Press "Enter" to skip to content

Nəsrəddin tusi əxlaqi nasir əsəri

Bu əsərin yaranma tarixini şərh edən Tusi göstərirdi ki, İsmaili hökmdarı Nasir əxlaq, fəlsəfə, məntiq məsələləri ilə maraqlandığından Tusini yanına çağıraraq Əbu Əli Əhməd İbn Məhəmməd İbn Yaqub İbn Misqəveyhin “Ət-təharə” adlı əxlaq kitabını fars dilinə tərcümə etməyi ona təklif edir. Lakin geniş dünyagörüşə və dərin elmi biliklərə sahib olan Tusi bu kitabı tərcümə etməkdən imtina edir və “Ət-təharə” kitabında olmayan “Əxlaqın saflaşdırılması”, “Ev qurmaq və şəhərlər salmaq haqqında” fəsillər daxil etməklə özünün orijinal “Əxlaqi-Nasiri” adlı kitabını yazıb tamamlayır. Bu kitab 700 ildən artıq müddətdə orta və yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi istifadə edilib. Tusi bu kitabla özünü mahir müəllim, nəzəriyyəçi, pedaqoq, ustad olduğunu sübut edib.

Nəsrəddin Tusi

Azərbaycanin görkəmli alimi və dövlət xadimi olan N.Tusi 1201-ci il fevralın 18-də Tus şəhərində anadan olmuşdur. O, cox gözəl təhsil almışdı. Bir çox dilləri öyrənmiş, din , təbiət haqqında elmlərə yiyələnmişdi. N.Tusi riyaziyyatı və təbabəti də gözəl bilirdi.
1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur “Əxlaqi Nasiri” əsərini tamamlayır. Lakin bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq, ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən “Ələmut” (“Qartal yuvası”) qalasına aparılmışdır. O, burada sürgün həyatı keçirmişdir. Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olmuşdur. Alim 1242-ci ildə tamamladıqı məşhur “Şərh əl-İşarat” (Əbu Əli Sinanın “İşarat” adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı: “Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi”. 1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlamışdır. Onun qoşunları 1256 cı ildə “Ələmut” qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə son qoymuş, Nəsirəddini və digər alim məhbusları azad etmişdi. Nəsirəddin Tusi Hülaku xanın şəxsi məsləhətçisi təyin olunmuşdu. N.Tusinin məsləhəti ilə Hülakü xan Bağdada hücum etdi və oranı ələ keçirdi.
Hələ Bağdadda ikən N.Tusi ulduzları müşahidə etmək üçün xüsusi rəsədxananın tikilməsi üçün hökmdardan razılıq almışdı. 1259 cu ildə Marağa rəsədxanasının tikintisinə başlayır. Tusi bütün qiymətli kitabların Bağdaddan Magaraya göndərilməsini tapşırmışdı.Rəsədxana binalarının tikintisi gedən müddətdə başqa şəhərlərdən, ölkələrdən, alimlər dəvət olunurdu.
Tusi kitabxanada çalışan alimlər üçün zəngin kitabxana düzəltmişdi. Kitabxanada 400 min əlyazması vardı. Marağa rəsədxanası ( Elm və müdriklik evi) o dövrdə Şərqdə ilk çoxsahəli elm ocağı idi.
Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri “İlxanilərin astronomik cədvəlləri” adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.
Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan “Evklid “Başlanğıc”ının təsviri” əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür.
Ensiklopedik alim Nəsirəddin Tusinin bir çox əsərləri əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstambul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.
İlk əxlaq dərsliyi olan “Əxlaqi- Nasiri” əsəri 700 ildən çoxdur ki,müsəlman ölkələrində dərslik kimi istifadə olunur.
AMEA-nın müxbir üzvü Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir.
Professor H. C. Məmmədbəyli də, belə bir ehtimal irəli sürmüşdür ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər.
Ayda dahi astronom N.Tusinin adı ilə adlandırılmış yer vardır.
Dünya şöhrətli alim bütün həyatını , bilik və bacarığını elmə həsr etmiş ,1274 cü ildə Bağdad şəhərində vəfat etmişdi.
Alimin qəbri üzərində bu sözlər yazılıb: “Elmin köməkçisi,elm ölkəsinin şahı.Dövrün anası belə oğul hələ doğmamışdır”.

