Press "Enter" to skip to content

Nüv silahı

Alimlər uzun müddətdir ki, çoxsaylı nüvə sınaqlarının insan sağlamlığına təsirini araşdırır. Hələ 1961-ci ildə həkim Luiza Reys tərəfindən aparılan araşdırma göstərib ki, nüvə sınaqlarının birinci sriyasından sonra ABŞ-da doğulan uşaqların orqanizmində stronsium-90-radioaktiv izotopunun səviyyəsi yüksək idi. Bu da xərçəng hüceyrələrinin yaranmasına səbəb olur. Məhz bu tədqiqat nüvə sınaqlarının qismən dayandırılması haqqında beynəlxalq müqavilənin meydana gəlməsinə səbəb olur.

Nüvə silahı haqqında qandonduran faktlar (Foto)

Son zamanlar dünyanın bir çox ərazilərində nüvə silahının tətbiqi təhlükəsi gündəmdədir. Bu təhlükəli silahın hansı səbəblərə görə uzun müddət istifadəsinə qadağa qoyulmalıdır? Faktları sizə təqdim edirik.

Nüvə silahı xərçəng xəstəliyinin artımına səbəb olur.

Alimlər uzun müddətdir ki, çoxsaylı nüvə sınaqlarının insan sağlamlığına təsirini araşdırır. Hələ 1961-ci ildə həkim Luiza Reys tərəfindən aparılan araşdırma göstərib ki, nüvə sınaqlarının birinci sriyasından sonra ABŞ-da doğulan uşaqların orqanizmində stronsium-90-radioaktiv izotopunun səviyyəsi yüksək idi. Bu da xərçəng hüceyrələrinin yaranmasına səbəb olur. Məhz bu tədqiqat nüvə sınaqlarının qismən dayandırılması haqqında beynəlxalq müqavilənin meydana gəlməsinə səbəb olur.

Müasir günümüzdə bir çox mütəxəssislər güman edirlər ki, qalxanvari vəzinin xərçənginin yaılmasına səbəb nüvə sınaqlarıdır. 6 000-ə yaxın günahsız insan bunun qurbanı olub.

Nüvə sınaqlarını Ayda keçirmək istəyiblər

Bir vaxtlar SSRİ və ABŞ nüvə sınaqlarının Ayda keçirilməsini planlaşdırıblar. Bu təkcə dövlətlərin supergücünü deyil, həm də nüvə partlayışının havasız şəraitdə necə baş verməsini göstərməli idi. Yekunda, xoşbəxtlikdən, hər iki ölkə bu proqramlardan imtina edib. Ən başlıca səbəb isə bu təcrübənin çox bahalı olmasıdır. Bundan başqa, Ay həmişəlik radiasiyaya yoluxdurulacaqdı.

“Çar-bomba” – Yerdə partladılmış ən güclü nüvə bombası

“Çar-bomba” 1961-ci il, oktyabrın 30-da SSRİ tərəfindən Yeni torpaqda partladılmışdır. Partlayış yükünün gücü 57000 kiloton təşkil edirdi. Müqayisə üçün bildirək ki, Naqasakiyə atılmış nüvə bombası 22 kilotonda gücə malik idi. Partlayışdan sonra nüvə göbələyi 64 kilometr hündürlüyə qalxmışdı. Alimlərin hesablamaları görə, bu partlayış yer oxunun tərpənməsinə səbəb olmuşdu.

Partlayışın gücü təşkilatçıları elə qorxutmuşdu ki, onlar 100 min kilotonluq nüvə silahının sınağından imtina etmişdilər. Bu partlayışa planet dözə bilməzdi.

Yer kürəsində təxminən 15 min-dən çox nüvə yükü saxlanılır

Mütəxəssislərin hesablamalarına görə Rusiyada 7300, ABŞ-da 6970, Fransada 300, Çində 260, B.Britaniyada 215, Hindistanda və Pakistanda – 120 , Şimali Koreyada onlarla, İsraildə qeyri-rəsmi məlumatlara görə 80 nüvə silahı var.

Nüvə silahı ilə baş verən təhlükəli hadisələr

1961-ci ildə iki nüvə silahlı ilə yüklü B52 bombardmançısı havada olan zaman sıradan çıxır. Nəticədə 3-4 min kilotonluq 2 nüvə bombası yerə düşür. Xoşbəxtlikdən, onlar işə düşmür.

1968-ci ildə daha bir B52, 4 nüvə silahı ilə birlikdə Qrenlandiyanın sahillərində qəzaya düşür. Jurnalistlər iddia edirdilər ki,bombalardan biri hələ də tapılmayıb.

