Press "Enter" to skip to content

Növlərin Əsl Mənşəyi

Fosil qeydləri tip və onurğasız canlı siniflərinin mənşəyi prosesinə birbaşa dəlil verməkdə çox az kömək edir. Fosil qalıqlarına əsasən deyə biləcəyimiz qədər, fosil qeydlərindəki hər tip ilk dəfə meydana gəldikdə xarakteristik bədən quruluşu ilə çoxdan təkmilləşmiş vəziyyətdədir. Heç bir tip arasında ara-keçid fosillər vasitəsilə əlaqə yoxdur. Həqiqətən də heç bir onurğasız sinfi ilə başqa sinif arasında ardıcıl ara-keçid canlısı vasitəsilə əlaqə ola bilməz. Tiplər və siniflər arasındakı əlaqə onların bənzərliyindən məlum olur. Ancaq filogenik təhlillərin ən mürəkkəb metodları belə tiplər arasındakı (yaxud eyni zamanda bir çox sinif arasındakı) əlaqə ilə bağlı fikir ayrılığını həll etməyə müvəffəq olmayıb.14

Növlərin mənşəyi

Çarlz Darvin 1859-cu ildə “Növlərin mənşəyi” kitabını nəşr etdirdikdə növlərin mənşəyinə dair öz fikirlərini açıqlamış və xəyali təkamül prosesinin müxtəlif mexanizmlər vasitəsilə baş verdiyini iddia etmişdi.

İddiasına görə, bu mexanizmlər ilə təkamül prosesi növlərdə kiçik dəyişikliklərə yol açıb, bunlar getdikcə böyüyüb və yer üzündəki canlı növləri ortaq əcdaddan kiçik dəyişikliklər nəticəsində törəyib. Bu nəzəriyyəyə görə, canlı növləri bir-birindən dəqiq fərqlərlə ayrılıb, ardıcıl kiçik dəyişikliklərlə bir-birindən fərqlənməyə başlayıblar.

Buna əsasən bütün canlılar bir-birlərindən törəyiblər. Bir canlı növü milyonlarla illik zaman kəsiyi boyu təsadüfi, mərhələli dəyişikliklər keçirib və nəhayət tamamilə başqa növə çevrilib. Bu təqdirdə yer üzündə iddia edilən uzun dəyişiklik prosesi zamanı müxtəlif ara-keçid növlər yaşamalıydı. Bu ara-keçid növlər bir növ keçid dövründə olduğuna görə inkişafını tamamlamamış, şikəst, natamam, qüsurlu canlılar olmalıydılar. Bu “dəyişiklik” prosesi milyon illər davam etdiyinə görə sözügedən ara-keçid formaları yer üzündə uzun müddət mövcud olmalı və bu formaların qalıqları da çoxlu sayda olmalıydı.

Darvin buna inanırdı. Zaman ərzində müxtəlif fosil axtarışları ilə ara-keçid növlərin tapılacağına və bu iddiasının sübut ediləcəyinə ümid bəsləyirdi. Nəzəriyyəsini də heç bir elmi əsası olmayan bu inanc üzərində qurmuşdu.

Darvinin nəzəriyyəsi saysız-hesabsız ara-keçid formanın yaşamasını tələb edirdi. Darvin bunu aşağıdakı sözləri ilə ifadə etmişdi:

Yaşayan və ya nəsli kəsilmiş bütün növlər arasındakı ara-keçid əlaqələrinin sayı həddindən artıq çox olmalıdır.1

Darvin kitabının başqa bölmələrində də həmin faktı dilə gətirmişdi:

Əgər nəzəriyyəm doğrudursa, növləri bir-biri ilə əlaqələndirən saysız-hesabsız ara-keçid növləri mütləq yaşamalıdır… Bunların yaşadığına dair dəlillər ancaq fosil qalıqları arasında tapıla bilər.2

Ancaq bu sətirləri yazan Darvin bu ara-keçid formaların fosillərinin heç cür tapılmadığını bilirdi. Bunun nəzəriyyəsi üçün böyük çətinlik olduğunu görürdü. Ona görə “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin çətinlikləri” (Difficulties on the Theory) adlı bölməsində belə yazmışdı:

Əgər növlər digər növlərdən hiss edilməyəcək dərəcədə kiçik tədrici inkişaflarla törəmişdirsə, nə üçün hər yerdə saysız-hesabsız ara-keçid formalara rast gəlmirik? Nə üçün bütün təbiət qarmaqarışıq deyil, gördüyümüz kimi, tam nizamlanmış növlərdən ibarətdir. Bəs nə üçün hər geoloji forma və hər təbəqə bu cür ara-keçid formalar ilə dolu deyil? Geologiya, doğrudan da, yaxşı dərəcələndirilmiş üzvi bir zəncir ortaya qoymur və, bəlkə də, bu, mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən açıq və ən ciddi etiraz olacaqdır.3

Darvinin fikrincə, kiçik dəyişikliklərlə təsadüfən əmələ gələn növlər əvvəlcə fəsilələri, sonra dəstələri (bitkilər aləmində-sıra), sonra sinifləri və sonra da canlı növlərini əsas anatomik quruluşu ilə bir-birindən fərqləndirən və aləmdən sonra ən böyük sinif olan tipləri əmələ gətirməli idi.

Ancaq fosil tapıntıları Darvinin nəzəriyyəsinə uyğun olmadı.

Həyatın mənşəyini aydınlaşdıran elmin mühüm sahəsi olan paleontologiyadır, yəni fosilləri öyrənən elmdir. İki əsdir ki, böyük səylə tətqiq edilən fosil yataqları Darvinin nəzəriyyəsinin tam əksi olan mənzərə ortaya çıxarır. Növlər təkamül keçirərək əmələ gəlməyib, yer üzündə bir anda və müxtəlif quruluşlarda meydana çıxmışlar.

Uels bölgəsində Kambria süxurlarında tapılan Kembri dövrünə aid fosillər Darvinin nəzəriyyəsində qurduğu təsnifata böyük zərbə idi. Dünya tarixinin ən qədim dövrü olan Kembri dövründə (542-488 milyon il əvvəl) birhüceyrəli canlıların yaşadığı mühitdə tam formalaşmış halda bir çox heyvan tipi və sinfi ani üzə çıxırdı. Başqa sözlə, Darvinin müəyyən etdiyi sistematik ardıcıllıq tərsinə işləmişdi. Tiplər növlərdən əvvəl meydana gəlmişdi.

Bu vəziyyət bir təkamülçü üçün olduqca şübhəli idi. Fosil tapıntıları ilə üzə çıxan nəticələrdən Darvin də xəbərdar idi. Bunu nəzəriyyəsi üçün ən böyük çətinliklərdən biri adlandırmışdı:

. Nəticədə, əgər mənim nəzəriyyəm doğrudursa, ən qədim Silur* (Kembri) təbəqəsinin əmələ gəlməsindən əvvəl çox uzun dövrlər olmalıdır, Silur dövründən bu günə qədər keçmiş zaman qədər uzun dövrlər. Hələ məlum olmayan bu dövrlər ərzində dünya canlı varlıqlarla dolub-daşmalıdır. Bu uzun zamanlara aid fosil izlərini nə üçün tapa bilmədiyimiz sualına isə qaneedici heç bir cavabım yoxdur.…4

Darvin məlum olan ən qədim fosil süxurlarında heyvanlar aləminin əsas siniflərinin bəzilərinin anidən üzə çıxdığını öyrəndikdə bunu “çox ciddi” problem adlandırmış və “bu vəziyyət hal-hazırda açıqlana bilmir. Burada iddia edilən fikirlərə qarşı əsaslı dəlil kimi irəli sürülə bilər” demişdi.5

Ancaq Darvinin fikrincə, bu, görünüşdə bir problem idi. Çünki o, bu açıq həqiqətə gələcəkdə açıqlama tapılacağını düşünürdü. Elə buna görə “dünya tarixinə dair faktların fosil qeydlərində yaxşı qorunmadığını” iddia etdi. Onun fikrincə, mürəkkəb üzvi varlıqlar Kembri təbəqələrinin əmələ gəlməsindən çox əvvəl yer üzündə meydana gəlmişdi və bu varlıqların fosil qalıqları da dünya tarixinin çox qədim, heç bilinməyən dövründə hər hansı yerə gömülmüşdü.6 Kembridən əvvəlki fosil yataqlarının temperatur və təzyiqdən dəyişikliyə məruz qaldığını, ona görə bütün fosil izlərinin silindiyini fərz edirdi. Buna görə də bütün böyük heyvan qruplarının “səhvən” Kembriyə aid edildiyini iddia edirdi. Darvinə görə, ətraflı fosil araşdırmaları və qazıntılar bu itmiş nümunələri və faktları bir gün mütləq üzə çıxaracaqdı.7

Ancaq Darvin yanılmışdı

Kembridən əvvələ aid bu gün əlimizdə olan məlumatlar Darvinin dövründəkindən çoxdur. O dövrdən etibarən Prekembri dövrünə aid fosillər üzərində çoxlu tədqiqat aparılıb. Əldə edilən nəticə isə Darvinin problemlərini həll etmək əvəzinə təkamülçülərin problemlərini daha da çətinləşdirdi. Kanada, Qrenlandiya və Çində Kembri dövrünə aid yeni fosil yataqlarına rast gəlindi.8 Prekembri dövrünə aid ancaq bəzi birhüceyrəli orqanizmlər əldə edilmişdi. Kembri fosillərinə bənzər və ya bu canlıların əcdadı hesab ediləcək hər hansı canlıdan əsər-əlamət yox idi.

Kembri dövrünün bu qədər əhatəli, kompleks canlı nümunələri verməsi Darvinin növlərin mənşəyi iddialarını kökündən məhv etmək üçün kifayətdir. Darvin nəzəriyyəsi üçün böyük faciə olan yeni fosil tapıntılarından xəbərdar ola bilmədi. Bu tapıntılar Darvinin davamçıları üçün böyük zərbə oldu. Növlərin mənşəyi ilə bağlı irəli sürülən iddialar Kembri yataqlarından əldə edilən nəticələrlə alt-üst olmuşdu. Bəs Kembri dövrünü digər dövrlərdən ayıran ən böyük fərq nə idi? Kembri canlılarının təkamülçüləri bu qədər narahat edən üstünlükləri nələr idi?

Bunu müxtəlif başlıqlar altında təhlil edək.

