PC-də səsin olmaması səbəbləri
Üçüncü nəsil kompüterlərdə ilk dəfə olaraq multiproqram rejimi tətbiq olundu. Bu rejim paralel olaraq bir neçə istifadəçinin proqramının yerinə yetirilməsini təmin etdi.
İlk kompüter necə yaradılıb?
X əsrin ən böyük kəşflərindən biri hesab edilən kompüter texnologiyası böyük bir sürətlə inkişaf edərək, cəmiyyətin inkişafetdirici qüvvəsinə, elmi-texniki, iqtisadi tərəqqinin, ictimai-siyasi münasibətlərin, bir sözlə həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu gün dünyamızı kompütersiz təsəvvür etmek demək olar ki, mümkün deyil. Artıq bütün sahələrdə kompüterin istifadəsi bizim gündəlik işimizə çevrilmişdir.komputer+9
Kompüterlərin yaranmasından yetmiş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu müddət ərzində onlar çox böyük sürətlə inkişaf etmişdir. Bu inkişaf yolu kompüterlərin istehsalında, həcmində və funksionallığında özünü açıq şəkildə büruzə verir. Kompüterlər, yalnız hesablama əməliyyatı aparmağa qadir olan, istehsalı və istismarı böyük xərc tələb edən böyük həcmli cihazlardan, kütləvi istehsal edilən, çox funksiyalı və maya dəyəri az olan, kiçik ölçülü cihazlara çevrilmişdir. Kompüterlərin sürəti, böyük həcmli informasiyaları qəbul etmək, saxlamaq və emal etmək qabiliyyəti kəskin surətdə yüksəlmişdir.
İstifadəçi kompüterlərdə tələb olunan məsələləri həll etmək üçün dəqiq başlanğıc informasiyalar, səhvsiz alqoritm və səmərəli proqram təminatına malik olmalıdır. Belə proqramların yaradılması isə kompüter texnikasının arxitekturasını və funksional imkanlarını, alqoritmik dilləri bilməyi və proqramlaşdırma vərdişinə malik olmağı tələb edir.
Bəs kompüter nədir?
Kompüter, istifadəşidən aldığı məlumatlarla məntiqi hesablamalar aparan, hesablamaların nəticəsini saxlaya bilən, saxladığı məlumatlara istənilən vaxt yenidən işlənə bilinən bir elektron maşındır.
Kompüterlər müvafiq proqram təminatı vasitəsilə rəqəmli informasiyanın yaradılmasını, emal edilməsini, etibarlı saxlanılmasını və operativ mübadiləsini təmin edən universal qurğudur. Başqa sözlə, kompüterlər informasiya ilə işləmək üçün nəzərdə tutulmuş proqramla idarə olunan elektron qurğulardır.
Kompüterlər sürətli təkamül yolu keçmişlər və bu gündə təkmilləşməkdə davam etməkdədirlər.
Kompüterlər və onların inkişaf tarixi
İlk gerçək “Kompüter” İngilis riyaziyyatçısı Charles Babbage (1792-1871) tərəfindən hazırlanmışdır. Ancaq onun yaşadığı illərdə texnologiya çatışmazlıqlarından, hazırladığı maşınlarda əməliyyat sistemləri mövcud deyildi. Bu səbəbdən də Charles Babbagenin hazırladığı elektron maşınlar müvəffəqiyyətsizliyə uğradı.Charles Babbage 500_SS500_
Babbage’ ın müvəffəqiyyətsizliklə nəticələnən işlərindən sonra, II. Dünya müharibəsinə qədər olan dövrdə demək olar ki, az bir inkişaf olmuşdur. 1940cı illərdə isə, Harvard Universitetində Howard Aiken, Princeton Universitetində John Von Neumann və Amerika ilə Almaniyadakı bəzi digər araşdırmaçıların işləri nəticəsində vakuum balonları(lampalar) istifadə edilərək bəzi elektron maşınların inkişaf etdirilməsi mümkün oldu. Ancaq bu inkişaf etdirilən maşınlar son dərəcə böyük və on minlərlə lampalardan təşkil edilmiş və bu gün evlərdə istifadə edilən kompüterlərdən çox daha yavaş işləyirdilər.
Bu dövrdə maşının həm dizaynını verən, həm emalatını edən, həm proqramlaşdıran, həm işlədən və həm də baxımını edən kiçik bir qrup olmalı idi. Bütün proqramlaşdırma, idarə panelindəki əlaqədar yerlərə, əlaqədar kabelləri taxaraq maşın dili ilə edilərdi. Əməliyyat sisteminin isə adı belə xatırlanmamaqda idi. Sonraları 1950ci illərin başında kartlı maşınların inkişafı ilə proqramların kartlara yazılıb buradan oxudulması təmin edildi, lakin digər hadisələr tamamilə eyni olaraq qalırdı.
Kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və A.Beris tərəfindən işlənib verilmişdir. Həmin prinsiplər əsasında 1946-cı ildə ABŞ-ın Pensilvaniya ştatında Con Mokli və Presper Ekkertin rəhbərliyi altında ENIAC adlı universal kompüterin yaradılması ilə həyata keçirilmişdir. Məhz həmin tarix kompüterlərin yaranma tarixi hesab olunur. Lakin, qeyd etmək lazımdır ki, bir sıra ədəbiyyatlarda ilk kompüterin 1943-cü ildə məhşur alim Allan Turinqin rəhbərliyi altında Böyük Britaniyada yaradıldığı və ikinci dünya müharibəsində alman məxfi məlumatlarının “oxunması” üçün istifadə edilən “Collos” kompüterinin olması iddia olunur. Lakin əksər alimlər “Collos” kompüterinin texniki imkanlarının zəif olması səbəbindən onu yalnız kompüter yaradılmasında atılan önəmli addımlardan biri hesab edərək, “kompüter erasının” məhz ENIAC kompüterilə başlandığını qəbul edirlər.
Hesablama texnikasının əsas inkşaf mərhələləri.
İlk hesab vasitəsi e.ə.V-əsrdə Çində Abak adı ilə hesablama cihazı yaradıldı.
İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır;
1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır;
1830-cu ildə Çarlz Bebic (İngiltərə) proqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstmişdır. Bebicin ideyaları sonralar universal kompüterlərin yaradılmasının əsasını qoymuşdur;
1930-cu ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompüterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir.
