Гасанзаде, Нариман Алимамед оглы
Bəs niyə doğmadı mənə bu kümbəz?-
Pak vicdan sahibi, üstə şər yatır.
“Bir yol qalxan bayraq, bir daha enməz!” –
Bayrağı qaldıran bir rəhbər yatır.
Xalq şairi Nəriman Həsənzadə: “Ramiz Abdullayevin poetik dünyası”
Yüksək poetik nümunələrdən söhbət düşəndə ən əvvəl yazar-oxucu duyumlarının, ağrılarının üst-üstə düşməsi ön plana çəkilməlidir.
Belə ki, oxucu şair ağrısını öz iç süzgəcindən keçirib onları yaşayırsa deməli yazılanları dəyərləndirmək olar və lazımdır da. Çünki həqiqi qiyməti oxucu verir: onu nə aldatmaq, nə də qafiyələnmiş çıxdaş “məhsulla” başını qatmaq mümkündür. Yeri gəlmişkən vətəndaşlıq lirikasını, öz daxili yaşantılarına qurban verməyən şair yalnız alqışlanmağa layiqdir. Ramiz Abdullayev öz yaradıcılıq kredosu ilə şairdən tələb olunan bütün mənəvi-əxlaqi meyarlara cavab verən qələm sahibidir və bu amil sevindirməyə bilməz.
Efirdə, ekranda Ramiz Abdullayevin sözlərinə yazılmış mahnılarını çox dinləmişəm. Bəri başdan deyim ki,bəstələrin musiqi və janr əlvanlığı,mətnlərdəki dərin lirizm müəllifin böyük ürək sahibi,şair ürəyinə malik olan insanı göz önündə canlandırırdı. Çox şadam ki,bu təəssürat özünü Ramiz Abdullayevin kitablarında öz təsdiqini tapdı. İstər onun “Sevgi dolu gecələr” (2000-ci il), istərsə də “Vətən torpağı (2002-ci il), kitabı olsun. Hər ikisindən, eləcə də digər kitablarından bizlərə doğulduğu Bakını, ümumiyyətlə Azərbaycanı alovlu məhəbbətlə sevən bir şair boylanır: öz ürək pəncərəsindən boylanan bu şair oxucunu bütöv Vətən torpağı naminə mübariz olmağa çağırır və qələm süngüsü ilə öndə gedəcəyinə hamını inandırıcı şəkildə əmin etməkdədir. Elə “Azad edəcəyəm səni, Qarabağ” şeirindən bir parça gətirmək kifayətdir:
Dayanıb səngərdən baxıram sənə,
Düşmənlər sədd çəkib səninlə mənə,
Ürəyim, gözlərim bürünüb qəmə.
Düşmən sinəsinə çəkəcəyəm dağ,
Azad edəcəyəm səni, Qarabağ!
Gördüyünüz kimi müəllif həmvətənlərinə daima ayıq-sayıq olmağı tələb etməklə,onları bədbinlikdən çəkindirir və inandırır ki, Qarabağın düşməndən alınacağı gün heç də uzaqda deyil. “Vətən Torpağı” şeiri də nikbin ruhda köklənmişdir.Şair torpağa olan sevgisini necə də gözəl və poetik qələmə almışdır.
“Mənim əsgər qadaşım”, “Bakım”, “Vətən”, “Daglar”, “Mənim Maştağa kəndim” kimi şeirlər Ramiz Abdullayevin sevgi palitrasının genişliyini sözün qüdrəti ilə oxucuya çatdırır. Müəllifin Vətən ünvanlı şeirlərinin heç birində məlum qafiələrə rast gəlinmir, bu da onun zəngin söz ehtiyatına malik olduğunu göstərməkdədir.
Fəxarətlə vurğulamalıyam ki, şair poetik janrların hamısından uğurla istifadə edərək öz fikir əlvanlığını oxuculara təqdim etməkdə çətinlik çəkmir.
Ramiz Abdullayevin sevgi şeirləri olduqca cəlbedici və oxunaqlıdı. Məhz lirik misralarında o, oxucu qarşısına tam səmimiliyi ilə çıxır və onunla daxili çırpıntılarını, əzablarını bölüşdürməyə əsla utanmır. Çünki müəllif sevdiyi qadınla da ,onu oxuyanların yanında da safdır, açıqdır. Məhrəmlik isə Ramiz Abdullayevin böyüklük ölçüsüdür. “Mənim ilk məhəbbətim”, “Sevgi dolu gecələr” kimi şeirlər, “Səni gözləyəcək mənim gözlərim”, “Düşdüm”, “Xoşbəxt et məni”, “Əsmə ey külək” və başqa qəzəllər müəllifin ürək genişliyini,sevgilisinə sədaqətini açıqlığı ilə göstərməkdədir.