Həyəcan siqnalının səbəbkarı- Ayı

ABŞ və SSRİ tarixində bir neçə dəfə rəqibinə təsadüfən nüvə zərbəsi endirə bilərdi və ya rəqibin nüvə zərbəsi barədə səhvən siqnal alınıb. Səhv siqnala baxmayaraq, soyuqqanlı və təcrübəli zabitlər texniki azaslığa görə cavab zərbəsi endirməyiblər.

1962-ci ildə ABŞ-ın təyyarə bazasının direktoru uçuş zolağına şəxsi maşını ilə yollanaraq bombardmançıların havaya qalxmasının qarşısını alıb. Məlum olub ki, həyəcan siqnalının işə düşməsinə səbəb təyyarə bazasının hasarına çıxan ayı olub.

Təkcə nüvə yüklü bir təyyarə bəşəriyyətin məhvinə səbəb ola bilər

Müasir günümüzdə ABŞ-ın B2 “stels” bombardmançısı 16 ədəd В83 nüvə raketini daşıya bilər. Həmin raketlərdən biri Naqasakiyə tullanılmış bombadan 75 dəfə güclüdür.

Daha bir qorxulu fakt – sualtı gəmi 154 belə raket götürmək gücündədir.

Nüvə bombasının hazırlanması sxemi ilə hər kəs tanış ola bilər

Bu fotonu rahatlıqla internetdə tapmaq mümkündür. Nüvə silahını istənilən vətəndaş internetdə topladığı məlumat əsasında hazırlaya bilər. Lakin bir məsələ var – bunun üçün nüvə yükü lazımdı.

AzNews.az

Nüv silahı

Məlum olduğu kimi, Rusiya-Ukrayna münaqişəsinin son həftələrdəki seyri vəziyyətin bütün dünyanı narahat edəcək hala gəlməsinə səbəb olub. Xüsusilə də, Kreml rəsmilərinin Rusiyanın ərazi bütövlüyünə təhlükə yaranacağı təqdirdə, nüvə silahından da istifadə etmələrinin mümkünlüyünü elan etmələri narahatlığı daha da artırıb.

Bundan əlavə, rus ordusunun nəzarətində olan Ukrayna ərazilərində Rusiyaya birləşmək üçün keçirilən referndumlardan da “bəli” cavabı çıxdı.

Bu isə Kremlin təsdiqindən sonra həmin bölgələrin də Rusiya torpaqları kimi qəbul olunacağı deməkdir. Yəni, Ukrayna öz torpaqlarını işğaldan azad etmək üçün həmin ərazilərdə əməliyyatlara başlasa bu, Moskva tərəfindən Rusiya ərazilərinə müdaxilə kimi qəbul edilə bilər ki, nəticə taktiki nüvə silahından istifadə ola bilər.

​​​​​​​Bəs, taktiki nüvə silahı nədir?

Taktiki nüvə silahları (TNS) döyüş meydanında istifadə etmək və ya məhdud nüvə zərbəsi endirmək üçün çatdırılma vasitələri ilə birlikdə kiçik nüvə silahlarıdır. Bu tip silahlar böyük əraziləri çirkləndirmədən, seçilən hədəfi məhv etmək üçün istifadə olunur.

Taktiki nüvə silahlarının gücü 1 kilotondan 100 kilotonadək ola bilir. Müqayisə üçün qeyd edək ki, 1945-ci ildə Xirosimaya atılan atom bombasının gücü 15 kilotona bərabər olub.

Bu tip silahların strateji nüvə silahından (SNS) fərqi də sırf təsir gücünün daha zəif olmasından irəli gəlir. SNS-lərin gücü 1000 kilotona qədər olur ki, bunlar minlərlə kilometr məsafədə, böyük əraziləri məhv etmək üçün istifadə olunur.

Taktiki nüvə başlıqları qanadlı və ya taktiki raketlər, habelə artilleriya mərmiləri kimi adi döyüş vasitələrinə yerləşdirilə bilər. TNS üçün təyyarə və ya gəmilərdən də istifadə edilə bilər. Belə döyüş başlıqları raketlərə, torpedalara və ya dərinlik bombalarına quraşdırılır.

Xarici mənbələrin məlumatına görə, Rusiyanın 2000-ə yaxın taktiki nüvə silahı var.

Taktiki nüvə silahının istifadə olunacağı yerlərlə bağlı isə müxtəlif iddialar ortaya atılıb. Belə ki, iki əsas ehtimal üzərində daha çox müzakirələr gedir. Bunlardan birincisi, Qara dənizdə yerləşən İlan adası, ikincisi isə Lvov yaxınlığında yerləşən hərbi bazadır.

