Nəsirəddin Tusi haqda
Uşaqlığımın ən maraqlı xatirələri içərisində uzun illər İraqda işləmiş əmim, məşhur filoloq alim, yazdığı kitablarla İraqı, burdakı milyonlarla qardaş-bacımızı bizə yaxından tanıdan Qəzənfər Paşayevin İraqın Azərbaycanla bağlılığı, bu torpaqda uyuyan dahi azərbaycanlılar barədə söhbətləri xüsusi yer tutur. Sovetlərin bizə oxutdurduğu yalançı tarix kitablarından tanıyıb öyrənə bilmədiyimiz bir çox həqiqətlərdən söz açan “Altı il Dəclə Fərat sahillərində” kitabı o zaman böyük maraqla qarşılanmışdı. Əsrarəngiz Bağdad, gözəl Kərkük, İraqdakı insanımız barədə geniş məlumatlarla zəngin olan bu kitabı o qədər oxumuşdum ki, içimi bir İraq sevdası sarmışdı. Və böyük Allahım millətimə çox əzablar yaşatmış sovetlərin dağılmasını görmək kimi, müstəqil Azərbaycan dövlətinin vətəndaşı olaraq İraqı adlı xəyallarımın doğma məmləkətini də görməyi mənə qismət edirdi: Üstəlik, İraqa Təbrizdən keçib gedirdim: Mənim üçün böyük xoşbəxtlik idi!
Nəsrəssin tusi əsərlər
Dahi Azərbaycanlı, Türk dünyasının böyük oğlu Nəsrəddin Tusi
10 il əvvəl ilk dəfə İraqa səfər edirdim. Avtomobil yolu ilə İran ərazisindən keçib getməli idik: Yolüstü Təbrizə də baş çəkdim – Anamız Təbrizə: Ona baş çəkmədən keçib getmək günah olardı: Bu torpaqların qoxusu o qədər doğma və əziz idi ki: Amma çox dayanmadıq. Necə deyərlər, yolçu yolda gərək.
Dediyim kimi, İraqa ilk səfərim olduğundan sevinc, həyəcan, maraq hissləri məni bürümüşdü: Baş çəkmək istədiyim o qədər yerlər vardı ki. Görəsən, bir həftəlik səfərə sığışdıra biləcəyəmmi? Düşünürdüm ki, tarixlərimiz bu qədər bağlı olduğu halda, nədən İraq adlı bu torpaqlar bizə bu qədər uzaq olub:
Uşaqlığımın ən maraqlı xatirələri içərisində uzun illər İraqda işləmiş əmim, məşhur filoloq alim, yazdığı kitablarla İraqı, burdakı milyonlarla qardaş-bacımızı bizə yaxından tanıdan Qəzənfər Paşayevin İraqın Azərbaycanla bağlılığı, bu torpaqda uyuyan dahi azərbaycanlılar barədə söhbətləri xüsusi yer tutur. Sovetlərin bizə oxutdurduğu yalançı tarix kitablarından tanıyıb öyrənə bilmədiyimiz bir çox həqiqətlərdən söz açan “Altı il Dəclə Fərat sahillərində” kitabı o zaman böyük maraqla qarşılanmışdı. Əsrarəngiz Bağdad, gözəl Kərkük, İraqdakı insanımız barədə geniş məlumatlarla zəngin olan bu kitabı o qədər oxumuşdum ki, içimi bir İraq sevdası sarmışdı. Və böyük Allahım millətimə çox əzablar yaşatmış sovetlərin dağılmasını görmək kimi, müstəqil Azərbaycan dövlətinin vətəndaşı olaraq İraqı adlı xəyallarımın doğma məmləkətini də görməyi mənə qismət edirdi: Üstəlik, İraqa Təbrizdən keçib gedirdim: Mənim üçün böyük xoşbəxtlik idi!
Yolboyu haralara baş çəkəcəyimi, ilk olaraq dahi Azərbaycanlı Nəsrəddin Tusi və Məhəmməd Füzulininin qəbrlərini ziyarət edəcəyimi düşünürdüm ki, sürücü şən səslə “gözəl Bağdada çatırıq” – dedi.
Bağdad – möcüzələr şəhəri.
Dəclə çayının kənarında yerləşən Əl-Mansur otelinə çatan kimi imam Musa İbn Kazımın məzarının yerini soruşdum. Bilirdim ki, Nəsrəddin Tusinin məzarı onunla yanaşıdır. Kazımeyn şəhərinin uzaq olmadığını söylədilər və artıq bir qədər sonra arzusunda olduğum müqəddəs məkanda idim: Bura sözün əsil mənasında ziyarətgahdır. İmam Musa İbn Kazımın məzarı şiə müsəlmanlar üçün müqəddəs ziyarətgahlardan biri olduğundan hər gün minlərlə insan dünyanın müxtəlif yerlərindən buraya axışır. Onun qəbrinin yanında dahi və əvəzolunmaz azərbaycanlı Nəsrəddin Tusinin qəbri yerləşir. Ərəb dilini mükəmməl bilən, miliyyətcə İraq türklərindən olan bələdçimizdən başdaşının üzərinə ərəbcə yazılmış ifadələri tərcümə etməsini xahiş etdim. O, qəbirdaşının üzərinə yazılan ifadələri şirin bir türkcəyə çevirdikcə sinəm qürur hissi ilə dolurdu. “Dinin və xalqın köməyi, elm aləminin şahı! Zamanın anası belə oğul yetirməyib!” Bu hələ 808 il əvvəl yazılmış mütləq bir həqiqət idi: Doğrudan da zamanın anası belə oğul yetirməyib!
