Press "Enter" to skip to content

Fizika Kursu

Professor N.Mehdiyev elmi-tədqiqat və pedaqoji fəaliyyətinin ən parlaq dövrünü yaşayır. Onu 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, elmimizin və təhsilimizin tərəqqisi naminə fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayırıq.

Nizami mehdiyev fizika kursu

Powered by Phoca Download

Saytimiz rivojiga hissa

Uzcard: 8600 5504 8563 9786

© 2004-2020 – Ziyo istagan qalblar uchun! Saytda taqdim etilgan elektron manbalardan faqatgina shaxsiy mutolaa maqsadida foydalanish mumkin. Tijoriy maqsadlarda foydalanish (sotish, chop etish, ko‘paytirish, tarqatish) qonunan taqiqlanadi. Saytdan materiallar olib chop etilganda manzilimiz koʻrsatilishi shart.

  • Bosh sahifa
  • Portal haqida
    • Portal tarixi
    • Sayt xaritasi
    • Muallif haqida
    • Tafakkur gulshani
    • Mumtoz faylasuflar hikmati
    • Ibratli hikoyatlar
    • Jahon xalqlari maqollari
    • Jadid matbuoti
    • Sovet davri matbuoti
    • Qayta qurish davri matbuoti
    • Mustaqillik matbuoti
    • Hozirgi davr matbuoti
    • Tarix
      • O‘zbekiston hukmdorlari
      • Temuriy malikalar
      • Yurt bo‘ynidagi qilich.
      • Qomusiy olimlar, sarkardalar
      • Reytinglar
      • O‘zbek xalq og‘zaki ijodi
        • O‘zbek xalq maqollari
        • O‘zbek xalq ertaklari
        • O‘zbek xalq topishmoqlari
        • O‘zbek mumtoz adabiyoti
        • Zamonaviy o‘zbek she’riyati
        • Muxlislar ijodidan
        • Barcha kitoblar
        • Ziyouz jurnalxonasi
        • Ziyouz audiokutubxonasi
        • Mobil kutubxona
        • Maktab darsliklari
        • Oliy va OMTM darsliklari
        • Durdona to‘plamlar
        • Android uchun kitoblar
        • Videogalereya
        • Узбекская библиотека
        • Islomiy sahifamiz
        • Forum
        • Kross-shou
        • Foydali sahifalar
        • Saytdan qidirsh
        • Ziyouz viktorinasi arxivi

        Fizika Kursu

        Fizika Kursu dərliyində Kinematikanin əsaslari, Dinamika, Iş, güc, enerji, Mexaniki rəqslər və dalğalar, Molekulyar kinetik nəzəriyyə, Termodinamikanın əsasları, Real qazlar, Mayelər və bərk cisimlər, Elektrostatika, Elektrik cərəyanı, Müxtəlif mühitlərdə elektrik cərəyanı, Vakuumda maqnit sahəsi, Mühitdə maqnit sahəsi, Elektromaqnit sahəsi, Elektromaqnit rəqsləri və dalğaları, Işıq hadisələri, Işığın dalğa xassələri, Işığın polyarlaşması, Işığın mühitlə qarşılıqlı təsiri, Kvant optikası, Atomun quruluşu haqda məlumat, Kvant mexanikasının əsasları, Nüvə fizikasının elementləri mövzularına geniş yer verilmişdir.

        Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

        • Geri qayıt
        • İnfo
          • Tarix – 12.11.16
          • Müəllif – uni1999
          • Oxundu – 13 389
          • Rəylər – 0

          Telegram Kanalımız

          https://t.me/kitabyurdu

          Müxtəlif mövzularda şerlər dinləmək istəyənlər buyurub abunə ola bilər

          Təsadüfİ kİtab

          Azərbaycan uşaq ədəbiyyatı antologiyası – 2. cild

          Jack London Deniz Kurdu

          EXCEL, ACCESS VƏ DELPHİ PROQRAMLARINDA İQTİSADİ İNFORMASİYANIN İŞLƏNMƏSİ

          Walter Isaacson Steve Jobs

          Sədi Şirazi – Seçilmiş Əsərləri

          Ən çox səs verİlənlər

          Əclafın ölümü

          İntiqam Əliyev – Meydan

          Xalid Hüseyni Min möhtəşəm günəş

          AZƏRBAYCAN DİLİ (ABİTURİENTLƏR ÜÇÜN HAZIRLIQ VƏSAİTİ)

          Ən çox rəy yazılanlar

          Elxan Elatli Qan Ləkəsi

          Rəylər – 56

          Xalid Hüseyni Min möhtəşəm günəş

          Rəylər – 42

          Elxan Elatlı Xəyanət

          Rəylər – 37

          Elxan Elatlı O Gecə Yagış Yağırdı

          Rəylər – 27

          Ən çox oxunanlar

          AZƏRBAYCAN DİLİ (ABİTURİENTLƏR ÜÇÜN HAZIRLIQ VƏSAİTİ)

          Oxundu – 133 457

          Elxan Elatlı Xəyanət

          Oxundu – 117 300

          Xalid Hüseyni Min möhtəşəm günəş

          Oxundu – 74 245

          RİYAZİYYAT (MÜHAZİRƏLƏR)

          Oxundu – 72 041

          Qaraqan Bir milyon dollarım olsaydı.

