Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirmə mənbələri
Respublikamızın iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası prosesi ölkədə maliyyə sisteminin səmərəliyini təmin etməklə yanaşı eyni anda ölkədə sabit büdcə-vergi sistemi həmçinin pul-kredit və gömrük sisteminin qurulmasını tələb edir. İqtisadiyyatda müəyyən tarazlaşmış balans əldə etmək isə dövlətin iqtisadi siyasətinin əsasını təşkil etməlidir.
Dövlət Maliyyəsi
Maliyyə bir elmi anlayış kimi adətən ictimai həyatda pul vəsaitlərinin hərəkəti ilə müşayiət olunan, gəlir və onun xərclənməsi mexanizmini əhatə edir. Müəssisələrdə təsərrüfat daxili təyinata malik olan fondların yaradılması üçün mənfəətin bölüşdürülməsi, vergilərin dövlət büdcəsinə ödənilməsi, büdcədən kənar fondlara və xeyriyyə fondlarına vəsait köçürülməsi zamanı hökmən pul vəsaitlərindən istifadə olunur. Nə qədər nəzərə çarpan olsa da, pul vəsaitinin hərəkəti özlüyündə maliyyənin mahiyyətini izah edə bilmir. Maliyyənin mahiyyətini öyrənmək üçün bütün maliyyə ünsürlərinin daxili təbiətini xarakterizə edən xüsusiyyətləri bilmək zəruridir. Beləliklə, spesifik ictimai təyinata malik olan, obyektiv xarakter daşıyan və cəmiyyətdə mövcud olan real iqtisadi münasibətləri əks etdirən maliyyə, iqtisadi kateqoriyadır. Bu iqtisadi kateqoriyanın xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmişə pul formasında ifadə olunur. Pul yoxdursa, maliyyə münasibətləri də yoxdur, çünki bu münasibətlər.
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirmə mənbələri
“Azərbaycan Respublikasıda regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” daxilində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:
•Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına ;
•Ölkəmizdə olan digər büdcədənkənar dövlət fondları hesabına ;
• mülkiyyət formasından asılı olmayaraq idarə həmçinin müəssisə və təşkilatların vəsaitləri hesabına ;
• Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin vəsaitləri hesabına;
•yerli və xarici sahibkarların vəsaitləri hesabına ;
•beynəlxalq təşkilatların və xarici ölkələrin maliyyə vəsaitləri hesabına ;
• habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələrin vəsaitləri hesabına.
Magistr dissertasiyasında yerinə yetirilmiş nəzəri və praktik tədqiqatların nəticələri aşağıdakı kimi ümumiləşdirilmişdir.Təcrübə göstərir ki, maliyyə sisteminin ayrı-ayrı sahə və həlqələrindən deyil, onun kompleks şəkildə inkişafı və təkmilləşdirilməsi iqtisadi yüksəlişə nail olmağın ən vacib və zəruri şərtlərindən biridir.
Maliyyə sistemini təşkil edən alətlər vasitəsilə, bir qrup insanlar, təşkilatlar və dövlətlər tərəfindən qəbul edilmiş yığım qərarları bu yığım vəsaitlərini müxtəlif insanlara, təşkilatlara və ya dövlətlərə investisiya yatırmaq imkanı yaradır. Maliyyə sistemi geniş imkanlara malikdir və bu imkanları öyrənərkən, maliyyə sisteminin əsas elementlərinə nəzər salmaq lazımdır. Müasir bazar iqtisadiyyatı şəraitində maliyyə sisteminin rolu getdikcə artmaqdadır. Bu zaman maliyyə fəaliyyətinin əhatə dairəsi də, genişlənir. Maliyyə fəaliyyəti dedikdə isə, iqtisadi subyektlərin digər subyektlərdən borc alması və ya investisiya və istehlak məqsədilə digər subyektlərə borc verməsidir. Bu zaman maliyyə fəaliyyətinin əhatə dairəsinin genişlənməsi maliyyə aktivlərinin daha geniş sahələrə yayılması ilə əlaqədardır.
