Normativ hüquqi aktlar haqqında qanunu
23.4. Məcəllənin daxili strukturu digər əsaslarla qurula bilər.
Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli
Fərmanının 1.3.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə
“Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ
xarakterli aktlarının hazırlanması və qəbul edilməsi QAYDALARI”
hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26
oktyabr tarixli 508 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun 4.3-cü maddəsinə uyğun olaraq, yerli icra
hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ xarakterli aktları
müvafiq normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun
müvafiq normasına istinad etməlidir.
3.
Yerli icra hakimiyyəti orqanının normativ xarakterli aktını yerli icra
hakimiyyətinin başçısı qəbul edir və imzalayır.
Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II və
III hissələrinə uyğun olaraq yerli özünüidarə orqanlarının normativ
xarakterli aktları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə, yerli vergilər
və ödənişlərlə bağlı aktları isə bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu
ilə qəbul edilir. Yerli özünüidarə orqanının normativ xarakterli aktını
bələdiyyənin sədri imzalayır.
Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ
xarakterli aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti
nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında dərc
edildiyi gündən qüvvəyə minir.
4. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu
5.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral 384
nömrəli FƏRMANI
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 483 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və
qəbul edilməsi qaydası haqqında ƏSASNAMƏ”
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi qaydaları haqqında ƏSASNAMƏ”
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli 508 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti və yerli özünüidarə orqanlarının normativ
xarakterli aktlarının hazırlanması və qəbul edilməsi QAYDALARI”
Nazirlər Kabinetinin 2011-ci il 11 noyabr tarixli 184 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və
qəbul edilməsi QAYDASI”
Nazirlər Kabinetinin 2012-ci il 25 iyun tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının
hazırladıqları normativ hüquqi aktların layihələrinin “Elektron hökumət” portalında
yerləşdirilməsi Q A Y D A L A R I”
6.
Hüquqi akt
normativ hüquqi akt
normativ xarakterli akt
qeyri-normativ hüquqi akt
Normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası
ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən
məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul
edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən
subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş
müəyyən formalı rəsmi sənəd.
Normativ xarakterli akt – bu Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və
ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi
üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün
nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəd.
Qeyri-normativ hüquqi aktlar – konkret (birdəfəlik) təşkilati, nəzarət və ya
sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilən və ya
digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulan hüquqi aktlar.
7.
Normativ hüquqi aktların növləri Azərbaycan Respublikası Konstitusiyasının 148-ci
maddəsi ilə müəyyən edilir.
Qeyri-normativ hüquqi aktlar:
Milli Məclisin qərarları;
Azərbaycan Respublikası Prezidentinin sərəncamları;
Nazirlər Kabinetinin sərəncamları;
vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirən
orqanların aktları.
Normativ xarakterli aktlar:
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci
bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin qərarları;
Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;
Azərbaycan Respublikası Mərkəzi Bankının qərarları;
Məhkəmə-Hüquq Şurasının qərarları;
Milli Televiziya və Radio Şurasının qərarları;
yerli özünüidarə orqanlarının qərarları;
yerli icra hakimiyyəti orqanlarının qərarları.
8.
Normativ hüquqi aktların məcburi rekvizitləri :
1. aktın növü (Azərbaycan Respublikasının Qanunu,
Azərbaycan
Respublikası
Prezidentinin
fərmanı,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı və
s.);
2. hüquqi tənzimləmə predmetini əks etdirən normativ
hüquqi aktın adı (sərlövhəsi);
3. aktın qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi;
4. müvafiq normativ hüquqi aktı rəsmi imzalamaq
səlahiyyətinə malik olan şəxsin adı, soyadı, vəzifəsi və
imzası.
9.
Normativ hüquqi aktın struktur elementləri :
preambula, bölmə, fəsil, maddə, hissə, bənd, yarımbənd və abzas.
Normativ hüquqi aktın mətnində aşağıdakıların ifadə edilməsinə yol verilmir:
1. loru dili, Azərbaycan dilinin dialektləri və danışıq nitqinin ekspressiv
formaları;
2. eyni mənada müxtəlif anlayışlar (terminlər);
3. Azərbaycan dilində eynimənalı sözlər və terminlər olduqda başqa dillərdən
alınma sözlər;
4. anlaşılmaz söz birləşmələri, ümumiləşdirilmiş düşüncələr, çağırışlar, bədii
müqayisələr, epitetlər, metaforalar;
5. abreviaturalar (məlum olanlar istisna olmaqla).
10.
Normativ hüquqi aktın (onun layihəsinin) ekspertizası
aparılarkən aşağıdakı tipik sui-istifadə amilləri və suiistifadəyə məruz qalma təzahürləri aşkar edilməli və aradan
qaldırılmalıdır:
1. dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata
keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amilləri;
2. hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik suiistifadə amilləri;
3. sistem xarakterli tipik sui-istifadə amilləri;
4. sui-istifadəyə məruz qalmanın tipik təzahürləri.
11.
Dövlət orqanının (vəzifəli şəxsin) səlahiyyətlərinin həyata keçirilməsi ilə
əlaqədar olan tipik sui-istifadə amilləri:
1. diskresion səlahiyyətlərin geniş olması;
2. səlahiyyətin dispozitiv imkan kimi müəyyənləşdirilməsi;
3. şəxsə məxsus hüquqların həyata keçirilməsi üçün ona lazım olduğundan daha yüksək
tələblərin irəli sürülməsi;
4. fiziki və hüquqi şəxslərin hüquqlarından dövlət orqanı (vəzifəli şəxs) tərəfindən suiistifadə edilməsi imkanı;
5. hüquqların həcminin əsassız dəyişdirilməsi;
6. qanundan irəli gələn normayaratmanın həddindən artıq sərbəst xarakter daşıması;
7. hüquqi-linqvistik sui-istifadəyə məruz qalma;
8. icra hakimiyyəti orqanının səlahiyyətindən kənar normativ hüquqi aktın qəbul
edilməsi;
9. qanundakı boşluqların icra hakimiyyəti orqanının normativ hüquqi aktları ilə
doldurulması.
12.
Hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amilləri:
1. hüquqi tənzimləmədə boşluqların mövcudluğu;
2. inzibati prosedurların olmaması;
3. müsabiqə (hərrac) prosedurlarının olmaması;
4. konkret fəaliyyət sahəsində vəzifəli şəxslər üçün qadağa və məhdudiyyətlərin
olmaması;
5. hüquqpozmaya görə vəzifəli şəxs üçün məsuliyyətin müəyyən edilməməsi;
6. dövlət orqanlarına, vəzifəli şəxslərə nəzarətin, o cümlədən ictimai nəzarətin
müəyyənləşdirilməməsi;
7. informasiyanın şəffaflığı rejiminin pozulması.
13. Sistem xarakterli tipik sui-istifadə amillərinə aşağıdakılar aiddir: 1. yanlış məqsəd və prioritetlər; 2. kolliziyalar; 3. məcbur edilmiş sui-istifadəyə məruz qalma. Sui-istifadəyə məruz qalmanın tipik təzahürləri: 1. normativ hü
Sistem xarakterli tipik sui-istifadə amillərinə aşağıdakılar aiddir:
1. yanlış məqsəd və prioritetlər;
2. kolliziyalar;
3. məcbur edilmiş sui-istifadəyə məruz qalma.
Sui-istifadəyə məruz qalmanın tipik təzahürləri:
1. normativ hüquqi aktın qəbul edilməsi zamanı formal-texniki şərtlərə riayət
olunmaması;
2. normativ hüquqi aktın qəbul edilməsi müddətinin göstərilməməsi;
3. mənafelər balansının pozulması (yalnız bir qrup subyektlər üçün imtiyazların
nəzərdə tutulması).
14.
Normativ hüquqi aktın rəsmi dərc edilmə müddətləri və şərtləri
Qanunlar və fərmanlar Azərbaycan Respublikasının Prezidenti
imzalandıqdan sonra 72 saat müddətində rəsmi dərc edilməlidir.
tərəfindən
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra 72 saat
müddətində rəsmi dərc edilməlidir.
Digər normativ hüquqi aktlar Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsindən
sonra hökmən rəsmi dərc edilməlidir.
Normativ hüquqi aktların qüvvəyə minməsi
Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin
aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi
dərc edildiyi gündən qüvvəyə minir.
Digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti
nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc
edildiyi gündən qüvvəyə minir.
15.
NORMATİV HÜQUQİ AKTLARIN ZAMANA, MƏKANA VƏ ŞƏXSLƏRƏ GÖRƏ
QÜVVƏSİ VƏ İCRASI
Normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda müddətsiz
qüvvədədir.
Normativ hüquqi akt və ya onun struktur elementləri üçün qüvvədə olmanın
müddəti müəyyən edilə bilər.
Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının
149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir.
Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi
qüvvəyə malikdir.
Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulmuş hallar istisna
olmaqla, Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərə, habelə
Azərbaycan Respublikasının ərazisində olan əcnəbi vətəndaşlara və vətəndaşlığı
olmayan şəxslərə şamil edilir.
16.
Normativ hüquqi akt (onun struktur elementi) aşağıdakı
hallarda öz qüvvəsini itirir:
1. normativ hüquqi aktın (onun struktur elementinin) tətbiqi müddəti başa
çatdıqda;
2. normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikasının
Konstitusiyası və digər qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv
edildikdə;
3. normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-3-cü və 6-cı, 7-ci bəndlərində
nəzərdə tutulmuş hallarla əlaqədar Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin qərarı ilə qüvvədən düşmüş hesab edildikdə.
17.
Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri
Azərbaycan Respublikasında qəbul edilən normativ hüquqi
aktları, normativ xarakterli aktları, Azərbaycan Respublikası Milli
Məclisinin qərarlarını, Azərbaycan Respublikası Prezidentinin və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarını,
həmçinin onların rekvizitlərini əks etdirən dövlət informasiya
ehtiyatıdır.
Dövlət Reyestri Ədliyyə Nazirliyi tərəfindən aparılır.
Ədliyyə Nazirliyi Dövlət Reyestrinin formalaşdırılmasını,
aparılmasını, idarə olunmasını, tamlığını, müvafiq internet
informasiya ehtiyatı vasitəsilə ümumi istifadə üçün daimi
açıqlığını və mühafizəsini təmin edir.
18.
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
Aktın növü:
MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ QƏRARLARI
Qəbul edildiyi tarix:
12.08.2011
Qeydiyyat nömrəsi:
1-N
Adı:
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı əlavə tədbirlər haqqında
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi:
16.08.2011
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu:
380.030.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi:
15201108120001
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 15.08.2011
19.
Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi ekspertizası rəyinin strukturu
1. Normativ hüquqi aktın layihəsinin (qanunun) tənzimləmə sahəsinə aid normativ tənzimləmənin
vəziyyəti (qüvvədə olan konkret normativ hüquqi aktların təhlili).
2. Normativ hüquqi aktın layihəsinin (qanunun) normayaratma fəaliyyətinin əsas prinsiplərinə uyğunluğu.
3. Normativ hüquqi aktın layihəsinin (qanunun) normalarının onun məqsəd və vəzifələrinə uyğunluğu.
4. Normativ tənzimləmə predmetinə uyğunluğu.
5. Normativ hüquqi aktın layihəsinin (qanunun) formasının və mahiyyətinin uyğunluğu.
6. Normativ hüquqi aktın layihəsinin (qanunun) daxili strukturunun məntiqliliyi.
7. Normativ hüquqi aktın layihəsinə daxil edilən (qanunda olan) normaların qarşılıqlı ziddiyyətsizliyi.
8. Normativ hüquqi aktın layihəsində (qanunda) bir dövlət orqanının digər dövlət orqanının
səlahiyyətlərinə müdaxilə etməməsi.
9. Normativ hüquqi aktın layihəsinin (qanunun) müvafiq səlahiyyətə malik olan normayaratma orqanı
tərəfindən öz səlahiyyəti daxilində qəbul edilməsi.
10. Normativ hüquqi aktın layihəsinin (qanunun) müəyyən edilmiş qaydada və formada qəbul edilməsi.
11. Normayaratma texnikasına uyğunluğu.
12. Normativ hüquqi aktda (onun layihəsində) sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalma
təzahürlərinin, sui-istifadənin təzahürləri üçün şərait yaranmasına kömək edən digər müddəaların
mövcud olub-olmaması.
13. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli olan normativ
hüquqi aktların (onların struktur elementlərinin) siyahısının düzgünlüyü.
14. Normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar hazırlanmalı olan normativ hüquqi aktların
siyahısının düzgünlüyü.
15. Çıxarılan nəticə.
20.