O, “Bağdadın tarixi”ni yazdı
Dahi Tusinin qəbrinin bu şəhərdə yerləşməsi heç də təsadüfi deyil. Axı o, Bağdadın tarixini yazıb: Bu gözəl şəhərin böyük türk imperatoru Hulakü xan tərəfindən alınmasında da bu dahi azərbaycanlının böyük rolu olub. Bağdada hücumdan ehtiyatlanan Hülaku xan Nəsrəddin Tüsinin elmi cəhətdən əsaslandırılmış fikirlərindən sonra bu addımı atmağa cürətlənib və Bağdadı alaraq Abbasilər sülaləsinin 500 illik hakimiyyətinə son qoyub. Amma Nəsrəddin Tusinin Bağdadda dəfn olunmasının maraqlı bir tarixçəsi də var. Bağdadda səfərdə olarkən vəfat edən mütəfəkkiri öz vəsiyyətinə görə şəhərin yaxınlığındakı müqəddəs Kazımeyn şəhərində dəfn edirlər. Dəfn olunduğu sərdabə isə çox illər öncə – Nəsrəddin Tusinin anadan olduğu gün xəlifə Nasir Li-Dinillah üçün hazırlanıbmış. Lakin hansısa səbəbdən boş saxlanılan sərdabə özü ilə həmyaşıd olan dahi Tusiyə qismət olur. Bəlkə bu da bir mistikadır. Kim bilir, bəlkə o dünyaya gələn gün böyük Allahımız artıq onun üçün ən müqqədəs yerlərdən birində sərdabəsini də göndəribmiş. Amma dahi və unudulmaz Tusiyə Allahın əsas mükafatı, əlbəttə, bu deyildi. 75 illik həyatı boyu gördüyü böyük işlərlə həm öz adını, həm də millətinin adını dünya tarixinə yazmaq kimi böyük xoşbəxtlik nəsib etmişdi ona yaradan. Əməllərinə görə əbədi sevgi ilə mükafatlandırmışdı!
Bizi səfərdə müşayiət edən İraq xarici işlər nazirliyinin gənc əməkdaşına doğru çevrilərək fəxrlə, “bilirsiniz o, Azərbaycanlıdır, türkdür” – dedim. Mənim uşaqsayağı “acıq verirmiş” kimi qürur və sevinclə dediyim bu sözlərə gülümsəyərək “bilmirdim, amma siz bu qəbri ziyarət etmək istədiyinizi söyləyəndə təxmin etmişdim ki, o, azərbaycanlıdır” dedi. Mən isə qəbrin yanında dayanıb, qürurla ona dahi Nəsrəddin Tüsidən danışmağa başladım. Böyük filosof, mütəffəkir, riyaziyyatçı, fizik, astronom, tarixçi, hüquqşünas, maliyyəçi, ictimai-siyasi xadim, ensklopedik biliklərə malik alim və s. Sadalamaqla bitməz. Bir sözlə, yer üzünə nadir hallarda gələn bir dahi! O, elmin bir çox müxtəlif sahələrini mükəmməl bilməklə yanaşı, onların inkişafına misilsiz töhfələr verib!
Bütün bunları fikirləşə-fikirləşə Azərbaycanın şimalından və cənubundan – hər ikisindən onun üçün dərdiyim çiçəkləri məzarın üzərinə düzdüm, o taylı – bu taylı Vətən torpaqlarından ovuclayıb gətirdiyim torpağı uyuduğu torpağına səpdim. Bu vətənin hər iki tayı onun üçün çox əziz idi. Ad gününə geciksəm də, hədiyyələrini unutmamışdım. Gördüyü mənzərəni bir az maraq, bir az da təccüblə izləyən Bağdad rəsmisi Tusinin bizim üçün niyə əvəzolunmazlığı barədə suallarına başladı.
O, millətimizin əvəzolunmaz sərvətidir!
Tusi kimi nadir alimlər millətin ən böyük sərvəti sayılır. Gənc nəsillərimizin onu daha yaxından öyrənməsi, qürur duyması, bu dahi azərbaycanlı alimi dünyaya təbliğ etməsi və gələcək nəsillərə çatdırması vacibdir! Gənc nəsillərin bu nadir sərvətləri çox möhkəm qoruması, ona, kimliyinə, miliyyətinə uzanan yad əlləri daim kəsib atması gərəkir! Fevralın 18-də dahi və əvəzolunmaz azərbaycanlı Nəsrəddin Tusinin doğum günüdür. Bu yazını onun ad günündən əvvəl dərc etdirməyi qərara aldım ki, orta məktəblərdə, ali məktəblərimizdə ayın 18-i ən azı qeyri-rəsmi də olsa, Tusi günü kimi qeyd olunsun. Gənclərimiz onu daha yaxından tanımağa çalışsınlar! Dahi və əvəzolunmaz Tusini!
O, Allahın dünyaya göndərdiyi nadir istedad idi!