İqtisadi münasibətlərin müəyyən tərəflərini özündə əks etdirən maliyyə sistemi, onun həlqələri ölkənin inkişaf səviyyəsindən asılıdır.Bu gün maliyə sistemi iqtisadiyyatın ayrılmaz bir hissəsidir. Təsadüfi deyildir ki, maliyyə sistemi ölkənin maliyyə siyasətində həmişə xüsusi yer tutur. Məhz buna görə son illər ölkəmizdə maliyyə sisteminə və onun həlqələrinə dair bir sıra mühüm qərarlar qəbul edilir.
Müasir bazar iqtisadiyyatı şəraitində maliyyə sistemi özündə bütövlükdə iqtisadiyyatın real sektorunun inkişafına və yaranmış sosial problemlərin həllinə aparan ayrı-ayrı bölmələrinin həm stabil həmdə effektiv həmçinin fəaliyyət göstərməsini təmin edən bir birilə qarşılıqlı əlaqəli kompleks addımlar, alətlər toplusu hesab edilən maliyyə institutlarını ozündə əks etdirir.
Maliyyə sisteminin bu günkü günümüzdə olan tələbləri səviyyəsində qurulması məqsədi ilə qeyd edilən tədbirlərin həyata keçirilməsi ölkədə istehsalın artırılması məqsədi daşıyır. Hal-hazırda respublikamızda mövcud olan infrastrukturun bərpası, onun yenidənqurulması o cümlədən yeni iş yerlərinin açılması və ölkədə keçirilən islahatların dəstəklənməsi məqsədi ilə xaricdən hökumət zəmanəti ilə cəlb edilmiş kreditlərin iqtisadi islahatlar və struktur dəyişikliklərinin maliyyələşdirilməsinə habelə elektrik-enerji sektorunun yenidən bərpa edilməsi və qurulmasına və digər mühüm olan digər sahələrin maliyyələşdirilməsinə yönəldilməsi həyata keçirilir . Cəlb edilən investisiya məqsədli kreditlərə xidmət bilavasitə büdcədən ayrılan vəsaitlər hesabına tənzimlənir. İnkişaf etmiş dövlətlərin inkişafının ilkin mərhələsində iqtisadiyyatın nisbətən zəif sahələrini inkişaf etdirmək üçün nizamlayıcı yaxud tənzimləyici siyasətdən geniş istifadə etmişlər.
Respublikamızın iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası prosesi ölkədə maliyyə sisteminin səmərəliyini təmin etməklə yanaşı eyni anda ölkədə sabit büdcə-vergi sistemi həmçinin pul-kredit və gömrük sisteminin qurulmasını tələb edir. İqtisadiyyatda müəyyən tarazlaşmış balans əldə etmək isə dövlətin iqtisadi siyasətinin əsasını təşkil etməlidir.
