Novruz süfrəsi necə olmalıdır? 7 yemək, 7 şirniyyat, 7 çərəz
Keçmiş zamanlarda insanlar dünyanın 7 təbəqədən ibarət olduğunu hesab edirdilər. Ona görə də ildəyişmə bayramında (Novruzda) 7 cür yemək, 7 cür şirniyyat, 7 cür çərəz. (hətta özbəklər 7 cür ağac çöpünü qırıb süfrəyə qoyurlar) qoymaqla sanki süfrədə bütün kainatın kiçik modelini yaradırdılar. İnanca görə, bunu bacaran ailə, yeni ilə tamlıq, bütövlüklə keçə bilirdi. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və s. bayram süfrəsinin bəzəyi olur.
Novruz bayramı tdbir uşaq kitabxanası
Əli Bayramlı şəhərində bir çox mədəni marif müəsisələr fəaliyyət göstərir ki, onlardan biri də kitabxanalardır. şəhərimizdə əhalinin asudə vaxtlarının səmərəli təşkilində , kitaba , dövrü mətbuata olan təlabatının ödənilməsində kitabxanalar mühüm rol oynayırlar.
Mərkəzləşmiş Kitabxana Sistemi (MKS), 1979 -cu ildə S.Ə. Şirvani adına mərkəzi şəhər kitabxanasının bazası əsasında yaradılmışdır. Mərkəzi kitabxana əhalinin sıx yaşadığı bir ərazidə yerləşir.Bu ərazidə ən çox yaşayış binaları , Əli Bayramlı Özəl Türk litseyi , Əli Bayramlı Humanitar və İqtisad kolleci, 152 saylı peşə litseyi , 9, 10, 16 , 18 , 21 saylı orta məktəblər , Şirvan Neft (NQÇİ) � nin , Əli Bayramlı DRES-nin yataqxanası yerləşir. Kitabxananın əhatəsində 32 min nəfər əhali yaşayır.
Mərkəzi kitabxanada 7 ədəd komputer dəsti ilə təchiz edilmiş , internet sisteminə qoşulmuş informasiya təlim mərkəzi fəaliyyət göstərir. Kitabxananın nəzdində olan bu mərkəz bütün oxucu quruplarına pulsuz xidmət göstərir. Mərkəzi kitabxana şəhərimizin əsas orqanı olan �İşıq� qəzeti vasitəsi ilə bütün məlumatları oxuculara çatdırır və kitabxanada keçirilən bütün tədbirlər bu qəzetdə işıqlandırılır. Kitabxanaçılarımız isə öz məqalələri ilə �İşıq�qəzetində çıxış edirlər.
Əli Bayramlı şəhər MKS-də 57 nəfər işçi çalışır. Onlardan 17 nəfəri ali təhsilli, 32 nəfəri orta ixtisas təhsilli, 8 nəfər isə orta təhsillidir. Kitabxanaçılarımız hər il Bakıya ixtisas artırma kurslarına gedir, öz biliklərini daha da təkmilləşdirirlər. Mərkəzi kitabxana müxtəlif adda qəzet və jurnallara abunə yazılmışdır. Onlardan �Mədəniyyət�, � Kino+�, �Azərbaycan�, �Respublika�, �Xalq� , �İki sahil�, �Səs�, �Mövqe�, � Yeni Azərbaycan� , �Mədəni maarif� jurnalı və s. Oxucuların dövrü mətbuata olan təlabatlarını ödəmək üçün bu qəzet və jurnallardan istifadə olunur.
Mərkəzi kitabxananın xidmət şöbəsinə abonoment , oxu zalı, musiqi və səyyar bölmələr daxildir. Evə kitab verlişi abonoment şöbəsi vasitəsi ilə həyata keçirilir. Oxu zalında isə oxucular zalda oturub, kitabdan sərbəst istifadə edirlər. Mərkəzi kitabxananın fondu vaxtaşırı yoxlanılır, əhəmiyyətini itirmiş ,yararsız kitablar fonddan çıxarılır, kitabxananın fondu yeni ədəbiyyatla zənginləşdirilir.
