Press "Enter" to skip to content

Nuxa maarif cəmiyyəti

tarix elmləri namizədi

ŞƏKİ Üsyanlari

himayədarlıq edir, hər cür maddi və mənəvi yardım göstərirdilər.

Azərbaycanın ictimai-siyasi həyatında Müsavat partiyasının aparıcı

mövqeyə malik olması, nüfuzunun orta xətlə yüksəlməsi Şəki özəyinin də

tərəqqisinə əhəmiyyətli təsir göstərirdi. Burada «Türk federalistlər», «Əhrar»,

«Hümmət», «İttihadi-İslam» partiyalarının yerli özəklərinin üzvlərinin bir qismi

Şəki müsavatçıları ilə birləşib vahid mövqedən çıxış edirdilər.

1917-ci il fevral inqilabı nəhəng Rusiya imperiyasında mütləqiyyət üsul

idarəsinə son qoydu. Müstəmləkə əsarətinin əzab-əziyyətlərini yaşayan digər

xalqlar kimi Azərbaycan xalqı da mütləqiyyətin süqutunda öz nicatını görürdü.

Kerenski hökumətinin iş başına keçməsindən az sonra Şəkinin Hürriyyət

meydanında toplanan əhali qarşısında Sultan bəy Əmircanovun bəhs etdiyi

mətləblər də bunu təsdiq edir. Onun söylədiklərindən: «Həzərat! Bu gün inqilabdır.

Biz bu vaxta qədər insan deyildik. Bugünkü inqilabın əli ilə bağışlanan insaniyyət

libasını biz məmnuniyyətlə qəbul edib geyməliyiz.

Çar hökuməti bizi oxumaqdan məhrum etmişdi. Bu gündən etibarən biz

mədəni-maarif sarayları tikməli və onun içində tərbiyə almalıyız. Cəhalət

xarabalarında yatmaq zamanı keçdi. İndi Kerenski hökuməti başda durur. Bu

hökumət çara bənzəmir. Bu hökumətin verdiyi qanunlar hamını razı salacaqdır»

Əlbəttə, Kerenski hökumətinin Rusiya imperiyası tərkibində olan xalqların

maariflənməsinə münasibəti heç də çarizmin bu problemlə bağlı tutduğu mövqedən

əsaslı dərəcədə fərqlənə bilməzdi.

Əslində Sultan bəy arzularını həqiqət kimi təqdim etməklə gümanlarının

illüziya olduğunun fərqinə varmamışdır. Lakin hər necə olsa da çarizmin

devrilməsindən sonra liberallaşma prosesi həyatın bütün sahələrində özünü büruzə

Şəki ziyalıları qəzada təhsilin inkişafını təmin etmək üçün maarif

cəmiyyəti təsis etmək qərarına gəlirlər. Onlar bu niyyəti o zaman müfti ilə birgə

Şəkiyə gəlmiş Şeyxülislama da bildirirlər. O bu təşəbbüsü alqışlayır və xeyir dua

1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının I

qurultayında Şəkidən Şirəli bəy Əmircanov, Mürsəl bəy Sədrəddinbəyov və

Qəbələni təmsil edən, dövrün tanınmış coğrafiyaşünası Əhməd Əfəndi iştirak

edirdilər. Türk Federalistlər partiyasının yerli özəyinə rəhbərlik edən Şəki

bələdiyyəsinin sədri Şirəli bəy dinləyiciləri riqqətə gətirən bir nitqlə qurultay

tribunasından çıxış etmişdir.

1917-ci ilin mart ayının axırlarında Şəki maarifpərvərlərinin təşəbbüsü ilə

«Hürriyyəti Maarif Cəmiyyəti» təsis olundu. Bu cəmiyyət Şəkidə maarifin,

Ə.Kərimov. Şəki keçmişdə və indi. «Şəki» mətbəəsi, 1927-ci il

mədəniyyətin inkişafında müstəsna rol oynadı. Yaşadıqları ömrün mənasını xalqa

xidmət etməkdə görən insanların gördükləri işin miqyası adamı heyrətləndirməyə

«Hürriyyəti Maarif Cəmiyyəti» tərəfindən 60 nəfərə yaxın tələbənin təhsil

aldığı ibtidai məktəb müəllimi hazırlayan kurs açıldı. Kursda yalnız Şəki

qəzasından deyil, Şamaxı, Qaryagin kimi uzaq bölgələrdən gələn tələbələr də təhsil

alırdılar. Cəmiyyət tələbələrin məişət ehtiyaclarını ödəmək üçün təqaüd də verirdi.

