”də başlıca yer tutur. Maraqlı nağılların, məhəbbət macəralarının içərisində şair öz əsas fikrini ifadə edir; zülmkar şahları xalqın qayğısına qalmağa, dövləti, ölkəni ədalətlə idarə etməyə çağırır.

Şair şahları uzaqgörən, həyatı gözəl dərk edən kəniz Fitnə ilə, xalqın, sadə adamların müdrik nümayəndəsi olan qoca çobanla üzləşdirir, öz əsərində sadə adamlara üstünlük verir.

Оглавление

  • NA ĞILLAR ALƏMİ VƏ HƏYAT HƏQİQƏTLƏRİ
  • BA ŞLANĞIC [1]
  • PEY ĞƏMBƏRİN MƏDHİ
  • PEY ĞƏMBƏRİN MERACI
  • K İTABI YAZMAĞIMIN SƏBƏBİ
  • ƏLAƏDDİN KÖRPƏ ARSLAN ŞAHA SƏNA [42]
  • T ƏZİM XİTABI
  • S ÖZÜN TƏRİFİ VƏ HİKMƏT HAQQINDA
  • O ĞLUM MƏHƏMMƏDƏ NƏSİHƏT
  • DASTANIN BA ŞLANĞICI B ƏHRAMIN ANADAN OLMASI
  • S İMNARIN TƏRİFİ VƏ XƏVƏRNƏQ QƏSRİNİN TİKİLMƏSİ
  • X ƏVƏRNƏQİN TƏRİFİ VƏ NEMANIN GÖZDƏN İTMƏSİ
  • B ƏHRAMIN OVA ÇIXMASI VƏ GURLARI DAĞLAMASI
  • B ƏHRAMIN BİR OXLA GURU VƏ ŞİRİ ÖLDÜRMƏSİ
  • B ƏHRAMIN ƏJDAHANI ÖLDÜRMƏSİ VƏ XƏZİNƏ TAPMASI
  • B ƏHRAMIN XƏVƏRNƏQDƏ YEDDİ QIZIN ŞƏKLİNİ GÖRMƏSİ
  • B ƏHRAMIN ATASININ ÖLÜMÜNDƏN XƏBƏR TUTMASI
  • B ƏHRAMIN İRAN TORPAĞINA QOŞUN ÇƏKMƏSİ
  • İRANLILARIN BƏHRAMA MƏKTUB YAZMASI
  • B ƏHRAM-GURUN İRANLILARA CAVABI
  • B ƏHRAMIN İKİ ŞİR ARASINDAN TAC GÖTÜRMƏSİ
  • B ƏHRAMIN PADŞAHLIĞI B ƏHRAMIN TAXTA ƏYLƏŞMƏSİ
  • B ƏHRAM-GURUN ƏDALƏT VƏ SƏXAVƏTİ
  • QURAQLIQ İLİ VƏ BƏHRAMIN RƏİYYƏTƏ MƏRHƏMƏTİ
  • B ƏHRAMIN ÖZ KƏNİZİ İLƏ MACƏRASI
  • B ƏHRAMIN OVLAQDAN SƏRHƏNGƏ QONAQ GETMƏSİ
  • ÇİN XAQANININ QOŞUN ÇƏKMƏSİ VƏ B ƏHRAM-GURUN ZƏFƏR QAZANMASI
  • B ƏHRAMIN ORDU ƏMİRLƏRİNƏ ACIQLANMASI
  • YEDD İ GÜNBƏDİN TİKİLMƏSİ VƏ B ƏHRAMIN YEDDİ İQLİMİN QIZINI İSTƏMƏSİ
  • B ƏHRAMIN QIŞ MƏCLİSİNİN TƏRİFİ VƏ YEDD İ GÜNBƏD TİKDİRİLMƏSİ
  • YEDD İ GÜNBƏDİN TƏRİFİ VƏ B ƏHRAMIN ORADA İŞRƏTƏ DALMASI
  • B ƏHRAMIN ŞƏNBƏ GÜNÜ QARA GÜNBƏDƏ GETMƏSİ VƏ B İRİNCİ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ
  • HEKAY Ə
  • B ƏHRAMIN YEKŞƏNBƏ GÜNÜ SARI GÜNBƏDƏ GETMƏSİ VƏ İKİNCİ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ
  • K ƏNİZ SATAN PADŞAHIN HEKAYƏSİ
  • B ƏHRAMIN DÜŞƏNBƏ GÜNÜ YAŞIL GÜNBƏDƏ GETMƏSİ VƏ ÜÇÜNCÜ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ
  • B İŞRİN HEKAYƏSİ VƏ ONUN AŞİQ OLMASI
  • B ƏHRAMIN ÇƏRŞƏNBƏ GÜNÜ QIRMIZI GÜNBƏDƏ GETMƏSİ VƏ D ÖRDÜNCÜ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ
  • RUS QIZININ B ƏHRAMA HEKAYƏ SÖYLƏMƏSİ
  • B ƏHRAMIN ÇƏRŞƏNBƏ GÜNÜ FİRUZƏ RƏNGLİ GÜNBƏDƏ GETMƏSİ VƏ BE ŞİNCİ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ
  • MAHANIN HEKAY ƏSİ
  • B ƏHRAMIN PƏNCŞƏNBƏ GÜNÜ SƏNDƏL RƏNGLİ GÜNBƏDƏ GETMƏSİ VƏ ALTINCI İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ
  • XEY İR İLƏ ŞƏR HEKAYƏSİ
  • B ƏHRAMIN CÜMƏ GÜNÜ AĞ GÜNBƏDƏ GETMƏSİ VƏ YEDD İNCİ İQLİM PADŞAHI QIZININ HEKAYƏ SÖYLƏMƏSİ
  • HEKAY Ə
  • BAHARIN T ƏRİFİ
  • XAQANIN B ƏHRAM ÜZƏRİNƏ QOŞUN ÇƏKMƏSİ VƏ B ƏHRAMIN ÖZ QOŞUNUNDAKI QARIŞIQLIQDAN XƏBƏR TUTMASI
  • B ƏHRAMIN QOCA ÇOBANIN EVİNƏ YETİŞMƏSİ
  • B ƏHRAMIN VƏZİRDƏN HESAB İSTƏMƏSİ
  • B İRİNCİ MƏZLUMUN ŞİKAYƏTİ
  • İKİNCİ MƏZLUMUN ŞİKAYƏTİ
  • ÜÇÜNCÜ MƏZLUMUN ŞİKAYƏTİ
  • D ÖRDÜNCÜ MƏZLUMUN ŞİKAYƏTİ
  • BE ŞİNCİ MƏZLUMUN ŞİKAYƏTİ
  • ALTINCI M ƏZLUMUN ŞİKAYƏTİ
  • YEDD İNCİ MƏZLUMUN ŞİKAYƏTİ
  • B ƏHRAMIN ZALIM VƏZİRİ ÖLDÜRTMƏSİ
  • ÇİN XAQANININ BƏHRAMDAN ÜZR İSTƏMƏSİ
  • B ƏHRAMIN SON GÜNLƏRİ VƏ MAĞARADA YOX OLMASI
  • ŞAHA SƏNA VƏ KİTABIN XƏTMİ
  • Примечания