Lakin Rusiyanın bu təhdidlərinə qarşı dünya miqyasında hazrılıqlar da görülür. Artıq ABŞ da daxil olmaqla bir sıra ölkələrin səfirlikləri vətəndaşlarını Rusiyanı tərk etməyə çağırırlar. Avropa ölkələrində isə kütləvi olaraq yod həblərinin alınmasına başlanıb.

Fransa daxil olmaqla bir sıra ölkələr isə bu həblərdən Ukraynaya göndərirlər.

Digər tərəfdən, ABŞ və Böyük Britaniya rəsmiləri Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə, cavab tədbirləri görəcəklərini açıqlayıblar. Belə ki, onlar sözügedən ssenari baş verərsə, Rusiyanın Qara dəniz donanmasını məhv edəcəklərini bildiriblər.

Eyni zamanda bir neçə gün öncə Amerika qitələrarası ballistik raketlərin, o cümlədən nüvə raketlərinin uçuşlarını izləyən unikal “RC-135S Cobra Ball” kəşfiyyat təyyarələrini səmaya qaldırıb. Bu təyyarələrdən nüvə silahlarına nəzarət üçün istifadə olunur.
Göründüyü kimi, dünya Karib böhranından 60 il sonra yenidən nüvə müharibəsinin astanasına qədər gəlib. Bu dəfə nəticənin Kubadakı, yaxud Xirosimadakı kimi olacağı isə heç kimə agah deyil. Hər şey Kremldən çıxacaq qərara bağlıdır. Qərbin nüvə hücumuna oxşar cavabı verəcəyi də bəlli deyil. Bir sözlə, nəticənin nə olacağını zaman göstərəcək.

Murad Əhmədov, Bizim.Media

“İSTƏYİRLƏR Kİ, RUSİYA NÜVƏ SİLAHI TƏTBİQ ETSİN. ” – “ABŞ istəsə, İranı da Azərbaycanın üstünə salacaq”

– Qüdrət bəy, bəzi siyasi ekspertlər, deputatlar, siyasilər bəyan edirlər ki, 13 oktyabrda Ermənistanın təxribatlarına Azərbaycan Silahlı Qüvvələrinin sərt cavabı həm də Ermənistanı sülhəməcburetmə məqsədi daşıyır. Belə bir fikir də irəli sürülür ki, sülhəməcburetmə bir termin kimi Rusiya 2008-ci ildə Gürcüstana qoşun yeridərkən öz hərəkətlərinə haqq qazandırmaq üçün siyasi leksikona gətirilib və bu, totalitar siyasi rejimlərin olduğu ölkələrə xas olan davranışdır. Hər iki məsələyə münasibət bildirmənizi istərdik.

– Mən özüm dəfələrlə bəyan etmişəm ki, Ermənistanı sülhə məcbur etməliyik. Əks halda heç kim Ermənistana təzyiq etməyəcək ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın, Zəngəzur dəhlizinin açılmasına razılıq versin və Azərbaycanın daxili işlərinə qarışmasın. BMT TŞ-nın qətnamələrini 27 il icra etməyən Ermənistan indi də 10 noyabr 2020-ci ildə imzalanmış “Atəşkəs haqqında Birgə Bəyannamə”nin şərtlərini yerinə yetirmir, işğalçılıq siyasətini davam etdirmək üçün əlverişli beynəlxalq vəziyyət yaranana qədər münaqişəni dondurmağa və himəyadarlarının köməyi ilə bizi mənasız danışıqlara bizi cəlb etmək istəyir. Biz bu problemi gələcək nəsillərə saxlamamalıyıq. Hər bir erməni və onların himayədarları başa düşməlidir ki, Ermənistan sülh sazişini imzalamadığı və öz öhdəliklərini yerinə yetirmədikcə, rahat və təhlükəsiz yaşaya bilməyəcəklər.

