Press "Enter" to skip to content

Nizami məqbərəsinin tarixi və taleyi

Mir Mehdi Xəzaninin “Kitabi-tarixi Qarabağ” əsərində verdiyi məlumata görə, Nizami ziyarətgahına o qədər nəzir-niyaz yığılırmış ki, vəsaitin siyahıya alınıb məscidə göndərilməsi üçün ruhanilər tərəfindən oraya “mücavir” adlandırılan bir nəfər təhkim edilmişdi.

Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” kitabının təqdimatı olub (FOTO)

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” adlı kitabının təqdimatı olub.

Trend-in məlumatına görə, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov kitaba müəllifin 2002-ci və 2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsərinin daxil edildiyini bildirib. Diqqətə çatdırılıb ki, bu əsərlərin indi, 13-14 il sonra kitab şəklində nəşr olunaraq oxucuya yenidən təqdim edilməsi səbəbsiz deyil və dərin məntiqə söykənir. Çünki bu əsərlərdə əksini tapan fikir, mülahizə və düşüncələr müasir dövrümüzlə tam səsləşir və aktuallığını əsla itirməyib.

Tədbirdə digər çıxış edənlər vurğulayıblar ki, aktual mövzularda elmi əsərləri ilə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademik Ramiz Mehdiyevin bu kitabı zamanla sınanmış bu və digər fəlsəfi baxışlar, fikir və mülahizələrlə zəngindir.

Nizami məqbərəsinin tarixi və taleyi

Ulu Nizaminin 870 yaşı tamam olur. Onun doğma yurdu qədim Gəncə başdan-başa Nizami nuruna boyanıb. Hər yerdə yubiley şərəfinə möhtəşəm işlər görülür. Ən əsas nəzər-diqqət, ən böyük ehtişam isə ölməz şairin əsrlərin o tayından boylanıb gələn müqəddəs abidə kompleksindədir. Gəlin, qayğıkeş insanların sayəsində bu gün öz yeni həyatına qədəm qoyan məqbərənin tarixini vərəqləyək, bu ulu ocağın taleyi ilə tanış olaq.

Əsrlərin o tayından Gəncə ilə qoşa gəlir Nizaminin adı da, məzarının ünvanı da. Uluların məzarı da müqəddəs bir ocaq, ibrətli bir hekayətdir. Nizami nuruna boyanandan bəri bu yerlər ziyarət məkanına, tövbə, dilək yerinə çevrilib. Gəncənin gündoğarında Şeyx düzü belə yaranıb. İllər, əsrlər boyu zəvvarlar, müsafirlər burada ayaq saxlayar, gəlib-gedən qonaq-qara burada nəfəs dərər, ulu Şeyxdən xeyir-dua alardı.

Görəsən tarixin yaddaşına ilk dəfə Nizami məqbərəsi sözü kimin əli ilə yazılıb, haçan yazılıb, necə yazılıb? Arayanlar ilk sorağı Qazi Əhməd Quminin və İskəndər bəy Münşinin əsərlərindən alıblar. Fikrimizcə, ən sanballı ilkin mənbə V.V.Bartoldun 1913-cü ildə yazdığı “Nizaminin qəbri” məqaləsi sayıla bilər. Sərdabənin fotosunu əldə edən alim tarixi baxımdan mövcud qaynaqları diqqətlə araşdırır. Adda-budda deyilənləri yır-yığış edəndə tarixin belə bir səhifəsi canlanır. . 1587-ci ilin soyuq qış günlərində Qəzvindən bir karvan gəlir. Başda da Soltan Məhəmməd Xudabəndə – I Şah Abbasın atası. Bir qaynaqda deyildiyi kimi, Soltan Məhəmməd düz gəlib “rəhmətlik gəncəli Şeyx Nizaminin məqbərəsi yanında düşərgə” salır. Çadırlar qurulur, ocaqlar çatılır, süfrələr açılır. Gürcüstan hökmdarının əlidolu elçiləri gələndə məclis yenidən qızışır. Nədi, yoxsa bu çal-çağırı sinirmədi şeyxin ruhu, müqəddəs ocaq. Bir səhər səs yayıldı ki, Soltan Məhəmmədin oğlu Həmzə Mirzəni gecə yatdığı yerdə bir erməni xəncərlə doğrayıb. Aylar, illər keçir. Nakam Həmzə Mirzənin qardaşı Abbas böyüyür, əzəmətli Şah Abbas olur. 1606-cı ilin mart ayında başının dəstəsiylə Gəncəyə gəlir. O da atası kimi məqbərənin yanında düşərgə salır.

