Press "Enter" to skip to content

Termin tərcüməsi – sort

Bahadur74 cavab verdi – İnformatika əsas fənn kimi seçmək (11 gün əvvəl)

Alqoritm anlayışı

Alqoritm – verilmiş hər hansı tip məsələnin həlli üçün yerinə yetiriləcək əməliyyatlar ardıcıllığıdır. Ümumi şəkildə desək, alqoritm məsələnin həll yoludur, başqa sözlə, məsələnin həllini təmin edən formal qaydalar sistemidir.

Bizim hər bir görəcəyimiz iş müəyyən bir alqoritmə əsaslanır. Məsələn, yeməyin hazırlanma resepti, mebelin quraşdırılması üzrə təlimat, kompyuter proqramlarının istifadəsi üçün dərslik və s. Bu siyahını istənilən qədər artırmaq olar.


Alqoritmin dəqiq riyazi tərifi yoxdur.

Alqoritmin yaranma tarixi

Alqoritm anlayışı riyaziyyatda eyni tip məsələlərin həllində ümumi metodların axtarılması ilə əlaqədar olaraq meydana çıxmışdır. Çoxrəqəmli onluq ədədlər üzərində hesab əməllərinin aparılması qaydaları (alqoritmləri) ilk dəfə IX əsrin görkəmli özbək riyaziyyatçısı Əl-Xarəzm tərəfindən verilmişdir.

Alqoritm termini də məhz bu riyaziyyatçının adı ilə bağlıdır (Algorithmi). Onun hesab elminə dair yazdığı “Hind rəqəmləri ilə hesablama kitabı” adlı əsərinin latınca tərcüməsi gəlib bizə çatmışdır. Bu kitab “Alqoritm dedi” kəlmələri ilə başlayır. Burada işlədilən “Alqoritm” sözü uzun müddət riyaziyyatçılar üçün riyazi sirr olaraq qalmışdır. Nəhayət, XIX əsrin 40-cı illərində dəqiq müəyyən edildi ki, bu söz “ƏL-XARƏZMİ” sözünün latıncada düzgün olmayan tələffüzü nəticəsində alınmışdır. Məsələnin kompyuterdə həlli baxımından alqoritm axtarılan cavabların alınması üçün məsələnin verilənləri üzərində icra olunan hesab və məntiqi əməllər (mərhələlər) ardıcıllığıdır. Bu mərhələlərdə uyğun olaraq hesab və müqayisə əməlləri yerinə yetirilir. Müqayisənin nəticəsindən asılı olaraq digər mərhələnin icrasına keçilir. Alqoritmdəki hesab əməlləri arasındakı məntiqi əməllər kompyuterin qəbul edə biləcəyi şəkildə verilməlidir. Məntiqi şərtlər içərisində aşağıdakılar xüsusi yer tutur, çünki onların yaranması hesablama prosesinin normal gedişinə imkan vermir:

1. Hesablamada mütləq qiymətcə kompyuterdə təsvir oluna biləcək maksimal ədəddən böyük ədədin alınması;
2. Sıfırın və ya mənfi ədədlərin loqarifmlərinin hesablanması;
3. Mənasız hesablamaların aparılmasına cəhd göstərilməsi (məs, |x|>1 olduqda, arcsin x və ya arccos x-in hesablanması) və s.


Alqoritmin əsas xassələri

Alqoritm həll ounan məsələnin xarakteri ilə bağlı olduğu üçün onun yaradılmasında ümumi qaydalar yoxdur. Lakin hər bir həll alqoritmi tərtib edilərkən onun müəyyən tələblərə cavab verməsi nəzərə alınmalıdır. Bu tələblərə alqoritmin xassələri deyilir.

Alqoritmin əsas xassələri aşağıdakılardır:

·Determiniklik (müəyyənlik)
·Kütləvilik
·Nəticəvilik (sonluluq)
·Diskretlik

1. Determiniklik (müəyyənlik)
Alqoritmdəki hər bir mərhələnin məzmunu və mərhələlərin yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır. Bu, alqoritmin müəyyənlik xassəsini təşkil edir.
2. Kütləvilik Bu xassə iki tələbi nəzərdə tutur:
a)müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır;
b)alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin.
3. Nəticəvilik Alqoritmdəki mərhələlərin və onları təşkil edən əməliyyatların sayı sonlu olmalıdır ki, onların yerinə yetirilməsi axtarılan nəticəyə gətirib çıxara bilsin.
4. Diskretlik Alqoritmdəki mərhələlərin hər biri sonlu zaman müddətində yerinə yetirilməlidir. Belə diskret zaman müddəti takt adlanır. Hər bir mərhələ yalnız əvvəlki mərhələnin yerinə yetirilməsindən sonra başlayır.


