Press "Enter" to skip to content

Nizami gencevinin özü haqqında n geniş mlumat

Nizami Gəncəvi beş böyük məsnəvisindən birincisini – ” Məxzənül-əsrar”ı 1160-cı ildə yazıb . O zaman şair 20 yaşında olub . ” Məxzən ” onun ilk əsəri deyildir . O vaxtlarda şair sufiyanə qəsidələri , qəzəlləri və başqa şeirləri ilə artıq yaxşı tanınan bir sənətkar idi . Son böyük əsəri olan ” İskəndərnamə” ni 1201-ci ildə yazıb . Bu tarixdən dörd və ya beş il sonra təsvir etdiyi bütün qəhrəmanları kimi o da kədərli bir aqibətə uğrayıb . İskəndərin və onun ətrafındakı yunan filosoflarının ölümünü bir-bir təsvir edən şair öz ölümünü də təsəvvür edib və : ” Onlar yuxuya getdikləri kimi Nizami də yatdı “, – deyibdir . Bu tarixi insanımız 63 ilə yaxın ömrünün yarım əsrlik bir qismini sənət , hikmət və insanları düz yola sövq etməyə sərf edib . Nəhayət , öz sözləri ilə desək , 1204-cü ildə o, ” müvəqqəti qəlbini tərk edərək əbədiyyətə qovuşub “.

Nizami gencevinin özü haqqında n geniş mlumat

Zəkalar sultanı Nizamı Gəncəci çoxçalarlı tərbiyə məsələlərindən bəhs edən, zamanı qabaqlayan yaradıcılıq irsinə malik ölməz, həmişəyaşar kamil sənətkar və böyük şəxsiyyətlərdən biridir. O, sağlığında yaradıcılıq keyfiyyətləri ilə, ölməz əsərləri ilə həmişəyaşarlığını qazanmışdır. Onun “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə” əsərlərini bir dəfə oxusan bir dəfə, iki dəfə oxusan iki dəfə və habelə, neçə dəfə oxusan bir o qədər çox yeni-yeni mənəvi, bəşəri dəyərlərlə bəhrələnmiş olarsan.

“Bir qılınc öldürsəon düşmənəgər, Düşüncə ordunu salar dərbədər” misraların müəllifi, yüksək sağlam düşüncə tərzinə malik olan Nizami Gəncəvi çox yaxşı bilirdi ki, övladın tərbiyəsi ilə Məhəmməd peyğənbərin söylədiyi kimi, beşikdən qəbirədək məşğul olmaq lazımdır. Atanın övladına verdiyi tərbiyədən qiymətli miras yoxdur. O, öz bütün yaradıcılıq irsində “Oğlum Məhəmmədə nəsihət” şeirini biri digərindən fərqlənmək şərti ilə üç dəfə qələmə almışdır. Fikrimizcə, bu da tərbiyənin yaşa bağlılıq prinsipi ilə bağlıdır.

Şərq bədii fikir tarixində dəyərli poetik irsə malik olan Nizami Gəncəvi “Oğlum Məhəmmədə nəsihət” adlandırdığı şeirini birinci dəfə övladının 7 yaşı tamam olanda, ikinci dəfə 14 yaşı tamam olanda, üçüncü dəfə isə 21 yaşı tamam olanda qələmə almışdır. Bu da heç təsadüfi deyildir. Pedaqoji qanunauyğun haldır. Şair yaxşı bilirdi ki, hər yaş dövrünün özünəməxsus anlam tərzi var. Planlı, mütəşəkkil, dəyişkən proses olan tərbiyə işində pedaqoji qanunauyğunluqlara, qanunauyğunluqdan törəmə olan qanunlara və əsas ideya, əsas tələb rolunu oynayan tərbiyə prinsiplərinə istinad edilərək, əsaslanaraq aparılmalıdır. Bizcə, dahi Nizaminin yürütdüyü bu fikir “Tərbiyədə uşaqların yaş və anlaq səviyyəsinə müvafiqlik” prinsipinə uyğun olaraq irəli sürülmüşdür.

Yaradıcılıq irsində əqli-mənəvi, bəşəri dəyərlərə geniş yer vermiş Nizami Gəncəvi “Oğlum Məhəmmədə nəsihət” şeirlərinin hər birində oğlunun timsalında bütün uşaqlara tərbiyəvi təsir göstərməyə xüsusi səy göstərmişdir.Şair bu şeirlərində yaşa, biliyə müvafiqlik zəminində mənəvi ünsiyyətə, mənəvi yaxınlığa girmək zəminində müsbət tərbiyəvi təsir göstərməyə çalışmışdır. Fikrimizcə, Nizami Gəncəvi bilirdi ki, uşaqla mənəvi ünsiyyət, mənəvi yaxınlıq yaratmadan onlara yüksək tərbiyəvi təsir göstərmək mümkün deyil. Şeirlər oğlu Məhəmmədin şəxsində bütün uşaqları əqli-mənəvi cəhətdən zənginləşməyə səfərbər edir. “Xosrov və Şirin” əsərindəki “Oğlum Məhəmmədə nəsihət şeiri” “Yeddi yaşlı balam, gözümün nuru! Dilimin əzbəri, qəlbim süruru” poetik misraları ilə başlayır. Şeirdə əqli biliklərə, əxlaqi-mənəvi dəyərlərə yiyələnməyin vacibliyi, faydası, dəyəri uşaq ruhuna, uşaq anlamına müvafiq şəkildə aşağıdakı misralarda çox gözəl vurğulanır:

Bədr olan zamanda gözəl hilalın,

Nur saçacaq göyə sənin camalın.

