Press "Enter" to skip to content

Professor Nizami Xudiyev barədə bildiklərim MƏQALƏ

Nizami müəllim hərtərəfli filoloji elmi keyfiyyətlərin və müsbət mənəvi-əxlaqi keyfiyyətlərin ləyaqətli daşıyıcısıdır, elmi maraq dairəsi çox genişdir. O, dil tarixini, xalqa keçib gəldiyi çox mürəkkəb zənginvə sivil inkişaf yolunu dərindən öyrənməkdə, gizli qalmış, açılması xalqa hava su kimi vacib olan sirlərin qaranlıq səhifələrin işıqlanmasında əvəzedilməz dəyəri olan, ən mötəbər, möhtəşəm və inandırıcı tarixi kateqoriya adlandırır. Nizami müəllimin fikrincə, xalqı bu günədək keçdiyi bütün həyat yolunu yazılı nitqdə gerçəkləşdirən, onun keşiyində dayanan, uzaq tarixi keçmişlərlə çağdaş dövrümüzün arasında körpü funksiyasını yerinə yetirən çox qədim zamanlarda yaşamış nəsillərlə indiki nəsilləri bir-biri ilə bağlayan dildir. O, dil faktlarını müxtəlif tarixi dövrlərin, mənbələrin ən parlaq aydın göstəriciləri sayır. Dil xalqın dünyaya baxışlarını, psixologiyasını təşəkkürvə etiqadlarını özündə saxlayan qoruyan ən böyük, ən dəyərli zəngin bir xəzinə adlandırır. Prof. N.M. Xudiyev yüksək elmi-metodik səviyyədə tədris etdiyi Azərbaycan ədəbi dili tarixinə dair mühazirə və seminar dərsləri zamanı həmişə tələbələrdə milli sərvətimiz statusunu qazanmış dilimizə və onu dərindən hərtərəfli öyrənən dilçilik elminə böyük məhəbbət hissi oyatmağa çalışır.