Fosillərin kafi olması

Darvinin dövründə canlı hüceyrəsi içi su ilə dolu torbacıq zənn edilirdi. Dövrün elm adamlarının hüceyrənin orqanoidləri və DNT-si haqqında məlumatı yox idi. Həyatın cildlərlə ensiklopediyaya bərabər miqdarda məlumat üzərində qurulduğundan xəbərləri yox idi. Anormal doğulan körpələr ananın doğuş zamanı keçirdiyi qorxunun nəticəsi hesab edilirdi. Darvinin dövründə bir bölgədə torpağın kotanla şumlanmasının həmin bölgənin iqlimini dəyişdirəcəyinə inanırdılar. Kosmosun isə rəngsiz maye olan efirlə örtüldüyünü düşünürdülər. Bir neçə nəsil boyu əlləri kəsilən şəxslərin uşaqlarının əlsiz doğulacağına inanırdılar. Darvinin dövründə (1859) elektron mikroskopu hələ icad edilməmişdi. Elektron mikroskopu bir tərəfə, bəşəriyyət hələ soyuducu (1938), telefon (1876), makina (1867) və hətta diyircəkli qələmlə (1863) tanış deyildi. Həmin dövrün tədqiqatçıları pərgar, kompas, termometr və bənzər sadə alətlərdən istifadə edərək təbiəti anlamağa çalışırdılar.

Çarlz Darvin nəzəriyyəsini ən ibtidai elm səviyyəsində inkişaf etdirdi. Sağdakına oxşar ən sadə mikroskopların altında canlılıq cox sadə quruluşa sahibmiş kimi görünürdü. Bu yanılma Darvinizmin əsasını təşkil etdi.

Darvinin dövründə fosil üzərində tədqiqatlar və bu tədqiqatlar nəticəsində əldə edilən məlumatlar çox məhdud idi.

Darvinin dövründə Kembri dövrünün 60 milyon ildən çox yaxşı olmadığı hesablanmışdı. Buna əsasən Yerin yaşı 200 milyon il hesablanmışdı.9 (Yerin hazırda elmə məlum olan yaşı 4.6 milyard ildir)

Darvinin dövründə elmin hər sahəsi geridə idi və bu səbəbdən xəyali təkamül prosesi ilə bağlı gözləntilər inkişaf edən elm və texnologiyanın öhdəsinə qoyulmuşdu. Darvinin dövründə fosil tapıntılarının bilinməyən bir çox şeyi üzə çıxaracağı inancı ilə irəli sürülən nəzəriyyələr insanlara normal görünürdü. Odur ki, həmin dövrdən etibarən Kembri dövründə canlıların ani meydana gəlməsini açıqlayacaq ara-keçid nümunələrini axtarma səyləri davam etdi. Məqsəd Prekembri dövrünə aid Kembri fosillərinə bənzəyən bir neçə nümunə tapmaq, əvvəlki dövrlərlə bu dövr arasında “təkamül” əlaqəsi qurmaq idi.

Aradan 150 il keçdi. Elm və texnologiyadakı irəliləyişlər insanlara çox mühüm məlumatlar verdi. Biokimya, biofizika, genetika və molekulyar biologiya sahələrindəki nailiyyətlər yer üzündəki canlılarda molekulyar səviyyədə mükəmməlliyin hakim olduğunu və molekulyar səviyyədə təkamül prosesinin mümkün olmadığını göstərdi. Paleontologiya sahəsindəki tapıntılar isə yerin altında gizlənmiş fosilləri üzə çıxardı və yer üzündə baş verdiyi iddia edilən xəyali təkamül prosesini sübut edən heç bir ara-keçid növ olmadığını göstərdi.

XXI əsrin paleontologiya sahəsinə qazandırdığı ən böyük fakt bu idi. Yer üzünün böyük hissəsində qazıntılar aparılmışdı. Geniş miqyaslı tədqiqatlar nəticəsində çoxlu sayda fosil nümunəsi əldə edilmişdi. Darvinin zaman ərzində həll olunacağını düşündüyü Kembri ilə bağlı tapılmayan ara-keçid fosilləri ilə bağlı darvinistləri təəccübləndirən həqiqət üzə çıxmışdı: dövrümüzdən yarım milyard il və daha da əvvələ aid hesab edilən bütün kompleks canlıların qalıqları həqiqətən də Kembri dövrünə aid idilər. Kembridən əvvələ aid fosil yataqları Kembriyə keçidi göstərən heç bir ara-keçid fosil nümunəsi vermirdi. Kembri dövründə komplekslik və müxtəliflik ani meydana gəlmişdi və bütün bunlar Kembridən sonra aradan çıxmışdı. Bu, həqiqətən qeyri-adi hadisə idi.

Artıq Darvinin davamçılarının xəyali “itmiş fosillərlə” bağlı “fosillər kifayət qədər deyil” iddialarının heç bir əsası qalmırdı. Harvard Universitetindən təkamülçü paleontoloq Stiven Cey Quld çəkinmədən belə etiraf etmişdi:

Belə bir partlayışın ən məşhuru – Kembri partlayışı müasir çoxhüceyrəli həyatın başlanğıcına damğasını vurur. Bir neçə milyon il ərzində, demək olar ki, bütün heyvan anatomiyalarının hər əsas növü ilk dəfə fosil qeydlərində üzə çıxmışdır. Prekembri qeydləri hal-hazırda kifayət qədərdir və mükəmməl ara-keçid formalarının kəşf edilməmiş zəncirləri ilə bağlı köhnə iddia artıq inandırıcı deyil.10

Fosil qeydlərinin dövrümüzdə kifayət qədər olması təkamülçü paleontoloqların ümidlərini puç edib. Üstəlik, əldə edilən fosil qeydləri təkamülə dəlil verməməklə yanaşı, irəli sürülən saxta dəlilləri də təkzib edir. Təkamül nəzəriyyəsinin irəli sürdüyü saxta, yanıldıcı təkamül dəlilləri: 1) əldə edilən yeni fosillər üzərindəki hərtərəfli tədqiqatlar; 2) milyon illər əvvələ aid nümunələrin tapıldığı “yaşayan fosillər” və 3) eyni canlıya aid fosillərin müxtəlif zaman kəsiklərində üzə çıxması ilə elmə məlum olan “stasis” (fosillərdəki stabillik) faktı nəticəsində tamamilə aradan qalxmışdır. Yəni fosil tədqiqatları Darvinin gözləntilərini deyil, Darvinin heç gözləmədiyi nəticələri üzə çıxarmışdır.

Çikaqodakı Fild aına Təbiət Tarixi Muzeyinin keçmiş rəhbəri təkamülçü Devid M. Roup (Dr. David M. Raup) bu barədə belə deyib:

Fosil qeydləri Darvini çaşdırmışdı… Düzdür, biz indi Darvindən təxminən 120 il sonrasındayıq və fosil qeydləri haqqındakı məlumat böyük ölçüdə artmışdır. İndi əlimizdə milyonun dörddə biri qədər fosil növ var, ancaq vəziyyət çox da dəyişməmişdir. Təkamül qeydi, hələ də, gözlənilməz formada qırıq-qırıqdır və gülməlidir ki, əlimizdə hətta Darvinin vaxtındakından da az təkamüli keçid forma var. Bununla demək istədiyim, fosil qeydlərindəki darvinist dəyişikliyin bəzi klassik nümunələri, məsələn, Şimali Amerikadakı atın təkamülü kimi, daha ətraflı məlumatlar nəticəsində atılmalı, ya da dəyişdirilməli olmuşdur…Bundan daha az faktların olduğu dövrdə sadə irəliləyişlər nəzərə çarpırdı. Bunlar indi daha kompleks və az mərhələli görünür. Bu təqdirdə Darvinin problemi son 120 ildir ki azalmayıb. 11

Təkamülçü zooloq Devid Kitts (David Kitts) isə fosil qeydlərinin göstərdiyi faktları təkamülçülər üçün çətinlik kimi səciyyələndirmişdir:

Paleontologiya çətinliklər təqdim edir. Bunlardan ən pisi fosil qeydləri arasındakı boşluqlardır. Təkamül ara-keçid formalarının olmasını tələb edir. Ancaq paleontologiya bunları vermir.12

Paleontologiyanın ortaya qoyduğu həqiqət budur: Prekembri adlandırdığımız Kembridən əvvəlki dövr fosil qeydlərinə görə tamamilə birhüceyrəli canlıların yaşadığı dövr kimi qarşımıza çıxır. Dövrümüzdən 1.2 milyard il əvvəl yer üzündə içində DNT olan bir nüvəli birhüceyrəli canlıların yaşadığı mühit olub. Kembrinin başlanğıcına doğru içində bir neçə fərqli hüceyrə növü olan süngərə bənzər canlılarla qarşılaşırıq. Hüceyrələr öz funksiyalarını yerinə yetirən xüsusiləşmiş hüceyrələrdir. Ancaq bu canlılar mürəkkəb daxili quruluşu, sinir sistemi və əzələ lifi olmayan varlıqlardır.13 Yəni Kembri canlılarından çox fərqlənirlər.

Fosil qeydləri Kembriyə aid, bir anda meydana çıxan, bir-birilə əlaqəsi olmayan geniş müxtəlifliyə malik canlıların xüsusiyyətlərini üzə çıxarıb, onların əcdadını deyil! Kaliforniya Universitetindən təkamülçü bioloq Ceyms Valentin (James W. Valentine) bu mövzu ilə bağlı belə etiraf edir:

Fosil qeydləri tip və onurğasız canlı siniflərinin mənşəyi prosesinə birbaşa dəlil verməkdə çox az kömək edir. Fosil qalıqlarına əsasən deyə biləcəyimiz qədər, fosil qeydlərindəki hər tip ilk dəfə meydana gəldikdə xarakteristik bədən quruluşu ilə çoxdan təkmilləşmiş vəziyyətdədir. Heç bir tip arasında ara-keçid fosillər vasitəsilə əlaqə yoxdur. Həqiqətən də heç bir onurğasız sinfi ilə başqa sinif arasında ardıcıl ara-keçid canlısı vasitəsilə əlaqə ola bilməz. Tiplər və siniflər arasındakı əlaqə onların bənzərliyindən məlum olur. Ancaq filogenik təhlillərin ən mürəkkəb metodları belə tiplər arasındakı (yaxud eyni zamanda bir çox sinif arasındakı) əlaqə ilə bağlı fikir ayrılığını həll etməyə müvəffəq olmayıb.14

Valentin etiraf edir ki, fosil qeydləri təkamülə heç bir dəlil vermir, canlılar olduqları yerdə ani meydana gəliblər. Başqa sözlə, təkamülçü elm adamları Kembri ilə bağlı təkamül prosesinin baş vermədiyini etiraf etməyə məcbur olublar. Xəyali Prekembri ara-keçid fosilləri əvəzinə sayı artmış kompleks Kembri canlıları ilə qarşılaşmaq Kaliforniya Universitetindən paleontologiya professoru təkamülçü Brüs Ranneqarın (Bruce Runnegar) da belə etiraf etməsinə səbəb olub:

Gözləndiyi kimi, paleontoloqlar fosil qeydləri üzərində diqqətlərini cəmlədilər və onurğasız canlı qruplarının böyük müxtəlifliyinin erkən tarixi ilə bağlı çox zəngin məlumat topladılar. Ancaq onların mənşəyi haqqında olduqca az şey öyrəniblər.15

Təkamül nəzəriyyəsi ancaq fosil qeydlərinə ümid bəsləyir. Ancaq fosil qeydlərinin də kafiliyi, yer üzünün böyük hissəsinin qazılıb araşdırılması canlıların təkamül keçirmədiyinin açıq-aydın başa düşülməsi üçün kifayətdir. Hər hansı təkamül prosesi baş verməyib. Təkamülçülərin “fosil qeydləri kifayət qədərdir və indiyədək heç bir ara-keçid fosilinə rast gəlinməyib” açıqlamaları əslində “təkamül nəzəriyyəsini dəstəkləyən heç bir dəlil yoxdur” etirafından başqa bir şey deyil. Bu fakt açıq-aydın, bütün dəlilləri ilə Allah`ın uca Varlığını, mükəmməl yaratma sənətini və üstün qüdrətini göstərir. Canlılar sanki bir sənət əsəri kimi heyranedici xüsusiyyətləri ilə birlikdə Allah`ın istədiyi anda Allah`ın istəyi ilə yaradılıblar.

