Press "Enter" to skip to content

İctimai-siyasi xadim, işıqlı ideyalar müəllifi – Nizami Xudiyev ŞƏRH

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN LİDERLİK MƏKTƏBİNDƏN DƏRS ALAN İCTİMAİ-SİYASİ XADİM

Azərbaycan XXI əsrə istedadlarla

Bu Azərbaycanın istedadlı yeniyetmə və gənclərinin həyat və fəaliyyətindən bəhs edən “Azərbaycan XXI əsrə istedadlarla” adlı kitab-almanaxının elektron variantıdır.

elan

1. Elan-Elan-Elan: Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.

2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.

6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.

Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.

Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

5 октября 2016 г.

Xudiyev Nizami Nazim oğlu

Xudiyev Nizami Nazim oğlu 29 iyun 2006-cı ildə Bakı şəhərində anadan olub. Nizami körpəlikdə çox şirin, sakit bir uşaq olub. Körpəlikdən oyuncaq heyvanlara və rəqsə böyük maraq göstərirdi. Hara getsə, mütləq oranın heyvanxanası ilə maraqlanır və oraya gedirdi. Məktəbə gedənə qədər yazıb-oxumağı bacarıb. Həm məktəbəqədər hazırlıq kurslarına, həm də müəllim yanına getmişdir. 4 yaşından rəsm çəkməyə marağı yaranıb.

Bakı şəhəri Nəsimi rayonu T. Həsənov adına 23 №-li orta məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyur. İngilis dili, alman dili, riyaziyyat, tarix və rəsm ən sevimli fənləridir. Məktəbdə keçirilən bayramlarda, atasının babası Hikmət Ziyanın yaradıcılıq gecəsində, rəsm sərgisində fəal iştirak edib. Həyatının ən maraqlı günləri ad günləri və xarici ölkələri səyahət etdiyi günlərdir.

Əldə etdiyi hər bir uğur və nailiyyətə görə valideynlərinə borclu olduğunu deyir. Dərslərini gözəl oxumağa çalışır ki, gələcəkdə ölkəmizə layiqli vətəndaş ola bilsin. Gələcəkdə hansı sənətə sahib olacağı barədə hələ qərar verməyib.

Asudə vaxtlarında futbol, şahmat oynamağı, güləşməyi, rəsm çəkməyi, musiqi ifa etməyi və dinləməyi, üzgüçülüklə məşğul olmağı xoşlayır. Rəsm çəkərkən portretə, heyvan şəkillərinə və təbiət mənzərələrinə üstünlük verir.

Məktəbi əla qiymətlərlə bitirmək, ali təhsil almaq, gözəl mütəxəssis olmaq, ailəsinə və xalqına layiqli övlad olmaq Nizaminin həyat amalıdır.

İctimai-siyasi xadim, işıqlı ideyalar müəllifi – Nizami Xudiyev ŞƏRH

İnsan həyatı bir hekayədir. Bu hekayənin əsas xəttində dayanan insanın inkişaf, yüksələn dövrü, uğurları yazılır və onun mücadiləli, mənalı, işıqlı həyatı özündən ixtiyarsız obrazlaşdırılır, portret cizgiləri çoxsaylı insanların marağında olur. Zamanın ixtiyarına buraxılan ömrün müəllifi olduğumuz illərdə istedad və zəhmət həyat yolumuza naxış salır. Bərpa olunmayan zamanın hökmündə yaşanılan ömrün axtarışlarla ötən yolu salnamələrə köçür və illər ötdükcə zaman-zaman vərəqlənir. Bu gün çoxşaxəli fəaliyyəti ilə zəngin ömür yaşamış insanın – filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, ictimi-siyasi xadim “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvü, Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü Nizami Manaf oğlu Xudiyevin həyat yolundan bəzi məqamları vərəqləyirik. 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda ziyalı ailəsində dünyaya göz açan N.Xudiyevin maraqlı bir dünyası olmuşdur. Özünün qeyd etdiyi kimi uşaqlıq illəri görkəmli şairimiz Məhəmmədhüseyn Şəhriyarın keçirdiyi uşaqlıq illərinə bənzəyib. Məhəmmədhüseyn Şəhriyarın duyduqlarını, gördüklərini, yaşadıqlarını o da duymuş, görmüş və yaşamışdır.