Layihə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I
hissəsinin 25-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsini “Yeyinti məhsulları
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2013-cü il 22 oktyabr tarixli
775-IVQD nömrəli Qanuna uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikası Gömrük Məcəlləsində (2011-ci il 24 iyun tarixli 164-IVQ nömrəli Qanunla təsdiq
edilmişdir) aşağıdakı dəyişikliklər edilsin:
1. 82.5-ci maddə üzrə:
1.1. birinci cümlədə “Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı”
sözləri “və Azərbaycan Respublikasının digər qanunları” sözləri ilə əvəz edilsin;
1.2. ikinci cümlədə “və digər normativ hüquqi aktların” və “(bəndi)” sözləri çıxarılsın;
2. 82.6-cı maddədə “(bəndini)” sözü çıxarılsın;
3. 214.1.4-cü maddədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri “qanunla” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, “___” ________” 2014-cü il
№________
21.
Layihə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”ni “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (19192014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden
və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 976-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə
qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, № 12, maddə 718; 2007, № 5, maddə 460, № 11, maddə 1117; 2008, № 6, maddələr
496, 497; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 182; 2011, № 2, maddə 85; 2012, № 11,
maddə 1115) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”nin 17.18ci bəndində “fəxri fərmanlarla” sözlərindən sonra “, həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən
səlahiyyət verildiyi halda, müvafiq medallarla” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, ”___” _______2014-cü il
№ _______
22.
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin
qəbul olunması zərurətinin əsaslandırılması
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin
(bundan sonra – layihə) hazırlanmasının məqsədləri:
Layihənin mövcud hüquqi tənzimləmədə dəyişikliklər edən struktur elementinin hüquqi tənzimləmə
predmeti:
Layihənin qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılması:
Layihənin qəbul edilməsi ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli, habelə hazırlanmalı olan
normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı:
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
Qanunvericilik baş idarəsi
23.
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə
dair məcburi hüquqi ekspertiza rəyi
1. Normativ hüquqi aktın layihəsinin (qanunun) tənzimləmə sahəsinə aid normativ tənzimləmənin
vəziyyəti (qüvvədə olan konkret normativ hüquqi aktların təhlili).
2. Layihə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 8-ci maddəsində təsbit olunan
normayaratma fəaliyyətinin əsas prinsiplərinə uyğundur.
3. Layihənin normaları onun məqsəd və vəzifələrinə uyğundur.
4. Layihə normativ tənzimləmə predmetinə uyğundur.
5. Layihənin forması və mahiyyəti uyğundur.
6. Layihənin daxili strukturu məntiqlidir.
7. Layihəyə daxil edilən normalar qarşılıqlı ziddiyyətsizdir.
8. Layihədə bir dövlət orqanı tərəfindən digər dövlət orqanının səlahiyyətlərinin müdaxiləsinə yol
verilməmişdir.
9. Layihənin Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndinə
uyğun olaraq Milli Məclis tərəfindən qəbul edilməsi təklif olunur.
10. Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin II hissəsinə müvafiq olaraq layihənin
qanun formasında qəbul edilməsi təklif olunur.
11. Layihə normayaratma texnikasına uyğun şəkildə hazırlanmışdır.
12. Layihədə sui-istifadə amilləri və sui-istifadəyə məruz qalma təzahürləri, sui-istifadənin təzahürləri
üçün şərait yaranmasına kömək edən digər müddəalar aşkar edilməmişdir.
13. Layihənin qəbul edilməsi ilə əlaqədar hazırlanmalı olan normativ hüquqi aktlar (onların struktur
elementləri) yoxdur.
14. Layihə dəstəklənir.
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin
Qanunvericilik baş idarəsi
24.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” qanun layihəsinə dair
MÜQAYİSƏLİ CƏDVƏL
Qüvvədə olan redaksiya
Maddə 4. Abidələr üzərində mülkiyyət
Dəyişikliklər nəzərə alınmaqla təklif edilən
redaksiya
Maddə 4. Abidələr üzərində mülkiyyət
Abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də Abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə
xüsusi mülkiyyətdə ola bilər.
də xüsusi mülkiyyətdə ola bilər.
Dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə
(yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan
yaşayış binaları , onların ayrı-ayrı hissələri və bu
maddənin üçüncü hissəsində nəzərdə tutulmuş
özəlləşdirilməsinə yol verilən digər yerli əhəmiyyətli
memarlıq abidələri istisna olmaqla) yol verilmir.
Dövlət mülkiyyətində olan abidələrin Dünya təbii
və mədəni irs siyahısına daxil edilmiş,
həmçinin milli mədəni və təbii irsə aid dövlət
mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə
(yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə
alınan yaşayış binaları , onların ayrı-ayrı hissələri
və bu maddənin üçüncü hissəsində nəzərdə
tutulmuş özəlləşdirilməsinə yol verilən digər yerli
əhəmiyyətli memarlıq abidələri istisna olmaqla)
yol verilmir.
25.
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini hazırlamış
şəxslərin siyahısı
Adil Əliyev
– Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Qanunvericilik baş idarəsinin rəisi
Aygün Şahbanova
– Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Qanunvericilik baş idarəsinin Iqtisadi normativ aktlar
idarəsinin aparıcı məsləhətçisi
26.
