Nəmlənib isidilmə ilə işlənilmə
Belə hallarda quyulara qazın axımının qarşısını almaq üçün süzgəcin üst hissəsi qaz-neft kontaktı səviyyəsindən xeyli aşağı götürülməlidir (şək. III.5).
İşəgötürən kimlərlə əmək müqaviləsinə xitam verə bilməz?
Əmək müqaviləsinə xitam veriməsinin əsasları və qaydaları Əmək Məcəlləsi ilə müəyyən edilib.
Trend-in məlumatına görə, Bakı Hüquq Mərkəzi (BHM)hüquq şirkətinin hüquq məsləhətçisi Pərviz Hüseynov mətbuata bildirib ki, əmək müqaviləsinin xitam olunmasının 6 əsasından biri tərəflərdən (işçi və ya işəgötürən) birinin təşəbbüsüdür.
İşçinin təşəbbüsü ilə əmək müqaviləsinin xitamı barədə məlumat verən Hüseynov qeyd edib ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
Onun sözlərinə görə, işçi ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Bəzi hallarda işçi ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər, məsələn, işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
Hüquqşünas bildirib ki, müqavilənin ləğvi barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Qanunda bununla bağlı yalniz bir istisna halı nəzərdə tutulmuşdur. Belə ki, işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etmişsə, öz ərizəsi ilə əmək müqaviləsi xitam olunmuş işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur.
Hüquqşünas qeyd edib ki, işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
P.Hüseynovun sözlərinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
Hüquq məsləhətçisi bildirib ki, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: müəssisə ləğv edildikdə; işçilərin sayı və ya ştatları ixtisar edildikdə; peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyası tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda; sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
P.Hüseynovun sözlərinə görə, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən bəzi zəruri şərtləri və qaydaları nəzərə almalıdır.
Vəkilin sözlərinə görə, işçinin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsasına görə əmək müqaviləsinin ləğv edilməsinə bir şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun: “İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Yaxud da xəbərdarlıq müddəti əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır”.
P.Hüseynov bildirib ki, qanunda bu halda bəzi kateqoriya işçilərin üstünlük hüquqları təsbit olunmuşdur. Belə ki, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvləri, müharibə iştirakçıları, əsgər və zabitlərin arvadları (ərləri), öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlar, həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlar, məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslər, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir: “Qanunvericilik işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin müəssisənin ləğv edilməsi hali istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin xitamını qadağan edir”.
P.Hüseynov qeyd edib ki, işəgötürən tərəfindən əmək müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş əsaslardan yalnız biri ilə xitam verilə bilər.
Sözün tərkib hissələri
Dilimizdəki sözlər tərkib hissələrinə görə iki yerə ayrılır: kök və şəkilçi. Bunlar sözün mənalı tərkib hissələridir.
Sözün ayrılıqda işlənə bilən və leksik mənası olan hissəsinə kök deyilir, Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsinə isə şəkilçi deyilir.
Dilimizdə, bir qayda olaraq, əvvəl kök, sonra isə şəkilçi gəlir. Məsələn: məktəb+li, dəniz+çi, çəmən+lik və s.
Qeyd: Dilimizdə sözün kökündən əvvəl gələn şəkilçilər də vardır:na, bi, ba, la, a, anti və s. Məsələn:namərd, narahət, narazı, bixəbər, biçarə, bitərəf, laqeyd, laməkan, anormal, antihumanist və s. Bu şəkilçilərdən ilk dördü ərəb — fars mənşəli, sonuncu ikisi isə Avropa mənşəlidir. Belə şəkilçilərə ön şəkilçi deyilir. Həmin şəkilçi ilə işlənən sözlərin çoxu şəkilçi ilə birlikdə dilimizə daxil olmuşdur.
Şəkilçilərin növləri
Şəkilçilər vəzifəsinə görə iki növə bölünür: leksik (sözdüzəldici) və qrammatik (sözdəyişdirici) şəkilçilər.
Söz köklərinə qoşularaq yeni mənalı sözlər yaradan şəkilçilər leksik şəkilçilər adlanır.Leksik şəkilçilər qoşulduğu söz köklərindən yeni mənalı sözlər düzəldir, yəni onun mənasını dəyişdirir. Məsələn:
kənd -kənd + li,
balıq — balıq+çı,
üzüm — üzüm+lükvə s.
Ön şəkilçilər (na, bi, la, a, anti və s.) də leksik şəkilçilərdir.
Qrammatik şəkilçilər isə sözün yalnız formasını dəyisdirir. Bu şəkilçilər söz birləşmələrində və cümlələrdə sözlər arasında qrammatik əlaqə yaradır. Buna görə də həmin şəkilçilər qrammtik şəkilçilər adlanır.
İsimlərdə cəm, hal, mənsubiyyət və xəbərlik şəkilçiləri,fellərdə isə zaman və şəxs şəkilçiləri qrammatik şəkilçilərdir. Məsələn: kitab+lar, qələm+in, şa+gird+dir, yaz+dı+q, yaz+dcaq+san və s.
Sözlərin yalnız formasını dəyişən və onlar arasında əlaqə yaradan şəkilçilər qrammatik şəkilçilər adlanır.
Şəkilçilərin yazılışı
Qrammatik şəkilçilər ahəng qanununa uyğun olaraq iki və dörd cür yazılır. Məsələn: -lar, -lər (uşaq+lar, gənc+lər); -dan, -dən (kitab+dan, qələm+dən); -ın, -in, -un, -ün (kitab+ın, qələm+in, oyun+un, çöl+ün); -dı, -di, -du, -dü (yaz+dı, gəl+di, vur+du, düz+dü) və s. İki cür yazılan şəkilçilərin üstündə 2 rəqəmi yazılır (məsələn: -lar2, -da2 və s.) Dörd cüryazılan şəkilçilərin üstündə isə 4 rəqəmi yazılır (məsələn: -ın4, -dı4 və s.). Bu cür yazılan şəkilçilərdə qapalı saitlərin dördü də iştirak edir.