ELM VƏ YARADICILIQ DÜNYASINA APARAN İŞIQLI YOL

Onun qədim Naxçıvan torpağında anadan olması mənəvi aləminin zənginləşməsində müstəsna rol oynamışdır. Bu torpağın yetirmələri olan Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Məmməd Arazd kimi böyük simalardan güc almışdır. Əlbəttə ki, Azərbaycan əbədi mühitində, ictimai-fikir tarixində yeri olan ziyalıları yetirmiş bu torpaqda boy atmaq, onların cəmiyyətə aşıladığı fikirləri mənəvi dünyasına çəkib, düşünmək və yaradıcı təxəyyülün məhsulu olan nümunələri ortaya qoymaq, böyük insanların məslək və əqidə yolunun yolçusuna çevrilmək bir xoşbəxtlik, gözəl dünyaya qovuşmaq deməkdir. Zaman ötdükcə N.Xudiyev böyük insani dəyərləri əxz edərək, pilə-pilə yüksələn uğur yolunda ömrünə yazılacaq ağ səhifələri silinməyəcək sətirlərlə zəhmət və istedadı müqabilində qələmə aldı. Uşaqlıqdan yaradıcı mühitdə olmuş və ən görkəmli alimlərin, şairlərin, yazıçıların, dövlət xadimlərinin maraqlı söhbətlərinə qulaq asmış, tövsiyələrini dinləmiş və beləcə həyata vəsiqə almışdır. Tez-tez ocaqlarının qonağı olan dövrünün saylıb-seçilən simalarından Rəsul Rzanın, Cəfər Xəndanın, Süleyman Rəhimovun, Əli Vəliyevin, Mehdi Hüseynin, Osman Sarıvəllinin və digərlərinin söhbətlərinə qulaq asmış, bir-birindən mənalı xatirələr uşaqlıq yaddaşına elə həkk olunmuşdur ki, illər ötdükdən sonra belə, onların bir qismi yazıya köçürülmüşdür. Özü bu haqda belə yazırdı: “Tale elə gətirib ki, gözümü açandan həmişə elmi-yaradıcı mühitdə olmuşam. İnsana mənəvi cəhətdən çox şey verən bu mühitə doğru açılan cığırı, atılan ilk addımları adam heç vaxt yaddaşından çıxara bilmir. Tələbə elmi cəmiyyətindəki ilk araşdırma, geniş toplantıda ilk məruzə, qəzetdə çıxan ilk məqalə, nəhəng yazıçılarla keçirilən görüşdə ilk həyəcanlı çıxış məhz insanı elm və yaradıcılıq dünyasına aparan addımlardandır”.
Vurğulamaq yerinə düşər ki, onun Azərbaycan dili və ədəbiyyat fənninə marağı, həvəsi, məhəbbəti atası aşılamışdır. Təsadüfi deyil ki, çox-çox sonralar N.Xudiyev borclu olduğu atası və orta məktəb müəllimləri barədə belə demişdir: “Bütün bunlara görə, mən ilk növbədə atama borcluyam, sonra böyük qayğılarını bizdən əsirgəməmiş orta məktəb müəllimlərimə”. Həm ailədəki, həm də orta məktəbdə istedadlı müəllimlərdən dərs alaraq vətənə, el-obaya bağlı mükəmməl bir gənc kimi yetişir.
1966-cı ildə Cəlil Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbini bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə təqdim edir və tələbə adını qazanır. Həm dərs əlaçısı, həm də ictimai fəaliyyəti ilə hörmət qazanır. Qrup komsomol təşkilatının katibi, 1968-ci ildə fakültə komsomol təşkilatının katibi olur. Əla qiymətlərlə oxuduğu üçün 1969-cu ildə “Nizami” adına təqaüdə layiq görülür. Onun gələcəyinə böyük nikbiklə baxan görkəmli elm xadimi professor Ə.Dəmirçizadənin hər zaman diqqətində olmuşdur. Tələbəlik illərində görkəmli alim-müəllimlərdən dərs alır, onların gərəkli həyat təcrübələrini, məsləhətlərini əxz etməkdən çəkinmir. Aldığı mükəmməl bilik, təcrübə həmişə onun yolunda yaşıl işıq yandırıb. Ömrün içindən ömrə paylanan illərində sözünü əməyi və istedadı, bilik və bacarığı ilə deməyi bacarıb. 1970-ci ildə filologiya fakültəsinin fərqlənmə diplomu ilə başa vuran N.Xudiyev elmi şuranın qərarı ilə universitetdə saxlanılmış və Azərbaycan dilçiliyi kafedrasına müəllim təyin edilmişdir. Çox gənc ikən – 22 yaşından dərs deməyə başlamış, orada müəllim, baş müəllim dosent, professor kimi çalışmışdır.
Həqiqətən də, əql və elm ilə insan bütün dünyanı fəth edə bilər. İti ağıl və aydın dərrakə sahibi N.Xudiyev 1978-ci ildə “Abdulla Şaiqin nəsr dili” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir. “Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişaf qanunauyğunluqları (Sovet dövrü)” mövzusunda doktorluq dissertasiyası Koordinasiya Şurasında təsdiq olunur.
1979-cu ildə yekdilliklə dərs dediyi təhsil ocağının Həmkarlar İttifaqı Komitəsinin sədri seçilir və 1991-ci ilə kimi fəaliyyət göstərir. 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edir və bir müddətdən sonra professor vəzifəsinə layiq görülür.Tələbələrinin elmi biliklərə yiyələnməsində böyük rolu olmuş və bir çox doktorant və dissertantları yetişdirmişdir. Özünün də etiraf etdiyi kimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti onun üçün ziyarət etdiyi Məkkə, Mədinə və Kərbəladan sonra ikinci qibləgahı olmuşdur.

“HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİ” MONOQRAFİYASI DİLÇİLİYİMİZDƏ VƏ MƏDƏNİYYƏTİMİZDƏ MÜHÜM TARİXİ HADİSƏYƏ ÇEVRİLDİ

İşıqlı ideyalar müəllifi, görkəmli elm adamı dilçiliyin az işlənmiş sahələrini, problemlərini tədqiq etmiş, ana dilimizin saflığı keşiyində duran dilçi alimlərin yolunun davamçısına çevrilmişdir. Millətin varlığını qoruyan və onun ruhunu yaşadan dil hər zaman mühüm əhəmiyyət kəsb edib. Dilçi alimlər xüsusilə bu yolda mübarizə aparıb, dilin təmizliyinin qoruyucusuna çevriliblər. N.Xudiyev yazırdı ki, ilk qələm təcrübələrim – ədəbi dil tarixi, türkologiya, yazıçı dili, bədii dil problemləri və s. mövzularda olub. Odur ki, müntəzəm olaraq bir-birinin ardınca “Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı”, “Azərbaycan ədəbi dilinin zənginləşmə yolları”, “Yazıçı dili və üslubu”, “Azərbaycan ədəbi dilinin sovet dövrü”, “Tərcümə ədəbiyyatı və ədəbi dilimiz”, “Azərbaycan ədəbi dilinin təşəkkülü”, “XIII-XVI əsrlər Azərbaycan ədəbi dili”, “XV-XVI əsrlər Azərbaycan ədəbi dili”, “Azərbaycan milli ədəbi dilinin yaranması və inkişafı”, “XX əsr Azərbaycan ədəbi dili” və s. kitablarını çap etdirir. Moskva, Nalçik, Bişkek, Ufa, Aşqabad, Daşkənd, Alma-Ata, Ankara, İstanbul, İzmir, Adana, Konya və başqa şəhərlərdə keçirilən qurultay və simpoziumlarda nümayəndə kimi iştirak edir, məruzələrlə çıxış edir. Azərbaycan dilçilik elminə, türkologiyaya dəyərini itirməyəcək sanballı töhfələr verib. Əlbəttə ki, bu böyük elmi fədakarlıq və məsuliyyət, eyni zamanda vətənə sevgi idi. Onun qənaətinə görə, xalqın bugünədək keçdiyi bütün həyat yolunu yazılı nitqdə gerçəkləşdirən, onun keşiyində dayanan, uzaq tarixi keçmişlərlə çağdaş dövrümüzün arasında körpü funksiyasını yerinə yetirən çox qədim zamanlarda yaşamış nəsillərlə indiki nəsilləri bir-biri ilə bağlayan dildir. Dili xalqın dünyaya baxışlarını, psixologiyasını təşəkkür və etiqadlarını özündə saxlayan, qoruyan ən böyük, ən dəyərli zəngin bir xəzinə adlandırır.
“Heydər Əliyev və Azərbaycan dili” monoqrafiyasını qələmə alır. Bu əsər mədəniyyətimiz, dövlətçiliyimiz və dünya siyasəti tarixində fenomen şəxsiyyət olaraq əbədi yaşayan Ulu Öndər Heydər Əliyevin dilçilik görüşlərinin araşdırılması sahəsində ilk təcrübə, ilk təşəbbüs olmuş və ilk dəfə 1997-ci ildə kitab şəklində nəşr edilmişdir. “Heydər Əliyev və Azərbaycan dili” kitabında alim dövrümüzün ictimai-siyasi natiqlik məktəbi sayılan Ümummilli Liderin mükəmməl natiq obrazını təbii və canlı boyalarla yaratmışdır. Əsər tək dilçiliyimizdə deyil, mədəniyyətimizin tarixində mühüm hadisədir.Filologiyanın, dilçiliyin inkişafına töhfələrini verən və hər zaman elmi fəaliyyəti ilə diqqətdə olan N.Xudiyev yüksək vəzifələrə təyin olunmuş və ona göstərilən etimadı layiqincə doğrultmuşur. N.Xudiyev 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsində çalışmışdır.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN LİDERLİK MƏKTƏBİNDƏN DƏRS ALAN İCTİMAİ-SİYASİ XADİM

