Nizami ceferov turk xalqlari dbiyyatı
Nizami Cəfərovun hələ 1996-cı ildə yazdığı kiçik bir məqalədə ortaq türk ədəbi dili məsələsinə toxunduğunu da görürük. O qeyd edir ki, artıq neçə illərdir türkoloji konfranslarda belə bir sual yaranır – “Ümumtürk ədəbi dili yaratmaq mümkündürmü?” Çoxlarının “yox mümkün deyil” deyə cavablandırdığı bu suala Nizami müəllim sualla özü cavab verir: “Kim öz türkcəsini buraxıb “seçilmiş” bir dilə üstünülük verəcəkdir?” Bu əslində ritorik sualdır, o buna cavab gözləmir. Nizami Cəfərov o zaman istehza ilə bildirir: “Elə isə gəlin özbəklə, qazaxla, qırğızla, tatarla, başqırdla. rusca danışmağa davam edək”. Bu “yox” cavabı verənlərə tutarlı zərbədir.
Nizami ceferov turk xalqlari dbiyyatı
Akademik Nizami Cəfərovun 60 illik yubileyinə
Dilin kıymetini “arif” olandan
Gözün kıymetini “âmâ” olandan
Sözün kıymetini “lâl” olandan
Ekmeğin kıymetini “aç” olandan
Aşk`ın kıymetini “hiç” olandan öğren!
– deyib Şəms-i Təbrizi. Bu gün bizlər də gənc tədqiqatçı olaraq dilimizin qədrini arif insanlardan, dilimizin təəssübünü çəkən alimlərimizdən öyrənirik. 21 sentyabr 2019-cu il tarixində 60 yaşı tamam olan belə alimlərimizdən biri akademik Nizami Cəfərovdur. Ömrünün, Türkiyə türkcəsində desək, “şimdilik” 42 ilini elmə sərf edən akademikin yaradıcılığı boyunca dilin müxtəlif sahələrini araşdırdığını görə bilərik. İlk tədqiqat işini qrammatikanın ən mürəkkəb bölməsi – sintaksisə həsr edən alim bununla elm aləminə ilk iri addımını atmışdır. Onu həm dilçi, həm də ədəbiyyatşünas olaraq tanıyırıq. Amma mənim aləmimdə Nizami Cəfərov dedikdə ilk olaraq türk dili, Türkiyə, türk dünyası canlanır. Türk dili uğrunda mübarizə aparan dünyaca məşhur dilçi, türkoloqlarımızın başında Mirzə Kazım Bəy, müasir dövrümüzə doğru getdikcə İsmayıl bəy Qaspıralı, Əli bəy Hüseynzadə, Ahmet Caferoğlu, Tahsin Banguoğlu, Bəkir Çobanzadə, Xalid Səid Xocayev, Rəşid Rəhməti Arat, Zəki Vəlidi Toğan, Əbdüləzəl Dəmirçizadə, Fərhad Zeynalov, Tofiq Hacıyev, Əlisa Şükürlü durur. Bu gün bu alimlərin ənənələrini davam etdirən və türk dilinin, tarixinin təəssübünü çəkən alimlərdəndir Nizami Cəfərov. Müstəqil bir türk etnosunun yaranmasından müasir dövrümüzə qədər keçdiyi tarixi dövrləri araşdıran Nizami müəllim yazılarında hər nə qədər obyektiv olmağa çalışsa da, içindəki türk sevgisini mülahizələrində oxucu mütləq hiss edir. O, e.ə. II minilliyin sonunda Altay dağlarının ətəklərində müstəqil türk etnosunun yarandığını desə də, daha sonra Altay etnosunun da hansısa bir tarixi varisliyin daşıyıcısı olduğunu vurğulayır. Yəni türk etnosunun tarixini daha da qədimlərə aparır. Nizami Cəfərov türk, türk milləti, onun tarixi haqqında deyilmiş hər bir mülahizəyə öz fikrini bildirir. Buna onu vicdanı səsləyir. Lev Qumilyovun “Qədim türklər” adlı kitabını incələyən müəllif, doğrudur, kitabdakı tarixi səhvləri də qeyd edir, lakin hələ Sovet dövründə qələmə alınan bu əsəri və müəllifin ona sərf etdiyi gücünü, cəsarətini yüksək qiymətləndirir. Nizami müəllim türklərə məhəbbəti olan Lev Qumilyovun kitab boyunca riayət etdiyi prinsipi xüsusi olaraq qeyd edir: “Xalqın tarixini istisnasız şəkildə onun əleyhdarlarının mövqeyindən öyrənmək olmaz”. Bunu dedikdə, o, Çin salnamələrindəki türkləri, onların ordu baxımından vəziyyətlərini necə qiymətləndirmələrini nəzərdə tuturdu. Hətta müəllif bildirirdi ki, “salnamədə müvəffəqiyyətə nail ola bilməyib” deyilirsə, deməli söhbət Çin ordusunun tamamilə darmadağın edilməsindən gedir. Türklərin tarixinə xüsusi həssaslıqla yanaşan Nizami müəllim Qumilyovun əsərindəki polemik məqamları xüsusi olaraq qeyd edir və onu əslində rus-Sovet siyasi-ideoloji konyukturundan yaxa qurtara bilməməsində görürdü. Nizami müəllim Qumilyovun türk xalqları haqqında işlətdiyi “yox oldular” fikrini öz əlində bayraq edən yerli tarixçilərimizi də qınayır.
