Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Aşıq poeziyasından, ümumən xalq ədəbiyyatından qaynaqlanan, kökünü çox dərin qatlardan alan Zəlimxan Yaqub yaradıcılığı ona görə böyük ədəbi-mədəni hadisəyə çevrildi ki, şair mənsub olduğu xalqın folklor təfəkkürünü mənimsəməklə qalmadı, Azərbaycan (və dünya) yazılı ədəbiyyatının ideya-məzmun texnologiyalarını, estetik tipologiyalarını da öyrəndi. Gənclik illərindən başlanan ardıcıl, gərgin və məhsuldar üslub axtarışları Zəlimxanı tezliklə məşhurlaşdırdı. Və dövrün (eyni zamanda bütün dövrlərin!) Osman Sarıvəlli, Hüseyn Arif, Bəxtiyar Vahabzadə kimi görkəmli söz ustaları gənc şairin istedadını etiraf etdilər. Azərbaycan ədəbiyyatının nüfuzlu orqanları “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan” və “Ulduz” jurnallarında dərc olunan şeirləri ona şöhrət gətirdi. 1980-ci ildə “Gənclik” nəşriyyatında “Könlümün səsi” adlı ilk kitabı çap olunanda Zəlimxan Yaqub artıq kifayət qədər tanınmış şair idi. Hər şeydən əvvəl ona görə ki, öz yaradıcılıq poetexnologiyasını xalq ədəbiyyatından – folklordan almış gənc sənətkar 70-ci illərdə çox tez-tez keçirilən ədəbi məclislərdə yalnız ona məxsus ilham, emosiya və intonasiya ilə dediyi şeirlərində də həm ədəbi mühiti silkələyir, həm də geniş xalq kütləsinin ürəyinə yol tapırdı. Və onun könlünün səsi həmin adla çıxan ilk kitabından, demək olar ki, on il əvvəldən az qala bütün gurluğu, poetik gücü, daxildən (və milli tarixi yaddaşın dərinliklərindən!) gələn təbiiliyi, səmimiliyi ilə eşidilməyə başlamışdı.
Nizami cəfərov eposdan kitaba
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Qədim türk ədəbiyyatı
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami CƏFƏROV
Nizami Cəfərov (Nizami Qulu oğlu Cəfərov; d. 21 sentyabr, 1959) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmləri doktoru (1992), professor (1994), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017)[1], Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Alpaqut Federasiyasının Prezidenti, BDU-nun ümumi dilçilik kafedrasının müdiri (2001—2015)[2]
Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən “Ədəbiyyat və incəsənət” qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 2000-ci ildən Bakı Dövlət Universitetinin kafedra müdiridir.
Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür[3].
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası (II (2000-ci il), III (2005-ci il) və IV çağırış (2010-cu il) Milli Məclisinin deputatıdır. Parlamentin Mədəniyyət Komitəsinin sədridir. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
Yaradıcılığı Redaktə
Tədqiqatları Azərbaycan dilində sadə cümlənin struktur-semantik inkişafı, XVIII əsr Azərbaycan ədəbi dili, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuşdur.
Çox sayda elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir. Əsərləri Türkiyə və İranda da nəşr edilmişdir.
Rus, ingilis və fars dillərini bilir.
Əsərləri Redaktə
Füzulidən Vaqifə qədər (Monoqrafiya), Bakı, 1991
Azərbaycan türkcəsinin milliləşməsi tarixi (Monoqrafiya), Bakı, 1995
“Bəxtiyar Vahabzadə” Bakı, Azərnəşr-1996. 80 səh. şəkilli
Eposdan Kitaba (Monoqrafiya), Bakı, 1999
Azərbaycanşünaslıq məsələləri (Monoqrafiya), Bakı, 2001
Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri (Monoqrafiya), Bakı, 2001.
