Kommersiya məhkəmələri yaradılır, bir məhkəmədə azı 12 hakim olacaq
Mobil cihaz itirildiyi və ya oğurlandığı halda onun istismarının dayandırılması üçün nə etmək lazımdır?
Xankəndi
AzVision.az xəbər verir ki, fərman Vergi Məcəlləsinin 30.4-cü maddəsinə əsasən imzalanıb. Fərmana əsasən, “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı” təsdiq edilib.
Bundan başqa, “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 559; 2010, № 11, maddə 973; 2016, № 4, maddə 668), “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 357 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 973) və “Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 954 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 aprel tarixli 863 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 668) Fərmanı ləğv edilib.
Azərbaycan Prezidentinin 2016-cı il 4 oktyabr tarixli fərmanı ilə təsdiq edilən kommersiya (vergi) sirri hesab olunan məlumatları
əldə edə bilən vəzifəli şəxslərin siyahısı
1. Azərbaycan Respublikasının vergilər naziri
2. Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
3. Azərbaycan Respublikası vergilər nazirinin müavinləri
4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi
5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi
6. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi
7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi
8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi və operativ nəzarət idarəsinin rəisi
9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında departamentlərin rəisləri
10. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergilər departamentlərinin, ərazi vergilər idarələrinin və rayon vergilər şöbələrinin rəisləri
11. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin rəisi.
Kommersiya məhkəmələri yaradılır, bir məhkəmədə azı 12 hakim olacaq
Kommersiya məhkəmələri yaradılır, bir məhkəmədə azı 12 hakim olacaq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
4 İyun , 2019 15:30
https://static.report.az/photo/21e32069-2e86-4c31-b3fb-1bc37cdc96c9.jpg
Milli Məclis in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. “Report”un xəbərinə görə, Komitənin sədri Əli Hüseynli gündəliyə dörd məsələnin daxil olduğunu bildirib. Əvvəlcə “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Qeyd edilib ki, qanuna bir sıra texniki dəyişikliklər, həmçinin “Kommersiya məhkəmələri” adlı VIII-I fəslin əlavə edilməsi təklif olunur. Əsas dəyişiklik Azərbaycanda kommersiya məhkəmələrinin yaradılması ilə bağlıdır. Əlavə edilən 46.1-ci maddəyə əsasən, kommersiya məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edir, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, təcrübəsini öyrənir və ümumiləşdirir, ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir. Kommersiya məhkəməsi sədr və hakimlərdən ibarət olacaq. Kommersiya məhkəməsində 12 və daha çox hakim ola bilər. Kommersiya məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Hakimlərin sayı Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir. İclasda həmçinin Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual məcəllələrində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunub. Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Azərbaycanda mobil telefonu qeydiyyatdan keçirmək nə üçün lazımdır?
Bir çox insanlar mobil telefonları qeydiyyatdan keçirmək üçün hara müraciət etməli olduqlarını, bunun üçün dövlət rüsumunun olub-olmadığını, ikikartlı telefonların IMEI kodlarının necə qeydiyyata alınması və təzə telefonların alıcı, yoxsa satıcı tərəfindən qeydiyyatdan keçirilməli olduğu kimi müraciət edirlər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, bütün bu suallara Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Tənzimləmə şöbəsinin aparıcı məsləhətçisi Zakir Qasımov məlumat verib. O bildirib ki, mobil cihazların qeydiyyat sisteminin yaradılması abunəçilərin mobil cihazlardan tam rahatlıqla istifadə edilməsinə şərait yaradır. Bu qaydanın digər ölkələr üzrə tətbiqindən sonra mobil cihaz oğurluğunun sayı xeyli azalıb. Belə hadisələri önləmək və oğurlanan cihazlardan istifadənin qısa müddət ərzində dayandırılması məqsədi ilə əhalinin vahid bir mərkəzə müraciət etmələri üçün mobil cihazların qeydiyyat sisteminin yaradılması olduqca vacibdir.
Mobil cihazların qeydiyyat sistemi nədir?
