Nəsiminin 650 iliyi
“İrs” jurnalının İmadəddin Nəsimiyə həsr olunmuş rus və ingilis dillərində xüsusi buraxılışının hazırlanması
İmadəddin Nəsiminin 650 iliyi Şərurda qeyd olunub
NUHÇIXAN xəbər verir ki, Şərur rayonunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Şərur Rayon Mədəniyyət Şöbəsinin müdiri Həsən Seyidov qeyd edib ki, bu il Azərbaycan xalqının qüdrətli söz ustadlarından olan mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyi tamam olur. Bununla bağlı 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilib. Qeyd olunub ki, Nəsiminin əsərləri dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutub. Şairin şeir və qəzəlləri bu gün də ədəbi irs kimi qorunub saxlanılır, gənclərə aşılanır.
Digər çıxış edənlər isə böyük Azərbaycan şairinin yaradıcılığında Azərbaycan dilinin məna imkanlarının dolğunluğundan və rəngarəngliyindən danışıblar.
Sonra İmadəddin Nəsiminin qəzəlləri bədii qiraət edilib, “Nəsimi” bədii filimi nümayiş olunub.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
Nəsiminin 650 iliyi
“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə:
1. “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilsin.
3. Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinə tapşırılsın.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
Novruz Məmmədov
Bakı şəhəri, 15 yanvar 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
15 yanvar 2019-cu il tarixli 38s nömrəli
Sərəncamı ilə təsdiq edilmişdir.
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair
Tədbirlər Planı
Sıra
№-si
Tədbirin adı
İcra müddəti
İcraçı orqanlar
1
2
3
4
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ölkə və beynəlxalq səviyyəli konfrans və elmi sessiyaların keçirilməsi, “Zamansız və məkansız” adlı ədəbi-bədii gecənin təşkili
Azərbaycan Milli Elmlər Akademiyası
“Nəsimi – şeir, incəsənət və mənəviyyat” İkinci Beynəlxalq Festivalın keçirilməsi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Frankfurt və İstanbul beynəlxalq kitab sərgilərində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Ümumdünya Fəlsəfə Günü münasibətilə “Nəsimi fəlsəfəsi və YUNESKO ideyaları” mövzusunda konfransın təşkili
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
Leyla bəyim Cəfərovanın “Qurbanvermə” pyesinin səhnələşdirilməsi
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən akkreditə olunduqları ölkələrdə fəaliyyət göstərən elm, ədəbiyyat və şərqşünaslıq mərkəzləri ilə birgə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə olunmuş səfirliklərinin saytlarında İmadəddin Nəsimi haqqında məlumatların yerləşdirilməsi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
“İrs” jurnalının İmadəddin Nəsimiyə həsr olunmuş rus və ingilis dillərində xüsusi buraxılışının hazırlanması
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
TÜRKSOY təşkilatı çərçivəsində Nəsiminin yubileyinə həsr olunan tədbirlərin keçirilməsi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
İmadəddin Nəsimi haqqında və şairin əsərlərindən ibarət kitabların Azərbaycan və xarici dillərdə nəşri
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Tərcümə Mərkəzi, Azərbaycan Yazıçılar Birliyi
Fikrət Əmirovun “Nəsimi dastanı” vokal xoreoqrafik poeması əsasında konsert tamaşanın və “Nəsimi irsi YUNESKO-da” nəşrinin hazırlanması
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Orta əsrlərdə istifadə edilən musiqi alətlərinin və Sufi musiqi elementlərinin müşayiəti ilə Nəsiminin qəzəllərində adı çəkilən Muğam növlərinə aid tədbirin təşkili
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Beynəxlaq sərgilərdə nümayiş etdirmək məqsədilə YUNESKO-nun Baş qərargahında səhnələşdirilmiş Nəsimi haqqında tamaşanın rəqəmsallaşdırılması
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş poçt markasının dövriyyəyə buraxılması
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Ümumi, peşə, orta-ixtisas və məktəbdənkənar təhsil müəssisələrində İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələrin, bədii qiraət müsabiqələrinin təşkili
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Ali təhsil müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans, simpozium və seminarların keçirilməsi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Təhsil müəssisələrində İmadəddin Nəsiminin bədii irsini və yaradıcılığını əks etdirən kitab və fotosərgilərin təşkili
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Ali təhsil müəssisələrində İmadəddin Nəsiminin ədəbi irsi ilə bağlı aparılan tədqiqatların nəticələrinin elmi jurnallarda çap olunması
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Rusiya Federasiyası, Ukrayna, Moldova və Belarus respublikalarında fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr edilmiş konfransların, “dəyirimi masa”ların və poeziya gecələrinin təşkili
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
“Balaban simfoniyası”nın nümayişinin təşkili
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
İmadəddin Nəsimiyə aid monoqrafiyaların və “Nəsimi – 650” elmi-biblioqrafik göstəricisinin nəşri
Azərbaycan Milli Elmlər Akademiyası
Nəsiminin nəsr əsərlərinin (“Müqəddimətül-həqayiq”, “Qiyamətnamə”) çapı, farsca divanının sətri tərcüməsi və nəşri
Azərbaycan Milli Elmlər Akademiyası
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş virtual sərgilərin təşkili
Azərbaycan Milli Arxiv İdarəsi
İmadəddin Nəsimiyə aid tematik siyahıların hazırlanması və fotosənədlərin elektron versiyasının yaradılması
Azərbaycan Milli Arxiv İdarəsi
İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında nəsimişünasların iştirakı ilə verilişlərin hazırlanması
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası, Azərbaycan Milli Elmlər Akademiyası
İmadəddin Nəsiminin yubiley tədbirləri ilə bağlı informasiyaların, elmi-publisistik məqalələrin sistemli şəkildə yerləşdirilməsi üçün AZƏRTAC-ın saytında “Nəsimi-650” alt rubrikasının yaradılması
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)
Nəsimi obrazı ədəbiyyatda, heykəltəraşlıqda, rəssamlıqda və kinoda mövzularında silsilə materialların hazırlanması
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)
İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkiləcək
İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkiləcək Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək.
3 Sentyabr , 2019 17:13
https://static.report.az/photo/7c250a08-85c2-45b6-92c6-cf91d4d8e8e8.jpg
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkiləcək. “Report”un xəbərinə görə, Heydər Əliyev Fondundan və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ndən bildirilib ki, böyük şairin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan bu nəcib təşəbbüsə respublikamızın bütün bölgələrində geniş ictimaiyyət nümayəndələri, həmçinin dövlət və hökumət qurumlarının, diplomatik korpusun, icra hakimiyyətləri orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və könüllü gənclər qoşulacaqlar. Bu genişmiqyaslı tədbirə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının doğulduğu Şamaxı rayonunda start veriləcək. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev in Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub. Xatırladaq ki, dahi şairin 600 illik yubileyi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təntənəli surətdə keçirilib. Böyük söz ustadının 600 illiyi UNESKO-nun əlamətdar tədbirləri siyahısına daxil edilərək 1973-cü ildə ilk dəfə beynəlxalq miqyasda qeyd olunub. Onun poetik irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi poeziyasının fəlsəfəsi təbiət gözəlliklərinin, saf bəşəri duyğuların, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulub və Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynayıb. Mütəfəkkir şairin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu konteksdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir.
Comments are closed, but trackbacks and pingbacks are open.