Leksik şəkilçilər də ahəng qanununa uyğun olaraq iki və dörd cür yazılır. Məsələn: -ça2 (kitab+ça, dəftər+çə), -çı4 (qapı+çı, əkin+çi, ov+çu, gül+çü) və s.
Dilimizdə bir cür yazılan leksik şəkilçilərdə vardır. Məsələn: -daş (vətən+daş, yol+daş, əmək+daş), -dar (hesab+dar, ev+dar, əmək+dar), -keş (zəhmət+keş, qayğı+keş, sərin+keş), -xana (kitab+xana, çay+xana), -şünas (şərq+şünas, hüquq+ şünas), -pərəst və ya -pərvər (vətən+pərvər, millət+pərəst), -dan (şam+dan, gül+dan), -ban (bağ+ban), -gər (mis+gər) və s. Bu cür yazılan şəkilçilərin çoxu ərəb və fars dillərindən alınmadır.
Həmin şəkilçilərdən bəzisi alındığı dildə şəkilçi yox, müstəqil leksik mənalı sözdür. Məsələn: «xana» fars dilində «ev» deməkdir («xane» şəklində işlənir). Bu cür yazılan şəkilçilər bir çox hallarda ahəng qanununa tabe olmur. Məsələn: sir+daş, qayğı+keş, zülm+kar, yemək+xana və s.
Dilimizdə az işlənən şəkilçilərə qeyri-məhsuldar şəkilçilər deyilir.Qum+sal, sağ+lam, keç+id, tut+ğac, aç+ar, utan+caq və s. kimi sözlərdəki şəkilçilər qeyri-məhsuldar şəkilçilərdir.
Bitişdirici samitlər
Saitlə bitən söz kökləri ilə saitlə başlanan şəkilçilər arasında y, n, s bitişdirici samitləri işlənir. Məsələn: gəl+əcək ,işlə+y+əcək, odun+u, su+y+u, otağ+ın — qapı+n+ın, dəniz+in — gəmi+n+in, onun kitab+ı — onun çanta+sı və s. Bu nümunələrdəki birinci sözlər (gəl, odun, ot, dağ) samitlə, ikinci sözlər (işlə, su, qapı, çanta) isə saitlə bitir. Buna görə də ikinci sözlərin qəbul etdiyi -əcək, -y, -m, -ı şəkilçilərinin əvvəlində y, n, s bitişdirici samitləri işlənmişdir.
Şəkilçilərin əvvəlində gələn y, n, s samitləri bitişdirici samitlər adlanir.
Sözün başlanğıc forması
Sözün başlanğıc forması qrammatik şəkilçidən qabaqkı leksik məna bildirən hissəsidir. Məsələn:.məktəb-lər, məktəbli-də,məktublaş,-ır və s.
Sözlər lüğətlərdə başlanğıc formalarında verilir. İsimlərin başlanğıc forması qrammatik şəkilçisiz və adlıq da olan hissəsidir.Məsələn:yazıçılardan, bağça-larda və s. Fellərin başlanğıc forması da eynilə isimlərdə olduğu kimi, qrammatik şəkilçiyə qədərki hissəsidir. Məsələn:yazdırıl-dı, başla-dilar və s. Lüğətlərdə fellərin başlanğıc forması məsdər şəklində verilir. Məsələn: yazdırmaq, işləmək və s.
Sözlərin quruluşca növü, hansı nitq hissəsinə aid olması onların başlanğıc formasına görə müəyyən edilir. Başlanğıc forması sözün aşağı hissəsində qoyulan _______ işarəsi ilə göstərilir.
Sözün quruluşca növləri
- Yalnız bir kökdən (və ya kök və qrammatik şəkilçidən) ibarət olan sözlər sadə sözləradlanır. Məsələn: ev (evlər, evdə), uşaq (uşaqlarda, uşaqlarımız), şagird (şagirddə, şagirdin) və s.
- Leksik şəkilçilərin köməyi ilə yaranan sözlər düzəltmə sözlər adlanır. Düzəltmə sözlər kök və leksik şəkilçidən ibarət olur. Məsələn: işçi (iş+çi), enli (en+li), başla (baş+la), baxış (bax+ ış) və s.
- mürəkkəb sözlər iki (bəzən də üç) kökdən(sözdən) ibarət olur. Məsələn: qızılgül (qızıl, gül), göygöz (göy, göz), kəklikotu (kəklik, ot), tozsoran (toz, soran), əlüzyuyan (əl, üz, yuyan) və s.
- Teqlər:
- sözün kökü
- , şəkilçilər
- , leksik şəkilçi
- , qrammatik şəkilçi
III. Neft və qaz yataqlarınIN İşlənİlməsİnİn geoloJİ əsaslarının yaradılma üsulları
Kitabın əvvəlki bölmələrində neft və qaz yataqlarının işlənilməsinə qədər olan dövrlərdə, onun statik vəziyyətində aparılan kompleks işlərin mahiyyəti haqqında məlumatlar verilmişdir. Onlara istinad edərək yatağın daxili quruluşunu, karbohidrogenlərin toplanma şəraitini və həcmini təyin etmək olar. Bütün bunlar yataqların xalq təsərrüfatı baxımından qiymətləndirilməsində əsas götürülür.
Yatağın geoloji-texniki və iqtisadi göstəriciləri müasir tələblərə cavab verirsə, onun öyrənilməsinin ən məsuliyyətli mərhələsi – yatağın işlənilməsinin geoloji əsaslarının yaradılması prosesi başlanır. Bu prosesin aparılması yuxarıda qeyd olunan məlumatlar bazasına istinad edir.
Yataqların işlənilməsi dedikdə, onların karbohidrogen ehtiyatlarının mənimsənilməsi nəzərdə tutulur. Onun həyata keçirilmə dinamikasına isə işlənilmə prosesi deyilir.
Uzun bir dövr ərzində (30-50, bəzən daha çox illər) cərəyan edəcək bu proses elə aparılmalıdır ki, yatağın ehtiyatlarından maksimum istifadə edilsin. Belə bir tələbatın yerinə yetirilməsi isə yatağın sistematik öyrənilməsini, onun yeni geoloji-texnoloji elementlərinin aşkar edilməsini tələb edir. Məhz bu səbəbdən də yataqların işlənilməsinin bütün mərhələlərində geniş elmi-tədqiqat işləri aparılır və alınmış nəticələr onların geoloji əsaslarında öz əksini tapır.