Mərkəzi kitabxananın oxu zalında bir sıra daimi və dəyişən sərgilər var. Onlardan � Dünya söhrətli siyasətçi �, �Doğma şəhərimiz Əli Bayramlı� , �Qarabağım , qan yaddaşım� , �Torpaq uğrunda ölən varsa Vətəndir�, �Aləmdə səsim var mənim �, �İslam dinini olduğu kimi tanıtmağın rolu� və s. mövzularda sərgilər diqqəti cəlb edir. Kitabxanada hər ay günün hadisələri ilə əlaqədar olaraq müvəqqəti sərgilərdə hazırlanır.
Mərkəzi kitabxananın oxu zalında hər ay müxtəlif mövzularda tədbirlər keçirilir.Onlardan S.Vurğunun 100 illik yubileyi ilə əlaqədar olaraq � El bilir ki, sən mənimsən� mövzusunda oxucu konfransı, N.Gəngəvinin 865 illiyi ilə əlaqədar olaraq � Nizami poeziyası � mövzusunda ədəbi � bədii gecə ,� N.Kəsəmənli məhəbbət şairidir� mövzusunda oxucu konfransı və s. keçrilmişdir. Mərkəzi kitabxana gənclərdə vətənpərvərlik tərbiyyəsinin təbliği ilə əlaqədar olaraq hər ay müxtəlif mövzularda tədbirlər hazırlayır.
Ötən ildə mərkəzi kitabxanaya 747 nüsxə kitab daxil olub . Onardan 637-si latın dilində , 110 nüsxə isə digər dillərdə olub.Mərkəzi kibabxananın fondundan ötən il 491 ədəd kitab çıxarılmışdır. Ötən 2006-cı ildə mərkəzi kitabxanada 3464 nəfər oxucu , 66.367 nüsxə kitab verlişi ,16.662 nəfər gəliş olmuşdur. Mərkəzi kitabxanada il ərzində 53 tədbir keçirilmişdir . Mərkəzi kitabxananın musiqi şöbəsində il ərzində 228 oxucu , 516 gəliş, 834 kitab verlişi olub. Səyyari xidmət şöbəsində isə 2221 oxucu, 4447 gəliş.19002 kitab verlişi olub. Abonoment şöbəsində 1600 oxucu ,8057 gəliş , 35.033 nüsxə kitab verlişi , oxu zalında 1415 oxucu , 7642 gəliş , 29.798 nüsxə kitab verlişi, 53 tədbir keçirilmişdir.
MKS-nin nəzdində 2 uşaq kitabxanası fəaliyyət göstərir. 2 saylı və 11 saylı kitabxanalar şəhərimizdə azyaşlı uşaqlara xidmət göstərirlər. 2 saylı uşaq kitabxanası 1954 � cü ildən Əli Bayramlının köhnə şəhər deyilən ərazisində İ. Qayıbov küç. 19 ünvanında yerləşir. Bu ərazidə 2 orta məktəb, uşaq baxçası , dəri-zöhrəvi xəstəxana və başqa müəssələr var. 11 saylı uşaq kitabxanası isə 20 Yanvar küçəsində yerləşir. Kitabxananın ətrafında � Şəfəq� , � Yasəmən �, �Bənövşə� uşaq baxçaları , 9, 10, 16, 18, 21 saylı məktəblər yerləşir. Hər 2 kitabxana il ərzində günün tələbləri səviyyəsində işləmiş öz oxucularına günün aktual məsələləri milli bayramları oxucular arasında təblig etmək,tarixi və əlamətdar günlər, sair və yazıçıların , alimlərin , incəsənət, elm adamlarının yubileylərini balaca oxucularla birlikdə qeyd etmişlər.
20 Yanvar şəhidlər günü ilə əlaqədar olaraq 2 saylı uşaq kitabxanasında � Yaddaşlara həkk olunmuş qanlı Yanvar� ,11saylı kitabxanada isə � 20 Yanvar faciyəsi haqqında nə bilirsən? � mövzusunda disput keçirilmişdir ,8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə 2 saylı filialda � Ana müqəddəs varlıqdır� , 11 saylı kitabxanada isə � Cənnət anaların ayaqları altındadır� mövzusunda , Novruz bayramı münasibəti ilə 2 saylı filialda � Səməni , saxla məni � , 11 saylı filialda �Novruz milli bayramımızdir � mövzusunda şənlik keçirilmlşdir.
