Press "Enter" to skip to content

Nizami gəncəvinin yaradıcılığında ədalətsizlik və zülümə qarşı etiraz

H.Araslı yazır ki, “biz Nizamidə şah, vəzir surətləri ilə yanaşı çoban, əkinçi, daşkəsən, kərpickəsən surətlərinə, alim surətlərinə, xüsusən o dövr ədəbiyyatında müstəsna bir yer tutan müsbət qadın surətlərinə tez-tez təsadüf edirik”. Cəmiyyətdə mövcud olan ədalətsizlikləri və digər nöqsanları həmin müsbət qəhrəmanların aradan qaldıracaqlarına ümid bəsləyən sadə xalq kütlələri şifahi yaradıcılığında onların bir-birindən tamamilə fərqli olan, bir-birini qətiyyətlə rədd edən müsbət və mənfi keyfiyyyətli obrazları yaratmışdır.

Nizami gəncəvinin yaradıcılığında ədalətsizlik və zülümə qarşı etiraz

Nizami Gəncəvi yaradıcılığında insan haqlarının təbliği

XII əsr ictimai-siyasi və hüquqi fikrimizin ən görkəmli numayəndəsı Nizami Gəncəvi öz dövrünün və gələcək dövrlərin humanist və demokratik istiqamətli fikirlərinin, habelə sosial ədalət ideyalarının parlaq təbliğatçısı olmuşdur. Nizami söz, fikir və ideyalar dünyamızın əvəzolunmaz simalarından biridir.

İnsan haqlarının təbliği və onların müdafiəsi, şəxsiyyət azadlığı, şəxsiyyətin iradə müstəqilliyi, bəşəriyyətin mədəni tərəqqisində dönüş nöqtələrindən olan İntibah dövrünün mənəvi mahiyyətinin aşkar olunmasına çevrilmiş səlist humanizm təlimi Nizaminin sosial-siyasi görüşlərinin sosial ədalət hissəsində öz parlaq təcəssümünü tapmışdır.

Görkəmli Azərbaycan mütəfəkkiri, söz və fikir aləminin nəhəng karifeylərindən biri olan Nizami sosial ədaləti, azadlığı hüquq bərabərliyini hələ XII yüzillikdə təbliğ etməklə insanlığın xoşbəxt gələcəyini arzu edən dahi şəxsiyyət olmuşdur. Bəşəriyyətin taleyi üçün hər kəsin öz səviyyəsində, imkan və bacarığı daxilində məsuliyyət daşıdığını dönə-dönə müasirlərinə çatdıran böyük mütəfəkkir bütün həyatı boyu ümumbəşəri ideallarla yaşamış və bunun uğrunda mübarizə aparmış, öz zəngin yaradıcılığını insanın taleyüklü problemlərinin həllinə həsr etmişdir. H.Araslı yazır: “Nizami xalqların səadətini, istiqlaliyyətini, onların hər cür zülm və istismardan azad olmasını istəyib bütün ömrünü bu uğurda sərf etmişdir. Nizami əməkçi insanın hüququ uğrunda mübarizə aparmışdır. Nizami öz xalqını bütün dünyada şöhrətləndirmiş və bütün xalqların bərabər hüquqlu mədəni həyatını arzulamışdır”.

Nizami öz əsrinin misilsiz humanist mütəfəkkiri olmuşdur. Bunun onun öz əsərlərində irəli sürdüyü sosial-siyasi ideyaların məzmunu da təsdiq edir. Mütəfəkkir lirik əsərləri ilə yanaşı, “Xəmsə”yə daxil olan əzəmətli poemalarında da dövrün və sosial-siyasi problemlərinin həllinə toxunmuşdur.

Nizaminin sosial-siyasi ideyaları Azərbaycanın siyasi və hüquqi fikir tarixinin inkişafında mühüm rol oynamış, Yaxın və Orta Şərqin fəlsəfi, ictimai-siyasi fikrində humanist, demokratik ideyaların formalaşmasına və inkişafına müstəsna təsir göstərmişdir.

Nizaminin sosial ədalətə dair ideyalarının formalaşmasına Azərbaycanın şifahi xalq ədəbiyyatının böyük təsiri olmuşdur. Belə ki, mütəfəkkirin sosial-siyasi görüşlərinin demokratik ideyalarının daşıyıcılarının böyük əksəriyyəti xalq təfəkkürünün yaratdıqları obrazlardır. Həmin obrazlar içərisində xalqın istək və arzularının daşıyıcısı olan müsbət, eləcə də nifrət obyekti olan mənfi qəhrəmanlar da vardır.

H.Araslı yazır ki, “biz Nizamidə şah, vəzir surətləri ilə yanaşı çoban, əkinçi, daşkəsən, kərpickəsən surətlərinə, alim surətlərinə, xüsusən o dövr ədəbiyyatında müstəsna bir yer tutan müsbət qadın surətlərinə tez-tez təsadüf edirik”. Cəmiyyətdə mövcud olan ədalətsizlikləri və digər nöqsanları həmin müsbət qəhrəmanların aradan qaldıracaqlarına ümid bəsləyən sadə xalq kütlələri şifahi yaradıcılığında onların bir-birindən tamamilə fərqli olan, bir-birini qətiyyətlə rədd edən müsbət və mənfi keyfiyyyətli obrazları yaratmışdır.

� Azərbaycan şifahi xalq ədəbiyyatında hökmdar (ədalətli və ya ədalətsiz, insaflı və ya qəddar, mərhəmətli və ya müstəbid) obrazlarına xüsusi yer verilmişdir. Şübhəsiz ki, Nizami öz əsərlərindəki qəhrəmanların mənfi və müsbət keyfiyyətlərini təsvir edərkən xalq deyimlərindən, xalq müdrikliyindən və onun şifahi qaynaqlarından lazımınca bəhrələnmişdir. H.Araslının yazdığı kimi, “ümumiyyətlə, xalq ədəbiyyatında iki cür şah surətinə təsadüf edilir: müsbət və mənfi. Həyatı ağır keçən, yaşadığı dövrün üsul- idarəsindən narazı qalan xalq kütlələri dövlət quruluşu haqqındakı tələblərini bu surətlər vasitəsilə ifadə etmişlər”. Ümumi tarixdən, o cümlədən ümumdövlət və hüquq tarixindən məlumdur ki, hər bir ictimai-iqtisadi formasiya (ibtidai cəmiyyət istisna olmaqla) özünəməxsus idarəçilik formalarına malik olmuşdur. Dövlətin və hüququn tarixi tipləri (növləri) də məhz insan cəmiyyətinin formasiyalar üzrə inkişafı (məsələn, quldarlıq dövləti və hüququ, feodal dövləti və hüququ, burjua dövləti və hüququ) ilə müəyyən edilir. Bu nöqteyi-nəzərdən quldarlıq dövlət tipi üçün əsasən, qeyri-məhdud monarxiya idarəçilik forması səciyyəvi olmuşdur.