SON DƏQİQƏ

Əməkdar elm xadimi, professor Nizami Xudiyevin yaşının üstünə yaş gəlir,70 yaşı tamam olur. Nizami müəllim maarifimizin tarixində mühüm rolu olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin yetirməsidir. O,1966-cı ildə bu ali məktəb ocağının filoloji fakültəsinə daxil olmuşdur. Təhsil illərində həm dərs əlaçısı kimi müəllimlərinin sevimlisi olmuş, Nizami Gəncəvi təqaüdü ilə oxumuş, həm də universitetin ictimai təşkilatlarında öz qabiliyyəti ilə fərqlənmişdir. O, hələ tələbə vaxtı ümidveren gənc kadr kimi ustadı, əziz müəllimi, görkəmli elm xadimi professor Ə.Dəmirçizadənin diqqətini cəlb etmişdi. Pedaqoji universiteti fərqlənmə diplomu ilə başa vuran Nizami müəllim elmi şuranın qərarı ilə universitetdə saxlanmış, Ə.Dəmirçizadənin rəhbər olduğu Azərbaycan dilçiliyi kafedrasına müəllim təyin edilmişdir. Bildiyimiz kimi, Əbdüləzəl müəllim görkəmli dilçi-türkoloq Bəkir Çobanzadənin Azərbaycanda yetirdiyi üç-dörd tanınmış alimdən biri olmuşdur. Bəkir Çobanzadənin bu yetirməsi ADPU-da dilçilik məktəbi yaratmışdır.Bu məktəbin yetirmələri arasında Afad Qurbanov,Ağamməd Abdullayev, Həsən Balıyev və başqalarının adları elmi ictimaiyyətə yaxşı tanışdır. Ə.Dəmirçizadə Azərbaycan dilçiliyində dil tarixi, xüsusilə ədəbi dil məsələlərinin öyrənilməsində özünəməxsus yer tutur.Onun qələmindən çıxan “Azərbaycan ədəbi dili tarixi” dərslik-monoqrafiyası bu sahə üzrə Azərbaycan dilçiliyi tarixində ilk mükəmməl mənbə,qiymətli tədqiqat əsəridir.
Ə.Dəmirçizadə məktəbinin tanınmış yetirmələrindən biri də bu gün filologiyamızın,xüsusilə dilçiliyimizin cəfakeşlərindən biri kimi tanınan professor Nizami Xudiyevdir.Nizami müəllim sələfinə layiq alim kimi yetişdi. Professorun rəhbərliyi altında namizədlik və doktorluq dissertasiyası yazdı. Bu tanınmış alim dilçiliyimizdə daha çox öyrənilməyə ehtiyac olan ədəbi dil problemi ilə məşğul olur.. Təxminən əlli ilə yaxındır elm və maarifimizin inkişafında yorulmadan külüng vuran Nizami müəllim bu gün öz müəlliminin estafetini layiqli şəkildə davam etdirir, ADPU-nun “Azərbaycan dilçiliyi” kafedrasına başçılıq edir, həmin fənni tədris edir, gənc kadrların yetişməsində əzmlə çalışır. Nizami müəllimin filologiya üzrə fəlsəfə doktoru dissertasiyası “Abdulla Şaiqin dili”(1978) adlanırdı. Məlumdur ki,yazıçı və dil problemi ədəbi dil tariximizin mühüm bir sahəsini təşkil edir. Bu baxımdan Nizami müəllimin bu dissertasiyası Azərbaycan dilçiliyi tarixinin, ədəbi dil tarixinin inkişafı üçün layiqli bir xidmətdir.N.Xudiyev bundan sonra çox sevdiyi müəllimi Dəmirçizadənin başladığı,amma ömür vəfa etmədiyi üçün bitirə bilmədiyi(Ə.Dəmirçizadənin “Azərbaycan ədəbi dili tarixi “ dərsliyi ancaq ölümündən sonra işıq üzü gördü) dil tarixi və ədəbi dil tarixi məsələlərinin tədqiqi ilə daha dərindən məşğul olmağa başladı. Nizami müəllim 1990-cı ildə “Azərbaycan ədəbi dili tarixi” mövzusunda doktorluq dissertasiyasını uğurlu şəkildə müdadiə etdi. Bu tədqiqat işi 1995-ci ildə kitab şəklində nəşr olundu.Sonralar ehtiyaca görə onun yeni nəşrləri meydana gəldi. Elə Nizami müəllimin 14 cilddən ibarət olan“Seçilmiş əsərləri”nin birinci cildini də(2012) bu monumental tədqiqat işi təşkil edir.Elm adamlarının təqdirlə qarşıladığı bu əsərdə xalqın tarixi ilə dili vəhdətdə araşdırılır.Alimin bu kitabı xalqın qədim tarixini elmi-linqvistik və tarixi materiallar işığında obyektiv şəkildə şərh edən kompleks bir əsər kimi diqqəti cəlb edir.Kitabda mövzu ilə bağlı özündən əvvəl yazılmış elmi ədəbiyyatları nəzərdən keçirib ümumiləşdirən tədqiqatçı yazır:”Sovet tarixşünaslığında belə bir ənənə formalaşmıdı ki, guya türklər Azərbaycan ərazisinə sonralar, yəni III-IV əsrlərdən IX-XI əsrlərə qədərki dövrdə gəlmişlər. Belə mülahizələr Azərbaycan xalqının və dilinin tarixini tamamilə təhrif edir. Sovet dövründə, xüsusilə 30-cu illərdən etibarən Qafqaz bütünlüklə türklərdən alınıb qeyri-türklərə verildi.Beləliklə,Azərbaycan xalqının və dilinin tarixi faktlar əsasında yox,hakim ideologiya əsasında şərh edilirdi”.
Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan xalqının və dilinin soykökü məsələləri böyük elmi və ideoloji mahiyyət daşıdığından müəllif tədqiqatlarını ümumiləşdirib doktorluq dissertasiyası müdafiəsindən xeyli əvvəl həmin mövzunu ayrıca olaraq tədqiq etmiş və “Azərbaycan ədəbi dilinin təşəkkülü” adı ilə nəşr etdirmişdir. “Azərbaycan ədəbi dili” adlı əsərin əvvəlkilərdən əsas fərqli cəhəti ondan ibarətdir ki, o, ədəbi dilimizin tarixini daha qədimdən başlayıb XX əsrin II yarısına qədər , yəni bütöv halda davam etdiribdir. N.Xudiyev öz sələfindən bir az fərqli dövrləşmə üzrə tədqiqat aparmışdır:1.Təşəkkül dövrü.2.Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması və inkişafı dövrü.3.Azərbaycan ədəbi dilinin milli dil əsasında formalaşması və inkişafı dövrü.
Bu araşdırmasında müəllif ədəbi dilimizin təşəkkülünün başlanmasına qədər Azərbaycan türk dilinin müxtəlif mərhələlərdən keçib gəldiyini şərh etdikdən sonra bu təşəkkülün başlanmasını və gedişini izləyir.O,həmin dövrə aid faktik dil materiallarına, elmi mənbələrə əsaslanır və bütün bunları ümumiləşdirərək nəticələrini irəli sürür. Müəllifin nəticələri bundan ibarətdir ki,1.Ümumxalq Azərbaycan ədəbi dili III-VI əsrlərdə formalaşmışdır.2.Azərbaycan ədəbi dili ümumxalq dilinin formalaşmasından dərhal sonra müəyyənləşməyə başlamış,IX-XI əsrlərdə Azərbaycan ədəbi dilinin təşəkkülü başa çatmışdır.N.Xudiyev əsərin ikinci fəslini “Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması və inkişafı dövrü” adlandırır və bunu XIII-XVII əsrlərə, ədəbi dilimizin milli dil əsasında formalaşmağa başlamasını isə XVII əsrə aid edir.Beləliklə,alim ədəbi dilimizin ən qədim dövrlərdən XX əsrin son rübünə qədər keçdiyi tarixi inkişaf yolunu mərhələ-mərhələ tədqiq etmiş və dəyərli bir tədqiqat əsəri ərsəyə gətirmişdir.
Professor N.Xudiyevin Azərbaycan ədəbi dilinin tarixinə həsr etdiyi əsərlərdən biri də 336 səhifəlik “Xalqın tarixi haqqı:dilimiz, varlığımız”(2004) əsəridir. Bu kitabda müəllif ədəbi dilimizin tarixi ilə bağlı əvvəlki əsərlərindəki fakt və qənaətləri, problemləri daha da inkişaf etdirmiş və dərinləşdirmişdir. Müəllif tədqiqat sonucunda gəldiyi nəticə və qənaətlər diqqəti cəlb edir:”Azərbaycan ədəbi dili Azərbaycan ümumxalq dili əsasında və kifayət qədər mürəkkəb etnolinqvistik proseslərin nəticəsi kimi təşəkkül tapmışdır”.Və ya başqa bir maraqlı mülahizə:”Ədəbi dil tarixi dil tarixi ilə eyni dövrə təsadüf etmir,o,dilin müəyyən inkişaf mərhələsində özünü təzahür etdirir”.
Amma bu bir həqiqətdir ki, ədəbi dil tarixi dil tarixi ilə vəhdət təşkil edir və bu məfhumlar bir-birini tamamlayır.Elə professor N.Xudiyevin 600 səhifəlik “Qədim türk yazılı abidələrinin dili” dərslik-monoqrfiyası da Azərbaycan dili hadisəsinin, anlayışının qaynaqlarını öyrənmək baxımından böyük elmi əhəmiyyət daşıyır.Qədim türk yazılı abidələri türk xalqlarının milli düşüncə tərzini, mənəvi dünyasını və zəngin dil tarixini əks etdirən möhtəşəm sənət nümunələridir. Azərbaycan və digər türk dillərinin tarixi inkişaf istiqamətləri,fonetik,leksik nvə qrammatik kateqoriyaların yaranması və formalaşması bu yazılar əsasında müəyyənləşir. Çağdaş türk xalqlarının ədəbiyyat və mədəniyyətlərinin əsasında qədim türk mədəniyyəti dayanır. Buna görə də qədim türk abidələrinin öyrənilməsi, nəşri, ali məktəblərdə tədrisi türkün tarixiinin, mədəniyyətinin,yazısının öyrənilməsi istiqamətində mühüm tələbdir. Nizami müəllimin bu dərsliyi əvvəlkilərdən əsaslı şəkildə fərqlənir.Belə ki, 9 fəsildən ibarət olan bu irihəcmli dərslikdə tək göy türk və qədim uyğur abidələri deyil,fənnin proqramına uyğun olaraq, XI əsr və orta dövr ümumtürk abidələri də əhatə edilmişdir.Alimin uzun illər tədris prosesində əldə etdiyi təcrübələr əsasında dərsliyə qədim türklərin istifadə etdiyi əlifba sistemlərindən nümunələr, fənnə aid sual və tapşırıqlar və geniş həcmli qədim türk lüğəti daxil edilmişdir. Söykökükümüzə,qədim türk mədəniyyətinə, dilinə aid ilk ümumiləşdirilmiş dərslik-monoqrafiya olan bu əsər 4 il bundan əvvəl nəşr olunmasına baxmayaraq,tələbat çox olduğundan onu əldə etmək müşkül məsələyə çevrilmiş, artıq yeni nəşrinə ehtiyac yaranmışdır. Professorun bu əsəri tələbə, magistr, mütəxəssislər üçün dəyərli bir töhfədir.