Layihə
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Qərar
№________
Bakı şəhəri, “___” _______ 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
siyahısı”nda dəyişiklik edilməsi haqqında
“ADA” Universitetinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 195 nömrəli qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1030) ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
siyahısı”nda “Diplomatik Akademiyası” sözləri ““ADA” Universiteti” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının
Baş naziri
Artur Rasi-zadə
Normativ hüquqi aktlar haqqında qanunu
-” Normativ hüquqi aktlar haqqında ” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;
-” İcra məmurları haqqında ” Azərbaycan Respublikasının Qanunu;
-” İcra haqqında ” Azərbaycan Respublikasının Qanunu;
-” Ədliyyə orqanlarının inkişafı haqqında ” Azərbaycan Respublikası Prezidentinin 17.08.2006-cı il tarixli Fərmanı;
– Mülki Məcəllədə fiziki şəxsin anlayışı, mülki hüquq və fəaliyyət qabiliyyəti, hüquqi şəxsin anlayışı, növləri, hüquq qabiliyyəti, onun yaradılması və ləğvi ilə bağlı müddüalar;
– Cinayət Məcəlləsində cəzanın anlayışı, məqsədi, əsas və əlavə cəzalar, şərti məhkum etmə, şərti məhkum etmənin ləğv edilməsi və ya sınaq müddətinin uzadılması ilə bağlı müddəalar;
– Cinayət-Prosessual Məcəlləsində hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraata dair müddəalar;
– Cəzaların İcrası Məcəlləsində probasiya nəzarəti, elektron nəzarət vasitələrinin tətbiqi, məhkumun cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan cəzaların icrası, şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər ilə bağlı müddəalar;
– İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət, inzibati xətalara görə tətbiq edilən tənbeh növləri və onların tətbiqi qaydaları, Ədliyyə Nazirliyi tərəfindən baxılan, habelə protokol tərtib edilən, o cümlədən ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin icrası ilə bağlı vəzifələrin yerinə yetirilməməsi, inzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi inzibati xətaları üzrə işlərlə bağlı icraata dair müddəalar;
-” İnzibati icraat haqqında ” Azərbaycan Respublikasının Qanununda əsas anlayışların mahiyyəti, qanunun tətbiqi dairəsi, inzibati icraatın başlanılması üçün əsaslar, inzibati aktlar və onların icra edilməsi ilə bağlı müddəalar;
-” Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikasının Qanununda korrupsiyanın anlayışı, qarşısının alınması üzrə tələblər və məhdudiyyətlər, bu hüquqpozmaların subyektləri və onların məsuliyyəti ilə bağlı müddəalar;
-” Vətəndaşların müraciətləri haqqında ” Azərbaycan Respublikasının Qanununda vətəndaşların müraciət etmək hüququ, formaları, dövlət orqanlarının bu sahədə vəzifələri, vətəndaşların qəbul edilməsi, müraciətlərə baxılması qaydası və müddətləri ilə bağlı müddəalar;
– “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə ”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.10.2021-ci il tarixli Qərarı;
– “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası ”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli Qərarı;
-Azərbaycan Respublikası ədliyyə nazirinin 29 noyabr 2007-ci il tarixli 41-T nömrəli əmri ilə təsdiq edilmiş ” Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları “;
Normativ hüquqi aktlar haqqında qanunu
«Azərbaycan» qəzetində dərc olunmuşdur (14 yanvar 2000-ci il, № 9) Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 yanvar 2000-ci il, № 1, maddə 9)
Relizin Tarixi: 22.04.2005
Normativ hüquqi aktlar haqqında
Normativ hüquqi aktlar haqqında
Azərbaycan Respublikasının Qanunu
I fəsil. Ümumi müddəalar
Maddə 1. Bu Qanunun vəzifəsi
Bu Qanun Azərbaycan Respublikasının qanunlarının və başqa normativ-hüquqi aktlarının hazırlanması, qüvvəyə minməsi, şərhi və bunlarla əlaqədar müvafiq dövlət orqanlarının qarşılıqlı fəaliyyət qaydalarını müəyyən edir.
Maddə 2. Azərbaycan Respublikasının normativ hüquqi aktlarının anlayışı
2.1. Azərbaycan Respublikasının normativ hüquqi aktı (bundan sonra — «normativ-hüquqi akt» adlanacaq) səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş, göstərişləri ümumi məcburi xarakter daşıyan, hüquq normalarını müəyyən edən, dəyişdirən və ya ləğv edən, dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəddir.
2.2. Azərbaycan Respublikasının qanunvericilik sistemi və ona daxil olan normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasının 147—151-ci maddələri ilə müəyyən edilir.
Maddə 3. Normativ xarakterli aktlar
Azərbaycan Respublikasının normativ xarakterli aktları aşağıdakılardır:
3.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1—6, 8-ci bəndlərinə və IV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları;
3.2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;
3.3. Yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının qərarları;
3.4. Azərbaycan Respublikası Milli Bankının qərarları.
3.5. Milli Televiziya və Radio Şurasının qərarları.
Maddə 4. Normativ hüquqi aktlar qəbul etmək səlahiyyətlərinin hüquqi əsası
Normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar və bu səlahiyyətlərin hüdudları Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə müəyyən edilir.
Maddə 5. Normativ hüquqi aktların daha yüksək hüquqi qüvvəsi olan normativ hüquqi aktlara uyğunluğu
Normativ hüquqi aktlar Azərbaycan Respublikası Konstitusiyasına və onlardan daha yüksək hüquqi qüvvəsi olan başqa normativ hüquqi aktlara uyğun olmalıdır.
Maddə 6. Normativ hüquqi aktlar qəbul etmək səlahiyyətinin aşağı orqanlara verilməsi
6.1. Azərbaycan Respublikasının normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan dövlət hakimiyyəti orqanı bu səlahiyyətlərin bir hissəsini, qanunla başqa hal nəzərdə tutulmayıbsa, başqa dövlət hakimiyyəti orqanına verə bilər.
6.2. Azərbaycan Respublikasının normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan müvafiq icra hakimiyyəti orqanları bu səlahiyyətin bir hissəsini, qanunla başqa hal nəzərdə tutulmayıbsa, aşağı müvafiq icra hakimiyyəti orqanlarına verə bilər.
6.3. Səlahiyyəti vermə aktında verilən səlahiyyətin həcmi, müddəti və səlahiyyəti alan orqan göstərilməlidir.
6.4. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində müəyyən edilmiş səlahiyyətlərini başqa orqanlara verə bilməz.
6.5. Bu maddənin 6.1 bəndində göstərilən qaydada səlahiyyət almış orqan bu səlahiyyəti ayrı orqana verə bilməz.
6.6. Verilmiş səlahiyyətin həyata keçirilməsi məqsədilə normativ hüquqi akt qəbul edən orqan həmin səlahiyyətin verilməsi haqqında normativ hüquqi akta istinad etməlidir.
6.7. Verilmiş səlahiyyətin həyata keçirilməsi məqsədilə normativ hüquqi akt qəbul etmiş orqan onun qəbul edildiyi gündən etibarən 24 saat ərzində (qeyri-iş günləri nəzərə alınmamaq şərtilə) normativ hüquqi aktı səlahiyyəti verən orqana təqdim edir. Səlahiyyəti vermiş orqan həmin aktı ləğv edə və ya dəyişdirə bilər.
6.8. Səlahiyyəti vermə aktında başqa hal nəzərdə tutulmamışdırsa, verilmiş səlahiyyəti həyata keçirən orqan bununla bağlı məsrəfləri özünün büdcə vəsaitləri həcmində müəyyən etməlidir.