Tarixdə Nizami məqbərəsini yerindən, forma və quruluşundan, mühafizə vəziyyətindən xəbər verən belə qaynaqlar çoxdur. Məqbərə həmişə müqəddəs sayılıb. Akademik Həmid Araslı yazır ki, “Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirlərindən başqa bizə məlum olmayan hökmdarlar və ya bivaris ölən adamlar tərəfindən bu məqbərəyə vəqflər edilmişdir. XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib-gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyriyyə ocağı olmuşdur”.

Mir Mehdi Xəzaninin “Kitabi-tarixi Qarabağ” əsərində verdiyi məlumata görə, Nizami ziyarətgahına o qədər nəzir-niyaz yığılırmış ki, vəsaitin siyahıya alınıb məscidə göndərilməsi üçün ruhanilər tərəfindən oraya “mücavir” adlandırılan bir nəfər təhkim edilmişdi.

Lakin dövrün amansız qovğaları zaman-zaman bu inam, iman yerinə güclü zərbə vurmuşdu. 1606-cı ildə Şah Abbasın işğalçılıq yürüşü, 1752-ci ildə Hacı Çələbi ilə Gürcüstan valisi arasında baş verən qanlı döyüş, 1826-cı ildə, yəni Gəncə xanlığının süqutundan sonra Rusiya-İran müharibəsi məqbərəni bərbad hala salır.

1875-ci ildə İran taxtının vəliəhdi Fərhad Mirzənin bu yerlərə ziyarəti ilə əlaqədar gəncəli İskəndər bəy Axundov “Kavkaz” qəzetində yazırdı ki, “Şeyx Nizami məqbərəsinin tağı uçulub tökülmüş, üstündə ilan və kərtənkələlər sürünən kərpiç künbəz indi çovğun və istilərdən onun məzarını qoruya bilmir”.

1879-cu ildə Həcc ziyarətinə gedən Seyid Əzim Şirvani yolüstü məqbərəni ziyarət etmiş və təsirlənərək aşağıdakı rübaini yazmışdır:

Ey Şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü ehtişamı dağılan.

Olmuşmu səninlə mən kimi aləmdə,

Beyti, evi, məktəbi, kəlamı dağılan.

“Molla Nəsrəddin” 1908-ci ildə hətta mal-qara tapdağı olmuş yarıuçuq məqbərənin məzəli bir şəklini də vermişdi. Altında da bu sözlər:

“- Camaat! Bu, əzim gümbəz şairi-məşhur Nizami Gəncəvinindir. Gəncənin fəxri olan bu mübarək yadigarı qoyunların ziyarətindən qoruyaq”.

Belə idi onda məqbərə. Buna görə də dövrün mötəbər ziyalıları məqbərənin taleyi ilə maraqlanır, imkanı olan hər kəs türbənin təmirinə kömək edir, əl tuturdu. Məşhur “Qarabağnamə”nin müəllifi Mirzə Adıgözəl bəy şairin türbəsini öz hesabına təmir etdirib. “Molla Nəsrəddin” jurnalının təşəbbüsü ilə bu məqsədlə xeyli sərmayə toplanıb. Əldə olunan bütün vəsaitin məqbərənin bərpasına verilməsi üçün 1909-cu ildə gəncəli müəllim Mirzə Məhəmməd Axundzadə “Şeyx Nizami” adlı kitabça nəşr etdirib.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Nizami mehdiyev kitablari

Fizika-riyaziyyat elmləri doktoru, professor (yarım ştat)
İş telefonu: (99412 ) 4397373
E-mail: : [email protected]

QISA BİOQRAFİK MƏLUMAT
14 dekabr 1949-cu ildə Azərb.Respublikası Ordubad şəhərində anadan olub, ali təhsillidir, fizik, fizika müəllimidir, ailəlidir, 1 övladı var, Azərbaycanlıdır, Bakı şəhərində yaşayır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1971 Azərbaycan (Bakı) Dövlət Universitetinin Fizika fakultəsini bitirib
1975 «GaSe, İnse və GaS-kristallarındaelektrolümenessensiya çevricilik hadisəsi» mövzusunda namizədlik dissertasiyası müdafiə edib
1992 «Anizotrop AIIIBVI və AIIBIIIC4VI kristallarında generasiya və rekombinasiya hadisələri» mövzusunda doktorluq dissertasiyası müdafiə edib
2000 Professor elmi Adı