Professor Nizami Xudiyev peşəsini, sənətini sevən, müəllimliyi ilə fəxr edən pedaqoqdur. Təsadüfi deyildir ki, o,indiki ADPU-da 50 ilə yaxındır ki çalışır və 1994-1996-cı ildə bu qədim təhsil ocağının rektoru olmuşdur.Bu gün də həmin ali məktəbdə Azərbaycan dilçiliyi kafedrasına başçılıq edir, dərs deyir, öz sənətini gənclərə sevdirir. Yaradıcı,zəhmətkeş pedaqoq, elm adamı olan Nizami Xudiyev 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Nizami müəllimin millət vəkilliyi 3 çağırış(I,II,III) dalbadal davam etmişdir. Nizami müəllim 1996-cı ildə Azərbaycan radioteleviziya şirkətinin sədri təyin olunmuş,bu vəzifəni 10 ilə yaxın davam etdirmişdir. Televiziyadakı iş təcrübəsi və müşahidələr alimə televiziya dili haqqında ümumiləşdirici əsər yazmaq üçün xeyli material vermişdir. Müəllif bu materiallar üzərində uzun illər araşdırma işi apararaq dilçiliyimiz üçün çox maraqlı bir monoqrafik tədqiqat əsəri ərsəyə gətirmişdir.Həmin kitab belə adlanır:”Radio,televiziya və ədəbi dil”.Bu əsər müəllifin 650 səhifədən ibarət olan “Seçilmiş əsərləri”nin III cildində verilmişdir.Bu cildin təxminən 300 səhifəsində sırf radio və televizayada dil probleminin nəzəri və təcrübi məsələlərindən bəhs edilir. Onu da qeyd edək ki,şifahi nitqlə bağlı Nizami müəllimdən əvvəl həmin sahəyə aid bir neçə kiçik həcmli əsərlər nəşr olunsa da, bu əsərlər nitq mədəniyyətimizin inkişafı üçün yetərli sayıla bilməzdi. Müəllifin bu əsəri bir neçə baxımdan diqqəti cəlb edir.Burada, hər şeydən əvvəl, Azərbaycan xalqının mədəni tərəqqisində mühüm rol oynayan radio və televiziyanın yaranma tarixi, inkişaf yolları sənədlər əsasında ətraflı şəkildə araşdırılmışdır. Bu qiymətli əsərdə son dövrlərdəki bir sıra populyar verilişlər,eləcə də tamaşaçı və dinləyicilərin marağına səbəb olan proqramlar haqqında məlumat verilir, həm də bu ekran və efir məhsullarının dil xüsusiyyətlərindən söz edilir.
Qeyd etmək lazımdır ki, müasir ədəbi dilimizin inkişafında,onun lüğət tərkibinin zənginləşməsində, mövcud qarammatik normaların daha cilalanmasında televiya və radio çox önəmli faktordur. Sosial həyatımızın müxtəlif sahələrini öz ifadə vasitələri,ilk növbədə söz və təsvirlərlə əks etdirən teleradioda dilimizin ictimai funksiyası daha da genişlənir,burada bir sıra dil hadisələri özünü büruzə verir.Professor N.Xudiyev həmin dil hadisələrindən çıxış edərək elmimiz üçün yeni və əhəmiyyətli olan elmi mülahizələr söyləyir.Müəllifin də göstərdiyi kimi,dildə gedən dəyişmələr insanların fəaliyyəti ilə bağlı olduğu üçün mürəkkəb proseslərdir.Bu proseslərin geniş şəkildə tədqiqi teleradio dilinin,burada səslənən şifahi nitqin ən nümunəvi danışıq səviyyəsinə qaldırılması prosesinin araşdırılması bu gün dilçilərimiz qarşısında duran ən mühüm vəzifələrdən biridir.
Məhz bu baxımdam müəllifin “Radio,televiziya və ədəbi dil” əsəri kütləvi informasiya vasitələrinin ən inkişaf etmiş qolu olan teleradio jurnalistikasının, ekran və efirin dil məsələlərinin öyrənilməsi baxımından elm və mədəniyyətimiz üçün dəyərli bir töhfədir.
Nizami Xudiyev televiziya və radio şirkətindəki işi, Milli Məclisin deputatı kimi bir sıra xarici ölkələrə səfər etmiş, neçə-neçə dövlətlərarası rəsmi görüş və tədbirlərdə iştirak etmişdir. Mühüm bir orqanın rəhbəri kimi o, ulu öndərlə ünsiyyətdə olmuş, bu dahi şəxsiyyətin dövlətçilik, təşkilatçılıq fəaliyyəti, eləcə də natiqlik fəaliyyəti üzərində uzun illər müşahidələr aparmışdır. Ona görə də Heydər Əliyev irsinin ayrı-ayrı məsələlərini tədqiq edən, işıqlandıran dəyərli əsərlər qələmə almışdır. Müəllifin bu mövzuda qələmə aldığı əsərləri onun “Seçilmiş əsərləri”nin X cilidində(2013) yer almışdır. Bu cilddə verilmiş qiymətli tədqiqat əsərlərindən biri “Heydər Əliyev və Azərbaycan dili” monoqrafiyasıdır.Bu əsər mədəniyyətimiz, dövlətçiliyimiz və dünya siyasəti tarixində fenomen şəxsiyyət olaraq əbədi yaşayan ulu öndər Heydər Əliyevin dilçilik görüşlərinin araşdırılması sahəsində ilk təcrübə, ilk təşəbbüs olmuş və ilk dəfə 1997-ci ildə kitab şəklində nəşr edilmişdir.”Heydər Əliyev və Azərbaycan dili” kitabında alim dövrümüzün ictimai-siyasi natiqlik məktəbi sayılan ümummilli liderin mükəmməl natiq obrazını təbii və canlı boyalarla yaratmışdır. Əsər tək dilçiliyimizdə deyil, mədəniyyətimizin tarixində mühüm hadisədir. Nizami Xudiyev ulu öndər haqqında belə yazır:”Xalqın böyük lideri, nəhəng siyasətçi H.Əliyevin müasiri olmaq mənə də nəsib olub.Onun müasiri olub ondan öyrənmək özü bir xoşbəxtlikdir.Mən bu gün fəxrlə deyirəm ki,Heydər Əliyev dövrünün yetirməsiyəm,onun zəmanəsinin övladıyam,onun liderlik məktəbində dərs almışam”.
Məlumdur ki,sovet hakimiyyəti böyük Azərbaycan xalqın varlığının əsas atributlarından biri kimi qədim kökləri olan dilimizi inkar edir, onun rəsmi ünsiyyət vasitəsi kimi inkişafına hər vasitə ilə mane olurdu.Belə bir şəraitdə ulu öndər Sovet dövlət nümayəndəsi olsa da,qorxmadan öz milli kimliyinə, ana dilimizə sahib çıxdı, onun qorunub saxlanması, inkişafı üçün var qüvvəsi ilə çalışdı, onun Azərbaycan konstitusiyasında əks olunmasına nail oldu, bu sahədə çox mühüm işlər gördü. Eyni zamanda o, danışıq tərzi,dildən istifadə sahəsində natiqlik sənətində əsl nümunə oldu.Bu büyük siyasət və dövlət xadiminin sayəsində müstəqillik dövründə dilimiz dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Bütün bu məsələlər Nizami müəllimin kitabında faktlar əsasında hərtərəfli şəkildə tədqiq edilmişdir.Kitabda dilimizin funksional məsələlərinin inkişafında və onun tədrisi məsələlərinin yaxşılaşdırılması istiqamətində ulu öndərin həyata keçirdiyi tədbirlər geniş şəkildə işıqlandırılmışdır. Kitabın böyük bir hissəsi ulu öndərin nitq mədəniyyəti və natiqlik məharətinin tədqiqinə həsr olunmuşdur. Bu qiymətli əsər layiqli bir mənbə kimi bu gün də tədqiqatçıların tez-tez müraciət etdiyi kitabdır.
Nizami müəllimin tədqiqat dairəsi çox genişdir.Cənubi Azərbaycanda ədəbi dil məsələləri,Azərbaycan mədəniyyəti tarixində Cavad Heyət möcuzəsi mövzuları da bu görkəmli alimin yaradıcılığında özünəməxsus yer tutur və həmin məsələlər onun “Seçilmiş əsərlər” çox cildliyinin IX cildində verilmişdir.
Ümumiyyətlə, müstəqil Azərbaycan ölkəsinin elmi və pedaqoji fikrinin , dövlətçiliyinin inkişafında əməkdar elm xadimi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, ADPU-nun “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, professor Nizami Xudiyevin də öz payı vardır.
Görkəmli pedaqoq-alim və ictimai xadim Nizami Xudiyevin 70 yaşı tamam olur.Bu münasibətlə dostu,həmkarları,ümumiyyətlə Azərbaycan ziyalıları adından yubiliyarı təbrik edir,ona can sağlığı, pedaqoji və elmi fəaliyyətində böyük yaradıcılıq uğurları arzulayıram.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü

Professor Nizami Xudiyev barədə bildiklərim MƏQALƏ

Filologiya üzrə elmlər doktoru, professor əməkdar elm xadimi, “Qızıl qələm mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvü professor nizami Manaf oğlu Xudiyev nümunəvi həyat, yaradıcılıq yolu keçmiş bənzərsiz şəxsiyyət, geniş dünya görüşlü ziyalı, zəngin bilikli, yüksək talantlı dilçi alimdir. 60-dan çox kitabın, 400-dən artıq məqalənin müəllifi olan bu görkəmli filoloq dilçi, həm də Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvüdür. Yəni onun elmi fəaliyyət dairəsi çox genişdir.

Mən Nizami müəllimi 1972-ci ildən tanıyıram, onun gözümün önündə əməyi, istedadı, çalışqanlığı, bacarığı ilə pilə-pilə yüksəldiyinin canlı şahidiyəm. Nizami müəllim çox gənckən – 22 yaşından Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakultəsində dərs deməyə başlamış orada müəllim, baş müəllim dosent, professor, həmkarlar ittifaqı komitəsinin sədri, birinci prorektor, 1994-1996-cı illərdə həmin qocaman ali təhsil ocağının rektoru vəzifələrində işləmiş, 1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Şirkətinin sədri, 2005-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə heyətinin üzvü Nizami Xudiyev birinci, ikinci və üçüncü çağrış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

Professor N.M. Xudityevin böyük zəhmətin, gərgin axtarışlarının parlaq nümunəsi sayılan həyat yolu müdrükcəsinə deyilmiş və şifahi, yazılı nitqimizdə sabitləşmiş vəzifə insan yox, insan vəzifəni şöhrətləndirər deyiminin danılmaz həqiqət olduğunu təsdiqləyir.

O, 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru işləyəndə rəhbərə məxsus ən müsbət keyfiyyətlərin daşıyıcısı olduğunu sübut etmi., humanistliyi, xeyirxahlığı, yüksək təşkilatçılıq bacarığı ilə cox saylı professor, müəllim heyətinin, inzibati təsərrüfat işçilərinin və tələbə kollektivinin yaddaşlarında silinməyən izlər buraxmış, onların dərin hörmətini qazanmışdır. Həmin illərdə Nizami müəllimin rəhbərlik etdiyi ali məktəbdə oxuyan, çalışan insanların hər birinə səmimi, qayğıkeş münasibətindən, hamıya köməklik göstərməsindən danışılardı.