Təxminən yüz illik işlənilmə dövrünə malik olan neft yataqlarının öyrənilməsində üç mərhələ ayrıla bilər.
I mərhələ – neft yataqlarının işlənilməsinin ilk dövrlərindən 1940-cı illərə qədər zamanı əhatə edir. Bu mərhələdə neft hasilatı məhsuldar layın yalnız təbii enerji mənbəyinin istifadəsi hesabına əldə edilmişdir. Bu dövrdə lay rejimlərinin büruzə formaları, yataqların ehtiyatlarının onların sahələri üzrə qeyri-bərabər realizəsinin mümkünlüyü və yaranma səbəbləri, quyuların yerləşmə sxemi və onların istismar üsullarının təkmilləşdirilməsi istiqamətində tədqiqatlar aparılmışdır.
II mərhələ – 1940-1970-ci illəri əhatə edir və yataqlara müxtəlif üsullarla suvurma prosesinin geniş tətbiqi ilə səciyyələnir. Bu proses yatağın hidrodinamik şəraitinin yaxşılaşdırılması nəticəsində işlənilmənin effektivliyini kəskin artırmağa imkan vermişdir. Su mənbəyinin bütün regionlarda mövcudluğu və prosesin sadə texnologiyası, suvurma prosesinin geniş istifadəsinə gətirmişdir. Məsələn, keçmiş SSRİ yataqlarında son 25 ildə hasil edilən neftin 40%-i suvurma tətbiq olunan yataqların payına düşür. Bizim ölkəmizdə də yataqların işlənilməsində suvurma sistemlərindən geniş istifadə edilir. Bununla belə suvurma üsullarının imkanları da müəyyən hüdudlara qədərdir. Belə ki, yataqlarda istismar prosesinin ən yeni texnologiyası və suvurmanın əsaslandırılmış formalarda tətbiqi belə, onların ehtiyatlarının ən çoxu 50%-nin realizəsinə imkan verir.
III mərhələ – 1970-ci illərdən başlayaraq, hazırda da davam etməkdədir. Bu mərhələ yataqların neftvermə əmsalının daha da artırılmasına yönəldilmiş yeni üsulların, horizontal (üfüqi) quyuların tətbiqi ilə səciyyələnir. Bu istiqamətdə aparılan geoloji tədqiqatların sahəsi daim genişlənilməkdədir. Elmi-təcrübi işlərin yataqlarda tətbiqi isə onların son neftvermə əmsalının daha 3-20% artırılmasına gətirmişdir. Lakin layların neftverimini artıran (LNA) üsullar suvurma prosesinə nisbətən mürəkkəb prosesdir. Nəzərə almaq lazımdır ki, hər hansı bir üsul yalnız müəyyən geoloji şəraitdə effektli tətbiq edilə bilir. Odur ki, məhsuldar strukturların öyrənilməsinə qoyulan yüksək tələbat yalnız geoloji-mədən tədqiqatları ilə yerinə yetirilə bilmir. Bu səbəbdən də müasir tədqiqatlar riyazi statistika və ehtimal nəzəriyyəsinin müvafiq üsullarının tətbiqi ilə aparılır və kompüterlərdə realizəsi təmin olunur. Məhz belə tədqiqatların nəticəsi olaraq yataqların geoloji və hidrodinamiki xüsusiyyətlərinin sxematik təsvirindən onların real formasının alınmasına nail olunmuşdur.
Ölkəmizdə də bu istiqamətdə geniş elmi tədqiqatlar aparılmış və nəticələr istehsalatda tətbiq olunmuşdur.
III.2. Neft və qaz mədənlərinin işlənilməsində
geoloji tədqiqatların əsas istiqamətləri
Dünyanın neftli-qazlı hövzələrində mədənlərin böyük əksəriyyəti çoxlaylıdır. Onlar çöküntü mənşəli olmaqla, laylaşmanın ən müxtəlif formaları ilə səciyyələnirlər. Struktur qalxımlarda neftin və qazın paylanılmasında hər hansı bir ümumi oxşarlıq qeyd olunmur: karbohidrogenlər müxtəlif dərinliklərdə, cürbəcür tələlərdə özünəməxsus geoloji-hidrodinamik şəraitlərdə yerləşir.
Təbiətdə tam oxşar yataq olmadığından onların mənimsənilməsinin də identik yolu mövcud deyil. Odur ki, hər hansı bir yataqda neft və qazı hasil etmək üçün onun təbii şəraitinə müvafiq işlənilmə sistemi əsaslandırılmalıdır. Bu proses özlüyündə çox mürəkkəb və məsuliyyətli olmaqla yatağın işlənilmə effektivliyini müəyyənləşdirir. Belə ki, kompleks geoloji, texnoloji və texniki tədbirlərin tətbiqi ilə karbohidrogenlərin hasilatını təmin edən və onun dinamikasını tənzimləyən prosesə işlənilmə sistemi deyilir.
Neft və qaz mədəninin kəsilişində və ya tektonik qırılmalarla ayrılmış sahəsində müxtəlif sayda məhsuldar laylara rast gəlmək olar. Bu laylar müəyyən prinsiplə qruplaşdırılaraq istismar obyektlərinə (fərdi yataqlara) çevrilirlər. Onların hər biri üçün işlənilmə layihələri tərtib olunur və onlara istinad edərək neft və qaz hasilatına başlanılır. Mədən yalnız bir məhsuldar qatdan ibarətdirsə, onun işlənilmə layihələri sərbəst həyata keçirilir. Lakin, mədənin həcmi üzrə (kəsiliş və sahədə) iki və daha çox məhsuldar lay ayrılmışsa, onda bu mədənin işlənilmə məsələsi iki qoyuluşla həll edilir:
a – fərdi yataqların (istismar obyektlərin) işlənilməsi;
b – mədənin (çoxlaylı yatağın) işlənilməsi.
