Press "Enter" to skip to content

Azərbaycan Milli Elmlər Akademiyası

Dilşad xanımın yaxın rəfiqələrindən biri, 1928-32-ci illərdə İstanbulda qızlar litseyində Dilşad xanımla bir yerdə oxumuş Fövziyyə xanım Dilşad xanım haqqındakı xatirələrinin birində yazır: “Bir dəfə Ankarada bizdə olarkən (4 avqust 1977-ci il) Dilşad xanım məndən qələm-kağız istədi və mənə bir şeir bağışlayacağına söz verdi. Mən ona mane olmamaq üçün dinmədim. O isə xeyli yazdıqdan sonra şeiri mənə verdi. Sonra məlum oldu ki, “Bayrağım enərkən” adlanan bu şeiri Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmmməd Əmin Rəsulzadənin əmisi qızı Ümmügülsüm Rəsulzadə (Sadıqzadə) yazıb. Həmin şeir indiyə kimi heç yerdə nəşr olunmayıb. Dilşad xanım bu şeiri Ümmügülsüm xanımda əlyazma şəklində olarkən əzbərləyib, uzun illər hafizəsində saxlayıb və indi də kağıza köçürüb mənə hədiyyə verir”.
Fövziyyə xanım Dilşad xanım Elbrusun güclü hafizəsi qarşısında heyrətə düşdüyünü söyləyir və həmin şeiri mətbuatda çap etdirməyə söz verir.

BDU-da nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində beynəlxalq seminar öz işinə başlayıb (FOTO)

Tədbir Azərbaycan Milli Elmlər Akademiyası, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və Bakı Dövlət Univesitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Trend-i buradan izləyin

Bakı Dövlət Universitetində “Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) ilə Azərbaycan arasında nüvə fizikası, elementar zərrəciklər fizikası və zərrəcik detektorları sahəsində əməkdaşlığın üfüqləri” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyası, Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və Bakı Dövlət Univesitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Dünya şöhrətli alim, ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roald Saqdeyevin sədrliyi ilə keçirilən seminarı AMEA Fizika-Riyaziyyat Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov açaraq onun Fizika elminə verəcəyi töhfəsi barədə danışıb və ölkələr arasında elmi sahədə əlaqələrin inkişaf etdirilməsində geniş rola malik olduğunu bildirib.

BDU-nun rektoru Elçin Babayev Azərbaycan, Almaniya, Rusiya Federasiyası, Çex Res­pub­likası, Polşanın nüfuzlu alimlərinin, tanınmış mütəxəs­sis­ləri­nin iş­tirakı ilə keçirilən, nüvə və elementar zərrəciklər fizikası ilə bağlı aparıcı mütəxəssisləri bir araya gətirən seminarın əhəmiyyətini qeyd edərək onun işinə uğurlar arzulayıb, BDU-nun əməkdaşlığa töhfə verəcəyini qeyd edib.

Sonra akademik Roald Saqdeev, Antiproton və ion tədqiqatı mərkəzinin (FAIR) elmi direktoru və İdarə Heyətinin sədri Paolo Gubellino (Almaniya), Praqadakı Çex Texniki Universitetinin nəzdindəki Eksperimental və tətbiqi fizika İnstitutunun direktoru İvan Stekl mövzu ətrafında çıxış ediblər.

Tədbirdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktor müavini Mixail İtkis, həmin institutun nəzdindəki Yüksək enerji fizikası laboratoriyasının direktor müavini Aleksandr Vodopiyanov, Eksperimental və tətbiqi fizika İnstitutunun direktoru İvan Steklin mövzu ilə bağlı məruzələri dinlənilib.

Sonra Bakı Dövlət Universiteti ilə Çex Texniki Universitetinin nəzdindəki Eksperimental və tətbiqi fizika İnstitutu arasında əməkdaşlıq haqqında Protokol imzalanıb.

Tədbir ADA Universitetində “Nüvə və Yüksək enerji fizikası 21-ci əsrdə hara gedir?” mövzusunda dəyirmi masa ilə davam etdiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyası

1970-ci ildən 1983-cü ilədək Azərbaycan Elmlər Akademiyasının prezidenti.
1955-ci il – AEA-nın müxbir üzvü, 1967-ci il – AEA-nın akademiki.
1968-1970-ci illər – AEA-nın Fizika və Riyaziyyat bölməsinin akademik-katibi.
1970-ci ildən – SSRİ və Rusiya Elmlər Akademiyasının müxbir üzvü.
1957-ci ildən – AEA-nın Riyaziyyat və Fizika ETİ-nun direktoru.
1957-1993-ci illər – Fizika Elmi-Tədqiqat İnstitutun banisi və əvəzsiz direktoru.
1968-1993-ci illər – SSRİ EA-nın Ümumi Fizika və Astronomiya bölməsinin, SSRİ EA Prezidiumunun “Yarımkeçiricilərin fizika və kimyası” elmi şurasının üzvü; SSRİ Ali Attestasiya Komissiyasının (AAK) üzvü.
1970-1984-ci illərdə – 4 dəfə SSRİ və Azərbaycan Ali Sovetinin deputatı.