Alqoritmin təsvir üsulları

Alqoritmin təsviri üçün istifadə olunan əsas üsullar aşağıdakılardır:

·Sözlə təsvir (Təbii dillə);
·Alqoritmik dillə təsvir (proqram);
·Qrafik təsvir (Blok-sxem).

Termin tərcüməsi – sort

Salam.
düzüm daha uyğundur.
Düzüm, düzüm alqoritmləri.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

sorting algorithms- nizamlama alqoritmləri

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

Tamerlan Mammadov cavab verdi – Məqalə yazarı lazımdır (4 gün əvvəl)

Software Developer cavab verdi – Məqalə yazarı lazımdır (5 gün əvvəl)

tonws cavab verdi – Modemi router etmək (8 gün əvvəl)

Bahadur74 cavab verdi – Mobil telefonlar üçün application (10 gün əvvəl)

Bahadur74 cavab verdi – Telefon uygulama (10 gün əvvəl)

Bahadur74 cavab verdi – Internet paketi (11 gün əvvəl)

Bahadur74 cavab verdi – Terminaldan pul çəkmək olur? (11 gün əvvəl)

Bahadur74 cavab verdi – İnformatika əsas fənn kimi seçmək (11 gün əvvəl)

Bahadur74 cavab verdi – Qədimi xalçaları harada satmaq olar? (11 gün əvvəl)

Bahadur74 cavab verdi – hərbiyə yararliyam goresen (11 gün əvvəl)

Bahadur74 cavab verdi – “Getcontact”da baxa bilmirəm (11 gün əvvəl)

Bahadur74 cavab verdi – android üçün ağıllı musiqi pleyeri (11 gün əvvəl)

Bank-bank oyunu və ya borcla rifah olmaz

Hərdən özüm-özümə bir yoqa gülüşü, bir gülüş terapiyası icad edirəm, bəlkə stressimi atım. Çeçələ barmağımın ucuna baxıb gülürəm. Elə-belə. Elə-belə gülmək olar, dəlisən, nədi? Gülürəm də. Heyrətlənib yenə gülürəm. Barmağımın ucunda nə var ki? Amma gülürəm, ha-ha-ha. Bir də, bir də, iki də, üç də. Stress atıram, yəni.

Mənim üçün yazılmamış qanunlar daha üstündür. Nəinki “Qardaş, müqəddəsdir bizim qanunlar, Rəhbərin əlilə yazılmış onlar” deyib qanunu yüz yerə əyəsən. Biz Şərqliyik, ailə əxlaqımızın nizamlama alqoritmləri var, onlara riayət olunsa (hər birimiz bir ailədən çıxmamışıq?), heç bir nizamnaməyə ehtiyac qalmaz. Məsələn, mən. Harada ki, ədalətsizlik var, mən orada şəbəkə xaricindəyəm. Bir çox səbəblər üzündən tez-tez “şəbəkə xaricində” oluram. Şəxsi və ya ictimai müstəvidə. Bu yolsuz cəmiyyət. məni şəbəkə xaricinə atır. Hər gün. Kim deyir ki, insan ağacdan düşüb, sosial şəbəkələrə baxın, orada “ağaca çıxıb”, gəlib keçənlərin başına qoz (banan olsun) atan nə qədər meymun var.

Xəbərlərdə deyilir ki, Azərbaycanda banklarla bağlı geniş qanun layihəsi hazırlanır. Hazırlansın, sözüm yox. Amma banklarla mənim işim tutmur. Binadan sovet uşağıyam (soviet child), düzünü deyib düzdə qalıram tez-tez. Bu yaxınlarda mənim də bir banka işim düşdü. Yox, borc alan-zad deyiləm, əvvəldən kiminsə qapısına getməklə aram yoxdur, o da ola Dövlət Bəyin pul qapısı. Oğlumun zəhmət haqqının köçürüldüyü Bank müflis olub (“çöküb” deyim ki, ürəyim soyusun, yəni, stressimi atım), hesabı köçürüblər Beynəlxalq Banka. Oğlum uzunmüddətli ezamiyyətdədir, etibarnamə ilə gedirəm pulu almağa, pah. qanuna yüz dispozisiya çıxarırlar. Ki, verə bilmərik. Videocall-zad da kara gəlmədi. Yəni, bilirlər ki, bu, zəhmət haqqıdır, oğul da mənimdir, pul da mənə verilməlidir, hər şey gün kimi aydındır, amma yenə. bezdirdilər.