Zamanın tələbatına uyğun olaraq tələbələr hərbi təlim də keçirdilər. Bunun üçün

kursa zabit dəvət olunmuşdu. Üç aylıq təhsil prosesi başa çatdıqdan sonra uğurla

imtahan verən 35 nəfər tələbəyə diplom təqdim edildi. Qısa müddət ərzində

cəmiyyət tərəfindən qəzada 25 məktəb, təhsildən kənarda qalan 200 nəfər üçün

Vətən məktəbi yaradıldı. Tavanasız ailədən olan uşaqların pulsuz paltarla, dərs

ləvazimatı ilə təchiz edilməsi, həmçinin müəllimlərin əmək haqqının ödənilməsi,

Şəki qəzasında açılan qiraətxanalar, konsert və teatr truppalarının fəaliyyəti bütün

bunlar Nuxa «Hürriyyəti Maarif Cəmiyyəti»nin adı ilə bağlı idi.

Cəmiyyətin 18 nəfər fəxri və 76 nəfər həqiqi üzvü var idi. Nurməmməd

Əfəndi cəmiyyətin fəxri sədri seçilmişdi.

Nuxa «Hürriyyəti Maarif Cəmiyyəti» öz məramını dolğun şəkildə

reallaşdırmaq üçün xeyli maliyyə vəsaiti sərf etmişdi. Maliyyə problemləri Şəkinin

sahibkarları və ziyalıları tərəfindən şəxsi vəsaitlər hesabına həll edilirdi. O zaman

çox yüksək dəyərə malik olan manat hesabı ilə Abdulla Əbdürrəhmanzadə 300

manat, tacir Cəfər Əbdürrəhmanzadənin oğulları 1000 manat, Mustafa Əlibəyov

200 manat, Hacı Məmmədsadıq Əliyevin vəfatı ilə əlaqədar qardaşları ehsan olaraq

200 manat, Süleyman Məmmədzadə, Həmid Qasımoğlu və doktor Əliabbas Əfəndi

Qədimov hər biri 100 manat Hürriyyəti Maarif cəmiyyətinə yardım göstərmişlər.

S.Şaumyanın Bakı Sovetini Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca

mərkəzinə və istehkamına çevirəcəyi təhdidindən irəli gələn faciəvi nəticələr

Şəkidə də özünü büruzə verdi.

1918-ci ilin martında Şahmalıyev soyadlı bir nəfər Şəkiyə gələrək yeni

hökumət quruculuğu barədə bir sıra təkliflərlə çıxış etdi.

Bu təkliflər şeyx Əli Salman tərəfindən təqdir edildi. Eyni zamanda o,

Bakıdan Şəkiyə rəhbər işə göndərilən nümayəndənin artıq yolda olduğunu və onu

qarşılamaq üçün Çapağan kəndinə yaxın olan yerdə pişvazına çıxmağı tövsiyə etdi.

Şəkidə sənətkarlıqla məşğul olan Movses adlı erməni daha da irəli

gedərək Əli Salmanın da hökumət nümayəndəsinin qarşılanma mərasimində iştirak

etməsini məsləhət bildi. Onun rəyinə görə din xadiminin yerli rəhbərliyə

göndərilən şəxsin qarşılanmasında iştirakı şəkililərin qurulan hökumətə

bəslədikləri hörmətin təzahürü kimi qəbul edilərdi.

“Nuxa Hüriyyəti Maarif Cəmiyyəti” kitabçasının tam mətni bu kitabın “Sənədlər” bölməsində verilir.