Prof. N.Xudiyevin dünyaya, həyat həqiqətlərinə baxışları ilə elmlə bağlı düşüncələri arasında bir ümumilik, hormoniya oxşarlıq vardır. Bu ümumi oxşar cəhətlər onun varlığa gerçək faktlara hadisələrə obyektiv, düzgün münasibətlərini elmi yaradıcılığında ləyaqətlə qoruyub saxlaya bilməsidir. Ona görə də haqqında söhbət açdığımızdilçi alim öz möhtəşəm dərsliyinin giriş hissəsində yazdıqlarını oxucuların diqqətinə yönəltməyi lazım bilirik: “Guman edirik ki, Azərbaycan ədəbi dil tarixinin sistemli şərhinə həsr olunmuş bu əsər mütəxəssislərin diqqətini cəlb edəcəkdir. Müəllif ən müxtəlif məsələlərlə bağlı olaraq oxucuların fikir və mülahizələrini eşitməyə həmişə hazırdı və inanırıq ki, həmin fikirlər, mülahizələr müəllifin gələcək tədqiqatları və bu kitabin təkmilləşməsi üçün faydalı olacaqdır.(s.7)

Prof. Nizami Xudiyevin ədəbi dil tarixinə dair ümumi dilçilik səviyyəsində yazdığı Budərslik ədəbi dillərin tarixinə həsr olunmuş dərsliklər sırasında ən möhtəşəmi,mükəmməli və müasir ümumi nəzəri dilçiliyin tələbələrinə yetərincə cavab verənidir fikrini soyləsək heç də yanılmarıq. Əməkdar elm xadimi istedadlı, zəhmətsevər filoloq alim, professor Nizami Xudiyev çox məsuliyyətli və böyük zəhmət tələb edən məsələlərin linqivistik həllinə girişmiş, zəngin canlı dil faktlarına söykənərək nəzəri ümumləşdirmələr aparmış, Azərbaycan ədəbi dilinin tarixini ümumtürk kontekstində araşdırmışdır.

Onun Azərbaycan ədəbi dil tarixini öyrənmək sahəsində zəngin təcrübəsi öz bəhrəsini vermişdir. Buna görədə müəllifin yeni çap olunmuş “Azərbaycan ədəbi dil tarixi” dərsliyi (Ali məktəblər üçün dərslik, “Bakı, “Elm və təhsil”,2018, 632 səh) Ədəbi dilimizin tarixi sahəsində üçüncü tarixi mərhələyə aid elmi yaradıcılıq nümunəsidir. Özü də Azərbaycan ədəbi dili tarixinin ümumtürk tarixində öyrənən əsərlər silsiləsində ən yenisidir. Nizami Xudiyevin kitabı filoloji məzmunlu əsərdir. Həmin əsər təkcə dilçilik məsələləri ilə qapanıb qalmır. Belə ki, bu yaradıcılıq nümunəsi filoloji əsərlər fizoloji və tarixi-coğrafi məzmunludur. Ədəbi dilin tarixini belə obyektiv və düzgün yönümdə araşdırmaq, uğurlu elmi nəticələr əldə edə bilmək filoloq alimdən ensiklopedik bilik tələb edir. Çünki ədəbi dil tarixinin tədqiqat obyekti və predmeti mürəkkəb və çoxşaxəlidir. Hər şeydən öncə, fundamental yüksək elmi –metodik tələblərə hərtərəfli cavab verən dərlik, yaxud elmi-tədqiqat əsəri (monaqrafiya) yazmaqdan ötrü dilçiliyin bütün sahələrini şöbələrini dərindən, geniş bilmək lazımdır. Prof. N. Xudiyev elmi yaradıcılığının şah damarı sayılan və möhtəşəm əsərində Azərbaycan ədəbi dilinin tarixi müxtəlif dövrlər, mərhələlər üzrə araşdırılmışdır.

Belə ki, həmin kitabda Azərbaycan ədəbi dilinin tarixinin müxtəlif dövrlər, mərhələlər üzrə tədqiq edildiyini görürük. Araşdırmanın belə məqsədəuyğun yönümdəaparılması müəllifdən böyük zəhmət gərgin axtarışlar tələb edir. Burada ədəbi dilin təşəkkül dövrü, ədəbi dilin ümumxalq dili əsasında formalaşması və inkişafı dövrü, XIX əsrdə ədəbi dil, XXəsrin əvvəllərində XX əsrin 20-30 cu illərindən sonrakı ədəbi dil və sairə ciddi problematik məsələlərin tədqiqi, təhlili verilmiş, onlara yaradıcılıq münasibəti bildirmişdir.

Prof. N.Xudiyevin Azərbaycan ədəbi dilinin tarixini belə bir düzgün yönümdə tədqiq etməsi onun məsələyə cox ciddi yaradıcılığını sübut edir. Tədqiqatçı Azərbaycan ədəbi dilinin təşəkkülündən danışarkən olduqca sayıqlıq, məsuliyyət tələb edən məsələlərə toxunmuş, bir sira dil xarici faktorlarınədəbi dilimizə də təsir göstərdiyindən söhbət açmışdır. Dil xarici faktorlar dedikdə, Azərbaycanda islam dininin qəbulu, etnik təfəkkürdə, dünyagörüşün normativliyində baş verən dəyişikliklər nəzərdə tutulmuş, bunların ədəbi dilin təşəkkülü ilə eyni dövrə düşdüyü üçün ondan təsirsiz ötüşmədiyi diqqətə yönəldilmişdir.

Əsər həm dərsliyin, həm monaqrafiyanın müasir tələblərinə yetərincə cavab verdiyi üçün “dərslik-monaqrafiya” da adlandırıla bilər. N.Xudiyevin bu möhtəşəm kitabı mahiyyətcə filoloji əsərdir. Çünki müəllif şifahi və yazılı ədəbi qaynaqlara daha çox söykənmiş, “Kitabi-Dədə Qorqud”, “Dastani-Əhməd Harami”, İ.Nəsimi, Ş.Xətai, M.P.Vaqif, M.F.Axundov, Q. Zakirlə bağlı məlumatlar vermiş, onların yaradıcılıq nümunələrini düzgün mövqedən dəyərləndirə bilmiş və öz möhtəşəm dərsliyinə daxil etmişdir. İstər məzmun, istərsədə formaca türk, rus, ingilis fransız və s. dilçiliklərdə ədəbi dillərin tarixinə dair yazılmış dərsliklər sırasında prof. N.Xudiyevin “Azərbaycan ədəbi dili tarixi” dərsliyinin xüsusi yeri vardır. Onun bu kitabını dünya dilçiliyində ən aparıcı, önəmli yer tutan, yüksək elmi-metodik səviyyədə yazılan, tutarlı nəzəri ümumiləşdirmələrlə zəngin olan dərsliklərdən biri adlandıra bilərik. Bu filoloji məzmunlu, tarixi-cağrafi faktlarla zəngin dərslik dünyanın geniş yayılmış dillərindən bir neçəsinə tərcümə edilsə, müəllifinə eləcədə Azərbaycan dilçiliyinə böyük şöhrət qazandıra bilər.
Prof. N.Xudiyevin çap olmuş əsərləri yetərincədir. Bir məqalədə onların hamsından danışmaq, təhlillərini vermək çətindir. Türksoylu xalqların yaşadıqları yerlərdə, daha doğrusu, türk dünyasında prof. N.Xudiyevin öz xalqını tükənməz məhəbbətlə sevdiyini, ona yorulmadan sədaqətlə xidmət göstərdiyini, həmçinin Azərbaycanda istiqlalçı təfəkkürün formalaşması, inkişaf etməsi azərbaycançılıq ideologiyasının yayılması uğrunda çalışdığını yaxşı bilirlər. Buna görə də ona böyük hörmət bəslənilir.

