Press "Enter" to skip to content

Nsimi 600 köçrli adına kitabxana kitabxana

Qoy odlasın bu dünyanı

Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana

 Transpersonal psixoloq və alternativ təbabət üzrə mütəxəssis, t anınmış şəfaverən, mediator-həkim Xanoğlan Mirzəyevin sehirli enerjisi və intellektual bilgiləri özündə cəmləyən, ana dilimizdə ən sanballı meditasiyası ədəbiyyatı nümunəsi olan bu elmi-kütləvi ensiklopediya insanların sağlam həyat bilgiləri toplusu kimi də qəbul oluna bilər.

Biznes-motivasiya

Aydın Xan (Aydın Əhməd oğlu Əbilov)

İqtisadi-innovativ məqalələr toplusu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsi çərçivəsində nəşrə hazırlanaraq yayımlanır.

Zəfəri qanınla yazdın qəhrəman

Kitab ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, Azərbaycanda yaşayan xalqların nümayəndələrindən ibarət hərbiçilərin kapitanı İsmayıl Məhəmməd oğlu Səmədovun şərəfli ömür yolundan, hərbi xidməti və müharibə dövründə göstərdiyi igidliklərindən söhbət açılır.

Surələrin fəzilətləri və dualar

İlahiyyatçı xanımın bu yeni kitabı Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin icazəsi ilə nəşr olunub.

Quranın qısa təfsiri, təcvidi və hərflərinin möcüzələri

İlahiyyatçı Mənzər Ağayevanın “Quranın qısa təfsiri, təcvidi və hərflərinin möcüzələri” kitabı Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin icazəsi ilə nəşr olunub.

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası на Facebook. Если вам интересны новости F.Köçərli adına Respublika Uşaq Kitabxanası, регистрируйтесь на Facebook сегодня!

F.Köçərli adına Respublika Uşaq Kitabxanası на Facebook. Если вам интересны новости F.Köçərli adına Respublika Uşaq Kitabxanası, регистрируйтесь на Facebook сегодня!

F.Köçərli adına Respublika Uşaq Kitabxanası

@childlibazerbaijan

О пользователе F.Köçərli adına Respublika Uşaq Kitabxanası

Kitabxana uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan Firidun bəy Köçərlinin (26.01.1863, Şuşa-1920, Gəncə) adını daşıyır. O, Azərbaycan ədəbiyyatşünası, pedaqoq və publisist Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmışdır. Onun uşaqlar üçün yazdığı «Balalara hədiyyə» kitabında müəllif ən çox şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə etmişdir.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Mədəniyyət Nazirliyinin qərarı ilə M.Qorki adına kitabxananın fondu əsasında yaradılmışdır.

Kitabxananın əsas fondu, biblioqrafiya, metodika, avtomatlaşdırma, komplektləşdirmə, kütləvi işlər və incəsənət, diyarşünaslıq və oxuculara xidmət şöbələri, böyük və kiçik oxu zalları, nağıl otağı vardır. Kitabxana “Göy qurşağı” jurnalını nəşr edir.

F. Köçərli adına Respublika Uşaq Kitabxanası

soyqırımı xalqımızın qan yaddaşına əbədi həkk olundu.

Təəssüflər olsun ki, Xocalı şəhəri tarixə Xocalı faciəsi kimi

düşdü. Bu faciə görünməmiş amansızlıq, qəddarlıq və qətl

faktları, öz miqyası və üsulları ilə dünyada və tarix

qarşısında bir daha ermənilərin xislətini bütün aydınlığı ilə

ortaya qoydu. Bəli, Xocalı faciəsi dünyada qətl və qəddarlıq

Azərbaycan xalqı bu faciəni ürək ağrısı ilə öz

qəlbində yaşadır. Xocalı faciəsinin, eləcə də xalqımıza qarşı

dəfələrlə törədilən soyqırımların ötən əsrin sonlarına qədər

öz hüquqi qiymətini almaması illər boyu Azərbaycanın

üzləşdiyi ən böyük ədalətsizliklərdən biridir. Sovetlər

birliyinin süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai–

siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan

ölkəmizin üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli

faciələrindən birini yaşaması yeni tariximizə qara hərflərlə

Bu dəhşətli faciənin törədilməsindən 25 il ötür.