Koмpüterin arxitekturasında C.F Neyman prinsipi
Nəsilin bəzi nümayəndələrini çıxmaqla bütün nəsil kompüterin arxitektu¬ra¬sında məşhur Amerika alimi Con Fon Neyman tərəfindən 40-cı illərdə təklif etdiyi prinsipləri əsas götürülür. Başqa sözlə desək indiki kompüter hələ ki, Neyman arxitekturası ilə qurulur. Fon Neyman arxitekturasının əsas prinsipləri aşağıdalılardır:
1) Kompüter proqramla idarə olunan avtomatmaşındır, yəni kompterin işləməsi üçün proq¬ram lazımdır. Proqram bir tərəfdən kompüterin işini idarə edir, digər tərəf¬dən isə qoyulmuş məsələni həll edir.
2) Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yaddaş birölçülü və xəttidir, yəni sözlər vektor şəklindədir. Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm proqram, həm də verilənlər saxlanılır.
3) Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərə verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilər.
4) Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Məsələn, maşın sözündəki bitlər yığımının hər hansı ədəd və ya simvollar sətri olmasını proqram müəyyənləşdirir.
Kompüter texnikasının inkişaf mərhələlrində Neyman arxitekturası xeyli təkmilləşdirilmiş və kompüterə qoyulan tələblərin böyük hissəsi proqram vasitələrinə istiqamətləndirilmişdir. Kompüterin aparat vasitələri ilə proqram vasitələri arasında qarşılıqlı əlaqələrin yeni səviyyədə təşkil olunan arxitekturaya gətirib çıxardır.(Şəkil 1)
Kompüterin ümumiləşdirilmiş məntiqi struktura malikdir. Neyman arxi¬tekt¬uralı hər bir kompüter iki hissədən: mərkəzi və periferiya (xarici)-dan ibarətdir. Mərkəzi hissə hesab məntiq qurğusundan (HMQ), idarəetmə qurğusundan (İQ) və daxili yaddaş qurğusundan (DVQ) ibarətdir. Müasir kompüterdə HMQ və İQ prosessor adlanan bir qurğuda birləşdirilir. Periferiya hissəsinə xarici yaddaş qurğuları (XYQ), daxiletmə və xaric etmə qurğuları (DXQ) və idarə pultu (İP) daxildir. Köhnə kompüterdə (I vəII nəsil) mərkəzi hissə ilə periferiya hissəsi sərt (dəyişdirilə bilməyən) sxemlə əlaqələndirilirdi. Bu isə periferiya qurğularının tərkibini və sayını istifadəçilərin tələblərinə uyğun quraşdırmağa imkan vermirdi. Müasir kompüterdə mərkəzi hissə ilə periferiya hissəsi sistem interfeysi adlanan aparat proqram vasitəsilə əlaqələndirilir. Bu isə periferiya qurğularının sayını və tərkibini dəyişdirməyə imkan verir.
I nəsil kompüterlərin istehsal olunması.
Bu mərhələ ENIAC (Electronic Numerical Integrator and Computer) kompüterinin yaradılması ilə başlayır və 1946-1958-ci illəri əhatə edir. Birinci nəsil kompüterlərin element bazası çoxsaylı elektron lampalar idi. Onlar elmi-texniki məsələlərin həlli üçün istifadə olunurdu. Həddən artıq baha olduğundan əsasən hərbi-sənaye kompleksində və dövlət təşkilatlarında istifadə olunurdu. Bu kompüterlər böyük həcmə və kütləyə malik idi. Elektron lampalar böyük həcmli elektrik enerjisi sərf edirdi və tez qızırdı. Buna görə də əlavə soyutma sistemindən istifadə olunurdu. Məsələn, ENIAC (ENIAC kompüteri 9 il – 1955-ci ilə qədər fəaliyyət göstərmişdir) kompüterində 178468 elektron lampa, 7200 kristallik diod, 4100 maqnit elementləri istifadə olunmuşdur və o, 30 ton ağırlığında olub, 200 kvadrat metr sahəni tuturdu, 150 Kvt elektrik enerjisi sərf edirdi. Birinci nəsil kompüterlər yalnız saniyədə 10-20 min əməliyyat yerinə yetirə bilirdi. Belə ki, adicə loqarifmik və triqonometrik funksiyaların hesablanması üçün bir dəqiqədən artıq vaxt tələb olunurdu. Əməliyyatlar yalnız ardıcıl – bir əməliyyat qurtardıqdan sonra digər əməliyyat yerinə yetirilirdi. Elektron lampaların istismar müddəti qısa olduğundan kompüterlər texniki cəhətdən də etibarlı deyildi. Kompüterlərin operativ yaddaşı zəif olub, 512-2048 bayt təşkil edirdi. Operativ yaddaş qurğusu olaraq ilk vaxtlar civə doldurulmuş kicik diametrli borulardan, sonra isə ferromaqnitlərdən istifadə olunmuşdur. Birinci nəsil kompüterlər üçün proqramlar konkret kompüter üçün unikal olan “maşın dilində” tərtib edilirdi. Bu proqramlar həddən artıq mürəkkəb olub, onları yazmaq üçün proqramlaşdırıcıdan kompüterin arxitekturasını dəqiq bilməyi tələb edirdi. Proqramın daxil olunması və yerinə yetirilməsi idarəetmə blokunun açarları vasitəsilə həyata keçirilirdi. Bu proses mürəkkəb olduğundan və proqramda meydana çıxan səhvlərin aradan qaldırılması zərurəti proqramın daxil edilməsi və yerinə yetirilməsi prosesinin proqramlaşdırıcı tərəfindən yerinə yetirilməsini tələb edirdi. Bu nöqsanlara baxmayaraq birinci nəsil kompüterlər o dövr üçün elmi-texniki tərəqqinin ən böyük nailiyyəti hesab olunur və mürəkkəb, əvvəllər həlli mümkünsüz hesab edilən elmi, mühəndis məsələləri həll etdi. Bunun nəticəsində bir sıra elm və sənaye sahələrində fundamental nəticələr əldə olundu. Xüsusilə, atom fizikası və energetikası, riyaziyyat, astronomiya və hərbi-sənaye kompleksi sürətlə inkişaf etməyə başladı. Qərb dünyası ilə müqayisədə kecmiş SSRİ-də, o cümlədən Azərbaycanda kompüterlər bir qədər gec, keçən əsrin 50-ci illərinin əvvəllərindən başlayaraq istifadə edilmişdir. Sovet sənayesi MESM, BESM, Strela, M-1, M-2, M-3, Minsk-1, M-20, Ural-1, Razdan və s. birinci nəsil kompüterlər istehsal etmişdir.
MESM (Малая Электронная Счетная Машина) 1950-ci ildə S.A.Lebedevin rəhbərliyi altında Ukrayna Elmlər Akademiyasının Elektrotexnika İnstitutunda hazırlanmışdır və SSRİ-də yaradılan ilk komputer hesab edilir.