Bilik kəsb etməklə dünyanı qazan,

Əsmanı oxu ki, məna alasan.

Odlar yurdu Azərbaycanınəziz övladı sayılan Nizami tərbiyə işində uşaqla səmimi ünsiyyətdə, səmimi təmasda olmağı yüksək dəyərləndirirdi. O, kamil pedaqoq kimi bilirdiki, övladla ata arasında səmimi təmas, səmimi ünsüyyət formalaşdırmadan ona yaxşı tərbiyəvi təsir göstərmək qeyri mümkündür. Onun övladı ilə səmimi ünsiyyətə, səmimi təmasa girmək mədəniyyətini aşağıdakı misralarda çox gözəl əksini tapır:

Yeddi yaşlı balam, gözümün nuru!

Dilimin əzbəri, qəlbimin süruru.

Ruzi verdi sənə o pərvərdigar,

Üstündə mənim yox, onun adı var.

Həyat və yaradıcılığında azad düşüncəyə geniş yer verən Nizami Gəncəvi oğlu Məhəmmədi, o cümlədən bütün uşaqları hamıda ikrah hissi doğuran bəd əməllərdən kənarlaşdırmağa, hər bir iş və əməldə hamıya ideal nümunə olmağa dəvət edir. “Oğlum Məhəmmədə nəsihət” şeiri əksər tərbiyə komponentləri, əksər tərbiyə çalarları baxımından xoş təsir bağışlamaqla yanaşı, hər bir oxucunu ağılın meyarı olan elmi biliklərə dərindən yiyələnməyə, ağıllı, namuslu, qeyrətli, məzmunlu həyat sürməyə, xoş ovqat yaradan iş və əməlləri ilə atasına baş ucalığı gətirməyə səmtləndirir. Bu söylədiyimiz fikrirləri şair aşağıdakı kimi ifadə edir:

Qaç o sözlərdən ki, mənasız, boşdur,

İlahi elmlər öyrənmək xoşdur.

Elə namuslu ol, desin hər görən:

Ağıllı öğluna, Nizami, əhsən!

İnsanın həyatda öz sağlam düşüncəsini inkişaf etdirməyi vacib sayan ustad şair Nizami oğlu Məhəmmədə ikinci şeirini “Leyli və Məcnun” əsərində böyük sevgi və məhəbbətlə ifadə etmişdir. Bu zaman Məhəmməd artıq on dörd yaşa çatmışdır. Bu cəhətdən şair ibrətamiz, nəsihətamiz fikir və duyğularını onun yaşına, anlaq səviyyəsinə, tərbiyənin yaşa, biliyə uyğun olan, əsas ideya, əsas tələb rolunu oynayan prinsiplərinə müvafiq şəkildə, səriştəli, kamil tərbiyə nəzəriyyəçisi kimi çatdırır. “Sən ey on dörd yaşlım, hər elmə yetkin! Gözündə əksi var iki aləmin” deyən şair oğlu Məhəmmədin elm, ədəb qazanmaq sahəsində böyük səriştə, imkan sahibi olduğunu nəzərə alaraq ona qəflət yuxusundan oyanmağı, adına-sanına müvafiq işlər görərək daha kamil insana çevrilməyi emosionalcasına təklif edir. Onu həyatda daha böyük uğurlar, müvəffəqiyyətlər qazanmağa çağırır. Bu söylənilənlər baxımından oğlu Məhəmmədə öz səmimi istək və arzularını belə açıqlayır:

İndi ki, çatmışdır yaşın on dördə,

Başın sərv kimi durur göylərdə.

Qəflətdə oynama qeyrət vaxtıdır,

İndi hünər vaxtı, şöhrət vaxtıdır.

Nizami Gəncəvi tərbiyə işində özünütərbiyəni, təhsillənmədə özünütəhsili çox yüksək dəyərləndirir. O, oğlu Məhəmmədin timsalında bütün uşaqları həyatdan dərs almağa çağıraraq bildirir ki, bütün müşküllüklərin açarı elmdədir. Bu söylənilənlər baxımından şair öz fikir və mülahizələrini aşağıdakı misralarında daha aydın şəkildə ifadə edir:

Kim ki, ibrət dərsi alıb dünyadan,

Sözün lövhəsini öyrənən zaman.

Eləmiş sənəti elmə xəznədar,

Dünyanın müşkülü belə açılar.

Zəkalar sultanı Nizami Gəncəvi vaxtdan səmərəli istifadə etməyi, çox yatıb vaxtı fövtə verməməyi oğlu Məhəmmədin timsalında bütün gənclərə tövsiyə edir. Bildirirki, insan öz əbədiyyətini öz sağlığında qazanmalıdır. Bu söylənilənlərlə bağlı öz müdrük fikir və duyğularını belə şərh edir:

Ey öğul, sənədir sözüm, yaxşı bax,

Çünki mən yatıram, sənsə qal oyaq.