Maddə 7. Normativ hüquqi aktların tətbiq edilmə qaydası
Normativ hüquqi aktların tətbiqi zamanı müxtəlif hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda daha yüksək hüquqi qüvvəyə malik olan akt tətbiq olunur. Eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda isə daha sonra qüvvəyə minmiş normativ hüquqi akt tətbiq olunur.
Maddə 8. Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilənədək qüvvədə olmuş aktların hüquqi qüvvəsi
Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edilənədək qüvvədə olmuş, sonradan ləğv edilməmiş və Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmayan aktlar Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayır.
Maddə 9. Normativ hüquqi aktların qəbul edilməsinin hüquqi əsasları
9.1. Azərbaycan Respublikasında normativ hüquqi aktların qəbul edilməsi qaydası Azərbaycan Respublikası Konstitusiyası və qanunvericiliyi ilə müəyyən edilir.
9.2. Müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının baxılması, qəbul edilməsi və təsdiqi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 10. Normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar
Normativ hüquqi aktlar qəbul etmək səlahiyyəti olan orqanlar Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilir.
II fəsil. Normativ hüquqi aktların hazırlanmasının planlaşdırılması
Maddə 11. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının təsdiqi
11.1. Azərbaycan Respublikası qanunvericilik işləri planlarının təsdiqi Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə tənzimlənir.
11.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları özlərinin hazırlayacaqları normativ hüquqi aktların layihələrinin hazırlanması haqqında planları təsdiq edirlər.
Maddə 12. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlarında nəzərə alınan təkliflər
Normativ hüquqi aktların layihələrinin hazırlanması planları hazırlanarkən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının, Naxçıvan Muxtar Respublikasının, Azərbaycan Respublikası inzibati ərazi vahidlərinin, elmi idarələrin təklifləri, kütləvi informasiya vasitələrində və əhalinin müraciətlərində irəli sürülmüş təkliflər nəzərə alınır.
Maddə 13. Normativ hüquqi aktların layihələrinin hazırlanması planlarının müddətləri
Normativ hüquqi aktlar layihələrinin hazırlanmasının cari planları, bir qayda olaraq 6 aydan 1 ilədək müddətə tətbiq olunur.
Zəruri hallarda 5 illik müddət üçün perspektiv planlar nəzərdə tutula bilər. Bu planlarda qanunvericiliyin inkişaf istiqamətləri, kodifikasiya və ya normativ sənədlərin başqa cür qaydaya salınması üzrə iri tədbirlər müəyyən olunur, normativ aktların sistemləşdirilmiş və yaxud yeniləşdirilmiş nəşrlərinin hazırlanması nəzərdə tutulur. Perspektiv planlar cari planlarda konkretləşdirilir və nəzərə alınır.
Maddə 14. Plandankənar layihələrin hazırlanması
Normativ-hüquqi aktların layihələrinin hazırlanması planları ən vacib və iri həcmli aktların hazırlanmasını nəzərdə tutur və yuxarı orqanların tapşırığı əsasında, habelə başqa zəruri hallarda plandankənar layihələrin hazırlanmasını istisna etmir.
III fəsil. Normativ hüquqi aktların layihələrinin hazırlanması
Maddə 15. Normativ hüquqi aktların layihələrinin hazırlanması üçün komissiyaların yaradılması
15.1. Normativ hüquqi aktın layihəsini hazırlayan orqan, bir qayda olaraq, layihəni hazırlamaq üçün həmin orqanın işçilərindən, mütəxəssis və alimlərdən ibarət komissiya yaradır.
15.2. Layihələrin hazırlanması işinə elmi idarələrin, marağı olan dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri cəlb edilə bilərlər.
15.3. Layihələrin hazırlanmasında layihələri tərtib edən orqan və qurumların hüquq bölmələrinin iştirakı zəruridir.
Maddə 16. Normativ hüquqi aktların layihələrinin hazırlanması və ya sifariş edilməsi
Normativ hüquqi aktın ilkin layihəsinin, o cümlədən alternativ layihələrin hazırlanması dövlət orqanlarına, elmi idarələrə, qeyri-dövlət qurumlarına, ayrı-ayrı alim və mütəxəssislərə və ya onların kollektivlərinə tapşırıla, yaxud müqavilə ilə sifariş edilə, habelə ən yaxşı layihə üçün müsabiqə elan edilə bilər.
Maddə 17. Dövlət orqanlarının və inzibati-ərazi vahidləri nümayəndələrinin layihələrin hazırlanmasına cəlb edilməsi
17.1. Naxçıvan Muxtar Respublikasının və inzibati-ərazi vahidlərinin səlahiyyəti və mənafeyi ilə bağlı layihələr hazırlanarkən onların müvafiq orqanları bu işə cəlb olunurlar.
17.2. İqtisadiyyatın, dövlət idarəçiliyinin ayrı-ayrı sahələri üzrə layihələrin hazırlanmasına bu sahələrin inkişafı və vəziyyəti üçün cavabdeh olan müvafiq icra hakimiyyəti orqanları cəlb olunurlar.
Maddə 18. Qanunların layihələrinin yayılması
Azərbaycan Respublikası qanunlarının layihələri kütləvi informasiya vasitələri ilə və başqa üsullarla əhalinin nəzərinə çatdırıla bilər.
Maddə 19. Layihələrin ümumxalq müzakirəsinə verilməsi
Azərbaycan Respublikasının Milli Məclisi öz təşəbbüsü və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşəbbüsü ilə qəbul etdiyi qərarla Azərbaycan Respublikasının qanun layihələrini qanunla müəyyən edilmiş qaydada ümumxalq müzakirəsinə verə bilər.
Maddə 20. Əsas və konkretləşdirici layihələrə eyni vaxtda baxılması
Əsas normativ hüquqi aktı və onun müddəalarını inkişaf etdirən və ya konkretləşdirən başqa aktların layihələri eyni vaxtda hazırlanır və baxılır, bu mümkün deyilsə, əsas layihədə və ya onun qüvvəyə minməsi barədə aktın layihəsində bu cür aktların hazırlanması və qəbul edilməsi tapşırığı nəzərdə tutulur.