Nizami Cəfərov Türk dünyasının şair-mütəfəkkiri olan Oljas Süleymanovun “hər bir xristian üçün qürurverici olan bir hadisə – Vladivastok (Şərqin zəbti) varsa, hər bir müsəlman üçün də Vladizapad (Qərbin zəbti) – İstanbul vardır” fikrini genişləndirərək, müasir dövrdə, artıq, İstanbul başda müsəlmanlar olmaqla, bütün dünya dinlərinə ehtiramla yanaşan Türk dünyasının paytaxtıdır, deyir.
O, türk dünyasına, türk dili, tarixi, ədəbiyyatına bir damla belə olsa töhvə vermiş insanları diqqətindən kənarda qoymayıb. Məsələn, Azərbaycan kökənli, əslən gəncəli olan Türkiyə alimi Əbdülbegi Gölpınarı Fuad Köprülünün tələbəsi olmaqla ən böyük nemətə sahib olub, deyə düşünür. Onun əsasən Mövlana Cəlaləddin Rumi ilə Yunus Əmrə haqqında araşdırmalarını yüksək səviyyədə aparmasının səbəbini onun türk dili ilə yanaşı ərəb və fars dillərini də dərindən bilməsi olduğunu qeyd edir.
Nizami Cəfərovun hələ 1996-cı ildə yazdığı kiçik bir məqalədə ortaq türk ədəbi dili məsələsinə toxunduğunu da görürük. O qeyd edir ki, artıq neçə illərdir türkoloji konfranslarda belə bir sual yaranır – “Ümumtürk ədəbi dili yaratmaq mümkündürmü?” Çoxlarının “yox mümkün deyil” deyə cavablandırdığı bu suala Nizami müəllim sualla özü cavab verir: “Kim öz türkcəsini buraxıb “seçilmiş” bir dilə üstünülük verəcəkdir?” Bu əslində ritorik sualdır, o buna cavab gözləmir. Nizami Cəfərov o zaman istehza ilə bildirir: “Elə isə gəlin özbəklə, qazaxla, qırğızla, tatarla, başqırdla. rusca danışmağa davam edək”. Bu “yox” cavabı verənlərə tutarlı zərbədir.
Bu zaman Ziya Gökalpın “Lisan” şeiri yada düşür:
Turan`ın bir ili var
Ve yalnız bir dili var
Başka dil var diyenin
Başka bir emeli var
Türklüğün vicdanı bir
Dini bir, vatanı bir
Fakat hepsi ayrılır
Olmazsa lisanı bir.
Bu şeir parçasıyla yazımı bitirmək istəyirəm. Nizami müəllimə Türk dünyası uğrunda etdiklərinə görə minnətdarlığımı bildirir və ona bu çətin yolu davam etdirmək naminə can sağlığı və uzun ömür diləyirəm.