Adın xoş gülüdür əbədiyyətin,

Məhəmməd isminin möhrüsən mətin.

Nizami Gəncəvi oğlu Məhəmmədi kamil şəxsiyyət, sayılıb seçilən insan kimi görmək istəyir. Bu işdə uşağın öz səyinə, təlaşına onda nikbin ruh yaratmaq zəminində üstünlük verir. Üzünü övladı Məhəmmədə tutaraq “Ucalmaq istəsən, bir kamala çat, Kamala ehtiram göstərir həyat” kimi misraları ilə xatırladır ki, şan-şöhrət qazanmaq, gərəkli insana çevrilmək öz səyindən, öz təlaşından asılıdır. Bunun üçün çalışqan, zəhmət sevər olmalısan. Öz halal zəhmətinlə, səyinlə zirvələrə ucalmalısan. Bu deyilənlər baxımından öz arzu və istəklərini aşağıdakı dərin mənalı, düşündürücü misralarında uşaq anlamına, uşaq ruhuna daha yaxın mənada vurğulayaraq yazır:

Uşaqkən əslini sorsalar bir az,

Ağac bar verəndə cinsi sorulmaz!

Elə ki, böyüdün belədir qayda,

Atanın adından sənə nə fayda?

Nizami Gəncəvi yenə də oğlu Məhəmmədin şəxsində bütün bəşər övladlarını özünütərbiyəyə, özünütəkmilləşdirmə, özünütəhsilə məşğul olmağa səmtləndirir. O, yaxşı bilirki, tərbiyələnməyin ən optimal yolu özünütərbiyə, təkmilləşmənin ən optimal yolu özünütəkmilləşdirmə, təhsillənmənin ən optimal yolu isə özünütəhsildir. Bu cəhətlərdən də “Sən aslanlar kimi keç cəbhələrdən, yalnız hünərinin balası ol sən! nidaları ilə bildirir ki, səadətə, kamala çatmaq hər bir insanın öz işi, öz səyi, öz təlaşı sayəsində təzahürünü tapır. Bu söylənilənlərlə bağlı şair öz istək və arzularını, uşaqlarda görmək istədikləri keyfiyyətləri aşağıdkı misraları ilə uşaq ruhuna, uşaq anlamına uyğun şəkildə aşağıdakı misralarında çox gözəl vurğulayır:

Səadət kamalla yetişir başa,

Xalqa hörmət elə, ədəblə yaşa.

Başına əfsanə düşdüyü zaman,

Allah qorxusunu unutma bir an.

Şair övladlarımıza sevib seçdikləri peşələrə dərindən yiyələnməyi tövsiyə edir. Şair oğlu Məhəmmədin timsalında bütün uşaqları özünüdərkə, vicdanının səsini duymağa səfərbər edir. Peşələrin sirlərini dərindən bilməyin vacibliyi ilə bağlı şair öz fikir və mülahizələrini incəliklərinə qədər daha düzgün olaraq açıqlayır:

Bir elmi öyrənmək istədikdə sən

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

“Kim ki, ibrət dərsi alıb dünyadan, sözün lövhəsini öyrənən zaman” söyləyən Nizami Gəncəvi oğluna hər sözün məna dəyərindən düzgün istifadə edərək, bağlı qapıların, müşküllüklərin açarı sayılan elmi bilikləri dərindən öyrənməyi tövsiyə edir, bildirir ki, hərzəkar, boşboğaz adamlarla ünsiyyətdə olmaq sənə yaraşmaz, fayda verməz, yaxşı, səmimi dost sənin ağ günə çıxmağının səbəbkarı, baiskarı olar. Bu deyilənlər baxımından şair öz fikirlərini emosionalcasına açıqlayır:

Yaxşı ad qazanmış gözəl dost ara,

Ondan yetişərsən ağ günə, vara.

Xoş ətirli bir dost yaxşıdır, inan,

Hərzə-hərzə durub danışanlardan.

“Tanrının əmrinə sən əməl eylə, bil üstün gələrsən hər bir müşkülə” deyən şair oğlu Məhəmmədə tövsiyə edərək bildirir ki, elmi biliklərə yiyələnmək insan üçün heç vaxt ar deyil, həyatda rastlaşdığın bağlı qapıların, müşküllüklərin açarı elmi biliklərdir, vaxtını boş keçirmə, bilik öyrənmək avara-avara vaxt keçirməkdən çox-çox üstündür. Həyatda bütün arzu və istəklərinə yalnız elmi biliklərə dərindən və fasilələrə yol vermədən, təmkinlə, dərindən düşünə-düşünə, fikirləşə-fikirləşə yiyələnməklə nail ola bilərsən. Bu baxımdan söylədiklərimizi şair“Yeddi gözəl” əsərində çox gözəl təsdiqləyir:

Hər kim ki, öyrənməyi bilməyirsə ar,

Sudan dürr, daşdan gövhər çıxarar.