O, Allahın sevimli bəndəsi idi. Qəbrinin üzərində də yazıldığı kimi, Məhəmməd İbn Həsən Nəsrəddin Tusi doğrudan da elm aləminin şahı idi və ölmündən 808-il keçsə də bu həqiqət dəyişmir! Doğrudan da zamanın anası belə oğul yetirməyib! Böyük yaradan onu anadangəlmə fitri istedadla mükafatlandırmışdı. Bu dahi azərbaycanlı çox gənc yaşlarından Nəsrəddin – yəni dinin tərəfdarı ləqəbi ilə məhşurlaşmağa başlayır. İlk təhsilini atasından və dayısından alan Tusi kiçik yaşlarından humanitar və dəqiq elmlərin müxtəlif sahələrini dərindən öyrənir. O, islam dinini o qədər gözəl bilirdi ki, hələ 21 yaşı olanda ona Müinəddin Salim Misri tərəfindən hədis söyləmək icazənaməsi verilir və insanlar ona ehtiram əlaməti olaraq Xacə (Cənab), Mövla deyərək müraciət etməyə başlayır. Dahi Tusi İbn-Sina, Bəhmənyar məktəbinin görkəmli davamçısı idi. Onun ilahiyyata, siyasətə, etikaya aid əsərləri bu gün də dünyada böyük maraqla oxunur. Şiəliyin imamilik (imamət) təriqətinə mənsub mütəfəkkirin “İmamətə dair traktat” və bir sıra başqa əsərlərində təkcə 12 şiə imamı deyil, ümumiyyətlə, imam (başçı) üçün səciyyəvi keyfiyyətlər ön plana çəkilir. Nəsrəddin Tusi “Cəbr və qədr” traktatında insanın iradə azadlığını məqbul sayırdı. Təriqət təəssübkeşliyindən uzaq olan mütəfəkkirin əsərlərindən şiələr də, sünnilər də, bütün müsəlman aləmi bəhrələnə bilir.
Dahi Tüsi ona dünya şöhrəti qazandıran və bir çox dillərə tərcümə olunan məhşur “Əxlaqi Nasir” əsərini 1235-ci ildə yazanda cəmi 34 yaşında idi. 34 yaşlı bir gəncin bu cür əsər yazması ancaq Allahın verdiyi fitri istedad sahəsində mümkün idi. Üstündən 100 illərlə vaxt keçməsinə baxmayaraq, bu əsər bu gün də ən gözəl bədii əsər nümunələrindən sayılır. O, “Əxlaqi Nasir”lə 100 illərdir insana əsil insan olaraq yaşamağın yolunu göstərir. O, təkcə ağlı, savadı ilə deyil, əxlaqı ilə də əvəzolunmaz idi və insan əxlaqı anlayışını o qədər gözəl izah edir ki, “Əxlaqi Nasir”də.
Bu əsərin yaranmasının maraqlı tarixçəsi var. Dahi Tusi bu əsər üzündən ömrünün 12 ilini qala divarları arasında dözülməz əzab-əziyyətlə keçirmişdi. Səbəb sadə idi: Əsər Kuhistan ismaililərinin rəhbəri Nasrəddin Möhtəşəminin xoşuna gəlməmişdi. Əslində gənc alimi sarayına dəvət edərək, ondan əxlaq barədə kitab yazması təklifi Nasrəddin Möhtəşəmin elə özündən gəlmişdi. Amma Tusi əxlaqla bağlı öz düşüncələrini yazmışdı. O düşüncələrini ki, səkkiz yüz il keçməsinə baxmayaraq bu gün də insanlar tərəfindən maraq və həvəslə oxunur və sevilir. Nəsrəddin Tusi bu əsərində özünün ictimai-siyasi və etik görüşlərini geniş şəkildə izah etməklə yanaşı, ümumi fəlsəfi məsələlərə də toxunaraq insan xasiyyətlərinin müxtəlif aspektlərini, fəzilətli və qəbahətli cəhətləri araşdırır, insanı kamilləşdirən keyfiyyətləri, xeyir və səadətə aparan məziyyətləri göstərir.
Allah ona elə bir iradə vermişdi ki, qala divarları arasında 12 il məhbus həyatı belə onu sındıra bilməmişdi. Həmin illər ərzində o, çox sayda elmi əsərlər yazır: Dahi Tusi 1242-ci ildə tamamladıqı məhhur “Şərhül – İşarat” (Əbu Əli Sinanın “İşarat” adlı fəlsəfi risaləsinə şərhlər) əsərinin sonunda yazırdı: “Bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi.”
Bu dözülməz həyata böyük türk imperatoru Çingiz xanın nəvəsi Hülaku xan son qoyur. Yaxın Şərqə yürüş edən Hülaku xan Ələmut qalasını da tutur və Nəsrəddin Tusi başda olmaqla məhbus alimləri azad edir. Təbii ki, böyük türk imperatoru bu dahi türkü diqqətdən kənarda qoya bilməzdi və Hülakü Xan Nəsrəddin Tusini özünün şəxsi məsləhətçisi təyin edir. Böyük türk imperatoru olan Hülaku xan mütəfəkkir alimin məsləhətlərinə böyük önəm verərmiş və onun uğurlarında dahi Tusinin böyük rolu olub. Elə Bağdadı aldıqdan sonra Hülaku xanın İlxanilər dövlətinin mərkəzinin 1260-cı ildə məhz Azərbaycana salınması da dahi Tusinin xidmətlərindən biridir.
Dahi Tusi və Azərbaycanda elmin inkişafı.