Turan Hüseynova
Nizami ceferov turk xalqlari dbiyyatı
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Türk xalqları ədəbiyyatı: I cild: Qədim dövr
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Nizami ceferov turk xalqlari dbiyyatı
Türk xalqları arasında mənəvi-mədəni əlaqələr
� Professor Nizami Tağısoy: “Türk xalqlarının ədəbiyyat, mədəniyyət soraqları toplu kitablar şəkilində çap olunmalıdır”
Çağdaş dövrdə türk xalqları arasında mənəvi birliyə ehtiyacın artması, bu yöndə müəyyən cəhdlərin gerçəkləşməsi yönündə addımların atılması təbii olaraq türkü sevməyən dövlətləri əndişələndirir. Gerçək budur ki, Türk Dünyasının mənəvi sınırlarını özümüz üçün bəlli etməkdən ötrü ilk növbədə Türk Dünyasının fiziki sınırları, çoxsaylı türk qövmləri haqqında davamlı bilgilənməyimiz gərəklidir. Professor Nizami Tağısoyun son illər qədim türk etnosları, azsaylı türk qövmlərilə bağlı araşdırmaları mətbuatda ardıcıl işıq üzü görməkdədir. Bu yöndə araşdırmalara nə vaxt başlamasından danışan N.Tağısoy deyir: “Türkçülüyə və türkologiyaya meylim ümumiyyətlə, azsaylı türk xalqlarının mədəniyyətinə, etnogenezinə maraqdan yarandı. BSU-da “Türk xalqları ədəbiyyatı” adlı fənn tədris olunur. Bu fənn sovet dövründə əsasən özbək, qırğız, türkmən, qazax, bir az da tatar ədəbiyyatını özündə əks etdirirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra həmin fənnin tədrisinə həm də Anadolu türklərinin, digər kiçik türk xalqlarının ədəbiyyatı əlavə edildi. O cümlədən, qaraqalpaq ədəbiyyatını, qaqauz ədəbiyyatını burada xüsusi qeyd etmək olar. Bu və digər kiçik türksoylu etnosları öyrəndikcə onların tarixən yerləşdiyi coğrafiya, adət-ənənələri və başqa cəhətlər diqqətimi getdicə daha çox cəlb etməyə başladı. Qaraqalpaqların ədəbiyyat soraqlarını araşdırmağa başladım. Bu xalqın “Qırx qız” eposu unikal əsərdir. Türk xalqlarının içərisində ilk dəfə olaraq burada qadın eposun qəhrəmanı kimi təqdim olunub. Araşdırmaçılar, etnoqraflar bu qənaətə gəliblər ki, eposun kökləri çox qədimlərə gedir, hətta saq-massaget ənənələrindən qaynaqlanır, bəzi məqamları isə gedib Assuriyaya çıxır. Qaraqalpaqlar zəngin mifik düşüncə tarixinə malik olublar. Araşdırmalar dərinləşdikcə bir daha yəqin etdim ki, qaraqalpaqların mədəniyyətini xüsusi öyrənməyimizə böyük gərək var. Ən inkişaf etmiş xalqların təşəkkül tarixini izləmək üçün ilk növbədə onun etnik düşüncə tərzini təhlil etmək gər əkdir. Qaraqalpaqların bu və başqa eposları mənə çoxsaylı bilgilər verdi”.
Qaraqalpaqların nağıllarını çap etdirən N.Tağısoy təəssüratını bölüşür: “Bu nümunələrlə tanış olduqda maraq məni çox çəkdi. Tərcüməyə ardıcıl olaraq girişdim, “Qaraqalpaq xalq nağılları” adlı iri həcmli kitab nəşr etdirdim. Kitab ədəbi ictimaiyyət tərəfindən yaxşı qarşılandı. Araşdırmalar zamanı gördüm ki, qaraqalpaqları qıpçaq qəbiləsindən olan kimi təqdim edirlər. Bu yöndə qənaətlər məni başqa türk etnoslarının kökünü araşdırmağa aparıb çıxardı. Qaqauzlar barədə bilgilərimin artması Xəzərlərlə bağlı qənaətlərimin yaranmasına səbəb oldu. Bütün bunlar isə Avropadakı azsaylı türk qövmləri haqqında qənaətlərimi yaratdı. Bunlar kiçik türk qövmləridir ki, Balkanlarda, ümumən Qərbi Avropada məskunlaşmaları lap uzaq keçmişlərə gedib çıxır. İndiyə qədərki mövcud etnoqrafik ədəbiyyat əsasən rus qaynaqlarından gəldiyinə görə, kiçik türk qövmlərinin tarixi, mədəniyyəti, etnoqrafiyası, folkloru xüsusən sovet dövründə geniş şəkildə araşdırılmırdı. Müstəqillikdən sonrakı dövrdə bu ərazilərdə yaşayan kiçik türk qövmlərinin hərtərəfli mədəniyyəti, etnoqrafiyas ı və etnogenezi məsələləri ilə bağlı xeyli zəngin materiallar ortaya çıxdı. 19-cu yüzilin sonlarından başlayaraq xeyli bolqar, alman, rus araşdırmaçıları, müəllifləri olub ki, onlar məhz bu ərazilərdə yaşayan kiçik türk qövmlərinin tarixini, etnoqrafiyasını mümkün qədər dürüst yazıb çatdırmağa çalışıblar. Bunlardan biri rus ordusunda xidmət etmiş polkovnik Valentin Moşkovdur. Bu şəxs 19-cu yüzilin sonlarında məşhur alim Radlovla görüşür, onunla türklər barədə söhbətləşir. Moşkov hərbi fəaliyyəti zamanı qaquzlarla görüşüb, müşahidə edib ki, bu xalqın ləhcəsi, danışıq tərzi çox maraqlıdır. Onlardan kimliyini soruşub, cavab alıb ki, biz qaqauzlarıq, ancaq dilimiz türk dilidir. Həmin maraq Moşkovu bu yöndə ekspedisiyaya qədər gətirib çıxarıb: Radlovun tapşırığı əsasında türk xalqlarının, ilk növbədə isə qaqauzların mədəniyyətini, etnoqrafiyasını dərindən öyrənməyə başlayıb. Bu məqsədlə Balkanlarda olub, oraları kəndbəkənd gəzib, qaqauzlar, qırlıqlar, qızılbaşlar, qaramanlılar və başqaları haqqında məlumatlar toplayıb”.
