Nizami gəncəvi
До наших дней сохранилось пять эпических произведений персидского автора, и их знают во всем мире. Создавая свои поэмы, Низами виртуозно описывал музыкальные инструменты, исполнителей, звуки и запахи природы. Поразительны познания сочинителя в таких областях, как медицина и астрономия. Поэт рассказывал о небесных телах и созвездиях, многие из которых были официально открыты через сотни лет после его смерти. Помимо поэм Гянджеви создал ряд од и газелей, с которыми может ознакомится любой современный читатель.
Müəllif : Nizami Gəncəvi
Azərbaycan şairi. XI-XII əsrlərdə yaşamış. Xəmsəsi ilə çox geniş tanınmışdır. Xəmsəyə Sirlər Xəzinəsi, Xosrov və Şirin, Yeddi gözəl, Leyli və Məcnun, İskəndərnamə kimi iri həcimli poemaları daxildir. Yazdığı 20 min beytlik divanında bizə 6 qəsidə, 30 rübai, 120 qəzəl çatmışdır.
Mündəricat
“Xəmsə”si [ redaktə ]
- Sirlər Xəzinəsi
- Xosrov və Şirin
- Yeddi gözəl
- Leyli və Məcnun
- İskəndərnamə
- Türkcə divan (Nizami Gəncəvi)
Qəzəlləri [ redaktə ]
- Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm
- Ay üzlü nigarım, kimə mehman olacaqsan?
- Ay üzlü nigarım, kimə mehman olacaqsan?
- Az danışmağın gözəlliyi
- Bilməm, nə töhfə, mən qul, o sultanə göndərim?
- Bilməm, nə töhfə, mən qul, o sultanə göndərim?
- Bu çəməndə qocalıqdan belim döndü kamana
- Canımı aldın, əcəb karin var
- Cavanlıq köç edər, qoyma, gedər əldən, zaman keçsin
- Dəmi həmdəm olmayana, həmdəm deməyim
- Diləyirdim: mənə sən bir gecəlik yar olasan
- Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi
- Gördün nə bəla çəkdi başım eşqin ucundan?
- Gözüm aydın, gözümə surəti canan görünür
- Hanı?
- Hüsnün gözəl ayətləri, ey sevgili canan!
- Mümkünmüdür məni qurban edəsən?
- Sən könlümü almaq da dilərsənmi, a dilbər?
- Sənsiz
- Sevgili canan
- Gül camalm gülə dedi: — Dur, pərdə sal üzündən
- İşrətü eyş olanın yar ilə karı, barı
- Könlüm sitəminlə canə yetdi
- Qüssəni aləmdə şadi bilmiyən, şad olmasun
- Vəslin həvəsi ömrümü son anə yetirdi
- Yenə tövbə evimi eşq xərab etmədədir
Rübailəri [ redaktə ]
Divanları [ redaktə ]
Nizami gəncəvi
Portal Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi
haqqında sərəncamı əsasında təsis edilmişdir.
Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır.
Heydər ƏLİYEV
Azərbaycan xalqının, hamımızın xüsusiyyətlərini qoruyub saxlamaq üçün, əlbəttə ki, ədəbiyyatımızın, mədəniyyətimizin böyük rolu olmuşdur.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Sirlər xəzinəsi
Xosrov və Şirin
Leyli və Məcnun
Yeddi gözəl
İsgəndərnamə
Virtual Muzey 360°
Əbədi tarixə virtual səyahət
Bəhram – Gur ov zamanı 1 “Yeddi Gözəl” – Miniatür
Xaqanın İsgəndəri qonaq etməsi “İsgəndərnamə” – Miniatür
Bəhran-Gur əjdahanı öldürür “Yeddi gözəl” – Miniatür
Leyli və Məcnunun huşunu itirməsi “Leyli və Məcnun” – Miniatür
Leyli və Məcnunun huşunu itirməsi “Leyli və Məcnun” – Miniatür
Fərhad Xosrovun qəbulunda “Xosrov və Şirin” – Miniatür
Iki rəqib alimin hekayəti “Sirlər xəzinəsi” – Miniatür
Sevgililərin xurma bağında görüşü “Sirlər xəzinəsi” – Miniatür
Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Qəbul edildiyi tarix: 5 yanvar 2021 Sənədin növü: Sərəncam
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.
Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir.
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:
1. 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 yanvar 2021-ci il.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Qəbul edildiyi tarix: 23 Dekabr 2011 Sənədin növü: Sərəncam
2011-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illiyi tamam olmuşdur.
Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir.
Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur.
Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.
Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətni hazırlanmışdır. Bu proseslərin intensiv şəkil almağa başlaması əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 1939-cu ildə qəbul edilmiş, lakin İkinci Dünya müharibəsi səbəbindən yubileyin yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. O illərdən etibarən Nizaminin dövrü, həyatı və yaradıcılığı ilə bağlı yeni-yeni araşdırmalar aparılmışdır. Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmişdir.