Akademik H.Abdullayev – ümumdünyəvi fizika elminin əsas simalarından biridir ( prof. Lutfi Zade , Berkli Universiteti , ABŞ).

H.Abdullayev A.F.İoffe adına Texniki Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. A.F.İoffenin şagirdi və silahdaşı olaraq Abdullayev TFİ-da işləyən görkəmli alimlər arasında özünə məxsus ləyaqətli yer tutur. Dərin biliyə və böyük erudisiyaya malik olan H.Abdullayevin fəaliyyətinə məxsus olmuş önəmli xarakter -onun elmi tədqiqatlarının mühüm praktiki məsələlərin həlli ilə əlaqələndirilməsi idi. H.Abdullayevin elmi fəaliyyətinin əsas istiqaməti – mühüm şərtlər daxilində aşqarların, güclü maqnit və elektrik sahələrinin, yüksək təzyiqin, aşağı və ifrataşağı temperaturların birgə təsiri ilə yarımkeçirici maddələrin geniş əhatəsinin yaradılması və tədqiqi idi. O dünya elmini müxtəlif elmi nəaliyyətləri ilə zənginləşdirmişdir. (Jores Alferov, Nobel Mükafatı laureatı).

Akademik Abdullayev – Azərbaycanda yarımkeçiricilər fizikası məktəbinin banisidir. Azərbaycan dilində ilk elmi kitabın müəllifidir (1952).

H.Abdullayev selenin bioloji proseslərdə, selen və tellurun mürəkkəb birləşmələri əsasında yaradılmış yarımkeçirici cihazlar fizikasında rolunutədqiq etmiş və mühüm elmi nəticələrə nail olmuşdur. İlk dəfə olaraq Selenin spesifik xüsusiyyətlərini, elementin xassələrinin idarə yollarını tapmış və izah etmiş, eləcə də onların əsasında bir sıra cihazlar yaratmışdır. Mürəkkəb yarımkeçiricilərin yeni sinfini, Se və Te-un ikiqat və üçqat birləşmələrinin yeni qruplarını kəşf etmiş, elektrik yaddaşı ilə idarə olunan diodları və spektrin görünən və infraqırmızı oblastlarında qəbuledici kimi tətbiq olunan mürəkkəb yarımkeçiricilər təklif etmişdir.

Bilavasitə onun rəhbərliyi altında lazerlər və yaddaş elementləri üçün mürəkkəb kimyəvi tərkibə malik yarımkeçirici monokristalların alınması üzrə böyük kompleks işlər həyata keçirilmiş və ilk dəfə olaraq, mikroelektronika və lazer texnikası üçün perspektiv olan, əvvəllər məlum olmayan üçqat və dördqat izotrop yarımkeçirici birləşmələr qrupu alınmışdır, çeviricilərin müxtəlif növləri, yeni fiziki prinsiplər üzrə işləyən, elektrik yaddaşını uzun müddət qoruyan çevirici cihazlar, kvant generatorları, şüalanma qəbulediciləri və s. yaradılmışdır.

Akademik H.Abdullayev elmin misilsiz təşkilatçılarından idi. Azərbaycanda elmi ictimaiyyətin təşəkkülündə onun rolu olduqca böyükdür. O öncədən bilirdi ki, elm – gələcəyin zəmanətçisidir və bunun naminə də yaşadı.

H.Abdullayevin təşəbbüsü və bilavasitə iştirakı ilə 1957-ci ildə Fizika İnstitutu SSRİ-də yarımkeçirici materialların tədqiqinə və tibbi termoelektrik qurğuların əlaqələndirilməsinə, sintetik naften turşularının və maqnit yarımkeçiricilərin problemlərinin işlənib hazırlanmasına görə əsas təşkilat təsdiq olundu.

1947-ci ildən ilk dəfə olaraq Bakıda fizika üzrə ümumşəhər seminarlarını təşkil etmişdir və sonradan bu seminarlar “Abdullayev seminarları” adını almışdır.

O, 17 monoqrafiyanın, 1000-dən çox elmi məqalənin, 700 yaxın SSRİ şəhadətnaməli ixtiranın, 40 ədəd ABŞ, Fransa, Almaniya, İngiltərə və d. xarici patentin müəllifi, 200-dən çox doktorluq və namizədlik dissertasiyasının rəhbəri olmuşdur.

Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə H.Abdullayev Azərbaycan elminin yüksəlişi və dünya arenasına çıxmasına yönəlmiş tələblərinə son dərəcə həssaslıqla yanaşmış,yüksək təşkilatçılıq və təşəbbüskarlıq göstərmişdir.

