Nəqliyyatda təhlükəsizlik
Avtobus istehsalı ilə məşğul olan şirəkətlərin demək olar ki, hamısı fövqəladə halları nəzərə alır. Bu məqsədlə nəqliyyat vasitələrinin konstruksiyasına xüsusi vasitələr əlavə olunur. Təbii ki, bütün bunlar hər hansı fövqəladə vəziyyət yarandığı vaxt sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Bəs sərnişinlər necə, bundan xəbərdardırmı?
İctimai nəqliyyatda təhlükəsizlik necə təmin olunur? – Sumqayıtdan VİDEOREPORTAJ
Avtobus istehsalı ilə məşğul olan şirəkətlərin demək olar ki, hamısı fövqəladə halları nəzərə alır. Bu məqsədlə nəqliyyat vasitələrinin konstruksiyasına xüsusi vasitələr əlavə olunur. Təbii ki, bütün bunlar hər hansı fövqəladə vəziyyət yarandığı vaxt sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Bəs sərnişinlər necə, bundan xəbərdardırmı?
Bəzən ictimai nəqliyyatda yalnız çəkic üçün qoyulan yerə rast gəlirsən. Ya sərnişinlər, ya da sürücülər tərəfindən çəkiclər qoyulduğu yerdən götürülür. Bununla yanaşı avtobuslarda yanğınsöndürmə balonları da olmalıdır ki, bu da yanğın baş verərkən vacib əhəmiyyət daşıyır. Avtobuslar xəttə buraxılarkən nəzarətdən keçirilirmi?
“Sumqayıt Nəqliyyat” MMC-də sualımıza cavab verən olmadı. Ekspertlər isə deyirlər ki, avtobusdlarda texniki təhlükəsizlik qaydaları nəinki sürücülərin, eyni zamanda sərnişinlərin də diqqətinə davamlı olaraq çatdırılmalıdır. Təhlükəsizlik çəkiclərinin olmaması isə ağır faciələrə gətirib çıxara bilər. Bu kimi məsələlərə ciddi nəzarət edilməlidir ki, hadisə baş verən zaman xəsarət alanların sayı minimum olsun. Ekspert vurğulayır ki, təhlükəsizlik çəkiclərinin olmamasına görə cərimə sanksiyaları tətbiq edilə bilər. Sürücülərin günahı sübuta yetirilərsə, inzibati qaydada tənbeh edilə və cəzalandırıla bilər. Digər tərəfdən sərnişinlər də İctimai nəqliyyatdan istifadə edərkən təkcə oturub getmək barədə düşünməməlidirlər. Mənzil başına sağ-salamat çatmaq üçün avtobuslarda hər kəsin təhlükəsizlik barədə düşünməsi vacib şərtdir.
Nəqliyyatda təhlükəsizlik
Avtobus istehsalı ilə məşğul olan şirəkətlərin demək olar ki, hamısı fövqəladə halları nəzərə alır. Bu məqsədlə nəqliyyat vasitələrinin konstruksiyasına xüsusi vasitələr əlavə olunur. Təbii ki, bütün bunlar hər hansı fövqəladə vəziyyət yarandığı vaxt sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Bəs sərnişinlər necə, bundan xəbərdardırmı?
Bəzən ictimai nəqliyyatda yalnız çəkic üçün qoyulan yerə rast gəlirsən. Ya sərnişinlər, ya da sürücülər tərəfindən çəkiclər qoyulduğu yerdən götürülür. Bununla yanaşı avtobuslarda yanğınsöndürmə balonları da olmalıdır ki, bu da yanğın baş verərkən vacib əhəmiyyət daşıyır. Avtobuslar xəttə buraxılarkən nəzarətdən keçirilirmi?