Şəkildə gördüyünüz Myanmada tapılmış təbaşir dövrünə aid 100 milyon il əvvəl yaşamış bostan ağcaqanadının fosilidir. Göründüyü kimi hal-hazırda yaşayan bostan ağcaqanadlarından arasında heç bir fərqlilik yoxdur.

Əgər həqiqətən təkamül baş versəydi, canlıların yer üzündə kiçik mərhələli dəyişmələrlə ortaya çıxmaları və zamanla bu dəyişmələrə davam etmələri lazım olacaqdı. Ancaq fosil qeydləri bunun tamamilə əksini göstərir. Müxtəlif canlı sinifləri özlərinə bənzəyən əcdadları
olmadan birdən ortaya çıxmışlar və yüz milyon illər boyu heç bir dəyişikliyə uğramadan sabit şəkildə qalmışlar

Prekembri dövründə yer üzü

550 milyon ildən çox yaşı olmayan Kembri süxurlarında ən qədim heyvan fosilləri qorunub- buğumayaqlılar, molyusklar, çiyinayaqlılar və digərləri. Bunlardan aşağı təbəqədə heç bir heyvan fosili yoxdur. Darvinin özü də qəbul edirdi ki, təbii seçmə ilə təkamül prosesi bütün canlıların əcdadı hesab olunan populyasiyaları da əhatə etməlidir. Elm adamları saysız-hesabsız iddialar irəli sürdülər – canlıların təkamülündəki bu kritik aralıqda yerləşən fosillərin qorunduğu süxurlar aşınıb və ya metamorfoza məruz qalıb. Yaxud canlılar yeni su mənbələrinin olduğu göllərdə meydana gəlib və daha sonra okeanlara gediblər. Bu iddiaların heç biri qaneedici deyildi. Kembri dövrünün başlanğıcını tərif edən zəngin heyvan fosilləri bir müəmma kimi qaldı.16

Prekembri dövrü (Kembridən əvvəlki dövr) Yerin əmələ gəlməsindən Kembri dövrünə qədər olan müddətə verilən addır. Yerin yaşının təxminən 4.6 milyard il olduğu qəbul edilir. Bu dövrdəki ən qədim orqanizmlərə aid birbaşa dəlillər isə 3.5 milyard il əvvələ aiddir. Bunlar sianobakteriya (göy-yaşıl yosun) adlanan, dənizlərdə yaşayan və fotosintez edən bakteriya koloniyalarının bəzi təbəqələrdə xalça kimi sərilmiş qalıqlarıdır. Sianobakteriyalar prokariot tipli birhüceyrəli canlılardır. Təqribən 2 milyard il əvvəl eukariot tipli hüceyrələr fosil qeydlərində üzə çıxır. Bu hüceyrələrdə DNT nüvənin içində yerləşir, hüceyrə orqanoidləri qılafla örtülü olur(bu xüsusiyyətlər prokariotlara aid deyil). Yer üzündə dövrümüzdən 3.5 milyard-600 milyon il əvvəlki dövrdə ancaq prokariot və eukariot tipli birhüceyrəli orqanizmlər mövcud olub. Yəni Yerin tarixinin ancaq 85%-lik zaman kəsiyində birhüceyrəli canlılar yaşayıblar.

Çoxhüceyrəli orqanizmlər isə ilk dəfə 600 milyon illik süxurlarda üzə çıxırlar. Bunların çoxu lil təbəqələrində qoyduqları qurumuş izlərdən məlum olur. Quruluşca yastıdırlar. Görünüşcə heç bir orqanları yoxdur. Gözləri, hərəkət etmək üçün çıxıntıları, qısası, kompleks fizioloji sistemləri yoxdur.

Ona görə Prekembri dövründə uzun zaman kəsikləri boyu ancaq birhüceyrəli heyvanlar yaşayıblar, lakin Prekembrinin sonunda çoxunun xüsusiyyəti qeyri-müəyyən olan çoxhüceyrəlilər meydana gəliblər.

Kembri dövrü Prekembrinin monotonluğu ilə müqayisədə geniş miqyaslı, ani cücərmə kimidir. Bu cücərmə ilə heç bir orqanı olmayan canlıların yaşadığı dövr sona çatır, bioloji kompleksliyin həddindən çox artdığı, ekosistemlərə malik yeni dövr başlayır. Bu dövrdə Yerin hər yerində demək olar ki eyni zaman kəsiyində onurğasız dəniz qabıqlılarının mükəmməl növləri ortaya çıxır.

Ortaya çıxan canlı qrupları anatomik cəhətdən bir-birindən asanlıqla ayırd edilən özünəməxsus bədən quruluşuna malik idilər. Bunlar dövrümüzdə də nümunələri yaşayan buğumayaqlılar, çiyinayaqlılar və molyusklar kimi canlı tipləri idi. Kembridə ortaya çıxan tiplərin sayı təqribən 50-yə yaxındır. Kembri canlılarının bəzilərinin daha əvvəl yaşamış heç bir canlıda olmayan göz, qəlsəmə, lamisə orqanı, ayaqlar, mədə kimi kompleks orqanları və kompleks fizioloji sistemləri vardı. Qısası, dövrümüzün okeanlarında gördüyümüz qabıqlı onurğasız canlıların bütün tipik formaları ilk dəfə Kembri dənizlərində üzə çıxmışdı.

Təkamülçülər Prekembri dövrünün Kembri partlayışı nəticəsində ortaya çıxan fosillərlə bağlı ipucu verəcək, heç vaxt baş verməmiş təkamül haqqında dəlil verəcək dövr olduğunu düşünürdülər. Təkamülçülərin fikrincə, Kembri partlayışının bütün dəlilləri Prekembri dövründə ortaya çıxmalı idi. Əks təqdirdə canlıların təkamülü ssenarisi əsasını itirəcəkdi. Bu, belə də oldu.

Kembri canlılarının xüsusiyyətləri kəşf edildikcə Prekembri dövrü daha çox əhəmiyyət qazandı. Ancaq zaman ərzində artan tədqiqatlar, daha da artan tapıntılar bu dövr ilə bağlı yalnız bu məlumatları verirdi: Prekembri dövründə birhüceyrəli canlılardan başqa varlıqlar yaşamamışdı. Aparılan dərin tədqiqatlar yalnız bunu göstərirdi. Tapılan fosillər yumşaq bədənlərinin izləri qalmış canlılara aid idi. Fosillər kompleks canlıların təkamül əcdadları ilə bağlı məlumat vermir, təkamülçülərin vəziyyətini daha da çətinləşdirirdi. Kaliforniya Universitetindən botanika professoru təkamülçü Deniel İ. Akselrod (Daniel I. Axelrod) Prekembri süxurlarında axtardıqları fosilləri tapmadıqlarını belə açıqlayırdı:

Geologiyanın və təkamülün həll edilməmiş ən böyük problemlərindən biri bütün qitələrdəki alt Kembri süxurlarında müxtəlif çoxhüceyrəli onurğasız dəniz canlılarının ortaya çıxması və daha uzun dövr boyu bu canlıların süxurlarda olmamasıdır.17

Sözügedən tapıntılar bu faktı göstərir: təkamülçülərin daima qarşılaşdığı fosil qeydlərindəki boşluq Prekembri yataqlarında yenidən qarşılarına çıxır. Politoloq və eyni zamanda təkamülçü olan Robert Uesson (Robert G. Wesson) təkamülçülərin görməməzliyə vura bilmədiyi fosil qeydləri ilə bağlı bunları deyir:

Fosil qeydlərində boşluqların olması həqiqətdir. Hər hansı önəmli qolun fosil qeydinin olmaması çox təəccüblüdür. Növlər əsasən və demək olar ki, tamamilə sabitdir, (. ) siniflər əsla yeni növlərə və ya yeni siniflərə doğru təkamül keçirməyib, ancaq bir-birlərini əvəz edir və bu dəyişiklik, demək olar ki. ani olur.18

Paleontoloqlar 4 milyard il əvvəlki mənzərənin 600 milyon il əvvələ qədər dəyişmədiyini üzə çıxarıblar. Bu uzun dövrdə birhüceyrəlilərin yaşadığı mühit hakim olub. Təkamülçülər bu böyük boşluğa açıqlama vermək üçün çox çalışıblar. Ancaq indiyə qədər irəli sürülən bütün iddialar əsassız qalıb və Prekembriyə aid xəyali ara-keçid forma boşluğunu dolduracaq hər hansı dəlilə rast gəlinməyib.

Bəzi təkamülçülər bu çətin vəziyyəti müxtəlif yollarla açıqlamağa çalışırlar. Məsələn, təkamülçü Nayls Eldric (Niles Eldredge) bu açıqlamanın arxasına sığınmışdır:

Erkən Kembridəki ara-keçid formaları ilə bağlı çox dəlil görə bilmirik, çünki ara-keçid formaları yumşaqbədənli olmalıdır və bu səbəbdən də fosilləşməmələri ehtimal olunur.19

Əslində Eldricin və ya hər hansı başqa elm adamının bu açıqlamanı verməsi təəccüblüdür. Çünki onların fikrincə, qabıqlı Kembri canlılarının xəyali mənşəyi hər nədirsə, mütləq kompleks varlıqlar olmalıdır, çətinliklə tapılan yumşaqbədənlilər deyil.