Ancaq öyrənməyi ar bilən insan,

Məhrumdur dünyada bilik almaqdan.

Oğlu Məhəmmədə “Çox iti zehinlər yatan oldular, axırda saxsı qab satan oldular” deyən şair bildirir ki, insan daima, fasilələrə yol vermədən elmi biliklərə yiyələnməlidir. Bunun üçün oğlunu müəyyən suallarla qarşılaşdırır, dərin düşüncələrə yönəldərək düzgün nəticələr çıxarmağa sövq etdirir. Oğlunda öyrənməyə, təlimə münasibəti yaxşılaşdırmaq, təlim əməyinə meyli, həvəsi gücləndirmək məqsədi, arzuları belə ifadə edir:

Tazının ağzına düşən hər şikar

Təlim gördüyü üçün halal sayılar.

Təlimdir düzəldən itləri saptək,

Olmazmı cəhd etsə bir insan mələk?

“Dünyada keçməsin boş cavan çağın, yol get ki, güclüdür indi ayağın” misralarının müəllifi elmi biliklərə, ayrı-ayrı peşələrə cavan vaxtlarında yiyələnməyi tövsiyə edirdi. Şair övladında və o cümlədən bütün gənclərdə insan şəxsiyyətini ucaldan yaxşı keyfiyyətləri görmək arzuları ilə yaşayırdı.Yaltaqlığı insan ləyaqətini alçaldan pis xislət kimi dəyərləndirirdi. Bu baxımdan, fikrimizi şairin “Yeddi gözəl” əsərindəki aşağıdakı misraları bir daha təsdiqləyir. O, yazır:

Yaltaq zəncirini şir qırdı, atdı,

Odur böyüklüyə dünyada çatdı.

Fikrimizi yekunlaşdırarkənbelə nəticəyə gəlirik:

Nizami Gəncəvi yaradıcılığı çoxçalarlı tərbiyə məsələləri ilə zəngindir; Dahi Nizaminin öyüd-nəsihətləri hər bir bəşər övladının tərbiyələnməsində böyük

Zəkalar sultanı Nizami Gəncəvi hər bir valideyndə uşağı üzərində təlim-tərbiyə

işinin səmərə və keyfiyyətini yüksəltməyə real zəmin yaratmışdır;

Nizami Gəncəvi valideynlərdən öz uşağına hər hansı sənəti, pəşəni öyrədərkən o

sənəti, pəşəni kamil şəkildə öyrətməyi lazım bilmişdir;

Dahi şairin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”

sözləri zamanı qabaqlayan sözlərdir.

KAMAL CAMALOV, Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Pedaqogika elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Nizami gencevinin özü haqqında n geniş mlumat

Tarixdə iz buraxanlar : Nizami Gəncəvi

Azərbaycanın dahi şairi Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub . O, Gəncədə doğulub böyüdüyünə görə Gəncəli mənasında Nizami Gəncəvi adıyla tanınıb. Şairin əsl adı İlyasdır. Nizami hələ uşaq ikən atasını, sonra da anasını itirib . Onun tərbiyə və təhsilini dayısı Xacə Ömər öz üzərinə götürüb , böyüdüb . Böyük şair ” Leyli və Məcnun” poemasının müqəddiməsində atası ilə anasını, sonra da dayısını itirməsindən kədərlər içərisində bəhs edir .

Nizami Gəncəvi dayısının himayəsində tək deyil , öz qardaşı Qivami Mütərrizi ilə birlikdə yaşayıb. Bu gənc qardaşlar , uğradıqları fəlakətə baxmayaraq , öz zamanlarına görə yüksək təhsil alıb, yaxşı yetişiblər. Nizaminin yüksək təhsil alması ona ” müdrik ” ləqəbinin verilməsindən aydın olur . Onun müdrikliyini , islam alimləri ilə yanaşı, tanınmış yunan filosoflarını “İsgəndərnamə”də danışdırması, onların dünyanın yaradılışı haqqındakı fikir sistemlərini özünəməxsus şeir dili ilə xülasə etməsi təsdiq edir . Bundan əlavə, şair öz şeirlərində tarixə, müqəddəs dinə, hikmətə, riyaziyyata , astronomiyaya dair geniş məlumata sahib olduğunu göstərib.

Şairin musiqi aləmində geniş biliyə sahib olduğunu Barbədin Xosrov-Pərvizə çaldığı otuz mahnının hərəsini ustalıqla bir beytlə təsvir etdiyindən görürük . Ədəbiyyat sahəsində olan dərin məlumatını “Kəlilə və Dimnə”nin təmsillərinin qırxını qırx beytə sığışdıra bilməsindən anlayırıq. Astronomiya sahəsində böyük mütəxəssis olduğunu isə Məcnunun ulduzlara öz vəziyyətini şərh etməsindən öyrənirik.

Nizaminin əsərlərinə yazdığı müqəddimələrdən çıxan məlumatlardan onun qədim dillərdən pəhləvi, nəsturi, yəhudi dillərini də bildiyini öyrənirik. O öz poemaları üçün topladığı materialları adi və geniş yayılan sadə mənbələrdən deyil , qeyd edilən qədim dillərdəki məxəzlərdən dəqiq tədqiqatlar vasitəsilə əldə etdiyini anlatmışdır.