İdarəçiliyin bu formasında dövlətdə bütün hakimiyyət, o cümlədən məhkəmə hakimiyyəti bir şəxsin-monarxın əlində cəmləşir. Feodalizm iqtisadi formasiyasında da qeyri-məhdud monarxiyanın hələ mövcud olmasına baxmayaraq, cəmiyyətin tarixi inkişafının bu pilləsində silki nümayəndəli monarxiya idarəçilik forması üstünlük təşkil edir. Bu idarəçilik formasında monarx dövlət hakimiyyətinin yeganə daşıyıcısı olsa da, bir çox dövlət əhəmiyyətli məsələlər (məsələn, müharibə və sülh məsələsi) kollegial şəkildə həll edilir. Kollegiallıq monarxın səlahiyyətlərini nisbətən məhdudlaşdırsa da, bu siyasi dövlət quruluşunda da hakimiyyət irsən keçir.

A.Quliyev qeyd edir ki, dövlətin ən demokratik idarəçilik forması burjuaziya sosial-iqtisadi formasiyasında təzahür edir. Bu, respublika (seçkili dövlət hakimiyyəti) idarəçilik formasıdır. İdarəçiliyin bu formasında əsas dövlət vəzifələri seçkili xarakter daşıyır. Doğrudur, burjuaziya formasiyasında mütləq monarxiyanın (mütləqiyyətin) mövcudluğu istisna olunmur. Lakin bu idarəçilik formasında monarxın səlahiyyətləri xeyli məhdud olur. Belə ki, o, əsasən dövlətin başçısı funksiyasını (xüsusilə də, xarici siyasət sahəsində) yerinə yetirir. Qanunvericilik hakimiyyətini parlament, məhkəmə hakimiyyətini isə məhkəmə həyata keçirir.

Yuxarıda qeyd olunanları göstərməkdə məqsəd ondan ibarətdir ki, Nizaminin yaşayıb-yaratdığı dövrdə orta əsrlər Azərbaycanı ancaq qeyri-məhdud feodal monarxiyası idarəçilik formasını tanıyırdı. Dövlətin başında şah dururdu. O, həm dövlət qanunverici, həm də məhkəmə hakimiyyətinin daşıyıcısı idi. Nizaminin həyat və yaradıcılığının təhlili ilə əlaqədar bu məqama toxunan H.Araslı yazır ki, “orta əsrlərdə yaşayan xalq kütlələri dövlət quruluşunda şahlıqdan başqa üsul-idarə tanımırdılar. Onlar “ölkə şahsız idarə oluna bilməz” təsəvvüründən xaricə çıxa bilmədikləri kimi, dövrün zülmkar hökmdarları ilə də razılaşmaq istəmirdilər. Odur ki, xalq mövcud şahlara qarşı öz istək və arzularına, öz tələblərinə uyğun ədalətli şah surətləri qoyurdu. Belə şahlar ya əməkçi xalq içərisindən çıxıb zülmkar şahla mübarizə aparır, ya da haqsızlığa məruz qalmış şahzadələrdən olub ölkəni ədalətlə idarə edirlər”. Nizaminin sosial-siyasi görüşlərində xalqın istəyi ilə hakimiyyət başına gələn və ölkəni ədalətlə idarə edən hökmdar, yəni ağıllı, müdrik və ədalətli hökmdar probemi isə, mütəfəkkirin utopik ideyalarının əsas məzmununu təşkii edir. Mütəfəkkirin “xalq hakimiyyəti” arzusu onu müasiri olduğu dövrdə utopiya olaraq qalırdı.

A.Quliyev yazır: “Yüksək insani və əxlaqi keyfiyyətlərə malik olan və mənəviyyat aləminə qulluq edən bir mühitdə (ailədə) dünyaya göz açmış, öz fitri istedadı və intkellektual səviyyəsi ilə dövrün, zəmanənin köklü problemlərinin mahiyyətini dərindən dərk etmiş Nizami özünün bütün yaradıcılığını insanlığa xidmətə həsr etmişdi. Mütəfəkkirin humanizmi zəmanəsinin qüdrətli mənəvi silahına çevrilərək, bütövlükdə sosial-iqtisadi və siyasi quruluşun qüsur və nöqsanlarına qarşı çevrilmişdi. Bu, artıq ictimai-siyasi fikrimizdə orijinal bir istiqamət idi. Nizami özünün sosial-siyasi ideyalarında hökmdarlar haqqa, ədalətə, özlərinin qeyri-insani instinktlərini boğaraq həyatın bütün nemətlərinin yaradıcısı olan insana və insanlığa xidmət etməyə çağırmışdır.”

Zülm və zalıma qarşı mübarizə ideyası Nizami humanizminin baş xətti kimi onun bütün ictimai-fəlsəfi qəsidələrindən keçib gedir. Mütəfəkkir problemin həlli üçün burada bəzən dolayı vasitələrdən istifadə edir, dini etiqad və inamlara müraciət yolu ilə dövrün kəsirlərini-möhnət və haqsızlıqları qamçılayırdı. Mütəfəkkir dini görüş və şüarların öz demokratik ideyalarına xidmətə yönəldir, güc və hökm sahiblərini heç olmasa həmin yolla xeyirxah işlər görməyə, ölkə və xalqın asayişini gözləməyə səsləyirdi.

� Nizami özünün sosial-fəlsəfi lirikasında olduğu kimi, “Xəmsə”yə daxil etdiyi əsərlərində də humanist bir mütəfəkkir, vətənpərvər vətəndaş mövqelərindən çıxış edərək, öz zəmanəsinin məruz qaldığı bəlalarında dərin narahatlıq hissləri keçirmiş, cəmiyyəti düçar olduğu müsibətlərdən xilas etməyin yollarını axtarıb-aramışdır. İnsanpərvər mütəfəkkirin bu yolda “. yeganə silahı-həkim bıçağı mənəvi-əxlaqi təkamül təlimi idi”.

Məlum olduğu kimi, Nizaminin dövrü elmin müxtəlif sahələrinin sürətli inkişafı ilə yanaşı, sosial ziddiyyətlərin kəskinləşdiyi bir dövr olmuşdur. Elmi tərəqqi nöqteyi-nəzərindən ayrı-ayrı bilik sahələrinin meydana gəlməsi öz qabaqcıl və mütərəqqi dünyagörüşlü daşıyıcılarının da formalaşmasına şərait yaradırdı. XII əsrdə xüsusilə də fəlsəfənin ayrı-ayrı istiqamətlərdə inkişafi öz nümayəndələrinə malik olan məktəb və cərəyanların meydana gəlməsinə səbəb olmuşdur.

Nizaminin sosial-siyasi məsələlərdən bəhs edən fikirlərində, müxtəlif həyati suallar doğuran əsərlərində toxunulan problemlər öz həlli nöqteyi-nəzərindən ciddi cavabların verilməsini zəruri edirdi. Nizaminin özü məhz belə mürəkkəb və təlatümlü mühitdə yetişdiyinə görə, mövcud ziddiyyətlərin mənasını dərindən dərk etməyə səy göstərmişdir. İctimai həyatın sosial ziddiyyətlərinin özü, eləcə də elmi və mədəni mühitin mütərəqqi təsiri Nizaminin sosial-siyasi, o cümlədən sosial ədalətə dair ideyalarının formalaşması üçün mükəmməl zəmin hazırlamışdır.