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Nuxa maarif cəmiyyəti

Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı)

24 oktyabr 1914-cü ildə “İsmailiyyə “binasında lazaretin açılışı münasibəti ilə ibadət edilib və dualar oxunub. Açılışda olmuş Bakı şəhər qubernatoru polkovnik P. İ. Martınov sarayının inşaatçısı M. Nağıyevin, ideya müəllifi H. Z. Tağıyevin və xeyriyyə cəmiyyətinin sədri M. Ş. Əsədullayevin şərəfinə ziyafət verdi . Lazaret zalın yan və qonşu otaqlarında yerləşirdi, nəhəng təmtəraqlı zal isə yaralılar üçün qış bağına çevrilmişdi. Yüz çarpayıya hesablanmış lazaretin tibbi heyəti � Müsəlman Xeyriyyə Cəmiyyətinin hesabına saxlanılırdı.

1914-cü ilin sonunda yaralılara yardım üçün “Əsas komitə” seçilmişdi, komitənin tərkibinə milli sahibkarlığın böyük nümayəndələri olan H. Z. Tağıyev, M. Nağıyev, M. Muxtarov, M. Əsədullayev də daxil idilər.

20 yanvar 1917-ci ildə M. Əsədullayevin sədrliyi ilə Müsəlman Xeyriyyə Cəmiyyəti Komitəsinin iclası qaçqınlara və Qafqaz cəbhəsi bölgələrindəki müharibədən zərər çəkmiş müsəlmanlara yardım edildi. Orada Rusiyanın Dövlət Dumasının üzvü M. Y. Cəfərov və Şamaxı rayon komitəsinin sədri, quberniya məclisinin sədri Mustafa Əfəndizadə iştirak etmişdi.

Sədr Batum, Qars sahəsində və İrəvan vilayətində cəmiyyət bölmələrinin fəaliyyəti haqqında yığıncağa məlumat verdi . Məruzəyə əsasən, köməyin təşkil olunduğu gündən – 1917-ci ilin 1 yanvarınadək Cəmiyyət Komitəsi və onun bölmələri tərəfindən edilən ianələr 700 min rubla qədər idi. Əlavə olaraq isti paltar əldə edilməsinə və sığınacaqların saxlanmasına 500 min rubl sərf edilmişdi. Yekun – 2 100 rubl olmuşdu. O vaxtın rəsmi məlumatlarına görə, 125 min nəfərə qədər qaçqın və 200 min nəfər zərər çəkmiş müsəlman var idi, yəni hər kəsə 700 rubl düşürdü.

Xeyriyyə Cəmiyyəti uşaq sığınacaqlarının təşkilatları ilə mühüm işlər yerinə yetirirdi. Məqsədə nail olmaq üçün müharibədən zərər çəkmiş Batumi, Tbilisi, Qars, İrəvan, Şuşa , Yelizavetpol və başqa sahələrin müsəlmanlarına yerindəcə yardım etmə üzrə bölmələr və komitələr formalaşdırılmışdı.

Tbilisidə iki sığınacaq işləyirdi. Yelizavetpol ərazisində dörd sığınacaq fəaliyyət göstərirdi. Həmçinin Bakı Xeyriyyə Cəmiyyəti tərəfindən Bakı şəhərində dörd sığınacaq saxlanılırdı. Onlardan biri “Səfa” cəmiyyətinin məktəbində yerləşirdi.

Əhəmiyyətli köməyi “Nicat” və “Səfa” mədəni-maarif cəmiyyətləri göstərirdi. Bu cəmiyyətlər zərər çəkmişlərin xeyrinə ianə toplamağa kömək edirdi. 1915-ci ilin 18 yanvarında “Nicat” cəmiyyətinin təşəbbüsü ilə H. Z. Tağıyev teatrında Ü. Hacıbəyovun “Leyli və Məcnun” operası tamaşaya qoyuldu. Yığılan vəsait Qarsdakı qaçqınların ehtiyaclarına sərf olundu. “Səfa” cəmiyyəti kinomatoqrafiyadan qazanılan birgünlük gəliri komitənin xeyrinə köçürmüşdü. 1915-ci ilin mart ayında Bakı Qadın Müsəlman Xeyriyyə Cəmiyyəti “Əsli və Kərəm” operasından (H. Z. Tağıyev teatrı) və kinomatoqrafiya seansından (“Petroqrad” teatrı) bütün gəlirin təxminən iki min rublunu Qars və Ərdəhan ərazilərinin zərər çəkmişlərinin hesabına köçürdü.