ƏMƏK FƏALİYYƏTİ
İşlədiyi yerlər
1966-1971 Bakı Dövlət Universiteti tələbə
1971-1974 AMEA Fizika İnstitutunun aspirantı.
1975-1997 AMEA Fizika İnstitutu -Baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi
1997-hal-hazıra kimi Azərbaycan Dövlət Neft Akademiyasının Fizika kafedrasının professoru
1995- hal-hazırakimi Bakı Dövlət Universitetinin «Fiziki elektronika» kafedrasında Optoelektronikadan mühazirələr oxuyuram
Hansı dərsləri aparır – «Optoelektronika», «Lifli optika», «Optoelektron cihaz, qurğu və sistemlər»
Neçə məqalənin- 85
Neçə monoqrafiyanın-
Neçə kitabın – 2 kitabın müəllifidir.
Neçə patenti müəllifidir -1 patentin müəllifidir.
Yetişdirdiyi elmlər namizədlərinin və doktorların sayı – 1 elmlər namizədi yetişdirib.
Həyata keçirdiyi təcrübələr və elmi yeniliklər haqqında
. Yüksək effektivliyə malik enerji çeviricilərinin, mikro və nanoölçülü polyarlaşmış ışıq mənbələrinin və qəbuledicilərinin yaradılması məqsədi ilə yarımkeçiricilərdə və onlar əsasında strukturlarda işığın təsiri ilə yaranan effektləri tədqiq etmək
Müasir İnformasiya Texnologiyalarına əsaslanaraq optoelektron cihazlar vasitəsi ilə informasiyanın optik üsulla formalaşması, verilməsi və qəbul edilməsi prinsiplərinin mexanizminin aydınlaşdırılma yollarını təhsil sisteminə tətbiq etmək
Mükafatları haqqında qısa məlumat

