Press "Enter" to skip to content

ADU-nun professoru son mənzilə yola salınıb (FOTO)

Pedaqogikanın tarixi və nəzəriyyəsi sahəsində böyük alim kimi M.Mehdizadənin şöhrəti Azərbaycanın hüdudlarından çox-çox kənara yayılmışdır. Akademik Mehdi Mehdizadə sözün həqiqi mənasında pedaqogika elmimizin Günəşi idi.

Mehdi Mehdizadə

Pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikasının əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor. Azərbaycan SSR-nin xalq maarif naziri.

Haqqında

Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 5-də indiki Cəbrayıl qəzasının Daşkəsən kəndində anadan olmuşdur. Atası Məmməd kişi yenilik tərəfdarı, savadlanma istəyi olan bir adam idi. Odur ki, onun arzusu oğlunun təhsil alması və doğma kəndlərində müəllim işləməsi idi. 1914-cü ildə Daşkəsən kəndində tədrisi rus dilində aparılan 3 sinifli ibtidai rus-tatar məktəbi açılır. Mehdi həmin məktəbə daxil olanda onun 11 yaşı var idi. 1919-cu ildə 16 yaşlı Mehdi Daşkəsən kənd ibtidai məktəbinin ilk məzunlarından biri olur və 1920-ci ildə doğma kəndlərində qiraət komasının müdiri kimi əmək fəaliyyətinə başlayır.

Haqqında deyilən fikirlər

Akademik Mehdi Məmməd oğlu Mehdizadə pedaqogika elminin korifeylərindən biri, maarif quruculuğunun görkəmli təşkilatçısı kimi tanınmışdı

M.A.Prokofyev

Akademik M.Mehdizadə çox nadir istedada malik alim, müdrik el ağsaqqalı kimi SSRİ Pedaqoji Elmlər Akademiyasının Rəyasət Heyətində, Akademiyanın həqiqi və müxbir üzvləri arasında böyük nüfuza malik idi

A.G.Xripkova

Akademik M.Mehdizadənin pedaqogika elminin, pedaqoq alimlərin inkişafında, formalaşmasında böyük zəhməti, mühüm rolu olmuşdur

M.İ.Kondakov

Akademik M.Mehdizadə müdrik insan, çox böyük nəzəriyyəçi pedaqoq alim və etibarlı məsləhətdaşımız idi

D.O.Lordkipianidze

Pedaqogikanın tarixi və nəzəriyyəsi sahəsində böyük alim kimi M.Mehdizadənin şöhrəti Azərbaycanın hüdudlarından çox-çox kənara yayılmışdır. Akademik Mehdi Mehdizadə sözün həqiqi mənasında pedaqogika elmimizin Günəşi idi.

Əziz İzmaylov

Mehdi müəllimlə söhbətlərimizdən hiss edirdim ki, o, Azərbaycan diyarının gözəl bilicisi və bələdçisidir. Bu cəhət onun vətən torpağına məhəbbətindən irəli gəlirdi.

Mikayıl Abdullayev

Azərbaycanın görkəmli elm, maarif, ictimai xadimləri arasında xüsusi mövqeyi və dəst-xətti olan Mehdi Məmməd oğlu Mehdizadə eyni zamanda təbiətən yüksək ziyalılıq mədəniyyəti ilə daha çox diqqəti cəlb edirdi

Süleyman Ələsgərov

Mehdi müəllim geniş biliyə, dünyagörüşə malik bir nazir, pedaqogika sahəsində keçmiş SSRİ-də tanınmış görkəmli alim, şərəfli bir müəllim və şəxsiyyət, ləyaqətli insan, gözəl ailə başçısı kimi tanınmışdır. Özü də hər şeydən əvvəl yüksək ixtisas biliyi, səriştəsi, işlədiyi və rəhbərlik etdiyi sahədə mötəbər nüfuzu, təcrübəsi, siqləti olan şəxs kimi.

Fuad Qasımzadə

Akademik Mehdi Mehdizadə Azərbaycanda xalq təhsilinin inkişafına böyük töhfələr verən əvəzsiz bir alim, xalq maarifinin əsl fədaisi və sərkərdəsi kimi müdrik və unudulmaz şəxsiyyətlərdən biri olmuşdur.

Əziz Əfəndizadə

Mehdi müəllim Azərbaycan pedaqogika elminin parlaq nümayəndəsi idi. O, özünün elmi-təşkilati qabiliyyəti və yüksək insani keyfiyyətləri ilə Azərbaycan maarifi tarixində şərəfli bir yer tutmuşdur. Mehdi Mehdizadə Azərbaycan maarifinin zirvəsidir. Onun elmi-pedaqoji görüşləri maarifçilərimizə düzgün yol göstərən mayakdır.

Budaq Budaqov

Akademik Mehdi Mehdizadə öz şəxsiyyəti – şəxsi nümunəsi ilə hər yerdə, hər zaman yüksək pedaqoji etikanı nümayiş etdirirdi. Yüksək dərəcədə mədənilik, düzlük, paklıq, ədalət, qayğıkeşlik, səmimiyyət, təvazökarlıq onun şəxsiyyətinin heyrətamiz cəhətləri idi.

Hüseyn Əhmədov

Bu qədər tanınmış, yüksək səviyyəli, böyük titullu alim olasan, amma Bəşir kimi balacaların yazılarını oxuyub qiymət verməyi unutmayasan. Bunun özü Mehdi Mehdizadənin böyüklüyünə dəlalət edir.

Bəşir Əhmədov

Akademik Mehdi Mehdizadənin həyatına, ömür yoluna, geniş pedaqoji fəaliyyətinə diqqətlə nəzər yetirdikdə görürük ki, o, həmişə, hər an səmərəli nəticə verən işlər görmüşdür. O, pedaqoji fəaliyyətin bütün sahələrində öz dəsti-xətti, səyi və təşəbbüskarlığı ilə diqqəti cəlb etmiş, xoş təəssürat oyatmışdır.

Zahid Qaralov

Mehdi müəllim rəsmi dövlət xadimi, məmur deyil, alim-nazir idi. Onun nazirlik vəzifəsi öz qiymətini alimlik fonunda tapırdı. Onun böyüklüyü şəxsiyyəti yüksək qiymətləndirə bilməsində idi. Təhsil naziri üçün birinci dərəcəli şərt məhz budur.

Yəhya Kərimov

Mehdi Mehdizadənin fəaliyyəti, onun şəxsiyyəti, ayrı-ayrı mənəvi keyfiyyətləri bizim üçün, xüsusən müasir rəhbər işçilər üçün örnək olmalıdır. Onun fəaliyyətində və şəxsiyyətində elə xüsusiyyətlər olmuşdur ki, onları bilməyimiz və işdə nəzərə almağımız yeni dövlət quruculuğuna xeyli fayda verə bilər.

Nurəddin Kazımov

Mehdi müəllim pedaqogika, məktəb, maarif adlanan dünya süfrəsinə çox ətirli, rayihəli çiçəklər, güllər bəxş etmişdir. Gəlin xalqımızın tarixi kökləri olan böyük şəxsiyyətlərimizi unutmayaq; unutsaq – unudularıq.

Yusif Talıbov

Mehdi Mehdizadə şəxsiyyəti aydın zəkası, insanlara münasibəti, danışıq mədəniyyəti, səliqəsi, etibarı ilə gözəl bir məktəb idi. Xaqaninin sözləri ilə desək, onun könlü müəllim idi.

Şəmistan Mikayılov

Bəzilərini səlahiyyətin böyüklüyü çaşdırır, xalqdan ayrı salır. Mehdi Mehdizadə əsrin dörddə birini nazir oldu. Bu müddətdə o, sadəliyi özünə şüar elədi. Yazılarında da, fəaliyyətində də.

İmamverdi Əbilov

Onu son mənzilə yola salanda bir daha əmin oldum ki, xalqının xidmətində duranlar, qayəsi yaxşılıq, xeyirxahlıq etmək olanlar dünyalarını dəyişsələr də, mənən əbədi olaraq yaşayırlar.

Rəfiqə Mustafayeva

Mirzə Fətəli Axundzadə nəsrdə, Səməd Vurğun poeziyada, Üzeyir Hacıbəyli musiqidə kim idisə, akademik Mehdi Mehdizadə də təhsilimizdə o idi.

Əjdər Ağayev

…Azərbaycanda bizim öyrənməyi öyrəndiyimiz böyük müəllimlərimiz olub: Üzeyir Hacıbəyov, Firudin Köçərli, Mehdi Mehdizadə, Mir Cəlal, Abbas Zamanov və adları bu şərəfli siyahıda davam etdirilməyən onlarla digər müəllim. Onlar dünən də olub, bu gün də var, gələcəkdə də olacaqlar.

Mikayıl Cabbarov

SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, YUNESKO-nun Təhsil Komitəsinin üzvü (1961-1964) olmuş Mehdi Mehdizadə Respublikamızda maarif quruculuğuna, pedaqogika elminin inkişafına, elmi-pedaqoji kadrların yetişməsinə gərgin əmək sərf etmişdir. O, sözün həqiqi mənasında ötən əsrin böyük maarif korifeyi, canlı tarixi olmuşdur.

Vidadi Xəlilov

Akademik Mehdi Mehdizadənin elmi-pedaqoji əsərləri, məqalə və çıxışlarında irəli sürdüyü fikirlər bu gün də öz əhəmiyyətini saxlayır. Onlar bizim milli pedaqogikamızın ən qiymətli incilərindəndir. Görkəmli pedaqoqun həyatı da böyük bir epoxanın salnaməsidir. Onu təfərrüatı ilə öyrənib gənc nəslə çatdırmaq, ilk növbədə onu tanıyanların vəzifəsidir. Gələcək nəsillər isə illər ötdükcə onun dəyərli, nəsillərə nümunə olan irsindən bəhrələnəcəklər.

Nəcəf Nəcəfov

Tarixdə qalmaq üçün, hər şeydən əvvəl, insanların qəlbində, xatirələrində yaşamaq lazımdır, bizim Mehdi müəllim kimi. Mənim pedaqoji sahə ilə bağlılığımda, gələcəyimiz olan təhsilə xüsusi önəm verməyimdə və təhsil işçilərinə hədsiz rəğbət bəsləməyimdə Mehdi müəllimin şəxsi nümunəsinin böyük rolu olub.

Nadir İsrafilov

Kitablar

Mehdi Mehdizadə adına mükafat laureatları

Görkəmli pedaqoq alim, akademik Mehdi Mehdizadə adına mükafat Azərbaycan Müəllimlərinin Yaradıcı İttifaqı tərəfindən 1995-ci ildə təsis edilmişdir. Bu işə respublikanın görkəmli alimləri, dövlət təşkilatları və ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri fəal cəlb olunmuşlar.
Mükafatın təsis olunmasında əsas məqsəd:
− Azərbaycan Respublikasının təhsil sisteminin yaradılmasında, ölkənin təhsil qanununun həyata keçirilməsində pedaqoq alimlərin, yaradıcı müəllimlərin fəal iştirakını təmin etmək, təlim-tərbiyə prosesinin aktual problemlərinin həllində öz dəyərli tədqiqatları ilә fərqlənən alimləri, yüksək göstəricilər qazanan yenilikçi, qabaqcıl təcrübə yaradan müəllimləri aşkar etmək;
− Ali məktəblərin professor-müəllim heyətini, ixtisasartırma və yenidənhazırlanma institutlarını, elmi-tədqiqat müəssisələrini, ümumtəhsil məktəbləri və digər təlim-tərbiyə müəssisələrində çalışan müəllim və tərbiyəçiləri təlim-tərbiyə ocaqlarına fəal köməklik göstərməyə, pedaqoji elmlərin nailiyyətlərini, qabaqcıl, yenilikçi iş təcrübəsi nümunələrini təbliğ etməyə cəlb etmək;
− Məktəbin yeniləşməsi prosesində fəal iştirak edən alim və müəllimləri maddi və mənəvi cəhətdən həvəsləndirməkdir.
Müsabiqəyə pedaqoq alimlərin son üç ildə hazırlanmış, dərc olunmuş, ölkəmizin tədris müəssisələrində təlim-tərbiyə işinin yeniləşməsi, habelə Təhsil Qanununun həyata keçirilməsi ilə bağlı ən yaxşı tədqiqat işləri təqdim cdilir.
Praktik müəllimlərin qabaqcıl, yenilikçi, yüksək göstəricilər əldə etməyə imkan vermiş iş təcrübəsini əks etdirən materiallar (müəllimlərin iş təcrübəsini geniş əks etdirən elmi məruzə, əyani, didaktik materiallar, çap olunmuş əsərlər, rəylər və s.) Müəllimlərin Yaradıcı İttifaqının yerli bölmələri müvafiq şəhərin (rayonun) Təhsil Şöbəsinin rəyi əsasında təqdim edilir. Mükafata əsas etibarilə respublika səviyyəsində yayılmağa layiq bilinmiş, Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən hazırlanması Baş İnstitutunda müzakirə olunub bəyənilmiş iş təcrübəsi nümunələri təqdim olunur.
Mehdi Mehdizadə Mükafatı Laureatı adı təhsil qurucusu, görkəmli alim, pedaqoq, akademik M.Mehdizadə irsini davam etdirən, pedaqoji-psixoloji problemləri Azərbaycan xalqının milli xüsusiyyətlərinə istinad edərək praktik fəaliyyətində və elmi əsərlərində Azərbaycan müstəqilliyi şəraitində məktəbin təlim-tərbiyə prosesinin yeniləşməsində, milliləşməsində fəal rol oynayan alimlərə, təcrübəli müəllimlərə təqdim olunur. Müsabiqənin qaliblərinə Müəllimlərin Yaradıcı İttifaqının imkanları və xeyriyyəçilərin yardımı nəzərə alınaraq pul mükafatı və xüsusi laureat diplomu verilir. Həmin mükafatların ikisi alimlər, üçü isə ümumtəhsil məktəblərinin müəllimləri və tərbiyəçiləri üçün – dəqiq elmlərin tədrisi üzrə 1 mükafat, humanitar elmlərin tədrisi üzrə 1 mükafat, tərbiyəçilər üçün 1 mükafat nəzərdə tutulur.
Müsabiqənin qalibləri Müəllimlərin Yaradıcı İttifaqının Respublika Şurası tərəfindən təsdiq edilmiş görkəmli alimlərdən, müəllimlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdirilir.
Mükafat bir qayda olaraq “Müəllim günü” münasibətilə Yaradıcı İttifaqın rəhbərləri tərəfindən təntənəli şəraitdə təqdim olunur.