Ölkənin müqəddəratını düşünən, bağlı olduğu əməkçi xalqı, zülmkar hakimlərin, sərxoş darğaların talanından qorumağı arzu edən mütəfəkkir həmisə ədalatli şah arzusunda olmuşdur. Elmin, mədəniyyətin inkişafında dövlətin əhəmiyyətini başa düşən Nizami, bu zaman dövlət quruluşunun əsasını şahlıqda görürdü. Lakin onun arzuladığı şah xalqın, vətənin qeydinə qalan, ədalətli şah idi. O, yalnız yaradıcılığının son zirvəsində “İsgəndərnamə” əsərinin sonunda yeni dövlət quruluşu olaraq xəyali, hökmdarsız xalq hakimiyyəti fikrinə gəlib çıxmışdır. Əslində, bu, xalqın öz istəyinə uyğun qurduğu, xəyalında şəxsiyyətini canlandırdığı ədalətli hökmdarın icra etdiyi hakimiyyət idi. Bu dövlətin demokratikliyi onda idi ki, o, insanın hüquqlarını qoruyur, onun əməyini müdafiə edir və qiymətləndirir. Nizaminin təsəvvür etdiyi xalq hakimiyyəti şəxsiyyətlə dövlət və hökmdar arasında ahəngdarlığın və qarşılıqlı vəhdətin bərqərar olmasına rəvac verən siyasi hakimiyyət idi.

Tədqiqatçıların fikrincə, Nizami dühasının böyüklüyü ondadır ki, o, xalqla hökmdar arasındakı münasibətləri və bu münasibətlərin kölgəli cəhətlərini qorxmadan cəsarətlə açıb göstərə bilir. İbrətləndirmək, qorxutmaq, öyrətmək, xəbərdarlıq etmək yolu ilə onları ədalətə, insanlığa . istiqamətləndirir. Əsərlərində şahların ədalətini təsvir etmək Nizami üçün az əhəmiyyətlidir, dövrünün hökmdarlarını isə . utandırmaq, . ağıllandırmaq yolu ilə ədalətə yönəltmək, onların ədalətli olmasına nail olmaq mütəfəkkirin böyük . irsinin əsas qayələrindən birini təşkil edir. Bu, eyni zamanda Nizaminin siyasi idealı, onun nail olmaq istədiyi, yaxud bərqərar olacağına ümid etdiyi məqsədlərindən biridir. Mütəfəkkirin müasiri olduğu hökmdarlara xəbərdarlıqları, müəyyən mənada kəskin vahimələndirici qınaqları, hər şeydən əvvəl, tövsiyə xarakteri daşıyır. Mütəfəkkirin ideyasına görə, hökmdar ilk növbədə aqil, ləyaqətli və nəcib insan olmalıdır. O, alicənablığı ilə seçilməli, nümunəvi və əxlaqlı bir fərd kimi insan, insanlıq adını uca tutmalıdır. Hökmdar xalqın etimadını siyasi cəhətdən səbatlı və tədbirli, ədalətli olması ilə qazanmalı, xalqın hakimiyyət iradəsinə arxalanmalıdır.

A.Quliyev qeyd edir ki, “Humanist mütəfəkkirin belə mövqeyi onun insan şəxsiyyətinə atəşin vurğunluğundan və sonsuz hörmətindən irəli gəlirdi. Nizami üçün insan ən uca varlıqdır. Həyatın bütün nemətləri və gözəllikləri yalnız insan naminə mövcuddur. Ömür insana şərəfli və layiqli yaşamaq üçün verilmişdir. İnsan yaşamalı və yaratmalıdır. Mütəfəkkirin məntiqinə görə, nəinki əmək və öz zəhməti ilə yaşamaq, hətta ləyaqətli və məğrur yaşamağın özü insan üçün şərəf işidir.

Lakin insan özü üçün şərəfli həyatı heç də həmişə yarada, təmin edə bilmir. Daha doğrusu, insanlıq şərəfinə nail olmaq yollarının qarşısını kəsənlər onun özünə sədd çəkənlər vardır ki, cəmiyyət belələrinə öz qoynunda yer verməməlidir. İnsanlıq şərəfini ucuz tutanları və bu şərəfi ayaqlar altına alanları sosial ədalətin qorunması üçün təhlükə hesab edən Nizami, onları rəzil və riyakar, şərəfsiz və ləyaqətsiz adamlar kimi qiymətləndirir. Cəmiyyət məhz belə xislətli tiplərdən həmişə ziyan görmüşdür. Öz nəfsinin əsiri olan, zəhmətkeş insanların əməyi hesabına yaşayan və hətta varlanan adamlarda insaf və dəlalət keyfiyyətləri axtarmaq əbəsdir.

VAHİD ÖMƏROV

Səs.- 2016.- 11 fevral.- S.15

Nizami gəncəvinin yaradıcılığında ədalətsizlik və zülümə qarşı etiraz

Nizami Gəncəvi dünya ədəbiyyatında Azərbaycanın qüdrətli təmsilçisi, böyük elçisidir. Nizami Gəncəvi dünya ədəbiyyatında ən çox dildə oxunan nadir sənətkarlarındandır. Nizami irsinin tədqiqi ilə dünyanın əksər ölkələrinin ədəbiyyatşünasları, tədqiqatçıları məşğuldurlar. Nizamişünaslıq dünya şərqşünaslıq elminin bir istiqamətinə çevrilmiş və onun əsərləri azərbaycan xalqının ruhunun yüksək bədii ifadəsindən ibarətdir. Məhz, Nizami Gəncəvi yaradıcılığına Özbəkistanda olan böyük maraq və tələbatı nəzərə alan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya könüllüləri böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində xüsusi bölmə istifadəyə verib.

Modern.az xəbər verir ki, bölmədə Nizami Gəncəvinin Azərbaycan, Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi, böyük şairin həyatı, yaradıcılığı haqqında ətraflı məlumat verilir. Səhifədə şairin təxəllüsü, doğum tarixi və yeri, valideynləri və qohumları, təhsili haqqında, habelə Nizaminin “Xəmsə”si divanları haqqında da danışılır.

Habelə, bölmədə Nizami Gəncəvinin doğulduğu tarix, yer, onun farsca əsərləri yaratması, milliyəti ilə bağlı bir sıra əsassız iddialara aydınlıq gətirilir, tarixi faktlar, dünyanın aparıcı alimlərinin, araşdırmaçılarının fikirləri ilə dolğun məlmat verilir.

Yazılır ki, Nizami Gəncəvi bəşər bədii mədəniyyət tarixinə yeni fikirlər, ideyalar gətirmiş, şərq poeziyasını forma və məzmunca zənginləşdirmiş və yeni intibah ədəbiyyatının möhtəşəm abidələrini yaratmışdır. Onun yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrar olunmaz bir mərhələ, yeni bir tarixi dövr və müdriklik zirvəsidir. Şairin dünya ədəbiyyatının zirvəsi sayılan beş əsəri “Xəmsə”yə daxil olan hər bir əsər haqqında yaradılmış bölmədə geniş məlumat, şəkillər və ədəbiyyatsevərlər üçün olduqca maraqlı faktlar yer yer alır.

Özbək dilində Nizami Gəncəvi haqqında yaradılmış bölmədə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Xəmsə”nin Özbək dilinə tərcümə layihəsi, bu dilə çevrilmiş əsərlər haqqında məlumat verilməklə yanaşı, dahi şairinin xatirəsinə Özbəkistanın paytaxtı Daşkənd şəhərində yaradılmış Daşkənd Dövlət Pedaqoji Universiteti və onun büstünün şəkilləri, məlumatlar yer alır.