Qeyd etmək lazımdır ki, hər iki məsələ qarşılıqlı əlaqə formasında həll edilməlidir ki, bu da ümumilikdə mədənin ehtiyatlarından səmərəli istifadəni təmin etməlidir.
Mədənin işlənilməsində aparılan tədqiqatlar zaman etibarilə iki qoyuluşda həyata keçirilir.
1) Mədənin işlənilmə ərəfəsində aparılan tədqiqatlar
Mədənin hər bir fərdi yatağının işlənilmə layihələrini nəzərə almaqla onun üçün ümumi işlənilmə sistemi tərtib olunmalıdır.
Mədənin kəsilişində ayrılmış istismar obyektlərinin (fərdi yataqların) sayından asılı olaraq burada mərtəbələr ayrılır. Mərtəbələrin sayı mədənin kəsilişində ayrılmış fərdi obyektlərin sayından asılıdır. Hər bir mərtəbədə 2-dən artıq fərdi yataq yerləşməlidir.
Hər bir mərtəbənin bazis yatağı olmalıdır. Bazis yataq kimi mərtəbənin ən altda yatan və ən məhsuldar obyekti qəbul edilir.
Hər bir mərtəbənin laylarında olan ehtiyat həcmi, yatma dərinliyi, geoloji şəraiti və s. məlumatlar sistemləşdirilir və ətraflı öyrənilir. Sonra çoxlaylı mədənin işə salınma ardıcıllığı müəyyənləşdirilir. Işlənilmə ardıcıllığı iki etapda aparılır: mərtəbələr üçün (mədən daxili) və ayrı-ayrı mərtəbələrdə cəmləşdirilmiş fərdi yataqlar üçün (mərtəbə daxili).
Çox mərtəbəli mədəndə işlənilmə ardıcıllığının stratiqrafik dərinliklər əsasında (aşağıdan yuxarı və ya yuxarıdan aşağı) aparılması əlverişli olmur, belə ki bu halda mədənin işlənilmə ilə tam əhatəsi çox vaxt aparır. Odur ki, bu problemin həllində kombinasiya üsulunun tərtibi məqsədəuyğundur. Bu qoyuluş isə mədənin mərtəbələrinin işlənilməsində ümumi növbəlilik prinsipinə riayət edirsə də, onların mümkün qədər ən qısa vaxtda işlənilmə ilə əhatəsini nəzərdə tutur.
Mərtəbələrin işlənilməyə verilmə ardıcıllığını müəyyən edərkən, onun daban hissəsini təşkil edən məhsuldar fərdi obyektə üstünlük verilir və bazis obyekti kimi seçilir. Ən əvvəl bu yatağa istismar, vurucu və s. quyular qazılır və neft və qazın hasil edilməsinə başlanılır. Mərtəbənin üstdə yatan yataqları isə bazis obyektini istismar etmiş və geoloji-texniki səbəblər üzündən sıradan çıxmış quyularla işlənilir. Bu quyular həmin istismar obyektlərinin ehtiyatlarının realizəsinə imkan verir. Bəzi hallarda bazis obyektindən yuxarıda yatan məhsuldar laylara yeni quyular da qazılır. Mərtəbənin neft ehtiyatının mənimsənilməsində optimal varianta üstünlük verilir: istismar və vurucu quyuların yerləşdirilməsi, maye hasilatı və həcmi, lay təzyiqinin dəyişmə həddi və s. məsələlər çox variantlı qoyuluşlarla həll edilir. Nəticələr müqayisəli təhlil edilir və ən əlverişli varianta üstünlük verilir.
2) Mədənin işlənilməsi prosesində aparılan tədqiqatlar
Mədənin işlənilməsi son dərəcə mürəkkəb bir dinamik sistemdir. Onun mərtəbələrində və fərdi yataqlarında neftin və qazın hasilatı layihə sənədlərinə müvafiq aparılmalıdır. Odur ki, mədənin işlənilmə prosesi daimi nəzarətdə olmalı, layihə göstəricilərindən hər hansı bir kənara çıxma halının səbəbləri araşdırılmalıdır.
Mədənin işlənilməsi başlandıqdan bir müddət sonra, onun layihədə əks olunmayan yeni elementləri aşkar edilə bilər: yeni quyuların qazılması və istismarı yataqlar haqqında əvvəllər məlum olmayan xassələri müəyyənləşdirir ki, bu da işlənilmə layihələrinə lazımi düzəlişlərin edilməsini tələb edir. Qeyd olunanları aşağıdakı misallarla izah edək.
– Tutaq ki, layihə sənədlərində hər hansı bir mərtəbənin bazis obyektində lay rejiminin kənar suların aktivliyi ilə büruzəsi proqnozlaşdırılmışdır. Bu səbəbdən də onun işlənilməsində suvurma prosesi nəzərdə tutulmamışdır. Bu yatağın işlənilmə prosesində isə məlum olunmuşdur ki, yatağa kənar sular kifayət qədər aktiv təsir etmir. Nəticədə lay təzyiqinin enməsi baş verir. Belə halda yatağın işlənilməsi üçün yeni layihə tərtib olunur: vurucu quyuların yeri, vurulan suyun həcmi, istismar quyu şəbəkəsinin quruluşunda dəyişikliklər və s. əsaslandırılır.
– Mədənin kəsilişində fərdi yataqlar ayrılarkən onların arasında hidrodinamiki təcrid olmuş gil qatının mövcud olma şərti nəzərdə tutulmuşdur. Işlənilmə prosesində isə hər hansı bir gil layında belə bir xassənin pozulduğu müşahidə oluna bilər. Bu səbəbdən qonşu laylar arasında əlaqə yaranır: yüksək təzyiqli laydan aşağı təzyiqli laya maye axımı baş verir. Bu proses qarşısı alınmaz olsa da, onu mümkün qədər nəzarətdə saxlamaq lazımdır: istismar və vurucu quyuların iş rejimini təyin edərkən kəsilişdə yerləşən bəzi obyektlər arasındakı hidrodinamiki əlaqənin mövcudluğu, onun aktivliyi və s. nəzərdə tutulmalıdır.