  • Ramiz Məmmədzadə ̶ Azərbaycan BPKİA vә YHİ-nun rektoru, professor, Respublikanın Əməkdar müəllimidir.
  • İlham Məmmədzadə ̶ fəlsəfə elmləri doktorudur. Mükafat hər iki alimə pedaqoji sahədə səmərəli fəaliyyətlərinə, “Xeyir və şər” monoqrafiyasında mühüm fəlsəfi, etik pedaqoji problemlərin ilk dəfə geniş elmi tətbiqinə görə 1995-ci ildə verilmişdir.
  • Sayad Rüstəmova ̶ Binəqədi rayonu, 83 nömrəli litseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi, pedaqoji elmlər namizədidir. Təlim-tərbiyə prosesində, gənc nəslin mənəvi tərbiyəsində yüksək göstəricilərinə görə mükafata 1995-ci ildə layiq görülüb.
  • Oqtay Məmmədov ̶ Saatlı rayonu, 1 nömrəli şəhər orta məktəbinin riyaziyyat müəllimi, pedaqoji elmlər namizədidir. Riyazi biliklərin gənc nəslə mənimsədilməsi sahəsində yüksək göstəricilərinə görə mükafata 1995-ci ildə layiq görülüb.
  • Əmiraslan Bəşirov ̶ Yevlax şəhər 5 nömrəli orta məktəbin tarix müəllimidir. Gənc nəslin vətənpərvərlik tərbiyəsi sahəsində qazandığı nailiyyətlərinə görə mükafata 1995-ci ildə layiq görülüb.
  • Həqiqə Məmmədova ̶ Azərbaycan Müəllimlərin Yaradıcı İttifaqının sədr müavini, 264 nömrəli müəllif məktəbinin direktoru — məktəbdə təlim-tərbiyə prosesinin yeniləşməsi sahəsində səmərəli fəaliyyətinə və əldə etdiyi nailiyyətlərə görə mükafata 1995-ci ildə layiq görülüb.
  • Ağanəcəf Quliyev ̶ Maştağa Xeyriyyə Cəmiyyətinin sədridir. Milli təhsil sisteminin yaradılmasında, müəllim-şagird əməyinin qiymətləndirilməsində xeyriyyəçilik fəaliyyətinə görə mükafata 1995-ci ildə layiq görülüb.
  • Nurəddin Kazımov ̶ Pedaqoji elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimidir. Pedaqogika sahəsində apardığı səmərəli tədqiqat işlərinə, pedaqoji elmlərin inkişafında böyük nailiyyətlərə və anadan olmasının 70 illiyi münasibətilə mükafata 1996-cı ildə layiq görülüb.
  • Əbdül Əlizadə ̶ Psixologiya elmləri doktoru, professordur. Son illərdə respublikamızda psixologiya elminin inkişafında görkəmli xidmətlərinə, “Məhəbbət aləmi”, “Azərbaycan xalqının güzəranında məişət psixologiyası” əsərinə görə mükafata 1996-cı ildə layiq görülüb.
  • Rəfiqə Mustafayeva ̶ Pedaqoji elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimidir. Respublikada pedaqoji sahədə ixtisasartırma sistemində və orta məktəbdə səmərli fəaliyyətinə, təlim-tərbiyə prosesinin yeniləşməsi problemlərinə həsr olunmuş sanballı tədqiqatlarına görə 1996-cı ildə mükafata layiq görülüb.
  • “Azərbaycan müəllimi” qəzetinin yaradıcı heyəti ̶ Təhsil Qanununun yerinə yetirilməsində böyük xidmətlərinə, müəllimlərin bu işə səfərbər edilməsində roluna, pedaqoji problemlərin obyektiv işıqlandırılmasına görə 1996-cı ildə mükafata layiq görülüb.
  • Aleksandr Brosalin ̶ Bakı şəhəri, Səbail rayonu, 6 nömrəli orta məktəbin fizika müəllimidir. Orta ümumtəhsil məktəbində fizikanın tədrisi sahəsində böyük nailiyyətlərinə, pedaqoji mətbuatda səmərəli çıxışlarına görə 1996-cı ildə mükafata layiq görülüb.
  • Həşim İsmayılov ̶ Zaqatala rayonu, Sumaylı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, pedaqoji elmlər namizədidir. Gənc nəslin təlim- tərbiyəsində böyük göstəricilərinə görə 1996-cı ildə mükafata layiq görülüb.
  • Heybət Qədirov ̶ Yardımlı rayonu, Alçabulaq kənd orta məktəbinin kimya müəllimdir. Orta məktəbdə kimya tədrisinin keyfiyyətinin yüksəldilməsində xidmətlərinə görə 1996-cı ildə mükafata layiq görülüb.
  • Əhməd Seyidəhmədov ̶ Qobustan rayonu, Ş.Şikarov adına Sündü kənd orta məktəbinin biologiya müəllimidir. Biologiyanın tədrisində yüksək göstəricilərinə görə 1996-cı ildə mükafata layiq görülüb.
  • Əliheydər Həşimov − Pedaqoji elmlər doktoru, professor; Fərahim Sadıqov — pedaqoji elmlər doktoru, professor. Xalq pedaqogikası sahəsində son illərdə apardıqları sanballı tədqiqat işlərinə, orijinal “Pedaqogika” dərsliyinə görə 1996-cı ildə mükafata layiq görülüblər.
  • Hüseyn Əhmədov − Pedaqoji elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü, Azərbaycanın Əməkdar Ali Məktəb işçisidir. Pedaqogika tarixi və nəzəriyyəsi sahəsində apardığı tədqiqatlara, gənc pedaqoqlar nəslinin yetişdirilməsində böyük fəaliyyətinә görə 1990-cı ildə mükafata layiq görülüb.
  • Yəhya Kərimov − Pedaqoji elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimidir. İbtidai siniflərdə ana dilinin tədrisinin yeniləşməsi sahəsində səmərəli fəaliyyətinə, yeni dərslik, proqram, metodik vəsaitlər yaradılması sahəsində xüsusi xidmətlərinə görə 1997-ci ildə mükafata layiq görülüb.
  • Əjdər Ağayev − Pedaqoji elmlər doktoru, prosfessor, Azərbaycan Respublikasının Əməkdar müəllimi. Səmərəli elmi-pedaqoji fəaliyyətinə və “Akademik Mehdi Mehdizadə ömrünün işığı” kitabının hazırlanmasında əməyinə görə 1998-ci ildə mükafata layıq görülüb.
  • Vidadi Xəlilov − Pedaqoji elmlər doktoru, professor. Səmərəli elmi-pedaqoji fəaliyyətinə və “Akademik Mehdi Mehdizadə ömrünün işığı” kitabının hazırlanmasında əməyinə görə 1998-ci ildə mükafata layiq görülüb.
  • Bahadur Mehdiyev – Qabaqcıl Maarif Xadimi, Cəbrayıl rayon Təhsil Şöbəsinin inspektoru. Ümumtəhsil məktəblərində tədris prosesinin təkmilləşdirilməsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə 1998-cı ildə mükafata layiq görülüb.
  • Atəş Abdullayev − Pedaqoli elmlər namizədi, dosent. Respublikamızın ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin yeniləşməsi sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 1998-ci ildə mükafata layiq görülüb.
  • Hidayət Musayev − Azərbaycan Respublikasının Təhsil Əlaçısı. Təlim-tərbiyə prosesinin yeniləşməsi sahəsində maarifçilik işlərinə və “Akademik Mehdi Mehdizadə ömrünün işığı” kitabının hazırlanmasında əməyinə görə 1999-cu ildə mükafata layiq görülüb.
  • Muxtar Həmzəyev – Psixologiya elmləri doktoru, professor. Respublikamızda psixologiya elminin inkişafında xidmətlərinə və anadan olmasının 75 illiyinə görə 1999-cu ildə mükafata layiq görülüb.
  • Yusif Talıbov − Pedaqoji Elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi. Pedaqogika sahəsində apardığı səmərəli, dəyərli tədqiqat işlərinə görə və anadan olmasının 70 iliyi münasibətilə mükafata 2000-ci ildə layıq görülüb.
  • Fərrux Rüstəmov – Beynəlxalq Реdaqoji Akademiyanın həqiqi üzvü. Pedaqogika tarixi sahəsində apardığı sistemli tədqiqatlara və gənc pedaqoqlar nəslinin yetişməsində səmərəli fəaliyyətinə görə 2000-ci ildə mükafata layiq görülüb.
  • “Azərbaycan məktəbi” jurnalının yaradıcı heyəti; – Respublikamızda pedaqoji mətbuatın flaqmanı olaraq elmi-pedaqoji fikrin inkişafında və geniş yayılmasında səmərəli fəaliyyətə görə 2001-ci ildə mükafata layiq görülüb.
  • Nəcəf Nəcəfov – Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri, filologiya elmləri namizədi. Təhsil sisteminin yeniləşməsi və tədris vəsaitləri ilə təmin olunması sahəsində göstərdiyi səmərəli, elmi-pedaqoli fəaliyyətə görə 2003-cü ildə mükafata layıq görülüb.
  • Bilal Həsənli − Pedaqoji elmlər namizədi, dosent. Məktəbdə təlim-tərbiyə prosesinin yeniləşməsi sahəsində səmərəli elmi-praktik fəaliyyətinə görə 2003-cü ildmükafata layıq görülüb.
  • Malik Mirzəyev – Coğrafiya elmləri namizədi, dosent. Məktəbdə təlim-tərbiyə işlərinin yeniləşməsi sahəsində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2003-cü ildə mükafata layiq görülüb.
  • Fatma Şahmərdanova – Naxçıvan şəhərindəki Hərbi litseyin fizika müəllimi. Məktəbdə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi və tədris etdiyi fənn üzrə qazandığı nailiyyətlərə görə 2003-cü ildə mükafata layıq görülüb.
  • İltifat Bağırov – Cəlilabad şəhər 8 nömrəli məktəbin sinif müəllimi. Məktəbdə təlim-tərbiyə prosesinin yeniləşməsi və təhsil islahatının həyata keçirilməsi sahəsində səmərəli fəaliyyətinə görə 2003-cü ildə mükafata layiq görülüb.
  • Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29C, mənzil 71
  • +99450 317 66 35
  • samir0009@rambler.ru

ADU-nun professoru son mənzilə yola salınıb (FOTO)

Azərbaycan Dillər Universitetində (ADU) ötən gün dünyasını dəyişən pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımov ilə vida mərasimi keçirilib.

Trend-i buradan izləyin

Azərbaycan Dillər Universitetində (ADU) ötən gün dünyasını dəyişən pedaqoji elmlər doktoru, professor Nurəddin Kazımov ilə vida mərasimi keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, vida mərasimində ADU-nun rektoru akademik Kamal Abdulla, universitetin professor-müəllim heyəti, görkəmli dövlət xadimləri, mərhumun yaxınları, ailə üzvləri, sənət yoldaşları iştirak ediblər.

Rektor Kamal Abdulla bu gün universitetdə hüznlü gün olduğunu söyləyib: “Azərbaycan elmi, pedaqogikası, mədəniyyəti böyük itki ilə üzləşib. Ölkə rəhbərinin bilavasitə tövsiyəsi ilə Nurəddin Kazımovun cənazəsini universitetdən qaldırırıq. Biz bu gün əziz, sevimli dostumuz, müəllimimiz, universitetdə uzun illərdən bəri kafedra müdiri kimi çalışmış Nurəddin müəllimi son mənzilə yola salırıq”. N.Kazımovun ləyaqət, şərəf, həqiqi pedaqoq etalonu olduğunu deyən rektor deyib ki, onunla çiyin-çiyinə çalışan şəxslər professorun böyük ürək sahibi olduğunu, müdriklik nümayiş etdirdiyini hər zaman qeyd ediblər: “Nurəddin Kazımovu tanıyan hər bir insanın həyatında öz izini qoya bilmiş insandır. müdrik məsləhətləri, elmi yaradıcılıqlarına verdiyi dəstəklə hamının məhəbbət və sədaqətini qazanmışdır”. Rektor K.Abdulla N.Kazımovu universitetdə çalışdığı illərdən tanıdığını deyib: “Nurəddin müəllim son dərəcədə peşəkar insan idi. Təkcə pedaqogika elminin sirrlərinə deyil, eyni zamanda həyat sirrlərinə bələd insan kimi həmişə öz məsləhətləri ilə bizim köməyimizə gələrdi, öz sözləri ilə istənilən məclisi rövnəqləndirərdi. Nurəddin müəllim öz varlığı ilə həm tələbələri, həm həmkarları arasında öz sözünü deyən və öz sözü ilə bu gün də yaşayan, sabah da yaşayacaq alimlərimizdəndir”. N.Kazımovun əməkdar elm xadimi, dövlət mükafatçısı olduğunu deyən rektor onu sevən insanların xatirəsində yaşayacağını, universitetin divarlarının həmişə onu xatırlayacağını sözlərinə əlavə edib. K.Abdulla ata-ananın yaşının olmadığını deyib: “Uzun və şərəfli ömür yaşayan insanın yaşı əbədiyyət qədərdir”. K.Abdulla universitetdə N.Kazımovun obrazının, şəxsiyyətinin əbədiləşdirilməsi üçün mühüm addımlar atılacağını qeyd edib.