Qeyd edək ki, yaradılmış bölmə məqalə və fotoşəkillərlə olduqca zəngindir. Burada Nizami Gəncəvinin əsərləri haqqında yaradılan musiqi əsərləri, romanslar, operalar, simfonik əsərlər, habelə dahi şairə dair çoxsaylı ədəbiyyat siyahısı yerləşdirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Mərkəzin Vikipediya könüllüləri ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının könüllüləri arasında təcrübə mübadiləsi və bu istiqamətdə əməkdaşlıq həyata keçirilir.

Nizami Gəncəvi haqqında Özbək dilində bölmə ilə aşağıdaki linkdə tanış olmaq mümkündür:

Azərbaycan ədəbiyyatı/Nizami Gəncəvi yaradıcılığı

Bu dövrdə Azərbaycan ədəbiyyatının daha bir güclü qolu da saraylardan kənarda yaranır və ədəbi-mədəni mühitə get-gedə daha çox təsir göstərirdi. Nizami Gəncəvi (1141-1209) kimi söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Bunlar üçün ədəbiyyat, poeziya gündəlik çörəkpulu vasitəsi deyil, ürəyin dərinliklərindən, patriotik və humanist duyğuların təsirindən gələn ideya-bədii ifadə vasitəsi, insan həyatını və məişətini yüngülləşdirmək, yaradılışın tacı olan insanı həyatda xoşbəxt görmək üçün bir təbliğat vasitəsi idi. Nizami Gəncəvi öz ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Şair özü də ədəbi-fəlsəfi dühası ilə bunu gözəl başa düşür və öz sənətinin ölməzliyi barəsində peyğəmbərcəsinə öngörülər verirdi. Sonralar ta bizim günlərə qədər Nizami irsi şairlərin hər zaman ilham mənbəyi olaraq qalmış və onun əsərlərinə Şərqdə və Qərbdə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazmışdır. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır.

Bütün dünyanın “Gəncəli dahi” kimi tanıdığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənasilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürlə hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq. İnsan xoşbəxt yaşamaq üçün yaradılmışdır və bu ilahi qədəri, tanrısal taleyi heç bir şər qüvvə dəyişdirə bilməz. Nizaminin bütün yaradıcılığından işıqlı bir xətt kimi keçən əsas ideya məhz budur. Həmin ideya bir də az sonra dünya ədəbiyyatlarında özünü Avropa Renessansı sənətkarlarının yaradıcılığında büruzə verəcəkdir.

Nizami sənətinin ölməzliyi bir də özünü insan psixologiyasının əbədi problematikasını kəşf etməsində və bu problematikanın həlli yollarını göstərməsindədir. Ədəbiyyatın bəşər həyatında və bəşəriyyətin mədəni inkişafında oynadığı rolu da bəlkə elə bunda axtarmaq lazımdır. Azərbaycan şifahi xalq ədəbiyyatının və başında Nizami kimi dühalar duran yazılı ədəbiyyatın uzun yüzilliklər boyu apardığı etik-didaktik təbliğat olmasaydı, dünya səviyyəsində özünü göstərən bu qədər zülm və zorakılıqlar, haqsızlıq və ədalətsizliklər indikindən daha artıq olar, sivilizasiyanın əldə etdiyi çağdaş nailiyyətlər haqqında ancaq arzulamaq lazım gələrdi. Nizami yaradıcılığının zirvəsinə doğru dabanbasma gələn qlobal fəlakətin – monqol basqınlarının bu böyük dahinin əsərlərini öz tonqalları altında məhv etməməsi bu gün bəzən təfəkkür tərzimizi humanizm baxımından xeyli qabaqlayan Nizami irsindən bəhrələnməyimizə imkan yaratmışdır.

Nizami yaradıcılığının ölməzliyini təmin edən səbəblərdən biri də – onun qoyub həll etdiyi ictimai problemlərdir. Şairə görə, cəmiyyətin başında ağıllı, maarifpərvər hökmdar durmalı, bununla da insanların cəmiyyətdəki ahəngdar münasibətlərini təmin etməlidir. Hökmdar ictimai mühitin başında duran bir şəxs olduğundan, həmin mühitin sağlamlığı bir çox cəhətdən onun şəxsi keyfiyyətlərindən asılıdır. Şairin bütün əsərlərində qoyulan başlıca problem bundan ibarətdir ki, dövlət başçısı Tanrı qarşısında götürdüyü öhdəliklərə əməl etməli, tabeliyində olan insanların xoşbəxtliyi və rahatlığı uğrunda çalışmaqdan bir an belə geri durmamalıdır. Yalnız bu halda cəmiyyətdə fərdlərin ahəngdar inkişafı təmin edilə bilər, Tanrının insanı yaradarkən qarşıya qoyduğu məqsədlər həyata keçirilə bilər.

Yaradıcılığa dövrünün ədəbi ənənəsinə uyğun olaraq lirik şeirlər – qəsidə, qəzəl və rübailərlə başlayan Nizami qısa bir zaman ərzində öz “Divan”ını tərtib etmiş və bir şair kimi məşhurlaşmışdı. Lirik şeir yaradıcılığı ömrünün sonuna kimi şairi məşğul etmiş və o, irihəcmli poemalarında verə bilmədiyi müxtəlif ağrılı, fəlsəfi problemləri rübabi şerin köməyi ilə lakonik şəkildə ifadə etmişdir. Nizami ilk poeması “Sirlər xəzinəsi”ndən (1174) başlamış son əsəri “İskəndərnamə”yə qədər dövrünün aktual, eləcə də bəşəriyyətin əbədi problemlərinin həllini bir an belə nəzərdən qaçırmamış, əsərdən-əsərə bu işi daha da təkmilləşdirmişdir. Bu, ölməz Nizami sənətinin humanist konsepsiyasını təşkil etməkdədir. Nizaminin beş poeması sonralar “Xəmsə” (“Beşlik”) adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi “Xəmsə” yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.

Nizaminin ilk poeması “Sirlər xəzinəsi” (1174) “Xəmsə”nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. Nizami bu ilk poeması ilə Yaxın və Orta şərq ədəbiyatlarında tamamilə yeni bir epik ənənənin əsasını qoyduğunu sübut etmiş, özündən sonra bütöv bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.

“Xosrov və Şirin” (1180) poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur. Nizami öz sələfi – İran şairi Firdövsi kimi tarixi-əfsanəvi əsər yaratmır, öz poemasının janrını “həvəsnamə” kimi müəyyən edir və məhəbbətin tərənnümünə həsr edir. Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən “həvəsnamə” kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.

Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə – Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.