: Birinci nəsil kompüterlər
II nəsil kompüterlərin istehsalı.
Bu mərhələ 1955-1967 -ci illəri əhatə edir. İkinci nəsil kompüterlər element bazası əsasən yarımkeçiricilərdən ibarət olan kompüterlərdir. Bu kompüterlərdə elektron lampaları Bell Laboratories (ABŞ) firmasında Nobel mükafatı laureatları Uilyam Şokli, Uolter Bratteyn və Con Bardin tərəfindən yaradılmış tranzistorlar əvəz etdi. Tranzistorlar kiçik ölçüyə malik olub, daha davamlı, elektrik enerjisinə az tələbkar idi və təqribən 40 ədəd elektron lampanı əvəz edə bilirdi. Bunun
nəticəsində kompüterlərin həcmi və kütləsi dəfələrlə kiçildi, elektrik enerjisinə tələbat azaldı, maya və istismar dəyəri ucuzlaşdı. Eyni zamanda məhsuldarlığı, funksional imkanları, etibarlığı on dəfələrlə yüksəldi. Məsələn, Mark-1 adlı birinci nəsil kompüter 2,5×17m ölçüyə malik olub, maya dəyəri 500 min dollar idisə, PDP-1 ikinci nəsil kompüteri artıq məişət soyuducusu həcmində olub 20 min dollara satılırdı.
İkinci nəsil kompüterlərdə displeylərdən istifadə edilməyə başlandı. Bu informasiyanın etibarlı qorunmasını təmin etməklə, informasiyanın daxil və xaric olunmasını xeyli asanlaşdırdı. Operativ yaddaşın həcmi artaraq minimum 32 kbayt oldu. İkinci nəsil kompüterlər üçün xüsusi sistem proqram təminatı, o cümlədən informasiyanın paket emalı sistemləri, sonralar əməliyyat sistemləri yaradıldı. Kompüterin arxitekturasından asılı olmayan yüksək səviyyəli alqoritmik dillərin (Fact, MathMatic, Algol, Fortran, Kobol və s.) yaranması və onlar üçün müvafiq kompilyatorun və standart altproqramlar kitabxanasının yaradılması ilə proqramlaşdırılma olduqca asanlaşdı və həll olunan məsələlərin əhatə dairəsi genişləndi.
Kompüterlərin ucuzlaşması və proqram təminatının inkişafı onların tətbiq sahəsini xeyli genişləndirdi. Kompüterlər artıq elmi-texniki hesablamalar aparmaqla yanaşı maliyyə-iqtisadi, istehsal-texnoloji proseslərin avtomatlaşdırılması üçün tətbiq edilməyə başlandı. Artıq onlar daha çox biznes müəssisələrində, təhsil və layihələndirmə mərkəzlərində geniş istifadə olundu. Azad kompüter bazarı formalaşdı, kompüteristehsalı sürətlə artdı. Bir sıra böyük firmalar, məsələn, IBM, CDC, DEC və s. kompüter istehsalına başladı.
Keçmiş SSRİ-də BESM-3, BESM-4, Ural-11, Ural-14, Ural-16, Minsk-22, M-222, Mir, Nairi ikinci nəsil kompüterlər istehsal olunmuş və istifadə edilmişdir. Onların məhsuldarlığı saniyədə 50-100 min əməliyyat olmuşdu.
İkinci nəsil kompüterlər
III nəsil kompüterlərin istehsalı.
Bu mərhələ 1964-1975-ci illəri əhatə edir. Üçüncü nəsil kompüterlərin element bazalarını inteqral sxemlər və ya mikrosxemlər təşkil edirdi. İlk mikrosxemlər 1958-ci ildə Cek Kilbi və Robert Noys tərəfindən yaradılmışdır. Mikrosxemlər təqribən 10 мм2 ölçüyə malik olub, on min tranzistoru əvəz etməyə qadirdir. Bu isə kompüterlərin sürətlə miniatürləşməsini və ucuzlaşmasını təmin etdi. Bununla yanaşı üçüncü nəsil kompüterlərin məhsuldarlığı kəskin yüksəldi. Artıq kompüterlərdə 100 kilobaytlarla ölçülən operativ yaddaşlar tətbiq olunurdu, onlar saniyədə 10 milyon əməliyyat yerinə yetirə bilirdi. Miniatürləşmə ilə paralel olaraq kompüterlərin arxitekturasında köklü dəyişiklik baş verdi. Xarici yaddaş qurğusu olaraq maqnit disklərindən və diski oxuyan qurğulardan diskovodlardan istifadə edildi. Bir sıra xüsusi təyinatlı kompüterlər məsələn, kosmik raketlərdə, aviasiyada və gəmilərdə istifadə edilən bortkompüterlər meydana gəldi. Bununla yanaşı az – təqribən 4 kilovat enerji sərf edən mini kompüterlərin istehsalına başlandı. Məsələn, ABŞ-da RDR,
IBM-360
Milli.Az chip.az-a istinadən bildirir ki, VAX mini kompüterləri və SSRİ-də isə onların analoqu olan CM-1/2/3/4/1420 və s. istehsal olundu. Mini kompüterlər sənayedə texnoloji proseslərin idarə edilməsində, məlumat banklarının yaradılmasnda və informasiyanın idarə
edilməsində geniş istifadə olunurdu. Üçüncü nəsil kompüterlər seriya şəklində istehsal olunurdu. ABŞ-da İBM 360, SSRİ və Şərqi Avropanın keçmiş sosialist ölkələrində EC seriyalı kompüterlər istehsal olunurdu.
Üçüncü nəsil kompüterlərdə ilk dəfə olaraq multiproqram rejimi tətbiq olundu. Bu rejim paralel olaraq bir neçə istifadəçinin proqramının yerinə yetirilməsini təmin etdi.
Üçüncü nəsil kompüterlər
IV nəsil kompüterlərin istehsalı.