Bundan əlavə, 1915-ci ilin yalnız fevral-mart aylarında Komitənin hesabına Azərbaycanın şəhərləri – Bakı, Nuxa, Şamaxı, Yelizavetpol, Qazax, Naxçıvan əhalisindən təxminən 20 min rubl daxil olmuşdu.

TƏLƏBƏLƏRİN TƏHSİL VƏ XEYRİYYƏ CƏMİYYƏTLƏRİ TƏRƏFİNDƏN

Müsəlman təhsil və xeyriyyə cəmiyyətləri tərəfindən məktəblərdə yoxsul tələbələr üçün əhəmiyyətli maliyyə dəstəyi təyin edilmişdi.

Müsəlman təhsil və xeyriyyə cəmiyyətlərinin əhəmiyyətli maliyyə dəstəyi ilə orta məktəblərdə kasıb şagirdlərə köməklik göstərilirdi. Bu köməklik şagirdlərin təhsil haqqının ödənilməsi və onların dərs vəsaitləri ilə təmin olunması məqsədi daşıyırdı. Bu faktları iki ən məşhur � təhsil cəmiyyətinin fəaliyyəti təsdiq edir.

“Nəşri-Maarif” Cəmiyyəti. 1907-ci ildən başlayaraq 1911-ci ilədək hər il bu cəmiyyət 23 şagirdə təqaüd və dərs vəsaitlərinə 6877 rus rublu dəyərində maliyyə dəstəyi göstərmişdi. 1912-ci ildə cəmiyyət Bakı İsgəndəriyyə məktəbində öz təqaüdçüsünü – Nəcibə Axundovanı saxlayırdı. O, 1912-ci ildə kursu bitirmiş və həmin cəmiyyətin Balaxanı qadın məktəbində müəllimə kimi fəaliyyət göstərmişdi. Cəmiyyət idarəsi həmçinin Bakı real məktəbinin şagirdi A. Şahbazovun təhsil haqqını ödəmiş, Bakı texniki məktəbinin şagirdi Məmmədyarova maddi yardım göstərmiş, üçüncü Bakı kişi gimnaziyasında – N. Əsgərova və orta məktəbdə oxuyan şagirdlərə də pul vəsaiti ayırmışdı. Bu xərclərə cəmiyyət 610 rus rublu dəyərində pul sərf etmişdi.

1913-cü ildə Bakı təhsil müəssisələrində oxuyan şagirdlərə 450 rubl dəyərində təqaüd ayrılmışdı. 1914-cü ildə cəmiyyət şagirdlərin təhsil haqqının ödənilməsinə böyük məbləğdə (870 rubl) pul ayırmışdı. Beləliklə, İsgəndəriyyə məktəbində oxuyan T. Namazovun və X. Şabanovun, Bakı Real məktəbinin şagirdi X. Həsənbəyovun, özəl şəhər kurslarının şagirdi M. A. Aleksandrovun təhsil haqları ödənilmişdi. 1915-ci ildə “Nəşri-Maarif” Cəmiyyəti Xarkov Universitetinin təqaüdçüsü A. S. Məmmədyarova köməklik edirdi, hansı ki, onlara kitablar üçün müavinət və mühazirə dinləmək hüququnun ödənilməsi üçün də təqaüd verilirdi. Sentyabrın 24-də cəmiyyətin idarə heyəti Bakı Quberniyası və Dağıstan ictimai məktəblərinin direktoru adından üçüncü Bakı Real məktəbinin şagirdlərinə 100 rubl dəyərində təqaüd müəyyən edilmişdi. Bakı İsgəndəriyyə Qızlar məktəbinin tələbələrinə cəmiyyət təlim və texniki xidmət müqabilində 700 rubl təqaüd ayırmışdı. Ümumi təqaüd və müavinətlərə 1000 rubl dəyərində maddi vəsait sərf olunmuşdu.