Mobil cihazların qeydiyyat sistemi telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir. Bu sistemdə 3 kateqoriya üzrə təsnifat aparılır. Bunlar ağ səhifə, qara səhifə, boz səhifə və uyğunlaşdırılmış ağ səhifədir.
Ağ səhifə – istifadəsinə icazə verilən mobil cihazların IMEI nömrələri; Qara səhifə – istifadəsinə icazə verilməyən mobil cihazların IMEI nömrələri;
Boz səhifə – keçici bir səhifədir və ağ yaxud qara səhifədə olmayan mobil cihazların IMEI nömrələrindən ibarətdir. Bu səhifədə olan İMEİ nömrələri araşdırma nəticəsinə uyğun olaraq ağ və ya qara səhifəyə daxil edilir.
IMEI kodları necə öyrənməli və harda qeydiyyatdan keçirə bilərik?
Z.Qasımovun sözlərinə görə, hər bir şəxs istifadəsində olan mobil telefonun IMEI kodunu çox asanlıqla öyrənə bilər. Bunun üçün hər hansı mobil telefondan *#06# yığmaqla IMEI nömrəsini müəyyən etmək olar. Müsahibimiz bildirir ki, mobil telefonları ölkənin hər yerində qeydiyyatdan keçirmək mümkündür. Bunun üçün hər hansı bir rayondan paytaxta gəlməyə ehtiyac yoxdur. Yəni harda mobil telefon operatorlarının müştəri xidmətləri varsa, orada asanlıqla qeydiyyatdan keçirmək olar:
Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilən mobil cihazın qeydiyyata alınması üçün həmin mobil cihazı ölkəyə gətirən şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən bilavasitə qeydiyyat mərkəzinə və ya mobil operatorların müştəri xidmətlərinə ( http://www.azercell.com/az/contacts/office/ , http://www.bakcell.com/az/contact-us/customer-care-offices , http://www.narmobile.az/aboutus/narcenters/ ) müraciət edilir. Müraciət edən şəxs şəxsiyyətini təsdiq edən sənədin əslini (xarici ölkənin vətəndaşı olduqda isə pasportunun əslini) və ehtiyac olduğu halda gömrük bəyannaməsini qeydiyyat mərkəzinə (mobil operatorların müştəri xidmətlərinə) baxış üçün təqdim edir, gətirdiyi mobil cihazın markasını, modelini və IMEI nömrəsini bildirməklə yanaşı, mobil cihazın qeydiyyata alınması üçün ərizə formasını (3 nömrəli əlavə) doldurur. Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə mövcud qanunvericiliyə müvafiq olaraq gətirilən hər bir mobil cihazın IMEI nömrəsi ən geci 30 (otuz) gün müddətində tələb olunan sənədlər təqdim edilməklə qeydiyyatdan keçirilməlidir. Yeni gətirilən cihazdan istifadə edildikdə, həmin cihaza mesaj göndəriləcək və 30 gün ərzində qeydiyyatdan keçirilməsi bildiriləcəkdir. Tələb olunan müddət bitdikdən sonra, mobil cihaz qeydiyyata alınmazsa, onun IMEI nömrəsi qara səhifəyə daxil ediləcəkdir”.
Qeyd edək ki, abunəçilərə rahatlıq yaradılması məqsədi ilə www.imei.az internet səhifəsi yaradılıb ki, hər bir kəs ondan istifadə edərək mobil cihazların IMEI nömrələri barədə məlumatları əldə edə bilər.
Mobil cihazların qeydiyyatı zamanı rüsum tələb olunmur
Azərbaycan Respublikasında mobil telefonların IMEI kodlarının qeydiyyatı ödənişsizdir və bununla bağlı heç bir dövlət rüsumu tələb olunmur. Z.Qasımov qeyd edib ki, fiziki şəxslər tərəfindən mobil cihazların idxalı Azərbaycan Respublikasının mövcud Gömrük qanunvericiliyinə əsasən tənzimlənir və ehtiyac olduğu halda müvafiq gömrük bəyannaməsi əsasında qeydiyyat həyata keçirilir. Şəxsi istifadə üçün idxal olunan mobil cihaz kommersiya məqsədi daşıya bilməz. Ona görə də rüsum tələb olunmur.