Bu mərhələ böyük inteqral sxemlərin kompüter istehsalında tətbiqi ilə 1974-1976-cı ildən başlamışdır. Böyük inteqral sxemlər bir kristal üzərində minlərlə tranzistor və digər elektron komponentləri birləşdirməyi təmin etdi. Bunun nəticəsində əvvəllər ayrı-ayrı elementlərdən ibarət olan kompüterin funksional qurğularını böyük inteqral sxemlər əvəz etdi. Məsələn, böyük inteqral sxemlərdən ibarət olan mikroprosessorlar, xarici qurğular kontrollerləri, operativ yaddaş və digər qurğular yaradıldı. Bunun nəticəsində kompüterlərin məhsuldarlığı və etibarlığı on dəfələrlə yüksəldi. Böyük inteqral sxemlərə keçid kompüterin qurğularını kiçik ölçülü bir lövhə-“ana lövhə” üzərində asanlıqla yerləşdirməyi mümkün etməklə birlövhəli kompüterlərin istehsalını təmin etdi. Altair adlı ilk mikro kompüter 1974-1975-ci ildə Intel 8080 mikroprosessoru əsasında istehsal olundu və bununla da insanlar ucuz, az enerji sərf edən, istifadə üçün həddən artıq rahat və əlavə işçi heyəti tələb etməyən, şəxsi istifadə üçün nəzərdə tutulmuş və bu səbəbdən fərdi kompüterlər adlanan kompüterlər əldə etdilər. 1981-ci ildə İBM firması fərdi kompüterlərin kütləvi istehsalına başladı və mikroprosessorlar istehsal edən İntel firması ilə əməkdaşlıq edərək fərdi kompüterlərin əsas istehsalçısına çevrildi.
Mikroelektronikada əldə edilən uğurlar və müasir proqram təminatının yaradılması sayəsində fərdi kompüterlərin sürətli təkamülü təmin olunmaqdadır. Bu gün çoxsaylı firmalar müxtəlif konfiqurasiyalı və təyinatlı fərdi kompüterlər istehsal edirlər və insan fəaliyyətinin bütün sahələrində tətbiq olunurlar.IBM-Logo_0
V nəsil kompüterlərin yaradılması.
Bu mərhələ müasir dövrü əhatə edir və məqsəd yeni və ən yeni elektron texnologiyalara əsaslanan müasir və gələcəyin kompüterlərinin istehsalını təşkil etməkdir. V nəsil kompüterlər çox yüksək məhsuldarlığa və etibarlılığa malik olmaqla, keyfiyyətcə yeni funksional tələblərə, o cümlədən sözlə, biliklər bazaları ilə işləməyə, süni intellekt sistemlərinin təşkilinə, istifadəçi ilə nitq və görmə vasitəsi ilə ünsiyyəti təmin etməyə, ən yeni proqram vasitələrinin yaradılması prosesini sadələşdirməyə və s. imkan verməlidirlər. Yeni arxetikturaya və texnologiyaya malik neyrokompüterlər real neyronların əsas xassələrini modelləşdirən neyron şəbəkələrinə əsaslanırlar. Hal-hazırda neyron, qeyri-səlis məntiq -Fuzzu nəzəriyyəsinə, intellektual imkanları xeyli üstün olan bioloji və optik texnologiyaları əsasında bio və optik neyrokompüterlərin yaradılması da yaxın gələcəyin reallığıdır. Bunlarla yanaşı olaraq kompüterlərin məhsuldarlığı bəzi hallarda və sahələrdə (nüvə energetikası, kosmos, hərbi-müdafiə, seysmologiya və s.) tətbiq üçün kifayət etmədiyindən super kompüterlərin yaradılmasına ciddi ehtiyac yaranmışdır.
Milli.Az
PC-də səsin olmaması səbəbləri
Kompüterin səs sistemi sürücülərlə yaxından əlaqəlidir. Buna görə, səs çoxalması ilə bağlı hər hansı bir problem yaşamağa başlasanız, dərhal çaxnaşmamalısınız – adi bir istifadəçinin də səhvini düzəldə bilməsi mümkündür. Bu gün kompüterdəki səsin itdiyi bir neçə fərqli vəziyyətə baxacağıq.
Niyə kompüterdə səs yoxdur
PC-də səsin itə bilməsi üçün bir çox səbəb var. Bir qayda olaraq, bu bir donanım problemi və ya sürücülər ilə digər proqramlar arasındakı bir ziddiyyətdir. Bu yazıda problemin nə ola biləcəyini təhlil edəcəyik və səsi bərpa etməyə çalışacağıq.
Həmçinin oxuyun:
Problemi Windows 7-də səssiz həll etmək
Windows XP-də səs problemlərini həll etmək
Windows 10-da səs problemlərinin həlli
Səbəb 1: Əlil spikerlər
Hər şeydən əvvəl, dinamiklərin həqiqətən kompüterə qoşulduğunu yoxlayın. Çox vaxt istifadəçi sadəcə bir şnurla bağlamağı unutduqda və ya səhv etdiyində olur.
Diqqət!
Səs kartında tamamilə fərqli tip konnektorlar var. Ancaq yaşıl rənglə örtülmüş çıxışı tapmalı və cihazı onun vasitəsilə birləşdirməlisiniz.
Dinamiklər üzərindəki açarın işlək vəziyyətdə olduğundan və səs tənzimləyicisinin saat yönünün tam əksinə çevrilmədiyindən əmin olmaq lazımdır. Cihazın hələ də bağlı və işlədiyindən əminsəniz, növbəti elementə keçin.
Səbəb 2: Səs səssizdir
Səs çatışmazlığının ən ümumi səbəblərindən biri, sistemdə və ya cihazın özündə minimuma endirməkdir. Buna görə də, ilk növbədə, səs səviyyəsini tənzimləyicini saat yönünə çevirin və səs səviyyəsini dəyişdirmək üçün tepsidəki hoparlör simgesini vurun.
Səbəb 3: İtkin sürücülər
Cihazdakı səs çatışmazlığının başqa bir yaygın səbəbi səhv seçilmiş sürücülər və ya hətta onların olmamasıdır. Bu vəziyyətdə sistem normal olaraq alt altsistemlə qarşılıqlı əlaqə qura bilməz və nəticəsini həll etməyə çalışdığımız problemlər yaranır.
Səs avadanlığı üçün sürücülərin olub olmadığını yoxlaya bilərsiniz “Cihaz meneceri”. Hər hansı bir şəkildə açın (məsələn, vasitəsilə) “Sistemin xüsusiyyətləri”, qısa düyməni sağ vurmaqla aça bilər “Mənim kompüterim”) və nişanlarda olduğundan əmin olun “Səs Girişləri və Səs Çıxışları”, eləcə də “Səs, oyun və video cihazları” şəxsiyyəti məlum olmayan cihaz yoxdur. Əgər varsa, bu, tələb olunan proqramın çatışmadığı deməkdir.