Sülhəməcburetmə BMT-nin Sülhməramlı Əməliyyatlar Missiyasının 3 fəaliyyət istiqamətindən biridir. BMT 1948-ci ildən bu işlə məşğuldur. Xatırlatdığınız 2008 -ci ildə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamenti “BMT-nin Sülhməramlı Əməliyyatlarının əsas istiqamətləri və prinsipləri” adlı rəsmi sənəd dərc edib. Həmin sənədin ikinci fəslində deyilir ki, BMT sülhməramlıları 3 istiqamət üzrə fəaliyyət göstərir. Birinci istiqamət “sülhüqoruma”(peacekeeping), yəni döyüşün dayandırılması barədə kövrək razılaşmanı təmin etmək üçün münaqişə tərəfləri arasına sülhməramlı qüvvənin yerləşdirilməsi, İkinci istiqamət, sülhəməcburetmə (peace enforcement) yəni güc tətbiqi hədəsi ilə, yaxud güc tətbiq etməklə sülhü təmin etmə. Üçüncü istiqamət, sülhyaratma (peacebuilding), davamlı sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləmək, dövlətlərin öz əsas funksiyalarını yerinə yetirə bilmələrinə kömək etmək. Hər kəs bu terminlərin hansı məna daşıdığını və sülhməramlı fəaliyyətin istiqamətləri barədə qeyd etdiyim sənəddən öyrənə bilər. Bir də ki, kapitulyasiya sözünün mənasını bilməyənlər bunu hardan bilsin.

– Son günlər Qərb ölkələrində Rusiyanın Ukraynada taktiki nüvə silahı tətbiq edə biləcəyi haqda daha tez-tez danışmağa başlayıblar. Siz necə düşünürsünüz, bu mümkündürmü?

– Rusiya Ukrayna ilə sərhədə qoşun toplayanda düşünürdüm ki, bu, Ukraynaya təzyiq üçün edilir. Rusiyanın belə bir qanlı qardaş savaşına girəcəyini gözləmirdim. Onda da Qərb ölkələri, xüsusilə ABŞ Rusiyanın Ukraynaya hücum edəcəyini söyləyirdi və bu baş verdi. O zaman Zelenski yalvarırdı ki, siz deyirsiniz savaş olacaq, buna görə bütün investorlar ölkədədn qaçır, o qədər də yaxşı olmayan iqtisadiyyatımız daha da çökür. Biz onsuz da bütün mümkün imkanlarımızı səfərbər etmişik. Rusiya bizə hücum edəcəyi halda hansı köməyi göstərəcəyinizi deyin, silah verin, Rusiyaya hansı sanksiyalar tətbiq edəcəyinizi bəyan edin ki, o da götür-qoy etsin, müharibəyə başlamağa dəyər, ya yox. O zaman onlar Ukraynanın ziyanına olan və Rusiyanı şirnikləndirə biləcək bir mövqe ortaya qoydular ki, “biz müharibəyə qoşulmayacağıq, eyni zamanda Rusiyanın təhlükəsizliklə bağlı qaldırdığı heç bir təklifi də qəbul etməyəyəcəyik. Sanksiyaların dairəsini isə müharibə başlayandan sonra elan edə bilərik”. Rusiya da fikirləşdi ki, yəqin 2014-cü ildə Krımı aldıqları zaman olduğu kimi sanksiya tətbiq olunacaq, sonra da Fransa və digərləri Rusiyaya müasir silah istehsalı üçün 360 milyon dollarlıq texnologiya satacaq.

İndi də Bayden başda olmaqla heç kim Rusiya nüvə silahı tətbiq edəcəyi halda ona necə cavab veriləcəyinə dair açıq mövqe nümayiş etdirmir. Görünür, istəyirlər ki, Rusiya müharibəyə başladığı kimi, nüvə silahı da tətbiq etsin. Bu barədə geninə-boluna danışmaqla həm beynəlxalq, həm Rusiya ictimaiyyətini buna hazırlayırlar, həm Rusiya rəhbərliyində psixoz vəziyyət yaratmaqla onu buna təhrik etmək istəyirlər. Ona görə qarşıda nə olacağını yalnız Allah bilir.

– Pelosinin Ermənistana səfəri barədə nə deyə bilərsiniz?

– ABŞ Azərbaycanla bir çox istiqamətlərdə əməkdaşlıq edir, amma məsələ Ermənistanın işğalına gələndə həmişə separatizmi dəstəkləyib, Ermənistana dəstək verib. Bu da ABŞ-dakı erməni lobbisi və xristian təəssübkeşliyi ilə bağlıdır. Siz bəzi qeyrətsiz və riyakar müsəlman ölkələrinə baxmayın. Biz haqlı olsaq da, onlar nə bizi, nə beynəlxalq hüququ müdafiə etmir. Pelosi Paşinyana siyasi dəstək verəcək və qulağına pıçıladayacaq ki, qorxma və Zəngəzur dəhlizinin açılmasına imkan vermə. Deyəcək ki, İran bilir ki, İsraili ona qarşı sərt addımlardan ABŞ saxlayır, ona görə ABŞ istəsə, İranı da Azərbaycanın üstünə salacaq. Buna sanksiyaları bir az yumşaltmağı vəd etməklə də nail ola bilər. Pelosi Ermənistana heç zaman deməyəcək ki, öhdəliklərini yerinə yetir, sülh sazişi imzala, çünki o, həm də ABŞ-ın təhlükəsiz yerdə oturub qan istəyən erməni vətəndaşlarından səs almaq üçün İrəvana gəlir. İmkanı olsaydı, ABŞ-a sığınmış bizim millətdən olan bəzi jurnalistlərin arzusunu çin edib, Xankəndinə də gedərdi.