Hülaku xan İlxanilər dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın məhşur şəhərlərindən biri Marağanı, sonra isə Təbrizi seçir. Dahi azərbaycanlı Tusi isə 1259-cu ildə Marağada şəhəri dünyada məhşurlaşdıran rəsədxananın tikintisinə başlayır. Nəsrəddin Tusinin dünya elm və mədəniyyəti tarixində ən mühüm xidmətlərindən biri Marağa Rəsəxdanasının yaradılmasıdır. Bunun üçün külli miqdarda vəsait tələb edilirdi və Hülaku xan bu işi məqsədəuyğun saymırmış. Tanınmış tarixçi Hacı Xəlifə özünün “Dünya haqqında kitab”ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: “Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: “Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?” Tusi cavabında söylədi: “İzn verin, bir nəfər həmin dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç kəs bilməsin”. Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Tusi isə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsrəddin xana deyir: “Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər”. Nəsrəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul ayırır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Rəsədxana nəzdində fəaliyyət göstərən mədrəsədə o dövrün bütün bilik sahələri, elmi, dini, fəlsəfi və ictimai-siyasi təlimləri öyrənilirdi. Rəsədxana binalarının layihələşdirilməsindən tutmuş astronomik cihazların qurulmasına qədər bütün işlər Tusinin öz iştirakı ilə həyata keçirilirdi. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib-hazırlayır. Bundan başqa, Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslar ından biri bu günə qədər gəlib çatıb. Amma çox təəssüf ki, o, bizim deyil, Drezden muzeyini bəzəyir. Dahi azərbaycanlının rəhbərliyi ilə Azərbaycan torpaqlarında həyata keçirilən bu böyük elmi işlər dünyaya səs salır.
Astronomiyanın inkişafında əvəzedilməz müəllif!
Marağa rəsədxanasının nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. O, zaman bu rəsədxana möhtəşəmliyinə görə bütün dünyaya səs salmışdı!
Sonradan Amerika adlandırılacaq materikin varlığını Kolumbdan çox öncə Tusi bəyan etmişdi!
Marağa rəsədxanasında aparılın elmi işlər və astronomik müşahidələr “İlxanilərin astronomik cədvəlləri” adlandırılan əsərin yaranması ilə nəticələndi. Bu əsərdə planetlərin geosentrik orbitinin əsas elementləri verilmiş, onların sutkalıq orta hərəkəti öz dövrünə və hətta 17-ci əsr astronomiya müşahidələrinə nisbətən daha dəqiq təyin edilmişdi. Eyni zamanda “İlxanilərin astronomik cədvəlləri” əsərində çoxlu riyazi, astronomik və coğrafı cədvəllər də verilir. Dahi Tusi bu əsəri ilə öz adını dünya astronomiya tarixinə yazdı!
Kolumbun müəllimi Tusinin cədvəllərindən istifadə edirdi!
Cədvəllər dörd kitabdan ibarətdir. Birinci kitabda türk, yunan, fars, yəhudi, ərəb təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilir. İkinci kitabda ulduzların hərəkəti və onların ekliptik koordinatlarının yerləşməsindən bəhs edir. Sinus və tangenslərin cədvəlləri, 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir. Ən mühümləri sinus və tangensin 60-lıq say sistemində üçrəqəmli triqonometriya cədvəlləri və 13-cü əsrdə məşhur olan 256 şəhərin coğrafi koordinatlar cədvəlidir. Tusi uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Demək, hələ Kolumdan xeyli əvvəl astronom və coğrafiya mütəxəssisləri Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. Kolumbun müəllimi Toskanelli də Tusinin bu cədvəlindən istifadə edib. Cədvəl Londonda (1652) və Oksfordda (1711) ərəb və latın dillərində çap edilib.
Coğrafi qlobusu Marağa məktəbinin yetirməsi azərbaycanlı alim Kəriməddin Səlmas alman alimi Martin Böhaymdan 2 əsr əvvəl hazırlamışdı!
Marağa rəsədxanası o dövrdə bir çox elmi yeniliklərin əsasını qoyurdu. Məsələn, bu bir tarixi faktdır ki, 1266-cı ildə Marağa məktəbinin yetirməsi azərbaycanlı mühəndis Kəriməddin Səlmas coğrafi qlobusu alman alimi Martin Böhaymdan (1459-1507) 2 əsr əvvəl hazırlayıb!
Dahi Tusi riyaziyyat elminin inkişafına böyük təkan verdi!
O, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və astronomiyaya aid yüzdən artıq ciddi elmi əsərin müəllifi olsa da, araşdırmaçılar hesab edir ki, Tusi, ilk növbədə dahi riyaziyyatçı olub. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan “Təhriri-öqlidis” (“Evklid “Başlanğıc”ının təsviri”) əsəri Tusini Avropada məhşurlaşdırır və onun elmi araşdırmaları bu məkanda çox geniş yayılmağa başlayır. O, təkcə Şərqdə deyil, Avropada da həndəsə və triqonometriyanın inkişafında elmi araşdırma və əsərləri ilə mühüm rol oynayıb. Nəsrəddin Tusinin elmi tapıntıları həndəsənin inkişafına təkan vermiş, fransız riyaziyyatçısı Lejandrın, ingilis riyaziyyatçısı Vallisin və italyan alimi Sakkerinin işlərinə böyük təsir göstərmişdi. Nəsrəddin Tusi bu əsərdə və “Həndəsənin əsasları”nda Evklidin 5-ci postulatı haqqında öz nəzəriyyəsini vermiş, üçbucağın daxili bucaqlarının cəmi arasında əlaqəni tapmış, Arximedin “Kürə və silindr” və “Dairənin kvadratlanması” əsərlərindəki nisbətlər nəzəriyyəsini inkişaf etdirmişdir. Həndəsə sahəsində XVIII əsrə kimi yazılmış bütün əsərləri kölgədə qoyan bu əsər 1657-ci ildə latın dilinə tərcümə olunaraq Londonda nəşr olunmuşdur və İngiltərənin Oksford Universitetində Con Vallis (1616-1703) ondan mühazirə oxumuşdur. Nəsrəddin Tusi əsərini yazarkən Evklidin həndəsə ilə hesabını yenidən işləmiş və məzmuna toxunmadan ona əlavələr etmişdir. O, həm də bu kitabında Pifaqor teoreminin 48 variantda isbatını vermişdir. Bununla da Tusi İngiltərədə Azərbaycanlı alim kimi şöhrət tapmışdır.