İnsanı ucaldan, onun adını əbədiləşdirən ülvi məhəbbətin təsvir və tərənnümü “Xəmsə” silsiləsinin üçüncü əsəri olan “Leyli və Məcnun”da (1188) özünə yer tapmışdır. Şirvanşah Axsitanın sifarişi ilə yazılmış bu əsərində Nizami öz sənətinin ecazı ilə ölməz bir məhəbbət dastanı yaratmağa nail olmuşdur. Həm də o, Yaxın və Orta Şərq ədəbiyyatlarında bu mövzuda poema qələmə alan ilk sənətkar kimi məşhurdur. Poemanın baş qəhrəmanları – insan azadlığı ideyasını qəbul etmək istəməyən cəmiyyət tərəfindən “məcnun” (dəli) adlandırılmış Qeys və Leyli insanın azad sevib-sevilmək arzularının təcəssümünə çevrilmişdir. Əsərdə başlıca problemlərdən birini də qadın azadlığına tamamilə yeni baxış təşkil edir. Şair cəmiyyətin və şəxsiyyətin azadlıq və inkişafına mane olan çürük adət-ənənələrin əleyhinə çıxır, insanın cəmiyyətdə rasional azadlığı ideyasının vacibliyi fikrini irəli sürür və əsaslandırır. Süjetin faciə ilə sona çatmasında Nizami insanı əhatə edən ictimai mühiti, bu mühitdə hökm sürən qeyri-məntiqi adətləri, vəhşi instinktləri günahlandırır, bütün bunlara qarşı insanın müdaxilə etmədiyi təbii mühiti, vəhşi heyvanlar aləmini qoyur. Şair göstərir ki, ictimai münasibətlərin təsir göstərmədiyi saf və təmiz heyvanlar Məcnunun yüksəkliyini və ülviliyini daha yaxşı anlayır və onun başına toplaşırlar. Bu poemanın giriş hissəsində də Nizami insan cəmiyyətində gördüyü bir sıra nöqsan və eybəcərliklərin bədii ifşasını vermişdir.

Nizaminin son poemaları olan “Yeddi gözəl” (1197) və “İskəndərnamə” (1203) şairin uzun illərdən bəri kitabxanalarda apardığı elmi axtarışların, etdiyi müşahidələrin məntiqi nəticəsidir. Hər iki əsərin mövzusunu şair özü müəyyənləşdirmiş və ictimai idealının bədii gerçəkləşdirilməsi yolunda bir fəlsəfi-poetik vasitə kimi istifadə etmişdir. Hər iki əsər tarixi mövzuda yazılsa da, Nizami tarixdən yalnız bir fon kimi istifadə etmiş, əksər hallarda real tarixi öz estetik idealına uyğunlaşdırmışdır. Bu baxımdan bu poemalar mahiyyətcə bir-birinin məntiqi davamı kimi də nəzərdən keçirilə bilər. Nizaminin bir humanist sənətkar kimi qarşıya qoyub həll etmək istədiyi əsas ideya isə insanın xoşbəxtliyi və bu xoşbəxtlik yollarının tapılmasıdır. Orta əsrlərdə bunun üçün əsas məsuliyyət cəmiyyətin deyil, hökmdarın üzərinə düşdüyündən, fəlsəfi və bədii əsərlərdə əsas tələblər də məhz onların qarşısında qoyulurdu. Xüsusən İskəndər obrazı ilə Nizami maarifpərvər və ədalətli bir şahın cəmiyyətin rifahı və ahəngdar inkişafı üçün necə böyük fəaliyyət imkanlarına malik olduğunu göstərmişdir. Bu baxımdan Nizaminin yaratdığı hökmdar obrazlarının əsərdən-əsərə kamilləşdiyini və cəmiyyətin arzu və tələblərinə daha çox cavab verdiyini görürük. Xosrovdan (“Xosrov və Şirin”) Bəhram Gura (“Yeddi gözəl”) və İskəndərə (“İskəndərnamə”) doğru yüksələn xətlə gedən hökmdar obrazları ən nəhayətdə “İqbalnamə”də (“İskəndərnamə”nin ikinci hissəsi) sadəcə bir hökmdar deyil, bir çox xalqları doğru yola yönəldən, təkcə öz ölkəsi Yunanıstanda yox, bütün mədəni dünyada haqqı və ədaləti bərpa edən peyğəmbər səviyyəsinə yüksəlir.

Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, bu böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin intişarına səbəb olmuşdur.

Şablon:Digər məna Xəmsə və ya Beşlik – “Pənc gənc” ümümi adı ilə farscadan “5 daş-qaş” kimi tərcümə olunan fars ədəbiyyatının Azərbaycan klassiki Nizami Gəncəvinin (1141-1209) 5 əsas əsərləridir.

Nizami Gəncəvi öz ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Nizaminin beş poeması sonralar “Xəmsə” (ərəb. خمسة ‎‎, Şablon:Lang-he xəmsə həmayili) “Beşlik” adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi “Xəmsə” yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.

Nizaminin “Xəmsə”sinə çəkilmiş ən ilkin miniatürlər 15-ci əsrə təsadüf edir. Nizaminin hekayələri Şiraz və Heratdan olan rəssamlar tərəfindən bəzədilmişdi. 16-cı əsrdə Azərbaycanlı miniatürçülər Təbriz miniatür məktəbinin əsasını qoydu. Bu rəssamların sırasında Sultan Məhəmməd Təbrizi, Ağa Mirək Mirzə Qiyas, Mirzə Əli, Müzəffər Əli və Mir Seyid Əli var idi.

“Sirlər xəzinəsi”

Məhsan Al-Asrarın “Sirlər xəzinəsi” poeması 1163-ci ildə yazılıb, lakin bəzi tədqiqatçılar onu 1176-ci ilə aid edirlər. 2.250 fars beytlərindən ibarət olan etik-fəlsəfə poema Ərzincan hökmdarı Fəxr əd-Din Bəhrəmşaha həsr olunub. Poema məhrəm, hikmətli və ilahiyyat mövzularını açıraq sufi ənənələri istiqamətində yazılıb, və beləliklə, sonradan həmin janrda yazan şairlərə nümunə olub.

Poema iyirmi fəslə bölünüb, hər biri ayrıca əsər olaraq, dini və elmi mövzulara həsr olunub. Hər fəsil onun təxəllüsü daxilində şairin özünə apostrofa ilə (müraciətlə) bitir. Şeyirlərinin məzmunu hər fəslin başlığında göstərilib və tipik homiletik üslubunda yazılıb. Mənəvi və əməli sualları müzakirə edən həkayələr hökmdarların ədalətini, riyakarlığın istisnasını təbliğ edir və bu dünyanın faniliyindən və ölümdən sonra həyata hazırlaşmaq ehtiyacından xəbərdarlıq edir. Nizami ideal həyat tərzi təbliğ edir, əsas diqqəti isə Allahın yaratdıqları arasında ən ali sosial mövqedə olan insanın diqqətini öz oxucularına yönəldir, həmçinin yazır ki, insan öz qisməti haqqında fikirləşməlidir. Bir neçə fəsildə Nizami hökmdarların vəzifələrinə müraciət edir, lakin ümumilikdə o, əzəmətli himayədarından çox bəşəriyyətə xitab edir.

Nizami üçün söz – təkçə şairin sözü yox, həmdə sufi ənənələrinə uyğun olaraq peyğəmbərin sözüdür, çünki sufi üçün poeziya – peygəmbərin dini ibadəti deməkdir:

“Sirlər xəzinəsi”-nin əsas hissəsi iyirmi “Söhbətdən” ibarətdir. Birinci Söhbət – dünyanın və insanın yaradılması barədədir. Dünya yaradılmasının əsasına Nizaminin fikri ilə sevgi səbəb olub.