Xocalı faciəsinin qurbanlarını bir daha yada salmaq, tarixin

bu qara səhifəsini unutmamaq üçün bu vəsaiti işləməyi

özümüzə borc bildik. Vəsait iki hissədən ibarətdir. I hissə

“Xocalı soyqırımı: tarix olduğu kimi” adlanır və faciənin

tarixindən, şəhid qəhrəmanlarından bəhs edir. II hissədə isə

faciə ilə bağlı keçirilməsi vacib olan tədbirlərdən söhbət

Xocalı soyqırımı: tarix olduğu kimi

Bəşər tarixində ən dəhşətli hadisələrdən biri olan

Xocalı soyqırımının törədilməsindən bizi 25 illik bir zaman

məsafəsi ayırır. O gecədən ki, təpədən dırnağa qədər

silahlanmış erməni quldur dəstələri Qarabagımızın

Xankəndi bölgəsində yerləşən 366-cı rus alayı ilə birlikdə

Xocalını yandırıb külünü göyə sovurdular. Əliyalın olan

dinc sakinləri qəddarcasına qətlə yetirdilər. Girov

götürdüklərini təhqir və həqarətlərə, zülm və işgəncələrə

məruz qoydular. Azərbaycan xalqı torpaqlarımızın

müdafiəsi ugrunda gedən müharibədə çox şəhidlər və

qurbanlar verdi. Ancaq Xocalı faciəsi qan yaddaşımıza

əbədilik yazıldı. Bu, bir tərəfdən hər bir Xocalı sakininin öz

torpağına, millətinə, vətəninə, sədaqətinin nümunəsidir,

ikinci tərəfdən də Ermənistanın millətçi qüvvələrinin

xocalılılara qarşı vəhşiliyidir. Faciənin törədilməsinin əsas

səbəbi Xocalının erməni qaniçənlərinin yolu üstündə böyük

maneə olması idi. Çünki Xocalı Dağlıq Qarabağda həm

magistral şosse yolunun, həm də dəmir yolunun üstündə

yerləşirdi. Orada hava limanı da vardı. Buna görə də

ermənilər hər vəchlə Xocalını ələ keçirməyə çalışırdılar.

Bu faciəzamanı bir neçə saat ərzində 613 nəfər dinc

azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca

qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülüb, 487

nəfərə ağır xəsarət yetirilib, 1275 sakin – köməksiz qocalar,

qadınlar girov götürülüb, ağlasığılmaz zülmə, təhqirlərə və

həqarətə məruz qalıblar. Erməni hərbçiləri öldürdükləri

insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını

kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə

qadınların qarınlarını yarmış, bəzilərini diri-diri torpağa

basdırmış və yandırmışlar.

Qeyd edək ki, Xocalı ermənilər tərəfindən ilk dəfə

ötən əsrin əvvəllərində-1905-ci ildə yandırılıb, külə

döndərilib, əhalisi vəhşicəsinə qılıncdan keçirilib, qanına

qəltan edilib. Onun doğma yurd həsrəti ilə qovrulan didərgin

sakinləri ara səngiyəndən sonra yenidən ata-baba

torpaqlarının yaralarını sağaltmaq, dağıdılmışları bərpa

etmək, yıxılmışları ayağa qaldırmaq üçün

Ermənilər 1918-ci ildə Xocalını ikinci dəfə yandırıb, külünü

1992-il fevralın 25-dən 26-na keçən gecə Xocalıda yeni

dəhşətli soyqırım törədildi. Bu haqda nə qədər yazılsa da

ürəyimizdəki bu dəhşət, bu ağrı, kin-küdurət, intiqam hissi

yenə də susmaq bilmir və bilməyəcək də.

Azərbaycan xalqına qarşı aparılan misli görünməmiş

bu soyqırım, amansız qırğın aktı, erməni qəsbkarlarının

ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf

almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi

olmaqla bərabər, təkcə xalqımıza deyil, bütün insanlığa

qarşı irimiqyaslı cinayətdir.

Erməni təcavüzü nəticəsində respublikamızın 900

yaşayış məntəqəsi zəbt edilmiş, 4366 sosial obyekt, 690

məktəb, 280 uşaq bağçası, 862 klub, 932 kitabxana, 1831

kino qurğusu, 855 məktəbəqədər müəssisə, 656 poliklinika,

ambulatoriya, aptek və digər tibb müəssisəsi, xalqın ibadət

yeri olan 10 məscid dağıdılmış, Ermənistandan qovulmuş

soydaşlarımızın 380 kəndi zəbt edilmiş və əhalisinin bütün

var-dövləti orada qalmışdır.