Üstəlik, bu açıqlama aldadıcıdır. Çünki Prekembri dövründə yaşamış birhüceyrəli canlılara aid fosillər olduğu kimi qalıblar və tədqiqatçılar bunlara dair çoxlu nümunələr əldə ediblər. Bundan əlavə, Kembri canlılarının çoxunun sinir sistemi də daxil olmaqla yumşaq toxumalarının böyük hissəsi fosil qalıqlarında qorunub. Bu təqdirdə yumşaqbədənli xəyali ara-keçid canlıların fosilləşməməsi iddiasını Prekembri və Kembri süxurları əsassız edir.

Eldric bu məsələ ilə bağlı belə etiraf etməli olmuşdur:

Çoxhüceyrəli canlıların ani müxtəlifliyi ilə bağlı hələ də çox böyük problem var. Bunda heç bir şübhə yoxdur. Bu, həqiqətən təəccüblüdür.20

Eldric ilə birlikdə “sıçrayışlı təkamül” nəzəriyyəsini gündəmə gətirən və bu nəzəriyyə ilə Kembri canlılarına açıqlama verməyə çalışan Stiven Cey Quldun etirafı isə məsələyə daha çox aydınlıq gətirir:

Canlıların tarixində açıq-aydın irəliləyiş tapılmamasını fosil qeydlərinin ən çaşdırıcı həqiqəti kimi görürəm.21

Hadisələrə obyektiv baxan və məntiqli düşünən insan üçün əslində bunda təəccüblü heç nə yoxdur. Yer üzü baş verməmiş təkamül prosesi ilə bağlı dəlil vermir və bu, çox normaldır. Çünki təkamül prosesi baş verməyib. Prekembri süxurlarında birhüceyrəli canlıların fosilləri ələ keçib, çünki həmin dövrdə yaşayan yeganə canlılar onlardır. Qalıqlar və həmin dövrdə Yer kürəsinin və atmosferin xüsusiyyətlərinə dair faktlar bu həqiqəti sübut edir.

Nə Prekembri dövründə, nə də bu dövrdən əvvəl və sonra təkamül prosesi baş verməyib, fosillər bunu sübut edir. Fosillər dövrümüzdən milyon illər əvvəl yaşamış canlıların yaradılış möcüzəsi olduğunu və Allah`ın üstün gücü ilə bir anda qüsursuz yaradıldığını göstərir. Təkamülçülərin yeganə istinadgahı olan paleontologya yaradılışı sübut etmiş və təkamül nəzəriyyəsini açıq-aydın təkzib etmişdir. Təkamül tərəfdarlarının bir qismi bunu qəbul ediblər. Lakin bəzi təkamülçülər tərəfindən bunun qəbul edilməsi, görünür, bir az uzun çəkəcək. Qlazqo Universitetindən geologiya professoru təkamülçü Nevil Corc Prekembri canlıları arasında heç bir ara-keçid forma olmamasının xüsusi yaradılışdan başqa izahı olmadığını bu sözlərlə etiraf edir:

Əsas heyvan qruplarının təkamül mənşəyi olduğunu və bunun xüsusi yaradılış olmadığını qəbul etdikdə Prekembri süxurlarında tiplərin heç bir üzvünün fosil izi qoymaması, Darvin dövründə olduğu kimi, indi də açıqlamasızdır.22

Prekembri dövründə yaşayan birhüceyrəli canlıları yaradan, onların həyat tərzini müəyyən edən Allah`dır. Allah bütün varlıqların Yaradanıdır. Təkamülçülər bu həqiqətləri görmədikcə, açıq şəkildə qəbul etmədikcə yer üzü tarixinə aid bütün faktlar onları təəccübləndirəcək, çarəsiz qoyacaq. Allah bir ayədə belə buyurur:

* Darvinin dövründə Silur təbəqəsinin indiki Kembri təbəqəsini də əhatə etdiyi zənn edilirdi.

Charles Darwin, The Origin of Species, s. 234
Charles Darwin, The Origin of Species, s. 179
Charles Darwin, The Origin of Species, s. 171, 280.
Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 313-314
Charles Darwin, The Origin of Species, s. 351
Charles Darwin, Evrim Kuramı – Seçme Yazılar, Eleştiriler, Hürriyet Vakfı yayınları, s. 124
Jonathan Wells, Icons of Evolution (Science or Myth, Why Much of What We Teach About Evolution is Wrong?), Regnery Publishing, 2000, s. 37
Jonathan Wells, Icons of Evolution (Science or Myth, Why Much of What We Teach About Evolution is Wrong?), Regnery Publishing, 2000, s. 37
Peter Douglas Ward, On Methuselah´s Trail “Living Fossils and Great Extinctions”, W. H. Freeman and Company, 1992, s. 30
Stephen Jay Gould, “An Asteroid to Die For,” Discover, October 1989, p. 65
Walter Starkey, The Cambrian Explosion “Evolution´s Big Bang? Or Darwin´s Dillema?”, WLS Publishing, 1999, s. 233. David Raup, “Conflicts between Darwin and Paleontology”, Field Museum of Natural History Bulletin yanvar 1979, ild. 50 No. 1, s. 25
Walter Starkey, The Cambrian Explosion “Evolution´s Big Bang? Or Darwin´s Dillema?”, WLS Publishing, 1999, s. 233
Andrew Parker, In The Blink of an Eye, Perseus Publishing, Nisan 2003, s. 15-18
Duane T. Gish, Evolution: The Fossils Still Say No!, Institude of Creation Research, California, 1985, s. 58
Duane T. Gish, Evolution: The Fossils Still Say No!, Institude of Creation Research, California, 1985, s. 68-69
Stephen Jay Gould, The Book of Life: The Burgess Shale and the Nature of History, W. W. Norton & Company Inc., 2001, s. 46
I. Axelrod, “Early Cambrian Marine Fauna,” Science, sayı 128, 4 Temmuz 1958, s. 7
Wesson, Robert G., “Beyond Natural Selection”, MIT Press: Cambridge MA, 1994, s. 45
Duane T. Gish, Evolution: The Fossils Still Say No!, Institude of Creation Research, California, 1985, s. 67
Luther Sunderland, Darwin´s Enigma “Ebbing the Tide of Naturalism”, Master Books, 2002, s. 53
Stephen Jay Gould, “The Ediacaran Experiment,” Natural History, buraxılış 93, fevral 1984, s. 23
T. Neville George, “Fossils in Evolutionary Perspective,” Science Progress, sayı 48, No. 189, Ocak 1960, s. 5

© 2015 – Bütün hüquqları qorunur

Növlərin Əsl Mənşəyi

Darvin 1859-cu ildə “Növlərin mənşəyi” kitabını nəşr etdirdikdə canlıların qeyri-adi müxtəlifliyini açıqlayan nəzəriyyə irəli sürdüyünü düşünürdü. Bir canlı növü daxilində təbii müxtəlifliklər (variasiyalar) olduğunu müşahidə etmişdi. Məsələn, İngiltərədəki heyvan bazarlarını gəzərkən inəklərin çox fərqli cinslərinin olduğunu, heyvandarların da onları seçib, cütləşdirərək yeni cinslər əldə etdiklərini müşahidə etmişdi. Buna əsaslanaraq da “canlılar təbii şəkildə özləri müxtəlifləşə bilirlər, deməli, uzun zaman kəsikləri ərzində bütün canlılar yeganə ortaq əcdaddan törəyə bilər” şəkilində fikir irəli sürmüşdü.

Lakin Darvinin “növlərin mənşəyi” haqqında irəli sürdüyü bu fərziyyə əslində növlərin mənşəyini heç cür açıqlamırdı. Genetika elminin inkişafı ilə bir canlı növü daxilindəki müxtəlifləşmənin heç vaxt yeni növün əmələ gəlməsinə səbəb olmadığı məlum oldu. Darvinin “təkamül” hesab etdiyi fakt əslində “variasiya” idi.

Variasiya nədir?

Variasiya genetika elmində işlədilən termindir və “müxtəlifləşmə” mənasını verir. Bu genetik hadisə bir canlı növü daxilindəki fərdlərin və ya qrupların bir-birlərindən fərqli xüsusiyyətlərə malik olmasına səbəb olur. Məsələn, yer üzündəki insanların hamısı, əsasən, eyni genetik məlumata malikdirlər, amma bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində bəziləri qıyıq gözlüdür, bəziləri sarışındır, bəzilərinin burnu uzun, bəzilərinin boyu qısadır.

Variasiya təkamülə dəlil deyil, çünki variasiya onsuz da mövcud olan genetik məlumatın fərqli cütləşmələrindən ortaya çıxır və genetik məlumata yeni xüsusiyyət qazandırmır. Təkamül nəzəriyyəsi qarşısında duran sual isə budur: tamamilə yeni növə aid yeni məlumat necə üzə çıxır?

Variasiya həmişə genetik məlumatın hüdudları çərçivəsində olur. Genetika elmində sözügedən hüduda “gen hovuzu” deyilir. Bir canlı növünün gen hovuzunda mövcud olan bütün xüsusiyyətlər variasiya sayəsində müxtəlif formalarda üzə çıxa bilir. Məsələn, variasiya nəticəsində bir sürünən növü daxilində digərinə nisbətən daha uzun quyruqlu və ya daha qısa ayaqlı cinslər meydana gələ bilər, çünki qısa ayaq məlumatı da, uzun ayaq məlumatı da sürünənlərin gen hovuzunda var. Amma variasiya sürünənlərə qanad taxıb, tük əlavə edib, maddələr mübadilələrini dəyişdirib onları quşa çevirmir. Çünki bu cür çevrilmə canlının genetik məlumatında əlavələr olmasını tələb edir, lakin variasiyalarda belə vəziyyət baş vermir.