Vətənpərvərlik tərbiyəsinin təbliği ilə əlaqədar olaraq hər 2 uşaq kitabxanası � Vətəni sevməyən insan olmaz� , � Vətənin mərd oğulları� , �Vətən mənə oğul desə, nə dərdim �, Azərbaycan yurdum mənim �, �Biz Azərbaycanı sevməyi Heydər əliyevdən öyrəndik � və s. mövzusunda müxtəlif tədbirlər keçirmişdilər.
Ötən hesabat ili ərzində 2 saylı filialda 1657 nəfər oxucu, onlardan 1315 �i 15 yaşa qədər olmuşdur.Kitab verlişi isə 17.071 nüsxə , ondan 12.789 nüsxə 15 yaşa qədər olmuşdur. Kitabxanalarda 57 tədbir həyata keçirilmişdir.Kitabxanaya il ərzində 59 yeni kitab daxil olmuşdur.
11 saylı uşaq kitabxanasında isə ötən il 1765 oxucu ,onlardan 1367-si 15 yaşa qədər,31.661 nüsxə kitab verlişi olmuşdur..İl boyu 59 tədbir keçirilib.İl ərzində kitabxanaya 212 yeni kitab daxil olub. ütən il uşaq kitabxanalarının fondu 28.968 nüsxə olmuşdur. Uşaq kitabxanalarının fonduna 271 nusxə kitab daxil olub. Onlardan 253 �i azərbaycan dilində ,18 �i isə digər dillərdə olmuşdur. Uşaq kitabxanaları hər ay mərkəzi kitabxanaya aylıq iş planı, statistik hesabat təqdim edir. Kitabxana işçiləri hər ay mərkəzi kitabxanada keçirilən seminarlarda iştirak edirlər. Seminarlarda kitabxanaçıları maraqlandıran bütün suallara cavab verilir, onlara metoqiki köməklik göstərilir.
Hər il mayın 10-da dekabrın 12-də bütün kitabxanalarımız milli liderimiz H.əliyevin doğum və anım günləri ilə əlaqədar olaraq ulu öndərin abidəsi önünə gedir, onu ziyarət edir, abidə önünə gül dəstəsi qoyur, kitabxanalarda isə müxtəlif tədbirlər hazırlayırlar.
Filial kitabxanalar da il boyu fasiləsiz işləmiş , bütün oxucu quruplarına xidmət göstərmişlər. Bu kitabxanalar il ərzində müxtəlif tədbirlər hazırlamış və həyata keçirmişdilər.İl ərzində filial kitbxanaların ümümi fondu 129.715 nüsxə , oxucuların sayı 12.238 nəfər , kitab verlişi 296.325 nüsxə , təgbirlər isə 456 olmuşdur. Filial kitabxanaların fonduna 702 yeni kitab daxil olub.
Mərkəzi kitabxananın kitabişləmə və komplektləşmə şöbəsi ötən il 1720 nüsxə kitab almış, onları kitabxana qaydası ilə işləyib mərkəzi kitabxanaya və filiallara paylamışdır.Kitabxanalarımızın fonduna 119 nüsxə ingilis dilində müxtəlif sahələrə dair kitablar da daxil olmuşdur . MKS üzrə 1147 nüsxə əhəmiyyətini itirmiş köhnə kitablar fonddan çıxarilmışdır .
Ümumiyyətlə MKS üzrə kitab fondu 2006- ci il üçün 177.268 nüsxə olmuşdur .MKS-də 19.124 nəfər oxucuya 411,424 nüsxə kitab verilmiş, 644 tədbir keçirilmişdir .
