Нуряддин казымов
Azərbaycan xalqının və dövlətinin şagirdlərimizdə görmək istədiyi
həmin keyfiyyətlərin formalaşması xüsusi hazırlığa malik olan qabilиyyətli
müəllimlərdən də asılıdır. Tətbiqi pedaqogika fənni məhz bu cür səriştəli
müəllimlərin hazırlanmsına yönəlmişdir.
Unutmayaq ki, atalar demiş: halva-halva deməklə ağız şirinləşmir.
Özündə olmayan keyfiyyətləri müəllim şagirdlərinə aşılamaqda aciz olur.
Gərək sinif müəllimi olmağa hazırlaşan tələbə gələcəkdə şagirdlərə aşılаyacağı
yuxarıda göstərilən keyfiyyətləri özündə formalaşdırsın; həmin müəllim bu
cəhətdən şagirdлярinə əyani nümunə olsun.
Deməli, gələcəyin sinif müəllimi olacaq indiki tələbələrdə ibtidai təhsilin
pedaqogikası və metodikası ixtisası üzrə mütəxəsis hazırlığına, bu tələbələrin
gələcəkdə tərbiyə edəcəkləri şagirdlərdə uğurlu ibtidai təhsil almalarına
yardımçı olmaq, habelə keyfiyyətli təhsil almağın vacib şərtlərindən olan
Pedaqogikanın başqa elmlərlə əlaqəsi
1.6. Pedaqogikanın başqa elmlərlə əlaqəsi
Bütün elm sahələri ilə pedaqogikanın əlaqəsi var. Müxtəlif tədris müəssisələri üçün tədris planlarının, tədris proqramlarının və dərsliklərin işlənməsində, ayrı-ayrı fənlərin tədrisində, müəssisə, idarə və təşkilatlarda tərbiyə işinin nizama salınmasında digər elmlərlə pedaqogikanın əlaqəsi özünü daha qabarıq göstərir. Bütün elmlərlə pedaqogikanın qarşılıqlı əlaqəsini burada səciyyələndirmək mümkün deyil. Pedaqogikanın yalnız fəlsəfə, psixologiya və fiziologiya ilə əlaqəsini nəzərdən keçirək.
Pedaqogikanın fəlsəfə ilə əlaqəsi . F.Paulsen göstərir ki, pedaqogikanı bir elm olaraq fəlsəfədən ayırmaq mümkün deyil. Psixologiyasız və etikasız, o, öz təməlindən ayrı düşür. Bu fənlər də öz növbəsində metafizika və idrak nəzəriyyəsindən ayrılmazdır.” Yaxud sovet pedaqoqu P.S.Qureviç İqor İlinskinin “Təhsil inqilabı” kitabı haqqındakı rəydə deyir: “Təhsilin problemləri bizi mürəkkəb fəlsəfi düşüncələr sisteminə cəlb edir. Pedaqogika və tərbiyə tarixi ilə bağlı bir çox tədqiqatların çatışmazlığı bundadır ki, onların müəllifləri təhsilə baxışlar kompleksini fəlsəfi və psixoloji düşüncənin ümumi axarından ayırırlar. Ona görə də, pedaqogika tarixi müxtəlif didaktika üsullarının sadalanmasından ibarət olur. Lakin, axı bu üsullar özü konkret bir dövrdə doğulmuşdur və özündə zamanın dünyagörüşü təsəvvürlərinin izini əks etdirirlər.”
Ümumiləşmiş şəkildə deyə bilərik ki, insanın tərbiyəsi, istərsə də həyat üçün hazırlanması bilik və bacarıqlara yiyələnməsi məsələləri insan və cəmiyyət, insan və dünya problemlərinin tərkib hissəsidir. Təsadüfi deyildir ki, bu məsələlərə ənənəvi olaraq məhz filosofların əsərlərində müraciət edilmişdir. Yeni dövrə qədər tərbiyə məsələləri də, didaktika problemləri də məhz filosoflar tərəfindən hazırlanmışdır. Pedaqogikanın nisbətən müstəqil bir elm sahəsi kimi formalaşması ilk növbədə filosoflardan Y.A.Komenskinin, J.J.Russonun, C.Lokkun yaradıcılıqları ilə bağlıdır. İ.Kantın “Pedaqogika haqqında”, “Maarifləndirmə nədir?” – sualına cavab”, “Antropoloji didaktika” əsərlərində, Hegelin “Gimnaziya direktorunun çıxışları”, “Universitetdə fəlsəfənin tədrisi”, “Gimnaziyalarda fəlsəfənin tədrisi” əsərləri müasir kurikulum probleminin metodoloji əsaslarını təşkil edir. Pedaqogika ilə fəlsəfə arasında qarşılıqlı münasibətə dair əsasən üç mövqe vardır. Bəziləri (P.Narton, F.Paulsen, Q.Gerşensteyner, S.Y.Volfson və başqaları) pedaqogikanı “tətbiqi fəlsəfəyə” aid edirlər. Onlar haqlı olaraq düşünürlər ki, fəlsəfənin sahələri olan etika, estetika, məntiq və s. ictimai həyatın sahələrini, o cümlədən təlim və tərbiyə məsələlərini də əhatə edir. Lakin onlar bu düzgün fikirdən belə bir səhv nəticə çıxarırlar ki, fəlsəfə tərbiyə işinin məqsədini, pedaqogika isə onu həyata keçirməyin yollarını müəyyənləşdirir. Buna görə də onlar pedaqogikanı tətbiqi fəlsəfə adlandırırlar. Belə çıxır ki, pedaqogikanın əsalarını və qanunauyğunluqlarını fəlsəfədə axtarmaq lazımdır. Bu mövqe ilə razılaşmaq olmaz. Başqa bir qrup mütəxəssis (Z.Freyd, G.Max, E.Meyman, İ.Krecmep, P.P.Blonski, A.P.Pinkevic və başqaları) pedaqoji qanunauyğunluqları fəlsəfədə axtarmağın düzgün olmadığını əsaslandıraraq psixologiyaya meyil etmiş və düşünmüşlər ki, pedaqogikanın başlıca dayağı psixologiya olmalıdır. Fikrimizcə, pedaqogikanı fəlsəfədən ayırmaq cəhdi uğursuzdur. Çünki humanitar elm olan pedaqogika metodologiyasız keçinə bilməz. Təlimin, təhsilin, tərbiyənin və inkişafın bir çox problemlərini metodoloji dayaqsız həll etmək mümkün deyil. Üçüncülərə E.İ.Monoszon N.K.Qonçarov, F.F.Korolyov, B.P.Yesipov və başqaları aid edilir. Onlar bir çox halda fəlsəfi müddəaları mexaniki şəkildə pedaqogikaya gətirirlər. Dialektik materializmə istinad edən pedaqoqları (M.M.Mehdizadə, N.M.Kazımov, B.A.Əhmədov, F.N.İbrahimov və başqalarını) dördüncü qrupa aid etmək olar.