Darvin nəzəriyyəsini irəli sürdükdə bu həqiqəti dərk etməmişdi. Variasiyaların hüdudu olmadığını düşünürdü. 1844-cü ildə yazdığı bir məqaləsində “bir çox yazıçı təbiətdəki variasiyanın bir hüdudu olduğunu qəbul edir, amma mən bu düşüncənin əsaslandığı konkret səbəbi görə bilmirəm” demişdi. 28 “Növlərin mənşəyi”ndə də müxtəlif variasiya nümunələrini nəzəriyyəsinin ən böyük dəlili kimi göstərmişdi. Məsələn, Darvinin fikrincə, daha çox süd verən inək cinsləri yetişdirmək üçün müxtəlif inək variasiyalarını cütləşdirən heyvandarlar nəticədə inəkləri başqa canlı növünə çevirə biləcəkdilər. Darvinin bu “hüdudsuz dəyişiklik” fikrini “Növlərin mənşəyi” kitabında yazdığı bu cümləsi ən yaxşı şəkildə ifadə edir:

Bir ayı cinsinin təbii seçmə yolu ilə getdikcə daha çox suda yaşamağa uyğun quruluş və vərdişlər əldə etməsində, daha böyük ağıza malik olmasında və nəticədə bu canlının nəhəng balinaya çevrilməsində heç bir çətinlik görmürəm. 29

Darvinin bu cür iddialı nümunələr verməsinin səbəbi yaşadığı əsrin ibtidai elm anlayışı idi. XX əsrin elmi isə canlılar üzərində aparılan bənzər təcrübələr nəticəsində “genetik dəyişməzlik” (genetic homoestatis) adlandırılan prinsipi aşkar etdi. Bu prinsip bir canlı növünü dəyişdirmək üçün edilən bütün cütləşdirmə (müxtəlif variasiya əmələ gətirmə) səylərinin nəticəsiz qaldığını, canlı növləri arasında keçilməz divarlar olduğunu ortaya qoyurdu. Yəni fərqli inək variasiyalarını cütləşdirən heyvandarların nəticədə inəkləri Darvinin iddia etdiyi kimi, başqa bir növə çevirməsi qətiyyən mümkün deyildi.

“Darvin yenidən mühakimədə” (Darwin retried) kitabının müəllifi Norman Makbet bu mövzuda belə deyir:

Problem canlıların həqiqətən də hüdudsuz şəkildə variasiyaya malik olub-olmamalarıdır. Növlər həmişə sabitdirlər. Heyvandarların yetişdirdiyi fərqli bitki və heyvan cinslərinin müəyyən həddən sonra irəliləmədiyini, hətta daima orijinal formalarına geri qayıtdıqlarını bilirik. Əsrlərlə davam edən yetişdirmə səylərinə baxmayaraq, heç vaxt qara lalə və ya mavi gül əldə etmək mümkün olmamışdır. 30

Heyvandarlıq mövzusunda dünyanın ən məşhur mütəxəssislərindən biri hesab edilən Lüter Börbenk bu həqiqəti “bir canlıda baş verən inkişafın bir həddi var və bu qanun bütün yaşayan canlıları müəyyən edilmiş bəzi hüdudlar daxilində sabit saxlayır” deyərək ifadə edir. 31

Ceri Berqman “təbii seçmə nəzəriyyəsi ilə əlaqədar bəzi bioloji problemlər” adlı məqaləsində variasiyanın daima müəyyən genetik hüdudlar daxilində meydana gəldiyini açıqlayan bioloq Edvard Diveydən sitat gətirərək belə şərh edir:

Divey bu nəticəyə gəlmişdir: “Çarpaz cütləşdirmə metodu ilə çox mühüm nəticələr əldə edilmişdir. Amma nəticədə buğda yenə də buğdadır, məsələn, üzüm deyil. Donuzlarda qanad əmələ gətirməyimiz quşların silindirşəkilli yumurtlamaları qədər qeyri-mümkündür. Daha müasir nümunə son əsr ərzində dünyadakı kişilərin boyunda müşahidə edilən artımdır. Daha yaxşı qidalanma və yaşayış şərtləri sayəsində kişilər son əsr ərzində boylarının uzunluğu ilə demək olar ki, rekord qırıblar; amma bu boy uzunluğu artsa da, artıq dayanma həddinə çatmışdır. Çünki artıq genetik hüduda dirənmiş vəziyyətdəyik. 32

Qısa desək, variasiyalar ancaq bir növün genetik məlumatının hüdudları daxilində qalan bəzi dəyişikliklər meydana gətirir, amma heç vaxt növlərə yeni genetik məlumat əlavə etmir. Bu səbəbdən, heç bir variasiya “təkamül” nümunəsi hesab edilə bilməz. Müxtəlif it və ya at cinslərini nə qədər cütləşdirsəniz də, nəticədə ortaya yenə it və ya at çıxacaq, amma yeni növ əmələ gəlməyəcəkdir. Danimarkalı elm adamı V.L.Cohansen bu mövzunu belə xülasə edir:

Darvinin xüsusi vurğuladığı variasiyalar əslində müəyyən həddən irəli gedə bilmirlər və bu səbəbdən variasiyalar “daimi dəyişikliyə (təkamülə) səbəb deyil”. 33

“Mikrotəkamül” etirafları

Göründüyü kimi, Darvinin “növlərin mənşəyi”nin açıqlaması hesab etdiyi variasiyaların əslində belə bir məna daşımadığı genetika elminin kəşfləri ilə aşkar edildi.

Buna görə də təkamülçü bioloqlar növ daxilindəki müxtəlifləşmə ilə yeni növ əmələ gəlməsini bir-birindən fərqləndirmək və bunlar haqqında iki ayrı məfhum irəli sürməyə məcbur oldular. Növ daxilindəki müxtəlifləşməyə, yəni “variasiya”ya “mikrotəkamül” adı verdilər. Yeni növlərin əmələ gəlməsi fərziyyəsi isə “makrotəkamül” adlandırıldı.

Bu iki məfhum uzun müddət biologiya kitablarında yer aldı. Əslində isə burada yanıldıcı üslubdan istifadə edilmişdir. Təkamülçü bioloqların “mikrotəkamül” adlandırdığı variasiya nümunələrinin əslində təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdur. Çünki təkamül nəzəriyyəsi canlıların mutasiya və təbii seçmə mexanizmləri ilə yeni genetik məlumatlar qazanaraq inkişaf etdiklərini irəli sürür. Lakin variasiyalar bir az əvvəl də bildirdiyimiz kimi, heç vaxt yeni genetik məlumat əmələ gətirmir və ona görə də “təkamülə” səbəb olmurlar. Variasiyalara “mikrotəkamül” adı verilməsi təkamülçü bioloqların ideoloji təsir metodudur.

Təkamülçü bioloqların “mikrotəkamül” anlayışından istifadə edib yaratdıqları təsəvvür variasiyaların uzun zaman ərzində tamamilə yeni canlı sinifləri əmələ gətirməsi baxımından səhv məntiqdir. Belə ki, mövzu haqqında dərin məlumata malik olmayan bir çox adam “mikrotəkamül uzun zaman davam etdikdə makrotəkamülə çevrilir” kimi səthi düşüncəyə qapılırlar. Bu düşüncənin nümunələrini tez-tez görmək mümkündür. Bəzi “həvəskar” təkamülçülər “insanlarda boyun orta uzunluğu bir əsr ərzində 2 sm artmışdır, deməli, milyonlarla il ərzində hər cür təkamül baş verə bilər” kimi məntiq yürüdürlər. Lakin yuxarıda da deyildiyi kimi, boyun orta uzunluğundakı dəyişiklik kimi variasiyaların hamısı müəyyən genetik hüdudlar çərçivəsində baş verən və təkamülə dəxli olmayan proseslərdir.

Belə ki, “mikrotəkamül” adlandırdıqları variasiyaların yeni canlı sinifləri əmələ gətirmədiyini, yəni “makrotəkamülə” çevrilmədiyini dövrümüzdəki nüfuzlu təkamülçü dairələr də qəbul edir. Təkamülçü bioloqlar Cilbert, Opitz və Raff “Developmental biology” jurnalında 1996-cı ildə dərc edilən məqalələrində bu mövzunu belə açıqlayırlar:

Müasir Sintez (neodarvinist nəzəriyyə) mühüm nailiyyətdir. Ancaq 1970-ci illərdən başlayaraq çox sayda bioloq bu nəzəriyyəni təkamülü açıqlama baxımından qeyri-kafi olması ilə bağlı sorğu-suala tutmağa başladı. Genetika elmi makrotəkamülü açıqlamaq üçün qaneedici vasitə ola bilər, lakin genetik məlumatdakı mikrotəkamül xarakterli dəyişikliklər bir sürünəni bir məməliyə və ya bir balığı amfibiyaya çevirə bilməz. Mikrotəkamül sadəcə uyğun olanların həyatda qalması anlayışını bir yöndən izah edə bilər, uyğun olanların əmələ gəlməsini isə açıqlaya bilməz. Qudvinin 1995-ci ildə dediyi kimi, “növlərin mənşəyi, yəni Darvinin problemi həllini tapmamışdır”. 34

“Mikrotəkamül” adlandırılan variasiyaların “makrotəkamül” iddiasını, yəni növlərin mənşəyini heç cür izah etməməsi digər təkamülçü bioloqlar tərəfindən də qəbul edilmişdir. Məşhur elm adamı Rocer Levin 1980-ci ilin oktyabrında Çikaqo Təbiət Tarixi Muzeyində 150 təkamülçünün iştirak etdiyi dörd gün davam edən məşhur elmi konfransda bu mövzuda gəldikləri nəticəni belə izah edir:

Darvin (variasiyalara əsaslanaraq) yürütdüyü məntiqdə haqlı idimi? Təkamül biologiyasının tarixindəki son 40 ilin ən mühüm konfranslarından birində iştirak edən elm adamlarının ortaya qoyduğu fikrə görə bu sualın cavabı “xeyr”dir. Çikaqo konfransındakı əsas məsələ bu idi: mikrotəkamülü təmin edən mexanizmlər makrotəkamül adlandırdığımız fenomeni açıqlaya bilərmi? Cavab məlumdur: xeyr. 35

Bu həqiqət belə də xülasə edilə bilər: darvinizmin bir əsrdən artıq müddətdən bəri “təkamül dəlili” kimi göstərdiyi variasiyaların əslində “növlərin mənşəyi” ilə heç bir əlaqəsi yoxdur. İnəklər milyonlarla il boyu müxtəlif şəkildə cütləşdirilə bilər və fərqli inək cinsləri əldə edilə bilər. Amma inəklər heç vaxt başqa bir canlı növünə, məsələn, zürafəyə və ya filə çevrilməz.

Darvin Qalapaqos adalarında görduyu və nəzəriyyəsinə sübut hesab etdiyi fərqli “alacəhrə dimdikləri” həqiqətən də bir variasiya nümunəsidir və növlərin təkamülü idiasına sübut hesab etmək olmaz.