Maddə 21. Layihəyə əlavə edilən sənədlər
Normativ hüquqi aktların layihələri onların işlənib hazırlanması zərurətindən əsaslandırmaqla, gələcək aktların məqsədlərini, əsas müddəalarının və qüvvədə olan qanunvericilik sistemində onların yerinin, onların tətbiqindən gözlənilən sosial-iqtisadi və başqa nəticələrin geniş xarakteristikası, habelə bu layihələrin qəbul edilməsiylə qüvvədə olan qanunvericiliyə dəyişikliyi nəzərdə tutan aktın layihəsi ilə birlikdə baxılmaq və təsdiq üçün təqdim edilir. Həm də layihələrin hazırlanmasında iştirak etmiş və layihə barədə razılığı alınmış kollektivlər və şəxslər, ortaya çıxan ixtilaflar və onlar barədə motivli rəy göstərilir. Həyata keçirilməsi əlavə maddi və başqa məsrəflər tələb edən layihə təqdim edilərkən onun maliyyə-iqtisadi əsasları da əlavə olunur.
Maddə 22. Normativ hüquqi aktların rekvizitləri
Normativ hüquqi aktın aşağıdakı rekvizitləri olmalıdır:
22.1. normativ hüquqi aktın adı (qanun, fərman, qərar və s.);
22.2. tənzimləmə predmetini əks etdirən normativ hüquqi aktın adı (başlığı);
22.3. normativ hüquqi aktın qəbul edildiyi tarix və yer;
22.4. müvafiq normativ hüquqi aktı imzalamaq səlahiyyəti olan şəxsin imzası;
22.5. normativ hüquqi aktın nömrəsi.
Maddə 23. Normativ hüquqi aktın strukturu
23.1. Özündə hüquq normalarını əks etdirən maddə və ya bənd normativ hüquqi aktın əsas struktur elementidir. Hüquq normaları «maddə» adı altında maddələr şəklində qanunlara daxil edilir. Digər normativ hüquqi aktlar «bənd» sözü yazılmadan bəndlərdən ibarətdir.
23.2. Normativ hüquqi aktların məzmunca yaxın maddələri (bəndləri) fəsillərdə birləşə bilərlər. Məzmunca yaxın olan bir neçə fəsillər bölmələrdə birləşə bilərlər.
23.3. Normativ hüquqi aktın maddələri ayrı-ayrı hüquq normalarını əks etdirən bəndlərə, bəndlər isə yarımbəndlərə bölünə bilər. Maddə, bənd və yarımbəndlərin daxilində abzaslara ayrılan hissələr ola bilər.
23.4. Məcəllənin daxili strukturu digər əsaslarla qurula bilər.
23.5. Normativ hüquqi aktın qəbul edilməsinin məqsəd və səbəblərini, onun qarşısında duran əsas vəzifələri izah etmək zərurəti olan hallarda normativ hüquqi akta giriş hissəsi (preambula) verilir.
23.6. Zəruri hallarda normativ hüquqi aktda istifadə edilən termin və anlayışların mənasını izah edən maddə həmin normativ hüquqi akta daxil edilə bilər.
23.7. Normativ hüquqi aktın fəsilləri və maddələrin adları olmalıdır.
23.8. Həcmcə kiçik, fəsilsiz olan normativ hüquqi aktın maddələri abzas ola bilər.
23.9. Normativ hüquqi aktın strukturuna əlavələr daxil edilə bilər.
23.10. Məcəllənin, zəruri halda həcmcə iri normativ hüquqi aktın strukturuna mündəricat daxil edilir.
Maddə 24. Normativ hüquqi aktlara əlavə və dəyişikliklər edilməsi
24.1. Normativ hüquqi aktın hissəsi (fəsli, maddəsi, bəndi) qüvvədən düşmüş hesab edildikdə, onlar qüvvədə olan aktdan çıxarılır, lakin onların nömrələri saxlanılır və normativ hüquqi aktın hissələrinin (fəsillərinin, maddələrinin, bəndlərinin) nömrələri dəyişmir.
24.2. Normativ hüquqi akta əlavə hissə (fəsil, maddə, bənd) əlavə edildikdə, onlar aktın hissələrinin nömrələrini təkrarlamaqla əlavə nömrə ilə daxil edilir.
Maddə 25. Normativ hüquqi aktlarda başqa aktların maddələrinə istinad edilməsi və aktlarda başqa aktların maddələrinin təkrarlanması
Zəruri hallarda normativ hüquqi aktda digər aktların maddələrinə istinadlara, habelə yüksək səviyyəli aktlara istinad etməklə belə normativ hüquqi aktların ayrı-ayrı müddəalarının təkrarlanmasına yol verilir.
Maddə 26. Normativ hüquqi aktların maddələrində başqa maddələrə istinad edilməsi
Hüquqi normaların arasında qarşılıqlı əlaqəni pozmamaq və yaxud təkrarlara yol verməmək zərurəti olduğu hallarda, normativ hüquqi aktın maddələrində həmin normativ hüquqi aktın başqa maddələrinə istinad edilə bilər.
Maddə 27. Normativ hüquqi aktın dili
Aktın mətni sadə, ədəbi dildə verilməlidir. Köhnəlmiş, çoxmənalı söz və ifadələrdən, obrazlı sözlərdən, epitet və metaforalardan istifadə edilməsinə yol verilmir.
Maddə 28. Normativ hüquqi aktda məsuliyyət tədbirlərinin nəzərdə tutulması
Dövlət və yerli özünüidarə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqları təşkilatlarının, onların vəzifəli şəxslərinin, hüquqi və fiziki şəxslərin vəzifələrini nəzərdə tutan aktlarda həmin vəzifələrin pozulmasına görə qüvvədə olan qanunvericiliklə məsuliyyət nəzərdə tutulmamışdırsa, bu cür məsuliyyət tədbirləri göstərilməlidir.
Maddə 29. Yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar qüvvədə olan aktların öz qüvvəsini itirməsi və ya onlara dəyişikliklər və əlavələr edilməsi
29.1. Yeni aktın qəbul edilməsi ilə yeni normativ göstərişlərə zidd olan və ya yeni aktla tam əhatə olunan, yaxud formal olaraq qüvvədən düşməmiş, lakin faktik əhəmiyyətini itirən əvvəllər qəbul edilmiş bütün aktlar, yaxud onun hissələri bu Qanunla müəyyən edilmiş qaydada qüvvəsini itirmiş hesab olunur.
29.2. Yeni normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olaraq zəruri hallarda qüvvədə olan normativ hüquqi aktlara onları qəbul etmiş orqan tərəfindən müvafiq dəyişikliklər və əlavələr edilir.