Tədris işləri üzrə prorektor professor Əfqan Abdullayev, Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədov, Pedaqogika kafedrasının dosenti Vidadi Bəşirov, professor Fərahim Sadıqov, respublikanın Əməkdar artisti Ağalar Bayramov N.Kazımovun yaratdığı dəyərlər, yaşadığı şərəfli ömür yolu, elmi fəaliyyəti haqqında fikirlərini bölüşüblər.

Əjdər Ağayev

Təhsil Problemləri İnstitutunun fəaliyyəti dövründə onun adı və strukturu bir neçə dəfə dəyişmişdir. Mövcud şöbələr içərisində davamlılığı və fəaliyyəti ilə diqqəti cəlb edən struktur vahidlərindən biri Təhsilin konseptual problemləri şöbəsidir. Bu şöbənin respublikada elmi-pedaqoji kadr hazırlığında və pedaqoji fikrin inkişafında oynadığı önəmli rolu nəzərə alaraq, fəaliyyəti haqqında qısa icmal vermək təkcə tarixi baxımdan deyil, müasir örnək əhəmiyyəti baxımından da əhəmiyyətlidir.
Şöbədə təhsilin və pedaqoji fikrin inkişafı tarixi, nəlim nəzəriyyəsi, qiymətləndirmə, təhsilin idarə olunması üzrə və bütövlükdə institutun vəzifələrinə uyğun olaraq təhsilin müxtəlif pillələrində təlim-tərbiyə prosesinin təşkili və inkişafına istiqamət verən fundamental nəzəri-pedaqoji, psixoloji tədqiqatlar aparılır. Bu gün fəaliyyət göstərən şöbə müxtəlif illərdə müxtəlif cür şöbə və ya Постоянная ссылка
bölmələrin varisidir.
1931-ci ildə institut işə başlayarkən tərkibində yalnız bir şöbə – pedaqoji şöbə olmuşdur. Bu şöbədə psixologiya və pedalogiya bölmələri, həmçinin pedalogiya laboratoriyası və elmi-tədqiqat pedalogiya kabineti fəaliyyət göstərmişdir.
Prof. A.O.Maravelski müxtəlif illərdə şöbə müdiri, elmi əməkdaş, məsləhətçi vəzifələrində çalışmışdır.
1932-cı ilin əvvəllərində pedaqogika bölməsi yaradılmışdır. Bölmənin müdiri əvvəllər N.M.Mzqzrik, az sonra Qurban Həsənov olmuşdur. Onun həmin dövr üçün xarakterik olan “xalq maarifinin planlaşdırılması və təşkili” adlı tədqiqatı diqqəti cəlb edir. Bir müddət sonra tanınmış psixoloq Əhməd Zəküzadə, pedaqoq Mərdan Muradxanov bölmədə işə başlamışlar.
1932-cı ildən pedaqogika bölməsi tərkibində maarifin tarixi qrupu fəaliyyət göstərmişdir. Elmi işçi saleh Xəlilovun 1933-1934-cü illərdə “Azərbaycan Sovet hakimiyyəti qurulduqdan sonra xalq maarifinin tarixi”, Əli İsgəndərzadənin “Azərbaycanda maarif və təhsilin tarixi” tədqiqatları həmin istiqamətdə ilk araşdırmalar olmuşdur. Həmin dövrdə H.Ağayev, M.İsmayılzadə və Cavad Cuvarlı da xalq maarifinin tarixi üzrə tədqiqata qoşulmuşlar.
1934-cü ildə institutda aparılan struktur dəyişikliyi nəticəsində fəaliyyət göstərən üç bölmədən ən genişi pedaqogika bölməsi olmuşdur. Bölmənin əməkdaşları təhsilin tarixi, fənlərin tədrisi metodikası, məktəb nailiyyətinin hesaba alınması (qiymətləndirmə), pedaqoji təbliğat, təlim nəzəriyyəsi məsəlslsrinin araşdırılmasına cəlb olunmuşlar. Həmin illərdə bölmədə çalışan prof. Boris Komarovski, prof. Bəkir Çobanzadə, prof. A.A.Ammosov, gənc elmi işçilər dən dos. Surxay Hacıyev, Qulam Məmmədov, Veysəl Mustafazadə, Əliş Həsənov “Politexnik təhsil məsələləri”, “Türk (Azərbaycan) məktəblərində türk (Azərbaycan) dilinin tədrisi metodikasının əsas problemləri”, “Fizika müəllimlərinin ixtisasının artırılmasının zsas problemləri”, “Stabil proqramlarla əlaqədar riyaziyyatmüzllimlərinin ixtisasının artırılmasının növbəti vəzifələri”, “Savad təlimi” mövzularinda tədqiqatlarının nəticələrini meydana çıxarmışlar. Pedaqoji mətbuatda fəal iştirak edən bu tədqiqatçılar Azərbaycanda yeni formalaşan pedaqoji elmlarin nəzəri və prakntik məsələlərinin həllində mühüm rol oynamışlar.
1935-ci ildə 3 nəfər (Qulam Məmmədov, İsgəndər Novruzov, Aleksey Loginov) pedaqogika üzrə aspiranturaya qəbul edilmişdir.
1936-cı ildə institut V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nazdində yenidən təşkil olunarkan yeni yaranan 4 bölmədən yenə də birincisi pedaqogikanın nəzəriyyədi və tarixi adlandırılmışdır. Prof. B.B.Komarovskinin rəhbərlik etdiyi bu bölmədə təhsilin, pedaqoji fikrin tarixi və təlim-tərbiyə, təhsil nəzəriyyəsi məsələlərinə aid tədiqiqat nəzərdə tutulmuşdu. Dövrün tələbinə uyğun olaraq bölmədə, əsasən, təlimin məzmunu (proqram və dərsliklərin təkmilləşdirilməsi) məsələlərinə aid tədqiqatlar xüsusi diqqət yetirilirdi.
1938-ci ildə də institut yenidən müstəqil fəaliyyət bazası kimi formalaşarkən pedaqogika kabineti aparıcı idi. Bu kabinetdə 2 qrupun – pedaqogika və psixologiya qrupunun fəaliyyəti nəzərdə tutulmuşdu. Kabinet, əsasən, nəzəri məsələlər üzrə araşdırmalar aparmalı oldu.
Bu illərdə şöbədə “Uşaqlarda təlimə şüurlu münasibət”, “Uşaqların təlim-tərbiyəsində ailə və məktəbin əlbir işi”, “Şagirdlərin gələcək praktik əməyə hazırlanması”, “Təlim prosesində təkrar”, “Təlim prosesində şagirdlərin kommunist tərbiyəsi” və digər aktual promlemlər işlənmişdi.
Institutda fəaliyyətə başlayan aspirantura 1938-ci illərin əvvəllərində pedaqogika nəzəriyyəsi və tarixi üzrə tədqiqatçı kadrların ilkin nümayəndələrini meydana gətirdi: Ə.Seyidov, M.Mehdizadə, Z.Axundova, K.Prinus, S.Xəlilov, Q.Məmmədov, D.Mustafayeva, M.Tahirli kimi gənclər pedaqoji problemlərin tədqiqi sahəsinə aspiranturadan keçərək gəldiləri.
1935-ci ildə pedaqogika nəzəriyyəsi və tarixi üzrə aspiranturaya artıq bir neçə il ali pedaqoji məktəbdə dərs demiş M.Muradxanov, V.Mustafazadə, Ə.Həsənov, Ə.Tağıyev kimi gənc istedadlar qəbul edildilər. Onlar sonralar pedaqoji tədqiqatları ilə məşhur oldular.
1941-ci ilə qədərki dövrdə pedaqoji tədqiqatlar sahəsində diqqət çəkən ən böyük hadisə Əhməd Seyidovun 1939-cu ildə prof. Y.Medinskinin elmi rəhbərliyi ilə “A.A.Bakıxanovun pedaqoji görüşləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etməsi oldu. O, təkcə Azərbaycanda deyil, Zaqafqaziyada ilk pedaqoji elmlər namizədi kimi şərafli yer tutdu.
1941-ci ildə M.Mehdizadə “Azərbaycan məktəblərində ana dilində savad təliminin inkişaf tarixi” mövzusunda dissertasiya müdafiə edib, pedaqoji elmlər namizədi elmi dərəcəsini aldı.
1941-1945-ci illərdə müharibə şəraitinə uyğun olaraq pedaqogika kabineti (şöbəsi) əməkdaşlarının tədqiqat mövzuları hərbi-vətənpərvərlik istiqamətinə yönəldi. V.Mustafazadə “Şagirdlərin hərbi hazırlığı üzrə məktəb təcrübəsinin ümumiləşdirilməsi”, B.Komarovski “Müharibə dövrü şəraitində məktəblilərin işi”, R.Əfəndiyev “Şagirdlərin fiziki tərbiyəsi və hərbi hazırlığı”, “Məktəb internatlarda tərbiyə işlərinin təşkili” və digər mövzularda tlmi-tədqiqat işlərini yerinə yetirdi. Tədqiqatların nəticələri 1943-cü ildən “Azərbaycan məktəbi” jurnalında dərc olundu, kitabçalar şəklində çap edilib müzllimlərə çatdırılırdı.
1941-1945-ci illərdə SSRİ-də, o cümlədən Azərbaycan Respublikasında müharibənin doğurduğu ağır çətinliklərə baxmayaraq, məktəblər fəaliyyət göstərir, təhsil davam edir. Eləcə də Elmi-Tədqiqat Məktəblər İnstitutu öz kabinetləri dairəsində fəaliyyət göstərirdi. Elmi işçilərdən bəziləri əsgəri xidmətə çağrılmışdı. Onlar da məqam düşən kimi ordudan ezamiyyə götürərək Bakıya gəlib dissertasiya işlərini müdafiə edirdilər. Mərdan Muradxanov 1943-cü ildə döyüşən ordudan bir həftəliyə Bakıya gəlib, əsgər paltarında ADU-da “Nizaminin pedaqoji fikirləri” mövzusunda dissertasiya müdafiə etdi, pedaqoji elmlər namizədi elmi dərəcəsini aldı. əmir Tağıyev də “Sabirin maarifçilik və pedaqoji görüşləri” mövzusunda namizədlik dissertasiyasını 1943-cü ildə müdafiə etmişdir. 1945-ci ildə Ə.Həsənov “Azərbaycan məktəblərində əlifbanın tarixi və oxu üçün birinci kitab” mövzusunda yazdığı namizədlik dissertasiyasını müdafiə etmişdir. Ə.İsgəndərzadə də Azərbaycanda ümumtəhsil məktəblərinin inkişafı tarixinə aid tədqiqat aparıb, “azərbaycan məktəbi” jurnalında bir neçə məqalə dərc etdirmişdi. Göründüyü kimi, ölkədə müharibənin doğurduğu ağır çətinliklərə baxmayaraq, pedaqoji sahədə tədqiqalar davam edir, mühüm elmi-nəzəri və praktik əhəmiyyəti olan dissertasiyalar müdafiə edilirdi. Bütün bunlar pedaqogika kabinetinin (şöbəsinin) tədiqiqi fəaliyyətinin nəticələri idi.
1946-cı ildən pedaqogika bölməsində prof. B.B.Komarovskinin rəhbərliyi ilə aparılan tədqiqatlar yeni istiqamət, yeni məzmun aldı. “Sovet vətənpərvərliyi və beynəlmiləlçiliyi tərbiyəsi”, “Yuxarı sinif şagirdlərində kapitalizm ideologiyasına nifrət hissinin tərbiyə edilməsi” problemləri aparıcı istiqamətlərə çevrildi. Bu illərdə ayrı-ayrı fənlər üzrə təlim məsələləri, əsasən, metodik-praktik istiqamətdə öyrənilmişdi. Təlim və tərbiyənin psixoloji məsələlərinin araşdırılmasına diqqtin artırılması tədqiqatların məzmun dairəsinin xeyli genişləndiyini göstərirdi. Ümumtəhsil məktəblərinin tarixi, pedaqoji fikrin inkişafı problemləri diqqətlə araşdırılırdı. Pedaqoji texnologiyaya aid 1936-cı ildən başlamış axtarışların nəticəsi olaraq 1938-ci ildə B.B.Komarovskinin hazırladığı “Didaktik lüğət” (rus dilində) nəşr edildi. Bu lüğətdə pedaqogikada çox işlənən 900 terminin izahı verilmişdi. Sonralar həmin lüğət Azərbaycan dilində “Azərbaycan məktəbi” jurnalının 1946-cı il 5-ci, 1947-ci il 1, 2, 3, 4, 5, 6-cı, 1948-ci il 1-ci nömrələrində dərc edilib yayıldı. Jurnalda cəmi 500 termin izah edilmişdi.
Az sonra pedaqogika bölməsinin təşəbbüsü ilə pedaqoji elmlər namizədi M.Muradxanov pedaqogikanın nəzəriyyəsini və tarixini əhatə edən 900 sözlüklü lüğət layihəsini “Pedaqoji və pedaqogika tarixindən azərbaycanca islahatlar” adı ilə “Azərbaycan məktəbi” jurnalında (1949, № 1) çap etdirdi.
Azərbaycan Elmi-Tədqiqat Elmlər İnstitutunun (ETPEİ) təşəbbüsü ilə hazırlanan həmin layihəyə pedaqogika və pedaqogika tarixi dərs vəsaitlarində, klassik pedaqoji əsərlərdə və populyar pedaqoji kitablarda işlədilən pedaqoji terminlər daxil edilmişdi.