“Professor Sadıq Tural”. Bakı, 2006. (Nazir Əhmədli ilə birlikdə)
Türk xalqları ədəbiyyatı,4 cilddə: I cild (Qədim dövr), II cild (Orta dövr), III cild (Yeni dövr). Bakı: Çaşıoğlu, Azərbaycanda Atatürk Mərkəzi, 2007.
Filmoqrafiya Redaktə
Susmuş vicdan (film, 2010)
İstinadlar Redaktə
AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb
VƏZİFƏLİ KAFEDRA MÜDİRLƏRİ (azərb.)
“Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI” (azərb.). https://e-qanun.az.+11 fevral 2000. Arxivləşdirilib: [1] saytından 27 fevral 2016 tarixində. https://web.archive.org/web/20160227070958/http://e-qanun.az/framework/89. İstifadə tarixi: 27 fevral 2016.
Son Yazılar
- Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
- 21 Mart-Novruz bayramıdı!
- 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü
- 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü
- 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü
Arxivlər
Blogroll
Kateqoriyalar
- “Açık Kara” dergisi
- “Alkış” dergisi
- “Ədəbi Körpü” dərgisi
- “Güzlek”
- “Güzlek” dərgisi
- “Hece Taşları” dergisi
- “Kümbet” dergisi
- “Mevsimler” dergisi
- “Türkay” dərgisi
- “Usare” dergisi
- “Yarpuz” dergisi
- “Yeni nəşrlər”
- “Zərif kölgələr”
- “Zərrələr”
- “Kardelen” dergisi
- AJB Sumqayıt şəhər təşkilatı
- Ana səhifə
- Azərbaycan Dövlət Aqrar Universiteti
- Azərbaycan ədəbiyyatı
- Azərbaycan Prezidenti
- Dilçilik İnsitutu
- Ədəbiyyatşünaslıq
- Haqqımızda
- Mədəniyyət
- Müsabiqə
- Müsahibə
- Pakistan ədəbiyaytı
- Prezident Mükafatçıları 2022
- Publisistika
- Ruskaya literatura
- SOCAR «Azərikimya» İB
- Sumqayıt RMTİ
- Türk xalqları ədəbiyyatı
- Türkiyə Cümhuriyyəti
- Türkiyə ədəbiyyatı
Təqvim
BE | ÇA | Ç | CA | C | Ş | B |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Son Yazılar
- Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 19 Mart 2023
- 21 Mart-Novruz bayramıdı! 19 Mart 2023
- 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü 19 Mart 2023
- 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü 19 Mart 2023
- 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü 19 Mart 2023
- Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var 17 Mart 2023
- Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!” 17 Mart 2023
- Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman” 17 Mart 2023
- Xəyalə SEVİL.”Üstümdə” 17 Mart 2023
- Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni” 17 Mart 2023
- Arzu HÜSEYN.”Ən gözəl çiləm” 17 Mart 2023
- Arzu HÜSEYN.”Hər şey səni xatırladır” 17 Mart 2023
- Nigar ARİF.”GEDƏK ÜZÜ KÜLƏYƏ?” 17 Mart 2023
- Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın məqaləsi “Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
- Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun şeiri Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
- Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib 16 Mart 2023
- Prezident cənab İlham ƏLİYEVƏ Xalq yazıçısı ANARdan təşəkkür məktubu 16 Mart 2023
- Milli Kitabxanada “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası hazırlanıb 16 Mart 2023
- Xalq Yazıçısı Anarın 85 illiyi münasibəti ilə hekayə müsabiqəsi elan edilir 16 Mart 2023
- Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində 16 Mart 2023
Xalq şairi – Zəlimxan Yaqubun xatirəsinə. – Nizami CƏFƏROV
Zəlimxan Yaqub indi haqq dünyasındadır. Ancaq mənə elə gəlir ki, o, bu dünyaya elə haqq dünyasından gəlmişdi. Gəldi, bu dünyaya, sözünü dedi. Və getdi.