Noutbukun və ya hoparlör istehsalçısının rəsmi saytında sürücüləri əl ilə seçə bilərsiniz və bu doğru proqramı tapmaq üçün ən etibarlı yol olacaqdır. Xüsusi universal proqramlardan da istifadə edə və ya natiq kimliyini istifadə edərək proqramı tapa bilərsiniz. Aşağıda bunun necə ediləcəyi təsvir olunduğu bir neçə link buraxdıq:
Daha ətraflı:
Sürücü tapmaq üçün ən populyar proqramlar
Cihaz identifikatorundan istifadə edərək sürücülər necə qurulur
Əlavə proqrama müraciət etmədən sürücülər necə qurulur
Səbəb 4: Yanlış oynatma cihazı seçilib
Üçüncü tərəf səs oxutma cihazlarının kompüterə qoşulması və ya qoşulması halında baş verə biləcək başqa bir ümumi problem, kompüterin başqa bir, ehtimal ki, əlaqəsi kəsilmiş bir cihaz vasitəsilə səs çalmağa çalışmasıdır. Bunu düzəltmək üçün aşağıdakı təlimatları izləyin:
- Tepsidəki hoparlör simgesini sağ vurun və sonra elementi vurun “Oxutma cihazları”.
- Görünən pəncərədə yalnız bir maddə varsa və bunlar sizin natiqləriniz deyilsə, onda pəncərənin içinə sağ vurun və sətri vurun. Əlil Cihazları Göstərin.
- İndi görünən bütün cihazlardan səsi yayımlamaq istədiyinizi seçin, üzərinə sağ vurun və seçin “Enable”. Onay qutusunu da yoxlaya bilərsiniz “Defolt”gələcəkdə oxşar problemlərin qarşısını almaq. Sonra basın “TAMAM”dəyişikliklərinizi tətbiq etmək.
Yeri gəlmişkən, bu səbəbdən qulaqlıqların kompüterə qoşulması ilə əlaqədar bir vəziyyət yarana bilər, lakin səs hələ də əsas səsgücləndiricilər vasitəsilə yayımlanır. Buna görə, hansı əsas oynatma cihazının seçildiyini yoxlamağı unutmayın. Qulaqlıqların işləməməsinin digər səbəblərini aşağıdakı məqalədən oxuya bilərsiniz:
Buna da baxın: Qulaqlıq kompüterdə işləmir
Səbəb 5: Səs kodekləri yoxdur
Windows başladığında səs eşidirsinizsə, ancaq video və ya səsyazma zamanı orada deyilsə, çox güman ki, problem kodeklərin olmamasıdır (və ya problem pleyerin özündədir). Bu vəziyyətdə, xüsusi bir proqram yükləməlisiniz (həmçinin varsa, köhnəsini də çıxarın). Ən populyar və sübut edilmiş kodek dəstini – istənilən formatda video və audio səsləndirməyə, həmçinin sürətli və rahat bir pleyer quraşdırmağa imkan verən K-Lite Codec Paketini quraşdırmanızı məsləhət görürük.
Səbəb 6: Yanlış BIOS qurulması
BIOS’unuzda bir səs cihazının söndürülməsi ehtimalı var. Bunu yoxlamaq üçün BIOS-a getməlisiniz. Hər noutbukda və kompüterdə tələb olunan menyunun girişi müxtəlif yollarla həyata keçirilir, lakin əksər hallarda bu düymə vuruşudur F2 və ya Sil cihaz açılarkən. Saytımızda müxtəlif noutbuklardan BIOS-a giriş yollarına həsr olunmuş bütün bir bölmə tapa bilərsiniz.
Daha çox oxuyun: cihaz BIOS-a necə daxil olun
İstədiyiniz parametrlərə daxil olduqda, sözləri ehtiva edən bir parametrə baxın Səs, Səs, HDA və səslə əlaqəli digərləri. BIOS versiyasından asılı olaraq bölmələrdə ola bilər “Qabaqcıl” və ya İnteqrasiya olunmuş ətraf mühit. Tapılan maddənin əksinə olaraq dəyərləri təyin etməlisiniz “Aktivdir” (Daxildir) və ya “Avtomatik” (Avtomatik olaraq). Beləliklə, dinamikləri BIOS-a bağlayacaqsınız və çox güman ki, səs sənədlərini yenidən dinləyə biləcəksiniz.
Dərs: BIOS-da səsi necə aktivləşdirmək olar
Səbəb 7: Dinamikanın nasazlığı
Ən pis ssenarilərdən biri də oynatma cihazının zədələnməsidir. Düzgün işlədiyini yoxlamaq üçün hoparlörleri başqa bir kompüterə bağlamağa çalışın. Səs görünmürsə, onları bağladığınız şnuru dəyişdirməyə çalışın. Hələ bir şey eşitmirsinizsə, sizə bir şey kömək edə bilmərik və xidmət mərkəzinə müraciət etməyinizi məsləhət görürük. Yeri gəlmişkən, laptop spikerlərini yalnız mütəxəssislər yoxlaya bilər.
Səbəb 8: Zədələnmiş sürücü
Ayrıca, səs sürücüsünün zədələnməsi nəticəsində səs itirə bilər. Bu, bir proqramı qurduqdan və ya sildikdən, Windows-u yenilədikdən və ya virus hücumu nəticəsində baş verə bilər. Bu vəziyyətdə köhnə proqramı silmək və yenisini quraşdırmaq lazımdır.
Qırılmış proqramı silmək üçün buraya daxil olun “Cihaz meneceri” köməyi ilə Qazan + X menyusunu seçin və səs cihazınızı siyahıdan sağ düymə ilə vurub kontekst menyusunda uyğun sətri seçərək siyahıdan çıxarın. Silindikdə, Windows istifadəçidən bu cihazı silməsini və təhlükəsizliyini təmin etməsini istər.
İndi yalnız yeni proqramı bu məqalənin üçüncü abzasında təsvir edildiyi kimi quraşdırmalısınız.
Səbəb 9: Viral infeksiya
PC’nizin bir növ virus hücumuna məruz qaldığını və bunun nəticəsində səs sürücülərinin zədələndiyini düşünə bilərsiniz. Bu vəziyyətdə, kompüterinizi ən qısa müddətdə virus proqramı üçün taramalı və bütün şübhəli sənədləri silməlisiniz. Bu hər hansı bir antivirus istifadə edilə bilər. Saytımızda cihaz infeksiyasının qarşısını almaq və təmizləmək üçün ən populyar məhsulların icmallarını tapa biləcəyiniz bir bölmə var. Aşağıdakı linki izləyin:
Həmçinin oxuyun:
Ən populyar antiviruslar
Antivirus olmadan kompüterinizi viruslara görə tarayın
Kompüter viruslarına qarşı mübarizə aparın
Sistemi yoxladıqdan və təmizlədikdən sonra səs çıxmazsa, bu məqalənin səkkizinci hissəsindəki addımları təkrarlamağa və proqramı yenidən quraşdırmağa çalışın.
