Press "Enter" to skip to content

Bu adların qoyulmasına icazə verilməyəcək – ARAŞDIRMA

İmam Həsən Əsgərinin (ə) sevimli həyat yoldaşı olan Nərcis Xatunun adları çoxdur. O cümlədən: Məleykə, Həkimə, Susən, Reyhanə, Xəmət, Səqil.

Nərciz Xatun nə zaman dünyasını dəyişib?

İmam Həsən Əsgərinin (ə) sevimli həyat yoldaşı olan Nərcis Xatunun adları çoxdur. O cümlədən: Məleykə, Həkimə, Susən, Reyhanə, Xəmət, Səqil.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tarixçilərin nəql etdiyinə görə Nərcis Xatun Roma imperatorunun nəvəsi olmuşdur. Onun Roma sarayından Samirraya gəlişi və İmam Həsən Əsgəri ilə (ə) ailə qurması möcüzəvi şəkildə baş vermişdir. Xanım (s.ə), Həzrət Rəsuli-Əkrəmin (s) qeybi tövsiyələri ilə özünü əsirlərin arasında gizlətmiş və Samirraya gələrək, İmamla (ə) ailə qurmuşdur.

Nərcis xanımın İmam Həsənin (ə) şəhadətindən sonrakı həyatı barəsində çox az məlumatlar mövcuddur. Onun ölümü barəsində beş nəzər vardır.

1. İmam Həsənin (ə) yaxınlarından birinin nəql etdiyinə görə, Xanım İmamdan (ə) xahiş etmişdir ki, dua etsin və ölümü İmamın şəhadətindən (ə) əvvəl həyata keçsin. İmam (ə) da dua edir və o, həyat yoldaşından əvvəl vəfat edir.

2. Şeyx Səduq kimi böyük alimlər isə buyurur ki, xanım İmam Həsən Əsgəri (ə) şəhid olan zaman sağ idi və onun yatağının başında dayanmışdı.

3. Bəzilərinin dediyinə görə, Nərcis xanım o dövrün xəlifəsi olan Mötəməd Abbasi tərəfindən zindana atılmış və orada vəfat etmişdir.

4. Bəzi tarixçilərin dediyinə görə xanım Muqtədir Abbasinin dövründə vəfat etmişdir.

5. Bu banu 261-ci hicri ilində vəfat etmişdir.

Xanımın (s.ə) qəbri Samirra şəhərində, İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) qəbrinin kənarında yerləşir.

Hər bir halda tarix bizə Nərciz xanımın vəfat tarixi ilə bağlı birmənalı məlumat verə bilməmişdir.

Milli.Az

Bu adların qoyulmasına icazə verilməyəcək – ARAŞDIRMA

Azərbaycanda şəxs adlarının tələffüz forması ilə yazılmasına icazə verilməyəcək.

Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, Azərbaycanda eyni adların müxtəlif formalarda yazılması hallarının aradan qaldırılması üçün bütün adların düzgün yazılışının göstərildiyi kitab hazırlanıb.

“Azərbaycan dilində səxs adlarının izahlı lüğəti” adlanan və nəşr olunmaq üzrə olan yeni vəsait artıq Ədliyyə Nazirliyinə təqdim edilib. Bu kitab Ədliyyə Nazirliyi tərəfindən çap edildikdən sonra Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyat İdarəsinin yerli şöbələrinə paylanılacaq. Kitabda adların izahı ilə yanaşı, onların düzgün yazılış formaları da göstərilib. Tələffüz forması ilə yazılan adlar isə şəxs adları siyahısından çıxarılıb. Kitaba 6300-ə yaxın ad daxil edilib:

“Biz bu lüğətdə adların sayını azaltmışıq, mövcud 8200 addan təqribən 6300-nü saxlamışıq. Onların çoxunu 2000-ə yaxını – “Kolxoz”, “Sovxoz” kimi adları çoxdan siyahıdan çıxarmışdıq. İndi isə tələffüz forması ilə yazılan adları siyahıdan çıxarmışıq. Məsələn, “Əlihəsən” də, “Əlhəsən”, yaxud “Əlihəsə” də yazılır. Biz bu adlardan ancaq “Əlihəsən”i götürmüşük. “Tapdıq” adı “Tapdığ”, “Tapdıx” kimi, yəni tələffüz formasında yazılır. Biz bu adlardan yalnız “Tapdıq”ı saxlamışıq. Rayonlarda qeydiyyat şöbələrində oturan məsul şəxslər həm çox savadlı olmalıdırlar, həm də adların düzgün yazılış forması onların əlinin altında olmalıdır. Bunlar olmadığına görə adların yazılışında müxtəliflik əmələ gəlib”.

S.Sadıqova bildirib ki, həmin vəsait nəşr edilərək yerli şöbələrə paylanıldıqdan sonra bütün adlar vahid formada yazılacaq və eyni adların müxtəlif formalarda yazılmasına icazə verilməyəcək.

Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən apardığı araşdırmalar nəticəsində məlum olub ki, təkcə bir hərfin belə səhv, eyni zamanda tələffüz formasında yazılması nəticəsində bir adın 2-3 deyil, hətta 4-5 yazılış forması yaranıb.

Nərciz Xatun nə zaman dünyasını dəyişmişdir?

İmam Həsən Əsgərinin (ə) sevimli həyat yoldaşı olan Nərcis Xatunun adları çoxdur. O cümlədən: Məleykə, Həkimə, Susən, Reyhanə, Xəmət, Səqil.

Tarixçilərin nəql etdiyinə görə Nərcis Xatun Roma imperatorunun nəvəsi olmuşdur. Onun Roma sarayından Samirraya gəlişi və İmam Həsən Əsgəri ilə (ə) ailə qurması möcüzəvi şəkildə baş vermişdir. Xanım (s.ə), Həzrət Rəsuli-Əkrəmin (s) qeybi tövsiyələri ilə özünü əsirlərin arasında gizlətmiş və Samirraya gələrək, İmamla (ə) ailə qurmuşdur.

Day.Az deyerler.org-a istinadən bildirir ki, Nərcis xanımın İmam Həsənin (ə) şəhadətindən sonrakı həyatı barəsində çox az məlumatlar mövcuddur. Onun ölümü barəsində beş nəzər vardır.

1. İmam Həsənin (ə) yaxınlarından birinin nəql etdiyinə görə, Xanım İmamdan (ə) xahiş etmişdir ki, dua etsin və ölümü İmamın şəhadətindən (ə) əvvəl həyata keçsin. İmam (ə) da dua edir və o, həyat yoldaşından əvvəl vəfat edir.

2. Şeyx Səduq kimi böyük alimlər isə buyurur ki, xanım İmam Həsən Əsgəri (ə) şəhid olan zaman sağ idi və onun yatağının başında dayanmışdı.

3. Bəzilərinin dediyinə görə, Nərcis xanım o dövrün xəlifəsi olan Mötəməd Abbasi tərəfindən zindana atılmış və orada vəfat etmişdir.

4. Bəzi tarixçilərin dediyinə görə xanım Muqtədir Abbasinin dövründə vəfat etmişdir.

5. Bu banu 261-ci hicri ilində vəfat etmişdir.

Xanımın (s.ə) qəbri Samirra şəhərində, İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) qəbrinin kənarında yerləşir.

Hər bir halda tarix bizə Nərciz xanımın vəfat tarixi ilə bağlı birmənalı məlumat verə bilməmişdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.