Sağ qalan şahidlərin dediyinə görə, şəhərə olan

hücumdan sonra Xocalı bir anın içində odlara qalandı. Heç

kəsə – nə körpələrə, nə qocalara, nə qadınlara, nə də

yaralılara aman verilmirdi. Qatillər arasında zəncilər,

muzdlular da var idi. Ermənilər xüsusi qəddarlıq göstərir,

qadınlara, körpələrə və qocalara ağır işgəncələr verərək

Ağdam, Şuşa, Laçın istiqamətinə çıxan yollar

əvvəlcədən zirehli texniki vasitələrlə, tanklarla kəsilmişdi.

Ölümün pəncəsindən xilas olmaq üçün meşələrə, dağlara,

güllələyirdilər. Ana baladan, bacı qardaşdan ayrı düşmüşdü.

Köməksiz adamların harayı ərşə qalxırdı. Bu harayın içində

tövlələrdə yandırılan atların kişnəməsi, mal-qaranın

mələməsi də eşidilirdi. Düşmən olduqca amansız idi. Bu

məqamda heç kim Xocalının imdadına çatmadı. Xocalı qan

içində boğuldu, yanıb külə döndü

Fevralın 27-də Xocalıdan 250-300 nəfər Ağdama

gələ bilmişdi. Dəhşətli xəbərlər eşidilirdi. Bu dözülməz

dəhşətləri gözlərilə görən şahidlər deyirdilər ki, Yarov kəndi

tərəfdə 300 nəfər, Ağbulaqda 500 nəfər, Əsgəranda 150

nəfər, Naxçivannikdə 400 nəfər əsir düşmüşdü. Meşələr

qadın və uşaq meyitləriylə dolu idi.

Azərbaycan xalqı torpaqlarımızın müdafiəsi ugrunda

gedən müharibədə çox şəhidlər və qurbanlar vermişdir.

Ancaq Xocalı faciəsi qan yaddaşımıza xüsusi yazıldı.

Ölümündən sonra Azərbaycanın Milli

Qəhrəmanı adına layiq görülmüş Çingiz Mustafayev

misilsiz hünər göstərərək fevralın 28-də vertolyotla faciə

yerlərində olmuş, erməni quldurlarının törətdiyi vəhşilikləri

kamera ilə lentə almiş və tarixin yaddaşına yazmışdır.

2. Faciənin 25-ci ildönümü ilə əlaqədar

keçirilə biləcək tədbirlər

Kütləvi tədbirlər kitabın, elektron nəşrlərin və digər çap

məhsullarının geniş oxucu kütləsi arasında təbliğ

edilməsində xüsusi rol oynayır. Hər bir kütləvi tədbir

oxucularda müəyyən bir mövzu haqqında konkret təsəvvür

yaradır, həmin mövzularda gedən müzakirələrin iştirakçısına

çevirir, bununla bağlı mövcud ədəbiyyatla tanış edir.

Azərbaycan ərazisinin bir hissəsi erməni işğalçılarının

tapdağı altında qaldığından və müharibə təhlükəsi hələ də

sovuşmadığından keçirilən tədbirlərin

əsas mövzusu hərbi vətənpərvərlik

tərbiyəsinə həsr olunmalıdır. Müharibə

şəraitində yaşayan bir ölkədə gənc

hisslərinin aşılanması, düşmənə nifrət

duyğularının formalaşması vacibdir və bu

təbliğinə daha geniş yer verilməlidir.

Vətən müharibəsində iştirak etmiş və qəhrəmanlıqlar

göstərmiş azərbaycanlılar haqqında, Dağlıq Qarabağ

müharibəsi, 20 Yanvar, Хоcalı faciəsi, Şuşanın, Laçının və

başqa rayоnların işğalını əks еtdirən əsərləri dönə-dönə

охucuların diqqətinə çatdırmaq lazımdır. Artıq hər il 26

fevral tarixində ölkəmizin hər yerində Xocalı qurbanlarını

anım günü keçirilir. Bu il o dəhşətli gecədən 25 il keçsə də,

Azərbaycan xalqı bu faciəni ürək ağrısıyla qəlbində yaşadır.