Çətin hərbi vəziyyətə baxmayaraq, cəmiyyətin idarə heyəti təqaüdçülərin saxlanılması üçün vəsait əldə etmək yolları axtarırdı. Belə ki, 1916-cı ildə İsgəndəriyyə Qızlar məktəbinin 6 tələbəsinin təmin olunması üçün 1225 rubl məbləğində təqaüd təyin olunmuşdu. Moskva Kommersiya İnstitutunun, Petroqrad Mülki Mühəndislik İnstitutunun � tələbələrinə də müavinət verilmişdi.

“Nicat” Cəmiyyəti. Cəmiyyət gənc tələbələrə olduqca nəzərəçarpan dəstək göstərmişdi. 1911-ci ilin 17 mayında “Nicat” Cəmiyyətinin oxu zalında idarə heyətinin iclası keçirildi. İclasın iştirakçıları Texniki məktəbin 10 nəfər şagirdinə 200 rubl məbləğində təqaüd verilməsi barədə qərar qəbul etdi. Eləcə də Şahbazov adına Bakı Real məktəbində cəmiyyətin ayırdığı təqaüdə oxuyanlar var idi. 1911-ci ildə Sankt-Peterburq Siyasət İnstitutunda oxuyan M. C. Məlikova mühazirə dinləmə hüququna görə Maarifləndirmə Cəmiyyəti tərəfindən maliyyə vəsaiti ayrılmışdı. Eləcə də idarə heyəti 1911-ci ildə “Səadət” ruhani məktəbinin şagirdi dağıstanlı İ. Q. İbrahimoğluna, 1912-ci ildə Bakı Real məktəbinin şagirdi A. Şahbazova, 1914-cü ildə Texniki məktəbin 2 nəfər şagirdinə təqaüd � ayırmışdı . “Nicat” Cəmiyyəti orta təhsil müəssisələrində oxuyan şagirdlərin dərs vəsaiti və geyimlə təmin olunmasına vəsait ayırmışdı. 1912-ci ildə idarə heyəti Şamaxı Real məktəbinin şagirdi Rəhimova 6 ay ərzində güzəşt təyin etmişdi. Aylıq müavinət eləcə də Dəniz Yolları məktəbinin şagirdi Kərimova təyin edilmişdi. Eyni zamanda 1911-ci ildə 6 illik şəhər məktəbinin şagirdləri A. Quliyev və 1912-ci ildə M. B. Məmmədov güzəştlə təmin olunmuşdu. 1914 – 1915-ci illərdə idarə heyəti 3 nəfər şagirdə güzəşt tətbiq etmişdi. 1917-ci ilin may ayında müsəlman şagirdlərin Ümumqafqaz Konqresi açılmışdı. Bu Konqresdə “Müsəlman Xeyriyyə Cəmiyyəti”nin, “Nicat” və “Səfa” cəmiyyətlərinin nümayəndələri iştirak edirdilər. Konqresdə “Nicat” Cəmiyyətinin nümayəndəsi İ. Aşurbəyli çıxış etdi. O, öz çıxışında bildirdi ki, cəmiyyət hər zaman müsəlman gənclərinə böyük dəstək vermişdir. Bu tarixi əbədiləşdirmək istəyən cəmiyyət, hər il bu günü mərkəzi müsəlman tələbə fondunun xeyri üçün Üzeyir bəy və Ceyhun bəy qardaşlarının “Leyli və Məcnun” operasını səhnələşdirməyi qərara aldı. Gənc tələbələrə maddi dəstək təmin edilməsinə də “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”, “Səfa” və başqa cəmiyyətlərdə yardım göstərmişdi. 1906-cı ilin əvvəlində Bakı kişi gimnaziyasının rəhbərliyi, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin ödənişi əsasında öz yerlərindən uzaq düşmüş müsəlman şagirdlərə dərslərdə iştirak etmək dəvəti vermişdilər.