Onlar təlim, tərbiyə, təhsil və inkişaf məsələlərini konkret şəraitlə əlaqədar nəzərdən keçirirlər. Onların fikrincə, məsələn, pedaqoji prosesin səmərəlilik dərəcəsi konkret şəraitdən də asılı olur. Eyni üsulun səmərəsi bir şəraitdə çox, başqa şəraitdə az ola bilər. Yaxud dialektik materializmə istinad edən pedaqogika həm təlim və tərbiyə prosesini, həm də uşağı əqli-şüuru inkişafda nəzərdən keçirir. Uşaq daim inkişafda olduğundan və ətraf mühit amillərinin ona təsiri dəyişdiyindən tərbiyəvi təsirlər də başqalaşmış olur. Dialektik materializmə əsaslandıqda pedaqoji prosesin hərəkətverici qüvvələrini və qanunauyğunluqlarını onun özündə axtarmalı oluruq. Dialektik materializm həm də təhsil və pedaqoji fikir tarixi məsələlərinin təhlili və öyrənilməsinə düzgün yanaşmağa imkan verir. Unutmaq lazım deyil ki, hər pedaqoji nəzəriyyəyə və ya fikrə onun yarandığı şəraitlə əlaqədar qiymət vermək zəruridir.
Məlumdur ki, dialektik və tarixi materializm təbiət və cəmiyyətin obyektiv inkişaf qanunauyğunluqlarını müəyyən edir. Bu qanunlar pedaqoji gerçəkliyin ayrı-ayrı sahələrində də fəaliyyət göstərir. Pedaqoji prosesdə insanların biliklərə yiyələnməsi və inkişafı fəlsəfi qanunlar əsasında baş verir. Təlim və tərbiyə prosesində mövcud olan ziddiyyətlər inkişafın əsasını təşkil edir. Digər tərəfdən elmi dünyagörüş varlığın obyektiv şəkildə dərk olunması, maddi aləm hadisələrinin qarşılıqlı əlaqə və vəhdətdə olduğunu qavranması, inkişaf və dəyişmənin zəruriliyinin dərk edilməsi əsasında baş verir. Bu isə pedaqogikanın fəlsəfə ilə qarşılıqlı əlaqəsi sayəsində mümkün olur.
Pedaqogikanın sosiologiya ilə əlaqəsi. İnsanlar məhz tərbiyə vasitəsilə sosiallaşır, cəmiyyətin sosial təcrübəsinə qoşulur. İnsanlara formalaşma prosesində məqsədyönlü tərbiyə ilə yanaşı sosial mühit, sosial münasibətlər də təsir edir. Digər tərəfdən tərbiyəvi təsirlər bilavasitə sosial mühitdə reallaşır, həyata tətbiq edilir. Deməli insandan, onun arzu və istəyindən asılı olmayaraq o, sosial mühitlə qarşılıqlı əlaqəyə girir. Pedaqoji proses isə bu qarşılıqlı əlaqəyə nəzarət etməli, sistemli tərbiyəvi təsirlərlə sosioloji təsir arasında məqsədyönlü, səmərəli və düzgün münasibət yaratmalıdır.
Pedaqogikanın fiziologiya ilə əlaqəsi . Bu əlaqə müxtəlif istiqamətlərdə başa düşülür. Bəzi mütəxəssislərin fikrincə, təlim və tərbiyə məsələləri bioloji faktlardan çıxış etməlidir. Guya sinir fəaliyyəti haqqında elm olan refleksologiya pedaqogikanın əsasını təşkil etməlidir. Bu cərəyanın tərəfdarları bütün pedaqoji hadisələri “stimul-reaksiya” formuluna uyğun izah etməyə çalışırlar. Onlar güman edirlər ki, pedaqogika uşağın fəaliyyətini idarə edən stimullar sistemini işləyib hazırlamalıdır. Belə bir sistem isə uşaq fəaliyyətində şüurluluq ünsürlərini məhdudlaşdırır. Bu səbəbdən də refleksoloji yanaşma düzgün sayıla bilməz.
Pedaqogikada refleksoloji yanaşmanın birtərəfliliyini başa düşən digər qrup mütəxəssislər pedaqogikanı biologiyadan ayırmağa səy göstərmişlər: onlar inandırmağa çalışırlar ki, biologiyanın pedaqogikaya heç bir dəxili yoxdur və pedaqogika öz işini bioloji biliklərə istinad etmədən qurmalıdır.