Alimin beş kitabdan ibarət “Bütöv dördtərəfli haqqında risalə”si də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsərdir. Dünya elmi tarixində ilk dəfə olaraq bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilərək bu sahənin müttəxəsisləri üçün əvəzedilməz mənbə rolunu oynamışdır. Nəsrəddin Tusinin verdiyi ədəd anlayışı müasir təsəvvürə uyğun gəlir və o, bu sahədə Avropa riyaziyyatçılarını 400 il qabaqlamışdı. Onun müstəvi və sferik triqonometriyadan bəhs edən “Şəklül-qita” (“Tam dördtərəfli haqqında traktat”) əsərində Menelay teoreminin, müasir triqonometriyanın əsas teorem və düsturları verilmiş, sferik üçbucağın üç bucağına görə tərəfləri təyin edilmiş, diskret və kəsilməz kəmiyyətlər anlayışına dialektik tərif verilmişdir. Bu əsər vasitəsilə müstəvi və sferik triqonometriya sərbəst riyazi fənn şəklinə düşmüşdür; o, 1891-ci ildə İstanbulda ərəb və fransız dillərində nəşr olunmuşdur.
Bütün dərəcələrdən kökalma metodu və Binom düsturunun müəllifi!
Riyaziyyat sahəsində böyük əsər və araşdırmaların müəllifi olan Nəsrəddin Tusi bütün dərəcələrdən kökalma metodu və Binom düsturu ilə adını bu elmin tarixinə yazdı və dahilər sırasına yüksəldi. “Cəleul hesab” (“Taxta və qum vasitəsilə hesablama”) əsərində müsbət ədəddən istənilən dərəcədən kökalma qaydası, binomial hədlərin on iki dərəcəli həddədək əmsalları verilir. Qədim yunan alimi Ptolemeyin məşhur “Almagest” əsərinin işlənmiş variantı olan “Təhrir əl-Məcəsti” əsəri Ptolemeyin geosentrik sistemi daxilində planetlərin hərəkət nəzəriyyəsinə və onun təshihinə aiddir. Nəsrəddin Tusi hesaba aid əsərində tam ədəddən ixtiyari dərəcədən kökalma əməlini, kökünün nümunəsi kimi izah etmiş (riyaziyyat tarixində ilk dəfə), ədəd üçbucağını əmələ gətirən binomial əmsalları və onlar arasındakı qanunauyğunluqları göstərmiş, Nyuton binomunu sözlə ifadə etmişdir.
Tusi ədəd anlayışının inkişafında böyük inqilab yaratmışdır. O, ilk dəfə vahidə ədəd kimi baxmış və ona tərif vermişdir. “Ədəd – vahidlərin yığınından əmələ gəlmiş miqdardır. Ədəd say sırasında duran hər hansı bir şey olduğu üçün vahidin özünün də ədəd olduğunu mən deyirəm”. Tusi eyni zamanda iki ədədin nisbətindən alınan qismətə də ədəd kimi baxmış və bunu riyazi əsaslandırmışdır.
Dahi Tusinin kəsilməz kəmiyyətlər nəzəriyyəsinə və ədəd haqqında nəzəriyyəyə aid fikirləri riyaziyyatın sonrakı inkişafına çox böyük təsir göstərmiş və müasir riyazi analizin əsaslandırılmasında lazım olan dəyişən kəmiyyətlərin kəşfi, diferensial və inteqral hesabının kəşfi və kəsilməzliyin ciddi tərifi kimi mühüm kəşflərin hazırlanmasında əhəmiyyətli rol oynamışdır.