H.Abdullayevin təşəbbüsü və rəhbərliyi altında yaradılmışdır:

Nüvə fizikası sahəsində ilk azərbaycanlı qadın alim

Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan və sovet hakimiyyəti qurulduqdan sonra dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılardan biri də Dilşad xanım Elbrus Talıbxan olmuşdur. Dilşad xanım Türkiyənin İzmir şəhərində Egey Universitetində işləmiş, nüvə fizikası sahəsində ilk elmlər doktoru olmuş azərbaycanlı qadın, professordur. Dilşad xanım kiçik yaşda ayrıldığı Azərbaycana hədsiz bağlıydı. Vətəninin sovet hakimiyyəti altında olmasını heç vaxt qəbul edə bilmədi.

Dilşad xanım 1916-cı ildə may ayının 31-də Qarabağ quberniyasında Qarabağ xanlarının nəslindən olan Talıb xanın ailəsində dünyaya göz açmışdı. Onun atası Talıbxan bəy Talıbxanbəyov çar dövründə və Cümhuriyyət illərində Şamaxıda, Qubada və başqa yerlərdə polis rəisi kimi mühüm vəzifələrdə çalışıb. Kommunistlər hakimiyyət başına gəldikdən sonra onu öldürdülər, bütün mallarını və əmlakını isə müsadirə etdilər. Bundan sonra anası Xeyrənnisa xanım, bacıları Qəmər xanım və Sürəyya xanım dayısı Hüseyn Camal Yanar bəy (Hüseyn bəy Mirzəcamalov) tərəfindən 1920-ci ildə Türkiyəyə gətirilərək İstanbulda yerləşdirildilər.

Ailə İstanbulda məskunlaşdıqdan sonra Dilşad xanım əvvəlcə qızlar litseyinə daxil olmuşdur. O, 1931-ci ildə İstanbul Qız Litseyindən məzun olduqdan sonra girdiyi İstanbul Universitetinin fizika-kimya bölümünü 1934-cü ildə bitirmişdir. Dilşad xanım 1934-cü ildə bitirdiyi fakültənin Təcrübi Fizika İnstitutunda assistent kimi işə başlamış, 1949-da dissertasiya müdafiə etmişdir, 1954-cü ildə dosent adını almışdı. 1957-ci ilin noyabrında İzmirdə Egey Universitetinə dəyişdirilmiş, 1961-ci ildən həmin universitetin professoru olmuşdur. Dilşad xanımın 2 kitabı, 6 elmi məqaləsi çap olunub.
Dilşad xanım nüvə fizikası sahəsində dərin elmi axtarışlar aparmış və bu sahədə Türkiyədə və Avropada tanınmış mütəxəssis olmuşdur. Seçdiyi ixtisasın xarakteri onun Almaniya, İngiltərə və Amerikada uzunmüddətli elmi-tədqiqat işləri aparmasını zəruri etmişdir. Bu səbəbdən o, alman, ingilis, fransız dillərini mükəmməl öyrənmişdir. Uzun müddət xarici ölkələrdə elmi-tədqiqat işlərilə məşğul olmasına baxmayaraq, Dilşad xanım Türk-Azərbaycan dilinin bütün incəliklərini ömrü boyu unutmamışdır.

Qardaş ölkədə keçən böyük bir ömür

Dilşad xanım 1977-ci ildə Egey universitetindən təqaüdə çıxmış, sonra İzmirdən İstanbula gələrək ömrünün sonuna kimi Bağdad prospektindəki evində yaşamışdır. O, ailə həyatı qurmamışdır. Böyük bacısı Sürəyya xanımın oğlu Can Odoğlunu öz övladı kimi saxlamış və mehrini ona salmışdır. 1979-cu il aprel ayının 11-də uzun sürən ağır xəstəlikdən sonra vəfat etmiş və İstanbulun Əhməd Qaraca qəbiristanlığında dayısı Hüseyn Kamal Yanar bəyin (o, da 1974-cü ildə vəfat etmişdir) qəbrinin yanında dəfn olunmuşdur. Həmin vaxt Türkiyə qəzetlərində belə bir kədərli xəbər dərc edilmişdir: “Dərin hüznlə bildiririk ki, nüvə fizikası sahəsində çoxlu tədqiqat əsərinin və elmi kəşflərin müəllifi, Egey Universitetinin professoru, elmlər doktoru Dilşad xanım Elbrus Talıb xan vəfat etmişdir”.