Ali sinir sistemi fəaliyyətinə dair elmi fiziologiyadan və genetikadan ayrı salmaq cəhdi bir sıra pedaqoji problemlərin düzgün həllinə mane olur, təlim və tərbiyədə irsi əlamətlərin rolunu inkar edir, uşaq qabiliyyətlərinin üzə çıxarılması və formalaşdırılması prosesini çətinləşdirir. Pedaqoji hadisələri yalnız bioloji qanunauyğunluqlar zəminində izah etmək cəhdi də, bu hadisələri fiziologiyasız və genetikasız nəzərdən keçirmək cəhdi də eyni dərəcədə səmərəsizdir. Pedaqogika uşağın əqli, həm də fiziki inkişaf qanunauyğunluqlarına dayanmalıdır. Pedaqoji hadisələrin qanunauyğunluqları fizioloji qanunauyğunluqlarla müncər edilə bilmədiyi kimi, bu qanunauyğunluqlar da inkar edilə bilməz.
Pedaqogikanın psixologiya ilə əlaqəsi. Pedaqogika ilə psixologiyanın əlaqəsini təmin edən insanın psixikasıdır: psixikanı hər iki elm tədqiq edir. Psixikanın inkişaf qanunauyğunluqlarını və mərhələlərini əsasən psixologiya, təlim və tərbiyə zamanı psixikanı maksimum inkişaf etdirməyin yollarını isə pedaqogika öyrənir. Təlim və tərbiyə zamanı uşaqların psixikasında baş verən dəyişikliklər nə qədər dərindən öyrənilir və nəzərə alınırsa, çıxarılan nəticələr və verilən məsləhətlər bir o qədər əsaslı olur. Psixikanın, yəni qavrayışın, təxəyyülün, təfəkkürün, iradənin, diqqətin və digər psixi proseslərin və psixi xüsusiyyətlərin necə formalaşdığına psixologiya cavab verirsə, pedaqogika onları nəzərə alaraq nə öyrətmək, nə vaxt və necə öyrətmək suallarına cavab verir. Pedaqogika psixoloji biliklərə istinad etdiyi kimi, psixologiya da pedaqoji bilikləri nəzərə alır.
Pedaqogika və psixologiya bir-birinin köklü müddəalarını – pedaqogika uşaq psixikasını, psixologiya isə pedaqogikanın təlim və tərbiyə nəzəriyyəsini; pedaqogika psixikanın inkişaf nəzəriyyəsini, psixologiya isə psixikanın inkişafında təlim və tərbiyənin roluna dair nəzəriyyəni və s. nəzərə alır.
Təhsillə bağlı nə nəzəri, nə də praktik problemlərin həlli baxımından pedaqogika və psixologiyanın əlaqəsini nəzərə almamaq mümkün deyildir. Ə.Paşayev və F.Rüstəmov yazırlar: “Biz bu qarşılıqlı asılılığı obrazlı şəkildə belə ifadə edirik: pedaqogika psixologiyasız “kasıbdır”, psixologiya isə pedaqogikasız “acdır”. Psixologiya üçün predmet hesab olunan pedaqogika üçün şərtdir və ya əksinə, pedaqogika üçün predmet hesab olunan psixologiya üçün şərtdir, yəni psixikanı inkişaf etdirmək üçün təhsil şərtdir, təhsil vermək üçün isə psixikanın inkişaf qanunauyğunluqlarını bilmək şərtdir.”
Akademik M.Mehdizadə yazırdı ki, bu problem də çox mürəkkəbdir, böyükdür, mühüm və zəruri olan bir çox məsələni əhatə edir. Onların nəzərə alınması və onlara əməl olunması təlim-tərbiyə prosesinin səmərəliliyini yüksəldir. Son vaxtlarda pedaqoji psixologiya onları daha çox işıqlandırmağa başlamışdır, lakin təəssüf ki, bu sahədə iş ləng gedir, məlum psixoloji tövsiyələr ləng tətbiq edilir, çünki kifayət qədər aydın şəkildə şərh edilmir. L.T.Oxotina yazır: “Çox müəllimlər və metodistlər deyirlər ki, psixoloji əsərləri çətin oxumaq olur. Bu sözlərin əsası vardır. Təlim-tərbiyənin psixoloji məsələlərinin heç də hamısı axıradək həll edilməmişdir, bir çoxu hələ mübahisəlidir və müəllimlər nəyi yalnız nəzərə almaq, nəyi isə fəaliyyətdə rəhbər kimi qəbul etmək lazım gəldiyini asan müəyyən edə bilmirlər.”
Həmin nöqsanları aradan qaldırmaq üçün bu istiqamətdə tədqiqatları genişləndirmək, pedaqoji kadrların psixoloji hazırlığını yüksəltmək, təhsil prosesində psixoloji tövsiyələrdən istifadə etmək işində təcrübə mübadiləsi həyata keçirmək lazımdır.
Pedaqoji və psixoloji fikir tarixindən görünür ki, tərbiyə haqqında nəzəriyyələr, adətən, psixika haqqında nəzəriyyələrə uyğun gəlmişdir. Bu, tamamilə təbii hadisədir və səhv qənaət üçün əsas olmamalıdır.
Pedaqoji tədqiqatlarda psixoloji eksperimentin faydasını nəzərə alan bəzi mütəxəssislər yanlış olan belə bir nəticəyə gəlmişlər ki, guya bütün pedaqoji qaydalar psixoloji tədqiqata əsaslanmalıdır. Xüsusi vurğulayaq ki, pedaqogikanı psixologiyanın yedəyinə bağlamaq yolverilməzdir.