Səbəb 10: Səs xidmətləri deaktivdir
Nadir hallarda, lakin yenə də səs xidmətlərinizin deaktiv olub-olmadığını yoxlayın. Bunun üçün:
- Düymələr kombinasiyasına basın Qazan + R və açılan pəncərədə services.msc əmrini daxil edin. Sonra basın “TAMAM” açmaq “Xidmətlər”.
- Sonra maddənin xüsusiyyətlərini açın Windows Audio Endpoint Builder (tələb olunan sətri sağ vurun və kontekst menyusunda müvafiq sətri seçin).
- Açılan pəncərədə bölməyə keçin “Ümumi” və başlanğıc növünü seçin – “Avtomatik olaraq”. Xidmət hazırda işləmirsə, düyməni vurun “Qaç”.
Səbəb 11: Səs heç bir proqramda işləmir
Ayrıca, tez-tez hər hansı bir proqramda səs olmadığı bir vəziyyət ola bilər. Bu vəziyyətdə, proqramın parametrləri ilə məşğul olmalı və ya kompüterdəki səs mikserini yoxlamalısınız, çünki bu proqramın səsinin minimuma endirildiyi bir seçim var. Aşağıda xüsusi proqram üçün məqalələr tapa bilərsiniz, bəlkə də işinizi tapa bilərsiniz:
Həmçinin oxuyun:
Mozilla Firefox-da səs yoxdur: səbəbləri və həlləri
Opera brauzerində səs yoxdur
Skype-da səs yoxdur
KMPlayer-də səs yoxdur
Brauzerdəki səs yox olarsa nə etməli
Gördüyünüz kimi, bir kompüterdə və ya bir noutbukda səs çıxmamasının bir çox səbəbi var. Ümid edirik problemi anlamağınıza və həll etməyinizə kömək etdik. Əks təqdirdə, bunun bir hardware problemi ola biləcəyi üçün xidmət mərkəzindəki mütəxəssislərlə əlaqə saxlamağınızı məsləhət görürük.
Kompüterin əsas hissələri
Sistem bloku:
Sistem bloku kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar:
-verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar);
-verilənləri xaric edən qurğular (skaner, plotter);
-verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular);
-verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr);
Masaüstü kompüterlərin sistem blokları üfiqi (desktop) və şaqulu (mini-tower, biq tower) formada istehsal edilirlər.
Sistem bloku daxilində yerləşən qida bloku xətdən alınan gərginliyi daxildəki qurğular arasında lazımi şəkildə bölüşdürür.
Ana lövhə kompüterin əsas hissəsi sayılır. Ana lövhə üzərində aşağıdakı elementlər yerləşir:
-Mikroprosessor (MP)– kompüterində hesabi-məntiqi əməliyyatları yerinə yetirir. Mikrosxem xüsusi qaydada hazırlanmış elektron sxemlər toplusudur. Mikroprosessorlar bir-biriindən takt tezliklərinə, yəni əməliyyatların yerinə yetirilmə sürətinə və məhsuldarlığa MİPS (saniyədə miliyon əməliyyat) görə fərqlənirlər. Pentium tipli kompüterlərdə adətən İNTEL şirkətinin və onun törəməsi olan SELERON tipli mikroprosessorlardan istifadə edilir.
Bir çox hallarda çoxlu sayda riyazi hesablamaların aparılması lazım gəlir ki, mikroprosessorlar bunu təmin edə bilmirlər. Bu səbəbdən də kompüterlərdə riyazi soprosessorlardan istifadə edilir. Müasir prosessorların gücü böyük olduğundan artıq soprosessorlara ehtiyac duyulmur;
-Çipset (mikroprosessor dəsti)- kompüterin daxili qurğularını idarə etməklə yanaşı, ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur;
-Şinlər– kompüterin daxili qurğuları arasında siqnalların ötürülməsini təmin edən naqillər yığımıdır;
-Əməli yaddaş- əməli yaddaş qurğusu- ( RAM-ƏYQ)- kompüter xəttə qoşulan zaman verilənlərin müvəqqəti saxlanılan mikrosxem toplusudur. Gərginlik kəsildikdə burada olan məlumatlar itir. Onun tutumu müasir kompüterlərdə bir neçə QB olur;
-keş yaddaş– əməli yaddaş ilə mikroprosessor arasında informasiya mübadiləsinin yüksəldilməsi məqsədilə istifadə edilən ifrat sürətli yaddaş qurğusudur. Onun iki Level1 və Level2 səviyyələri var. Level 1 səviyyəsi adətən mikroprosessorun daxilində, Level 2 səviyyəsi isə əməli yaddaşla mikroprosessor arasında yerləşir. Onun köməyi ilə informasiya mübadiləsi sürəti 10 dəfəyədək artırılır. Belə yaddaşların tutumu bir neçə Mbayt-a qədər olur.
-Daimi yaddaş qurğusu (BİOS-DYQ)- kompüterin ilkin yüklənməsini və qurğuların yoxlanılmasını həyata keçirən və daxilindəki verilənlərin gərginlikdən asılı olmayaraq saxlayan yaddaş qurğusu olan mikrosxemdir.
-Portlar (yuvalar)- əlavə qurğuların (slotların) qoşulmasını təmin edirlər. Portlar paralel (LPT1-LPT4), ardıcıl asinxron (COM1-COM3) və universal (USB) ola bilərlər. Paralel portlar sürətinə görə ardıcıl portlardan, universal portlar isə hər ikisindən üstündür.
– videoyaddaş nəticənin ekrana çıxarılmasını idarə edəcək elektron sxem olub videokontrollerin tərkibində yerləşir;
-videoadapter (videokart) monitorun ekranında alınmış təsviri formalaşdırmaq üçün istifadə edilir və həm qrafik, həm də mətn rejimində işləyə bilər;
-Kontrollerlər– xüsusi elektron sxemlər olub disk sürücüləri. klaviatura və s. ilə əməli yaddaş arasında informasiya mübadiləsinə nəzarət edən qurğulardır.
Monitorlar rəngli və ağ-qara olmaqla ekranın ölçüsünə, rənglərin miqdarına və elektron-şüa borulu, LCD, plazma növlərinə bölünürlər. Elektron-şüa borulu monitorlarda təsvirin ekrana verilməsi məqsədilə xüsusi elektron şüa borusundan istifadə edilir. LCD monitorlarında ekran iki nazik lovhə arasında yığılmış maye-kristal sxemldən ibarətdir. Plazma ekranlarında eyni prinsipdən istifadə edilsədə lövhələr arasında xüsusi qaz yerləşdirilir. Bu tip monitorlar gərginliyi daha çox istifadə edirlər. Məhz bu səbəbdən də onlardan portativ kompüterlərdə istifadə edilməsi məqsədəuyğun deyil.