– Fərdi obyektlərin ayrılmasında onların arasında geoloji müxtəliflik nəzərdə tutulmuşdur. Işlənilmə prosesində isə müxtəliflik göstəricilərinin qiymətlər fərqi qonşu yataqlarda tədricən azala bilər. Bu isə onların işlənilməsinin sonrakı dövrlərində ayrı-ayrı istismarını əlverişsiz edir. Belə halların müşahidəsi, mədənin yataqlara bölünmə sisteminə düzəlişlər edilməsi tələbatını qarşıya qoyur. Işlənilmə prosesində istismar obyektlərinin birləşdirilməsi məsələsinin həlli kitabın sonrakı bölmələrində veriləcəkdir.
– Mədəndə ayrılmış fərdi yataqlarda işlənilmə tempi tədricən enir və onun qarşısını almaq üçün xeyli sayda quyuların qazılması tələb olunur. Lakin, neft ehtiyatının böyük hissəsinin realizə olunduğu yataqlarda yeni quyuların qazılması bəzən iqtisadi cəhətdən əlverişli olmur. Belə hallarda kəsilişin qonşu yataqlarında mövcud olan quyu fondunun imkanlarından istifadə edilir. Bu məqsədlə bir quyu ilə iki obyektin “eyni zamanda ayrılıqda” istismar üsulundan istifadə edilir ki, bu da onların işlənilmə tempinin enməsinin qarşısını ala bilər.
Əlbəttə, yatağın işlənilməsi prosesində həll ediləcək məsələlər göstərilən misallarla bitmir. Hər bir mədənin işlənilməsi prosesində ən müxtəlif geoloji-texnoloji məsələlərin həlli qarşıya çıxa bilər. Onların vaxtında və etibarlı həlli mədənin neft-qaz ehtiyatlarının səmərəli istifadəsinə imkan verir.
Dünya neft-qaz çıxarma təcrübəsindən məlumdur ki, karbohidrogen mədənlərinin işlənilmə sistemlərinin yaradılması üçün aşağıdakı məsələlərin həlli nəzərdə tutulur.
– mədənin (çoxlaylı yatağın) kəsilişində istismar obyektlərin ayrılması;
– ayrılmış fərdi istismar obyektlərinin işlənilmə sistemlərinin saslandırılması;
– quyu şəbəkəsinin forma və sıxlığının təyini;
– işlənilmə obyektlərinin təzyiq qradiyentinin əsaslandırılması;
– yataqda suvurma üsullarının və yeni texnoloji proseslərin tətbiqinin əsaslandırılması;
– işlənilmə prosesinin tənzimlənməsi.
Qeyd edilən məsələlərin həlli yolları aşağıda ətraflı tədqiq olunur.
III.3. Mədənin kəsilişində istismar obyektlərinin ayrılması
Neft və qaz mədəninin kəsilişində bir və ya bir neçə layın geoloji, texniki, texnoloji və iqtisadi baxımdan birgə işlənilməsi mümkün olarsa, onlar istismar obyekti adlanır. Belə obyektlər üçün ayrıca quyu şəbəkəsi əsaslandırılır.
Əgər mədənin kəsilişində yalnız bir məhsuldar lay varsa, belə hallarda onun istismar obyektlərinə bölünməsi tələbatı qarşıya çıxmır. Əksinə, kəsilişdə belə layların sayı çox olduqda onların işlənilmə obyektlərinə bölünmə sxemini müəyyən etmək lazımdır. Burada, aşağıdakı qoyuluşlar nəzərə alınmalıdır.
Hər bir məhsuldar layın ayrıca işlənilməsi. Bu variant geoloji və texnoloji tərəfdən əlverişlidir. Belə ki, hər bir layın özünün istismar və vurucu quyu şəbəkəsi olur ki, bu da işlənilmə prosesində müvafiq üsulların tətbiqinin effektli aparılmasına şərait yaradır. Bu halda işlənilmə prosesini aktiv tənzimləmək də mümkün olur (şək.III.1). Lakin, bu variant çox vaxt iqtisadi cəhətdən əlverişli olmur: kəsilişdəki hər bir laya quyuların qazılması neftin və qazın maya dəyərini o qədər yüksəldə bilər ki, onların hasilatı səmərəli olmaz.
Şəkil III.1. Neftli layların ayrılıqda işlənilmə sxemi
Mədənin kəsilişində neftli layların qruplaşdırılması ilə birgə işlənilmə sxemi (şək. III.2).
İşlənilmənin bu variantında quyuların sayı xeyli azalmış olur ki, bu da hasilatın maya dəyərini aşağı səviyyədə saxlamağa imkan verir. Lakin bu variantda yatağın son neftvermə əmsalı onların hər birinin ayrı-ayrı işlənilmə variantından az olacağı gözlənilməlidir. Belə ki,
Kneft.birgə 2 ) hesablanır və laylar üçün müvafiq olaraq , və S1 2 , S2 2 qiymətləri əldə edilir. Sonra bu qiymətlər əsasında iki layı bir-birilə müqayisə etmək üçün (normal paylanma şərti ilə) müvafiq olaraq Stüdent və Fişer meyarlarından istifadə edilir.
Hər iki meyarın hesablanmış qiymətinin onların böhran qiyməti ilə müqayisə edərək, layların süxur məsaməliyinə görə əhəmiyyətli və ya cüzi fərqlənməsi haqqında qəti fikir söyləmək olar.
Nеft-qaz mədəninin kəsilişində ikindən artıq istismar obyekti ayrılmışdırsa, onların hər-hansı bir parametrinə görə (məsələn, kollektor süxurların keçiriciliyi) bir-birindən fərqlənmə dərəcəsini müəyyən etmək üçün Bartlet və yaxud Koxran meyarları istifadə edilir. Lakin təcrübədə ayrılmış istismar obyektlərinin müqayisəsi hər hansı bir parametrə görə deyil onların kompleks göstəricilərinin qiymətlərinə istinad edir. Bu halda istismar obyektlərinin sayını n ilə, onların müqayisə ediləcək parametrlərinin sayını m ilə işarə etsək, n*m ölçülü matris almış oluruq. Onda mədənin kəsilişindəki laylar arasında oxşarlıq dərəcısini yoxlamaq üçün Rodionov meyarı daha effektli olmuşdur (D.A.Rodionov,1981). Bu meyara əsasən yatağın kəsilişində yerləşən obyektlərin oxşarlıq dərəcəsinə görə birgə (və ya ayrılıqda) işlənilməsi haqqında birmənalı nəticəyə gəlmək olur.