Ölkədə 1995-ci ilə qədər ən müxtəlif ixtisaslar almış bir çoxları birdən-birə ixtisasını dəyişib, ya hüquq, ya da maliyyə-iqtisadi ixtisaslar üzrə yeni ali təhsil alıb. Bank-maliyyə sektoru yaman cəlb eləyib adamları. Yüzlərlə bank açılıb. (Şükür, indi çökürlər). Özü də haralarda təhsil almayıblar: imkanlı məmurlar ölkədə çeşid-çeşid özəl ali məktəblər açıb, bəzən də bir neçə məmur birləşib akademiyalar-zadlar yaradıb, başqa ölkələrin ali məktəblərində rüşvətlə diplom alıblar. Oğul-uşaqlarını da bu yerlərdə oxutdurub, bankir eləyiblər. Ədəbiyyatçı, filoloq var ki, həmin illərdə yolunu dəyişib, gedib bankir olub. Biz də deyirik, cəmiyyətdə bu boyda çirkab haradandır. Və PUL deyilən bir şeyin hərəkət trayektoriyasını izləmək üçün iri-iri bankların cilalı dəhlizlərində neçə-neçə ağyaxa oğlan və ağyaxa qız səf-səf oturub baş sındırır, dollar, avro dəyişir, manat-qəpik sayırlar. Və guya qanunla işləyirlər. Qanunları insanlar yazır – sosial və ədalətli həyatı qoruyub şərəfləndirmək üçün, cəmiyyəti əzmək üçün yox. Bizdə banklar insanları əzmək üçündür. Qanun öz hərfi ilə çox vaxt cəza alətinə çevrilir. Qanun öz ruhu ilə humanistdir, amma buna baxan yoxdur!

Belə bir deyim var: “Pul ya ona sahib olan insan üzərində hakim kəsilir, ya da ona xidmət edir”. Hələ görək, bank mənə niyə borc verir? Nəfi, sələmi, faizi yoxsa, verməz. Bir sözlə, banklar insanların ehtiyacları ilə manipulyasiya edir. Gözümüz görə-görə, ağlımız kəsə-kəsə. Manipulyasiya – qanundankənar zaddır. Bank, kredit borcundan neçə-neçə adam intihar edib. Hiss edirəm ki, stress atmağın yeridir.

Bir məlumata görə, ölkədə 32 bank var, neçəsi ləğv olunub, neçəsi müflis olub. amma yenə çoxdur. Bu nə bank-bank oyunudur, düşmüşük? Bank bir dənə olar, o da Sbereqatelnıy! (Сбербанк!). Yadınızdadı? Odur ki, bank adlı anlayışa heç hüsn-təvəccöhüm yoxdur. Amma hər şeyi eləyən PULdur, pul olmasa, bank da olmaz. Pul harada varsa, orada alıb-aldatmaq var. BBC.com saytı yazır ki, “Belçikada keçirilən milli xoşbəxtlik sorğusuna görə, hesab edilənin əksinə olaraq, pul xoşbəxtlik gətirmir”. Çoxlu pul həm də stress və tənhalıq gətirir. Onu da xatırladım ki, “çox nadir hallarda insanlar çox pulları olan zamanları həyatlarının ən gözəl anları hesab edirlər”.

Görünən budur ki, bank demokratiya institutu deyil. Demokratiya xalq hakimiyyətidirsə, xalqın hakimiyyət mənbəyi kimi tanınmaşıdırsa, banklar xalqı istismar etmək, xalqı əzmək, onu borclu və asılı vəziyyətə salmaq üçün alətdir. Bir də görürsən ki, bir qrup səhmdar (hansı yollasa əlinə kapital keçirmiş zirək azlıq) birləşib Bank yaradır, xalqı (çoxluğu) özündən asılı etmək üçün ona borc, kredit verir. Borcla rifah və xoşbəxtlik olmaz.

Bilgi üçün: banklar ilk olaraq, e.ə. 1800-2000 illərdə əvvəlcə Babildə, sonralar Assuriyalılarda və Şumerlərdə yaranıb. Yəni, onda da belə olub?

Comments are closed, but trackbacks and pingbacks are open.