Share this:

Bunu beğen:

Beğen Yükleniyor.

İlgili

Nisan 30, 2012 tarihinde Maraqlı məlumatlar içinde yayınlandı. Kalıcı bağlantıyı yer imlerinize ekleyin. 1 Yorum.

Nəsrəddin tusi əxlaqi nasir əsəri

Məhəmməd ibn Həsən Nəsrəddin Tusi (Nəsrəddin Tusi) ensiklopedik alim — filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas olmuşdur.

Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırmışdır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edmişdir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasrəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsrəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur “Əxlaqi Nasiri” əsərini tamamlamışdır. Öz dövrünün bir çox alimləri kimi, Nəsrəddin Tusi də elmin müxtəlif sahələrini dərindən mənimsəmişdi. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə Nəsrəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır. Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında “Şəklül-qita” («Bütöv çoxtərəfli haqda risalə), „Came’ül-hesab“ (»Lövhə və tozun köməyi ilə hesab toplusu”), «Dairənin ölçüsü», «Təhrir Öqlidis» («Evklid „Başlanğıc“ının təsviri») kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət «Zici-İlxani» (“İlxanilərin astronomik cədvəlləri”) əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır.

Çağdaş tədqiqatçıların bir çoxu Nəsrəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçininAvropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan «Evklid „Başlanğıc“ının təsviri» əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı «Bütöv dördtərəfli haqqında risalə» də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coqrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətə layiqdir. Bunların arasında «Bağdadın tarixi», “İşığın əks olunması və sınması haqda risalə”, «Evklid optikası», «Göy qurşağının öyrənilməsinə dair risalə», «Qiymətli daşlar haqqında kitab», «Tibb qanunları», «Dövlət maliyyəsi haqqında risalə», «Xoşbəxt günlərin seçilməsi» (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.

Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnmişdir. Bunlara: Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstambul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür. Tusi Şərq dünyasında Marağa rəsədxanasının banisi kimi tanınmış və xüsusi rəğbət qazanmışdır.

Dalidag.az

Nəsrəddin Tusinin tərbiyə haqqinda fikirləri

Azərbaycanın tərbiyə, məktəb və mədəniyyət tarixindən bəhs edərkən XIII əsrdə yaşamış, dünya şöhrətli mütəfəkkir Nəsrəddin Tusinin fikirlərini xatırlamamaq olmaz. Nücum, tibb, həndəsə, riyaziyyat, fəlsəfə, ədəbiyyat, psixologiya, iqtisadiyyat və s. kimi elm sahələrinə dair dəyərli əsərləri və fikirləri dahi mütəfəkkirə böyük şöhrət gətirib. Nəsrəddin Tusinin zəhməti ilə qurulan Marağa rəsədxanası Şərq elmi, təhsili və mədəniyyətinin ən əzəmətli abidələrindən biridir. Onun “Əxlaqi-Nasiri” əsəri isə yaratmış olduğu Marağa rəsədxanası qədər məşhurdur.

Bu əsərin yaranma tarixini şərh edən Tusi göstərirdi ki, İsmaili hökmdarı Nasir əxlaq, fəlsəfə, məntiq məsələləri ilə maraqlandığından Tusini yanına çağıraraq Əbu Əli Əhməd İbn Məhəmməd İbn Yaqub İbn Misqəveyhin “Ət-təharə” adlı əxlaq kitabını fars dilinə tərcümə etməyi ona təklif edir. Lakin geniş dünyagörüşə və dərin elmi biliklərə sahib olan Tusi bu kitabı tərcümə etməkdən imtina edir və “Ət-təharə” kitabında olmayan “Əxlaqın saflaşdırılması”, “Ev qurmaq və şəhərlər salmaq haqqında” fəsillər daxil etməklə özünün orijinal “Əxlaqi-Nasiri” adlı kitabını yazıb tamamlayır. Bu kitab 700 ildən artıq müddətdə orta və yaxın Şərq məktəblərində əxlaq dərsliyi kimi istifadə edilib. Tusi bu kitabla özünü mahir müəllim, nəzəriyyəçi, pedaqoq, ustad olduğunu sübut edib.