Qeyd edək ki, Azərbaycanda da qaramanlarla bağlı yer adları var: “Türkiyədə də “qaraman” adını daşıyan yerlər mövcuddur. Avropada, Balkanlardakı qaramanlıların nəinki Türkiyə, habelə Yunanıstan qaramanlıları ilə əlaqələrinin olduğu Moşkovun əsərlərində qeyd olunur. Qeyd edim ki, Moşkov qaqauzlar haqqında fundamental araşdırma əsər yazıb. Təxminən 1900-cü ildə çıxan bu kitab 2004-cü ilə qədər çap olunmayıb. Moşkov araşdırmalarında mümkün qədər dürüstlüyə riayət etməyə çalışıb. Ancaq slavyanlığı, xristianlığı istər-istəməz türklüyə münasibətində özünü göstərib. Zəngin türk mədəniyyətini müəyyən məqamlarda bəsitləşdirmək, türk mədəniyyətinə qarışıq mədəniyyətlərin haradasa məcmuyu kimi baxmaq meyli özünü göstərir. Ancaq bu gün həmin yöndə araşdırmaların sistemli şəkildə tərcümə olunaraq qeyd və izhlarla soydaşlarımıza çatdırılması çox gərəklidir. Qaqauzlar ötən yüzilin sonlarından öz tarixlərinə, etnoqrafiyalarına daha dərindən baxmaq imkanı əldə etdilər”.
Xəzərlərlə bağlı araşdırmalar da N.Tağısoyu türklüyə münasibətdə əsaslı qənaətlərə gəlməyə imkan verib: “Bu istiqamətdə olan araşdırmalar Türk Dünyasının tarix və mədəniyyətinin zəngin olması barədə təəssüratlarımı daha da artırdı. Müşahidələr zamanı gördüm ki, bir sıra alimlər “xaz” sözü ilə “kaz” sözünü eyniləşdiriblər. Deyirlər ki, xəzərlərin kökü “kaza, kasa, kasat, kazak” ilə eyni kökdən gəlir. Bugünkü Ukraynada, həmçinin Stavropol, Krasnodar, Rostov, Volqa, Saratov, Volqoqrad ərazisində məskunlaşan kazakların əcdadı xəzər türkləridir. 8-ci yüzildən sonra çoxlu tarixi olaylar baş verdi, xəzərlərin həyat səhnəsindən silinməsində slavyanların böyük rolu oldu. Uzun müddət xəzərlərin qoltuğuna sığınmış slavyanlar onların tolerantlığından sui-istifadə etdilər. Xəzərlər həm iudaizmi (musəviliyi), həm islamı, həm də xristianlığı eyni dərəcədə qəbul etmişdilər. Volqa ətrafında yerələşən Xəzər şəhərlərində – Bələncərdə və s. sinaqoqlar, məscidlər və kilsələr yanaşı tikilmişdi. Söhbət 7-9-cu yüzillərdən gedir. Xəzərlər bütün Dnestryanı, Dunay, Dnepr ərazilərində yayılmışdılar. 200 il ərzində ərəblərlə dəfələrlə müharibə aparıblar. Farsların məkri nəticəsində xəzərlər Dərbənd (Şabran) ərazisində ərəblərə məğlub oldular. Tarix boyunca türklərin hansı məqamlarda, nə üçün məğlub olmaları məni həmişə ciddi düşündürüb. Türklər tarixin hansı dönəmində parçalanıblarsa, biri-birlərinə qarşı vuruşublarsa, bu, onların gerçək məğlubiyyətlərinə zəmin yaradıb. Orxon-Yenisey abidələrində Bilgə Kağanın dilindən təsadüfi olaraq deyilməyib ki, “Ey türk! Özünə qayıt! Sən özünə qaydında böyük olursan”. Xəzərlərin məğlbuiyyətindən sonra bu əraziyə səpələnmiş türklərin başına min bir oyun gətirildi. Tarix boyunca türk xalqları arasına salınmış bu və ya digər parçalanmalar bu gün də təəssüf ki, özünü göstərir. Təəssüf ki, Xəzərin o tayında yerləşən türk xalqları, dövlətlərilə əlaqələrimiz hələ müxtəlif yönlərdən istənilən səviyyədə deyil. Bütün bunlar isə bizim hər birimizin tariximizə daha ayıq, dərs səviyyəsində baxmağımız üçün gərəklidir.