Belə ki, əgər max (r 2 ) ≤ 2 q,m olduqda, obyektlər oxşar olduğuna görə birgə işlənilməlidir və ya max (r 2 ) > 2 q,m olduqda, laylar arasında müxtəliflik mövcuddur və onların birgə istismarı müsbət nəticə verə bilməz.
Yuxarıda qeyd olunan üsulların səciyyəsi kitabın “Əlavələr” bölməsində verilmişdir.
Qoyulan məsələnin həllinə müvafiq olaraq məlumatdaşıma dərəcələrinə görə yatağın göstəricilərinin iki kateqoriyaya bölünməsi məqsədəuyğun hesab edilmişdir:
I dərəcəli məlumatdaşıyıcı amillər – qiymətləri məsələnin həllində bilavasitə iştirak edənlər və II dərəcəli məlumatdaşıyıcı amillər – qiymətləri modelləşdirmədə iştirak etməyən, lakin nəticələrin geoloji-işlənilmə baxımından interpretasiyasını təmin etməyə yardım göstərənlər.
Üsulun realizəsi. Uzun müddət işlənilmədə olan çoxlaylı yataqların kəsilişində ayrılmış istismar obyektlərinin oxşarlıq dərəcəsinin təyin edilməsi məsələsinə baxaq. Bundan ötrü A mədənin kəsilişindəki istismar obyektlərinin məlumatları cədvəl III.1-də verilmişdir.
Göründüyü kimi burada neft-qazlılıq doqquz istismar obyektində cəmləşmişdir (A1-A9). Bu obyektlər üzrə hər iki dərəcəli məlumatdaşıyıcı göstəricilərin cari dövrdəki orta qiymətləri verilmişdir. Onu da qeyd edək ki, mədənin kəsilişindəki obyektlər uzun müddət işlənilməsinə baxmayaraq böyük qalıq neft ehtiyatları ilə səciyyələnirlər. Obyektlərin oxşarlıq dərəcəsini Pirson meyarının 95% etibarlılıqla həllində onun böhran qiyməti 2 g;m =18,3 təşkil edir. Bu qiymət cədvəlin 15-ci sütunda əks etdirilmişdir.
Müvafiq proqramın birinci dərəcəli məlumatdaşıyıcı 10 amilin qiymətləri əsasında kompüter realizəsi aşağıdakı nəticələrə gəlməyə imkan vermişdir.
0,001 mkm 2
Göründüyü kimi, ən kəskin sərhədlər iki halda qeyd edilir: A1 və A2 arasında V(ro) 2 = 36,9 və A8 və A9 arasında V(ro) 2 = 34,4. Bu o deməkdir ki, A1 obyekti ilə A2, eləcə də A8 və A9 kompleks parametrlərə görə oxşar deyil və onların gələcəkdə də işlənilməsi ayrıca aparılmalıdır. Belə hal kəsilişin A3-A4, A5-A6, A7 və A8 arasında da qeyd olunur. Yəni həmin obyektlər də müxtəlif xassəlidir V(r 2 ) X 2 g;m və onların birgə istismarı rasional olmayacaqdır.
Lakin A2 ilə A3 (V(r 2 )=5,0); A4 ilə A5 ((V(r 2 )=15,9); A6 ilə A7 (V(r 2 )=18,2) arasında geoloji mədən göstəricilərinə görə oxşarlıq olduğundan onların birləşdirilərək birgə istismarı təmin olunmalıdır. Bu tədbir neft mədənlərinin işlənilməsində çox vacib tədbirlərdən hesab olunur. Belə ki, kəsilişdə oxşar obyektlərin birləşdirilməsi onların işlək quyu fondundan səmərəli istifadəyə imkan verir (quyularda süzgəc intervalının artırılması əlavə neft hasilatının əldə edilməsinə və qum tıxacının intensivliyinin azaldılmasına gətirir).
Beləliklə, yeni yaradılmış geoloji-riyazi metoddan istifadə etməklə yataqlarda obyektlərin ayrılmasının yeni modeli əsaslandırıldı ki, bu da onlarda işlənilmənin tempinin yüksəltməyə və quyuların istismar göstəricilərini yaxşılaşdırmağa kömək edir.
Bu üsul xeyli sayda quru və dənizdə işlənilən çoxlaylı neft mədənlərinin kəsilişinin istismar obyektlərinə bölünmə sisteminin təkmilləşdirilməsinə imkan vermişdir.
III.4. Ayrılmış yatağın (fərdi istismar obyektinin) işlənilmə sistemləri
Qeyd edildiyi kimi, işlənilmə sistemi yatağın neft, qaz, kondensat və digər faydalı komponentlərin hasilatı üçün tətbiq olunan kompleks texniki-texnoloji proseslərin dinamikasını nəzərdə tutur.
Hər hansı bir mədənin kəsilişində ayrılmış istismar obyektində işlənilmə iki variantda aparıla bilər:
– yalnız təbii enerji ilə işlənilmə,
– süni təsir üsulları ilə işlənilmə.
III.4.1. Yalnız təbii enerji ilə işlənilmə
Müasir dövrdə neft yataqlarının təbii enerjilərinə istinadən işlənilməsi əsasən iki halda aparılır:
- lay enerjisinin aktivliyi şəraitində;
- laylara su vurulmasının qeyri-mümkünlüyü şəraitində (kəskin qeyri-bircinslilik, layların pazlaşma formaları və s. səbəblərdən).
Lay enerjisinin aktivliyi şəraiti. Lay enerjisi subasqı və fəal elastik-subasqı rejimlərinin mövcudluğu şəraitində nefti istismar quyularına doğru sıxışdıra bilər. Bu tip rejimlərdə lay təzyiqinin düşküsü minimum olduğundan onlarda təbii ki, suvurma vasitəsilə əlavə enerji tətbiqi tələb olunmur.