Bu dahi azərbaycanlı təkcə riyaziyyat və astronomiyaya aid 20-dən artıq məşhur elmi əsərin və araşdırmanın müəllifidir. O, Allahın xoşbəxt bəndəsi idi! Çünki o, təkcə riyaziyyat və astronomiya sahəsində zirvəyə qalxmış bir dahi deyildi. O, elmin bir çox sahələrində adını yazmış bir dahi idi! Dahi Tusi fizika, iqtisad, fəlsəfə, tibb, coğrafiya, minerologiya, etika, məntiq və s. kimi elm sahələrində əvəzedilməz xidmətləri olmuş, yüzdən artır ciddi elmi əsər yazmışdır! Bu böyük insanın “İşığın əks olunması və sınması haqda risalə” , “Evklid optikası” əsərləri riyaziyyat, fizika sahəsi ilə məşğul olan insanlar üçün nə qədər qiymətlidirsə, “Tibb qanunları” tibb işçiləri, “Göy qurşağının öyrənilməsinə dair risalə” astronomiya, “Qiymətli daşlar haqqında kitab ” minerologiya, “Dövlət maliyyəsi haqqında risalə” iqtisadiyyat, “Xoşbəxt günlərin seçilməsi” astrologiya ilə məşğul olanlar üçün o qədər qiymətli əsərlərdir. Tusi Ayın və günəşin tutulmasını, işığın sınmasını, göy qurşağının yaranmasını izah edən coxlu sayda məhşur əsərin müəllifidir. “İşarələrin şərhi”, “Həndəsə qaydaları” , “Kürə və slindir haqqında”, “Apolloninin konus kəsikləri”, “Arximedin dairənin kvadraturası” “Menelayın “Sferika ” əsəri”, “Astrolyabiya haqqında”, “Astronomiya xatirələri”, “Təqvim haqqında”, ” Kainatın əbədiliyi və sonsuzluğu haqqında”, “Ptolomeyin”Almakecti”, “Cəvahirnamə”, “Maliyyət barəsində”, “Təcrid”, “Otuz fəsil” və s. kimi qiymətli əsərlərin müəllifidir. Onun bir çox əsərləri bu günə qədər öz araşdırıcısını gözləməkdədir. Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnmişdir. Onlar Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstambul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarını zənginləşdirir . 800 ildir ki, elmi əsərləri maraqla araşdırılan bu dahi azərbaycanlının yaradıcılığı hələ yüzillərlə müzakirə, araşdırma mövzusu olacaq . Onun hər bir əsərinin səhifələrindən yüzlərlə akademiklər, elmlər doktorları çıxıb! Təkcə bu fakt onun nə qədər böyük bir dahi olduğunun bariz nümunəsidir!
Azərbaycan siyasi fikri tarixində ilk dövlət nəzəriyyəçisi !
Diqqəti insan və cəmiyyət münasibətlərinə yönəldən Nəsrəddin Tusinin idarəetmə nəzəriyyəsində özünü, ailəni və dövləti idarəetmə məsələləri təhlil edilir, insanların “ədalət, fəzilət və hikmət qanunları əsasında idarə edilməsi” zəruri sayılır. Nəsrəddin Tusi fiqhə (müsəlman hüququ) dair əsərlərində humanist mövqe tutmuş, insanların əmin-amanlığı qayğısına qalmağı ümdə prinsip saymışdır. Nəsrəddin Tusi poeziya nəzəriyyəsinə, musiqiyə dair traktatların və fəlsəfi şerlərin də müəllifidir. Nəsrəddin Tusinin dünyagörüşü, fəlsəfəsi, ictimai-siyasi, habelə ilahiyyata dair fikirləri bugünün özündə də böyük maraq doğurur, mühüm əhəmiyyət kəsb edir.
Nəsrəddin Tusiyə hələ sağlığında fövqəladə qabiliyyətinə, dərin zəkasına və misilsiz xidmətlərinə görə “on birinci əql” və “bəşər ustadı” deyilmişdir. Bu dahi alim və insanın dünya elmi, mədəniyyəti və ədəbiyyatı qarşısında böyük xidmətləri bu gün də dünyanın müxtəlif alimləri tərəfindən geniş şəkildə tədqiq olunur. Onun şerləri bu gün də ən gözəl poeziya nümunələri kimi böyük maraqla oxunur. Dahi və əvəzolunmaz Tusi ilə dünyanın hər yerində yaşayan azərbaycanlılar, bütövlükdə türk insanı fəxr edir. Təsadüfi deyil ki, bu gün də bəzi millətlər onu öz adlarıına çıxmağa cəhd edirlər. Əlbəttə, belə dühaya kim sahib çıxmaz ki? Amma öz elmi irsiylə bütün dünyaya sahib çıxmağa qadir olan bu insan bəli, məhz Azərbaycanlıdır! Biz bu gün də, gələcəkdə də dünyaya səs salmış dahi insanlarımızın – Tusilərimizin, Nizaminlərimizin başqa millətlərin öz adlarına çıxmaq cəhdlərinin qarşısını çox sərt şəkildə almalıyıq. Bu işdə xaricdə yaşayan, təhsil alan gənclərimizin üzərinə böyük missiya düşür. Onlar millətin sərvəti olan bu dahilərin təbliği, onların böyük xidmətləri ilə bağlı tədbirlərin keçirilməsi istiqamətində fəaliyyətlərini artırmalıdırlar.
I Şah Abbas (1587-1629) Tusi ailəsinə hörmət olaraq Ordubadı vergilərdən azad etmişdi!
Dahi azərbaycanlı Nəsrəddin Tusinin nəvə-nəticələri 14-cü əsrdə Marağadan Ordubada köçüblər. Səfəvilər imperiyası dönəmində Tusinin şəxsiyyətinə, onun irsinə və ailəsinə böyük diqqət göstərilib. Nəsrəddin Tusinin Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd adlı üç oğlu da elm dalınca getməklə yanaşı dövlət işlərində də çalışmışlar. Əvhədi Marağayi (1274-1338) “Dəhnamə” məsnəvisini (1306) Nəsrəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif ibn Əsiləddin Həsənə ithaf etmişdir. Nəsrəddin Tusi nəslindən olanlar sonralar Naxçıvan ərazisində yaşamış, elm, ədəbiyyat və incəsənət sahəsində tanınmışlar. I Şah Abbas (1587-1629) Nəsrəddin Tusiyə və onun ailəsinə böyük hörmət əlaməti olaraq bu nəslin yaşadığı Ordubad mahalını bütün vergilərdən azad etmişdi. Onun bu fərmanı 17-ci əsrdə Ordubadda tikilmiş böyük cümə məscidinin qapısı üstündəki daş kitabədə də həkk olunmuşdur.