Prof. N.M.Xudiyevin Azərbaycan ədəbi dili tarixi kitabı zəngin qaynaqlara söykənilərək ədəbi dilimizin çoxəsirlik tarixi və özəl inkişaf dövrləri (qədim dövrlərdən XIII əsrə qədər, Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması və inkişafı XIII əsrdən XVII əsrə qədər, həmçinin Azərbaycan ədəbi dilinin milli dil əsasında formalaşması və inkişafı dövrüXVII əsrdən bu günə qədər) üç mühüm dövrün birləşməsini özündə əks etdirir. Əsərdə tarixilik prinsipinə ciddi əməl edilmişdir. Azərbaycan ədəbi dil tarixi araşdırılarkən prof. Ə.Dəmirçizadənin araşdırmaları daha çox diqqəti çəkdiyindən həmin mərhələyə Ə. Dəmirçizadə mərhələsi deyilmişdir. Bu zaman Azərbaycan ədəbi dili tarixinin öyrənilməsi üçün ən mühüm qaynaqlar “Kitabi-Dədə Qorqud”, İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif adları ilə bağlı olmuşdur. Prof. N.M.Xudiyev irihəcimli bu kitabında hər bir mərhələyə ciddi elmi münasibətlərini bildirmiş, onların tarixi-linqivistik xüsusiyyətlərinin təhlilini vermişdir. Ona görə də giriş əsərin məzmun və forma zənginliyini, rəngarəngliyini özündə dolğun əks etdirir və dərslik barədə düzgün elmi təsəvvür formalaşdıra bilir.

“Dərslik-monaqrafiya”da digər üslublardan danışılsada aparicı üslub bədii üslubdur. Bədii üslub bir başa bədii ədəbiyyatla bağlıdır. Bu kitab prof. N.Xudiyevin dilçiliklə yanaşı ədəbiyyatşünaslığın incəliklərini dərindən, həm də mükəmməl şəkildə bilən ədəbiyyatşünas olduğunu göstərir. O, yaradıcılıq üfüqlərinin genişliyi, fəaliyyətinin çoxşaxəliyi ilə seçilən amildir. Geniş oxucu kütləsi, elmi və elmi-pedaqoji ictimayyət, filologiya üzrə elmlər doktoru, əməkdar elm xadimi, professor Nizami Xudiyevi görkəmli alim, pedaqoq və ictimai xadim, təcrübəli təşkilatçı kimi tanıyır. Nizami Xudiyev öz işinə yüksək vətəndaşlıq ləyaqət mövqeyindən yanaşdığı, humanist, geniş dünyagörüşlü şəxsiyyət olduğu üçün çalışdığı bütün vəzifələrdə xalq onu taniyan yüksək vəzifəli şəxsiyyətlərin rəğbət və məhəbbətini qazana bilmişdir.

Nizami müəllimi yaxşı tanıdığına, zəngin bilikli, yüksək istedadlı, bacarıqlı alim olduğunu bildiyinə görə, xalqın ürəyində əbədi yaşamaq hüququ qazanmış Umummillilider, Ulu Öndər ona haqqında kitab yazmağa razılıq vermişdir.

Prof. N.Xudiyev çox ciddi, olduqca məsuliyyətli bir işə cəsarətlə, öz bilik və bacarığına inamla girişmiş “Heydər Əliyev və Azərbaycan dili” adlı möhtəşəm kitabını yaradaraq dahi şəxsiyyətini ehtimadını, doğrultmuş coxsaylı oxucuların böyük hörmətini qazanmışdır.

Prof. N.Xudiyevi Vətənimizdə, qardaş Türkiyədə və İranda, eləcədə dünyanın başqa ölkələrində “Azərbaycan ədəbi dili tarixinin çox görkəmli araşdırıcısı kimi tanıyırlar. Onun həmin adlı kitabı Azərbaycanda və xaricdə bir neçə dəfə çap olunmuşdur. H.Ş.Soytürk Tehranda 1997-ci ildə Ərəb əlifbası ilə çap olunmuş “Azərbaycan ədəbi dili tarixi” əsərini 14 avqust 2002- ci ildə Respublika qəzetində çıxan məqaləsində “İranda ən çox oxunan kitab adlandırmışdır.

Məşhur dilçi AMEA- nın müxbir üzvü əməkdar elm xadimi Ağamusa Axundov yazmışdır:
“Nizami Xudiyev fenomeniartıq sərhədlərimizi aşmışdı. Xarici ölkələrdən Türkiyədə və İrandaonu daha yaxşı tanıyırlar. Kitabda “Azərbaycan dilçiliyiyi İran mətbuatında” adlanan nöbəti bölmə də əslində buna həsr edilib. Təbrizli Həsən Əlizadənin “Nizami Xudiyev İran mətbuatında” adlı məqaləsi və digər 6 məqalədə oxucular Azərbaycan dilçisinin qonşu olkədəki uğurları barədə tam olmasa da, geniş məlumat ala biləcəklər. Tehranda alimin lap bu yaxınlarda “Heydər Əliyev və Azərbaycan dili kitabı da nəfis nəşr olunmuşdur”.

Prof. Nizami Xudiyev Azərbaycan ədəbi dilinin vahid ümumxalq dili əsasında formalaşması ilə bağlı fikirlərini, düşüncələrini elmi əsaslar üzərində ümumləşdirmiş, ədəbi dilimizin vahid ümumxalq dil əsasında formalaşmasının eramizin VII əsrindən IX-X əsrlərə qədərki dövrdə Azərbaycan ictimai və mədəni şəraiti ilə üzvi surətdə bağlılığı haqqda öz müəllimi, böyük Azərbaycan dilçisi Ə.Ə.Dəmirçizadənin fikrinə tərəfdar olduğunu bildirmişdir.