Dilşad xanım ömür boyu vətən həsrətilə alışıb-yanmış, elmi simpozium və konfranslarda olarkən nümayəndələr arasında Azərbaycan alimlərini axtarmış və həmişə öz yurddaşları ilə əlaqə saxlamağa çalışmışdır. Dilşad xanım onu da bilirdi ki, totalitar bir rejimin hökm sürdüyü Sovetlər birliyində onun Azərbaycana yolu həmişəlik bağlanmışdır.
Dilşad xanım Azərbaycan Demokratik Cümhuriyyətinin 1920-ci il 27 aprel süqutunu və Azərbaycanın öz müstəqilliyini itirməsini ömrü boyu acı xatirələr kimi yada salıb kədərlənmişdir. Buna görə də həmişə 27 apreli Azərbaycan Demokratik Respublikasının matəm günü kimi qeyd edirdi. Dilşad xanım Oksfordda yaşayarkən Türkiyədəki yurddaşlarına yazdığı 1955-ci il 24 aprel tarixli məktubunda Azərbaycanın öz müstəqilliyini itirməsinin 35 illiyi münasibətilə öz kədərini aşağıdakı kimi bildirmişdir: “Əziz Azərbaycanımızın, vəhşi bir istilaya uğradığı günün ildönümünü dərin bir ələmlə anaraq, içdən bir ürək ağrısı duymaqdayam. Sizlərdən çox uzaqda olmama rəğmən, qəlbimin sizlərlə bərabər bu böyük matəmimizin kədərini duymaqda olduğunu bu sətirlərlə bilirtmək istədim. Tanrım bu vəhşi istilanın daha fəzlə davam etməsini rəva görməyərək, əziz yurdumuzu ən yaxın gələcəkdə istiqlala qovuşdursun!”

Yazıq səni, bayrağım, endirdilər, öyləmi?

Dilşad xanımın yaxın rəfiqələrindən biri, 1928-32-ci illərdə İstanbulda qızlar litseyində Dilşad xanımla bir yerdə oxumuş Fövziyyə xanım Dilşad xanım haqqındakı xatirələrinin birində yazır: “Bir dəfə Ankarada bizdə olarkən (4 avqust 1977-ci il) Dilşad xanım məndən qələm-kağız istədi və mənə bir şeir bağışlayacağına söz verdi. Mən ona mane olmamaq üçün dinmədim. O isə xeyli yazdıqdan sonra şeiri mənə verdi. Sonra məlum oldu ki, “Bayrağım enərkən” adlanan bu şeiri Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmmməd Əmin Rəsulzadənin əmisi qızı Ümmügülsüm Rəsulzadə (Sadıqzadə) yazıb. Həmin şeir indiyə kimi heç yerdə nəşr olunmayıb. Dilşad xanım bu şeiri Ümmügülsüm xanımda əlyazma şəklində olarkən əzbərləyib, uzun illər hafizəsində saxlayıb və indi də kağıza köçürüb mənə hədiyyə verir”.
Fövziyyə xanım Dilşad xanım Elbrusun güclü hafizəsi qarşısında heyrətə düşdüyünü söyləyir və həmin şeiri mətbuatda çap etdirməyə söz verir.

Yazıq səni, bayrağım, endirdilər, öyləmi?
Səni yazıb devirən o zəhərli ruzigar,
O haqq deyən haqsızlar, vəhşilər, tanrısızlar,
Yanar ocağımı da söndürdülər, öyləmi?
Bir röyamı oldu o gördüklərim hamısı?
Bağlandımı üzümə Türk elinin qapısı?

Fövziyyə Tansel yazır ki, Dilşad xanım nüvə fizikası sahəsində görkəmli mütəxəssis olmaqla bərabər, həm də Azərbaycan ədəbiyyatının, xalq musiqisinin və folklorunun gözəl bilicisi imiş. Fövziyyə xanım xatirələrində qeyd edir: “Biz litseydə oxuyarkən Dilşad xanım 20-ci illərdə Azərbaycanda, xüsusən Qarabağda baş verən hadisələrdən, qaçqınların acınacaqlı vəziyyətindən danışarkən bizim gözlərimiz yaşarır və ona təskinlik verərdik. Rəfiqələr bir yerə toplaşanda Dilşad xanım qəmli Azərbaycan mahnıları oxuyub bizi də kövrəldərdi. “
Vəfatından sonra prof. dr. Dilşad Talıbxan Elbrus haqqında Azərbaycan Kültür Dərgisində Fevziyyə Abdullah Tansel gözəl bir yazı nəşr etdirib. O, yaxın rəfiqəsini və dostunu Azərbaycan xalq ədəbiyyatını, folklorunu, teatr əsərlərini, opera və operettalarını çox gözəl bilən, gözəl piano çalan, şirin səsilə Azərbaycan mahnı və türkülərini, segah və bayatılarını üsuluna uyğun olaraq xoş tərənnüm edən, dindar və etiqadı tam kamil bir insan olaraq tanıdıb.

“Azadlıq” qəzeti

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Comments are closed, but trackbacks and pingbacks are open.