Maddə 30. Normayaradıcı orqanın ləğvi və ya yenidən təşkili hallarında onun aktlarının qüvvədən düşməsi, yayılması, onlara dəyişiklik və əlavələr edilməsi
Normayaradıcı orqanın ləğvi və ya yenidən təşkili zamanı onun aktlarının qüvvədən düşmüş hesab edilməsi, onların yayılması, onlara dəyişiklik və əlavələr edilməsi məsələləri həmin orqanın hüquqi varisi və yaxud yuxarı orqan tərəfindən həll edilir.
IV fəsil. Normativ hüquqi aktların müstəqil elmi ekspertizası
Maddə 31. Layihələrin elmi ekspertizası və onun məqsədi
31.1. Baxılmaq və qəbul olunmaq üçün təqdim edilmiş normativ hüquqi akt layihəsinin keyfiyyətinin qiymətləndirilməsi üçün müstəqil elmi (hüquqi, iqtisadi, maliyyə, texniki, ekoloji və s.) ekspertiza keçirilə bilər.
31.2. Elmi ekspertizanın əsas məqsədləri:
31.2.1. hazırlanan layihələrin yüksək keyfiyyətinin, əsaslılığının, qanuniliyinin və aktuallığının təmin edilməsi;
31.2.2. qəbul edilən normativ hüquqi aktların elmi əsaslandırılmış sisteminin yaradılması;
31.2.3. qəbul edilən aktların mümkün neqativ, sosial, iqtisadi, hüquqi, ekoloji və digər nəticələrinin aşkarlanması.
Maddə 32. Layihəni ekspertizaya göndərmək səlahiyyəti
Normativ hüquqi aktın layihəsi onu qəbul etmək səlahiyyəti olan orqanın rəhbərliyinin qərarı ilə elmi ekspertizaya göndərilə bilər.
Maddə 33. Qanun layihəsinin hazırlanmasında iştirak edən ekspertlərin hüquqları
Qanun layihəsinin ekspertizasında iştirak edən şəxslərin:
33.1. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında və başqa dövlət orqanlarındakı layihənin hazırlanması ilə bağlı material və sənədlərlə, o cümlədən razılaşdırma və ümumxalq müzakirəsi zamanı alınmış təklif, rəy, irad və başqa materiallarla tanış olmaq;
33.2. müvafiq layihə müzakirə edilərkən, normativ hüquqi aktı qəbul etmək hüququ olan kollegial orqanların işində iştirak etmək hüquqları var.
Maddə 34. Ekspertlərin müstəqilliyi
Ekspertlər normativ hüquqi aktı qiymətləndirərkən müstəqildirlər və ekpertiza keçirmə tapşırığı verən orqandan asılı deyillər.
Maddə 35. Ekspert rə’yinə baxılması
Qanunun layihəsi barədə ekspertlərin rəyinə layihə Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməmişdən qabaq daimi komissiyaların iclasında baxılır.
Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilmiş və ekspertizaya göndərilmiş qanunun və ya başqa normativ hüquqi aktın layihəsi Azərbaycan Respublikasının Milli Məclisində yalnız ekspert rə’yi verildikdən sonra müzakirə edilir.
V fəsil. Normativ hüquqi aktların dərci və başqa formada yayılması
Maddə 36. Normativ hüquqi aktların dərci
36.2. Rəsmi qaydada dərc olunmuş normativ hüquqi aktlar qüvvəyə mindikdən sonra onların hər hansı orqan tərəfindən yerlərə göndərilmə faktından asılı olmayaraq, bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən tətbiq və icra olunmalıdır.
Maddə 37. Normativ hüquqi aktın icraçılarının vəzifələri
Normativ hüquqi aktın icrası üçün məsul olan orqan və vəzifəli şəxslər:
37.1. icraçıları aktla tanış etməli (zəruri hallarda iltizamnamə ilə);
37.2. zəruri hallarda aktların surətləri, onlardan çıxarışlarla icraçıları təmin etməli, aktları görünən yerlərdə asmalı, aktın qüvvəsi şamil edilən təşkilat, orqan və şəxslərin nəzərinə çatdırmaq üçün zəruri tədbirlər görməlidirlər.
Maddə 38. Normativ hüquqi aktların dərc olunması
38.1. Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları rəsmi nəşrlər sayılan «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikasının qanunvericilik toplusu»nda dərc olunur.
38.2. Azərbaycan Respublikası Milli Məclisinin qərarları «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Milli Məclisinin Məlumatı»nda dərc olunur.
38.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları rəsmi nəşr sayılan «Azərbaycan Respublikası qanunvericilik toplusu» və «Respublika» qəzetində dərc olunur, zəruri hallarda onların dərhal və geniş yayımının təmini üçün digər kütləvi informasiya vasitələrinin köməyindən istifadə olunur.
38.4. Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları müvafiq icra hakimiyyəti orqanı tərəfindən rəsmi nəşr sayılan «Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktlarının bülleteni»ndə dərc olunur.
38.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Milli Məclisi və müvafiq icra hakimiyyəti orqanları qəbul etdikləri normativ hüquqi aktları rəsmi dərc edə bilərlər.
38.6. Bu maddədə göstərilmiş normativ hüquqi aktlar onu qəbul etmiş orqanlar və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən əhalinin geniş kütlələrinin tanış olması zərurəti nəzərə alınmaqla lazımi tirajda dərc edilir.
38.7. Normativ hüquqi aktlar həmçinin istənilən kütləvi informasiya vasitələri və nəşriyyatlar tərəfindən dərc oluna bilər.
Maddə 39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərar və qərardadlarının dərci
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları və dərc olunmalı qərardadları rəsmi nəşr sayılan «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikası Konstitusiyasiya Məhkəməsinin Məlumatı»nda dərc olunur.
Maddə 40. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının aktlarının dərci
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dərc olunmalı aktları rəsmi nəşr sayılan «Azərbaycan» qəzetində və rəsmi mətbuat orqanında dərc olunur.
VI fəsil. Normativ hüquqi aktların zaman, məkan və subyektlərə görə qüvvəsi
Maddə 41. Normativ hüquqi aktların qüvvəyə minməsi müddəti
41.1. Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, onların özündə başqa müddət nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir.
41.2. Müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və Azərbaycan Respublikası Milli Bankının normativ aktları müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçdikdən sonra özlərində başqa qayda nəzərdə tutulmamışdırsa, dərc edildiyi gündən qüvvəyə minir.