Aşıq poeziyasından, ümumən xalq ədəbiyyatından qaynaqlanan, kökünü çox dərin qatlardan alan Zəlimxan Yaqub yaradıcılığı ona görə böyük ədəbi-mədəni hadisəyə çevrildi ki, şair mənsub olduğu xalqın folklor təfəkkürünü mənimsəməklə qalmadı, Azərbaycan (və dünya) yazılı ədəbiyyatının ideya-məzmun texnologiyalarını, estetik tipologiyalarını da öyrəndi. Gənclik illərindən başlanan ardıcıl, gərgin və məhsuldar üslub axtarışları Zəlimxanı tezliklə məşhurlaşdırdı. Və dövrün (eyni zamanda bütün dövrlərin!) Osman Sarıvəlli, Hüseyn Arif, Bəxtiyar Vahabzadə kimi görkəmli söz ustaları gənc şairin istedadını etiraf etdilər. Azərbaycan ədəbiyyatının nüfuzlu orqanları “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan” və “Ulduz” jurnallarında dərc olunan şeirləri ona şöhrət gətirdi. 1980-ci ildə “Gənclik” nəşriyyatında “Könlümün səsi” adlı ilk kitabı çap olunanda Zəlimxan Yaqub artıq kifayət qədər tanınmış şair idi. Hər şeydən əvvəl ona görə ki, öz yaradıcılıq poetexnologiyasını xalq ədəbiyyatından – folklordan almış gənc sənətkar 70-ci illərdə çox tez-tez keçirilən ədəbi məclislərdə yalnız ona məxsus ilham, emosiya və intonasiya ilə dediyi şeirlərində də həm ədəbi mühiti silkələyir, həm də geniş xalq kütləsinin ürəyinə yol tapırdı. Və onun könlünün səsi həmin adla çıxan ilk kitabından, demək olar ki, on il əvvəldən az qala bütün gurluğu, poetik gücü, daxildən (və milli tarixi yaddaşın dərinliklərindən!) gələn təbiiliyi, səmimiliyi ilə eşidilməyə başlamışdı.
Heç zaman yalnız fitri istedadına qapılıb qalmayan, Azərbaycanın, ümumən türk dünyasının ədəbiyyatını, mədəniyyətini, tarixini öyrənib mənimsəməyə, dünyagörüşünü zənginləşdirməyə, elmi səviyyəsini, intellektini yüksəltməyə, yaradıcılığını get- gedə daha mükəmməl ideya-estetik əsaslar üzərində davam etdirməyə çalışan şairin qarşısında yeni imkanlar açılır: onu o zamanlar çox qaynar bir həyat yaşayan Könüllü Kitabsevərlər Cəmiyyətinin təbliğat şöbəsinə işə dəvət edirlər. Şöbəyə rəhbərlik etdiyi illərdə Zəlimxan Yaqub Azərbaycanı bölgə-bölgə, oba-oba, oymaq-oymaq gəzir, mənsub olduğu xalqı daha dərindən tanıyır. Və sonralar özünün qeyd etdiyi kimi, xalqla nəfəs-nəfəsə dayanır, ünsiyyətə girir, dərdlinin həmdərdi, söhbətcilin həmsöhbəti olur.
Etiraf etmək lazımdır ki, şairin yaradıcılığının miqyasına (və məzmununa) əhəmiyyətli təsir göstərən ən mühüm amillərdən biri həmişə xalqla, məşhur ifadə ilə desək, geniş xalq kütlələri ilə qırılmaz ünsiyyəti olmuşdur ki, fikrimizcə, böyük Səməd Vurğundan sonra həmin ünsiyyət təcrübəsini (məktəbini!) bütöv bir həyat-yaradıcılıq missiyası (və mədəniyyəti!) səviyyəsinə qaldıran ikinci Azərbaycan şairi məhz Zəlimxan Yaqubdur.