1914-cü ilin aprel ayında Nağıyevin rəhbərliyi ilə “Səfa” Cəmiyyətinin idarə heyətinin iclasında təhsil haqqının ödənilməməsinə görə qovulan Kiyev Universitetinin 25 nəfər müsəlman tələbəsinə yardım məsələsi müzakirə edilmişdi. Cəmiyyətin vəsaitindən tələb olunan məbləğ ayrılmış və universitetin rektoruna göndərilmişdi. Azərbaycanın rayonlarında öz uşaqlarının təhsil haqqını ödəyə bilməyən valideynlər üçün Cəmiyyət fəaliyyət göstərirdi.

Beləliklə, XX əsrin əvvəllərində fəaliyyət göstərən Cəmiyyət 1914-cü ildə “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti” nin İdarə heyətinin iclasında Petroqarada Müsəlman Konqresinin nümayəndəsinin göndərilməsi haqda məsələ müzakirə etmişdi. Şura M. Ş. Əsədullayevə Cəmiyyətin adından danışmasına icazə verdi və 6 min rubl ayrılması barədə qərar qəbul etdi. 1917-ci ilin 6 aprelində “Müsəlman Xeyriyyə Cəmiyyəti”inin görüş otağında müsəlmanların icra təşkilatları Şurasının iclası keçirildi. Bu iclasda 45 nümayəndə iştirak etmişdi. Komitənin müvəqqəti fəaliyyəti � haqda hesabatı sədr M. Q. Hacıbəyli verdi. Komitənin layihəsinə görə, Qafqaz Müsəlmanları arasında azadlıqlarını və onların yeni sistemə hazırlanmasını gücləndirmək üçün ilk növbədə bir kənd komitəsi yaratmaq lazım idi. Bu layihəni həyata keçirmək üçün müsəlmanların ictimai qurultayı təyin edilmişdi. 15 apreldə, saat 11:30-da müsəlmanların qurultayının təntənəli açılışı keçirildi. Qurultayı Şuranın müvəqqəti icra komitəsinin sədri M. Hacıbəyli açdı. Bu iclasda A. M. Topçubaşov, N. Nərimanov, İ. Heydərov, N. Yusifbəyli, F. Xoyski, M. Q. Hacıbəyli, M. Ə. Rəsulzadə, İ. Qabulov, M. M. Axundov, M. Mahmudov, N. Ağayev, M. Mehdiyev � katibliyə daxil idilər.

Qurultayda Qafqaz müsəlmanlarının sosial proqramları � ilə yanaşı, təhsil proqramları da müzakirə olundu.

Nəsiman Yaqublu

tarix elmləri namizədi

525-ci qəzet .- 2014.- 5 fevral.- S.6.

Köhnə Bakının xeyriyyə və maarif cəmiyyətləri

Hələ keçən əsrin 70-ci illərində Həsən bəy Zərdabi Azərbaycanda ilk dəfə xeyriyyə cəmiyyəti yaratmaq fikrinə düşmüşdü. Güman edirdi ki, yoxsul uşaqlarının təhsil və tərbiyəsində, onların məktəblərə qəbul edilərək, pulsuz oxumalarına bu cəmiyyətin böyük xeyri dəyəcəkdir. Bu məqsədlə xeyriyyə cəmiyyətinin proqramını tərtib edib, hökümətə təqdim edir. Böyük çətinlik və süründürmədən sonra onu təsdiq etdirə bilir. Hər şey hazır olandan sonra Zərdabi Bakı varlılarından bir dəstəsini qazi molla Cavad axundun evinə toplayaraq, proqramı onlara oxuyur. Hamı bəyənir. Lakin cəmiyyətin yaranması üçün maddi yardım lazım olduğunu söyləyərkən, məclisdəkilər bir nəfər kimi aradan çıxırlar. Bu Həsən bəyi qətiyyən ruhdan salmır. 1812-ci ildə Qafqazı şəhər-şəhər gəzərək, cəmiyyətə üzv toplamağa başlayır. Üzv yazılanlar ona üzvlük haqqından başqa əlavə ianə də verəcəklərini vəd edirlər. Beləliklə Həsən bəy Zərdabi Azərbaycanda ilk Xeyriyyə cəmiyyətinin əsasını qoyur. Bakıya qayıdan Həsən bəy Cəmiyyətin başqa işlərini də sahmana salmaqla məşğul olur. Bu müddətdə Qafqaz şəhərlərindən cəmiyyətin xəzinəsinə xeyli pul daxil olur. Hətta Bakıda məktəbə düzəlmək üçün onun yanına iki uşaq da göndərirlər. Həsən bəy çətinliklə olsa da, onları şəhər məktəblərinə düzəldə bilir. Ancaq təəssüf ki, bu vəziyyət çox davam etmir. Bir müddətdən sonra göndərilən üzvlük haqları xeyli azalır. Hətta iş o dərəcəyə çatır ki, cəmiyyətin xərci gəlirindən çox çıxır. Nəticədə Həsən bəy cəmiyyəti bağlamalı olur. Cəmiyyətdən xatirə olaraq, Həsən bəyə ancaq üzvlərin siyahısından ibarət qaytanlı bir dəftər qalır.

