Press "Enter" to skip to content

Nərimanov əliyeva idman gimnastikası

N.Məmmədzadənin sözlərinə görə, yarışlar təsnifat xarakterli olduğu üçün iştirakçıların sayı çoxdur: “Ötənilki Dünya Kuboku ilə müqayisə etsək görərik ki, iştirakçı ölkələrin sayı iki dəfə artıb. Belə ki, bu il yarışda 41 ölkənin idmançıları iştirak edir”.

Mehriban Əliyeva idman gimnastikasında kişilər arasında qaliblərin mükafatlandırılması mərasimində iştirak edib (FOTO+VİDEO)

Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva idman gimnastikasında kişilər arasında gimnastika atı üzərində hərəkətlərin yarışmasının qaliblərinin mükafatlandırma mərasimində iştirak edib.

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyeva idman gimnastikasında kişilər arasında gimnastika atı üzərində hərəkətlərin yarışmasında qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.

Trend-in məlumatına görə, birinci yeri Sloveniya idmançısı Saso Bertonseli qazanıb. İkinci yeri isə Azərbaycan təmsilcisi Oleq Stepko qazanaraq ölkəmizə daha bir gümüş medal gətirib.

Üçüncü yerdə isə Böyük Britaniya idmançısı Bevan Brinn qərarlaşıb.

Azərbaycanda gimnastikanın inkişafı Mehriban Əliyevanın adı ilə bağlıdır

Publika.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə deyib.

N.Məmmədzadə qeyd edib: “Birinci vitse-prezident Mehriban Əliyeva 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi. Bu dövrdən etibarən ölkədə gimnastika inkişaf etməyə başladı. Bu gün federasiyamız Beynəlxalq Gimnastika Federasiyasının tanıdığı 6 gimnastika növünü uğurla inkişaf etdirir”.

O bildirib ki, 2016-ci ildən başlayaraq Azərbaycan hər il gimnastikanın üç Olimpiya növü üzrə Dünya kubokları təşkil edir: “Hazırda Bakıda kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku keçirilir. Turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli olması ilə fərqlənir. Bu yarışın əhəmiyyəti həm məşqçi və idmançılar, həm də təşkilatçılar üçün çox böyükdür”.

Cari turnirin digər Dünya kuboklarından fərqindən danışan federasiyanın baş katibi deyib ki, adi Dünya kuboklarında Beynəlxalq Gimnastika Federasiyasından yalnız bir texniki nümayəndə dəvət olunur. Bu il texniki nümayəndələrdən başqa, alətlər üzrə supervayzer funksiyasını yerinə yetirən hakimlər, eləcə də hakim-referentlər dəvət edilib”.

N.Məmmədzadənin sözlərinə görə, yarışlar təsnifat xarakterli olduğu üçün iştirakçıların sayı çoxdur: “Ötənilki Dünya Kuboku ilə müqayisə etsək görərik ki, iştirakçı ölkələrin sayı iki dəfə artıb. Belə ki, bu il yarışda 41 ölkənin idmançıları iştirak edir”.

Federasiyanın baş katibi, həmçinin gələcək yarışlar barədə danışıb. O qeyd edib ki, aprel ayında bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsi keçiriləcək. Ondan əvvəl isə “AGF Junior Trophy” beynəlxalq turniri baş tutacaq:

“May ayında Bakıda bədii gimnastika və aerobika gimnastikası üzrə Avropa çempionatları keçiriləcək. İyul ayında Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu tədbirdə gimnastikanın iki növü – kişi və qadın idman gimnastikası yer alıb. Bundan başqa, sentyabrda bizi bədii gimnastika üzrə dünya çempionatı gözləyir. Burada 55-dən çox ölkənin iştirakı planlaşdırılır. Bu çempionat da Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq”.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.

Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma, gimnastika tiri) final mərhələsinə vəsiqə qazanıblar.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Azərbaycan Gimnastika Federasiyası

Gimnastika idmanın populyar növlərindən biridir. Azərbaycanda bu idman növü XX əsrin 40-cı illərində inkişaf etməyə başlayıb. 1956-cı ildə Azərbaycan Gimnastika Federasiyası yaradılıb.

Azərbaycan Gimnastika Federasiyasının tərkibində altı idman növü daxildir. Bunlar bədii gimnastika, qadın idman gimnastikası, kişi idman gimnastikası, batut gimnastikası və tamblinq, akrobatika gimnastikası və aerobika gimnastikasıdır.

Azərbaycan Gimnastika Federasiyası ölkəmizdə idmanın bu növünü inkişaf etdirmək və təbliğ etməklə məşğuldur. Federasiya insanları bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb edir, uşaq-gənclər idmanının inkişafına, idman məktəblərinin, olimpiya mərkəzlərinin fəaliyyətinə kömək göstərir, idman veteranlarının qayğısına qalır.

2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevadır.

Mehriban xanımın sayəsində bu idman növü öz inkişaf dövrünü yaşayır. Onun fəaliyyəti nəticəsində Azərbaycanda bədii gimnastika üzrə dünya və Avropa çempionatları keçirilmişdir.

Comments are closed, but trackbacks and pingbacks are open.