Tariximizin, məğlubiyyətlərimizin səbəbini daha aydın araşdırmalıyıq. Bütün bu müşahidələr əsasında daha dərindən anlaya bilərik ki, türk birliyinə necə nail olmaq mümkündür.
Bu gün türk xalqları arasında mənəvi birlik məsələsi yönündə aparılan müzakirələrin artması yaxşı cəhətdir. Anadolu türklərinin dövlətçiliyi digər türk xalqlarının dövlətçiliyi ilə müqayisədə daha zəngindir. Bu baxımdan müasir Türkiyənin üzərinə daha böyük məsuliyyət düşür. İlk növbədə dil birliyimizi təmin etməliyik. Türk xalqlarının bu sahədə tanınmış nümayəndələri ardıcıl olaraq bir yerə yığışmalı, müzakirələr aparılmalıdır. Bu müzakirələrdə dilçi alimlər, etnoqraflar, linqvistlər, tarixçilər konkret olaraq türk xalqlarının dil birliyini təmin etmək baxımından əlifba yaratmalıdır. Məncə, diqqət yetirilməli bir məsələ var ki, bura həm də müstəqilliyini əldə etməmiş, eləcə də azsaylı türk qövmləri bu müzakirələrə cəlb edilməlidir. Bu gün Anadolu türklərilə Azərbaycan türkləri bir-birlərini anlayırlar. Ancaq bu bir-birini anlama hələ istənilən səviyyədə deyil. Bir-birini anlama lüğətsiz-filansız səviyyəyə gəlib çıxmalıdır. Orta Asiyada yaşayan türk xalqlarının bu məsələlərdə bizimlə həmrəy olması yolları daha ciddi-cəhdlə axtarılıb tapılmalıdır. Hesab edirəm ki, bu yöndə cəhdlərimizi artırsaq, çabalarımız yaxın onillərdə müəyyən bəhrəsini verə bilər. Arzu etdiyimiz ortaq türkcə türk dillərinin təməlində, mayasında yaradılası bir dildir. Bu, heç bir türk xalqına məcburiyyət bahasına başa gəlməməlidir. Gələcəkdə türk xalqları arasında siyasi, iqtisadi, mənəvi, hərbi, mədəni əlaqələrin daha yeni səviyyədə yaranıb bərqərar olması üçün bu yöndə mənəvi təməl prinsiplərimizi inkişaf etdirməliyik. Bu gün Azərbaycan türkcəsi ilə yakut, saxa, çuvaşların türkcəsi arasındakı anlaşılmazlıqlar şübhəsiz, böyük mənada ünsiyyətimizə ciddi mane olur. Türk xalqları arasında böyük bağların yaranmasında ortaq türkcənin əhəmiyyəti misilsizdir. Tarixçilərimiz müəyyən məqamlarda təhrif edilmiş tariximizin doğru, düzgün faktlarla düzəldilməsinə çalışmalıdırlar. Azərbaycanın bu gün elmi təfəkkür baxımından aparıcı rol oynamaq şansları yaradıcı aydınlarımızın timsalında daha ciddi şəkildə nəzərdən keçirilməlidir. Türk xalqları arasında mənəvi-mədəni əlaqələrin möhkəmlənməsi üçün ardıcıl olaraq türk xalqlarının ədəbiyyat, mədəniyyət soraqlarının toplu kitablar şəkilində işıq üzü görməsi gərəklidir. Görəsən, Azərbaycanda ümumən Türk Dünyasındakı mənəvi-mədəni soraqlardan bu gün nə dərəcədə xəbərdardırlar? Habelə Azərbaycanın ədəbi-mədəni soraqlarını türk dünyasında, türk xalqları arasında istənilən səviyyədə yaya bilirikmi?” ���
Xalq Cəbhəsi.- 2009.- 21 noyabr.- S.14.
Comments are closed, but trackbacks and pingbacks are open.