- Büdcə sistemi haqqında Azərbaycan Respublikasının qanunu , (2 iyul 2002-ci il)
- Azərbaycan Respublikasının Sığorta Fəaliyyəti haqqında Qanunu, 25 dekabr 2007
- Damət Bağırov, Mirələm Həsənli – “Maliyyə”, Bakı-2011
- Nurpaşa Novruzov, Xanoğlan Hüseynov – “Maliyyə”, Bakı-2007
- B. Ataşov, N. Novruzov, E. İbrahimov – “Müəssisələrin maliyyəsi”, Bakı-2009
- Nurpaşa Novruzov, Elşən İbrahimov – “Büdcə sistemi”, Bakı-2012
- M.İ.Əhmədzadə – “Dövlət maliyyəsi”, Bakı-2000
- Vidadi Zeynalov, A.Hüseynov – “Dövlət və bələdiyyə maliyyəsinin problemləri”, Bakı-2006
- F.Abdullayev –“Maliyyə menecmentinin əsasları” , Bakı-2010
- Xankişiyev.B.A – “Sığorta”. Bakı – 2005
13. AMEA “İqtisadiyyat xəbərləri” jurnalı- “Regionların sosial-iqtisadi inkişafında bələdiyyələrin rolunun qiymətləndirilməsi”-İsmayılova A.A, Bakı-2007/N1
14. AMEA “İqtisadiyyat xəbərləri” jurnalı- “Maliyyə sistemi və Sığorta münasibətləri- İmanov N.C, Bakı-2006/N2
13. “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı,”Ölkənin maliyyə siyasətinin regionların davamlı sosial-iqtisadi inkişafına təsiri istiqamətləri”, Bakı-2010/N1
14. “İqtisadiyyat” qəzeti
15. www.maliyye.gov.az- AR Maliyyə Nazirliyinin rəsmi saytı
16. www.stat.gov.az- AR-nın Dövlət Statistika Komitəsinin rəsmi saytı
17. www.sigorta.maliyye.gov.az – ARMNDövlətSığortaNəzarətixidmətininrəsmisaytı
18. www.science.gov.az– AR Milli Elmlər Akademiyasının rəsmi saytı
19. www.anl.az– Milli Kitabxananın rəsmi saytı
20.МаxмудовИ.М., ЗейналовТ.Ш., МаxмудовР.И. «Малиййявязиййятининтящлили», Бакы, 2003.
21.МуслимовС.Й, КазымовР.Н. «Малиййятящлили», Дярслик.Бакы,ЖБС 2012.
R E Z U M E
Dissertasiyada Azərbaycan Respublikasının Maliyyə sisteminin mahiyyəti, formalaşması, quruluşu ətraflı tədqiq olunmuşdur.Burada əsasən Dövlət və bələdiyyə maliyyəsi , habele təsərüffat subyektlərinin maliyyəsi öyrənilmişdir.Regional inkişafın təmin olunmasında maliyyə sisteminin rolunun artırılması araşdırılmışdır.
В диссертации в деталях была изучена суть, формирование и структура финансовой системы Азербайджанской Республики. В основном здесь изучались государственные и муниципальные финансы, а также финансирование хозяйственных субъектов.Была исследована повышение роли финансовой системы в обеспечении регионального развития.
SUMMARY
The thesis work comprehensively studies the essence of the financial system of the Republic of Azerbaijan, its formation and structure.
The dissertation also studies state and municipial finances, as well as the financing of economic entities.
Increasing the role of the financial system to ensure the regional development was researched as well.
Nurpaşa novruzov 2007 maliyyə muhazirələr
Авторизация
Получите дополнительные возможности
Азербайджанские песни
Magsat Karayev
Perishan “Cover”
Elvin Babazadə
Кто говорит, Альхамдулиллах
Uzeyir Mehdizade
Vuqar Seda
Ulug’bek Rahmatullayev
Zeynəb Həsəni
Mohichehra Shamurotova
Men ele kuserem
Gavhar Ziyayeva
Mecbur (Remix)
MegaBeatsZ
Cavanlığım Getdi Elimden Remix v2 ( ft. Perviz, Reşad )
- Весь топ 100
- Подборки
- Артисты
- Узбекские песни
- Русские песни
- Зарубежные песни
- Клубные музыки
- Турецкие песни
- Азербайджанские песни
- Казахские песни
- Таджикские песни
- Иранские песни
- Индийские песни
- Минусовки песни
- Flac песни
- en.Topmp3.net
- Kinotv.film
- music.TopMP3.net
- Moretv.live
TopMP3 .net
TopMP3.net – Скачать самые свежие новинки хиты 2023 года в mp3
На нашем музыкальном сайте Topmp3.net вы можете скачать и онлайн слушать новинки Хитовые музыки и популярные песни 2023 года бесплатно в формате mp3. Сборники хороших треков, собранных со вкусом каждый день. .
Рекомендуем добавить сайт в закладки, чтобы не потерять Ctrl-D.
По всем вопросам и сотрудничества пишите на (почту): admin@topmp3.net
© Все права категорически защищены, 2020-2023.
Comments are closed, but trackbacks and pingbacks are open.