Bir sıra psixoloqlar (B.M.Teplov, L.S.Vıqotski, S.A.Rubinşteyn, L.V.Zankov və başqaları) eksperimental yolla isbat edə bilmişlər ki, xüsusi təşkil edilən təlim və tərbiyə vasitələri ilə uşaqlarda psixikanın, qabiliyyətlərin inkişaf sürətini artırmaq mümkündür.
Təfəkkürün xüsusiyyətlərinə müəllimin bələd olması da təlimin müvəffəqiyyətini təmin edən əsas amillərdəndir. Psixologiyada isbat olunmuşdur ki, məntiqi təfəkkürü bir sıra amillər səciyyələndirir: ardıcıllıq, tənqidilik, müstəqillik, oxşar və fərqli cəhətləri üzə çıxartmaq, ümumiləşdirmələr etmək, öz nəticəsinin düzgünlüyünü isbat etmək və s. Təfəkkürün əlamətlərindən hali olan və onları öz işində tətbiq edən müəllim şagirdlərində məntiqi təfəkkürün inkişafını təmin edə bilir. Bu cür faktları nəzərə alan pedaqogika həm psixikanın öz daxili qanunları üzrə inkişaf etdiyini söyləyən nəzəriyyəni, həm də psixikanın dəyişməsini başdan-başa mühitin təsiri ilə izah edən nəzəriyyəni birtərəfli hesab edir; psixikanın inkişafına şəxsin daxili mənəvi imkanları ilə ətraf mühit amilləri də, onun fəaliyyəti də güclü təsir göstərir. Buna görə də pedaqogika uşaqların fərdi və yaş xüsusiyyətlərini, qabiliyyətlərini üzə çıxarmağı və nəzərə almağı, onların fəaliyyət növlərini və üsullarını müəyyənləşdirməyi zəruri hesab edir.
Pedaqokanın etika ilə əlaqəsi. Pedaqogika etika ilə qarşılıqlı əlaqəlidir. Fəlsəfi elm olan etika, əxlaq tərbiyəsinin əsasını təşkil edir. Pedaqoji prosesdə əxlaqın meydana gəlməsi, təşəkkülü haqqında məlumatlar da əhəmiyyətli yer tutur.
Pedaqogikanın həmçinin ədəbiyyat, incəsənət, tarix, erqonomika, məntiq, gigiyena və daha bir çox digər elmlərlə də qarşılıqlı əlaqəsi vardır. Pedaqogika nəinki başqa elmlərin nailiyyətlərinə, həm də bütün digər elmlərə, onların inkişafına təkan verir. Pedaqogikanın digər elmlərlə qarşılıqlı əlaqəsi sayəsində tamam yeni elm sahələri də yaranır.
Pedaqogika elminin digər elmlərlə təmasda inkişafı o demək deyildir ki, guya pedaqoji bilikləri başqa elm sahələrində axtarmaq lazımdır, hansı ki, vaxtı ilə K.D.Uşinskinin “Antropologiya” əsərində belə meyil qabarıq şəkildə ifadə edilmişdir.
- pedaqogika başqa elmlərin əsas ideyalarından, nəzəri müddəalarından və ümumiləşdirilmiş nəticələrindən istifadə edir;
- pedaqogika başqa elmlərin tədqiqat metodlarından istifadə edir;
- fəlsəfə, psixologiya, ali sinir fəaliyyətinin fiziologiyası, sosiologiya və başqa elmlərin apardığı tədqiqatların konkret nəticələri pedaqogikada tətbiq olunur;
- pedaqogika insanı öyrənən kompleks tədqiqatlarda iştirak edir .
1.7. Pedaqogikanın sahələri
(və ya pedaqogikada diferensiya prosesləri)
Vaxtilə fəlsəfənin və sosiologiyanın tərkibində olan, bir müddətdən sonra ondan ayrılan və getdikcə müstəqil elmə çevrilən pedaqogika inkişaf edərək bir çox şaxələrə ayrılmaqdadır. Pedaqogikanın öyrəndiyi predmet o qədər mürəkkəbdir ki, ayrıca, hətta ən geniş elm onun mahiyyətini, əlaqələrini və ifadə vasitələrini əhatə edə bilməz. Pedaqogika uzun inkişaf yolu keçərək çoxlu nəzəri və təcrübi informasiya toplamış və hazırda şaxələnmiş elmi biliklər sisteminə çevrilmişdir, başqa sözlə, müasir pedaqogika təhsil, təlim, tərbiyə haqqında elmlər sisteminə çevrilmişdir. Pedaqoji elmin sahələri arasında ardıcıl, sıx əlaqə vardır. Onların hamısı insanı öyrənir, onun təhsil-tərbiyə problemlərini tədqiq edir, praktika üçün tövsiyələr işləyib hazırlayır. “Pedaqogika elminin arxitekturasının özünəməxsusluğu, təkrarolunmazlığı məhz təbiətin ən ali varlığı olan insanın özünün dünyaya gəlməsi ilə və ya sosiallaşması prosesində düçar olduğu qeyri-normal hadisələrlə şərtlənir” .
Pedaqoji elm sahələrinin müxtəlifliyi insanların əqli, görmə, eşitmə, nitq və s. imkanlarının müxtəlifliyi ilə də bağlıdır.