Nəsrəddin Tusi “Əxlaqi-Nasiri” əsərində nəzəriyyə ilə təcrübənin, elmlə əməlin əlaqəsindən danışaraq göstərir ki, elm varlıqların həqiqətən necə olduqlarını düzgün müəyyən etməklə, insanın yaradıcı ağlı və sağlam düşüncəsi dairəsində onun xüsusiyyət və keyfiyyətlərini kəşf etməkdir. Əməl (metod) isə gizli qüvvələri ortaya çıxarmaq, müxtəlif sənət və peşə üçün göstərilən fəaliyyətdir. Bu şərtlə ki, bu fəaliyyət bəşəriyyətin qüdrətinin artmasına, onun təkmilləşməsinə səbəb olsun. Nəsrəddin Tusi belə hesab edirdi ki, əgər bu fəzilətin hər ikisi kimdə varsa, o ən müdrik insan, ən kamil alimdir. Belə adamın yeri bəşər övladının tuta biləcəyi ən yüksək mövqedə durmalıdır.

“Əxlaqi-Nasiri” əsərinin “Məqsədlər haqqında” bölməsi əxlaqı saflaşdırmaq baxımından olduqca maraqlıdır. Bu bölmədə uşaqların fitri qabiliyyət və istedadından, təcrübə vasitəsilə əldə olunan peşə və vərdişlərdən, mühit və şəraitdən, uşaqlıq və gənclik dövründəki tərbiyədən, insanın formalaşmasında təlim və tərbiyənin oynadığı böyük roldan danışılır. Kitabda olan müdrik söhbətlər həyati misallarla nümayiş etdirilir.

Tusi tərbiyə işində əsas sima kimi müəllim və tərbiyəçilərin rolunu yüksək qiymətləndirir, onların yüksək təhsilli, elmli, əxlaqlı, tələbkar, mərhəmətli, şirin danışıqlı və ehtiramlı olmasını vacib hesab edirdi. Tərbiyə prosesində mənəvi təmizliyə, əxlaq saflığına, vicdan aydınlığına son dərəcə yüksək qiymət verən mütəfəkkir bu keyfiyyətləri uşaqlara kiçik yaşlarından aşılamağı lazım bilirdi. Tusi uşaqların əxlaq tərbiyəsində cəza, tərif, alqışlamaq, mükafat və şirnikləndirmək kimi rəğbətləndirmə vasitələrinə xüsusi yer ayırırdı.

“Əxlaqi-Nasiri” əsərində “Nəfsin sağlamlığı”, “Nəfsi xəstəliklərin aradan qaldırılması” kimi tərbiyə elmi üçün vacib olan fəsillər mühüm yer tutur. Burada qeyd edilir ki, uşaqların pis hərəkətlərinin səbəbini aşkara çıxarıb onları islah etdikdən sonra tərbiyə öz məqsədinə nail ola bilər. “Boyaqçı paltarı çirkdən təmizləməyincə, o lazım olan rəngi tutmaz”. Tusi nəfsi sağlamlığı qorumaq üçün sağlam ruhlu, tərbiyəli, namuslu, istedadlı, nəzakətli dostlarla oturub durmağı məsləhət görürdü. İnsan nəfsini sağlamlaşdırmaq üçün faydalı əməyi əsas şərt hesab edirdi. Tusi yazırdı ki, faydalı əməyi sevməyən adam gec-tez fəlakətlə üzləşməlidir.

“Əxlaqi-Nasiri” əsərində ailə quruluşu məsələsinə də xüsusi diqqət yetirilir. Tusi ailəni tam bir bədənə bənzədirdi. Ailə dolandırmaq sənətini isə bədəni sağlam saxlamaq istəyən həkimlik sənəti ilə müqayisə edirdi. O göstərirdi ki, bədənin ayrı-ayrı hissələri ağrıdıqda, bütün bədən laxladığı kimi, ailə üzvlərinin də birinin tərbiyəsindəki naqislik bütün ailəni tar-mar edə bilər. Ona görə də ailə üzvlərinin hamısına eyni münasibət göstərmək, heç birinə üstünlük verməmək, onların arasında düzgün əmək bölgüsü aparmaq, ailədə möhkəm nizam-intizam yaratmaq kimi davranışları möhkəm ailənin dayaqları hesab edirdi. Tusi ideal tərbiyəli ailə yaratmaq üçün ev yeri seçməyi, ev tikdirməyi, ailəni saxlamaq üçün mal toplamağı, qənaətçil olmağı, evi idarə etmək qanunlarını bilməyi, qazandığı pulları simiclik etmədən ehtiyatla xərcləməyi gənclərə öyrətməyi vacib hesab edirdi.