İkinci Söhbət – “Şaha ədalət və insaflı olmağa dair”. Nizami ədalətə və qayğıya çağıraraq, zülmə və zorakılığa görə cəza barədə xəbərdar edir. Üçüncü Söhbət– Dünya hadisələrinə dair; dördüncü – Rəiyyətin haqqının padşah tərəfindən qorumasına dair; beşinci- qocalıqdan; altıncı – varlığın etibarı haqqında; yeddinci –insanlıq mərtəbəsinin bütün xilqətlərdən üstünlüyü v.s. Söhbət mövzuları ibrətamiz hekayələrlə tamamlanır

Yüksək ritorik üslubda yazılmış “Sirlər xəzinəsi” poeması romantik və epik poema deyil, onun məqsədi – sarayın kübar ədəbiyyatının məhdudiyyətini adlamaqdır. Bununla Nizami Sarayda fars poeziyasında başlatdığı istiqaməti davam etdirir, və həmin istiqamətdən bir çox fars şairlər, həmçinin Attar istifadə etmişdir.

“Xosrov və Şirin”

Həyat yoldaşının ölümü və Gorganinin “Viz və Ramin” poemasının təsirin altında Nizami ilk şah əsəri olan “Xosrov və Şirin” poemasını yazmışdır. 16 il ərzində 1175-1176 qəməri il arası yazılmış “Xosrov və Şirin” poeması nəinki Nizami, həmçinin bütün fars poeziyası üçün dönüş nöqtəsinə çevrilmişdir. Üstəlik bu əsər fars ədəbiyyatında struktur və bədii birliyə çatan poemaların arasında ən birincisi oldu.

Poema səlcuk şahı Sultan II Toğrula, Atabəy Məhəmməd ibn Eldigiz Cahan Pəhlivana və onun qardaşı Qızıl Arsalana həsr olunmuşdur. Tarvatyan nəşrində (Tehran, 1987-1988) poema 100 fəslə bölünən 6150 beytdən ibarətdir. Poema, bir birilə bağlanmış müxtəlif janrlardan ibarət mürəkkəb struktura malikdir

Faktiki olaraq bu sufi yaradıcılığıdır və allegorik olaraq ruhun Allaha dogru can atmasını təsvir edir; lakin hisslər elə canlı təsvir edilib ki, naşı oxucu allegpriyaya diqqət yetirmir və poemanı romantik məhəbbət poeması kimi qəbul edir:

Eşqin qulu ol ki, doğru yol budur,

Xosrov və Şirin hekayəsi fars mənşəyə malikdir və Firdovsinin epik-tarixi “Şahnamə” poemasından götürülüb. Onun əsasında gerçək tarix vardır və qəhrəmanlar həqiqətən mövcud olmuş tarixi şəxsiyyətlərdir

Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını Əlişir Nəvainin “Fərhad və Şirin” poemasi ilə səhv salmaq olmaz.

Süjetin təsviri

Çoxlu hadisələri təsvir edən mürəkəb süjet xəttini qısaca aşağıdakı kimi vermək olar: qəhrəman –sonradan İran şahı Xosrov II Perviz olmuş, sasanilərin padşahı Xosrov, (590-628), xristian Arranın ( Albaniyanın) qüdrətli vəliəhdi Şəmirin qardaşı qızı digər adı isə Mehin Banu olan Bərdə şahzadəsi gözəl Şirini sevir. Şirin də Xosrovu sevir, lakin siyasət xatirinə Xosrovu bizans şəhzadəsi ilə evlənməyə məcbur edirlər, Şirin isə bəkarətini saxlayaraq, kəbinsiz yaxınlığı rədd edir. Qısqanc Xosrov memara Fərhad Şirinin oldüyünü bildirir, buna görə də Ferhad özünü öldürür. Beləliklə, biz günaha batmış ruhu görürük, və bu günahlar ona Allahla qovuşmağa imkan vermir. Yalnız ən axırda Xosrov dünyəvi bihudəliyini rədd edir və Şirinə qovuşur; lakin o, öz xəyanətkar oğlunun əli ilə qətlə yetirilir; Şirin isə qatilin əlinə düşməmək üçün Xosrovun meyidi üzərində özünü xəncərlə öldürür.

“Xosrov və Şirin” 1180-ci ildə yazılıb. Sasani padşahı Pərvizin Bərdə şəhzadəsi Şirinə olan məhəbbəti allegorik olaraq insanın ruhunun Allaha doğru yüksəlməsini ifadə edir; lakin bu poema (həmçinin sonrakı) insan xarakterlərini elə canlı və ehtirasla təsvir edir ki, naşı oxucu hətta allegoriya haqqında heç fikirləşmir də.

“Leyli və Məcnun”

“Leyli və Məcnun” poeması 1188-ci ildə yazılıb. Onun əsasında qədim ərəb əfsanəsi “Leyli və Məcnun” – “Məcnun” adı verilmiş Qeys adlı gəncin, gözəl Leyliyə nakam məhhəbəti dayanır. 1192-ci ildə poema Əbu əl-Müzəffər Şirvanşaha həsr olunmuşdur. Poema 4600 beytdən ibarətdir. Bu romantik poema “udri” jandrında yazılıb. Udri janrında yazılmış poemaların süjeti sadədir və qarşılıqsız məhəbbətin ətrafında cərəyan edir. Udrinin qəhrəmanları yarıuydurma – yarıtarixidir, və onların davranışları digər romantik poemaların qəhrəmanların davranışlarına bənzəyir. Nizami ərəb-bədəvi əfsanəsini farslaşdırmış, onları fars əsilzadələri kimi təqdim etmişdir. O eyni zamanda süjetin inkişafını şəhərə köçürmüşdür və bir neçə fars motivi əlavə edərək, rəvayəti təbiət təsvirləri ilə bəzəmişdir.

Poema müxtəlif ölkələrdə müxtəlif variantlarda çap olunub. Lakin İran alimi Vahid Dastgerdi 1934-cü ildə poemaya 66 fəsil və 3657 bənd daxil edərək məsnəvi variantını çap etdi, o, 1007 bəndi ötürmüş, onları interpolyasiya (bir əsərin mətninə sonradan başqası tərəfindən bir şey əlavə edilməsi, qələm qatma) kimi müəyyən etsə də, bəzilərinin Nizaminin özü tərəfindən əlavə olunduğunu istisna etməmişdir.

Müəllifə bir sual əzab verir: sevgililər öz yer əzabında nə əldə etdilər, onları ölümündən sonra nə gözləyir? Poemada sevgililərin bir biri ilə qovuşduğu yuxudan danışılır. Poemanın ümumi mənası – çıxış yolunu ancaq yüksək poeziyada tapan və sevgilərin ruhən birləşməsinə aparan hədsiz sevgi.