Xalqına ürəkdən, canı-qanı ilə bağlı olan, onun ruhunun tərcümanına çevrilən şairə böyük ümumxalq məhəbbətinin sirrini də məhz burada axtarmaq lazım gəlir. Tarix dönə-dönə sübut edir ki, xalqın içərisindən çıxan, öz tərcümeyi-halını millətin tərcümeyi-halı olaraq yaşayan sənətkar – mütəfəkkirlər heç zaman unudulmur, onların yaradıcılıq arxivi isə mühafizə olunan, heç də hamının müraciət etmədiyi qaranlıq hücrələr, fondlar deyil, əksinə, hamıya açıq olan, xalqın geniş, işıqlı ruhu, ürəyidir.
“Könlümün səsi”ndən sonra 80-ci illərdə Zəlimxan Yaqubun “Yolum eldən başlayır” (1981), “Od aldığım ocaqlar” (1986) və “Biz bir eşqin butasıyıq” (1989) kitabları nəşr olunur ki, həmin kitablarda toplanmış şeirlər mövzu rəngarəngliyi, ideya-məzmun mükəmməlliyi, poetika-forma, üslub özünəməxsusluğu ilə seçilir. Və hər şeydən əvvəl, diqqəti o çəkir ki, Azərbaycan ədəbiyyatına həmişə tarixdə qalacaq vətənpərvər (və milli!) bir şair gəlir.
80-ci illərin ortalarında Zəlimxan Yaqub, demək olar ki, yeni yaradılan, çox keçmədən Azərbaycan yazıçılarının əsərlərini böyük tirajlarla geniş oxucu kütlələrinə çatdıran əsas mərkəzə çevrilən “Yazıçı” nəşriyyatına işə düzəlir. Və poeziya şöbəsinə rəhbərlik etdiyi illər onun yaradıcılıq tərcümeyi-halının daha da zənginləşməsinə, təkmilləşməsinə təsirsiz qalmır. Bununla belə, vətənpərvər (və milli!) şairin ovqatına, dünyagörüşünə və nəticə etibarilə yaradıcılığına təsir göstərən ən böyük hadisə, heç şübhəsiz, Azərbaycan xalqının milli azadlıq, dövlət müstəqilliyi uğrunda apardığı mübarizə olur. 80-ci illərin sonu 90-cı illərin əvvəllərini əhatə edən bu gərgin, ağrı-acılarla dolu (ancaq şərəfli!) mübarizə Zəlimxan Yaqub yaradıcılığında, demək olar ki, yeni mərhələ (hətta dövr!) müəyyənləşdirir. Xalqla, onun tarixi arzuları, idealları ilə yaşayan şairin milli azadlıq uğrunda mübarizəyə qoşulması, dövlət müstəqilliyinin tərənnümçüsü olması tamamilə təbii idi. O, peşəkar siyasətçi olmasa da, bir şair-ziyalı, mütəfəkkir olaraq, ruhundan qopduğu xalqın nə istədiyini gözəl bilirdi. Ona görə də, tərəddüd etmədən, xalqı mürəkkəb tarixi şəraitdə fəlakətlərə düçar olmaqdan xilas edəcək idealları (və həmin idealları həyata keçirəcək ümummilli lideri!) tərənnüm edirdi.
Ümummilli lider Heydər Əliyevin öndərliyi ilə Azərbaycan xalqının müzəffər mücadiləsi (və müstəqilliyi!) nəticəsində Zəlimxan Yaqub 1995-ci ildə I çağırış Azərbaycan Milli Məclisinə üzv seçilir ki, bu, millətin, dövlətin və ümummilli liderin şairə böyük etimadı idi. Həmin etimad 2000-ci il seçkilərində bir daha təkrar edildi.