Darvinin Qalapaqos adalarında gördüyü müxtəlif alacəhrələr də eyni şəkildə “təkamülə” dəlil olmayan variasiya nümunəsidir. Son illərdə aparılan müşahidələr alacəhrələrdə Darvinin nəzəriyyəsinin irəli sürdüyü kimi, hüdudsuz dəyişikliyin baş vermədiyini üzə çıxarmışdır. Habelə Darvinin 14 fərqli növ kimi müəyyən etdiyi müxtəlif alacəhrə növlərinin çoxu əslində bir-biriləri ilə cütləşən, yəni eyni növün fərdləri olan variasiyalardır. Elmi müşahidələr demək olar ki, hər təkamülçü mənbədə əfsanə kimi izah edilən “alacəhrə dimdikləri” nümunəsinin əslində “variasiya” nümunəsi olduğunu, yəni təkamül nəzəriyyəsinə dəlil olmadığını göstərir. Qalapaqos adalarına “darvinist təkamülün dəlillərini tapmaq” üçün gedən və adalardakı alacəhrə növlərini uzun illər boyu müşahidə edən Piter və Rouzmeri Qrantın məşhur elmi fəaliyyətləri adada “təkamül” baş vermədiyini sübut etməkdən başqa nəticə verməmişdir. 36

Elə bu səbəbdən də Darvinin problemi, yəni “növlərin mənşəyi” təkam ülçülər üçün hələ də c avabsızdır.

Fosillərə əsasən növlərin mənşəyi

Təkamül nəzəriyyəsinin iddiasına əsasən, yer üzündəki canlı növləri ortaq əcdaddan kiçik dəyişikliklər nəticəsində törəyiblər. Başqa sözlə, nəzəriyyəyə əsasən, canlı növləri bir-birindən kəskin fərqlərlə ayrılmır. Ancaq təbiətdə aparılan müşahidələr iddia edilən davamlı dəyişmələrin olmadığını göstərmişdir. Canlılar aləmində bir-birindən nəzərəçarpacaq dəyişikliklərlə fərqlənən müxtəlif kateqoriyaların olduğu müşahidə olunmuşdur. Onurğalılar paleontologiyası sahəsində mütəxəssis və qabaqcıl təkamülçülərdən biri olan Robert Karol bunu “onurğalıların təkamül modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı kitabında belə etiraf edir:

Bu gün dünyada demək olar ki, saysız-hesabsız növün yaşamasına baxmayaraq, bunlar bir-birindən çətinliklə fərqləndirilən ara formalardan ibarət davamlı spektr əmələ gətirmirlər. Bunun əvəzinə növlərin demək olar ki, hamısı bir-birindən səciyyəvi xüsusiyyətlərlə fərqlənən əsas qruplara aiddirlər. 37

Canlılığın mənşəyini aydınlaşdıran elmın ən önəmli sahəsi paleontologiya, yəni fosilləri öyrənən elmdir. İki əsrdir böyük səylə tətqiq edilən fosil yataqları,Darvinin nəzəriyyəsinin tam əksi olan mənzərə ortaya çıxarır. Növlər təkamül keçirərək əmələ gəlməyib, yer üzündəbir anda və müxtəlif quruluşlarda meydana çıxmışlar.

Təkamül tarixən baş verdiyi iddia edilən bir prosesdir. Bizə canlıların tarixi haqqında məlumat vərən yeganə elmi mənbə də fosillərdir. P.Qrasse bu mövzuda belə deyir:

Təbiətşünaslar unutmamalıdır ki, təkamül prosesi sadəcə fosillər vasitəsilə üzə çıxa bilər. Sadəcə paleontologiya (fosilləri öyrənən elm) təkamülə dəlil verə bilər və təkamülün inkişafını və mexanizmlərini göstərə bilər. 38

Fosillər vasitəsilə bu mövzunu aydınlaşdırmaq üçün təkamül nəzəriyyəsinin iddiaları ilə fosil tapıntılarını bir-birləri ilə qarışdırmamalıyıq.

Təkamül nəzəriyyəsinə əsasən, bütün canlılar bir-birlərindən törəmişlər. Əvvəlcədən mövcud olan bir canlı növü zaman ərzində başqa bir canlıya çevrilmiş və bütün növlər bu şəkildə meydana gəlmişlər. Nəzəriyyəyə əsasən, bu çevrilmə yüz milyon illəri əhatə edən zaman ərzində baş vermiş və mərhələ-mərhələ irəliləmişdir. Bu təqdirdə iddia edilən uzun çevrilmə prosesi çərçivəsində saysız-hesabsız “ara növlər” əmələ gəlməli və yaşamalıdırlar.

Məsələn, keçmişdə balıq xüsusiyyətlərini hələ də daşımalarına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanmış yarıbalıq-yarısürünən canlılar yaşamalıdır. Yaxud da sürünən xüsusiyyətlərini daşıyan və eyni zamanda da bəzi quş xüsusiyyətləri qazanmış sürünən quşlar əmələ gəlməlidir. Bunlar çevrilmə prosesində olduqları üçün şikəst, natamam, qüsurlu canlılar olmalıdır. Keçmişdə yaşadıqları güman edilən bu nəzəri canlılar “ara keçid formalar” adlandırılır.

Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşayıblarsa, onların sayı və növü milyonlarla, hətta milyardlarla olmalıdır. Bu canlıların qalıqlarına mütləq rast gəlinməlidir. Çünki bu ara keçid formalarının sayı bu gün məlum olan heyvan növlərindən də çox olmalı və dünyanın hər tərəfi fosilləşmiş ara keçid formaların qalıqları ilə zəngin olmalıdır. Bu həqiqət Darvin tərəfindən də qəbul edilmişdir və Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:

Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birilə əlaqələndirən saysız-hesabsız ara keçid növlər mütləq yaşamalıdır. Onların yaşadığına dair dəlillər isə ancaq fosil qalıqları arasında tapıla bilər. 39

Bu sətirləri yazan Darvin bu ara-keçid formalarının fosillərinin heç cür tapılmadığını da bilirdi. Bunun öz nəzəriyyəsi üçün böyük problem olduğunu da görürdü. Ona görə “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında duran çətinliklər” (Difficulties on theory) adlı bölməsində belə yazmışdı:

Əgər həqiqətən növlər digər növlərdən tədrici inkişafla törəmişdirsə, nə üçün saysız-hesabsız ara-keçid formaya rast gəlmirik? Nə üçün bütün təbiət qarmaqarışıq deyil, tam nizam halındadır? Saysız-hesabsız ara keçid forması olmalıdır, lakin nə üçün yer üzünün sayıla bilməyəcək qədər çox olan təbəqələrində onları tapmırıq? Nə üçün hər geoloji forma və hər təbəqə bu cür ara-keçid formaları ilə dolu deyil? Geoloji cəhətdən yaxşı dəyərləndirilmiş dövr müəyyən edilməmişdir və bəlkə də bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaqdır. 40

Darvinin bu böyük problem qarşısında irəli sürdüyü yeganə açıqlama isə o dövrdəki fosillərin kafi olmaması idi. Fosillər hərtərəfli şəkildə təhlil edildikdə itmiş ara formaların mütləq tapılacağını iddia etmişdi.

Ara keçid formaları problemi və sabitlik

Təkamülçü paleontoloqlar Darvinin bu iddiasına əsaslanaraq XIX əsrin ortalarından etibarən dünyanın hər tərəfində qızğın fosil araşdırmaları apardılar və ara keçid formalarını axtardılar. Lakin bütün səylərinə baxmayaraq, bu ara-keçid formalarına heç vaxt rast gəlmədilər. Aparılan qazıntılarda və araşdırmalarda əldə edilən bütün tapıntılar təkamül nəzəriyyəsinin iddialarının əksinə, canlıların yer üzündə birdən-birə, tam və qüsursuz şəkildə ortaya çıxdıqlarını göstərdi.

Təkamülçü paleontoloq Robert Karol fosil tapıntılarının darvinistlərin ümidlərini boşa çıxardığını etiraf etməyə məcbur olmuşdur:

Darvinin ölümündən bəri 100 ildən çox davam edən qızğın fosil yığma fəaliyyətlərinə baxmayaraq, fosil qeydləri hələ də onun gözlədiyi saysız-hesabsız ara-keçid halqaları ilə bağlı səhnə üzə çıxarmır. 41

Başqa bir təkamülçü paleontoloq K.S.Tomson yeni canlı qruplarının fosil qeydlərində çox ani surətdə üzə çıxdıqlarını bildirir:

Əsas canlı qrupu ortaya çıxdıqda və fosil qeydlərində ilk dəfə göründükdə əcdadı və ya təkamül qohumu olduğu fərz edilən qruplarda görünməyən yeni xüsusiyyətlərlə birlikdə üzə çıxır. Morfologiya və funksiyalarındakı bu radikal fərqlərin çox sürətlə üzə çıxdığı görünür. 42

Bioloq Frensis Hiçinq isə “Zürafənin boynu: Darvinin səhvi nədə idi?” (The neck of the giraffe: where Darwin went wrong) adlı kitabında belə yazır:

Fosil qeydlərində Darvivin irəli sürdüyü kimi mərhələli bir inkişaf yoxdur. Fərqli canlı növləri özlərinə xas bədən quruluşları ilə bir anda meydana gəlmişlər.

Əgər fosillər tapırıqsa və əgər Darvinin nəzəriyyəsi doğrudursa, onda qayalarda müəyyən qrup məxluqun daha kompleks başqa qrup məxluqa doğru kiçik dəyişikliklərlə təkamül keçirdiyini göstərən qalıqlar üzə çıxmalıdır. Nəsildən-nəsilə inkişaf edən bu “kiçik dəyişikliklər” olduqca yaxşı qorunmalıdır. Ancaq vəziyyət heç də belə deyil. Əslində bunun tam əksi doğrudur. Darvinin “saysız-hesabsız ara forma olmalıdır, amma bunları nə üçün yer üzünün saysız-hesabsız təbəqələrində tapa bilmirik?” deyərkən şikayətlənməsi kimi. Darvin fosil qeydlərindəki bu “qeyri-adi çatışmazlığın” sadəcə daha artıq fosil qazıntısı aparmaqla əlaqədar olduğunu düşünmüşdü. Amma nə qədər yeni fosil qazıntıları aparılsa da, tapılan növlərin demək olar ki, hamısının istisnasız bu gün yaşayan heyvanlara çox bənzədiyi üzə çıxmışdır. 43

Fosil qeydləri canlı növlərinin həm bir anda və tamamilə fərqli quruluşda meydana gəldiklərini, həm də çox uzun geoloji dövrlər boyu dəyişmədən sabit qaldıqlarını göstərir. Harvard Universitetindən paleontoloq və məşhur təkamülçü Stefen Cey Quld bu həqiqəti 1970-ci ilin sonlarında belə qəbul edir:

Fosilləşmiş növlərin əksərinin tarixi pilləli təkamüllə ziddiyyət təşkil edən iki fərqli xüsusiyyət ortaya qoyur:

1. Sabitlik. Əksər növlərdə dünyada mövcud olduğu müddət ərzində heç bir dəyişiklik baş verməmişdir. Fosil qeydlərində ilk dəfə meydana gəldikləri andakı formaları nədirsə, qeydlərdən izləri silindiyi andakı formaları da o cürdür. Morfoloji (forma) dəyişiklik əsasən məhduddur və müəyyən istiqaməti yoxdur.