Prof. N.Xudiyev Azərbaycan ədəbi dilinin tarixi ilə bağlı elmi araşdırmalar aparmağı qarşısına məqsəd qoyarkən olduqca çətin, çox məsuliyyətli bir işi yerinə yetirməyə girişmişdir. Elə buna görə də istedadlı və yorulmaz filoloq alim dilimizin tarixinə dair bütün filoloji mənbələri də hərtərəfli öyrənməyə zəruri ehtiyac duymuş, ciddi çətinliklərlə qarşılaşsa da onların öhdəsindən yetərincə gəlməyi bacarmışdır.

Nizami müəllimin Azərbaycan dilçiliyi kafedrasının müdiri olması, tədris prosesini mükəmməl bilməsi xeyli müddətdən bəri dilin bütün struktur elmentlərinin tarixini öyrənən dil tarixi şöbəsinə aid Azərbaycan ədəbi dili tarixi fənnini tədris etməsi, dəyərli elmi-nəzəri müddəalar, maraqlı fikirlər, düşüncələr, informasiyalarla zəngin uğurlu yaradıcılıq axtarışlarının məhsulu statusunu qazanmış möhtəşəm kitabını Azərbaycan ədəbi dilinin tarixinin tədqiqinə dair başqa əsərlərdən ayıran başlıca xarakterik əlamətlərdir. Prof. N.Xudiyevin bu kitabının ən müsbət fərqləndirici əlaməti, möhtəşəmliyi həm müasir elmi, metodiki, həm də pedaqoji tələblərə yetərincə cavab verən, sinxronik və diaxronik faktları özündə birləşdirən zəngin dil materialları üzərində güclü məntiqə söykənən nəzəri ümumiləşdirmələrin daxili vəhdətini, birliyini özündə qoruya bilən inandırıcı mənbə olmasındadır. Bu onun məzmun və formaca bir-birini tamamlayan əsərinin əsas linqivistik özəlliyidir. Azərbaycan ədəbi dilinin tarixinə dair yazılmış dərsliklər monaqrafiyalar içərisində prof. N.Xudiyevin “Azərbaycan ədəbi dili tarixi” əsərini ilk mükəmməl və vahid linqivistiksistem səviyyəsində yazılmış monumental yaradıcılıq axtarışlarınıngözəl nümunəsi adlandıra bilərik.

Prof. Nizami Xudiyev ümumi dilçiliyin nəzəri tələblərinə yetərincə uygun gələn bu sanballı araşdırmasının orjinallığının doğruluğunu təsdiq edən, sübut etdirən özəlliklər sırasında adını, soyadını həmişə hörmətlə xatırladığı müəllimi, ilk gənclik illərindən çalışdığı Azərbaycan dilçiliyi kafedrasının sabiq müdiri, görkəmli dilçi alim Ə.Dəmirçizadənin tədqiqinə, öyrənilməsinə ilk cığır açmış Azərbaycan ədəbi dili tarixi sahəsində elmi ənənələrinə sadiq qalması, onu uğurla inkişaf etdirilməsi də durur. Prof. N.M.Xudiyev Azərbaycan ədəbi dilinin tarixini türkologiyaya, ümumi dilçiliyə dair daha dəyərli və geniş qaynaqlara söykənərək araşdırdığı üçün diqqəti çəkən böyük uğurlu elmi nəticələr əldə etməyi bacarmış, ədəbi dilimizin tarixini olduqca dəyərli, maraqlı elmi-nəzəri müddəalarla zənginləşdirə bilmişdir.

Nizami müəllim “Ömürdən səhfələr” (Elm və təhsil”2012, 704 səh)kitabının 146- cı səhfəsində yazılanlar bu baxımdan çox maraqlıdır. “Sonralar onu da aydınlaşdıra bildim ki, görkəmli alim-pedaqoq dilçiliyin ən az toxunulan ədəbi dil sahəsinin geniş tədqiq etmək üçün layiqli elmi kadr axtarışında imiş. “Bəxtim onda gətirmişdir ki, onun ilk rastına çıxanda mən olmuşam” Nizami Xudiyev hələ tələbə olanda dilçilik elminə xüsusi maraq göstərmiş, bu elm sahəsində araşdırıcılıq qabiliyyəti ilə tanınmışdır. Onun dilçilik elminə vurğunluğunu, həmin sahədə biliyi, istedadı ilə başqalarından fərqləndiyini Azərbaycan dilçiliyinin banilərindən sayılan böyük dilçi alim Ə.Dəmirçizadə dilçiliyin elmi incəliklərini böyük həvəslə öyrənməyə çalışan gənc oğlanın gələcəkdə böyük, məhşur dilçi alim olacağını mahir pedaqoq həsaslığı ilə duymuş, elmi qabiliyyətinə dərindən və hərtərəfli bələd olduqdan sonra möhtərəm elmi yığıncaqların birində haqqında ürəyindən gələn dəyərli sözlərini söyləmişdir. Ə.Dəmirçizadə çox uzaqgörənliklə və müdrükcəsinə istedadlı gənc müəllim N.M.Xudiyevi özünün linqivistik ənənəsini sədaqətlə davam və inkişaf etdirəcək görkəmli, məşhur dilçi alimi kimi görür, onun parlaq gələcəyinə böyük ümidlə, inamla baxırdı. Həm də bu canlı tapıntını kəşf etdiyinə görə sevinir, ixtixar hissi keçirirdi.

Görkəmli Azərbaycan dilçisi heç də yanılmamışdır. Nizami müəllim Ə.Dəmirçizadənin ümüdlərini doğrulda bilmiş, onun istəyini yetərincə gerçəkləşdirmişdir.