Ümumiyyətlə, Ramiz Abdullayevin yaradıcılıq universallığı poeziya ilə bitmir: onun dram əsərləri də dövlət dram teatrlarının səhnələrində uğurla tamaşaya qoyulur. Şair qardaşımın bir uğuruna da qəlbən sevindim: Azərbaycan ədəbiyyatının təmannasız dostu, şair-tərcüməçi Giya Paçxataşvili 2004-cü ildə Ramiz Abdullayevi rusdilli oxuculara təqdim etdi. Tərcüməçinin rus və azərbaycan dillərini mükəmməl bilməsi “Zemlya otçiznı” kitabının uğuruna təminat verdi. Son olaraq bunu deyə bilərəm ki,Ramiz Abdullayev öz şeirləri və mahnı mətnlərinin sanbalı ilə təsdiq etdi ki,o ədəbi aləmdə heç də təsadüfi adam deyil.Mən bu gözəl qəlbli insane, kövrək şairə yeni-yeni zirvələri qət etməyi arzulayıram. Tanrı səni və qələmini qorusun, Ramiz qardaşım!
Dərin hörmətlə:
Nəriman HƏSƏNZADƏ,
Xalq şairi.
“Dərbənd” qəzeti, 08 dekabr 2006.
“Bizim Lider” qəzeti, 06 mart 2009.
Гасанзаде, Нариман Алимамед оглы
Нариман Алимамед оглы Гасанзаде (азерб. Nriman limmmd olu Hsnzad; род. 18 февраля 1931) — азербайджанский поэт и драматург, кандидат филологических наук (1965), Заслуженный деятель искусств Азербайджанской ССР (1981), Народный поэт Азербайджана (2005).
Биография
Нариман Гасанзаде родился 18 февраля 1931 года в посёлке Пойлу Газахского района (ныне — в Агстафинском районе Азербайджана). С 1954 года являлся членом КПСС. Гасанзаде является автором таких поэтических сборников, как «Друзья меня ждут» (1956), «Душа моя хочет стиха» (1964), «Моя ночь, мой день» (1973), «Изумрудная птица» (1976), «Ты простила» (1979), «Не переживай» (1982) и др.
Перу Гасанзаде принадлежат также поэма «Нариман» (1968), посвящённая Нариману Нариманову, и «Нуру Паша», пьеса «Пусть знает весь Восток» (1981), драма «Атабеки» (1983), повествующая о жизни на территории Азербайджана в XII веке, повесть «Хлеб тётушки Набат» (1974), ставший первым прозаическим произведением Наримана Гасанзаде.
Произведения Наримана Гасанзаде были переведены на языки народов СССР. Сам Гасанзаде перевёл на азербайджанский язык произведения Александра Пушкина, Тараса Шевченко, Николая Некрасова, Ивана Франко, Леси Украинка и др. Также Гасанзаде вёл исследования в области азербайджано-украинских отношений.
С 1978 года Нариман Гасанзаде — главный редактор газеты «Литература и искусство». Награждён орденами «Знак Почёта» и «Шохрат».
Гасанзаде является заведующим кафедрой азербайджанского языка и литературы Национальной авиационной академии. Всего в свет вышло более 30 книг Гасанзаде, а по мотивам его пьес в ведущих театрах страны ставятся спектакли.
Tural Sahab
Qarşımda bir məzar, məzarda kişi!
Qəbristan daimi bir heyrətimdi.
Əsrin ən talesiz bir əzabkeşi, –
Mənim Türkiyədə ziyarətimdi.
Yerə də zinətdi düşünən bir baş,
O yatır bir ana köksündə belə.
Qəbristan – hər yerdə qürbətdi, qardaş,
Qürbətdi vətənin özündə belə.
Bəs niyə doğmadı mənə bu kümbəz?-
Pak vicdan sahibi, üstə şər yatır.
“Bir yol qalxan bayraq, bir daha enməz!” –
Bayrağı qaldıran bir rəhbər yatır.
Türkiyə vətəndi, Türkəm deyənə,
Namərdin ürəyi partlasın gərək.
Vətəndən qovdular, qaçdı vətənə,
Qaçdı beşiyindən məzarınadək.
İlahi, nə qədər böhtan yazdılar,
Mənə nələr deyir bu kiçik məzar.
Hayana döndüksə, şüar asdılar,
Hanı kommunizm, o “şanlı” şüar?!
Nə qədər yubiley oldu Bakıda,
Təriflər, təltiflər yapdıq, Əfəndim.
Sənin yubileyin düşmədi yada
Biz səni itirib tapdıq, Əfəndim.
Hanı bu beşiyin ana laylası?!
Hanı Azərbaycan.
Yat, quzum, laylay.
Yerin behişt olsun, daş ağrıtmasın,
Mənim “xalq düşmənim” , “məhbusum” laylay.
Ağırdı millətdən üzr istəmək,
Yalanlar əbədi puç olmalıydı.
HEYKƏL VAR – MƏZARA GÖMÜLSÜN GƏRƏK,
MƏZAR VAR – HEYKƏLİ UCALMALIYDI.
Comments are closed, but trackbacks and pingbacks are open.