Klaviaturalar 84/86 düyməli klaviaturalara və 102/104 düyməli klaviaturalara bölünürlər. Klaviaturanın düymələri: funksional düymələrə (F1-F12), hərf-rəqəm düymələrinə, kursoru idarə edən və ədədlərin daxil edilməsi düymələrinə bölünürlər.
Mouse- müasir kompüterlərdə xüsusi əhəmiyyətə malik qurğulardan biridir. Bu qurğu istifadəçi işini asanlaşdırır və bir çox proqramlarla ondan istifadə etmədən işləmək həddən artıq çətindir. Mousun da müxtəlif növləri mövcuddur. Lakin ümumilikdə onların iş prinsipləri eynidir.
Xarici yaddaş qurğuları:
-elastiki (yumşaq) disk sürücüsü xarici yaddaş qurğusu olan elastiki maqnit disklərindən (disketlərdən- floppy disklərdən) məlumatın oxunması və ya onlara məlumatın yazılmasını təmin edən qurğulardır;
-Sərt maqnit diski (HDD, vinçester)- kompüterin sistem blokunun daxilində yerləşərək xarici yaddaş qurğusu olub, informasiyanın saxlanması üçün istifadə edilir. Buraya həm informasiya yazmaq və həm informasiyanı oradan oxumaq mümkündür;
-CD-ROM- kompakt disklərdən (CD-R, CD-RW) məlumatı oxumaq üçün istifadə edilir (600-800 MB);
-CD-Writer- kompakt disklərdən məlumatı oxumaq və CD-RW-lərə informasiyanı yaza bilən qurğudur;
-DVD- DVD (4-16 QB) disklərlə işləmək üçün qurğulardır. Müasir DVD qurğuları həm də CD-lərlə işləyə bilir;
-flash (fleş)-kartlar- informasiyanın saxlanması üçün istifadə edilir(16 QB);
Printerlər
Printerlər bir-birindən: çapetmə üsuluna, sıxlığma, sürətinə və çap rənginə görə fərqlənirlər. 1980-90-a illərdə kompüterlər üçün ən çox yayılmış printerlər matrisli printerlər idi. Matrisli printerlər ixtiyari simvolları və qrafik təsvirləri ağ-qara və rəngli (istifadə edilən lentin rəngindən asılı olaraq) çap edə bilirlər. Matrisli printerlərin qiyməti ucuz, cəldliyi isə yüksəkdir (mətn rejimində bir dəqiqədə 1 -6 səhifə, qrafik rejimdə isə hər səhifəyə 5 dəqiqə vaxt sərf olunur). Mənfi cəhəti ayrı-ayrı nöqtələrdən formalaşan şəkil və simvolların diskret quruluşlu olması, çap keyfiyyətinin aşağı olması, iş zamanı səs salması və rəngli çap üçün az əlverişli olmasıdır. Printerin əsas aktiv elementi xırda iynələrdir. Sadə modellərdə iynələrin sayı 9-12 arasında, mürəkkəb modellərdə isə 18-24 arasında olur. Hər iynə ayrıca çəkic rolunu oynayır. Müxtəlif düzümlü iynələrin eyni vaxtda lenti döyəcləməsi nəticəsində kağız üzərində istənilən formalı təsviri almaq mümkündür. Belə printerlərin çapetmə sıxlığı 300 dpi-yə bərabərdir. İndiki zamanda praktiki olaraq matrisli printerlərdən istifadə azalıb
Axınlı printerlərdən kompüterlərdə geniş istifadə edirlər. Belə printerlərdə çap mexanizmi müxtəlif sayda rəng püskürtücülərindən ibarət olur. Printerin daxilindəki mikroprosessorun müəyyən etdiyi ardıcılıqla püskürücülər çox nazik şırnaqlarla rəngli boyağı kağızın üzərinə püskürürlər. Şırnaqların istiqamətini dəyişdirməklə müxtəlif növ təsvirləri almaq mümkündür. Axınla işləyən printerlər iki növdə olur: ağ-qara və rəngli. Printerin çapetmə sürəti ağ-qara rejim üçün səhifəyə 15-100 saniyə, rəngli rejim üçün isə 7 dəqiqəyə kimidir. Printerdə yüksək dəqiqliklə təsvir almaq üçün yüksək keyfiyyətli kağızdan istifadə etmək lazımdır (keyfiyyətsiz kağızda rənglərin bir-birinə qarışması baş verir). Müasir axınlı printerlər üçün çapetmə sıxlığı 700-720 dpi-dir (bir düymə düşən nöqtələrin sayı).
Lazer printerləri digər printerlərə nəzərən mürəkkəb quruluşa malik olub, istər ağ-qara, istərsə də rəngli çapın (tipoqrafik çapa uyğun) yüksək keyfiyyətlə əldə olunmasını təmin edir (dəqiqədə 4-12 səhifə və daha çox). Printerin daxilində olan yarımkeçiricilərdən hazırlanmış silindrik səth yüksək gərginlikli elektrik mənbəyindən yüklənir. Təsvirə uyğun olaraq silindrik səthin müəyyən hissələri lazer şüası ilə elektrik yükündən azad edilir. Hazırlanmış boya tozları xüsusi qurğu vasitəsilə silindrin üzərinə səpilir. Lazer şüasınm düşmədiyi, yəni elektrik yükünün qaldığı yerlərdə boya tozları silindrin səthinə yapışır və silindrin fırlanması nəticəsində kağız üzərinə hopdurulur. Beləliklə, kağız üzərində lazım olan təsvir alınır.
Müasir lazer printerləri üçün çapetmə sıxlığı 600-1200 dpi-dir. Bu printerlərin müsbət cəhətləri səhifəni sətir-sətir deyil, bütövlükdə çap etməsidir. Mənfi cəhəti isə qiymətiərinin baha olmasıdır.
Modem
Müasir dövrdə qlobal problemlərin həll edilməsində istifadəçilər İnternet elektron şəbəkələrindən istifadə etməyə böyük üstünlük verirlər. Belə dövrələrin köməyi ilə istifadəçi elektron poçtu ilə işləyə bilir, lokal şəbəkələrə daxil olur, faks vasitəsilə istənilən məlumatı ya göndərir, ya da lazımi səviyyədə əldə etmiş olur. Sadalanan işləri həyata keçirmək üçün kompüterə əlavə qurğu kimi mütləq modem və ya faks-modem (informasiya dəyişməsini təsvirlər formasında yerinə yetirən elektron qurğu) qurğusu istifadəçinin ixtiyarında olmalıdır.
Hal-hazırda adi modemlər istehsal olunmur, «modem» dedikdə, sadəcə olaraq faks-modem nəzərdə tutulur.