Nizaminin dini mövzuda anlatdıqları da çox önəmlidir. Onun dövründə islam cəmiyyəti bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, digər tərəfdən isə sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çalxalanırdı. Nizami Uca Allaha inanan , peyğəmbərə ba ğ lı olan sadiq bir müsəlman idi . O, islam cəmiyyətini bu gün belə parçalayan məzhəb və firqələrin apardığı mübarizənin fövqündə duran dar fanatizm , səbrsizlik və təmkinsizlikdən uzaq kamil bir təbiət və əxlaq sahibi idi . Atamız Nizami israfdan və dünya nemətlərindən sui- istifadədən , bəd əməllərdən və hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər , həyatı sevir , həyat sevgisində özünəməxsus bir gözəllik tapır , gözəl və mənalı yaşamağı ürəkdən diləyirdi .

Şairin ilk evləndiyi qadın Dərbənd hakiminin göndərmiş olduğu qıpçaqlı bir kəniz olub . Nizami bu türk qızını ürəkdən sevib və onunla evlənib (1173-cü il ). Canı qədər sevdiyi və əsərləri qədər istədiyi bircə oğlu Məhəmməd həmin türk gözəlindən dünyaya gəlib . ” Xosrov və Şirin”i yazarkən (1180-ci il ) qıpçaqlı gözəl vəfat edib . Şair dünya ədəbiyyatında misilsiz gözəllik nümunəsi kimi yaratdığı Şirinin öz əri Xosrovun cənazəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərkən , sözü öz sevimli xanımına gətirərək deyir : “O ( Şirin ), mənim qıpçaqlı Afaqıma bənzərdi “. Bəzi tədqiqatçıların qənaətinə görə , şair Şirinlə müqayisə etdiyi qıpçaqlı həyat yoldaşının adının Afaq olduğunu bildirmişdir . Eyni zamanda , oğlu Məhəmmədin bu qadından doğulduğunu da ” türküm köçdü isə də , İlahi , türk balasını Sən özün qoru ” sözləri ilə bizə anladır . Şairin öğlu Məhəmmədə bəslədiyi sevginin həddi-hüdudu olmamışdır . Bu sonsuz sevginin candan sevdiyi ilk arvadına bəslədiyi duyğu və hissiyyatın davamı olmasına heç bir şübhə yeri yoxdur . Şair ” türk arvadı”na olan bağlılığını ” türk balası” na keçirmişdir .

Eşqin ilahi şairi Nizami Gəncəvi evlənmə məsələsində təkarvadlı olmağın tərəfdarı idi . Həyatında üç dəfə evlənən şair heç bir zaman çoxarvadlı olmayıb . Nizami məşhur filosof Sokratın dili ilə öyüd-nəsihət şəklində söylədiyi beytlərdən birində təkarvadlılığın məziyyətini özünə xas bir üslubla açıqlamışdır : ” Sənə yaraşan bir arvad sənə bəsdir , çox dostu olan dostsuz qalar . Öz övladını kamil və ahəngdar görmək istəyirsənsə , öz qəlbini bir ana ilə bir ataya bağla “.

Nizami Gəncəvi ” İqbalnamə” nin sonunda filosof Arximedi başdan çıxaran çinli bir türk gözəlinin ölümünü təsvir edərkən özünün şəxsi həyatındakı talesizlikdən şikayət edir . Bu şikayətdən aydın olur ki , Şirin surətini yaradarkən öz sevimli Afaqını , Leylini yazarkən ikinci ” gövhər”ini , çinli gözəlinin macərasını şərh edərkən də üçüncü ” gəlin”ini itirmişdir :

Həzmə çəksəm hər zaman bir dastan ,

Çox tühafdır taleyim , verməz aman !

Saçmağa başlasam ətrafa şəkər ,

Sevimli bir dilbərim əldən gedər .

Dadlıca Şirini çün xəlq eylədim ,

Çox şəkər bir yarımı dəfn eylədim .

Leylinin çün köşkünə çəkdim hasar ,

Başqa bir gövhərimi mən etdim nisar .

Getdi dünyadan yenə bir nazənin ,

Oldu cənnətlik bizim tazə gəlin .

Nə qəribə bir tale şairi təqib edib .

Dahi şairimiz Nizaminin həyatı doğulduğu Gəncə şəhərində keçib . O, təvazökarlıq və qənaətə riayət edərək zahidanə sadə bir həyat tərzilə yaşayıb . Təvazökarlıq Nizami həyatının ana xətti olub . Firdovsi məşhur ” Şahnamə”sini Qəznə sarayında ona ayrılan xüsusi otaqda min bir qayğı içərisində yazıb , sonra isə qələm haqqı üstündə əfsanəyə çevrilən davası ilə məşhur ikən Nizami bütün poemalarını Gəncədəki dərvişxanəsinin dörd divarı arasında , heç kəsdən bir şey ummadan yazıbdır . Öz ruzisini isə o, başqalarının ” əl süfrəsindən yox ,” ruzini verən Uca Allahdan gözləyib .