Скачать или читать онлайн книгу Yeddi gözəl

На этой странице свободной электронной библиотеки fb2.top любой посетитель может читать онлайн бесплатно полную версию книги «Yeddi gözəl» или скачать fb2 файл книги на свой смартфон или компьютер и читать её с помощью любой современной книжной читалки. Книга написана автором Низами Гянджеви, является частью серии Xəmsə, относится к жанрам Поэзия, Древневосточная литература, добавлена в библиотеку 31.07.2015 и доступна полностью, абсолютно бесплатно и без регистрации.

С произведением «Yeddi gözəl» , занимающим объем 343 печатных страниц, вы наверняка проведете не один увлекательный вечер. В нашей онлайн читалке предусмотрен ночной режим чтения, который отлично подойдет для тёмного времени суток и чтения перед сном. Помимо этого, конечно же, можно читать «Yeddi gözəl» полностью в классическом режиме или же скачать всю книгу целиком на свой смартфон в удобном формате fb2. Желаем увлекательного чтения!

С этой книгой читают:

  • Поэзия народов СССР IV-XVIII веков – Низами Гянджеви
  • Сокровищница тайн – Низами Гянджеви
  • Искандер-наме – Низами Гянджеви
  • Любовная лирика классических поэтов Востока – Низами Гянджеви
  • Пять поэм – Низами Гянджеви
  • Домик под грушевым деревом – Елизавета Дмитриева
  • Алая нефть – Константин Юст, Михаил Запрудный, Алексей Крученых, Сергей Городецкий, Георгий Астахов
  • Четвертый год – Борис Несмелов, Борис Перелешин, Николай Тихомиров
  • Авто в облаках – Анатолий Фиолетов, Сергей Третьяков, Вадим Шершеневич
  • Конница бурь № 1 – Анатолий Мариенгоф, Рюрик Ивнев, Сергей Есенин

Comments are closed, but trackbacks and pingbacks are open.