Belə yataqların işlənilməsi üçün onun sahəsi su-neft konturuna paralel halqavarı sıralarla quyuların qazılmasını nəzərdə tutur. Sıralar arasında məsafə, həmin sıralarda yerləşən quyular arasındakı məsafədən çox götürülür ki, bu da susuz maye hasilatının müddətini uzadır (şək. III.3).
Şəkil III.3. Aktiv enerji mənbəyi olan yataqlarda işlənilmə sxemi
Bundan əlavə, quyularda süzgəc açarkən kənar suyun layın aşağı hissələrində daha aktiv hərəkət edəcəyi nəzərə alınmalıdır. Bu məqsədlə kontura yaxın sıralardakı quyularda neftli qalınlığın yalnız üst hissəsi, daxili sıralarda isə tavandan dabana qədər perforasiya edilməlidir.
Bəzi hallarda layın daban hissələrində subasqı və elastik-subasqı rejimi mövcud ola bilər. Belə yataqların işlənilmə dövrlərində su-neft konturu tədricən qalxır, quyularda süzgəcin aşağı hissəsinə sular daxil olur. Nəticədə yatağın neftli sahəsi tədricən azalır. Belə şəraitdə istismar quyularının yerləşdirilməsi yatağın hündürlüyündən, lay süxurlarının keçiriciliyindən, neftlərin özlülüyündən və s. amillərdən asılıdır. Belə ki, layın hündürlüyü az olduqda quyular bərabər şəbəkə üzrə qazılır və su-neft konturunun səviyyəsindən bir neçə metrdən yuxarı layın tavanına kimi perforasiya edilir. Yatağın hündürlüyü çox olduqda (yüz metrlərlə) isə, quyular yatağın mərkəzinə doğru sıxlaşan quyu şəbəkəsi ilə işlənilir.
Laylara su vurulmasının qeyri-mümkünlüyü şəraiti. Qeyd edildiyi kimi layların kəskin qeyri-bircinsliliyi və pazlaşması, yatağın tektonik qırılmalarla kəskin mürəkkəbləşməsi və s. səbəblər üzündən yatağa suvurma mümkün olmur: vurucu quyularda ən yüksək təzyiqlərlə laya su yeridilə bilmir. Belə hallarda yataq ətrafındakı su-neft konturunun hərəkəti qeyd olunmur; lay təzyiqi tədricən enir, hər bir istismar quyusu özünün ətraf zonalarında neftdən ayrılmış qazların enerjisi hesabına istismar edilir (şək.III.4). Bu tip yataqlar neftdə həll olmuş qaz rejimi ilə xarakterizə olunur və neftvermə əmsalının yüksək həddə çatdırılmasına imkan vermir. İşlənilmə üçün qənaətbəxş olmayan bu tip yataqlarda, bir qayda olaraq, quyular bərabər formalı şəbəkə ilə qazılır və yatağın bütün qalınlığı bütövlükdə perforasiya edilir.
Azərbaycanda da belə yataqlara rast gəlinir: onlar əsasən məhsuldar qatın alt şöbəsində yerləşən qırməki lay dəstəsi obyektləri ilə əlaqədardır. Müxtəlif mədənlərdə (Balaxanı-Sabunçu-Ramana, Qala, Suraxanı və s.) bu lay dəstəsinə suvurma mümkün olmamışdır ki, bu da işlənilmənin effektli aparılmasına mane olmuşdur.
Şəkil III.4 Passiv enerji mənbəli yataqların işlənilmə sxemi
Bəzi aktiv qaz papağı olan yataqların işlənilməsində də suvurma üsullarından istifadə edilmir. Belə yataqlarda quyular strukturda bərabər şəbəkə ilə qazılır.
Belə hallarda quyulara qazın axımının qarşısını almaq üçün süzgəcin üst hissəsi qaz-neft kontaktı səviyyəsindən xeyli aşağı götürülməlidir (şək. III.5).
Şəkil III.5 Qaz papağı olan yataqlarda quyuların yerləşmə sxemi
III.4.2. Süni təsir üsulları ilə işlənilmə
Kollektorlarda toplanılmış neftin quyu ətrafı zonaya hərəkətini təmin etmək üçün laya kompleks təsir üsulları tətbiq olunur; su və müxtəlif fiziki-kimyəvi məhlulların, reagentlərin, istilik daşıyıcılarının yatağa vurulması burada hidrodinamik durumu yaxşılaşdırır, işlənilmə prosesinin effektivliyini xeyli yüksəldir.
1) Suvurma üsulları
1950-ci illərdən başlayaraq tətbiq olunan bu üsul neft mədənlərinin ehtiyatlarının mənimsənilməsində olduqca müsbət rol oynamışdır. Bu üsullar demək olar ki, dünyanın bütün hövzələrində istifadə edilir. Onların texniki tərəfdən istifadəsi sadə olmaqla, yalnız su resurslarının (çay, göl, dəniz) mövcudluğunu tələb edir. Laya su vurulduqda onun təzyiqinin düşmə tempi azalır, bəzən hətta onun sabitliyinə gətirir. Nəticədə işlənilən lay aktiv dinamika ilə səciyyələnir. Məhz belə şəraitlərdə bu dinamik sistemi tənzimləmək də olur ki, bu da yataqda neft yığımlarının istənilən istiqamətlərə sıxışdırılaraq hərəkət etdirilməsinə imkan verir.
- kontur arxası suvurma. Bu üsulla su, yatağın su-neft konturunun arxasına vurulur (şək.III.6.a). Bu üsulla laya vurulan su yatağın hidrodinamik şəraitinə o vaxt müsbət təsir edir ki, o yerdə layda geoloji müxtəliflik dərəcəsi az, lay süxurlarının keçiriciliyi çox, neftlərin özlülüyü isə az olsun. Yatağın eni təxminən 5 km-ə qədər olmalıdır, daha böyük ölçülərdə olduqda isə onun mərkəz hissələri vurulan suyun təsirindən kənarda qalır.