Pedaqoji elmlər sisteminə aşağıdakılar daxildir:
Məktəbəqədər pedaqogika məktəb yaşına çatmamış uşaqların tərbiyə və təlim məsələlərini öyrənir. Ümumtəhsil məktəbinin pedaqogikası digər pedaqoji elm sahələri üçün elmi bazadır, o məhz ümumi pedaqogikadır (ümumtəhsil məktəbi bütün dünyada kütləvi məktəbdir, o, təhsil sisteminin əsasını təşkil etdiyindən həmin sistemin həlqələri – ilk peşə təhsili, subbakalavr təhsili, ali təhsil onun üzərində qurulur). Xüsusi pedaqogika (defektologiya) fiziki və əqli cəhətdən qüsurlu olan uşaqların (həm də yaşlıların) inkişafının psixofizioloji xüsusiyyətlərini, onların təlim-tərbiyəsinin nəzəri əsaslarını, prinsiplərini, üsullarını, təşkili formalarını və vasitələrini işləyib hazırlayır. Xüsusi pedaqogikanın da sahələri vardır: surdopedaqogika – lal və karların, tiflopedaqogika – kor və zəif görənlərin, oliqofrenopedaqogika – ağıldan kəmlərin, loqopediya – nitqi qüsurlu olanların təhsili və tərbiyəsi məsələlərini öyrənir. Fənlərin tədrisi metodikası təlim qanunauyğunluqlarının ayrı-ayrı fənlərin tədrisinə tətbiq edilməsi xüsusiyyətlərini tədqiq edir, onun optimal metodlarını və vasitələrini öyrənir. Peşə metodikası konkret peşə fəaliyyətinin qanunauyğunluqlarını öyrənir, nəzəri ümumiləşdirmələr aparır, insanın təhsilinin prinsiplərini və texnologiyasını işləyib hazırlayır. Tədqiqatçılar peşə sahəsindən asılı olaraq istehsalat, hərbi və tibbi pedaqogikanı fərqləndirirlər. Ali məktəb pedaqogikası ali təhsil müəssisələrində ali təhsil prosesinin spesifik xüsusiyyətlərini öyrənir. Sosial pedaqogika insanların bütün yaş qrupları və sosial kateqoriyalarının xüsusi yaradılmış təşkilatlarda sosial tərbiyəsi məsələlərini öyrənir. Pedaqogika tarixi müxtəlif dövrlərdə pedaqoji nəzəriyyələrin və məktəb tarixinin inkişaf qanunauyğunluqlarını öyrənir. Pedaqogika tarixini öyrənmədən bəşəriyyətin təhsil-tərbiyə tarixini izləmək, onu təhlil etmək, tarixi-pedaqoji irsin inkişafındakı müsbət və mənfi meyilləri üzə çıxarmaq mümkün deyildir. Müqayisəli pedaqogika təhsil və tərbiyə sistemlərinin fəaliyyətinin və inkişafının qanunauyğunluqlarını müxtəlif ölkələrlə müqayisəli şəkildə öyrənir. Ailə pedaqogikası ailədə uşaqların tərbiyəsinin düzgün təşkili, ailədə düzgün münasibətlərin yaradılması, ailə ilə məktəb və digər tərbiyə müəssisələri arasında səmərəli əlaqə yaradılması, cəmiyyətlə ailənin tərbiyəvi təsirlərinin əlaqələndirməsi, bunların insanların həyata hazırlanması işinə təsiri və digər ailə, övlad problemlərini araşdırır. Hərbi pedaqogika hərbi məktəblərdə, ali hərbi məktəblərdə, hərbi akademiyalarda, adi ali təhsil müəssisələrinin hərbi kafedralarında, hərbi hissələrdə, orta məktəblərdə, orta ixtisas məktəblərində gənclərin hərbi hazırlığı, hərbi təlimi, tərbiyə və təhsilini tədqiq edir. Xalq pedaqogikası xalqın əsrlər boyu topladığı təcrübə əsasında yaranmış müdrik fikirlərdir ki, bu fikirlər insanların təlim və tərbiyəsi, davranışı, insanlara, ətraf aləmə düzgün münasibəti üçün xalq tərəfindən qəbul edilmiş əxlaqi, etik, estetik normalardır. Xalqın müdrik fikirləri folklor nümunələrində, xalqın adət və ənənələrində öz əksini tapmışdır. Korreksiyaedici pedaqogika sosial-psixoloji cəhətdən qüsurlu uşaqların diaqnostikası, profilaktikası və bərpası üzrə aparılan pedaqoji, psixoloji, metodoki işlərin məcmusunu özündə birləşdirir və buna uyğun həmin uşaqların təlıim və tərbiyəsini təşkil edir. İstehsalat pedaqogikası müxtəlif istehsalat müəssisələrində, idarə və təşkilatlarda aparılan tərbiyə işləri, texniki inkişafla bağlı yeni əmək və təlim bilik, bacarıq və vərdişlərinin formalaşdırılması və digər pedaqoji problemləri araşdırır. Gender pedaqogikası son dövrlərdə pedaqogikamıza daxil olmuşdur. Gender ingilis dilində “Genius” sözündən olub “cins” deməkdir. Gender kişi ilə qadın arasındakı fərqlərin bioloji deyil, sosial tərəflərini, fərqlərini öyrənir. Bu fərqlər kişi və qadının cəmiyyətdə fəaliyyətində, davranışında, mental və emosional xüsusiyyətlərində özünü büruzə verir. Gender pedaqogikası kişi və qadın arasında sosial bərabərliyin pedaqoji, psixoloji, əxlaqi, mənəvi problemlərini işləyib tədqiq edir. Gender pedaqogikası təlim və tərbiyə prosesində oğlan və qızların gender sosiallaşması xüsusiyyətlərini öyrənir. Pedaqoji prosesdə gender münasibətlərinin nəzərə alınması təlim və tərbiyənin keyfiyyətinin yüksəldilməsində və səmərəli təşkilində mühüm amildir. Yaş pedaqogikası isə müxtəlif yaş dövrlərində təlim və tərbiyə məslələrini öyrənir və ona müvafiq olaraq pedaqoji prosesi qurur.