1940-cı illərin sonu və 1950-ci illərdə pedaqoji əsərlərin rus dilindən Azərbaycan dilinə tərcümə edilməsin aktuallaşdı. M.K.Kalininin, K.D.Uşinskinin, Y.A.Komenskinin, N.K.Krupskayanın, A.S.Makarenkonun əsərlərindən nümunələr tərcümə edilərək ayrıca kitab və kitabçalar şəklində çap olundu. Bu əsərlərin tərcüməsində Rəcəb Əfəndiyev və Mərdan Muradxanov xüsusi fəallıq göstərirdilər. Əsərlərin tərcümə edilib yayılması elmi işçilərin də nəzəri cəhətdən silahlanmalarına kömək göstərdi, onlarin elmi-tədqiqat yolunu işıqlandırdı. Bu dövrdə instituta M.Ələkbərov rəhbərlik edirdi (Bax: “Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu”, 1931-1981, Bakı, 1982).
1946-cı ildə pedaqogika şöbəsi iki müstəqil bölməyə ayrılmışdır. Pedaqogika tarixi bölməsinin müdiri əvvəllər M.Muradxanov, bir müddət sonra S.Xəlilov olmuşdur. Pedaqogika şöbəsinə isə prof. B.Komarovski rəhbərliyini davam etdirmişdir.
1946-cı ildə pedaqogika şöbəsinin işi daha da canlandırılır. Əhməd Seyidov, Saleh Xəlilov, Əmir Tağıyev, Əli İsgəndərzadə, Rəcəb Əfəndiyev, Mərdan Muradxanov kimi müqtədir pedaqoqlar samarali tədqiqat işlərinə girişdilər. İ.Vəlixanlı və A.Kərimov şöbəsinin aspirantı olaraq tədqiqatlara qoşuldular.
Sonralar bir müddət pedaqogika tarixi bölməsi ayrıca fəaliyyət göstərməmiş, burada M.Muradxanlı (Muradxanov), Ə.İsgəndərzadə, S.Xəlilov, Ə.M.Tağıyev, Ə.Həsənov məktəb və pedaqoji fikrin inkişafı tarixi problemləri üzrə tədqiqatlar aparmışlar.
Pedaqogika şöbəsinin keçmiş aspirantları olmuş əməkdaşlardan Z.Q.Axundova “Azərbaycanda qadın təhsilinin tarixindən (1900-1914)”, D.M.Mustafayeva “Abdulla Şaiq Talıbzadənin pedaqoji faəliyyəti və ədəbi yaradıcılığında uşaqların tərbiyəsi haqqında fikirlər” mövzusunda namizədlik dissertasiyalarını 1949-cu ildə müdafiə etdilər.
1940-cı illərin ikinci yarısında qazanılmış ən böyük nailiyyətlərdən biri dosent Əhməd Seyidovun “XIX əsrdə Azərbaycan pedaqoji fikrinin əsas nümayəndələri” mövzusunda doktorluk dissertasiyası müdafiə etməsi oldu (1947-cı il). Dissertasiyada ilk dəfə olaraq M.Ş.Vazehin, M.F.Axundovun, S.Ə.Şirvaninin, H.Zərdabinin pedaqoji görüşləri yüksək elmi səviyyədə şərh olunmuşdur.
Ə.Seyidov yaradıcılığının ilk illərindən Azərbaycan pedaqoji fikir tarixinin tədqiqində görkəmli nəzəriyyəçi kimi ən mürəkkəb tarixi-pedaqoji problemlər haqqında ümumiləşdirici fikir söyləmək səlahiyyəti qazanmış, o illərdə Azərbaycan pedaqoji fikri ümumittifaq miqyasında məhz onun sayəsində təbliğ olunmuşdur. Təsadüfi deyildir ki, görkəmli rus alimləri onu “Azərbaycan pedaqoji fikrinin tədqiqinin pioneri” (E.N.Medinski), “akademiki və canlı ensiklopediyası” (N.K.Qonçarov) adlandırmışlar. “O, milli pedaqoji fikrimizin bütöv bir mərhələsinin tarixinin yaradıcısı, A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vazeh, S.Ə.Şirvani, H.Zərdabi, M.Füzuli, F.Köçərli, M.Ə.Sabir, C.Məmmədquluzadə haqqında fundamental və mötəbər tədqiqatların müzllifidir”.
Azərbaycanda məktəbəqədər tərbiyə üzrə ilk tədqiqat işləri də məhz, pedaqogika şöbəsində aparılmışdır. 1946-cı ildə şöbənin elmi işçisi, 1947-1949-cu illərdə aspirantı olan Mehtaban Mustafayeva “Böyük məktəbəqədər yaşlı azərbaycanlı uşağın lüğəti” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Azərbaycanda məktəbəqədər tərbiyə müəssisələrinin inkişafında böyük rolu olan Gülxar Qədimbəyova da ilk tədqiqat işlərini pedaqogika şöbəsində aparmışdır. O, 1949-cu ildə “Uşaq bağçasında ana dili” adlı metodik vəsaitini çap etdirmişdir. Daha sonralar “Uşaq bağçasında didaktik oyunlar” (1953), “Kolxoz uşaq meydançasını necə təşkil etməli” (1954) və başqa adda 10-dan artıq metodik vəsait hazırlayıbçap etdirmişdir.
Göründüyü kimi, pedaqogika şöbəsində yalnız ümumi pedaqoji məsələlər, təlim, tərbiyə nəzəriyyəsi məsələləri deyil, məktəbəqədər pedaqogika, yaş və pedaqoji psixologiya, metodika məsələləri tədqiq edilmişdir. bu isə, pedaqoji elmlər sisteminin formalaşmasınna təkan vermişdir.
1949-cu ildə pedaqogika şöbəsində təlim və tərbiyə nəzəriyyəsi, pedaqoji iş təcrübəsi problemləri öyrənilmiş, dövr üçün əhəmiyyətli olan elmi nəticələr alınmışdır. Təlimdə geridəqalma və ikiliyə qarşı mübarizə, formalizmin aradan qaldırılması, təlimin pedaqoji əsasları, təlimdə şagirdləarin müstəqilliyinin təmin edilməsi və s. mövzularda taədqiqatlar aparılmışdır.
Pedaqogika şöbəsində tərbiyə problemləri üzrə də əhəmiyyətli araşdırmalar aparılmış, əsərlər hazırlanmışdır. Bu məsələlər tərbiyənin ümumi problemləri şöbəsində əhatə olunacağından onlardan bəhs etmirik.
Pedaqogika şöbəsi təhsil quruculuğunda pedaqoji təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi, nəzəriyyənin tətbiqi məsələləri ilə də ardıcıl məşğul olmuşdur. Şöbənin əməkdaşları 1947-ci ildə birinci Respublika Pedaqoji Mühazirələrinin keçirilməsində fəal iştirak edərək xeyli qabaqcıl müəllimin aşkarlanmasına, müəllim yaradıcılığının genişlənməsinə kşmək etmişlər. Bu iş müntəzəm davam etdirilmişdir.
50-ci illərində şöbə məktəbə praktik kömək istiqamətində xeyli iş görmüşdür. Müəllimin dərsə hazırlanması, dərsdə şagirdlərin təıfəkkür fəaliyyətinin inkişafı kimi problemlər aparıcı tədqiqat mövzularına çevrilmişdir. Bu istiqamətdə tədqiqatların aparılmasında M.Muradxanovun və Ə.Həsənovun xüsusi xidmətləri olmuşdur.
Şöbədə “Azərbaycan xalq maarifi 30 ildə” mövzusunda aparılmış tədqiqat işi ştən illər ərzində Azərbaycanda təhsilin təşkili, məzmunu, məktəblərin artımı və digər məsələləri əhatə edir, təhsilin inkişafının statistik dinamikasını göstərir.
Pedaqogika şöbəsinin ilk aspirantlarından olan M.Mehdizadə 1956-cı ildə “Azərbaycan SSRİ-də məktəb trixi üzrə oçerklər” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi. Bir neçə il sonra SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçildi.
Akademik Mehdi Mehdizadə maarif naziri olduğu iyirimi beş ilə yaxın müddətdə təkcə pedaqogika şöbəsinin deyil, bütövlükdə institutun fəaliyyəti ilə maraqlanmış, ona elmi istiqamət vermiş, həyatının axırıncı illərində institutun elmi məsləhətçisi olmuşdur.
Pedaqogika şöbəsinin aspiranturasına 1953-cü ildə Əliheydər Həşimov pedaqogika üzrə, Nurəddin Kazımov didaktika üzrə qəbul olunmuşlar. Hər iki gəncin elmi rəhbəri professor Əhməd Seyidov olmuşdur. Onların hər ikisi 1957-ci ildə uğurla namizədlik disertasiyası müdafiə etmişlər. Ə.Həşimov “Azərbaycan xalq nağılları və atalar sözlərində əqli və əxlaqi tərbiyə ideyaları”, N.Kazımov isə “K.D.Uşinskinin müqayisə priyomu haqqında ideyaları və məktəb təlimi üçün onlrın əhəmiyyəti”mövzusunda tədqiqat aparmışlar.
1955-ci ildən böyük elmi işçi kimi çalışan L.B.İtelson öz tədqiqatları ilə tanınmış, Rusiyaya köçdükdən sonra pedaqoji elmin inkişafında fəal iştirak etmişdir.
1955-ci ildən institutun pedaqogika-psixologiya şöbəsi yaranmış və burada Zakəriyyə Mehdizadə (şöbənin müdiri), Cəbrayıl Ələsgərov, Şövqü Ağayev, Əmir Tağıyev, Camal Əhmədov, Cəmo Cəbrayılbəyli kimi tanınmış alimlər çalışmışlar. Bir neçə il sonra pedaqogika və psixologiya şöbələri müstəqil fəaliyyətə başlamışlar.
1958-ci ildə əvvəllər pedaqogika şöçəsinin elmi işçisi olmuş A.Q.Rzayev “Azərbaycan SSRİ-də ali pedaqoji təhsilin tarixindən (1920-1930-cu illər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Bir mühüm cəhəti də qeyd etmək lazımdır: şöbənin aspirantı olaraq yetişən tədqiqatçılardan əlavə, digər pedaqoji ali məktəblərdə aspirantura bitirmiş gənclər də az və ya çox müddət bu şöbədə işləməyə həvəs göstərmişlər. Məsələn, V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (APİ) pedaqogika kafedrasının əyani aspiranturasınnı 1955-ci bitirmiş Hüseyn Əhmədov1957-1958-ci illərdə şöbədə kiçik elmi işçi vəzifəsində çalışmış, 1958-ci ildə Əhməd Seyidovun elmi rəhbərliyi ilə “İbtidai məktəb şagirdlərinin kommunist əxlaqi tərbiyəsinidə nümunənin rolu və ondan istifadə etmək yolları” mövzusunda dissertasiyasını müdafiə etmişdir. Gənc alim şöbənin elmi əməkdaşı olaraq Nərman Nərimanovun pedaqoji görüşlərinin tədqiqinə başlamış, az sonra bu mövzuda dəyərli kitab nəşr etdirmişdir.
Eləcə də, Yusif Talıbov V.İ.Lenin adına APİ-nin pedaqogika kafedrasında aspiranturanı bitirərək pedaqogika şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır (1959-1963). O, 1962 –ci ildə prof.Ə.Seyidovun rəhbərliyi ilə “Şagirdlərin proletar beynəlmiləlçiliyi tərbiyəsi (V-VIII siniflər üzrə)” mövzusunda namizədlik işini uğurla müdafiə etmişdir. 1963-cü ildən 1969-cu ilədək pedaqogika şöbəsinin müdiri vəzifəsində işləmişdir. Həmin illər ərzində o, uğurlu tədqiqat işləri ilə tənınmış və məşhurlaşmışdır.
Müəyyən müddət maarif naziri işləmiş Mirzə Məmmədov 1959-cu ildə “Azərbaycan SSR-də ümumi təhsilin inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və həmin ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun direktoru vəzifəsində işləməyə başlamışdır.
1959-cu ildə Azərbaycan SSRİ Ali Soveti “Məktəbin həyatla əlaqəsini möhkəmlətmək və respublikada maarif sistemini daha da inkişaf etdirmək haqqında Qanun”u qəbul edildikdən sonra, təaqiqatda yeni istiqamətlərin meydana çıxması ilə əlaqədar şöbədə əməkdaşların sayı artırıldı. Ölkədə ümumi icbari səkkizillik təhsilə keçirilməsi, on illik orta məktəbin istehsalat təlimi verən onbirillik əmək politexnik məktəbinə çevrilməsi pedaqogika şöbəsində də mövzuların yeni məzmun istiqamətini əhatə etməsini zəruriləşdirdi. Məktəbi idarə edilməsinin pedaqoji əsasları, şagirdistehsalat briqadalarının iş təcrübəsi, tədris emalatxanalarında məhsuldar əməyin təşkili, məktəblilərə əmək vərdişlərinin aşılanması məsələləri tədqiqatların aparıcı mövzuları oldu.
1960-cı ildə M.Məmzəyev pedaqogika şöbəsinə müdir təyin edildi. Məktəbşünas kimim tanınan təcrübəli təhsil işçisi İbrahim Hacıyev 1961-ci ildən Maarif Nazirliyinin məktəblər idarəsinin rəisliyindən pedaqogika şöbəsinə elmi işçi vəzifəsinə keçirildi. Bir qədər sonr M.Həmzəyev şpsixologiya şöbəsinə keçirildi, şöbəyə rəhbərlik İ.Hacıyevə tapşırıldı. Onun tədqiq etdiyi problemlər xalq maarifinin təşkili və idarədilməsi məsələlərini əhatə edirdi. Şöbənin elmi işçisi Arif Sadıqov politexnik təlim, Kamal Heydərov tərbiyə məsələləri üzrə araşdırmalar aparırdı.