Hər bir azərbaycanlının ürəyində bu faciə XX əsrinən

dəhşətli günlərindən biri kimi qalıb. Xocalını anım günündə

fəal oxucuları cəlb etməklə, müxtəlif formalı tədbirlər

hazırlamaq olar. Kitabxanada oxucuların istifadəsi üçün

tərəfindən hazırlanmış “Qarabağ bizi səsləyir”, “Xocalı

qan yaddaşımız” adlı slayd, “Xocalıya qayıdacaq, Xocalıda

doğulanlar” adlı tammətinli ədəbiyyat siyahısı

yerləşdirilmişdir. Kitabxanada faciəni daha dolğun əks

etdirən materiallardan slayd, Xocalı faciəsindən bəhs edən

bədii əsərlərdən icmal, disskusiya və müzakirələr, Xocalı

faciəsinə həsr edilmiş kompozisiyalar hazırlamaq olar.

Slaydda faciənin qurbanları haqqında məlumat, milli

qəhrəmanlar və s. haqqında məlumatlar verilir. Anım

günündə faciədən bəhs edən kitabları oxuculara tanıtmaq

üçün təşkil edilən kitab sərgisinin sxemini aşağıda veririk:

Sərgiyə müxtəlif başlıqlar vermək olar. “Xocali faciəsi bədii

ədəbiyyatda”, “Qan qoxuyan rəqəmlər” ,”Şəhid şəhər-

Həmçinin faciənin şahidləri ilə “Onlar doğma yurdalırına

qayıdacaqlarına inanırlar” adlı keçirilən görüş zamanı

mətbuatdan götürdüyümüz yazılara əsasən bu faciə

haqqında başqa şahidlərin fikirlərini də iştirakçılara çatdıra

Kitabxanada Xocalı faciəsindən bəhs edən anım gecəsi də,

təşkil edilə bilər. Anım tədbirinə hazırlaşarkən zalın

tərtibatına xüsusi fikir vermək lazımdır:

divarlara Xocalı dəhşətlərini əks etdirən

şəkillər vurulmalı, “Xocalı- dərdim

mənim”, “Körpələrin qanını yerdə

qoymarıq!” və s. şüarlarla dolu olan

lövhəciklər vurula bilər. Şəkillərin altına

kamançanın qəlbləri göynədən, yanıqlı,

həzin musiqisi səsləndirilə bilər. Tədbirin I hissəsində

qəlblərə dağ çəkən bu faciə haqqında ətraflı məlumat verilir.

Burada ermənilərin törətdiyi dəhşətlər, onların insanlığa

sığmayan əməlləri, ana-bacılarımızın, körpə və qocaların,

ümumilikdə bütün xalqımızın başına açdıqları müsibətlər

barədə geniş danışılır. Tədbirin II hissəsində oxucular

tərəfindən, Xocalıya aid şeir parçaları söylənilir, hazırlanmış

səhnəciklər göstərilir. Bunun üçün gecəyə qanlı faciənin

şahidləri, tarixçilər, yazıçılar, mətbut nümayəndələri və s.

məktəblərin müəllim və şagirdlərinin də dəvət olunması

Aparıcı: – Salam, hörmətli tədbir iştirakçıları. Artıq qanlı-

qadalı Xocalı faciəsindən 25 il keçir.

Mən hardayam, qadir Allah, hardayam?

İçim zülmət, çölüm zülmət, dardayam.

Ətrafımda yalquzaqlar ulaşır,

Hara qədəm qoyuramsa, ayağım

Ölənlərin qanlarına bulaşır.

Bəli, bu hadisə ilə bağlı neçə-neçə şeirlər, bədii əsərlər

laylalar yazıldı. Xocalı soyqırımı zamanı yüzlərlə

soydaşımızın həyatına son qoyuldu. Bütöv bir şəhər məhv

edildi. Günahsız insanlar ağır işgəncələrə məruz qalaraq isti

ocaqlarından didərgin düşdülər. Amma faciənin acı fəsadları

bununla bitmədi. Soyqırım Xocalıdan gələn xocalıların

taleyindədə acı izlər buraxdı.

Gəlin Aygün İsmayılova adlı bir gəncin dediklərini sizinlə

birgə bölüşək. Bu təsviri oxucumuzun hazırladığı

kompazisiya şəklində dinləyək:

Səhnəyə həzin musiqi sədaları altında iştirakçı daxil olur.