Nizami müəllim hərtərəfli filoloji elmi keyfiyyətlərin və müsbət mənəvi-əxlaqi keyfiyyətlərin ləyaqətli daşıyıcısıdır, elmi maraq dairəsi çox genişdir. O, dil tarixini, xalqa keçib gəldiyi çox mürəkkəb zənginvə sivil inkişaf yolunu dərindən öyrənməkdə, gizli qalmış, açılması xalqa hava su kimi vacib olan sirlərin qaranlıq səhifələrin işıqlanmasında əvəzedilməz dəyəri olan, ən mötəbər, möhtəşəm və inandırıcı tarixi kateqoriya adlandırır. Nizami müəllimin fikrincə, xalqı bu günədək keçdiyi bütün həyat yolunu yazılı nitqdə gerçəkləşdirən, onun keşiyində dayanan, uzaq tarixi keçmişlərlə çağdaş dövrümüzün arasında körpü funksiyasını yerinə yetirən çox qədim zamanlarda yaşamış nəsillərlə indiki nəsilləri bir-biri ilə bağlayan dildir. O, dil faktlarını müxtəlif tarixi dövrlərin, mənbələrin ən parlaq aydın göstəriciləri sayır. Dil xalqın dünyaya baxışlarını, psixologiyasını təşəkkürvə etiqadlarını özündə saxlayan qoruyan ən böyük, ən dəyərli zəngin bir xəzinə adlandırır. Prof. N.M. Xudiyev yüksək elmi-metodik səviyyədə tədris etdiyi Azərbaycan ədəbi dili tarixinə dair mühazirə və seminar dərsləri zamanı həmişə tələbələrdə milli sərvətimiz statusunu qazanmış dilimizə və onu dərindən hərtərəfli öyrənən dilçilik elminə böyük məhəbbət hissi oyatmağa çalışır.

Prof. N.M.Xudiyevin coxillik zəngin təcrübəsi, tədris etdiyi fənni hərtərəfli bilməsi ona mühazirələrində sosial-linqivistik problemlərə daha çox diqqəti yönəltməyə, Azərbaycan dilinin tarixi qaynaqlarını etnolinqivistik keyfiyyətlərini, xalqımızla dilimizin arasındakı hormoniyanın qüdrətini, bunun həmişə yaşayacağını, onların bir-birinin varlığını təmin etdiyini, xalqımıza mübarizə, döyüş, vətənpərvərlik keyfiyyətləri aşılamaqdaAzərbaycan dilinin çox önəmli rol oynadığını tutarlı inandırıcı faktlarla şərh etməyə geniş imkanlar verir.

Talantlı dilçi alim, prof. N.Xudiyevi müsbət mənəvi-əxlaqi keyfiyyətlərin, hərtərəfli filoloji biliklərin ləyaqətli daşıyıcısı olan talantlı dilçi alim, professor Nizami Mənaf oğlu Xudiyevə həyatda can sağlığı, ailə xoşbəxtliyi, uzun ömür, həmişə gənclik həvəsi,etirası yazıb-yaratmaq, elmi-pedaqoji fəaliyyətində böyük uğurlar arzulayırıq.

Yusif Yusifov,

Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Əməkdar elm xadimi Nizami Xudiyevin “Azərbaycan ədəbi dili tarixi” kitabı işıq üzü görüb

Filogiya üzrə fəlsəfə doktoru, professor, Əməkdar elm xadimi Nizami Xudiyevin Ali məktəblər üçün dərsliyi “Azərbaycan ədəbi dili tarixi” kitabı 2018-ci ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən 632 səhifə həcmində, 1000 tirajla işıq üzü görüb.
Kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü, filologiya üzrə fəlsəfə doktoru Tofiq Hacıyev, rəyçisi AMEA-nın həqiqi üzvü, filologiya üzrə fəlsəfə doktoru Ağamusa Axundovdur.
Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqrama uyğun olaraq çap olunub. Kitabdan ali təhsil müəssisələrinin müəllimləri, tələbələri, ümumən, hər kəs yararlana bilər.

Kamran MURQUZOV,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Son Yazılar

  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
  • 21 Mart-Novruz bayramıdı!
  • 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü
  • 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü
  • 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü

Arxivlər

Blogroll

Kateqoriyalar

  • “Açık Kara” dergisi
  • “Alkış” dergisi
  • “Ədəbi Körpü” dərgisi
  • “Güzlek”
  • “Güzlek” dərgisi
  • “Hece Taşları” dergisi
  • “Kümbet” dergisi
  • “Mevsimler” dergisi
  • “Türkay” dərgisi
  • “Usare” dergisi
  • “Yarpuz” dergisi
  • “Yeni nəşrlər”
  • “Zərif kölgələr”
  • “Zərrələr”
  • “Kardelen” dergisi
  • AJB Sumqayıt şəhər təşkilatı
  • Ana səhifə
  • Azərbaycan Dövlət Aqrar Universiteti
  • Azərbaycan ədəbiyyatı
  • Azərbaycan Prezidenti
  • Dilçilik İnsitutu
  • Ədəbiyyatşünaslıq
  • Haqqımızda
  • Mədəniyyət
  • Müsabiqə
  • Müsahibə
  • Pakistan ədəbiyaytı
  • Prezident Mükafatçıları 2022
  • Publisistika
  • Ruskaya literatura
  • SOCAR «Azərikimya» İB
  • Sumqayıt RMTİ
  • Türk xalqları ədəbiyyatı
  • Türkiyə Cümhuriyyəti
  • Türkiyə ədəbiyyatı

Təqvim

Mart 2023

BE ÇA Ç CA C Ş B
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31

Son Yazılar

  • Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 19 Mart 2023
  • 21 Mart-Novruz bayramıdı! 19 Mart 2023
  • 22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü 19 Mart 2023
  • 22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü 19 Mart 2023
  • 21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü 19 Mart 2023
  • Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə böyük maraq var 17 Mart 2023
  • Banu MUHARREM.”Türkiyəm O günəş yenə doğacaq!” 17 Mart 2023
  • Banu MUHARREM.”Fərqli olanı sevdim hər zaman” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Üstümdə” 17 Mart 2023
  • Xəyalə SEVİL.”Səhər eyni, axşam eyni” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Ən gözəl çiləm” 17 Mart 2023
  • Arzu HÜSEYN.”Hər şey səni xatırladır” 17 Mart 2023
  • Nigar ARİF.”GEDƏK ÜZÜ KÜLƏYƏ?” 17 Mart 2023
  • Azərbaycanlı gənc xanım yazar Şəfa Vəliyevanın məqaləsi “Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun şeiri Kardeş Kalemler” dərgisində işıq üzü görüb 17 Mart 2023
  • Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib 16 Mart 2023
  • Prezident cənab İlham ƏLİYEVƏ Xalq yazıçısı ANARdan təşəkkür məktubu 16 Mart 2023
  • Milli Kitabxanada “Xalq yazıçısı Anar” adlı elektron məlumat bazası hazırlanıb 16 Mart 2023
  • Xalq Yazıçısı Anarın 85 illiyi münasibəti ilə hekayə müsabiqəsi elan edilir 16 Mart 2023
  • Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində 16 Mart 2023

Comments are closed, but trackbacks and pingbacks are open.