Tusi “Əxlaqi-Nasiri” əsərində övlad saxlamaq və tərbiyə etmək qaydaları haqqında da qiymətli fikirlər irəli sürüb. O, uşağın tərbiyəsində ən birinci cəhət kimi onda həya hissini oyatmağı zəruri hesab edirdi. Uşaqların tərbiyəsindən danışarkən onlara pul verməyi, maddi şeylərlə şirnikləşdirməyi qorxulu hal kimi qiymətləndirirdi. Tərbiyə üsulu kimi uşaqların şüuruna, idrakına təsir edən məntiqli söhbətlər aparmağı, tələbkarlıq və mehribanlıq göstərməyi, məhəbbət doğuran motivlərdən istifadə etməyi tövsiyə edirdi. Uşaqlara zorla yemək verməyi, bahalı paltar geyindirməyi tənqid edərək yazırdı ki, sadə geyim uşaqların həqiqi vəziyyətlərini göstərmək üçün əsas şərtdir. O, müəllim və tərbiyəçilərin uşaqların səliqəli və təmiz geyinməsinə, çox hərəkət etməsinə fikir vermələrini lazım bilirdi. Qeyd edirdi ki, uşaqlara elə tərbiyə vermək lazımdır ki, onlar ata-babalarından qalan var-dövlətlə lovğalanmasınlar, zəiflərə əl qaldırıb, güclülərə boyun əyməsinlər, tay-tuşlarına paxıllıq etməsinlər.

“Əxlaqi Nasiri” əsərində qızların tərbiyəsindən danışarkən Tusi onlara evdarlıq işlərini öyrətməyi, vüqarlılıq, iffət, həya kimi xüsusiyyətləri aşılamağı vacib hesab edirdi. Qızlara cinsinə müvafiq faydalı peşələrin öyrədilməsini, onlara təhsil verilməsi zəruriliyini önə çəkərək onların bir ana kimi yetişməsi üçün lazım olan bütün keyfiyyətləri öyrətməyi tövsiyə edirdi.

Tusiyə görə tərbiyənin ən müqəddəs vəzifəsi yalan danışmağın qabağını almaq, istər yalandan, istərsə də doğrudan and içməyə yol verməməkdir. And içməyi, ümumiyyətlə pis adət hesab edən mütəfəkkir yazırdı ki, “bəlkə də böyüklərin yalan danışmağa ehtiyacı olsun, lakin uşaqların buna qətiyyən ehtiyacı yoxdur”. Tusi tərbiyənin lap kiçik yaşlardan başlanmasını lazım bilərək yazırdı: “Sokratdan soruşurlar: Sən nə üçün həmişə yeniyetmələrlə həmsöhbət olursan? -deyir: ona görə ki, nazik tər budaqları düzəltmək asandır. Təravəti getmiş, qabığı qurumuş, üzü bərkimiş ağacı düzəltmək isə mümkün deyildir”.

“Əxlaqi-Nasiri” əsəri bütün dövrlər üçün əhəmiyyətini itirməyən, təlim-tərbiyə, əxlaq və digər davranış qaydalarına dair qiymətli fikirlərlə zəngin olan əbədiyaşar bir əsərdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na Nəsrəddin Tusinin “Əxlaqi-Nasiri” əsərinin də daxil edilməsi kitabda öz əksini tapmış qiymətli fikirlərin öyrənilməsinin öz aktuallığı ilə seçildiyini və günümüzdə gənc nəslin təlim-tərbiyəsində əhəmiyyətli rol oynayacağını bir daha təsdiq edir .

Ruhəngiz Əliyeva

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.