Bu gün Azərbaycanda və İranda (Cənubi Azərbaycanda) Tusinin çoxlu sayda varisləri yaşayır. Amma onun mənəvi övladlarının sayı onminlərlədir. O, düyanın hər yerində yaşayan türk insanı tərəfindən böyük hörmətlə yad edilir və sevilir.
Dediyim kimi, İraqa hər səfərimdə ona qəbrini ziyarət edirdim. Son səfərimdə İraq müharibəsi olaylarını bir jurnalist olaraq yerindən Azərbaycana çatdırmaq idi məqsədim. Hər gün göydən bombalar yağırdı. Dua edirdim ki, Tusinin, Fizulinin və bu torpaqda uyuyan çoxlu sayda müqəddəslərimizin ziyarətgahlarını, qəbirlərini Allah özü qorusun. Sonuncu dəfə İraq torpağından çox nigaran qayıtmışdım. İraqa tez-tez zəng edib vəziyyətlə maraqlanırdım. İnanırdım ki, Allah hamımızın etdiyimiz bu duaları eşidəcək və bizə ən azı verdikləri qürur hissinə gərə minnətdar olduğumuz bu dahilərin qəbirləri və ziyarətgahları zərər çəkməyəcək. Şükür ki, belə də oldu.
Amma bu sevincimin nə qədər sadəlövh bir sevinc olduğunun da fərqindəyəm. Əsrlərdən bəri bəşəriyyətin elm səltənətində öz əbədi heykəlini qoya bilmiş böyük alimin xatirəsini nə mərmilər, nə də irili xırdalı müharibələr zədələyə bilər!
Allah 800 ildən artıqdır ki,unudulmazlıq ünvanı verdiyi, əbədi sevgiyə məhkum etdiyi bu dahi və əvəzolunmaz insanların ziyarətgahlarını da öz sevgisi ilə himayə edir. Unudulmaz Tusi öz əməlləri, insani keyfiyyətləri, insanlıq üçün etdikləri, bir insanın necə yaşamalı olduğu nümunəsini göstərməklə yanaşı onu gələcək nəsillər ötürmək üçün yazdıqları ilə bəndədən əvvəl Allahın əbədi sevgisini qazanmış bir dahidir! O, millətinin adını tarixə ən gözəl şəkildə yazmış bir şəxsiyyət olaraq əbədi sevgimizi qazanmış bir dahidir.
Urəklərimizdəki abidəni heç bir qüvvə dağıda bilməz, Əbədi sevgimiz səninlədir əvəzolunmaz və unudulmaz Tusi!
Sənin haqqında yazanda aramızda yaş və tarix fərqinin 800 il olduğunu sanki unutdum. 800 il keçsə də böyük sevgi və sayğı ilə xatırlayırıq səni! Əgər səni bu gün sağ olan bir çoxlarından fərqli olaraq bu qədər sevgi və hörmətlə xatırlaya biliriksə demək yaşayırsan. ����������������
Xalq Cəbhəsi.- 2009.- 18 fevral.- S.7-11.
Nəsirəddin Tusi haqda
Dünya şöhrətli azərbaycanlı alim, riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi 1201-ci il fevral ayının 18-də Həmədan şəhərində anadan olub. Sonralar Tus şəhərində məktəb və mədrəsədə təhsilini davam etdirib.
Təhsilini başa vurduqdan sonra adına “Tusi” təxəllüsü əlavə etməsi təhsil aldığı şəhərə böyük məhəbbəti ilə bağlı olub. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı Həsəndir. Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona Nəsirəddin adını verib.
Nəsirəddin Tusi ilk təhsilini atası Məhəmməd ibn Həsəndən alıb. O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər edib. Şərqin bir çox şəhərlərini gəzib dolaşan Tusi Nişapur şəhərində dövrün bir sıra görkəmli alimləri ilə, o cümlədən Fəridəddin Damadla və Qütbəddin Misri ilə tanış olub, onlardan dərs alıb. Nəsirəddin Tusi yaşadığı dövrdə işğalçı hökmdarların ədalətsizliyinə məruz qalaraq dəfələrlə doğma şəhər və kəndlərindən uzaqlaşıb, tərki-vətən olub.
1259-cu ildə Tusinin təklifi ilə Cənubi Azərbaycanın Marağa şəhəri yaxınlığında rəsədxana inşa olunub. Rəsədxananın yeri elə dəqiq seçilmişdi ki, orada indi də rəsədxana fəaliyyət göstərir. Marağa Astronomiya Rəsədxanasının o dövrdə tayı-bərabəri olmayıb. Sonralar Şərqdə inşa olunan rəsədxanalar məhz Marağa rəsədxanasının planı əsasında tikilib. Ən mürəkkəb alətlər, ən nadir kitablar bu rəsədxanada toplanıb. Bura dünyanın hər yerindən məşhur alimlər dəvət edilib. Faktiki olaraq rəsədxana riyaziyyat və astronomiya üzrə böyük elmi mərkəzə çevrilmişdi. Hülakü xan bu akademiyaya alim və bilikli adamların cəlb edilməsini Tusiyə tapşırmışdı.