1961-1965-ci illərdə pedaqogika şöbəsində Y.Talıbov, A.Sadıqov, N.Əhmədov, H.Cəfərli, K.Heydərov çalışmışlar. Bu illərdə pedaqogika şöbəsində təlim prosesində şagirdlərin fəaiiaşdırılması və onların müstəqil işlərinin təşkili yolları,orta ümumtəhsil məktəblərində və müəllimlərin təcrubəsinin öyrənilməsi və ümumiləşdirilməsi kimi mövzular tədqiqata cəlb edilmişdir.
1964-cü ildə rayon müəllimliyindən gələn S.Quliyev pedaqogika şöbəsinin aspiranturasına qəbui olunaraq, məktəblilərdə düzlük və doğruçuluq tərbiyəsi probleminin tədqiqinə başladı. 1965-ci ildə pedaqogika şöbəsinin tərkibində Azərbaycanda məktəb və pedaqoji fikir tarixi bölməsi yaradıldı. Bölməyə pedaqoji elmlər namizədi Mirabbas Aslanov rəhbərlik edirdi. Tarix elmləri namizədi Ə.Şükürzadə də bu bölmədə fəaliyyət göstərirdi. Hər iki alim ərəb əlifbasını, fars dilini bilmələri ilə fərqlənirdi. Əjdər Ağayev 1965-ci ildə bölməyə aspirant qəbul edildi.
Yeni qəbul edilən gənc elmi işçilər və aspirantların hamısı kənd rayonlarında müəllil və ya məktəbdə işləyərkən mətbuatda çıxış edir, pedaqoji mühazirələrdə xüsusi fəallıq göstərirdilər.B elə gənclərdən biri 1967-ci ildə rayon müəllimliyindən ayrılıb,elmi işçi kimi bölmədə fəaliyyət göstərən Mircəfər Həsənov idi. O, əski ərəb əlifbasını bildiyinə, Qurani-Kərimi oxuyub şyrəndiyinə görə, islam dəyərlərinə, şəriət qaydalarına yaxşı bələd idi. Naxçıvanda müəllim işləyən İbrahim Mollayev 1966-cı ildəbölmədə dissertanturaya qəbulolundu və “M.T.Sidqinin pedaqoji görüşləri” mövzusunda tədqiqata başladı.
1968-ci ildə S.Quliyev “Şagirdlərdə düzlük və doğruçuluq tərbiyəsi (V-VIII siniflərdə)” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Az sonra onun eyni adlı monoqrafiyası işıq üzü gördü.
1969 -cu ildə Yusif Talıbov V.İ.Lenin adına ADPU-nun pedaqogika kafedrasına müəllimliyə keçdikdən sonra, İbrahim Hacıyev pedaqogika şöbəsinə müdiri təyin edildi.
1970-ci ildə Əjdər Ağayev “Fərhad Ağazadənin pedaqoji fəaliyyəti və görüşləri”, İbrahim Mollayev “Məhəmməd Tağı (Sidqi) Safarovun pedaqoji fəaliyyəti və pedaqoji görüşləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdilər.
Institutda elmi işlər üzrə direktor müavini işləyən Nurəddin Kazımov 1968-ci ildə “Məktəbdə müqayisə üzərində işin nəzəriyyə və praktikası” mövzusunda doktorluq dissertasiyasını tamamlayıb, Tiflisdə müdafiə etdi və az sonra həminn adda monoqrafiyasını nəşr olundu. Bundan iki il sonra – 1970-ci ildə Əliheydər Həşimov “Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, eyni adlı monoqrafiya nəşr etdirdi. Istər aparılan tədqiqatlar, istərsa da müdafiə edilən dissertasiyalar orjinallığı, elmi dəyəri ilə seçilən, pedaqogika elmini zənginləşdirən əsərləridi.
Ə.Həşimov institutun aspiranturasını bitirdikdən sonra burada kiçik elmi işçi vəzifəsində işləmişdiş həmin illərdə mətbuatda fəal çıxışlar etmiş, müxtəlif adda kitablar nəşr etdirmişdir. Onun “Azərbaycan şifahi xalq ədəbiyyatında tərbiyəvi fikirlər”kitabı maraqla qarşılanmışdı. 1957-ci ildə Nurəddin Kazımovun nəşr etdirdiyi “Müqayisə priyomu haqqında K.D.Uşinskinin fikirlari və məktəb təcrübəsi üçün bunun əhəmiyyəti”kitabı da elmi əhəmiyyətinə görəelmi ictimaiyyətin diqqətini cəlb etdi. Nurəddin Kazımov “Müqayisə priyomundan istifadə edilməsi” (1964), “Təlim keyfiyyətini yüksəltməyin bəzi şərtlərihaqqında” (1966), “Müqayisə idrak fəaliyyətinin əsasıdır” (1966) kitablarından sonra, “Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi” adlı monoqrafiyası ilə didakt alim kimi özünü təsdiq etdirdi.
1971-ci ildən Azərbaycanda məktəb və pedaqoji fikir tarixi bölməsi qadın təhsili tarixinin tədqiqatçısı kimi tanınantarix elmləri namizədi S.Məmmədovun işə qəbul edilməsi ilə daha da gücləndirildi.
Beləliklə, 60-cı illərin sonları və 70-ci illərin əvvəllərində pedaqogika şöbəsi (bölmə ilə birlikdə) istər tədqiqat işlərinin genişliyi və aktuallığı, istər namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi, istərsə də məqalə və kitab nəşrinə görə əvvəlki illərdən xeyli fərqlənirdi. Bu illərdə aparılan tədqiqatlar sırasında məktənbşünaslıq məsələləri, sinif rəhbəri işinin təşkili, təlimin səmərəliliyinin artırılması, əmək təlimi və tərbiyəsi, təhsilin məzmunu və metodlarının təkmilləşdirilməsi, Azərbaycanda XIII-XIV əsrlərdə məktəb və vaarifin tarixi, pedaqoji mətbuatın tarixi kimi problimlər daxil idi.
Yusif Talıbov şöbədə işlədiyi 10 il ərzində (1959-1969) aparılmıştədqiqatların nəticələrinin sonrakı illərdə nəşri ilə pedaqogika elmini xeyli zənginləşdirmişdir. Onun mətbuatda işıq üzü görən məqalələri və “Uşaqların beynəlmiləl tərbiyəsi” (1961), “Şagirdlərdə sosializm humanizmi tərbiyəsi” (1965), “Pedaqogikadan məsələ və misallar” (1971), “Sinif rəhbəri” (İ.Hacıyev və A.Sadıqovla birlikdə) (1971) və digər kitəbları daha çox praktik faydalılığı ilə seçilirdi.
Mirabbas Aslanov Ü.Hacıbəyov irsini tədqiq edərək, samballı kitablar nəşr etdirmişdir. Onralar “Üzeyir Hacıbəyov Ensiklopediyası”nın tərtibi və nəşrə hazırlanmasında onun fəal rolu olmuşdur. Həmn ensiklopediyanın müzllifləri sarasında Mirabbas Aslanovun və Əjdər Ağayevin dlarının olmasını bölmənin səmərərli ekmi nəticələrindən saymaq olar.
1972-ci ildə M.Aslanovun “Azərbaycan üzllimi” qəzetinə baş redaktor getməsi ilə “Məktəb və pedaqoji fikirtarixi” bölməsinə Əjdər Ağayev rəhbərlik etməyə başladı.
1931-1970-ci ildə pedaöa şşbəsi müxtəlif prolemlər üzrə tədqiqat istiqamətlərini əhatə etdiyi üçün, sonralar müxtəlif təhsil ocaqlarında çalışan, görkəmli mütəxəssislər kimi tanınmış alimlərin, demək olar ki, hamısı bu şöbədə işləmiş, tədqiqatçılığa başlamışlar. Təhsilin, xüsusilə məktəbəqədər və ümumtəhsil məktəbləinin inkişafaında, təlim-tərbiyə işlərinin artan keyfiyyətinin formalaşmasnda şöbədə aparılan tədqiqatların çox böyük praktik səmərəsi olmuşdur. Burada müəllimlər elmi metodik məsləhətlər almış, olanlardan bir çoxu hətta tədqiqatlara qoyulmuşlar. Bu əlaqə sonralar daha da güclənmişdir.
Şöbənin dissertantı M.Ağayev 1972-ci ildə “Yuxarı sinif şagirdlərinin Azərbaycan xalqının inqilabi və hərbi ənənələri ruhunda tərbiyəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etdi. 1960-1970-ci illərdə institutda yeni yaradılan bşlmələrin əsas kadrları pedaqogika şöbəsinin hesabına olmuşdur. 1975-ci ildə tərbiyənin problemləri bölməsi yaradılarkan pedaqogika şöbəsindan baş elmi işçi Mirzəağa Ağayev bölməyə müdir keçirilmişdir.
1971-ci ildə şöbənin aspirantları Allahverdi Eminov və Ənvər İmanovun dissertasiyaları yaşlıların təhsili probleminə aid olmuşdur.
1973-cü ilin aprelində İbrahim Hacıyev təqaüdə çıxaraq və elmi-tədqiqi yaradıcılığını müstəqil yolla davam etdirməyə başladı. Pedaqogika şöbəsi məktəb və pedaqoji fikir tarixi bölməsi ilə birləşdirilərək pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsinə çevrildi. Əjdər Ağayev şöbəyə müdir təyin edildi.
1973-cü ilin sentyabrında pedaqoji elmlər doktoru Əliheydər Həşimov pedaqogikanin nəzəriyyəsi və tarixi şöbəsinə baş elmi işçi vəzifəsinə qəbul edildi. 1974-cü ildə Əjdər Ağayevin “Azərbaycan məktəbi” jurnalına başredaktor təyin edildiyindən, şöbəyə Ə.Həşimov rəhbərlik etməyə bşladı. Bu illər şöbədə Ə.Həşimovla yanaşı X.Məmmədov, R.Mustafayeva, M.Həsənov çalışırdılar.
1970-ci şöbədə məktəblilərin şüurlu intizam tərbiyəsi, dərsin tipləri, dərsin səmərəli təşkili məsələləri, Azərbaycan pedaqoji fikrində şəxsiyyətin formalaşması, Azərbaycan pedaqoji jurnallarında təlim-tərbiyə məsələləri və digər digər aktual pedaqoji problemlər nəzəri və təcrübi olaraq öyranilmişdir.
1979-cu ilin avqust ayından pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsi ləğv edilərək, əvəzində didaktika şöçbəsi yaradılmış, Xurşud Məmmədov bölməyə müdir təyin edilmişdi. 1980-ci ilin fevralnda fars dili metodikası üzrə elmi işçi S.Hüseynli xarici dillərin tədrisi bölməsindən bu bölməyə keçirilmiş və o, pedaqogikanın tarixi üzrə tədqiqata başlamışdış.
1973-cü ildə Əjdər Ağayev şöbə müdirliyi ilə yanaşı, direktorun ekmi işlərüzrə müavini vəzifəsini də yerinə yetirmişdir. 1981-ci ildən o, bir neçə il redaktoru olduğu “Azərbaycan məktəbi” jurnalının baş redaktoru vəzifəsindən didaktika bölməsinə müdir vəzifəsinə keçirildi. Bölmədə yeni cnlanma yarandı. Ə.Ağayevin hlə 1970-ci illərdəapardığı tədqiqatlarının nətcələri ayrı-ayrı kita şəklində kütləvi nəşr olunaraq, müəllimlərə çatdırıldı (“Azərbaycan maarifpərvərləri şxsiyyət və onun formalaşması haqqında” (1974), “Məktəblilərdə vətəndaşlıq borcunun tərbiyə edilməsi” (1975), “Məktəblilərdə vətənə sədaqət tərbiyəsi” (metodik tövsiyə-1975), “Vətəndaş olmağa borclusan” (1979)) və s.
Bölmə əməkdşları dərs, onun nəzəri əsasları və təlim prosesinin optimallaşdırılması problemi üzrə tədqiqata başladılar. Nəticədə səciyyəvi dər tiplərinin tətbiqi təcrübəsi öyrənildi, dərsdə təlim metodlarından istifadənin didaktik şərtləri, effektivliyinin yüksəldilməsi yolları, müəllimin dərsə hazırlaşması,dərsin planlaşdırılmsı, dərsdə şagirdlərin vətəndaşlıq borcu tərbiyəsi üzrə optiml metodika işlənildi. Bölmədə 1982-ci ildə də həmin istiqamətdə tədqiqat davam etdirildi. Təlim prosesinin elmi təşkilinin əsasaları müəyyənləşdirildi. Ə.Ağayevin, Ə.Həşimovun, X.Məmmədovun, R.Məmmədovanın, S.Hüseynlinin tədqiqat nəticələri məqalə, kitabça, metodik tövsiyələr şəklində çap edildi, keçirilənelmi-prktik konfranslarda, məruzələrdə pedaqoji ictimaiyyətə çatdırıldı. Bütün bunlar təlim-tərbiyə işiin səviyyəsinin yükəlməsinə xeyli təsir göstərdi.