Mobil cihaz itirildiyi və ya oğurlandığı halda onun istismarının dayandırılması üçün nə etmək lazımdır?
İtirilmiş və ya oğurlanmış mobil cihazın sahibi qeydiyyat mərkəzinə və ya onun məlumat-sorğu xidmətinə müraciət edə bilər. Z.Qasımov qeyd edir ki, şəxsiyyət vəsiqəsini və telefonun itirilmiş və ya oğurlanmış olması ilə bağlı hər hansı bir polis şöbəsindən alınmış arayışı təqdim etməli, eyni zamanda tələb olunan məlumatları verdikdən sonra, uyğunsuzluq aşkar edilmədikdə, həmin mobil cihazın IMEI nömrəsi qara səhifəyə daxil edilir.
Qara səhifəyə daxil edilmiş IMEI nömrələri üzrə mobil cihazların fəaliyyəti həmin IMEI nömrələri qara səhifəyə daxil edildiyi vaxtdan 24 (iyirmi dörd) saat ərzində məhdudlaşdırılır. Mobil cihaz tapıldıqdan sonra, müvafiq sənədlər təqdim edilməklə, yenidən ağ səhifəyə daxil edilə bilər. Məhkəmə qərarı ilə qara səhifəyə daxil edilən mobil cihazın IMEI nömrəsi yalnız məhkəmənin qərarı ilə qara səhifədən çıxarılaraq, ağ səhifəyə daxil edilə bilər.
Z.Qasımov qeyd edir ki, cihaz itirilibsə, onun tapılması üçün ilkin olaraq hüquq-mühafizə orqanlarına müraciət edilməlidir. Qeydiyyat sistemi yalnız mobil cihazlara şəbəkədən xidmət göstərilməsinin məhdudlaşdırılması və ya şəbəkədən xidmət alması ilə bağlı funksiyaları həyata keçirir.
Hansı mobil telefonlar qeydiyyata alınmır?
Ölkəyə gətirilən mobil cihazın IMEI nömrəsi standartlara uyğun deyilsə, həmin cihaz qeydiyyata alınmayacaqdır. Z.Qasımov Azərbaycana qısamüddətli səfərdə olan xarici ölkələrin vətəndaşları yerli mobil operatorların SİM kartlarından istifadə edərsə, həmin cihazın qeydiyyatı necə aparılır?” sualına da cavab verib.
O bildirib ki, hər bir mobil cihazın IMEI nömrəsi ən geci 30 (otuz) gün müddətində tələb olunan sənədlər təqdim edilməklə qeydiyyatdan keçirilməlidir. Yeni gətirilən cihazdan istifadə edildikdə, həmin cihaza mesaj göndəriləcək və 30 gün ərzində qeydiyyatdan keçirilməsi bildiriləcəkdir. Tələb olunan müddət bitdikdən sonra, mobil cihaz qeydiyyata alınmazsa, onun IMEI nömrəsi qara səhifəyə daxil ediləcəkdir.
Qeydiyyatla bağlı tələb olunan sənədlərlə birgə (o cümlədən, xarici ölkənin vətəndaşı olduqda pasportunun əslini) mobil operatorların müştəri xidmətlərinə və ya qeydiyyat mərkəzinə müraciət edilməlidir”.
İkikartlı mobil telefonların qeydiyyatı
İkikartlı mobil telefonların iki IMEI kodu olur. Buna görə də onların hər biri qeydiyyatdan keçməlidir. Z.Qasımov bildirir ki, mağazalardan yeni alınan ikikartlı mobil telefonların IMEI kodlarının biri qeydiyyatdan keçib, digəri isə keçirilməyibsə, bu zaman istifadəçi həmin dükana müraciət etməlidir.
Çünki mağaza satdığı mobil cihazları qeydiyyatdan keçirməlidir. Lakin bununla belə, alıcı özü də qeydiyyatdan keçirə bilər. Bu da tamamilə ödənişsizdir və heç bir rüsum öldənilməməlidir.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.