2. Ani şəkildə ortaya çıxma. Bir növ hər hansı lokal bölgədə əcdadlarından pilləli şəkildə dəyişikliklərə uğrayaraq mərhələ-mərhələ meydana gəlmir, bir anda və “tamamilə formalaşmış” şəkildə ortaya çıxır. 44

Sonrakı tədqiqatlar fosil qeydlərində görülən sabitlik və ani şəkildə ortaya çıxma həqiqətini daha çox gücləndirdi. Stefen Cey Quld və Nayls Eldric 1993-cü ildə “geoloji tarix boyu növlərin çoxu ya nəzərə çarpacaq dərəcədə dəyişməmiş, ya da heç bir aydın istiqaməti olmayan morfoloji cəhətdən cüzi dalğalanmalar baş vermişdir” deyə yazdılar. 45Robert Karol 1997-ci ildə “əsas qrupların çoxunun geoloji baxımdan çox qısa müddətdə əmələ gələrək müxtəlifləşdiyini və əsaslı morfoloji və ya qidalanma tipli dəyişikliklər olmadan daha uzun müddət həyatını davam etdirdiyini” qəbul etməyə məcbur olmuşdur. 46

Burada “ara forma” anlayışının tam şəkildə nə məna verdiyini bildirməliyik. Təkamül nəzəriyyəsinin iddia etdiyi ara formalar iki canlı növü arasında qalan, lakin əksik və yarım orqanlara malik olan canlılardır. Ancaq bəzən ara forma anlayışı səhv başa düşülür və əslində ara forma xüsusiyyəti daşımayan canlılar ara forma kimi qəbul edilir. Məsələn, bir canlı qrupunun digər canlı qrupuna aid xüsusiyyətlərə malik olması ara formaya aid xüsusiyyət deyil. Avstraliyada yaşayan ördəkburun məməli olmasına baxmayaraq, sürünənlər kimi yumurtlayaraq çoxalır. Bundan başqa, ördək burnuna bənzəyən dimdiyi var. Elm adamları ördəkburun kimi canlılara “mozaik canlı” adını vermişlər. Mozaik canlıların ara forma olmadığı Stefen C.Quld və Nayls Eldric kimi qabaqcıl təkamülçü paleontoloqlar tərəfindən də qəbul edilir. 47

Fosil qeydlərinin kafiliyi

Görəsən, ara forma fosillərinin yoxluğu qarşısında Darvinin 140 il əvvəl müdafiə etdiyi “ara formalar indi yoxdur, amma yeni tədqiqatlarla tapıla bilər” arqumenti hələ də etibarlıdır? Başqa sözlə, aparılan bütün fosil tədqiqatlarının nəticəsinə baxaraq ara formalarının, əslində, heç vaxt yaşamadıqları qəbul edilməlidir, yoxsa yeni araşdırmaların nəticələri gözlənilməlidir?

Bu suala veriləcək cavabı, əlbəttə, əlimizdəki fosil qeydlərinin zənginliyi müəyyən edir. Paleontoloji faktlara baxdıqda isə fosil qeydlərinin həddindən artıq zəngin olduğunu görürük. Dünyanın müxtəlif bölgələrindən əldə edilmiş milyardlarla fosil nümunəsi var. 48

Bu fosillərə baxaraq 250 min müxtəlif canlı növü müəyyən edilmişdir və bunlar hal-hazırda yaşayan 1.5 milyon növə həddindən artıq bənzərdir. 49 (hal-hazırda yaşayan bu 1.5 milyon növün 1 milyonu həşəratlardır). Bu qədər zəngin fosil mənbəyinə baxmayaraq, heç bir ara forma tapılmasa da, yeni qazıntılarda ara formaların tapılacağı mümkün hesab edilir.

Qlazqo Universitetindən paleontologiya professoru T.Nevil Corc bu həqiqəti illər əvvəl belə qəbul etmişdir:

Fosil qeydlərinin kasadlığı üçün üzr istəməyə artıq ehtiyac yoxdur. 50

Amerikan Doğa Tarihi Müzesi Müdürü ünlü paleontolog Niles Eldredge ise, Darwin’in “fosil kayıtları yetersiz, ara formları o yüzden bulamıyoruz” iddiasının geçerli olmadığını şöyle açıklamaktadır:

Bütün dəlillər fosil qeydlərinin ortaya qoyduğu nəticənin doğru olduğunu göstərir: (Fosil qeydlərində) gördüyümüz boşluqlar həyat tarixindəki həqiqi hadisələri əks etdirir, bunlar fosil məcmusunun kifayət etməməsinin nəticəsi deyil. 51

Robert Uesson isə 1991-ci ildə nəşr olunan “Təbii seçmədan kənar” (Beyond natural selection) adlı kitabında “fosil qeydlərindəki boşluqların həqiqi və faktiki” olduğunu belə açıqlayır:

Fosil qeydlərindəki boşluqlar həqiqətdir. Hər hansı (təkamül xarakterli) törəməni göstərən qeydlərin yoxluğu son dərəcə açıqdır. Növlər, əsasən, çox uzun zaman kəsikləri ərzində sabit qalmışlar. Növlər və xüsusilə cinslər heç vaxt yeni bir növə və ya cinsə doğru təkamül keçirməmişlər. Bunun əvəzinə, bir növ və ya cinsin digəri ilə yerdəyişməsi müşahidə edilmişdir. Dəyişiklik isə, əsasən, ani surətdə baş verir. 52

Fosil qeydlərində sabitlik
Əgər həqiqətin təkamül baş versəydi,canlıların yer üzündə kiçik mərhələli dəyişmələrlə ortaya çıxmaları və zamanla bu dəyişmələrə davam etmələri lazım olacaqdı.Ancaq fosil qeydləri bunun tamamilə əksini göstərir. Müxtəlif canlı sinifləmələri, özlərinə bənzəyən əcdadları olmadan birdən ortaya çıxmışlar və yüz milyon illər boyu heç bir dəyişıkliyə uğramadan sabit şəkildə qalmışlar.
Ordovik dövrünə aid “at dırnağı xərçəngi” fosil. Bu 450 milyon illik fosildə günümüzdə yaşayan nümunələrində fərqlənmir. Ordovik dövrünə aid ustritsa fosilləri; bu gün yaşayan ustritsalardan fərqlənmir.

Bu vəziyyət təkamül nəzəriyyəsinin 140 ildən bəri irəli sürdüyü “ara forma fosilləri tapılmamışdır, amma sonradan tapıla bilər” arqumentinin artıq əsassız olduğunu göstərir. Fosil qeydləri canlıların mənşəyini anlamaq üçün kifayət qədər zəngindir və qarşımıza konkret faktlar qoyur: fərqli canlı növləri aralarında təkamül xarakterli “keçid formaları” olmadan yer üzündə bir anda və fərqli formaları ilə ayrı-ayrı meydana gəlmişlər.

Baltik dənizinin sahillərində kəhrəba içində tapılan təxminən 170 milyon illik bir həşərat fosili. Yaşayan nümunələrindən fərqlənmir. 35 milyon illik milçəklər. Yaşayan nümunələri ilə eyni bədən quruluşuna sahibdirlər. Yurasik dövrünə aid təxminən 170 milyon illik krevet fosili. Yaşayan krevetlərdən fərqlənmir.

Fosil qeydlərinin göstərdiyi həqiqət

Bəs on illərlə cəmiyyətin şüuruna yerləşən “təkamül-paleontologiya” əlaqəsi haradan gəlir? Nə üçün bir çox insan fosil qeydlərindən bəhs edilərkən bu qeydlər ilə Darvinin nəzəriyyəsi arasında müsbət əlaqə təsəvvürünə qapılır? Bu sualların cavabı məşhur “Science” (Elm) elmi jurnalındakı bir məqalədə belə açıqlanır:

Almaniyanın Bavariya bölgəsində tapılan 140 milyon illik cırcırama fosili.Yaşayan nümunələrindən fərqlənmir.

Təkamül biologiyası və paleontologiya sahələrindən kənarda qalan çox sayda yüksək təhsilli elm adamı təəssüf ki, fosil qeydlərinin darvinizmə çox uyğun olduğu səhv fikrinə düşmüşdür. Bu, böyük ehtimalla, ikinci dərəcəli mənbələrdəki həddindən artıq sadələşdirmədən qaynaqlanır; aşağı səviyyəli dərsliklər, yarı-populyar məqalələr və s. Digər tərəfdən, böyük ehtimalla, bir az tərəfli düşüncə də araya girir. Darvindən sonrakı illərdə onun tərəfdarları bu istiqamətdə (fosillər sahəsində) irəliləyiş əldə etməyə ümid bəsləmişlər. Bu irəliləyiş əldə edilməmiş, lakin yenə də müsbət yönlü ümid davam etmiş və bəzi təxəyyül məhsulu olan fantaziyalar da dərsliklərə bu cür girmişdir. 53

N.Eldric və İ.Tattersal isə bu mövzuda belə şərh verirlər:

Kəhrəba içində tapılmış 25 milyon illik termit fosilləri. Bu gün yaşayan termitlərdən heç bir fərqi yoxdur.

Eyni növlərə aid fosillərin fosil qeydlərində mövcud olduqları müddət ərzində dəyişmədikləri Darvinin “Növlərin mənşəyi”ni nəşr etdirməsindən əvvəl də paleontoloqlara məlum idi. Darvin isə gələcək nəsillərin bu boşluqları dolduracaq yeni fosil tapıntıları əldə edəcəyini iddia etmişdir. Aradan keçən 120 ildən çox müddət ərzində aparılan bütün paleontoloji araşdırmalar nəticəsində fosil qeydlərinin Darvinin bu iddiasını təsdiqləməyəcəyi artıq açıq şəkildə görünür. Bu fosil qeydlərinin qeyri-kafiliyindən irəli gələn problem deyil. Fosil qeydləri açıq şəkildə sözügedən iddanın səhv olduğunu göstərir.