N.Xudiyev ictimai-siyasi mövqeyi və fəallığı ilə seçilmişdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı N.Xudiyevin ömür yoluna yeni səhifələr əlavə edir. N..Xudiyev Ulu Öndər haqqında belə yazır: “Xalqın Böyük Lideri, nəhəng Siyasətçi Heydər Əliyevin müasiri olmaq mənə də nəsib olub. Onun müasiri olub ondan öyrənmək özü bir xoşbəxtlikdir. Mən bu gün fəxrlə deyirəm ki, Heydər Əliyev dövrünün yetirməsiyəm, Onun zəmanəsinin övladıyam, Onun Liderlik məktəbində dərs almışam”. O, ölkəmizin əsas və aparıcı partiyası olan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü olub. 1995-ci ildən 2010-cu ilədək, üç çağırış millət vəkili kimi fəaliyyət göstərib. O, uzun müddətlik deputatlıq fəaliyyəti dövründə üzərinə düşən çətin, ancaq son dərəcə şərəfli vəzifənin öhdəsindən layiqincə gəlib. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü olarkən “Təhsil haqqında qanun”un hazırlanmasında, onun müzakirəsində, komitənin səlahiyyətinə aid olan məsələlərin həllində fəal iştirak edibdir. O, millət vəkili kimi, Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərinin inkişafında, əlaqələrin möhkəmlənməsində və genişlənməsində fəal iştirak etmiş, tez-tez xarici səfərlərdə olmuşdur. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Belarus, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi ölkəmizin həmin dövlətlərlə əlaqələrinin möhkəmlənməsində və inkişafında fəal rol oynamışdır.

O, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə məsul bir dövlət vəzifəsinə – Dövlət Teleradio Verilişləri Şirkətinin sədri vəzifəsinə təyin olunur. Düz on il o, ölkəmizin bir nömrəli ideoloji mərkəzinə rəhbərlik etdi. Onun rəhbərliyi dövründə “Turan”, “Azərbaycan dili”, “Vətəndaş”, “Türk elləri”, “Yallı”, “Qala”, “Karvan”, “Buta”, “Qobustan”, “Səhər” proqramları ən populyar proqramlar olmaqla geniş ictimaiyyətin maraq dairəsinə çevrildi. Televiziyadakı iş təcrübəsi və müşahidələr alimə televiziya dili haqqında ümumiləşdirici əsər yazmaq üçün xeyli material vermişdir. Müəllif bu materiallar üzərində uzun illər araşdırma işi apararaq dilçiliyimiz üçün çox maraqlı bir monoqrafik tədqiqat əsəri “Radio, televiziya və ədəbi dil” ərsəyə gətirmişdir. Bu əsər müəllifin 650 səhifədən ibarət olan “Seçilmiş əsərləri”nin III cildində verilmişdir. Bu cildin təxminən 300 səhifəsində sırf radio və televiziyada dil probleminin nəzəri və təcrübi məsələlərindən bəhs edilir.
Tədqiqat dairəsi çox geniş olan N.Xudiyevin elmi axtarışlarının nəticəsi olaraq 60-dan çox monoqrafiyanın, dərslik və dərs vəsaitinin, 400-dən çox elmi məqalənin, 50-dən çox sənədli televiziya filminin ssenari müəllifidir. Onun elmi-pedaqoji fəaliyyəti ən yüksək mükafatlarla qiymətləndirilib. “Akademik Yusif Məmmədəliyev adına medal və mükafat”, Respublika “Vektor” Beynəlxalq Elm Mərkəzinin “İlin ziyalısı” Beynəlxalq diplomu, “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, “Türk dilinə xidmət” ödülü və sair mükafatlara layiq görülübdür.
Bacarıqlı, işgüzar və sədaqətli dövlət xadimi N.Xudiyevin vəfatından bir il ötür. İctimai xadim və ləyaqətli ziyalının şərəfli həyatı hər kəsə örkək ola biləcək bir ömür yoludur.
Allah rəhmət eləsin!

Nizami xudiyev edebi dil tarixi

AzTV-nin keçmiş sədri, filologiya elmləri doktoru, professor Nizami Xudiyev vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə qardaşı Azər Xudiyev məlumat verib.

O bildirib ki, bir müddət əvvəl koronavirusdan sağalan N. Xudiyev bu gün böyrək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Nizami Manaf oğlu Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Qızıl qələm” mükafatı laureatı, 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, həmkarlar ittifaqı komitəsinin sədri, birinci prorektor işləyib. 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olub. 1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı olub.

Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü idi.

Comments are closed, but trackbacks and pingbacks are open.