Nəsirəddin Tusi, eyni zamanda Marağa rəsədxanasında böyük bir kitabxana da yaratmışdı. Tusi Bağdada, Dəməşqə, Mosula, Xorasana və başqa şəhərlərə səfər edib qiymətli kitablar toplayıb Marağaya gətirmişdi. Bir sıra tarixi sənədlərdən məlum olur ki, Nəsirəddin Tusi Marağa rəsədxanasında təlim-tərbiyə işi ilə də məşğul olub. Onun “Evklidin həndəsi üsulları kitabı” (“Kitabe osule Erlides dər həndəsi”) uzun müddət tədris vəsaiti kimi istifadə edilib.
Nəsirəddin Tusi elm tarixində böyük dühalardan, ən parlaq ulduzlardan biri olub. XII əsr elmlərinin bütün sahələrini — astronomiyanı, riyaziyyatı, fizikanı, triqonometriyanı, həndəsəni, tarixi, fəlsəfəni, hüquqşünaslığı, məntiqi, geologiyanı və ən nəhayət ilahiyyat elmini özündə cəmləşdirən nadir ensiklopedik biliyə mənsub mütəfəkkir idi. Tusi bu elmlərin yalnız bilicisi deyil, həm də yaradıcısı və tədqiqatçısı olub, bu sahələrə dair fundamental elmi əsərlər yaradıb. Bu əsərlərin hər biri elm tariximizin parlaq səhifələridir.
Alimin “Evklidin şərhi”, “Hərəkətdə olan yer kürəsi”, “Almacestin təhlili”, “Gecə və gündüz”, “Teleskop haqqında”, “İki göy cismi”, “Günəşin çıxması və qürubu”, “Kainat cisimlərinin zühuru”, “Kürə və slindr”, “Konuslar”, “Dairənin kvadratlanması”, “Şüanın istiqaməti və əks olunması”, “Yalançı səhər”, “Ulduzların surətləri”, “Məntiqdə əsas ül-iqtibas”, “Kəlam elmi”, “Əxlaqi-nasiri”, “Başlanğıc və son”, “Təqvim və ulduzların seyri”, “Astronomiya elmindən 30 fəsil”, “Musiqi haqqında”, “Rəməl (şeir vəzni) haqqında” və s. başqa cəmi 100-dək əsəri artıq səkkiz əsrdir ki, dünyanın ən böyük alimləri tərəfindən öyrənilir, təhlil və tədqiq olunur.
Nəsirəddin Tusi ictimai-siyasi əsərlərində “dövlət” anlayışının açılmasına böyük yer ayırıb. Faktiki olaraq Tusi Azərbaycanın siyasi fikir tarixində ilk dövlət nəzəriyyəçisi hesab olunur. “Maliyyə haqqında” risaləsində verilən qayda-qanunlar sonralar bir çox orta əsr dövlətlərində qanunlar toplularına daxil edilib.
Böyük alim 1274-cü ildə Bağdada səfəri zamanı vəfat edib və Bağdad şəhərinin Kazımiyyə mahalındakı “Cəlil məscid”də dəfn olunub.
Müəllif: Kənan
Mənbə: Mədəniyyət qəzeti
Nəsirəddin Tusi dünya elmində fundamental əsərlər müəllifidir – FOTOLAR
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bölmənin Təbii Ehtiyatlar İnstitutu və Batabat Astrofizika Rəsədxanasının birgə iştirakı ilə böyük Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusinin həyat və fəaliyyətinə həsr olunmuş elmi konfrans keçirilib.
Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev böyük alim Nəsirəddin Tusinin həyatı və elmi yaradıcılığına nəzər salıb. Onu elmin dühası, fitri-istedada malik elm xadimi kimi xarakterizə edib. Qeyd olunub ki, elmin bütün sahələri üzrə 100-dən artıq əsər müəllifi olan N.Tusi dünyada fundamental əsərlər müəllifi kimi tanınır. O, elm sahəsindəki yüksək nailiyyətləri və uzaqgörənliyi ilə dünya elmini bir neçə əsr qabaqlayan yüksək zəkaya malik elm xəzinəsidir.
Akademik diqqətə çatdırıb ki, N.Tusinin elmi irsi bir çox tədqiqatçılar tərəfindən öyrənilsə də, onun zəngin elmi yaradıcılığının daha dərindən öyrənilməsi, bu araşdırmaların davam etdirilməsi vacibdir.
Daha sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru Bayram Rzayevin, Batabat Astrofizika Rəsədxanasının əməkdaşları Vəfa Qafarova və Faidə Hüseynovanın, həmçinin həmin rəsədxananın baş direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyevin müxtəlif mövzularda çıxışları dinlənilib.
Məruzələrdə N.Tusinin həyatı, fəaliyyəti, elmi irsi, əsərləri və Marağa rəsədxanası haqqında geniş və maraqlı məlumat verilib. Qeyd olunub ki, N.Tusi humanitar və dəqiq elmlər sahəsində olduqca mühüm əsərlərin müəllifidir. Onun tarix, hüquq, fəlsəfə, tibb, riyaziyyat, astronomiya, fizika, əxlaq normaları və digər sahələrdə qələmə aldığı əsərlər əhatəliliyi ilə diqqət çəkir. Məruzələrdə N.Tusinin yaratdığı Marağa rəsədxanasının və orada yerinə yetirilən işlərin, ümumiyyətlə, astronomiya elminin sonrakı inkişafında müstəsna rola malik olduğu diqqətə çatdırılıb.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
Comments are closed, but trackbacks and pingbacks are open.