Modem – kompüter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirən qurğudur. Bu çevrilmə onunla əlaqədardır ki, kompüter rəqəmli siqnallar ilə işlədiyi halda, telefon xətləri ancaq analoq siqnalları vasitəsilə işləyir. Texnikada rəqəmli siqnalların analoq siqnallarına çevrilməsinə modulyasiya, əks prosesə isə demodulyasiya deyilir. Analoq siqnalları üç parametrlə: amplitudası, tezliyi və fazası ilə səciyyələndirilir.
Müasir modemlərdə hər üç xüsusiyyətdən istifadə edilir. Modem iş prosesində kompüterdən üç bitə uyğun informasiya qəbul edir ki, birinci bit ilə amplitudaya, ikinci bit ilə tezliyə, üçüncü bit ilə isə fazaya uyğun analoji siqnalı xəttə göndərir. Göndərilmiş siqnallar modem-qəbuledici tərəfindən qəbul edilərək istifadəçiyə lazım olan şəkildə çatdırılır.
Modemin buraxma qabiliyyəti iki parametr: informasiyanın ötürülmə sürəti və informasiyanın tutumu ilə səciyyələndirilir. İnformasiyanın ötürülmə sürəti bod ilə ölçülür. Yəni, əgər modem saniyə ərzində analoq siqnalının xarakteristikasını 2400 dəfə dəyişirsə, deməli onun informasiyanı xəttə ötürmə sürəti 2400 boddur. İnformasiyanın tutumu isə analoq siqnallarının sayı, yəni bit ilə təyin edilir.
Əgər iki modem arasında əlaqə yaratmaq lazımdırsa, hər iki modemin düzgün işləməsi üçün modemlərin səciyyəvi xüsusiyyətləri eyni olmalıdır. Əks halda, informasiya dəyişməsi modemlər arasında baş verməyəcəkdir.
Qeyd edək ki, telefon xətlərinin keyfiyyətsiz olması və ötürülən siqnalların maneələrə rast gəlməsi modemin iş xüsusiyyətinə, yəni siqnalların keyfiyyətli və sürətli ötürülməsinə xələl gətirir.
Kompüterə qoşulan modem göstərilən iki iş rejimindən birində ola bilər: verilənlərin ötürülməsi və əmrlər rejimi. Birinci rejimdə kompüterin modemə ötürdüyü siqnal analoq siqnalına çevrilərək telefon xətti ilə ötürülür. İkinci rejimdə isə kompüter tərəfindən xüsusi əmrlərin verilməsinə baxmayaraq, modem özü müstəqil işləyir, yəni simvollar ardıcılğını əmrə çevirir.
Modemlər istifadə olunan kompüterlərin tiplərindən asılı olaraq daxili (elektron lövhə şəkilində kompüterin daxilində yerləşdirilir) və xarici (fərdi kompüterə ayrıca qurgu kimi qoşulur) olurlar.
Səs kartı (səs adapteri)
Səs məlumatlarını (musiqi, danışıq və s.) canlandırmaq üçün kompüterə akustik sistemlər (səs ucaldanlar) və səs kartları quraşdırılır. Səs kartı kompüterin imkanlarını genişləndirərək ona musiqi ifa etməyə, danışmağa (xüsusi proqramlardan istifadə etməklə) və məhdud şəkildə danışığı qəbul etməyə şərait yaradır.
Əgər kompüter CD ROM və səs kartı ilə təmin olunmuşsa, belə fərdi kompüterləri multimediyalı andırırlar. Onlardan təhsildə, istirahətdə və əyləncədə istifadə edirlər.
Şəbəkə kartı
Şəbəkə kartı (və ya şəbəkə adapteri) kompüterin lokal dövrəyə qoşulmasına imkan verir. Əgər firma və ya təşkilatda müəyyən sayda kompüterlərdən istifadə edilirsə, şəbəkə lövhəsi vasitəsilə ilə kompüterlər arasında informasiya mübadiləsi yaratmaq mümkündür.
DVD (digital vidio disk)
DVD kompakt diskləri oxuyan qurğunu (CD-ROM) əvəz edəcək qurğu kimi yaxın zamanlarda istehsal olunmağa başlanıb. Müxtəlif tutumlarda (təxminən 4.7 Hbayt-dan 17 Hbayt-a kimi) olan disklər adi kompakt disklərə çox oxşayırlar.
Strimmer
Strimmer (stream – uzun lent) informasiyaru maqnit lentinə yazan xüsusi imkanlı maqnitafondur. Ondan sərt maqnit diskində olan informasiyanın ehtiyatda saxlanılması üçün istifadə edirlər. Əgər həddindən artıq vacib olan informasiya sərt maqnit diskindədirsə, onu strimmerdə saxlamaq məsləhət görülür. Strimmerin kassetləri böyük tutuma (120 Mbaytdan 5 Hbayta qədər) malikdir.
Skaner
Mətn və qrafiki informasiyanın surətini çıxarıb kompüterə daxil etmək üçün skaner (Scaner) qurğusundan istifadə edilir. Skaner fotoşəkil, rəsm, əl yazması, qəzet və jurnal surətlərinin kompüterdə təkrar istifadə edilməsini təmin edir.
Fərdi skanerin əl ilə işləyən, planşet və baraban növlərindən istifadə olunur. Skanerin əsas elementi yarımkeçirici lazer və yarımkeçirici işıqqəbuledicidir. Skaner mətn və ya təsvir üzərində hərəkət etdikdə kağız üzərində hərəkət edən lazer şüası mətni və ya təsviri skanerləyir və təsvirə uyğun informasiyam işığa həssas yanmkeçiricilərdə əks etdirir. Nəticədə alınmış işıq siqnah elektrik siqnalına çevrilir və naqil vasitəsi ilə kompüterə ötürülür. Kompüterə ötürülən siqnal özündə təsvirə uyğun olan nöqtələrin sayını və təsvirin rəngini təzahür etdirir. Kompüter tərəfindən alınan siqnal kompüterin daxilində rəqəm siqnalına çevrilir. Ahnmış məlumat istifadəçi tərəfindən lazım gəldikdə fayl şəklində diskə yazılır.
Plotter
Plotter kağız üzərində müxtəlif çertyojların çəkilməsini təmin edir. Əsasən kompüterdə mühəndis məsələlərini həll etmək üçün istif adə edilir.
Rəqəmsal kamera
Rəqəmsal kamera kompüterə təsvirləri daxil etmək üçün istifadə olunan xüsusi quruluşlu cihazdır.
- Teqlər:
- kompüterin qurğuları
- , kompüterin hissələri
Comments are closed, but trackbacks and pingbacks are open.