“Yeddi Gözəl”

“Yeddi Gözəl“ (“Haft Peykar”) 1197-ci ildə yazılıb. Poema Maragi Ala Al-Din korp Arslana həsr olunub. Poemanın adını “Yeddi portret” kimi və ya “Yeddi Gözəl” kimi də tərcümə etmək olar, və bu da metaforik məna daşiyacaq. Əlbəttə, Nizami qəsdən poemaya ikimənalı ad verib ki, sözləri oynada bilsin.Bu dövrdə Azərbaycan ədəbiyyatının daha bir güclü qolu da saraylardan kənarda yaranır və ədəbi-mədəni mühitə get-gedə daha çox təsir göstərirdi. Nizami Gəncəvi (1141-1209) kimi söz sənətkarları məhz bu dövr ədəbiyyatının demokratik qolunu təşkil edirdilər. Bunlar üçün ədəbiyyat, poeziya gündəlik çörəkpulu vasitəsi deyil, ürəyin dərinliklərindən, patriotik və humanist duyğuların təsirindən gələn ideya-bədii ifadə vasitəsi, insan həyatını və məişətini yüngülləşdirmək, yaradılışın tacı olan insanı həyatda xoşbəxt görmək üçün bir təbliğat vasitəsi idi. Nizami Gəncəvi öz ölməz beş poeması (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İskəndərnamə”) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs, nəfəs gətirmişdir. Şair özü də ədəbi-fəlsəfi dühası ilə bunu gözəl başa düşür və öz sənətinin ölməzliyi barəsində peyğəmbərcəsinə öngörülər verirdi. Sonralar ta bizim günlərə qədər Nizami irsi şairlərin hər zaman ilham mənbəyi olaraq qalmış və onun əsərlərinə Şərqdə və Qərbdə müxtəlif dillərdə 500-ə qədər şair nəzirə yazmışdır. Məhz Nizaminin və onun çapında olan digər sənətkarların yaradıcılığına görə XII-XVI əsrlər Azərbaycan ədəbiyyatının Renessans zirvəsi sayılır.

Bütün dünyanın “Gəncəli dahi” kimi tanıdığı Nizaminin yaradıcılığı bir də ona görə qlobal hadisədir ki, Azərbaycan şairinin irsində təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, eyni zamanda Qərb, yəni o dövrün Qərbi olan antik ədəbi-mədəni dəyərlər öz kamil sintezini tapmışdır. Əslində, Nizami yaradıcılığını tam mənasilə klassik dövrün yeni mərhələsi kimi qiymətləndirmək olar. Çünki məhz Nizaminin yüksək humanist fikirlərində orta əsrlərin mistikasından oyanıb sağlam və ayıq təfəkkürlə hadisə və predmetlərə, insana, cəmiyyət həyatının məna və mahiyyətinə rasional, məntiqi yanaşma tərzinin şahidi oluruq. İnsan xoşbəxt yaşamaq üçün yaradılmışdır və bu ilahi qədəri, tanrısal taleyi heç bir şər qüvvə dəyişdirə bilməz. Nizaminin bütün yaradıcılığından işıqlı bir xətt kimi keçən əsas ideya məhz budur. Həmin ideya bir də az sonra dünya ədəbiyyatlarında özünü Avropa Renessansı sənətkarlarının yaradıcılığında büruzə verəcəkdir.

Nizami sənətinin ölməzliyi bir də özünü insan psixologiyasının əbədi problematikasını kəşf etməsində və bu problematikanın həlli yollarını göstərməsindədir. Ədəbiyyatın bəşər həyatında və bəşəriyyətin mədəni inkişafında oynadığı rolu da bəlkə elə bunda axtarmaq lazımdır. Azərbaycan şifahi xalq ədəbiyyatının və başında Nizami kimi dühalar duran yazılı ədəbiyyatın uzun yüzilliklər boyu apardığı etik-didaktik təbliğat olmasaydı, dünya səviyyəsində özünü göstərən bu qədər zülm və zorakılıqlar, haqsızlıq və ədalətsizliklər indikindən daha artıq olar, sivilizasiyanın əldə etdiyi çağdaş nailiyyətlər haqqında ancaq arzulamaq lazım gələrdi. Nizami yaradıcılığının zirvəsinə doğru dabanbasma gələn qlobal fəlakətin – monqol basqınlarının bu böyük dahinin əsərlərini öz tonqalları altında məhv etməməsi bu gün bəzən təfəkkür tərzimizi humanizm baxımından xeyli qabaqlayan Nizami irsindən bəhrələnməyimizə imkan yaratmışdır.

Nizami yaradıcılığının ölməzliyini təmin edən səbəblərdən biri də – onun qoyub həll etdiyi ictimai problemlərdir. Şairə görə, cəmiyyətin başında ağıllı, maarifpərvər hökmdar durmalı, bununla da insanların cəmiyyətdəki ahəngdar münasibətlərini təmin etməlidir. Hökmdar ictimai mühitin başında duran bir şəxs olduğundan, həmin mühitin sağlamlığı bir çox cəhətdən onun şəxsi keyfiyyətlərindən asılıdır. Şairin bütün əsərlərində qoyulan başlıca problem bundan ibarətdir ki, dövlət başçısı Tanrı qarşısında götürdüyü öhdəliklərə əməl etməli, tabeliyində olan insanların xoşbəxtliyi və rahatlığı uğrunda çalışmaqdan bir an belə geri durmamalıdır. Yalnız bu halda cəmiyyətdə fərdlərin ahəngdar inkişafı təmin edilə bilər, Tanrının insanı yaradarkən qarşıya qoyduğu məqsədlər həyata keçirilə bilər.

Yaradıcılığa dövrünün ədəbi ənənəsinə uyğun olaraq lirik şeirlər – qəsidə, qəzəl və rübailərlə başlayan Nizami qısa bir zaman ərzində öz “Divan”ını tərtib etmiş və bir şair kimi məşhurlaşmışdı. Lirik şeir yaradıcılığı ömrünün sonuna kimi şairi məşğul etmiş və o, irihəcmli poemalarında verə bilmədiyi müxtəlif ağrılı, fəlsəfi problemləri rübabi şerin köməyi ilə lakonik şəkildə ifadə etmişdir. Nizami ilk poeması “Sirlər xəzinəsi”ndən (1174) başlamış son əsəri “İskəndərnamə”yə qədər dövrünün aktual, eləcə də bəşəriyyətin əbədi problemlərinin həllini bir an belə nəzərdən qaçırmamış, əsərdən-əsərə bu işi daha da təkmilləşdirmişdir. Bu, ölməz Nizami sənətinin humanist konsepsiyasını təşkil etməkdədir. Nizaminin beş poeması sonralar “Xəmsə” (“Beşlik”) adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi “Xəmsə” yaratmaq arzusunda olmuş, ancaq bu arzuya az şair çatmışdır.

Nizaminin ilk poeması “Sirlər xəzinəsi” (1174) “Xəmsə”nin başqa hissələrindən fərqli olaraq vahid süjet xəttinə malik deyildir. Ancaq burada öz əksini tapan bir çox problemlərin təqdimində müxtəlif hekayə və rəvayətlərdən ustalıqla istifadə edilmişdir. Bunun üçün öz dövrünün müxtəlif qaynaqlarına, eləcə də folklora müraciət edən şair, bütün bu materialın yüksək bədii səviyyədə təqdiminə nail olmuşdur. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. Nizami bu ilk poeması ilə Yaxın və Orta şərq ədəbiyatlarında tamamilə yeni bir epik ənənənin əsasını qoyduğunu sübut etmiş, özündən sonra bütöv bir ədəbi məktəbin bünövrəsini qoymuşdur.