“Ekspertlər isə deyirlər ki, avtobusdlarda texniki təhlükəsizlik qaydaları nəinki sürücülərin, eyni zamanda sərnişinlərin də diqqətinə davamlı olaraq çatdırılmalıdır. Təhlükəsizlik çəkiclərinin olmaması isə ağır faciələrə gətirib çıxara bilər. Bu kimi məsələlərə ciddi nəzarət edilməlidir ki, hadisə baş verən zaman xəsarət alanların sayı minimum olsun. Ekspert vurğulayır ki, təhlükəsizlik çəkiclərinin olmamasına görə cərimə sanksiyaları tətbiq edilə bilər. Sürücülərin günahı sübuta yetirilərsə, inzibati qaydada tənbeh edilə və cəzalandırıla bilər. Digər tərəfdən sərnişinlər də İctimai nəqliyyatdan istifadə edərkən təkcə oturub getmək barədə düşünməməlidirlər. Mənzil başına sağ-salamat çatmaq üçün avtobuslarda hər kəsin təhlükəsizlik barədə düşünməsi vacib şərtdir.
Nəqliyyatda təhlükəsizlik
Nəqliyyatda servis ixtisası tələbələrə sərnişin və yükdaşıma nəqliyyatının xidmət fəaliyyətini öyrədir. Bura ictimai nəqliyyatın intellektual idarəedilməsi, hava limanlarının, avtovağzallarının, dəmiryollarının və ölkənin ümumi nəqliyyat sisteminin idarəçiliyi daxildir. Nəqliyyat sektoru turizmin əsas hərəkətverici sahəsidir.
İxtisasın tarixi
Nəqliyyat servisi yeni yaranmış bir ixtisasdır. Hal-hazırda dünyada və ölkəmizdə nəqliyyat sahəsinin inkişafı bu ixtisası daha da perspektivli edir.
Bu ixtisas sahibi nə işlə məşğul olur?(iş öhdəlikləri)
- ➝ Beynəlxalq yükdaşımalara nəzarət
- ➝ Avtovağzallarda, dəmiryol stansiyalarında, hava limanlarında hərəkətə nəzarət
- ➝ Ümumi olaraq hər növ nəqliyyatın idarə edilməsi
- ➝ Nəqliyyatda təhlükəsizlik məsələrini bilməli və qeydə almalı
- ➝ Yolların nizamlılığın tənzimləməsinə nəzarət etməli
- ➝ Nəqliyyat sistemlərinin idarəsinə baxmalı
- ➝ Nəqliyyatın iqtisadiyyatına, infrastrukturuna diqqət etməli
- ➝ Nəqliyyatın modelləşməsi,nəqliyyat sistemlərinin istismarı
- ➝ Nəqliyyat vasitələrinin növünün seçilməsi
- ➝ Nəqliyyat növünün seçilməsi
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ Azərbaycan Texniki Universiteti
- → Bakı Mühəndislik Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
- ➝ Bakı Nəqliyyat Agentliyində
- ➝ Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində
- ➝ Azərbaycan Avtomobil Yollarında
- ➝ Dövlət Yol Polisində
- ➝ Avtomobil Yolları Dövlət Agentliyində
- ➝ Mərkəzi avtovağzallarda
- ➝ Bakı Beynəlxalq Avtovağzal kompleksində
- ➝ Logistik nəqliyyatda
- ➝ Dövlət Gömrük Komitəsində
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar(kompetensiyalar)
- ➝ Menecment, riyaziyyat, logistika fənlərini dərindən bilməli;
- ➝ Ünsiyyətcil olmalı
- ➝ İdarəetmə bacarığı olmalı
- ➝ Səbirli
- ➝ Məsuliyyətli
- ➝ Çalışqan
- ➝ Nəzarət bacarığı
- ➝ Kompüter bilikləri olmalı (ofis proqramları)
- ➝ Dil biliyi (rus və ingilis)
- ➝ Netcard, Autocad Civil, archica, 3D, Microstation proqramlarını bilməli
İxtisasın gələcəyi
Nəqliyyat sahəsi “Turizm” sektoruna böyük təsir edir. Nəzərə alsaq ki, hazırda dünyada və ölkəmizdə turizm sektoru sürətlə inkişaf edir və burada “Nəqliyyat” sahəsinə böyük ehtiyac duyulacaqdır. Bu baxımdan ixtisasın gələcəyi perspektivlidir.
Əmək haqqı
Dövlət və özəl sektordan, iş yerindən asılı olaraq əmək haqqı 300-1500 AZN arası dəyişir.
Comments are closed, but trackbacks and pingbacks are open.