“Təlim təkmilləşdirilməsi sahəsində görülən işlərə dair” (Ə.Ağayev), “Təlim metodlarının tərbiyəvi rolu”, “Dərs və dərs tipləri haqqında” məqalələr, “Dərs, onun quruluşu və dərsdə təlim metodları haqqında”, “Müasir şəraitdə təlim prosesinin ümumi xarakteristikası” metodik tövsiyələr (Ə.Həşimov) və “Dərsin gündəlik planlaşdırılması”, “Müəllimlərin mövzu üzrə dərsə hazırlanmasına dair” (S.Hüseynli) məqalələr həmin illərin məhsuludur. Bölmənin elmi işçisi M.Həsənov 1981-ci ildə “Azərbaycan pedaqoji jurnallarında təlim-tərbiyə məsələləri” (1920-1931-ci illər)” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi.
1983-cü ildə didaktika bölməsi ləğv edildi, pedaqogikanın nəzəriyyəsi və tarixi şöbəsi yenidən təşkil olundu. 1983-cü ildən SSRİ Maarif Nazirliyinin əmri Ə.Ağayevə aspirant və dissertantlara elmi rəhbərliyə iczə verildi. Yeni təkil edilmiş şöbə təlim nəzriyyəsi (didaktika), təhsilin idarə edilməsi, təhsilin iqtisaiyyatı, sosial məsələləri, məktəb və pedaoji ikir tarixi problemləri üzrə tədqiqatlar aparmağa başladı.
Bu illərdə Ə.Həşimovun və ƏşAğayevin mətbuatda dərc olunmuş məqalələri və nəşr edilmiş kitbları aparılmış tədqiqatların nəticələri ümumiləşdirilmiş və pedaqogika ekmini zənginləşdirmişdir. Ə.Həşimovun “Gənc nəslin tərbiyəsində tarixi irsin əhəmiyyəti və onun öyrədilməsiyolları”, “Məktəblilərin təlim-tərbiyəsinə kompleks yanaşmnın bəzi məsələləri”, “Təlimi məhsuldar əməklə birləşdirməyin formaları”, “Dərs tiplərinin variantları”, “Yuxarı sinif şirdlaərinin şüurlu intizam tərbiyəsi”, “Şagirdlərdə təlimə məsuliyyət hissi tərbiyəsi”, Ə.Ağayevin “150 yaşlı Şuşa məktəbi”, “Həyatın astnasında”, “Uşağın pedaqoji mədəniyyəti” (V.Xəlilovla), “Qənaətçilik və qayğılı münasibət tərbiyəsi”, “Məktblilərin ailədə vətəpərvərlik tərbiyəsi”, “”Şagird kollektivində özünüidarənin təşkili, “Şagird davranışının qiymətləndirilməsi”, “XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikirinin inkişaf istiamətləri”, “M.F.Axundovun ictimai-pedaqoji görüşləri”, “A.S.makarenkonun pedaqoji ideyalarından yenidənqurma şəraitində məktəblərdə istifadə edilməsi imkanları”, “Yusif Qasımovun pedaqoji fəaliyyəti” və digər əsərləri orjinllığı və fakt zənginliyi ilə seçilirdi.
Bu illərin ən mühüm hadisələrindən biri A.S.Makarenko və N.K.Krupskayanın hər birinin 2 cildik əsərlərinin Ə.Ağayev tərəfindən tərtibi və Azərbaycan dilində kütlıvi tirajla nəşri oldu. Digər mühüm hadisə Ə.Ağayevin və Ə.Həşimovun tərtib etdikləri və əsas müəllifləri olduqları “Aнтология педагогической мысли Азербайджанской ССР” irihəcmli kitabının Moskvanın “Pedaqogika” nəşriyyatında rus dilində nəşri idi. Kitabın iki çap vərəqi həcmində olan ümumi icmalını M.Mehdizadə, Z.Qaralov və Ə.Ağayev yazmışlar.
1980-ci illərdə şöbənin tədqiqat işləri təhsilin idarəedilməsi, Azərbaycanda təhsikin və pedaqoji fikrin inkişafı, dərs cədvəlinin tərtibi, təlimin təkmilləşdirilməsi, şagirdlərin hüquq və ailə tərbiyəsi kimi problemləri əhatə edirdi.
Həmin illərdə şöbənin gənc əməkdaşları, aspirant və dissertantları (M.Əmirov, A.Abbasov, F.Sadıqov və b.) müxtəlif problemlərdə tədqiqatlar aparıb, dissertasiya əsərləri hazırlayırdılar. Şöbənin elmi işçisi X.Məmmədov 1983-cü ildə “Müəllimin şərhi prosesində şagirdlərin mənimsəmə fəaliyyətinə nəzarət” mövzusunda namizədlik işini (elmi rəhbər prof. N.M.Kazımov) uğurla müdafiə etdi, şöbədə formalaşıb didakt kimi tanınmağa başladı. Bu illərdə daha bir neçə dissertant (Z.Əliyeva, İ.İ.Əliyev və.d.) təlim problemlərinə həsr olunmuş işlərini prof N.M.Kazımovun rəhbərliyi ilə müdafiə etdilər.
Şöbənin əməkdaşı F.B.Sadıqov prof. Ə.Ş.Həşimovun elmi rəhbərliyi ilə “Məktənb özfəaliyyət musiqi dərnəkləri işinin məzmunu və təşkili formaları” mövzusunda yazdığı dissertasiya işini 1984-cü ildə müdafiə etdərək, tezliklə doktorluq işinin tədqiqinə qoşuldu.
1985-ci ildə şöbənin elmi işçisi Sevil Hüseynli “Azərbaycan ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdlərinə fars dili elementlərinin öyrədilməsi” möpvzusunda pedaqogika nazariyyəsi və tarixi, dilin tədrisi metodikası ixtisası üzrə namizədlik dissertasiyasını (Elmi rəhbərlər: prof. Ə.Şəfai və prof. Y.Kərimov) müvəffəqiyyətlə müdafiə etdi. O, pedaqogika tarixi və nəzəriyyəsi ilə bağlı apardığı elmi-tədqiqat işləri ilə paralel olaraq fars dilinin tədrisinə aid də müəyyən elmi-metodik axtarışlarla məşğul olmuş, “Fars dili” (VIII sinif üçün, 1996) dərsliyi, IV-VII siniflər üçün dərs vəsaiti (1982), metodik tövsiyələr və müxtəlif illərdə silsilə məqalələr nəşr etdirmişdir.
Şöbənin əməkdaşı R.Məmmədova “Dərs cədvəlinin tərtibinin pedaqoji əsasları” mövzusunda yazdığı işi həm ayrıca monoqrafiya kimi nəşr etdirdi və müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsini aldı (1986).
1980- ci illərin ən əhəmiyyətli işlərindən biri Z.Qaralovun rəhbərliyi ilə “Bütün tip ümumtəhsil məktəblərində və məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəyə kompleks yanaşma proqramı”nın hazırlanması oldu. Proqramın tərtibində şöbənin müdiri Ə.Ağayev yaxından iştirak etməklə yanaşı, sənədin xüsusi redaktəsi də onun tərəfindən aparıldı. Maarif Nazirliyinin kollegiyasında bəyənilmiş və çapa məsləhət görülmüş bu sənəd 1985-ci ildə nəşr olundu. “Proqram” məktəblərdə tərbiyə işinə kompleks yanaşma sahəsində əhəmiyyətli rol oynadı.
Proqram sənədi təkcə məzmununa görə deyil, tərtibinə görə orjinallığı ilə seçilirdi. Sənəd iki hissədən ibarət idi. I hissədə tərbiyəyə kompleks yanaşmanın mahiyyəti, təlim prosesində və dərsədnkənar tərbiyə işinin xüsusiyyətləri geniş izah edilirdi. Bu hissə Zahid Qaralov tərəfindən hazırlanmışdı. II hissə məktəbəqədər tərbiyə, ibtidai siniflər, orta siniflər, yuxarı siniflər, şagird komitəsinin işi, müəllimlər və şagirdlər arasında əsas təbliğat işinin təşkili, pedaqoji şuranın işi, məktəbdənkənar müəssisələrdə tərbiyə işi, valideynlər komitəsinin işi, baza müəssisələri ilə qarşılıqlı əlaqə, kütləvi informasiya vasitələri, həmkarlar ittifaqı komitəsinin işi üzrə planlaşdırmanı əhatə edirdi. Burada tərbiyə işinin məzmunu, işin təşkili formaları, işin icra yeri, işin əsas icraçıları, işin icra metodları, işin yerinə yetirdiyi vəzifə (alınacaq nəticələr) dəqiq göstərilirdi. “Pedaqoji şuranın işi” adlanan bölmədə tərbiyə işinin məzmununa 8 istiqamət daxil idi. Onlardan biri belə adlanırdı: “Məktəbə hamilik edən təşkilatların və uşaqların yaşadıqları ərazi üzrə ictimaiyyətin nümayəndələrinin, məktəbin sanitar-gigyena rejminin və şagirdlərin səhhəti haqqında məlumatlarını müzakirə etmək. Işin təşkili forması: iclas; işin icra yeri; məktəb drektorunun və ya müəllimlərin otağı; işin əsas icraçıları: direktor, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəb mikrorayonu ictimaiyyət şurasının sədri; işin icra metodları: müzakirə, söhbət, tapşırıq, pedaqoji tələç, təhlil, istiqamətləndirmə, irad, həvəsləndirmə; işin yerinə yetirdiyi vəzifə, yaxud alınası nəticə: şagirdlərin tərbiyəsinin təkmilləşdirilməsi”.
Göründüyü kimi, proqram çox səmərəli tərtib edildiyindən məktəblərdə geniş yayıldı və əhəmiyyətli nəticələr verdi.
1985-ci ildən başlayaraq şöbədə elmi-pedaqoji kadr hazırlığı daha da genişləndi. Ə.Ağayevin elmi rəhbərliyi ilə M.Əmirov “Hüquqi biliklərin təlimi proseində şagirdlərin müstəqil işinin səmərəli təşkili” (1985), A.Abbasov “VII-X sinif şagirdlərinin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işi” (1987), H.Əhmədov “Azərbaycanda ümumi orta təhsilin hazırlanması və həyata keçirilməsi” (1961-1977), Nübar Muxtarova “Yuxarı sinif şagirdlərində burjua ideologiyasına qarşı barışmazlıq tərbiyəsi işinin forma və metodları”, V.Bəşirov “XIX əsrin II yarısında Azərbaycan pedaqoji fikrinin inkişafına rus mütərəqqi ideyalarının təsiri” (1988), F.Sultanov “Azərbaycan teatr təhsilinin meydana gəlməsi və inkişafı tarixi”, X.Əhmədova “Ümumi didaktik və metodik prinsiplərin qarşılıqlı əlaqəsi və onların təlim prosesi keyfiyyətinin yüksəldilməsinə təsiri” (1989) mövzularında namizədlik dissertasiyaları müdafiə etdilər. Bu işlərin hər biri pedaqogika nazariyyəsi və təcrübəsinin zənginləşdirilməsinə kömək etmiş oldu.
Həmin illərdə Ə.Həşimovun elmi rəhbərliyi ilə tədqiqat aparan dissertantlardan L.V.Radzivilovskaya (“Azərbaycan məktəblərində ibtidai sinif şagirdlərinin beynəlmiləlçilik tərbiyəsi” 1982), N.B.Bitiyeva (“Çeçen-inquş şifahi xalq yaradıcılığında mütərəqqi pedaqoji ideya və ənənələr və ümumtəhsil məktəbləri V-VIII sinif şagirdlərinin əxlaq və əmək tərbiyəsində onlardan istifadə” 1983), F.B.Sadıqov (“Məktəb özfəaliyyət mesiqi dərnəkləri işinin məzmunu və təşkili formaları” 1984), Z.Mehrəliyeva (“C.Məmmədquluzadənin pedaqoji görüşləri və pedaqoji fəaliyyəti” 1984), İ.Həşimov (“xalqın tərbiyəvi ideya, adət və ənənələrinin Azərbaycan pedaqoji fikrinin formalaşmasına təsiri və onlardan müasir məktəb təcrübəsində istifadə (“Kitabi-Dədə Qorqud” dastanlarının materialları üzrə)” 1987), M.Ə.Nəsrullayev (“Bədən tərbiyəsi və ibtida hərbi hazırlıq dərslərində şagirdlərin hərbivətənpərvərlik tərbiyəsi” 1987), A.N.Kazımov (“Heykaltəraşlıq abidələri vasitəsilə şagirdlərin inqilabi, döyüş və əmək ənənələri ruhunda tərbiyəsi” 1988), İ.Q.Xəlilov (“Folklorda ailə tərbiyəsi məsələləri və uşaqların tərbiyəsində onlardan istifadə” 1988), B.M.Məhərrəmov (“Müasir şəraitdə yuxarı sinif şagirdlərinin ideya-siyasi tərbiyəsinin müvəffəqiyyətini təmin edən pedaqoji şartlar. Azərbaycan ümumtəhsil məktəblərinin materialları əsasında” 1989) dissertasiya işlərini tamamlayıb müdafiə etdilər.
1980-ci illərin ən əlamətdar işlərindən biri Azərbaycan fasiləsiz əthsil konsepsiyasının hazırlanması oldu. Ə.Ağayev “Azərbaycan müəllimi” qəzetində “Fasiləsiz təhsil: problemlər, vəzifələr, yaxud şmrü boyu şyrənməli” adlı və digər bu qəbilli məqalələrlə çıxış etdi. O, Azərbaycanda fasiləsiz təhsilin mahiyyəti, problem və vəzifələrini şərh edərək, pedaqoji ictimaiyyətə aydınlaq gətirdi.