1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başlayır. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə qəbul edilən “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünaslıqda əsaslı dönüş yaratmışdır.
Nizami Gəncəvi ilə bağlı son yubiley tədbirləri ustad sənətkarın 850 illiyi ilə əlaqədar 1991-ci ildə keçirilməli idi. Lakin ölkədəki dərin siyasi, iqtisadi və sosial böhran buna imkan verməmişdir.
Nizami irsinin daim aktual olduğu nəzərə alınaraq, hazırkı mərhələdə respublikamızda gənc nəslə mənsub nizamişünas kadrların yetişdirilməsi, şairin əsərlərinin filoloji tərcüməsinin təkmilləşdirilərək yenidən nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi, habelə dünyanın mötəbər kitabxana və arxivlərində şairin yeni əlyazmalarının üzə çıxarılması Azərbaycan mədəniyyətinin öyrənilməsi işində bu gün xüsusilə mühüm əhəmiyyət daşıyır. Nizami dövrü, ədəbi irsi və məktəbi problemləri müasir humanitar düşüncənin tələbləri kontekstində və azərbaycançılıq məfkurəsi işığında tədqiqini gözləyir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şərq poeziyasının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, mütəfəkkir şair Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2011-ci il.
Низами Гянджеви
Низами Гянджеви – великий персидский поэт-романтик, внесший неоценимый вклад в эпическую поэзию. Привнес в восточную литературу реалистический стиль и разговорную речь.
Персидский поэт Низами Гянджеви – автор наполненных романтизмом и мистикой стихов, появившихся в далеких 12-13 веках. Эпические поэмы существовали уже тогда, но именно Низами начал практиковать реалистичное повествование и разговорную речь, сделавшие поэзию более доступной для понимания широких масс.
Благодаря Низами – «упорядочивающему слова» — в Персии появились новые направления в литературе, а произведения автора стали популярными не только на востоке, но и в европейской части планеты.
Детство и юность
Исследователи до сих пор не пришли к единому мнению по поводу точной дату рождения поэта. По мнению многих ученых, Низами Гянджеви Абу Мухаммед Ильяс ибн Юсуф родился в конце августа 1141 года в Государстве Ильдегизидов (современный Азербайджан).
Большинство фактов биографии Гянджеви потомки узнают из его произведений, так как какого-либо жизнеописания поэта до наших дней не сохранилось. Известно, что его отец Юсуф ибн Заки был родом из города Кум, расположенного на территории Ирана. Сам Низами родился и вырос в древнем городе Гянджа.
Семья мальчика обладала средним достатком, ее члены зарабатывали на жизнь рукоделием. В некоторых источниках сказано, что отец работал на государственной службе, а мать была домохозяйкой. По неподтвержденной информации, женщина могла быть дочерью курдского вождя.
Родители умерли рано, и маленького Ильяса забрал к себе Ходжа Умар – дядя по материнской линии. Судя по всему, опекун со своими обязанностями справился блестяще: мальчик вырос образованным, начитанным и разносторонне развитым. Книги Низами поражают читателя познаниями автора в философских, медицинских, астрономических, религиоведческих вопросах. Поэт в совершенстве изучил Коран, и в дальнейшем постоянно цитировал его строки в своих сочинениях.
Стихи юноша начал писать очень рано. Слух о талантливом мальчике быстро добрался до дворца правителя, и вскоре его пригласили стать придворным поэтом. Ильяс побоялся, что его лишат свободы творчества, поэтому вежливо отказался. Несмотря на это, падишах даровал парню крупную сумму денег и несколько селений.
Литература
На становление Гянджеви, как поэта, огромное влияние оказали персидские творцы Фирдоуси и Гургани. Он нередко пользовался их художественными приемами и заимствовал интересные сюжеты. Однако сравнивать самобытного уникального поэта с кем либо-другим в корне неправильно.
До наших дней сохранилось пять эпических произведений персидского автора, и их знают во всем мире. Создавая свои поэмы, Низами виртуозно описывал музыкальные инструменты, исполнителей, звуки и запахи природы. Поразительны познания сочинителя в таких областях, как медицина и астрономия. Поэт рассказывал о небесных телах и созвездиях, многие из которых были официально открыты через сотни лет после его смерти. Помимо поэм Гянджеви создал ряд од и газелей, с которыми может ознакомится любой современный читатель.
Пятерица Низами Гянджеви
В книгах Низами причудливо переплетается мистика и реальность, и отличить одно от другого бывает крайне сложно. Он был приверженцем суфийской теории, поэтому даже романтические поэмы всегда имели трагический подтекст. Полный мечтаний об утопическом обществе, автор старался направить читателя к гуманизму и добру. Особый трепет поэт испытывал к магии цифр, и посему много времени уделял изучению нумерологии. Знаменитый перс неоднократно подчеркивал, что полная картина мира – это не что иное, как комбинация музыки, геометрии и арифметики.
Comments are closed, but trackbacks and pingbacks are open.