Mərkəzi kitabxananın metodika və biblioqrafiya şöbəsi də filial kitabxanalarla əlaqəli işləmiş,hər ay kitabxana işçiləri üçün seminar məşğələlər təşkil edir,bu məşğələlərdə kitabxanaçıların problemləri ,onları maraqlandıran mövzular müzakirə olunur.Mərkəzi kitabxanada gedişlər qrafiki təşkil olunub. Bu qrafikə əsasən metodislər vaxtı �vaxtında filiallara gedişlər edirlər. Metodika biblioqrafiya şöbəsi vaxtaşırı tarixi günlər ,bayramlar, görkəmli şəxslərin , şair və yazıçıların yubleyləri ilə laqədar olaraq metodiki məktublar, tövsiyyə ədəbiyyat siyahıları hazırlayıb filial kitabxanalara göndərirlər. Metodika biblioqrafiya şöbəsi hər ay filial kitabxanaların iş planlarını , statistik hesabatlarını qəbul edir , onlara lazım olan metodik köməkliklər göstərirlər. Onlardan � S.Vurğun �100�, �Gəl,gəl a yaz günləri � ,� Həyatımızın əsas qanunu � ,� Xocalı faciəsi �, �31 Mart Azərbaycanlıların soyqrımı günüdur�,� Bəşəriyyətin faciəsi-QİÇS� ,� S.Rüstəm-100� , �Molla Nəsrəddin-100� və s. mövzularda metodik məktublar hazılanıb filial kitabxanalara göndərilmişdir. Kitaxanalarımız vaxtaşırı kitabxana texnikası ilə təmin olunur.Belə ki, hər il lazımı qədər gündəlik , oxucu kartoçkası , formuliyar , ciblik , katalok və kartoçkalar , ayrıclar və s. daxil olur .
Kitabxanaların hamısımda 20 Yanvar şəhidlər günü , Xocalı faciəsi günü (25-26 fevral ,1992) Respublika günü (28 may) , Faşizim üzərində qələbə günü , Uşaqların Beynəlxalq müdafiəsi günü (1 iyun ) ,Milli qurtuluş günü (15 iyun) , Azərbaycan silahlı qüvvələri günü (26 iyun) ,Milli mətbuat və jurnalistika günü (22 iyul) ,Azərbaycan Dövlət müstəqilliyi günü (18 oktyabr ), Konstutisiya günü (12 noyabr ,1995) , Milli Dirçəliş günü (17 noyabr) , Dünya Azərbaycanlıların həmrəyliyi günü (31 dekabr) və s. ilə əlaqədar olaraq müxtəlif mövzularda tədbilər hazırlayıb həyata keçirmişdilər.
Ötən 2006- cı ildə MKS-yə yeni daxil olan ədəbiyyat məzmununa görə belə olmuşdur :
I. Təbiət və kənd təsərüffat elmləri �22 ədəd.
II.Sosial siyasi humanitar elmlər və iqtisadiyyat 163 ədəd
III .Dilçilik filalogiya 1333 ədəd
IV.Fəlsəfə elmləri 124
V. Məlumat əbəbiyyatı və ensiklopediyaları 78 ədəd .
Bu ədəbiyyatın 1601 ədədi azərbaycan dilində , 119 ədədi isə xarici dildə olmuşdur. şəhərimizdə və filial kitabxanalarda keçirilən bütüün tədbirlərdə kitabxana işçiləri fəal iştirak edirlər, tədbirlərin keçirilməsinə nəzarət edir , sərgilərin tərtib olunmasında yaxından köməklik gütərirlər .
Əli Bayramlı şəhər Mərkəzi kitabxanası və filiallar şəhər əhalisinə yüksək səviyyədə xidmət göstərir , öz işlərini günün tələbləri səviyyəsində qurur , oxucuların bütün sorğularını yerinə yetirmək üçün səylə çalışırlar.
Ünvan: ƏL�-BAYRAMLI : Mərkəzi Kitabxana, “20 Yanvar” k��əsi 12, Tel: (994 197) 5-12-51, Əlaqələndirici: Alma Babayeva: alma@iatp.az
Əli Bayramlı şəhər MKS-nin direktoru: R.Həşimov
Novruz süfrəsi necə olmalıdır? 7 yemək, 7 şirniyyat, 7 çərəz.
Novruzun əsas atributlarından biri Novruz süfrəsidir. İnanclarımıza görə, süfrəyə düzülən nemətlər nə qədər bol, çeşidli olarsa, il bir o qədər bərəkətli olar.