Aygün İsmayılova: – Mən üçaylıq uşaq olanda atamızı

itirmişdik, iki yaşım olmamış da doğma yurdumuzu –

Xocalımızı itirdik. Həm də dəhşətli formada. Faciə zamanı

üç gün mühasirədə qalmışıq. Anamız üç azyaşlı uşağını

çətinliklə xilas edib. Ən böyüyümüz altı yaşlı, kiçiyimiz isə

yaşyarım idi. Bir qadın bizi qarlı, çovğunlu havada gizlədə-

gizlədə bir neçə kilometr aparıb. Mühasirədə olduğumuz üç

günün iki gününü meşədə olmuşuq. Mən soyuqdan, aclıqdan

çox ağlayırmışam. Çörək istəyəndə anam mənə qar

yedizdirirmiş. Hətta düşmənin əlinə keçməyək deyə anam

məni boğmaq da istəyib. Sonra anamdan məni başqa qadın

alıb paltoya büküb ki, səsim eşidilməsin. Beləcə, minbir

zülümlə xilas olmuşuq. Xocalını, orada törədilən qırğınları

xatırlamasam da, elə bil oranı küçəbəküçə gəzib

dolaşmışam. Mən indi müəlliməyəm. Mənimlə bərabər

bütün şagirdlərim Xocalı dəhşətləri haqqında olanlardan

xəbərdardır. Bu faciə bizim taleyimizə qaçqınlıq yazsa da,

doğma vətənə, doğma torpağa olan sevgimizi dəyişə

II oxucu, Elmir Əliyev: – Elə gün olmaz ki, biz Xocalı,

orada baş verənlər haqqında danışmayaq. Ağlımız yenicə

kəsəndə Xocalı faciəsini qorxulu nağıllar kimi bir-birimizə

danışardıq. İndi 26 yaşım var. Bu faciəni bütün dəhşətləri ilə

III oxucu, Əmanət Abışov: – Xocalıdan çıxanda bir yaşım

olub. Və təbii ki, faciədən heç nə xatırlamıram. Ancaq

valideynlərim bu barədə o qədər danışıblar ki, sanki hər şey

gözümün qabağında baş verib. Ona görədə orta məktəbdə

valideynlərimdən eşitdiklərimi gördüyüm hadisə kimi

qavrayıram. Bəzən elə olur ki, istəyirəm lap silaha sarılıb

düz Xocalının mərkəzinə qədər gedim. Atamın böyüdüyü

evə, kəndə yaxından tamaşa edim. Hamı oranın gözəl

yaşamağımızdan asılı olmayaraq, Xocalı bizim ata

yurdumuzdur. Mütləq ora qayıdacağıq.

13 yaşlı Ləman Kərimova da Xocalıda baş verənlər barədə

çox şey bilir:

valideynlərimizə, ata-babalarımıza işgəncə verilib. Anamın

başına gələnləri bilsəniz dəhşətə gələrsiniz.

Aparıcı: – Ləmanın anası Dürdanə xanım Xocalı faciəsi

zamanı səkkiz gün əsirlikdə olub. Həmin vaxt iyrimi yaşı

olan Dürdanə rabitəçi olduğuna görə ermənilər ona daha

ağır işgəncə veriblər. Dürdanə Ağayeva Xocalı faciəsi və

əsirlik həyatını özünün “8 gün cəhənnəm əzabı görmüş

qadın” kitabında qələmə alıb.

Xocalı faciəsindən 25 il ötsə də

xalqımız hələdə bu faciənin ağrısıyla

qovrulur. Təbii ki, bu faciə söz

sənətində də öz ağrısı ilə yaşayıb və

yaşayacaqdır. Xocalı faciəsi haqqında

olanları gənc nəslə aşılamaq üçün

yazılmış kitabların, bədii əsərlərin

təbliği lazımdır. Bu əsərlərdən Nüşabə

Məmmədlinin “Zəngulə”, Sevinc

Nuruqızının

Müslümqızının “Xocalı uşaqlarıqan

içində qar çiçəyi”, “ Xocalıdan gələn var” kitabları Xocalı

faciəsi fonunda yazılmış nümunələrdəndir. Bu mövzu ilə

bağlı kitabxanada “Tarixin səhnəsindən bu ölkə necə

görünür” başlığı altında müzakirə keçirmək olar.