90-cı illərdə Zəlimxan Yaqubun, demək olar ki, hər biri ədəbi-ictimai hadisə olan “Ziyarətin qəbul olsun” (1991), “Şair harayı” (1995), “Bir əli torpaqda, bir əli haqda” (1997), sonrakı illərdə isə “Bu yaşıl ağacın altı bizimdi” (2000), “Mən sənin qəlbinə necə yol tapım” (2004), “Böyük ömrün dastanı” (2004), “Gözlərimin nurudu doğulduğum bu torpaq” (2005) kitabları kütləvi tirajlarla nəşr olundu.
Ümumiyyətlə, Zəlimxan Yaqubun yaradıcılığını üç dövrə bölmək mümkündür:
1) 60-cı illərin sonu 70-ci illərin əvvəllərindən 80-ci illərin sonu 90-cı illərin əvvəllərinə qədər;
2) 90-cı illərin əvvəllərindən 2000-ci illərin ortalarına qədər;
3) 2000-ci illərin ortalarından sonra.
Üçüncü dövr, fikrimizcə, daha çox ruhani-metafizik, fəlsəfi-mənəvi əsər-ideyalarla səciyyələnir. Və şair yaradıcılığının həm birinci, həm də ikinci dövründə müraciət etdiyi mövzulara da keyfiyyətcə yeni səviyyədə bir daha qayıtmağa ehtiyac hiss edir, kifayət qədər miqyaslı ümumiləşdirmələr aparır, dastan təfəkkürü ilə düşünməyə başlayır. “Əbədiyyət dastanı”, “Hüseyn Saraçlı dastanı”, “Peyğəmbər” poeması və s., eləcə də silsilə şeirləri göstərir ki, Zəlimxan Yaqub təbiəti etibarilə ilhamlı, coşqun, ehtiraslı, geniş milli ictimai-ideoloji dünyagörüşlü şair olmaqla yanaşı, həm də mütəfəkkir şairdir.
Və bu mütəfəkkirlik Zəlimxan Yaqubun yalnız fərdi-şəxsi taleyindən irəli gəlmir, mənsub olduğu etnik-mədəni sistemin istedadır ki, daşıyır. Azərbaycan, ümumən türk ədəbiyyatının, bütövlükdə mədəniyyətinin əsasında dayanan ozan-aşıq sənətinin, heç də təsadüfi deyil ki, müasir dövrdə dirçəldilməsində ilk tarixi işi Hüseyn Arif gördüsə, ikinci xidmət Zəlimxan Yaqubun taleyinə düşdü; Azərbaycan Aşıqlarının qurultayı (2008) onu ustadı Hüseyn Arifdən sonra Aşıqlar Birliyinin sədri seçdi. Eposdan Kitaba (və Kitabdan Eposa) bütün tarixlər boyu rahat keçən bir millətin yaradıcılıq təcrübəsini öz taleyində əks etdirməyi bacaran şairin xalq şairi kimi mötəbər bir fəxri ada layiq görülməsi, müstəqil Azərbaycan dövlətinin “Şöhrət”, “Şərəf” ordenləri ilə təltif olunması da tamamilə təbii idi.
Azərbaycan Prezidenti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 50 illik yubileyi münasibətilə şairə ünvanladığı məktubda deyirdi: “Siz müasir ədəbiyyatımızda zəngin şeir ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlarımızdansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi xalq yaradıcılığından ustalıqla bəhrələnməklə Siz Azərbaycan poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız”.
“Müasir Azərbaycan ədəbiyyatının canlı klassiki” (İlham Əliyev) olan Zəlimxan Yaqub “Dədə Qorqud” eposundan başlayan Azərbaycan, öz köklərini çox-çox qədim dövrlərdən alan ümumtürk ədəbiyyatının övlad-simalarından biri mənziləsinə yüksələndən sonra böyük sələflərinin layiqli varisi kimi “biz dünyadan gedər olduq, qalanlara salam olsun” deyib bu dünyanı tərk etdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Comments are closed, but trackbacks and pingbacks are open.