Yaşlıların pedaqogikası – pedaqoji elmin bir sahəsi olub yaşlı insanların təlimi, tərbiyəsi, təhsili və özünütəhsilinin pedaqoji cəhətdən məqsədyönlü, planlı, sistemli şəkildə müxtəlif formalarda təşkilidir. Buna androqoqika da deyilir.
Tibbi pedaqogika. Pedaqogikanın bu sahəsi tibbin hüdudunda təşəkkül taparaq formalaşır. Uşaq və yeniyetmələr arasında хəstəlik hallarının olması bu istiqamətdə səhiyyənin məqsədyönlü fəaliyyət göstərməsini tələb etdiyi kimi, belə uşaqların təhsilinin də təşkilini zərurətə çevirir. Beləliklə, qoruyucu təhsil-tərbiyə konstruksiyalarının işlənib hazırlanması təхirəsalınmaz vəzifə kimi qarşıda durur. Tibbi pedaqogikanın predmetini хəstə və halsız şagirdlərlə müəllimlərin təlim-tərbiyə fəaliyyətinin sistemi təşkil edir. Deməli, müalicə və təhsilin səmərəli şəkildə uzlaşdırılması tələbatı öz-özlüyündə meydana çıхır və beləliklə, tibbi-pedaqoji elmin inteqrasiyası baş verir. Tibbi pedaqogikanın faydalılığını artırmaq üçün alimlərin və praktik işçilərin ikili təhsilə (tibbi və pedaqoji) yiyələnmələri məqsədəuyğundur.
İslah-əmək pedaqogikası (və ya “Pentensiar pedaqogika”) islah əmək kolonoyalarında həbs olunmuş şəxslərin yenidən tərbiyə olunması üçün pedaqoji yanaşmaların nəzəri və praktik əsaslarını öyrənir, burada onların təhsilinin və tərbiyəsinin təşkili məslələrini araşdırır.İslah-əmək pedaqogikası hüquq elmləri ilə daha sıx bağlıdır.
Pedaqoji ədəbiyyatda daha fərqli pedaqogika sahələrinə də rast gəlmək olur.
Humanistlik pedaqogikası 1950-ci illərin sonu 1960-cı illərin əvvəllərində ABŞ-da yaranmışdır. Humanistlik pedaqogikası əvvəlcə humanistlik ideyalarının ifadəsi kimi meydana gəlmiş və müasir tərbiyə metodlarının nəzəri və praktik istiqamətlərini özündə əks etdirmişdir. Qərbdə onun ən fəal nümayəndələri kimi K.Rodjere, R.Bart, Ç.Ratboun və başqalarını göstərmək olar. Humanistlik pedaqogikasının əsas qayəsi təhsilə, şəxsiyyətə qayğılı münasibət, təhsildə və təlimdə avtoritarizmi dəf etmək, şagirdlərin bilikləri, bacarıq və vərdişləri mənimsəmə prosesinə emosional rəng qatmaqdır. Humanistlik pedaqogikasında təmənnasız yardım etmə, pay vermə, bağışlama, həvəsləndirmə və rəğbətləndirmə kimi formalara üstünlük verilir. Humanistlik pedaqogikası qabiliyyətli, istedadlı, talantlı uşaqların üzə çıxarılması, inkişaf etdirilməsi, formalaşdırılması ilə məşğul olmaqla yanaşı, sahibsiz, kimsəsiz və şikəst uşaqlara da yardım edilməsini həyata keçirdiyi işlərin ən mühüm tərkib hissələrindən biri hesab edir. Antropedaqogika insanın bütün həyatı boyu təhsil, tərbiyə və inkişafı prosesi ilə bağlı yaranmışdır.İnsanın fasiləsiz tənsil alması problemlərini öyrənir. Bərpa pedaqogikası uşaqların intellektual fəaliyyətinə mane olan amillərin aradan qaldırılmasını öyrənir. Elmi-texniki tərəqqi dövründə informasiya axınının idarə olunması və yetişən nəslin nümayəndələrinin informasiya aləminə daxil edilməsi məqsədilə yaradılan pedaqogikaya informatika-kibernetika pedaqogikası deyilir. Qızların mənəvi-əxlaqi normalarının saflaşdırılmasına xidmət edən pedaqogika feminist pedaqogika, oğlanların əxlaqi-mənəvi normalarının saflaşdırılmasına yönələn pedaqogika centlmen pedaqogikası adlanır.
Pedaqogikanın göstərilən sahələri də öz növbəsində inkişaf edərək şaxələnir, inkişaf edir və daha yeni pedaqogikalar meydana gəlir.
Suallar və tapşırıqlar
- Elm sisteminin başlıca elementləri ilə bağlı şərh verin.
- Pedaqogikanın elmlər sırasına qatılmasını şərtləndirən əsas arqumentlər hansılardır?
- Pedaqogikanın əsas funksiyaları hansılardır? Nəzəri və texnoloji
- “Pedaqogikanın obyekti” və “Pedaqogikanın predmeti” anlayışlarını səciyyələndirin.
- Pedaqogikanın əsas anlayışları ilə bağlı fikirlərinizi açıqlayın.
- “Təhsil” anlayışının əsas xüsusiyyətləri hansılardır?
- “Təlim” və “təhsil” anlayışlarını qarşılıqlı şəkildə səciyyələndirin.
- Pedaqoji cərəyanlardan hər hansı ikisinin müqayisəli təhlilini verin.
- “Konstruktivizm” cərəyanının əsas xüsusiyyətləri barədə danışın.
11. Pedaqogika ilə psixologiyanın əlaqəsinə şərh verin.
12. Pedaqogikada diferensiya proseslərinin səbəblərini göstərin.
13. Xüsusi pedaqogika nəyi öyrənir?
Gender pedaqogikasının mahiyyəti və məqsədi;
Xalq pedaqogikasında tərbiyə məsələləri;
Müqayisli pedaqogikanın mahiyyəti və məqsədi;
Ailə pedaqogikasında valideyn-övlad münasibətləri.