Təvazökarlıqla eyni mənbədən gələn gözütoxluq şairə məxsus olan bir məziyyətdir . Onun nəzərində hər bir adam ancaq öz gözütoxluğu ilə əsl böyüklüyünü tapır və yalnız xalqa möhtac olmadıqca azadlığın həqiqi zövqünü dadır . Nizami Gəncəvi dövrünün şairlərindən fərqli olaraq hökmdarların qapılarından uzaqlaşıb təvazökar bir həyat tərzində yaşayıb . Dünya şöhrətli şair bu hərəkətin hikmətini belə şərh edir : ” Padşahın verdiyi maaşdan imtina et , bundan gələcək şey bədbəxtlik və avaralıqdan ibarətdir . Padşahla oturub-durmaqdan çəkin , çünki bu pambıqla odun münasibətinə bənzər . Od nə qədər parlaq olsa da , salamatlıq oddan uzaqlarda olar . Pərvanə şamın işığına can ataraq ona yaxınlaşdıqda yanar .”

Şair ” Xosrov və Şirin ” və ” Yeddi gözəl ” kimi saray həyatı ilə ” çalğı ” və ” içki ” məclislərinin incəliklərinə varıncaya qədər ən parlaq təsvirlərini verə bildiyi halda , belə işrət məclislərinə getməyib , ömründə bir dəfə də olsun ağzına ” içki ” almayıb və ya öz ifadəsi ilə desək , o, ” dodağı ilə ətəyini şəraba bulaşdırmayıbdır .” Bu dediklərimizi həm şair özü poemalarında qeyd edib , həm də onun həyatı haqqında məlumat verən alimlər bir ağızdan təsdiq ediblər . Belə ki , ” İskəndərnamə” nin müqəddiməsində ilham qaynağı olan Xızır peyğəmbərə xitab etdiyi beytlərdə bu misralar vardır :

Ey mübarək Xızırım , sanma ki , mən ,

Meyi qəsd etmədəyəm ” mey ” derkən .

Dediyim meylə özümdən keçərəm ,

Bu keçişlə o gedər , aləm edərəm .

Tanrının vədi mənim saqimdir ,

Qədəhim cəzbə, meyim sevgimdir .

Tutduğum haqq yola and olsun kim ,

Dəyməmişdir meyə ağzım , ətəyim .

Şairin səmimi şərhinə görə , haram olmayan ağıla pozğunluq deyil , ancaq aydınlıq verən ilahi bir şərabdır – elə bir şərab ki , onun verdiyi sərxoşluq cazibəsi ilə şair özündən 800 il sonra belə oxucularını öz sənətinin cana hopan nəşəsi ilə ” məsti-bihuş ” etməkdədir .

Dahi şair ” İskəndərnamə”də öz vəziyyətini təsvir edərkən bildirir ki , o, ” Allaha sığınmaqdan başqa qayğısı olmayan bir mütəfəkkirdir ” və sonra özünü məşhur yunan filosofu Sokrata bənzədir . İnzivada yaşayan şair ona göstərilən ehtiram və etibarın səbəbini yenə Sokratın cümləsi ilə şərh edir : ” İnsanlar onlardan qaçanlara daha çox meyl edərlər .”

Nizami Gəncəvi beş böyük məsnəvisindən birincisini – ” Məxzənül-əsrar”ı 1160-cı ildə yazıb . O zaman şair 20 yaşında olub . ” Məxzən ” onun ilk əsəri deyildir . O vaxtlarda şair sufiyanə qəsidələri , qəzəlləri və başqa şeirləri ilə artıq yaxşı tanınan bir sənətkar idi . Son böyük əsəri olan ” İskəndərnamə” ni 1201-ci ildə yazıb . Bu tarixdən dörd və ya beş il sonra təsvir etdiyi bütün qəhrəmanları kimi o da kədərli bir aqibətə uğrayıb . İskəndərin və onun ətrafındakı yunan filosoflarının ölümünü bir-bir təsvir edən şair öz ölümünü də təsəvvür edib və : ” Onlar yuxuya getdikləri kimi Nizami də yatdı “, – deyibdir . Bu tarixi insanımız 63 ilə yaxın ömrünün yarım əsrlik bir qismini sənət , hikmət və insanları düz yola sövq etməyə sərf edib . Nəhayət , öz sözləri ilə desək , 1204-cü ildə o, ” müvəqqəti qəlbini tərk edərək əbədiyyətə qovuşub “.

Beləliklə , dünyanın ölməzləri sırasına girən Nizami , həyatında arzu etdiyi kimi , ömrünün sonuna qədər özünə sadiq qalan şəxsiyyəti ürfan əhlinin mənəvi ziyarətgahı olub .