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1973 Elektrolyuminessensiya üzrə V Ümumittifaq konfransı, Stavropol,
1974 Bərk cisimlərdə elektrik qeyri tarazlığı və plazma fizikası Üzrə II simpozium, Vilnüs,
1974 «Dielektrik elektronikanın problemləri» konfransı, Daşkənd,
1978 Xalkogenidlərin fizika və kimyası üzrə V Ümumittifaq konfransı, Bakı,
1978 Gənc alimlərin IV Respublika konfransı, Bakı,
1982 Yarımkeçiricilər fizikası uzrə Ümumittifaq konfrans, Bakı,
1982 Yarımkeçiricilərdə fotoelektrik hadisələri, Kiyev,
1986 Xalkogenid yarımkeçiricilərin materialşünaslığı üzrə II Ümumittifaq konfransı, Çernovçı,
1993 8-12avqust ICTMC-9, Yaponiya, Takohama,
1995 ICTMC-10, Almaniya, Ştutqard,
1997 ICTMC-11, Salford,
2000 Nüvə elmləri və onun tətbiqi I Avroasiya konfransı, Türkiyə, İzmir,
2003 RS yaz mitinqi, Fransa, Strasburq,
2004 Yüksək enerjilərin texniki və fiziki problemləri II Beynəlxalq Konfransı, İran, Təbriz,
2005 «Fizika-2005» Beynəlxalq konfransı, Bakı.
2006 «Yüksək enerjilərin texniki və fiziki problemləri IIIBeynəlxalq Konfransı », Türkiyə , Ankara
2007 «Fizikanın müasir problemləri» I respublika konfransı, BDU,Bakı
2008 «Fizikanın müasir problemləri» II respublika konfransı, BDU,Bakı
TƏDQİQAT SAHƏSİ
Anizotrop yarımkeçirici və nazik təbəqələrdə, onlar əsasındakı strukturlarda generasiya və rekombinasiya proseslərinin mexanizminin ayırd edilməsi
SEÇİLMİŞ ƏSƏRLƏRİ
(Son 5 ildə dərc olunmuş əsas elmi və tədris metodiki işlərin siyahısı. İSİ jurnallarında bütün məqalələrin adları)
Ob gffekte pereklöçeniə v p-GaSe, FTP, t.7, s.1830, 1973, Leninqrad
S-elements the based of GaSe layer semiconductors Phys.Stat.Sol. (a), V15, K33, 1973,Berlin
İzmenenie glektroprovodnosti GaSe v silğnıx SVÇ glektriçeskix poləx FTP, t.7, s.2030, 1973, Leninqrad
Qorəçie nositeli sozdavaemıe SVÇ glektriçeskim poləm v glektronnom selenide indiə. FTP, t.8, s.192, 1974, Leninqrad
Termogds, obuslovlennıy razoqrevom nositeley toka v monokristallax GaSe FTP, t.8, s.869, 1974, Leninqrad
Gffekt pereklöçeniə v InSe FTP, t.8, s.2230, 1974, Leninqrad
Termogds, obuslovlennaə razoqrevom nositeley toka SVÇ glektriçeskim polem v InSe FTP, t.8, s.2311, 1974, Leninqrad
Glektrolöminesüentnıy pereklöçatelğ iz sloistoqo poluprovodnika GaS FTP, t.9, s.980, 1975, Leninqrad
İnjeküiə glektronov i glektronnıe urovni zaxvata v vısokoomnom sulğfide qaliə FTP, t. 9, s.1429, 1975, Leninqrad
Glektrolöminesüenüiə monokristallov selenida indiə Optika i spektroskopiə, t.38, s.952, 1975 Leninqrad
Ob odnom vozmojnom mexanizme gffekta pereklöçeniə v sloistıx poluprovodnikax AIIIBVI Mikroglektronika, t.4, s.465, 1975, Moskva
İssledovaniə VAX monokristallov InSe FTP, t.10, s.76, 1976, Leninqrad
Fotoglektriçeskie analizatorı polərizaüii izluçeniə v sloistıx poluprovodnikax AIIIBVI FTP, t.12, s.1566, 1978, Leninqrad
Struktura valentnoy zonı CdGa2Se4 FTP, t.13, s.494, 1979, Leninqrad
Gnerqetiçeskiy spektr -CdIn2Se4 FTP, t.17, s.1169, 1983, Leninqrad
Kritiçeskie konüentraüii i fazovıy perexod v tverdıx rastvorax GaSxSe1-x FTT, t.26, s.1212, 1984, Leninqrad
Mejzonnıe perexodı v ZnIn2Se4 FTP, t.18, s.1088, 1984, Leninqrad
Proüessı rekombinaüii i prilipaniə v CdIn2Se4 FTP, T.19, s.1642, 1985, Leninqrad
Qeteroperexodı p-GaSe-CdSnP2 Mikroglektronika. №3, s.271, 1985, Moskva
Qeteroperexodı p-GaSe-n-CdIn2Se4 FTP, T.20, s.389, 1986, Leninqrad
Fotolöminesüenüiə CdIn2Se4 FTP, T.20, 2103, I, 1986, Leninqrad
Neodnorodnosti v monokristallax qeksaqonalğnoqo selena. İzvestiə AN SSSR, Neoqraniçeskie materialı №6, str.28, 1986, Moskva
Urovni prilipaniə dlə glektronov v ZnIn2Se4 FTP, T.22, №4, 700, 1988, Leninqrad
Zarədovoe sostoənie rekombinaüionnıx üentrov v ZnIn2Se4 FTP, T.22, №10,1882, 1988, Leninqrad
Fotopleoxroizm leqirovannıx kristallov GaSe FTP, T.24, №9, s.1505, 1990, Leninqrad
Fotoriemniki İK-izluçeniə na osnove plenok SdS1-xSex osajdennıx iz rastvora Jurnal «Prikladnaə fizika», v 6, str.63-68, 2000.
Fotoriemniki İK-izluçeniə na osnove plenok SdS1-xSex osajdennıx iz rastvora Jurnal «Prikladnaə fizika», v 6, str.63-68, 2000.
Fotopriemniki i istoçniki polərizovannoqo sveta na osnove silğnoanizotropnıx poluprovodnikov Jurnal «Alğternativnaə gnerqetika i gkoloqiə»,«Solneçnaə enerqetika»,AGG, №10(42) , 2006
Glektriçeskie i fotoglektriçeskie svoystva solneçnıx glementov SnO2/Cd0,4Zn0,6S/CdTl izqotovlennıx glektroximiçeskim metodom. FTP,t.40, №12, s.1476-1478, 2006
Gffekt pereklöçeniə v plenkax n-Cd1-xZnxS1-ySey J.Fizika, cild XIV, səh.107-108, 2008
KİTABLAR
1 «Optoelektronika» ali məktəb tələbələri üçün dərslik
2 «Kvant fizikasının elementləri» ali məktəblər üçün dərs vəsaiti

Comments are closed, but trackbacks and pingbacks are open.