- konturyanı suvurma. Bu üsulun tətbiqi üçün tələb olunan şərait kontur arxası suvurmanın tətbiq şəraitinin analoqudur. Burada fərqləndirici xüsusiyyət yalnız ondan ibarətdir ki, su-neft konturu zonasında layların keçiriciliyinin nisbətən az olmasıdır. Odur ki, su-neft konturundan uzaqda vurucu quyuların yerləşdirilməsi və onların vasitəsilə yatağa suyun vurulması prosesin effektivliyini azaldır. Belə hallarda vurucu quyuların su-neft konturlarının (daxili və xarici) üzərində yerləşdirilməsi bu mürəkkəbliyi aradan qaldırır (şək. III.6.b).
Şəkil III.6 Yataqda müxtəlif modifikasiyalarla suvurma sistemləri
- kontur daxili (sahəvi) suvurma. Bu üsula bəzən “sahəvi suvurma” modifikasiyası deyilir (şək. III.6.c). Adından göründüyü kimi bu üsul vurucu quyuların yatağın neftlilik sahəsində yerləşdirilməsini nəzərdə tutur. Sahəvi suvurma modifikasiyasının effektli tətbiqi üçün yataqda aşağıdakı geoloji amillər mövcud olmalıdır: yatağın neftlilik sahəsi böyük, layın geoloji müxtəlifliyi yüksək, süxurların keçiriciliyi nisbətən az, neftlərin özlülüyü isə yüksək.
2) Layların neftverimini artıran (LNA) üsullar
Məlum olduğu kimi neft yataqlarının işlənilmə prosesində layların neftverimini artıran üsullardan istifadə edilir. Geoloji mühitin mürəkkəbləşdiyi şəraitdə (layların yüksək qeyri-bircinsliliyi, süxurların keçiriciliyinin zəif olması, neftlərin özlülüyünün çox olması və s.) ənənəvi üsullar ilə layların yüksək neftvermə əmsalına nail olmaq mümkün olmur. Bu da təcrübi işlərdə elmin mütərəqqi üsullarının tətbiqini tələb edir ki, nəticədə yataqların effektiv işlənilməsinə nail olunur.
Hazırda LNA üsullarının tətbiq dairəsi durmadan genişlənir. Bu onunla əlaqədardır ki, ənənəvi texnologiya ilə lay süxurlarının keçiriciliyi 0,1 mkm 2 -dan kiçik olan laylarda yüksək özlülüklü neftlərin quyu dibinə kifayət qədər aktiv hərəkətini təmin etmək mümkün olmur. Odur ki, belə yataqlarda geniş elmi və təcrübi-sınaq işləri həyata keçirilmiş və müasir neftçıxarma üsulları təklif edilmişdir. Hazırda bu üsullar aşağıdakı qruplarda cəmləşdirilir: fiziki-kimyəvi, fiziki-hidrodinamiki, termiki, qaz, mikrobioloji, nüvə və akustik (şək.III.7). Aşağıda həmin üsulların ümumi xarakteristikaları barəsində qısa məlumatlar verilmişdir (bu istiqamətlə tələbələr xüsusi fənnin tədrisində ətraflı tanış olurlar).
Fiziki-kimyəvi təsir üsulları
Layların neftverimini artıran fiziki-kimyəvi üsullara səthi aktiv maddələr (SAM), polimer, qələvi, miselyar məhlullar, köpük və onların kombinasiyaları aiddir. (M.L.Surquçov, 1985).
Səthi aktiv maddələrlə təsir üsulu
Neftçıxarma prosesində laya vurulan suya səthi aktiv maddələrin əlavə edilməsi neft-su sərhədində səthi gərilməni azaldır. Nəticədə neftin lay şəraitində hərəkəti aktivləşir və sıxışdırılmanın yaxşılaşması üçün əlverişli şərait yaranır. Bundan əlavə bu zaman süxurların islanması da yaxşılaşır: su məsamələrə hopur və neftin hərəkətini asanlaşdırır, sıxışdırılma əmsalı artır. Səthi aktiv maddələrin hətta cüzi miqdarda vurulan suya əlavə edilməsi bu prosesi aktivləşdirir.
Bu üsulun effektli tətbiqi qeyri-bircinsli kollektorların qalınlığı 3-12 m qədər, süxurların keçiriciliyi 0,03-0,04 mkm 2 , lay temperaturu 70 0 C qədər, neftlədoyma əmsalı 50%-dən çox və lay sularının duzluluğu 20 mq/l olduqda əlverişlidir.
Neft sənayesində geniş yayılmış səthi aktiv maddələrdən OP-10 göstərmək olar. Neft yataqlarının istismarından alınmış məlumatlar göstərir ki, laylara suvurma prosesində əlavə olunmuş səthi aktiv maddələr neftin yuyulma xassəsinin yaxşılaşdırır və son neftvermə əmsalının 3%-ə qədər artırılmasını təmin edir.
Qələvilərlə təsir üsulu
Qələvi məhlullarla təsir üsulu layda natrium sabunlarını əmələ gətirir ki, bu da səthi gərginliyi azaldır və neftin suda emulsiyasını yaradır. Yataqlardan çıxarılabilən əlavə neftin miqdarı emulsiyanın parametrlərindən və layda olan neftin paylanmasından asılıdır. Beləliklə, laylara qələvi məhlulu ilə təsir etdikdə yüksək dispersli emulsiya dalğası əmələ gəlir ki, bu da neftvermənin artırılmasına təsir edir.
Üsulun tətbiqindən qum və karbonat tipli kollektorlu yataqlarda neftin üzlülüyü 100 mPa*s qədər, neftlədoyumluluq 50%-dən çox, kollektor süxurların keçiriciliyi 0,1 mkm 2 -dan böyük, neftin sıxlığı 850-980 kg/m 3 , lay temperaturu 100 °C-yə qədər və s. olduqda daha yüksək effekt alınır. Əlverişsiz amillərdən layların çatlılığı, gilliliyin çox olması və lay sularının yüksək minerallaşması hesab olunur. Müəyyən olunmuşdur ki, laylara qələvi məhlulların vurulması nəticəsində onların son neftvermə əmsalını 5-10% artırmaq mümkündür.
Comments are closed, but trackbacks and pingbacks are open.