Fazil QARAOĞLU

Bakı xəbər.- 2016.- 5-7 mart.- S.15

Nizami Gəncəvi

Аzәrbaycan şairi vә filosofu Nizami Gəncəvi (1141 — 1209) Gәncә şәhәrindә sәnәtkar ailәsindә doğulmuş, mükәmmәl tәhsil alıb хüsusilә Yunan fәlsәfәsini vә Şәrq әsatirlәrini dәrindәn öyrәnmişdir.
Yaradıcılığa lirik şair kimi başlayıb böyük epik poemalarla bәrabәr ömrü uzunu qәzәllәr, qәsidәlәr, rübailәr vә s. yazmışdır. Bu qәzәl vә qәsidәlәr incә lirizmi, dәrin mәna çalarları, yüksәk bәdii cәhәtlәri vә sәnәtkarlıq хüsusiyyәtlәri ilә seçilir. Fars dilindә böyük, azәrbaycan türkcәsindә isә az bir qismi nәşr edilmişdir.
Dünya әdәbiyyatında isә Nizami әsasәn mәsnәvi formasında yazdığı «Хәmsә» adlı beşliklә məşhurdur.
İlk məsnəvisi «Мәхzәnül әsrar» — yәni «Sirlәr хәzinәsi» adlanır. 37 yaşında bitirdiyi bu poemada ayrı-ayrı hekayә, rәvayәt vә pritçalar şәklindә humanist mәzmunlu, mәnalı vә ibrәtamiz әhvalatlar qәlәmә alınmışdır. Nizami әbәdi dәyәrlәri — әdalәti, хeyirхahlığı, mәrhәmәti, zәhmәti, sevgini tәrәnnüm edir vә hәr yerdә belә bir nәticәyә gәlir ki, hәyatda son nәticәdә haqq vә әdalәt prinsiplәri qalib gәlir. Bütün bu humanist mәzmunlu mәnzum hekayәlәrin әlbәttә şahlara vә hakim qüvvәlәrә müәyyәn tәsiri olmuş vә belәliklә Nizaminin Yaхın Şәrq ölkәlәrindә hardasa hәmin müsbәt prinsiplәrin hәyatda tәtbiq olunmasında az da olsa rolu olmuşdur.
Nizaminin ikinci böyük mәsnәvisi «Sirlәr хәzinәsi»ndәn üç il sonra bitirdiyi «Хosrov vә Şirin»dir. Bu mәnzum roman farsların Sasani sülalələrinin hökmdarlarından olan II Хosrov Pәrvizin әmәllәrini mәdh edir. Tariхdә işğalçı, riyakar vә hiyləgər kimi tanıdığımız Хosrov Pәrvizi Nizami az qala ideal şah kimi tәsvir edir vә belәliklә Firdovsi ilә başlanan fars millәtçi ideologiyasının tәmәl daşlarını qoyanlardan biri kimi çıхış edir. Әsәrin daha bir qәhrәmanı Аlban prinsessası Şirindir. Guya eyş-işrәtә qurşanan Хosrov mәhz bu qadının məhəbbətinin qüdrәti ilә adil bir hökmdara çevrilir.
«Хosrov vә Şirin»i bitirdiyi ildә Аzәrbaycanda vә İranda hökmdarlıq edәn Еldәgizlәr sulalәsinin alicәnab nümayәndәlәrindәn biri olan. Qızıl Аrslan şairin görüşünә gәlib onunla хeyli söhbәtdәn sonra ayrılarkәn ona böyük bir kәnd bağışlayır. Şair dә bundan ruhlanıb Şirvanşah Ахsitandan aldığı sifarişlә «Leyli vә Мәcnun» mәsnәvisini yaradır.
Әrәb әfsanәsini qәlәmә alan Nizami bu poeması ilә mәhәbbətin böyük tərənnümçüsü kimi çıхış edib öz iki obrazını — Мәcnunu vә onun sevgilisi Leylini dillәrdә vә poeziyada zәrb-mәsәl kimi mәhәbbәtdә sәdaqәt rәmzinә çevirmişdir. Tәsadüfi deyildir ki, Nizamidәn sonra bu poemanın tәsiri ilә Şәrqdә onlarla yazılı vә şifahi «Leyli vә Мәcnun» dastanları yaranmışdır.
Türkdilli хalqın oğlu olan, öz хalqı içindә yaşayan vә nәhayәt Türk sülalәlәrinin hökmranlığından hörmәt vә izzәt görәn Nizami Gәncәvi nәdәnsә riyakar fars-sasani hökmdarlarının cazibəsindən qurtara bilmirdi vә buna görә onun növbәti «Yeddi gözәl» poeması da sasani sәrkәrdәsi vә şaşәnşahı Bәhram Çubinә hәsr olunmuşdur. Real tariхi hadisәlәri mifoloji şәkildә qәlәmә alan şair Bәhramı yunan miflәrinin qәhrәmanları sәviyyәsinә qaldırmağa çalışmışdır. Әsәrdә әn maraqlı vә realist obraz Bәhramın vәziri Rast Rövşәndir. Bu zülmkar, riyakar, ikiüzlü obrazda farslara хas olan bütün mәnfi sifәtlәr mәharәtlә ümumilәşdirilmişdir.
Nizami Gәncәvinin şah әsәri heç şübhәsiz ki, «İqbalnamә» vә «Şәrәfnamә» adlı iki hissәdәn ibarәt olan «İsgәndәrnamә» poemasıdır. Аdından göründüyü kimi әsәr Мakedoniyalı İsgәndәrin әmәllәrindәn vә şәrәflәndirilmәsindәn bәhs edir. «Şәrәfnamә»dә İsgәndәrin müharibәlәrindәn bәhs olunur, «İqbalnamә»dә isә ictimai-siyasi, fәlsәfi mәsәlәlәrdәn danışılır.
İnsanlarda, хüsusilә dövlәt başçılarında daim daha çoх müsbәt keyfiyyətlər görmәk istәyәn şair heç şübhәsiz ki, İskәndәri dünya tariхinin әn ideal şәхsiyyәti kimi yaratmaya bilmәzdi. Nizaminin qәhrәmanı bütün komponentlәr üzrә ideal bir qәhrәman obrazıdır. O, dünyanı yalnız bәşәriyyәti хoşbәхt etmәk niyyәti ilә fәth edir. Demәk olar ki, öz hәrbi qüdrәti ilә dünyanın bütün hökmdarlarına qalib gәlәn İsgәndәr әsәrdә hәm dә dünyanın әn müdrik bir mütәfәkkiri kimi tәsvir edilir, eyni zamanda әdalәtli bir hökmdar kimi idealizә olunur. Bәs böyük şair niyә bu yolla gedib tariхi faktları az da olsa tәhrif etmişdir? Мәsәlә burasındadır ki, dünyada nә aristotellәri mәğlub edәcәk dәrәcәdә müdrik, nә dә öz adilliyi vә әdalәtli hökmranlığı ilә fәrqlәnən bir hökmdar olmamışdır. Nizami isә belә bir hökmdar arzulayırdı. Baх, İskәndәr buna uyğun gәlәn әn münasib bir şәхsiyyәt idi.
Әsәrdә çoх maraqlı, dәrin mәnalı mübahisә, söhbət vә mülahizәlәr var ki, sözsüz onlar Nizami Gәncәvini dünyanın böyük mütəfəkkirləri sırasına daхil etmәyә әsas verir. Әvvәlәn mәlum olur ki, şair qәdim Yunan fәlsәfәsi vә elmi ilә mükәmmәl tanış olmuşdur. Bunun özü o dövr üçün qeyri-adi hadisә idi. Çünki indinin özündә belә az Аzәrbaycan şairi vә әdibi tapılar ki, Аntik Yunanıstanın böyük fәlsәfi irsinә bu dәrәcәdә nüfuz etmiş olsun. İkincisi Nizami hәmin fәlsәfәni mәnimsәyib yeni fikirlәr vә müddәalar şәklindә әks etdirmişdir.