41.3. Normativ hüquqi aktın hissəsinin (fəslinin, maddəsinin, bəndinin) qüvvəyə minməsi üçün normativ hüquqi aktın bütövlükdə qüvvəyə minməsinə dair müəyyən edilmiş müddətdən fərqli müddət müəyyən edilə bilər.
Maddə 42. Normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi
Normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi ilə tənzimlənir.
Maddə 43. Normativ hüquqi aktın qüvvədə olma müddəti
43.1. Normativ hüquqi akt, onun özündə ayrı hal nəzərdə tutulmamışdırsa, müddətsiz qüvvədə olur.
43.2. Akt bütövlükdə, yaxud onun bir hissəsi müvəqqəti qüvvədə ola bilər. Bu halda aktda onun və ya onun müvafiq hissəsinin qüvvədə olma müddəti göstərilir. Göstərilən müddət qurtaran kimi akt, yaxud onun müvafiq hissəsi əlavə elan olmadan qüvvədən düşür. Göstərilən müddət qurtaranadək aktı qəbul etmiş orqan aktın qüvvədə olma müddətinin artırılması və ya ona müddətsiz xarakter verilməsi haqqında qərar qəbul edə bilər.
Maddə 44. Normativ hüquqi aktın qüvvəsinin itirilməsi
44.1. Normativ hüquqi akt (onun hissəsi) aşağıdakı hallarda öz qüvvəsini itirir:
44.1.1. müvəqqəti aktın (aktın hissəsinin) müddəti başa çatdıqda;
44.1.2. əvvəllər qəbul edilmiş aktın müddəaları yeni qəbul edilmiş akta zidd olduqda;
44.1.3. əvvəllər qəbul edilmiş aktın müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqaviləyə zidd olduqda;
44.1.4. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1—3, 6, 8-ci bəndlərində nəzərdə tutulmuş hallarla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qəbul edildikdə;
44.1.5. aktı qəbul etmiş və ya qanunla müəyyən edilmiş qaydada bu səlahiyyətləri almış orqan tərəfindən onun qüvvədən düşməsi və yaxud dayandırılması barədə qərar qəbul edildikdə.
44.2. Normativ hüquqi akt onu qəbul etmiş orqanın aktı ilə və ya bunun üçün qanunvericiliklə müvəkkil edilmiş orqanın aktı ilə qüvvədən düşmüş hesab edilir.
Maddə 45. Normativ hüquqi aktların məkana və subyektlərə görə qüvvəsi
45.1. Normativ hüquqi aktlar müvafiq olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya inzibati-ərazi vahidinin ərazisində qüvvədə olur.
45.2. Normativ hüquqi aktların qüvvəsi qanunla müəyyən edilmiş hallar istisna olmaqla Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə dövlət və yerli özünüidarə orqanlarının, siyasi partiyaların, ictimai birliklərin, həmkarlar ittifaqları təşkilatlarının və başqa hüquqi şəxslərin vəzifəli şəxslərinə tətbiq edilir.
VII fəsil. Normativ hüquqi aktların şərhi
Maddə 46. Normativ hüquqi aktların şərhini zəruri edən hallar
46.1. Normativ hüquqi aktın məzmununun müəyyən edilməsinə, məna və məqsədlərinin, qanunvericilikdə istifadə olunan istilahların aydınlaşdırılmasına onun şərhi deyilir.
46.2. Rəsmi şərh buna səlahiyyəti olan orqanlar tərəfindən verilə bilər.
Maddə 47. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının rəsmi şərhinin verilməsi
Maddə 48. Müvafiq icra hakimiyyəti orqanların normativ hüquqi aktlarının rəsmi şərhi
Müvafiq icra hakimiyyəti orqanları qəbul etdikləri normativ hüquqi aktları rəsmi şərh edə bilərlər.
Maddə 49. Normativ hüquqi aktın şərhi zamanı akta dəyişikliklər olunmasının və konkretləşdirici normaların əlavə edilməsinin yolverilməzliyi
Normativ hüquqi akt şərh edilərkən ona dəyişikliklər edilməsinə, konkretləşdirici normalar əlavə olunmasına yol verilmir. Genişləndirici və yaxud məhdudlaşdırıcı təfsirə yalnız normativ hüquqi aktın mətni və mənası arasında açıq-aşkar fərq olanda yol verilir.
VIII fəsil. Normativ hüquqi aktların sistemləşdirilməsi və uçotu
Maddə 50. Normativ hüquqi aktların məcmuə və topluları
Normativ hüquqi aktların rəsmi məcmuə və topluları, qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa, həmin aktları qəbul edən orqanlar, yaxud onların tapşırığı ilə başqa orqanlar dərc edirlər.
Maddə 51. Normativ hüquqi aktların dövlət uçotu və dövlət qeydiyyatı
51.1. Azərbaycan Respublikasının bütün normativ hüquqi aktları dövlət uçotuna alınmaq üçün, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və Azərbaycan Respublikası Milli Bankının normativ aktları isə, həmçinin dövlət qeydiyyatı üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
51.2. Azərbaycan Respublikasının normativ hüquqi aktlarının dövlət uçotu və qeydiyyatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
IX fəsil. Son müddəalar
Maddə 52. Normativ hüquqi aktların hazırlanmasının, nəşrinin və qeydiyyatının maliyyələşdirilməsi
Normativ hüquqi aktların müqavilə və ya sifarişlə hazırlanması, ən yaxşı layihə üçün müsabiqə keçirilməsi, onların ekspertizası, rəsmi, nəşri, sair üsulla yayılması, habelə dövlət qeydiyyatı ilə əlaqədar xərclər dövlət büdcəsi hesabına ödənilir.
Maddə 53. Bu Qanunun qüvvəyə minməsi qaydası
53.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
53.2. Bu Qanun qüvvəyə mindiyi gündən 6 sentyabr 1994-cü ildə qəbul olunmuş «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının qanunu qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr 1999-cu il.
«Azərbaycan» qəzetində dərc olunmuşdur (14 yanvar 2000-ci il, № 9) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2000-ci il, № 1, maddə 9) («LegalActs» LLC).
22 aprel 2005-ci il tarixli, 898-IIQD nömrəli Qanuna əsasən dəyişikliklərlə («LegalActs» LLC).
Comments are closed, but trackbacks and pingbacks are open.