1980-ci illərin sonlarına doğru o zaman ETPEİ-nin direktoru işləyən Z.Qaralovun rəhbərliyi ilə “Azərbaycan SSR-də fasiləsiz təhsil konsepsiyası” hazırlandı və iri həcmli kitab halında xidməti istifadə üçün az nüsxədə nəşr edildi. Əsas prinsip və istiqamətlər isə “Azərbaycan müəllimi” qəzetində bütöv səhifədə Z.Qaralovun imzası ilə çap edildi. Nəşr edilən kitabda fasiləsiz təhsilin mahiyyəti və metodologiyası Ə.Ağayev tərəfindən hazırlanmışdı. Ə.Ağayev 1990-cı ildə Moskvada SSRİ PEA-nın pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə Problem Şurasının Elmi sessiyasında “Azərbaycanda fasıləsiz təhsil konsepsiyasının prinsipləri” mövzusunda məruzə ilə bu sahədə Azərbaycanda görülmüş işləri digər respublikalardan və Avropadan Moskvaya toplaşmış alimlərin diqqətinə çatdırdı.
1990-cı illərdə şöbə yeni kadrlarla təmin edilmişdi. Onların hamısı gənclər idi. Z.Seyidova, R.Hüseynov, V.Bəşirov, Ş.Hüseynov, H.Əhmədov aspiranturanı bitirərək, elmi işçi kimi fəaliyyətə başlamışdılar. A.Axundova, Ə.Qədimova, X.Səlimxanova elmi işçi kimi həm də dissertasiya üzərində işləyirdilər.
Praktik müəllim kimi təhsil müəssisələrində çalışan müəllimlərdən bir çoxu şöbədə aparılan tədqiqatlara qoşulmuş, dissertasiya üzərində işləyirdilər. R.Abdulov (Yardımlı), S.Allahverdiyeva (Bakı), A.Qəhrəmanova (Bakı), A.Əliyev (Füzuli), F.Əliyev (Xankəndi), H.İlyasov (Qazax), V.Kərimov (Bakı), İ.Məmmədovs (Naxçıvan), N.Muradova (Bakı), V.Rzayev (Naxçıvan0 və digər gənclər ali və orta məktəblərdə çalışaraq, şöbənin dissertantları kimi tədqiqat aparırdılar. Həmin cəmiyyətdə demokratik mövqe gücləndiyi üçün təhsildə demokratiya, humanistləşdirmə, humanitarlaşdırma məsələlərini araşdırılması tədqiqat mövzularına daxil edilmişdi. Bunlarla yanaşı, pedaqoji istiqamətlərin ən aktualproblemləri üzrə araşdırmalar diqqət çəkən nəticələrlə tamamlanırdı. 90-cı illərdə şöbədə aparılan tədqiqatlar, yazılan dissertasiyalar pedaqogika elminin həm nəzəri, həm də praktik olaraq zənginləşməsinə əhəmiyyətli təsir göstərdi. Ə.Ağayevin “Təlim-tərbiyə işinin demokratikləşdirilməsi və humanistləşdiril¬mə-si”, S.Hüseynlinin “Dəbistan” və “Məktəb” jurnallarında “Xalq maarifi və təlim-tərbiyə məsələləri” (1995), “Dövlət rəmzlərimizi öyrənək” (1998), Z.Seyidovanın “yaradıcılıq – təlim metodlarının əsasıdır”, R.Abbdulovun “Məktəblilərdə sosial fəallığın tərbiyə edilməsi”, R.Məmmədovanın “Məktəb direktorunun ideya-mənəvi hazırlığı”, V.Kərimovun “Gənc valideynlərin pedaqoji maarifinin təşkili”, H.İlyasovun “kiuçik məktəbyaşlı uşaqların ailədə vətəndaşlıq tərbiyəsi”, V.Bəşirovun “Məktəbin ailə ilə əlbir işinin demokratik əsaslar üzrə təşkili”, “Azərbaycan maarifpərvərlərinin yaradıcılığında vətənpərvərlik tərbiyəsi məsələləri” və digər nəşr olunmuş məqalə və metodik tövsiyələrində əhəmiyyətli elmi-nəzəri və praktik yönüm aparıcalaq təşkil edirdi. Bu əsərlərin böyük əksəriyyəti Ə.Ağayevin elmi redaktəsilə nəşr olunmuşdur.
Bu illərin əhəmiyyətli işlərindən biri Ə.Ağayevin “Pedaqogika”dan tədris vəsaitinin hazırlanmasına qoşulması oldu. Y.Talıbov, Ə.Ağayev, İ.İsayev və A.Eminovun müəllifliyi ilə 1993-cü ildə 10 illik fasilədən sonra “Pedaqogika” dərs vəsaiti çap olundu. Bu kitab orjinallığı, milliliyi, anlaşıqlı və oxunaqlılığı ilə bənzərsiz olduğuna görə, tələbələr və müəllimlər tərəfindən böyük maraqla qarşılandı.
“Təhsil haqqında Qanun”un hazırlanmasında şöbənin müdiri Ə.Ağayev fəal iştirak etdi. Qanun 1992-ci ildə Milli Məclis tərəfindən qəbul edildi. Bu qanunun qəbul edilməsi təhsil sahəsində xeyli yeniliklərin meydana gəlməsinə imkan verdi. Yeni tipli təhsil ocaqları yarandı, özəl ali məktəblər meydana çıxdı. Ali təhsil iki mərhələdə həyata keçirilməyə başlandı.
Ə.Ağayev, eyni zamanda, 1993-1994-cü illərdə Təhsil Nazirliyi nəzdində yaranmış Dövlət Ali ekspert Komissiyasının üzvü olmuş, təhsilə aid sənədlər hazırlayan işçi qrupuna rəhbərlik etmişdir. Şöbənin, ümumiyyətlə, yeni təhsil quruculuğunda hüquqi bazanın hazırlanvasında müəyyən rolu olmuşdur.
1990-cı illərdə elmi- pedaqoji kadr hazırlığı sahəsində də şöbə fəal fəaliyyət göstərmişdir. Xüsusilə doktorluq dissertasiyalarının müdafiəsi sahəsində irəliləyişlər olmuşdur. Şöbənin yetirmələri olan O.Rəcəbov və F.Sadıqov (1992), A.Abbasov (1995), N.Muxtarova (1996), Ə.Ağayev (1996), A.Həsənov (1999) elmlər doktoru elmi dərəcəsi almışlar. Onların hər birinin monoqrafiya və tədris vəsaitləri nəşr olunmuşdur.
1997-1998-ci illərdə Ə.Ağayev Azərbaycan Elmi – Tədqiqat Pedaqoji Elmlər İnstitutu (ARTPEİ) nəzdində fəaliyyətə başlayqan ixtisaslaşmış Müdafiə Şurasının sədri təyin edildi. 1990-cı illərdə şöbənin aspirant və dissertantları işlərini tamamlayıb, müvəfəqiyyətlə elmi dərəcə aldılar. Aspirantlardan Z.Seyidova “Təlim metodlarının didaktik əsasları (Azərbaycan Respublikası ümumtəhsil məktəblərində humanitar fənlər əsasında)” (1992), Ş.Hüseynov “İbtidai siniflərə məktəbdaxili rəhbərlik və nəzarətin təşkili üzrə işin sistemi” (1996) mövzularında dissertasiyalarını uğurla müdafiə etdilər.
Dissertasiyalardan Naxçıvan Dövlət Universitetinin müəllimləri V.Rzayev “Zaqafqaziya xalqlarının pedaqoji əlaqələri (XIX əsr və XX əsrin əvvəlləri)”, İ.Məmmədova “Naxçıvanda pedaqoji təhsilin inkişafı (1917-1977-ci illər)”, Füzuli rayonunda məktəb müəllim işləyən A.Əliyev “Yuxarı Sinif şagirdlərində vətəndaşlıq ləyaqəti tərbiyəsi üzrə işin yolları”, BDU-nun müəllimi S.Allahverdiyeva “Tələbə gənclərin ləyaqət tərbiyəsinə bədii ədəbiyyatın təsiri (Azərbaycan ədəbiyyatı materialları üzrə)”, Bədən Tərbiyəsi və İdman Akademiyası pedaqogika və psixologiya kafedrasının müəllimi Svetlana Priverdiyeva “Yeniyetmələrdə qənaətçilik tərbiyəsi işinin sistemi”, Bakıdakı 32 nömrəli orta məktəbin şagird təşkilat rəhbəri N.Muradova “Məktəblilərin təşkilatçılıq fəaliyyətinə hazırlanması üzrə işin sistemi”, Bakı Pedaqoji kadrların İxtisasının artırılması və Yenidən hazırlanması institutunun metodisri F.Əliyev “Ümumtəhsil məktəbini idarəetmə üzrə rayon (şəhər XTŞ-nin iş sistemi)” mövzularında namizədlik dissertasiyalarını Ə.Ağayevin elmi rəhbərliyi ilə müdafiə etdilər.
Bu illərdə Ə.Həşimovun elmi rəhbərliyi ilə bakı pedaqoji Texnikumunun müəllimi Q.Səfərəliyeva “Ümumtəhsil məktəblərində şagirdlərin fəal həyat mövqeyinin formalaşdırılması tarixindən (1955-1993-cü illər)”, Neft Akademiyasının müəllimi H.Hüseynov Z.Qaralovun elmi rəhbərliyi ilə “Əlillər üçün ixtisaslaşmış fəkültədə təhsilin təşkili problemləri” mövzularında namizədlik dissertasiyalarını müdafiə etdilər.
1990-cı illərdə şöbədə ümumtəhsil məktəblərində qabaqcıl iş təcrübəsinin öyrənilməsi ilə əlaqədar plandankənar araşdırmalar aparılmışdır. Bunun nəticəsi olaraq 1995-ci ildə Ə.Ağayevin Bakıdakı 190 nömrəli orta məktəbin 50 illik iş təcrübəsinin və S.Tağıyevanın oradakı 50 illik direktorluq təcrübəsini əks etdirən “Sona Tağıyeva” kitabı nəşr olunmuşdur. Ə.Ağayev hələ 1980-ci illərdə SSRİ-nin xalq müəllimi Z.Şöyübovun və Sosialist Əməyi Qəhrəmanı M.Quliyevin iş təcrübəsini öyrənərək elmi təhlilini vermişdi.
1990-cı illərdə şöbədə aparılmış tədqiqatların nəticələri məqaləvə kitab halında nəşr olunaraq pedaqoji ictimaiyyətə çatdırılmışdır.
2000-ci ildə institutun yenidənqurulması ilə əlaqədar olaraq işçilər yanvar ayından sərbəstləşdirildilər. 2001-ci ilin aprel ayının 6-dan əvvəllki pedaqogikanın nəzəriyyəsi və tarixi adlanan şöbə Təhsilin ümumi problemləri adı ilə fəaliyyətə başladı. Yeni şöbəyə əməkdaşlar qəbul edildi. Ə.Ağayev şöbənin müdiri, S.Hüstynli və Ş.Hüseynov aparıcı elmi işçi, şöbənin sabiq dissertantı pedaqoji elmlər namizədi N.Muradova elmi işçi vəzifələrini tutdular. Iyun ayından isə pedaqoji elmlər namizədi M.İbadova elmi işçi, Ş.Baxışova və K.Mahmudova kiçik elmi işçi, X.Talıbova böyük elmi işçi, X.Məmmədova elmi işçi, E.Abbasov böyek elmi işçi kimi fəaliyyətə başladılar. Şöbədə 1 nəfər elmlər doktoru, 6 nəfər elmlər namizədi tədqiqat aparırdı.
Yeni dövrün tələblərinə uyğun olaraq şöbədə tədqiqat problemlərinə yenidən baxıldı və yeniliyi əks etdirən mövzularda tədqiqatlara başlanıldı. Şöbə təhsilin və pedaqoji fikrin inkişafı tarixi, yeni tipli təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkili, yeni təlim metod və texnologiyalarından istifadə, təlim prosesinin təkmilləşdirilməsi və digər problemlərdə araşdırmalara qoşuldu. 2000-2005-ci illərdə “Ümumtəhsil məktəblərində uşaq özünüidarəsinin şagirdlərin təşkilatçılıq qabiliyyətlərinin inkişafı üzrə təkmilləşdirilməsi” (N.Muradova), “Qayğıya ehniyacı olan uşaqlarla təlim-tərbiyə işinin təşkili yolları və formaları” (X.Məmmədova), “Təlim prosesinin səmərəli təşkili yolları” (M.İbadova), “Azərbaycanda təhsilin demokratikləşdirilməsi və milliləşdirilməsi pedaqoji problem kimi (1918-1920-ci illər. “Azərbaycan” qəzetinin materialları üzrə)”, “Təhsilin idarə olunmasında demokratik prinsiplərin nəzərə alınması” (S.Hüseynli), “Müasir dövrdə ibtidai siniflərdə təlim prosesinin idarəedilməsinin pedaqoji əsasları” (Ş.Hüseynov), “Yeni təlim metod və texnolojiyalarından istifadənin nəzəri və təcrübi məsələləri” kimi aktual mövzularda tədqiqat aparılmışdır. Tədqiqatlar nəticəsində yeni dövrün doğurduğu şərait aşkarlanmış, yeniliklər öyrənilmiş və sistemləşdirilmiş, həmçinin, uyğun pedaqoji əsaslar müəyyənləşdirilmişdir.
2005-ci ilin fevral ayında institutda yeni strukturun tətbiqi ilə əlaqədar yeni yaranan 3 mərkəzdən biri “Elmi və pedaqoji tədqiqatlar” mərkəzi adlandırıldı və sırf ekmi-tədqiqat xarakterli şöbə, bölmə və laboratoriyalar buraya daxil edildi. Şöbənin adı dəyişdirilərək Təhsilin konseptual problemləri adlandırıldı. əməkdaşla yenidən seçildi. Yeni tərkibə Ə.Ağayev (şöbə müdiri), S.Hüseynli (aparıcı elmi işçi), M.İbadova (böyük elmi işçi) seçildi. Iyul ayında keçirilən əlavə müsabiqədə Ş.Qəribov böyük elmi işçi, R.İbadova elmi işçi vəzifəsin tutdular. Sentyabr ayından isə İsmət Məmmədova elmi işçi vəzifəsində çalışır. İ.Əliyeva operator xidmətlərini göztərir.