Нуряддин казымов
4
BİR NEÇƏ SÖZ
Hörmətli oxucu! Müəllif istərdi yəqin biləsiniz ki, əvvəla, Tətbiqi
pedaqogika fənni üzrə bu dərslik üç başlıca mənbə əsasında hazırlanmışdır:
1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 oktyabr tarixli
qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ümumtəhsil məktəbinin
kurrikulumu”; 2.Təhsil sahəsində həm xarici ölkələrin, həm də Azərbaycanın
qabaqcıl müəllimlərinin tətbiq etdikləri müasir iş üsulları və formaları:
pedaqoji texnologiyalar, pedaqoji innovasiyalar, interaktiv üsullar, o cümlədən
əqli hücum, şaxələnmə, kublaşdırma, proqnozlaşdırma, beşlik və s. tərzlər;
3.Azərbaycan Respublikasının dövlət müstəqilliyi şəraitində formalaşan Milli
pedaqogikanın nailiyyətləri (təlimin, tərbiyənin, təhsil və pisxoloji inkişafın
vəhdətdə həyata keçirilməsinin faydalılığı; təlimə tamamilə yeni baxış; təlimdə
müəllimin və şagirdin vəzifələrinin yeniləşməsi; şagirdə öyrənən, müəllimə isə
ənənəvi mənada öyrədən kimi deyil, öyrənməni şagirdlərə öyrədən kimi
baxılması; cəmiyyətdə müəllim fəaliyətinin yeni mövqedən qiymətləndirilməsi;
pedaqoji prosesin üzə çıxarılmış qanunauyğunluqlarının təlim-tərbiyə zamanı
nəzərə alınması təlimdə uğurun nəinki zəruri şərti, həm də diqqət, hafizə,
təxəyyüл, təfəkkür, iradə, motiв kimi psиxoloji qüvvələrin nəticəsi olması və s.).
İkincisi, göstərilən mənbələr əsasında hazırlnmış bu dərslik indiyədək
həm Azərbaycanda, həm də ondan kənarlarda yazılmış dərs vəsaitlərindən
nəinki adına görə, məzmununa görə də prinsipal олараг fərqlənir. Burada
bütün nəzəri məsələlər praktik təcrübə zəminində təqdim edilir.
Üçüncüsü, tətbiqi pedaqogika fənninin əhatə etdiyi bütün praktik
məsələlər varislik prinsipi əsasında (fənni tədris edən müəllim–tələbə–sinif
müəllimi–şagird) şərh olunur.
Dördüncüsü, hazırkı kitaba daxil edilmiş fəsillərdəki materialların şərh
üslubu tələbələrdə – gələcək sinif müəllimlərində təfəkkürün, xüsusən yaradıcı,
tənqidi təffəkürün inkişafına münasib şərait yaradır. Təbiidir ki yaradıcı,
tənqidi təfəkkürü inkişaf etmiş müəllimin şagirdlərində də təfəkkürün inkişaf
edəcəyi təbiidir. Bununla yanaşı, hər fəslin (mövzunun) sonunda verilmiş
yönəldici və düşündürücü çalışmalar da bu məqsədə xidmət edir. Həmin
çalışmalar tələbələrdə əsasən hafizənin, yadasalma qüvvəsinin deyil, müstəqil
düşünmək, müstəqil mühakimə yürütmək, müzakirə olunan problemə yaradıcı
5
yanaşmaq,
tənqidi
fikir
söyləmək
bacarıqlarının
formalşmasına
istiqamətlənmişdir.
BİRİNCİ BÖLMƏ.
TƏTBİQİ PEDAQOGİKA, PEDAQOJİ PROSES VƏ CƏMİYYƏT
FƏSİL 1.
TƏTBİQİ PEDAQOGİKA FƏNNİ HAQQINDA ÜMUMİ
MƏLUMAT
1.Tətbiqi pedaqogika fənni tədrisinin yaxın və uzaq (strateji) məqsədi; bunu
bilməyin mənası.
Bu fənnin tədrisində yaxın məqsəd Azərbaycan Respublikası
ümümtəhsil məktəblərinin I-ЫV sinif şagirdlərində təhsillilik, tərbiyəlilik və
psixoloji inkişaf səviyyəsini maksimum dərəcəyə çatdırmaqdan ibarətdir.
Gözlənilən belə bir nəticəyə nail olmaq üçün tətbiqi pedaqogika fənninin
tədrisi sayəsində müstəqil düşünmək, müstəqil mühakimə yürütmək, iradəli,
diqqətli olmaq, daim biliyə can atmaq, öyrənməyin sirlərinə bələd olmaq kimi
keyfiyyətlərin əvvəlcə tələbələrdə, sonra onların vasitəsi ilə şagirdlərdə
formalaşmasına münasib pedaqoji-psixoloji mühit yaranmalıdır.
Azərbaycan xalqının və dövlətinin şagirdlərimizdə görmək istədiyi
həmin keyfiyyətlərin formalaşması xüsusi hazırlığa malik olan qabilиyyətli
müəllimlərdən də asılıdır. Tətbiqi pedaqogika fənni məhz bu cür səriştəli
müəllimlərin hazırlanmsına yönəlmişdir.
Unutmayaq ki, atalar demiş: halva-halva deməklə ağız şirinləşmir.
Özündə olmayan keyfiyyətləri müəllim şagirdlərinə aşılamaqda aciz olur.
Gərək sinif müəllimi olmağa hazırlaşan tələbə gələcəkdə şagirdlərə aşılаyacağı
yuxarıda göstərilən keyfiyyətləri özündə formalaşdırsın; həmin müəllim bu
cəhətdən şagirdлярinə əyani nümunə olsun.