“Xosrov və Şirin” (1180) poeması Nizaminin romanik əsərlərinin, yəni əsasında roman süjeti duran bitkin obrazlar qalereyasına malik poemalarının birincisidir. Əsərin mövzusu İran Sasani hökmdarları sülaləsinin tarixindən götürülsə də, şairin bir çox problemlərin təqdimində öz doğma mühitinin hadisə, şəxsiyyət və problemlərindən çıxış etməsi şübhə doğurmur. Nizami öz sələfi – İran şairi Firdövsi kimi tarixi-əfsanəvi əsər yaratmır, öz poemasının janrını “həvəsnamə” kimi müəyyən edir və məhəbbətin tərənnümünə həsr edir. Təsadüfi deyil ki, əsərin qəhrəmanı Xosrov Pərvizin həyatının ancaq Azərbaycan şahzadəsi Şirinlə bağlı məqamlarına daha çox diqqət yetirilir, şairə doğma olan bu gözəl az qala baş qəhrəman kimi təqdim edilir. Poemanın məzmun janrı şairin özü tərəfindən “həvəsnamə” kimi müəyyən edilsə də, Nizami özündən əvvəlki şairlər kimi sadəcə ötəri həvəs və yüngül ehtirasa deyil, insanı mənən zənginləşdirən və kamilləşdirən, onu ilahi mərtəbəyə qaldıran, onun xarakterini mənfidən müsbətə doğru dəyişdirən ülvi məhəbbətə himn yaratmışdır. Poemadakı monumental obrazlardan biri olan Fərhad sonrakı dövrlərdə bir çox Nizami ardıcıllarını ilhamlandırmış və o, bir sıra poemaların baş qəhrəmanı kimi təqdim edilmişdir.

Qəhrəman xarakterinin dinamik inkişafını romantik sənət tipinin tələbləri baxımından əks etdirən Nizami, poemanın sonunda öz qəhrəmanının məhəbbətin təsiri altında heyrətamiz dərəcədə dəyişərək ideal bir şəxsiyyətə çevrildiyini göstərmişdir. Şair Xosrovun faciəsini islam tarixindən götürdüyü başqa bir tarixi hadisə – Məhəmməd peyğəmbərin Xosrova məktub yazıb onu islam dininə dəvət etməsi və şahın həmin məktuba etinasızlıq göstərib onu cırması ilə bağlayır. Bu süjet poemanın sonunda əlavə kimi verilmişdir.

İnsanı ucaldan, onun adını əbədiləşdirən ülvi məhəbbətin təsvir və tərənnümü “Xəmsə” silsiləsinin üçüncü əsəri olan “Leyli və Məcnun”da (1188) özünə yer tapmışdır. Şirvanşah Axsitanın sifarişi ilə yazılmış bu əsərində Nizami öz sənətinin ecazı ilə ölməz bir məhəbbət dastanı yaratmağa nail olmuşdur. Həm də o, Yaxın və Orta Şərq ədəbiyyatlarında bu mövzuda poema qələmə alan ilk sənətkar kimi məşhurdur. Poemanın baş qəhrəmanları – insan azadlığı ideyasını qəbul etmək istəməyən cəmiyyət tərəfindən “məcnun” (dəli) adlandırılmış Qeys və Leyli insanın azad sevib-sevilmək arzularının təcəssümünə çevrilmişdir. Əsərdə başlıca problemlərdən birini də qadın azadlığına tamamilə yeni baxış təşkil edir. Şair cəmiyyətin və şəxsiyyətin azadlıq və inkişafına mane olan çürük adət-ənənələrin əleyhinə çıxır, insanın cəmiyyətdə rasional azadlığı ideyasının vacibliyi fikrini irəli sürür və əsaslandırır. Süjetin faciə ilə sona çatmasında Nizami insanı əhatə edən ictimai mühiti, bu mühitdə hökm sürən qeyri-məntiqi adətləri, vəhşi instinktləri günahlandırır, bütün bunlara qarşı insanın müdaxilə etmədiyi təbii mühiti, vəhşi heyvanlar aləmini qoyur. Şair göstərir ki, ictimai münasibətlərin təsir göstərmədiyi saf və təmiz heyvanlar Məcnunun yüksəkliyini və ülviliyini daha yaxşı anlayır və onun başına toplaşırlar. Bu poemanın giriş hissəsində də Nizami insan cəmiyyətində gördüyü bir sıra nöqsan və eybəcərliklərin bədii ifşasını vermişdir.

Nizaminin son poemaları olan “Yeddi gözəl” (1197) və “İskəndərnamə” (1203) şairin uzun illərdən bəri kitabxanalarda apardığı elmi axtarışların, etdiyi müşahidələrin məntiqi nəticəsidir. Hər iki əsərin mövzusunu şair özü müəyyənləşdirmiş və ictimai idealının bədii gerçəkləşdirilməsi yolunda bir fəlsəfi-poetik vasitə kimi istifadə etmişdir. Hər iki əsər tarixi mövzuda yazılsa da, Nizami tarixdən yalnız bir fon kimi istifadə etmiş, əksər hallarda real tarixi öz estetik idealına uyğunlaşdırmışdır. Bu baxımdan bu poemalar mahiyyətcə bir-birinin məntiqi davamı kimi də nəzərdən keçirilə bilər. Nizaminin bir humanist sənətkar kimi qarşıya qoyub həll etmək istədiyi əsas ideya isə insanın xoşbəxtliyi və bu xoşbəxtlik yollarının tapılmasıdır. Orta əsrlərdə bunun üçün əsas məsuliyyət cəmiyyətin deyil, hökmdarın üzərinə düşdüyündən, fəlsəfi və bədii əsərlərdə əsas tələblər də məhz onların qarşısında qoyulurdu. Xüsusən İskəndər obrazı ilə Nizami maarifpərvər və ədalətli bir şahın cəmiyyətin rifahı və ahəngdar inkişafı üçün necə böyük fəaliyyət imkanlarına malik olduğunu göstərmişdir. Bu baxımdan Nizaminin yaratdığı hökmdar obrazlarının əsərdən-əsərə kamilləşdiyini və cəmiyyətin arzu və tələblərinə daha çox cavab verdiyini görürük. Xosrovdan (“Xosrov və Şirin”) Bəhram Gura (“Yeddi gözəl”) və İskəndərə (“İskəndərnamə”) doğru yüksələn xətlə gedən hökmdar obrazları ən nəhayətdə “İqbalnamə”də (“İskəndərnamə”nin ikinci hissəsi) sadəcə bir hökmdar deyil, bir çox xalqları doğru yola yönəldən, təkcə öz ölkəsi Yunanıstanda yox, bütün mədəni dünyada haqqı və ədaləti bərpa edən peyğəmbər səviyyəsinə yüksəlir.

Nizami sənətinin böyüklüyü və onun estetik idealının ülviliyi sonrakı əsrlərdə də Azərbaycan ədəbiyyatının inkişafına güclü təkan vermiş, bu böyük dahi tərəfindən müəyyən edilmiş humanizm və demokratizm prinsipləri təkcə Azərbaycan deyil, bütövlükdə Yaxın və Orta şərq, eləcə də bir sıra Qərb ədəbiyyatlarında humanist meyllərin intişarına səbəb olmuşdur.

“Xəmsə”yə aid monumental heykəllər [ redaktə ]

  • Azərbaycan ədəbiyyatı
  • Nizami Gəncəvi

Comments are closed, but trackbacks and pingbacks are open.