Hazırda şöbədə təhsilin metodologiyası, təhsildə demokratikləşdirmə, rayon (şəhər) təhsil sisteminin idarəedilməsinin modernləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsində yeni təlim texnologiyalarından istifadə, ümumtəhsil məktəblərinin iş təcrübəsinin öyrənilməsinin pedaqoji əsasları, Cənubi Azərbaycanda pedaqoji inkişafı və digər problemlər üzrə tədqiqatlar aparılır.
Şöbənin dissertant və doktorantlarından bir neçəsi tədqiqatlarını tamamlayaraq doktorluq və namizədlik dissertasiyalarını müdafiə etmişlər. Naxçıvan Dövlət Universitetinin dosenti, şöbənin yetirməsi İ.Əliyev doktorluq dissertasiyası müdafiə etmişdir.
Bütün illərdə şöbənin faəliyyətinin əsas istiqamətlərindən biri pedaqoji biliklərin təbliği, təaqiqat nəticələrinin pedaqoji ictimaiyyətə çatdırılması olmuşdur. Şöbə əməkdaşları müxtəlif rayon və şəhərlərdə pedaqoji problemlərə, təhsil, təlim, tərbiyə prosesinin aktual məsələlərinə həsr olunmuş elmi-praktik konfranslar, elmi-nəzəri müşavirələr, dəyirmi masa ətrafında müzakirələr vəs. keçirmişlər. Bu cür tədbirlər xüsusilə XX əsrin 70-80-ci illərində geniş vüsət almışdı. 70-ci illərdə keçirilən eilmi-praktik konfranslarda əsas problem təlimin, təhsilin məzmununun təkmilləşdirilməsi, 80-ci illərdə isə bunlarla yanaşı təlim-tərbiyə işinin təkmilləşdirilməsi olmuşdur. Məsələn, Dəvəçi rayonundə XMŞ-si ilə birlikdə “Azərbaycan KP MK-nın oktyabr (1982) pkenumu qərarları ilə əlaqədar olaraq təlim-tərbiyə işinin təkmilləşdirilməsi yolları” mövzusunda, eləcə də, Naxçıvanda “Azərbaycan pedaqoji fikrin inkişaf tarixinin öyrənilməsinin aktual problemləri” (1983), Balakən rayonunda “Dərsdə şagirdlərin ideya-siyasi tərbiyəsinin aktual məsələləri” (1982), Dağlıq Qarabağ Muxtar vilayətində xankandində “Şagirdlərin kommunist tərbiyəsinin səmərəliliyinin yüksəldilməsində məktəb, ailə və ictimaiyyətin qarşılıqlı əlaqə problemlər” (1985), H.Zərdabi adına Gəncə (o zaman Kirovabad) Pedaqoji İnstitutunda A.O.Çernyayevskinin (1981), Şəkidə M.F.Axundovun həyatı və yaradıcılığında pedaqoji görüşlərin öyrənilməsi mövzularında (1987) elmi-prektik konfranslar keçirilmiş, bu konfranslarda praktik müəllimlər, tədqiqatçılar fəal iştirak etmişlər. Bunlardan əlavə, şöbənin aparıcı şməkdaşları Respublika və Ümumittifaq konfrans və müşavirələrində, elmi-problem şuralarının sessiyalarında müzakirələrlə çıxış etmişlər. Moskvada, Qomeldə, Ulyanovskda, Minskdə, Tbilisidə və digər iri şəhərlərdə keçirilən bu cür elmi məclislərdə Ə.Ağayev, Ə.Həşimov, R.Hüseynov, H.Əhmədov iştirak etmiş və məruzələr etmişlər.
2005-ci ildən sonra şöbədə kadr dəyişikliyi olmuşdur. Pedaqogika üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi İ.H.Cəbrayılov, böyük elmi işçi Ş.H.Qəribov, elmi işçilər İ.M.Məmmədova, P.M.Həsənova və operator G.V.Xəlilova yeni tərkibə daxil olmuşlar.
Bu illərdə Əjdər Ağayev vətəndaş təhsili, digər ölkələrdə təhsil təcrübəsinin öyrənilməsi problemlərini araşdırmışdır. Şöbə müdirinin müavini İntiqam Cəbrayılov Azərbaycan tarixi tədrisinin metodikasını işləmiş və ali məktəblər üçün Azərbaycan tarixi dərs vəasiti hazırlamışdır. Sevil Hüseynli “Azərbaycan” qəzetində (1918-1920-ci illər) demokratik təhsil problemlərinin qoyuluşunu öyrənmiş, müstəqillik dövründə ölkədə milli tərbiyə sahəsində görülmüş işləri ümumiləşdirmişdir. Mahirə İbadova müasir təlim metodlarını nəzəri və təcrübi baxımdan təhlilə cəlb etmişdir.
Bu illərdə görülən əsas işlərdən biri Azərbaycan pedaqoji fikrinin nümayəndələrinin həyatı və ideyalarını əhatə edən və əsərlərindən nümunələr verilən 3 cildlik əsərin hazırlanmasıdır. S.Hüseynli, M.İbadova, Ş.Qəribov materialları toplamış və tərtib etmiş, Ə.Ağayevin ümumi redaktəsi ilə çapa təqdim edilmişdir.
Hazırda şöbədə “Şəxsiyyətyönümlü təhsil vətəndaş cəmiyyətinin formalaşması vasitəsi kimi” (İ.Cəbrayılov), “Təhsilin keyfiyyətinin yüksəldilməsində yeni pedaqoji texnologiyalardan istifadənin forma və yolları” (S.Hüseynli), “Təlimin optimallaşdırılması şagirdlərin inkişafının mühüm amili kimi” (M.İbadova), “Məktəb kitabxanalarının fəaliyyətinin müasirləşdirilməsi” (Ş.Qəribov), “Şagirdlərin tədqiqatçılıq fəaliyyətinin inkişaf etdirilməsi yolları (riyaziyyat fənninin tədrisi prosesində)” (İ.Məmmədova), “Kitabi-Dədə Qorqud” dastanında mənəvi tərbiyə məsələləri (P.Həsənova) mövzularında elmi-tədqiqat işləri aparılır.
Şöbə əməkdaşlarının əsərləri elmi-jurnallarda və ayrıca kitab şəklində çap olunmuşdur. “Təhsilin konseptual problemləri” kollektivin birgə əməyinin məhsuludur. Bu kitabda Ə.Ağayevin “Heydər Əliyev və təhsil”, S.Hüseynlinin “ADR-də təhsilin demokratikləşdirilməsi və milliləşdirilməsi sahəsində tədbirləri”, M.İbadovanın “Təlimin keyfiyyətinin yüksəldilməsinin didaktik əsasları”, Ş.Qəribovun “Rayon (şəhər) təhsil sisteminin modernləşdirilməsi” və İ.Məmmədovanın “Ümumtəhsil məktəblərinin iş təcrübəsinin öyrənilməsi məsələsinə dair” mövzusunda yazdıqları tədqiqat işinin nəticələri yer tutmuşdur.
Şöbə əməkdaşları BDU-da, ADPU-da, LDU-da, BSU-da, Qafqaz Universitetində, Xəzər Universitetində keçirilən respublika və beynəlxalq konfranslarda iştirak etmi, məruzələrlə çıxış etmişlər.
Şöbə əməkdaşları Təhsil Nazirliyinin, institutun rəhbərliyinin göstərişi ilə bir sıra işləri yerinə yetirmişlər. Prof. Ə.Ə.Ağayev Təhsil Nazirliyinin Vahid Elmi-Metodik Şurası Pedaqogika və Psixologiya bölməsinin sədri, İ.H.Cəbrayılov elmi katib kimi fəaliyyət göstəririlər. Prof. Ə.Ə.Ağayev eyni zamanda ARTPİ-dəki dissertasiya şurasının üzvü, İ.H.Cəbrayılov isə şuranın nəzdindəki elmi seminarın katibi vəzifələrini yerinə yetirmişlər.
Şöbə əməkdaşları (prof. Ə.Ə.Ağayev, İ.H.Cəbrayılov) Təhsil Nazirliyinin məktub müraciətinə cavab olaraq ABŞ-ın Hüston şəhərindəki ibtidai, orta və ali təhsil müəssisələrinin proqramlarına daxil edilməsi məqsədilə Azərbaycana aid mövzuların müəyyənləşdirilməsində (fevral 2008), bundan əlavə “ilin ən yaxşı müəllimi” və “ilin ən yaxşı məktəbi” müsabiqəsində ekspert kimi iştirak etmişlər. Prof. Ə.Ə.Ağayev müsabiqənin yekun mərhələsində (Təhsil Nazirliyində) təşkilat komitəsinin üzvü, İ.H.Cəbrayılov isə ikinci mərhələsində (aprel 2008-ci ildə Ankara məktəb-liseyində) tarix fənni üzrə ekspert kimi fəaliyyət göstərmişdir.
Şöbənin doktorantlarından Rüfət Hüseynzadə, Vidadi Bəşirov, dissertantlarından Məlahət Mürşüdlü, Sevil Bağırova, Elnarə Məmmədova, Sədaqət Mehdiyeva, Mətanət Məmmədova və digərləri müdafiə etmişlər. Doktorant Vidadi Bəşirov, dissertantlar Pərişan Həsənova, Sevinc Səfərova və Səadət Abbasova və Firəngiz Kərimova müdafiəyə buraxılmışlar.
Şöbə müdiri Ə.Ə.Ağayev 2010-cu ildə Bolqarıstanda keçirilən beynəlxalq elmi konfransda iştirak etmişdir.
14 may 2008-ci il tarixdə şöbə əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin 90 illyinə həsr olunmuş konfransda məruzə etmişlər (İ.Cəbrayılovun məruzəsi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti”, Sevil Hüseynlinin məruzəsi: “Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət sahəsində tədbirləri”). Şöbə əməkdaşları 2009-cu ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi; Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun; Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Qafqaz Universitetinin birlikdə təşkil etdikləri “Təhsildə keyfiyyəti idarəetmə və akkreditasiya” mövzusunda elmi-praktik konfransında; 2010-cu ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi; Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun və Naxçıvan Dövlət Universitetinin birgə keçirdikləri “Azərbaycan təhsili yeni inkişaf mərhələsində” adlı respublika elmi konfransında iştirak etmiş və çıxış etmişlər.
Şöbə əməkdaşları prof. Ə.Ağayev və İ.Cəbrayılov AzTV-1-də, Azərbaycan dövlət radiosunda elmi-tarixi, pedaqoji məsələlərlə bağlı çıxışlar etmişlər. İ.Cəbrayılov 25 sentyabr 2007-ci il tarixdə ARTPİ-də tarixin tədrisi metodikası (13.00.02) ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və pedaqoji elmlər doktoru alimlik dərəcəsini almışdır.
Son beş ildə şöbə əməkdaşlarının aktual problemlərə həsr olunmuş əsərləri çap olunmuşdur. Şöbə müdiri, prof. Ə.Ə.Ağayev “Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi” (2005), “Təlim prosesi: ənənə və müasirlik” (2006) 2 monoqrafiya; “Pedaqoji düşüncələr”, “Təməldən əmələ” (2009) adlı 2 kitab; “Ümumtəhsil məktəbində xalq oyun ənənələrindən istifadə” (şərikli) (2005) 1 kitabça; “İnsan və cəmiyyət” kursu üzrə (şərikli) (2005), Программа по курсу «Человек и общество» (2005) 2 proqram; “İnsan və cəmiyyət” VIII sinif (şərikli) (2005), “İnsan və cəmiyyət” IX sinif (şərikli) (2006), “Pedaqogika” (şərikli) (2006), “İnsan və cəmiyyət” X sinif (şərikli) (2007), “İnsan və cəmiyyət” XI sinif (şərikli) (2007), “Pedaqogika” (şərikli) (2007) 6 dərslik və dərs vəsaiti; “Yeni təlim metod və texnologiyalarından istifadənini nəzəri və təcrübi məsələləri”. 2 məqalə (2006), “Ali məktəbdə tədris: ənənə və müasirlik” (2007), “Təhsilin informasiyalaş¬dırıl¬masında müəllimlərin İKT hazırlığının artırılması məsələləri” (şərikli) (2007), “Qloballaşma şəraitində Türk respublikalarının münasibətlərinin inkişafında təhsilin rolu” (2007) 4 topluda məqalə; “Təlim prosesi: reallıqlar, perspektivlər” (2005), “Müasir təlim prosesi: nəzəriyyə və təcrübə məsələləri” (2005), “Heydər Əliyev irsində vətəndaş tərbiyəsi məsələləri” (2005), “Təhsilimizin sürətli inkişafı” (2006) və digər jurnal məqalələrini çap etdirmişdir. Beləcə şöbənin digər əməkdaşlarının da işıq üzü görən məqalələri və kitabları müasirlik baxımından əhəmiyyətli nəşrlər olmuşdur.
Göründüyü kimi, təhsilin konseptual problemləri şöbəsi möhkəm bazaya əsaslanaraq ölkədə təhsilin və pedaqoji elmin inkişafında, elmi-pedaqoji kadr hazırlığında əhəmiyyətli rol oynamışdır.

Comments are closed, but trackbacks and pingbacks are open.