Qədim zamanlarda belə bir inanc da vardı: Əgər ailə bütün lazımi nemətləri süfrəyə qoyurdusa, bu, həmin ailənin özünütəsdiqindən xəbər verirdi. Novruz bayramında süfrənin əsas özəlliyindən biri də budur ki, süfrəyə şirin yeməklər qoyulmalıdır. Şirniyyatlardan paxlava, şəkərbura, şirin qoğal, badambura və s. saymaq olar. Bundan başqa, qovurğa qovrulur, müxtəlif şərbətlər, milli ickilərə yer verilir. Adətə görə, süfrəyə “s” hərifi ilə başlayan 7 növ ərzaq qoyulur.
Keçmiş zamanlarda insanlar dünyanın 7 təbəqədən ibarət olduğunu hesab edirdilər. Ona görə də ildəyişmə bayramında (Novruzda) 7 cür yemək, 7 cür şirniyyat, 7 cür çərəz. (hətta özbəklər 7 cür ağac çöpünü qırıb süfrəyə qoyurlar) qoymaqla sanki süfrədə bütün kainatın kiçik modelini yaradırdılar. İnanca görə, bunu bacaran ailə, yeni ilə tamlıq, bütövlüklə keçə bilirdi. Su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə və s. bayram süfrəsinin bəzəyi olur.
Bayram süfrəsinə gözəllik verən nemətlərdən biri də xonça çərəzlər, şirniyyatlarla bəzənir, yumurtalar boyanır. Əvvəllər bir gecədə 300-400 yumurta boyayırdılar və uşaqlara paylayırdılar. Çünki yumurta bolluğun, bərəkətin rəmzi idi. Yumurta döyüşdürmək isə xeyrin şər üzərində qələbəsinə işarə idi.
Bayram süfrəsi bəzəyərkən diqqətli olmaq lazımdır: süfrəyə acı, şor, turş nemətlər qoyulmamalıdır. Məsələn, istiot, sirkə, soğan, sumax, sarımsaq və s. Hətta bəzi mənbələr şor qoğalının da qoyulmasını düzgün hesab etmir.
Süfrədə çörək mütləq olmalıdır. Çünki çörək bərəkətin rəmzidir. Novruz süfrəsindən heç nə atılmamalı, yeməklər sona kimi yeyilməlidir.
Novruz süfrəsində meyvə-tərəvəz, xüsusilə də təzə göyərti bol olmalı, balıq məhsullarına yer ayrılmalıdır.
Novruz bayramı İslam dinində necə qiymətləndirilir?
Bu günlərdə Azərbaycanın hər yerində təbiət bayramı olan Novruz bayramı ab-havası yaşanır və ölkə əhalisinin əksəriyyəti bu bayramı təmtəraqla, böyük sevinclə qeyd edir.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İlkin İzzət/
Bu günlərdə Azərbaycanın hər yerində təbiət bayramı olan Novruzun ab-havası yaşanır və ölkə əhalisinin əksəriyyəti bu bayramı təmtəraqla, böyük sevinclə qeyd edir. Lakin elələri də var ki, dini baxımdan Novruz bayramının haram olduğunu iddia edərək onun ailəsində qeyd edilməsinə imkan vermir. Bəziləri isə əksinə, bu bayramın İslam dini ilə bağlı olduğunu deyərək onu müqəddəsləşdirməyə çalışır.
Bununla bağlı Trend-ə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, əslində Novruz bayramının İslam dini ilə birbaşa heç bir əlaqəsi yoxdur, lakin müsbət dəyərləri çox olduğuna görə dinimiz ona qarşı çıxmayıb: “Novruz bayramının tarixi İslamın yaranmasından çox-çox minillər əvvələ gedib çıxır. Ona görə də bu bayramın yaranmasının heç dəqiq tarixi də məlum deyil. Onun İslamla bağlı olmadığı isə birmənalıdır. Lakin İslam dini Novruz bayramına ümumilikdə müsbət yanaşır. Bu təbiət bayramı baharın gəlişinin qarşılanmasını ifadə edir. Novruz bayramının bir çox ayinləri dini qaydalarla, dəyərlərlə üst-üstə düşür. Bu bayram insanları bir-birinə yaxınlaşdırır. İnsanlar bir-birinin ziyarətinə, görüşünə gedir, küsən insanlar barışır, bayram süfrələri təşkil olunur. Hətta ölmüş insanların məzarları ziyarət edilir, ruhuna dualar oxunur. Bu bayram müsbət dəyərdir, bizim milli adət-ənənəmizdir. Ona görə də İslam dini bu adət-ənənəni müsbət qarşılayıb”.