Müzakirədə nəinki Xocalı faciəsi, erməni daşnaklarının tarix

boyu azərbaycanlılara qarşı törətdikləri qırğınlar haqqında

iştirakçılara məlumat verilir. Bu haqda məlumatı Sülhiyyə

Azərbaycan

kitabından da əldə edə bilərik. Müzakirəyə bu əsərləri

oxumuş yuxarı sinif şagirdləri, tələbələr dəvət olunurlar.

Müzakirədə bu faciədən bəhs edən onlarla bədii əsərin –

şeirin, oçerkin, romanın, hekayənin, publisistik məqalənin

adını çəkmək olar. Məsələn: Xalq şairi Zəlimxan Yaqubun

“O qızın göz yaşları”, Ələmdar Quluzadənin “Şəhid şəhər”,

Ələkbər Salahzadənin “Xocalı Xəcilləri”, Ədalət

Əsgəroğlunun “Dərdimizin qan rəngi” və s.

Zəlimxan Yaqubun “O qızın göz yaşları” poeması

əsasında belə bir əhvalat durur. Xocalı faciəsinin 13-cü

ildönümü ilə əlaqədar şəhidləri anma günü keçirilirdi.

Dərdini dilə gətirənlərə bir-bir söz verilirdi. 21 yaşlı Xocalı

qızı Xəzangülə də söz verildi. Ermənilər onun 36 yaşlı anası

Rəna xanımı, 5 yaşlı bacısı Yeganəni Əsgəran meşəsində

güllə ilə dəlik-dəlik etmişdilər. 38 yaşlı atası Təvəkkülü, 8

yaşlı Xəzangülün gözləri baxa-baxa diri-diri yandırmışlar.

Təvəkkülün günahı ondan ibarət olmuşdur ki, ermənilər ona

“Qarabağ erməni torpağıdır” sözünü dedirdə bilməmişlər.

Beləcə Xocalıdan gələn qızın, qəmli, faciəli hekayəti

başlayır. Ancaq poema təkcə o qızın göz yaşları ilə

məhdudlaşmır. Poemada ən təsirli məqam atanın ağaca

sarılıb vəhşicəsinə qətlə yetirilməsidir. Araşdırmaçı

fikirlərinə görə, şair bu şeirdə kifayət qədər metafora və

bənzətmələrdən istifadə etmişdir. Məsələn, bu səhnəyə

“göydən ulduz baxırdı, qayadan çiçək baxır, zirvədən buz

baxır, yaraların üstünə səpilən düz baxırdı, burada ağac da

Təvəkkülə ürək-dirək verirdi, odunu söndürməyə dağlar

Hələ ötən əsrin 70-ci illərində ədəbiyyata gələn,

özünəməxsus dəst-xətti ilə seçilən Ələmdar Quluzadə 20-

dən çox şeir kitabının müəllifidir. Şairin doğulub boya-başa

çatdığı Xocalının ermənilər tərəfindən işğal edilməsi,

uşaqdan-böyüyə yüzlərcə dinc sakinin vəhşicəsinə qətlə

yetirilməsi onun qəlbində və qələmində ağrılı-acılı iz

buraxmışdır. Yazdığı əsərlərdə müəllif öz qələmi ilə Vətən

oğullarını ayıq-sayıq olmağa, dostu düşməndən, əbədini

ötəridən seçməyə çağırır. Onun Xocalıya həsr etdiyi

təxminən 1500 misraya yaxın olan “Şəhid şəhər”

poemasında müəllif lirik-publisistik tərzdə Qarabağda baş

verən bütün hadisələri təsvir etmişdir.

Kitabxanada Xocalıya aid ədəbi-bədii kompozisiya da

keçirilə bilər. Kompazisiyanin ssenarisini təqdim edirik.

Səhnəyə 2 nəfər böyük yaş qrup oxucu (oğlan və qız)

çıxaraq Xocalıya aid şeir söyləməyə başlayırlar. Bu

şeirlərdən bu il yubileyi qeyd edilən Ələmdar Quluzadənin

Xocalıda qətlə yetirilmiş 613 nəfərə ithaf etdiyi “614-cü

şəhid” şeirini seçmək olar:

Qoy odlasın bu dünyanı

Acı dilim, od nəfəsim.

Ölüm mənim vüsalımdı,

Həyat mənim daş qəfəsim.

Qılıncını qından sıyır,

Qumbaranı tax kəmərə,

Alçaq düşmən əl qaldırıb

Comments are closed, but trackbacks and pingbacks are open.