Qarabağ məsələsində nə Fransadan, nə də ABŞ-dan ədalətli mövqe görməmişik və bundan sonra da gözləməməliyik. Nə də bu dövlətlərin sığınacağında yaşayan, yaxud onların əlinə baxan, gecə-gündüz öz ölkəsini söyən şəxslərin ermənipərəst açıqlamalarından təəccüblənməməliyik. Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, amma Şuşaya (sanki Şuşa Azərbaycan ərazisi deyil) getmirəm deyən ölkədən nə gözləməliyik ki?

Şərhlər

Abdulla 2022-09-20 00:16:38

Bu insan niyə başından yekə məsələlərə qarışır?

esger 2022-09-19 11:48:08

Ermənistanın təxribatlarına Azərbaycan Silahlı Qüvvələrinin sərt cavabı həm də Ermənistanı sülhəməcburetmə məqsədi daşıyır.

Roman 2022-09-19 11:46:26

Bunu deutat yazanın başına daş düşsün.Bir ağıllı adam tapılmırdı? . doldurublar MM-ə.Onlardan biri də Nəsirovdur.Nə ağlı var.nə normal düşüncəsi. Bura,yəni Milli Məclis bu halda nəyə gərəkdir?

Naxçivanlı Azər 2022-09-19 10:53:43

Cənab Q.HəsənQULUyev, Ağ ev-Kreml bölüşmələri olub, var və olacaq da? Hələ H.Əliyev və B.Yeltsinin iştirak etdikləri (Budapeşt, ya Madrid) sammitdə ABŞ prezidenti təklif etdi ki, Rusiya yazın olduğu üçün BMT TŞnın qətnaməsini birgə icra edin? Təki, bizə-Azərbaycana toxunmasınlar, qalanlarıyla nə işimiz?

Musa Musayev 2022-09-19 06:27:26

Qüdrət Rusun adamıdır

Eli-tə 2022-09-18 22:38:56

Bu adam təhlilin nə demək olduğunu anlayırmı?

dadaşyev 2022-09-18 20:37:09

Pelosinin,Paşinyanın.Baydenin,Makronun-filanın nə istədiyi məlumdu ee,ay Həsənquluyev,sən bu camaatdan nə istəyirsənsə anlayammadıq.A balam,uşağın da bildiyi şeyləri danışırsan.Nəsə qeyri-adi bir sözün varsa söylə,biz də feyziyab olaq.Yoxsa vallah sənin bu gərəksiz yazılarını oxuyanda adam itirdiyi vaxta heyfslənir.Müxbir gələndə de ki ona deyin mən yoxam.Ya özün çıx irəli,de ki toya gedəsiyəm,nə bilim,vağzala gecikirəm,təyyarəyə qeydiyyat başlayıb,gərək özümü çatdırım,birtəhər qaç müsahibədən.Danışma,elə bilsinlər ağıl dəryasısan əksər deputatlar kimi.

həsnquliyevə sorğu 2022-09-18 19:26:39

Bunun bir a]ğıllı.düşünülmüş yazızı olub. i yarımçıq,lağ-lağı! Göeəsən bu nə istəyir?;

t.ədalət 2022-09-18 19:21:55

Qüdrət Həsənquliyev başda olmaqla, bir çoxu Rusiyanı müdafiə edir.

Agil 2022-09-18 16:37:13

Bu düşüncə ilə deputat olmag tecubludur.

B.Qarabağlı 2022-09-18 16:21:31

“Moderator” və BÖYÜK cp SƏDRİndən, rica edirəm ki, bir daha daşnaq yönümlü təxribatçı çağırışlardan əl çəksinlər. Nə N.Pelosi, nə də hər il ABŞ prezidentinə quşbeyin tutu kimi yozma (y)erməni(m) soyqırımı oxutduran daşnaqçı ABŞ dövlətinin, nə də İran İslam qrekor ianı əsl İran təmsilçiləri sayılmaz?

Comments are closed, but trackbacks and pingbacks are open.