Deməli, gələcəyin sinif müəllimi olacaq indiki tələbələrdə ibtidai təhsilin
pedaqogikası və metodikası ixtisası üzrə mütəxəsis hazırlığına, bu tələbələrin
gələcəkdə tərbiyə edəcəkləri şagirdlərdə uğurlu ibtidai təhsil almalarına
yardımçı olmaq, habelə keyfiyyətli təhsil almağın vacib şərtlərindən olan
Nureddin Kazimov – Wikipedia
Nurəddin Kazımov ( 28 aprel 1926 , Gəncə – 6 dekabr 2018 , Bakı ) — prezident təqaüdçüsü, akademik.
| Nurəddin Kazımov | |
|---|---|
| Nurəddin Mustafa oğlu Kazımov | |
| Doğum tarixi | 28 aprel 1926 |
| Doğum yeri | Gəncə, Azərbaycan SSR, ZSFSR, SSRİ |
| Vəfat tarixi | 6 dekabr 2018 (92 yaşında) |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Vətəndaşlığı | SSRİ → Azərbaycan |
| Milliyyəti | Azərbaycanlı |
| Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi, Sankt-Peterburq Dövlət Universiteti |
| Elmi adı | Akademik |
Mündəricat
- 1 Həyatı və təhsili
- 2 Fəaliyyəti
- 3 Yaradıcılıq fəaliyyəti
- 4 Ölümü
- 5 İstinadlar
Həyatı və təhsili
Nurəddin Mustafa oğlu Kazımov 1926-cı il aprelin 28-də Gəncə şəhərində anadan olmuşdur. 1933-cü ildə orada “III İnternasional” adına orta ümumtəhsil məktəbinə daxil olmuş və 1943-cü ildə həmin məktəbi bitirmişdir. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və təhsilini davam etdirmək üçün 1947-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakültəsinin III kursuna köçürülərək, oranı 1950-ci ildə yüksək təlim müvəffəqiyyəti ilə bitirmişdir [1] .
Fəaliyyəti
1950-1952-ci illərdə Nuxa (Şəki) Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasında baş müəllim vəzifəsində işləmişdir. Sonrakı əmək fəaliyyəti Bakı şəhəri ilə bağlı olmuşdur. Əvvəlcə Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru (1952-ci ilin sentyabrından 1953-cü ilin mayına qədər), sonra isə Azərbaycan SSR Maarif Nazirliyində (1953) Ali və orta pedaqoji təhsil şöbəsində inspektor vəzifələrində çalışmışdır.
Elmi-pedaqoji fəaliyyətə olan sonsuz marağı onu Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) aspiranturasına gətirmiş, 1953-1956-cı illərdə burada aspiranturada təhsil almışdır.
Pedaqoji fəaliyyət, məhsuldar elmi əmək onun həyatının ayrılmaz hissəsi olduğundan, o, aspirantura təhsilini başa vurduqdan sonra 1956-1957-ci illərdə yenidən Azərbaycan SSR Maarif Nazirliyinin Ali və orta pedaqoji təhsil şöbəsinə inspektor vəzifəsinə dəvət olunmuşdur.
Ali məktəb həyatının rəhbərlik və idarəetmə üslubuna yaxşı bələd olan Nurəddin Kazımov 1957-ci ildə M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, 1957 və 1973-cü illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini, sonra isə direktor (1973-1976) olmuşdur.
Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyətinin böyük mərhələsi isə ali məktəb həyatı ilə bağlı olmuşdur. 1976-1982-ci illərdə V.İ.Lenin adına APİ-də (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir.
1984-cü ildən etibarən, təxminən, 30 il Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının rəhbəri olmuş, onlarla gəncə elmi rəhbərlik etmişdir.
Nurəddin müəllimin əməyi dövlət və xalq tərəfindən həmişə layiqincə qiymətləndirilib, şərəfli fəaliyyət və uğurlarına görə “Qabaqcıl maarif xadimi”, “SSRİ maarif əlaçısı” döş nişanları, “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, “Əməkdar elm xadimi” fəxri adını almışdır.
Prezident təqaüdçüsü, Əməkdar elm xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Nurəddin Mustafa oğlu Kazımov 2012-ci ildə Rusiya Təhsil Akademiyasının xarici üzvü seçilmişdir. [1] .
Yaradıcılıq fəaliyyəti
- III, IV sinifləri üçün “Ana dili” (1970-2003)
- III, IV sinifləri üçün “Oxu” (1970-2005)
- “Nurlu yol” (1983)
- “Tərbiyənin elmi-pedaqoji əsasları” (1983)
- “Pedaqogika” (müştərək) (1996)
- “Ali məktəb pedaqogikası” (1999)
- “Milli pedaqogika yollarında” (2001)
- “Məktəb pedaqogikası” (2002)
- “Məktəb pedaqogikası sxemlərdə” (2003)
- “Azərbaycan milli izahlı ensiklopedik pedaqoji lüğət” (müştərək) (2005)
- “Müqayisənin nəzəri və əməli problemləri” (ağlın sönməz məşəli) (2005)
- “Pedaqogika kafedrası üzrə təhsil proqramı (kurikulum)” (müştərək) (2005)
- “Mərhələli tərbiyə nəzəriyyəsi” (2007)
- “Pedaqoji ustalığın problemləri” (2009)
- “Tətbiqi pedaqogika” (2010)
- 16 cilddən ibarət “Seçilmiş əsərlər” (2011)
6 dekabr 2018-ci ildə Bakı şəhərində dünyasını dəyişib. [2]
Comments are closed, but trackbacks and pingbacks are open.