QMİ nümayəndəsi qeyd edib ki, İslam dininə görə Novruz bayramının qeyd edilməsinin guya haram olması barədə söylənən fikirlər də yanlışdır: “İslam dini yayıldığı ərazilərdə yerli mədəniyyətləri heç vaxt inkar etməyib, əksinə, onları zənginləşdirib və təşviq edib. Lakin İslam dini müəyyən bayramları dinə zidd olan bəzi ayinlərdən təmizləyib. Novruz bayramının qeyd edilməsi də gözəl adət-ənənələrimizdən biridir və İslam dini ilə də heç bir ziddiyyət təşkil etmir.
Bu gün müəyyən radikal cərəyanlar var ki, milli-mənəvi dəyərlərimizi dini dəyərlərimizə qarşı qoyur, milli hər nə varsa, onu inkar etməyə çalışır. Təbii ki, bu, səhv yanaşmadır. Din heç zaman milli-adət ənənələrlə döyüşməz, ona zidd ola bilməz. İslam dini bir çox xalqlar tərəfindən ona görə rəğbətlə qəbul edilib ki, bu din onların mədəniyyətlərini sıradan çıxarmayıb, əksinə, onları təsdiq edib. Bir daha deyirəm, bəzi xürafat xarakterli ayinlər ola bilər ki, din onlara qarşı olsun, amma ümumilikdə İslam dini Novruz bayramını müsbət qəbul edir.
Həzrəti Peyğəmbərimiz (s) bu bayrama qarşı çıxmayıb. Məsum imamlarımızdan da hədislər nəql olunur. Onlar da bu bayramı təsdiq ediblər. Onlar da bu bayramı qeyd edən insanların əleyhinə olmayıblar. Hətta bu hədislər olmasa belə, bilirik ki, İslam dini müsbət dəyərləri, onun mahiyyətinə zidd olmayan hər hansı şeyi təsdiq və qəbul edir. Yəni bu adət-ənənələr dinə, insanlığa, mənəviyyata ziddiyyət təşkil etmirsə, din onu rədd eləmir”.
Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov Trend-ə bildirib ki, min ilə yaxındır ki, müsəlman alimlər öz əsərlərində Novruz bayramının mənşəyi, mahiyyəti və müstəhəb əməlləri barədə məlumat verirlər: “Bir çox din alimləri öz əsərlərində təqvim günlərinə məxsus şəriət əməllərindən bəhs edərkən, Novruzun ibadət və mərasimlərinə də geniş yer ayırıblar. Çoxdan məlumdur ki, Novruz sözü fars dilində “yeni gün” deməkdir və konkret astronomik hadisə ilə bağlı gündür. Astronomik təqvimlə həmin gün şimal yarımkürəsində yaz girir, gecə-gündüz bərabərləşməsi baş verir. Astronomiya dili ilə desək, Günəş şərq zodiak sistemindəki Hut, yəni balıq bürcündən çıxıb, Həməl, yəni qoç bürcünə daxil olur.
Bəzi din və etiqad məktəbləri Novruzun cahanşümul mahiyyətini təsdiqləyib, onu dini bayram səviyyəsində qəbul ediblər. Məsələn, Novruz tarix etibarilə atəşpərəstlik və ya zərdüştilik dinindən daha qədim olsa da, bu dinin daxilində özünün ən parlaq inkişaf dövrünü yaşayıb. Zərdüştilər Novruzu öz əqidələrinə uyğunlaşdırıb, bir növ onu özününküləşdiriblər. Məhz buna görə də həm keçmişdə, həm də indi bir çoxlarının zehnində Novruz atəşpərəstlərin bayramı kimi təsəvvür edilir. Halbuki, bu fikir qətiyyən həqiqətəuyğun deyil”.
Comments are closed, but trackbacks and pingbacks are open.