Növlərin həddindən artıq sabit olması və uzun zaman kəsikləri ərzində daima sabit qalması istiqamətindəki müşahidələr “Kral çılpaqdır” nağılındakı vəziyyətə bənzəyir. Hər kəs bunu görür, amma görməməzliyə vurur. Darvinin irəli sürdüyü mənzərəni israrla inkar edən fosil qeydləri ilə qarşı-qarşıya qalan paleontloqlar bu həqiqətdən açıq-aşkar üz çevirmişlər. 54

Amerikalı paleontoloq S.M.Stenli isə fosil qeydlərinin ortaya qoyduğu bu həqiqətin elm dünyasına hakim olan darvinist ehkam tərəfindən necə gözardı edildiyini və etdirildiyini b elə izah edir:

Məlum olan fosil qeydləri pilləli təkamülə uyğun gəlmir və heç vaxt da uyğun gəlməmişdir. Nəzərə çarpan cəhət odur ki, bəzi tarixi şərtlər vasitəsilə bu ziddiyyət gizlədilmişdir. Bir çox paleontoloq əllərindəki dəlillərin Darvinin kiçik, yavaş və pilləli dəyişikliklərin yeni növ əmələ gətirməsi fikriylə ziddiyyət təşkil etdiyini hiss etmişdir. Ancaq onlar susdurulmuşdur. 55

İndi fosil qeydlərinin günümüzədək “susdurulmuş” həqiqətini daha ətraflı təhlil edək. Bunun üçün ən qədim dövrlədən bu günə qədər keçən təbiət tarixini mərhələli şəkildə nəzərdən keçirmək lazımdır.

Teoloji düşüncəni təkamül nəzəriyyəsi ilə qarşılaşdıran fikirlər

The teoloji düşüncəni təkamül nəzəriyyəsi ilə qarşılaşdıran fikirlər həyatın mənşəyini və canlı növlərinin təkamülünü daha dəqiq izah etməyə çalışarkən zamanla inkişaf etmiş mövqelərdir.

Həm təkamül düşüncəsi, həm də növlərin mənşəyinə olan maraq kökləri qədim dövrlərdən başlayır. Rumlar, Romalılar, Çinlilər və İslamçılar, müəyyən bir tanrının yaradılması fikirlərinə qarşı çıxaraq, bu mövzularda konkret bir izləmə axtarışına başladılar.

Teoloji baxımdan, bir çox dini kitablarda təsvir olunan kreatsionizm canlı növlərin təkamülünü tamamilə rədd edir. Bioloji təkamül və kreativizm arasındakı mübahisələr bu günə qədər davam edən elm və teologiya arasındakı ziddiyyətdir.

Təkamül nəzəriyyələrinə ilk dəlil verən, növlərin transmudasiya nəzəriyyəsi ilə Fransız Jean Baptiste Lamark idi.

Lamarck, teoloji mövqeyinə görə bu qədər tənqid olunmamaq üçün diqqətli olsa da, elmi varisi Charles Darwin bunu etmədi. Əks təqdirdə, təbii seleksiya nəzəriyyəsi və dini inamsızlığı ucbatından alçalmaya məruz qaldı.

Jean Baptiste Lamarck-dan fikirlər

Növlərin dəyişdirilməsi fikri

19-cu əsrin əvvəllərində Fransız təbiətşünas Jean Baptiste Lamarck canlı növlərinin təkamülü ilə əlaqəli ilk tam nəzəriyyə olaraq növlərin transmutasiya nəzəriyyəsini irəli sürdü.

Lamark, canlıların ortaq bir əcdaddan gəldiyinə inanmırdı, ancaq növlərin kortəbii nəsildən yarandığına inanırdı. Bundan əlavə, zaman keçdikcə daha mürəkkəb növləri tədricən çevirən bir “həyati gücün” varlığını izah etdi.

Fransızlar, növlərin bu tədricən dəyişmələrinin ətrafdakı bir dəyişikliyə səbəb olaraq gələcək nəslə miras qalacağını iddia etdi. Bu uyğunlaşmanı Lamarkizm olaraq bilinən “qazanılmış xüsusiyyətlərin mirası” adlandırdı.

Qazanılmış xüsusiyyətlərin mirası, valideynlərin ömür boyu ətraf mühitlə əlaqələri sayəsində əldə etdikləri xüsusiyyətləri övladlarına ötürdüyünü izah edir.

Lamarck qanunlarını zürafələr vasitəsilə izah edirdi: bu məməlilərin boyunları çox hündür ağaclarda qida üçün ehtiyac duyulduğundan uzanırdı.

Lamarkın dinə dair mövqeyi

Onun dövründə yalnız Tanrının yaratdığı (İncildə əlaqəli) növlər fikri qəbul edildi; Bununla birlikdə, Lamarck, orqanizmlərin ən sadə və ibtidai formalardan günümüzün canlı növlərinə çevrildiyini irəli sürdü.

Lamark dinə bağlı qaldı və heç vaxt Allahın varlığını şübhə altına almadı; əks halda Tanrı heyvanların, bitkilərin, dənizlərin və göllərin yaradıcısı olduğunu düşünürdü. Bununla birlikdə, Kilsəsi ilə qarşıdurmalardan qaçınmaq üçün təkamül düşüncəsini tamamilə diqqətlə izah edə və ortaya qoymağın bir yolu tapdı.

Dövrün bir çox ilahiyyatçısı, mənəvi parametrlərdən tamamilə kənar bir nəzəriyyəni izah edərkən onu “tənbəl deist” hesab edirdi. Üstəlik, başqaları onu Müqəddəs Kitab ayələrinə meydan oxumağa inamı az sayırdılar.

Kortəbii nəsil nəzəriyyəsi tamamilə doğru çıxmasa da, təkamül nəzəriyyəsinə ilk elmi yanaşma hesab olunur.

Charles Darwin fikirləri

Növlərin mənşəyi

Charles Darwin, təbii seleksiya nəzəriyyəsi sayəsində canlı növlərin təkamülü fikrini irəli sürən elm adamı kimi tanınan bir İngilis təbiətşünası idi. Bu nəzəriyyə adlı əsərlərindən birində təsvir edilmişdir Növlərin mənşəyi.

Kitabda bütün canlı növlərinin – zaman keçdikcə ortaq bir əcdaddan (aşağıdakı növlərin başladığı bir növ) inkişaf etdiyini izah edir.

Bu tədricən təkamül təbii seleksiya prosesi ilə baş verdi: ətraf mühit şərtləri növlərin inkişafında əsas rol oynayır.

Darvin nəzəriyyəsində növlərin asanlıqla çoxalması üçün kifayət qədər məhsuldar ola biləcəyini izah etdi; Bununla birlikdə, ətraf mühitə təbii olaraq uyğunlaşa bilən biri sağ qalacaq.

Əlavə olaraq, bunun ətraf mühitə eyni uyğunlaşmanın bir hissəsi olaraq populyasiyaların zamanla dəyişməsinə səbəb olan yavaş bir proses olduğunu izah etdi.

Lamarck’dan fərqli olaraq Darwin, iki fərqli növün ortaq bir əcdadı paylaşa biləcəyini izah etmək üçün dallanmış bir həyat ağacı təklif etdi.

1920-1940-cı illərdə onun nəzəriyyəsi biologiyada aparılan tədqiqatlar və inkişaflardan sonra qəbul edildi. O zamandan əvvəl təkamül fikirləri digər arxaik proseslərlə və ya dinlə izah olunurdu.

Kreativizm təkamülçülüyə qarşı

Charles Darwin, təkamül nəzəriyyəsini 19-cu əsrdə, Viktoriya dövründə İngiltərə dövründə irəli sürdü; yəni texnoloji, sənaye və elmi yeniliklərin əlamətdar olduğu bir dövrdə.

Ancaq Darvin təcrübələrini apardığı və tanınmış əsərlərini yazdığı zaman, xristian inancının dogmalarının fikirləri ilə zidd olacağını bilirdi.

Əslində, təhsilini bitirdikdən sonra əsərini dərc etmədən əvvəl 20 il gözlədi Növlərin mənşəyi. Bütün canlı növlərinin Tanrı tərəfindən yeddi gündə yaradılmadığı, ancaq milyonlarla il ərzində təbii bir seçmə prosesi ilə inkişaf etdiyi düşüncəsi, o dövrdəki mübahisə və ixtilafın sinonimi idi.

Darvin gəncliyində elmi araşdırmaları yolu ilə İncilin Yaradılış kitabını (Tanrının Yaratılması haqqında məlumat) tədricən şübhə altına aldı.

İngiltərənin Anglikan Kilsəsinin artdığı bir dövrdə ateist mövqeyi cəmiyyətdə bir qalmaqala səbəb oldu.

Təkamül nəzəriyyələrinin yayımlanmasından sonra Kilsə əsərini dünyanın ən pis fikirlərindən biri kimi qəbul etdi. Bioloq, saysız-hesabsız alçalmalara məruz qaldı, hətta onu İncilin Yaradılışında nəql etdiyi Eden Bağındakı pis ilanla müqayisə etdi.

Nəzəriyyənin qəbulu

Çex təbiətşünası Gregor Mendelin, 20-ci əsrdə yenidən kəşf olunan – genetik varislik təklifi ilə Darwinin təbii seçmə nəzəriyyəsi qəbul olunmağa başladı.

1920-ci illərdən başlayaraq Darvinin təbii seleksiya nəzəriyyələri Mendelin genetik nəzəriyyəsi ilə (zamanla unudulmuş) “müasir təkamül sintezi” kimi təqdim edildi. Sintez, günümüzdə də, təkamülə müasir baxışı təmsil edir.

Bununla birlikdə, xristian icmasının əksəriyyəti, Darvinin təkamül nəzəriyyəsini, İncildəki yaradılış hesabı ilə uyğun gəlmədiyi üçün rədd edir.

Hələ Papa Francis, Darwin’in təkamül nəzəriyyəsini və Big Bang nəzəriyyəsini açıq şəkildə müdafiə etdi. Katolik Kilsəsinin liderinə görə Darvinin elmi fikirləri ilahi hesabla ziddiyyət təşkil etmir; Darvinist yaradılışın həyatı meydana gətirməsi üçün ilahi yaradılış tələb etdiyinə dair fikirləri ilə iki fikri birləşdirdi.

İstinadlar

  1. Darvin vs Tanrı, Pablo Jáuregui, (nd). Elmundo.es saytından götürülmüşdür
  2. “Charles Darwin və Alfred Russel Wallace: eyni, amma fərqlidir?” Peter J. Bowler tərəfindən, Elmi Mədəniyyət Portalı Notebook, (ndd). Culturacientifica.com saytından götürülmüşdür
  3. Təkamül Üçün İlahi Dəlil, George Murphy, (1986). Asa3.org saytından götürülmüşdür
  4. Təkamül nəzəriyyəsi, İncildəki Tanrı, Portal Trends 21, (nd) şəklinə cavab verir. Trends21.net saytından götürülmüşdür
  5. Təkamül düşüncəsinin tarixi, İspan dilində Wikipedia, (nd). Wikipedia.org saytından götürülmüşdür

Comments are closed, but trackbacks and pingbacks are open.