«QOCАLIQ» QӘSİDӘSİNDӘN МİSRАLАR

Bu çәmәndә qocalıqdan belim döndü kamana,
Bundan sonra bu budaqdan yetişәrmi kam mana?
Аğacımdan bir kimsәyә nә meyvә var, nә kölgә,
Yarpağımı, mәhsulumu fәlәk verdi külәyә.
Аhunun ağ göbәyindә qara rәngli mişk olur,
Мәnim qara tüklәrimsә bәyaz rәngә tutulur,
Ömür başa çatdı deyә istәyirәm bayquş tәk,
Хәrabәdәn yoхluq adlı dünyaya üz çevirmәk.
Ciyәrimdәn şirә alıb qan yağdırır bәbәyim,
Kaman kimi olmuşam ki, bulaşmasın әtәyim.
Dağ başında qar olanda әridikcә su gәlәr,
Gözlәrimdәn aхan yaşın sәbәbidir bu mәgәr?
Kaman kimi qamәtim var, yersiz bilmә sәn bunu,
Әcәl oхu qorхusundan qalхan etmişәm onu.
Аğac şümşad boylu oldu, çünki barı töküldü,
Мәnim qәddim meyvәsini tökәn zaman büküldü.
Yәqin ölüm qılıncının qorхusundan başım baх,
Öz çiynimә әyilәrәk etmiş onu bir dayaq.
Мәn ki, sәfәr yolçusuyam, hörmәtim var a dostlar,
Onun üçün gözlәrimdәn yanağıma yaş aхar.
Әcәl mәnә qonaq gәlmiş, neylәyim ki, a dostlar,
Hәyatımdan başqa şeyi qәbul etmir inadkar.
Bu mәnzildә vidalaşır hәyat daha mәnimlә,
Әyilmişәm, qayda budur öpüşәnlәr әyilәr.
Hesab çәkәn barmaq kimi yolda düşüb qalхıram,
Qәribәdir, il sayıram olmayıram bir aram.
Cavanlığı yola saldım — nә gәzirsәn? Soruşsan,
Belim əyri — cavanlığı axtarıram hər zaman.
Rəngli şeylə aldanılan uşaq kimi nə erkən,
Aldadıcı fələk aldı cavanlığı əlimdən.
Günahkarlıq bağçasında hər budağım qurudur,
Zaman məni cəhənnəmdə yaxmaq üçün qurudur.

Müəllif: Əlisa Nicat
Mənbə: 100 böyük filosof

  • Teqlər:
  • Nizami Gəncəvi

Comments are closed, but trackbacks and pingbacks are open.