          Oxundu – 64 645

          « Mart 2023 »
          Be Ça Ç Ca C Ş B
          1 2 3 4 5
          6 7 8 9 10 11 12
          13 14 15 16 17 18 19
          20 21 22 23 24 25 26
          27 28 29 30 31

          Etİketlər

          KitabYurdu.org 2015 Bütün hüquqları qorunur. Materiallardan istifadə edərkən müvafiq e-keçidin göstərilməsi vacibdir. İstifadəçilərin əlavə etdiyi materiallara görə kitabyurdu.org məsuliyyət daşımır.

          Nizami mehdiyev fizika kursu

          Şərəfli alim ömrü

          Naxçıvan Muxtar Respublikasının qədim Ordubad diyarı təkcə əsrarəngiz təbiəti, alicənab insanları ilə deyil, həm də xalqımızın elm və mədəniyyətini dünya miqyasında tanıtdıran, ona şərəf və başucalığı gətirən şəxsiyyətləri, alimləri ilə də məşhurdur. Bu alimlərdən biri də yarımkeçiricilər fizikası sahəsində tanınmış fizika-riyaziyyat elmləri doktoru, professor Nizami Mikayıl oğlu Mehdiyevdir.

          N.Mehdiyev 1949-cu il dekabr ayının 14-də dünyaya göz açmışdır. O, 1966-cı ildə orta məktəbi bitirib indiki Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. Hələ tələbə ikən dərin riyazi təfəkkürü, nadir istedadı, fiziki hadisələrə fərqli yanaşması ilə müəllimlərinin diqqətini cəlb edən Nizami Mehdiyev 1971-ci ildə universiteti bitirərək, fakültə elmi şurasının zəmanəti ilə elə həmin il Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun aspiranturasına daxil olmuşdur. Tədqiqatlarını BDU-da davam etdirən gənc alimin yüksək nəzəri hazırlığı, elmi işə olan böyük marağı, əməksevərliyi, işgüzarlığı öz bəhrəsini vermiş və o, 1975-ci ildə, 25 yaşında namizədlik dissertasiyasını müdafiə etmişdir. Bununla da universitetin 1971-ci il buraxılışının ilk elmlər namizədi alimlik dərəcəsi alan məzunu olmuşdur. Elmi fəaliyyətini EA-nın Fizika İnstitutunda davam etdirən Nizami Mehdiyev fizikanın aktual və fundamental sahələrindən biri, bərk cisimlərin generasiya-rekombinasiya proseslərinin tədqiqi və onlar əsasında optoelektron cihazların yaradılmasının fiziki əsasları ilə məşğul olmuşdur. N.Mehdiyev 1975-1997-ci illər ərzində AMEA-nın Fizika İnstitutunda baş laborant, mühəndis, kiçik və böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmış, eyni zamanda Azərbaycan Tibb Universitetində və BDU-da pedaqoji fəaliyyət göstərmişdir.

          1977-ci ildə Rusiya Elmlər Akademiyasının aparıcı elmi-tədqiqat mərkəzi olan İoffe adına Yarımkeçiricilərin Fizika və Texnikası İnstitutuna ezam olunmuş, orada hazırda “Nobel” mükafatı laureatı J.İ.Alferovun rəhbərlik etdiyi laboratoriyada tədqiqatlar aparmış, yarımkeçiricilərin fizika və texnikası sahəsində yüksək səviyyəli məktəb, doktorantura keçmişdir.

          1990-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almış, 2001-ci ildə professor elmi adına layiq görülmüşdür.

          Görkəmli alim yarımkeçiricilər fizikası üzrə yüksək ixtisaslı mütəxəssisdir. Onun elmi işləri anizotrop quruluşa malik binar və üçqat xalkogenid yarımkeçiricilərdə, onların əsasında yaradılan quruluşlarda generasiya və rekombinasiya proseslərinin tədqiqinə həsr olunmuşdur. Aspiranturada təhsil aldığı illərdə o, Bakı Dövlət Universitetində professor Qüdrət Axundovun rəhbərliyi altında laylı quruluşa malik A3B6 yarımkeçirici birləşmələrində çeviricilik və elektrolüminessensiya hadisələrini tədqiq edərək, bu hadisələrin yaranma mexanizmi və idarə olunma prinsiplərini müəyyənləşdirmiş, InSe kristallarında ilk dəfə elektrolüminessensiya hadisəsini müşahidə etmişdir. N.Mehdiyevin sonrakı tədqiqatları selen və onun bir sıra birləşmələrinin (GaSe, InSe, CdIn2Se4 , ZnIn2Se4 ) monokristallarında təbii anizotropluğun optik və fotoelektrik xassələrinə təsirinin tədqiqinə həsr olunmuşdur. Tədqiq etdiyi kristalları alim şəxsən özü müasir, son dərəcə dəqiq texnologiyaları tətbiq etməklə sintez etmiş, göyərtdiyi monokristalların fiziki xassələrinə təbii və xətti polyarlaşmış işığın təsirini araşdıraraq fotopleoxroizm əmsalının səth rekombinasiyası, elektron hallarının simmetriyası və optik keçidlər üçün seçmə qaydası ilə tənzimlənməsi xüsusiyyətlərini müəyyən etmişdir. “Tiogallat” quruluşa malik üçqat selen birləşmələrinin elektron hallarının anizotropluğuna səbəb olan kristaldaxili sahənin yaranmasında aparıcı rolun kation altqəfəsində iki növ atomun və vakansiyanın mövcudluğu ilə əlaqədar olduğu müəyyənləşdirilmiş, “kristaldaxili” və “spin-orbital” qarşılıqlı təsir parçalanmaları təyin edilmişdir. Nizami Mehdiyevin yaradıcılığında əhəmiyyətli yerlərdən birini də ionlaşdırıcı şüaların və sürətlənmiş elektronların təsiri ilə yarımkeçirici materiallarda defektlərin yaranma mexanizmi və kinetikasının, onların fiziki xassələrində baş verən dəyişikliklərin kompleks şəkildə tədqiqi təşkil edir.

          Bütün bu tədqiqatların nəticələri yarımkeçiricilər fizikası elmi istiqamətini zənginləşdirmiş, bu materiallar əsasında verilmiş lazımi xassələrə malik yarımkeçirici cihazların yaranmasına imkan yaratmışdır.

          N.Mehdiyev respublikada və xaricdə nüfuzlu elmi jurnallarda dərc olunmuş yüzdən artıq məqalənin və bir çox şəhadətnamənin müəllifidir. Görkəmli alim bu illərdə onlarla beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Uzun illər respublikada fəaliyyət göstərən doktorluq və namizədlik dissertasiya şuralarının üzvü olmuş, yüzlərlə doktorluq və namizədlik dissertasiyalarına opponentlik etmişdir. Yüksək ixtisaslı kadrlar yetişdirməkdə Nizami Mehdiyevin xidmətləri böyükdür.

          1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Fizika kafedrasının professoru seçilən N.Mehdiyev hazırda həmin vəzifədə işləyərək tələbələrə “Ümumi fizika” kursu üzrə mühazirələr oxuyur, laboratoriya və məşğələ dərsləri aparır. Optoelektronika sahəsində yüksək ixtisaslı mütəxəssis olan tədqiqatçı eyni zamanda Bakı Dövlət Universitetinin fizika fakültəsində optoelektronika fənnindən bakalavr və magistrlərə mühazirələr oxuyur. Bununla belə o, özünü elmi fəaliyyətdən kənarda hiss etmir, daim səmərəli axtarışlar aparır. Bacarıqlı pedaqoq, işgüzar, yorulmaq bilmədən çalışan bir alim kimi o, dünya yarımkeçiricilər fizikası elmində olan yenilikləri izləyir və özünə məxsus dərin təhlil əsasında tədqiqatlarını davam etdirir. Çalışdığı bütün sahələrdə işinin öhdəsindən layiqincə gəlir.

          Nizami Mehdiyevin ərsəyə gətirdiyi “Kvant fizikasının elementləri” adlı dərs vəsaiti, ali təhsilin bakalavr və magistr pillələri üçün sanballı “Optoelektronika” dərsliyi, “Ümumi fizika” kitabının elektron variantı tələbələrin istifadəsinə verilmişdir.

          Professor dərin nəzəri elmi biliyi, qeyri-adi tədqiqatçılıq qabiliyyəti ilə yanaşı, geniş dünyagörüşə, güclü məntiqə, nəticələri dərin təhlil etmək qabiliyyətinə, ümumiləşdirmək bacarığına malik alimlərdən biridir. Harada çalışmağından asılı olmayaraq, öz işinə yüksək məsuliyyət hissi ilə yanaşan Nizami Mehdiyev görkəmli alim, gözəl tədqiqatçı, bacarıqlı pedaqoq, nəcib insandır, tələbələrinin və həmkarlarının sevimlisidir.

          Professor N.Mehdiyev elmi-tədqiqat və pedaqoji fəaliyyətinin ən parlaq dövrünü yaşayır. Onu 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, elmimizin və təhsilimizin tərəqqisi naminə fəaliyyətində yeni yaradıcılıq uğurları arzulayırıq.

          Azərbaycan.- 2009.- 16 dekabr.- S. 7.

Comments are closed, but trackbacks and pingbacks are open.