Zərdabinin arzusu yalnız 1905-ci il inqilabından sonra çar hökümətinin verdiyi Oktyabr bəyannaməsinin yaratdığı şərait nəticəsində yerinə yetir. H. Z. Tağıyev Xeyriyyə cəmiyyətinin yaradılması barədə hökümət qarşısında təşəbbüsdə olur. Birinci təşəbbüs nəticə verməsə də ikincidə, nəhayət, cəmiyyətin yaranmasına icazə ala bilir. 1905-ci ildə yaranmış bu «Müsəlman Xeyriyyə cəmiyyətinin» məqsədi fəqir və möhtac müsəlmanlara kömək etmək, məktəblərdə oxuyan fəqir və yetim uşaqlara müavinət göstərmək, taqətdən düşmüş qoca müsəlmanlara himayə etmək, yoxsul uşaqlarını sənət məktəblərində oxutmaq və sairdən ibarət idi. Cəmiyyət əsasən Bakı varlılarının və varlı ziyalıların cəmiyyəti idi. Onun müəssisələri H. Z. Tağıyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, İsmayıl bəy Səfərəliyev, Hacı Aslan Aşurov, İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza Vəkilov, Həsən bəy Ağayev Nəcəfqulu Sadıqov, İsrafil Hacıyev, Həsənağa Həsənov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Əsədullah Əhmədov, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov olmuşlar. Birinci iclasda H. Z. Tağiyev sədrliyə, İsrafil Haciyev müavinliyə, Haci Mustafayev xəzinədarlığa, Əhməd bəy Ağayev katibliyə, İsmayil bəy Səfərəliyev, Əlimərdan bəy Topçubaşov və Əsədullah Əhmədov idarə heyəti üzvlüyünə seçilirlər.

Birinci Cahan müharibəsi illərində «Müsəlman Xeyriyyə cəmiyyətinin» fəaliyyəti xeyli genişlənmişdi. Qaçqın və acları yedirmək, pal-paltarla təmin etmək sahəsində onun böyük xidməti olmuşdu. Cəmiyyət Nargin adasında saxlanılan əsir türk əsirlərinə də öz köməyini əsirgəmirdi. «Müsəlman Xeyriyyə cəmiyyətinin» kontoru “İsmailiyyə«nin binasında idi. Onun yardımçı təsərrüfatları da elə burada yerləşirdi.
Bu illərdə, daha doğrusu, 1906-cı ildə yaranmış „Nəşr və maarif“ cəmiyyəti də xeyriyyə məqsədilə təşkil edilmişdi. Bu cəmiyyətin də əsas tərkibini Bakı varlıları və görkəmli varlı ziyalılar təşkil edirdi. Çox zaman „Müsəlman Xeyriyyə cəmiyyəti“ ilə əlbir fəaliyyət göstərirdi. Cəmiyyət tərəfindən Bakı kəndlərində 17, şəhərdə isə 3 məktəb açılmışdı. Yoxsul və yetim uşaqlar bu məktəblərdə pulsuz təhsil alırdılar. „Nəşr və maarif“də neft sahibkarları əksəriyyət təşkil edirdilər. Onların məqsədi öz müəssisələrində işlətmək üçün savadlı fəhlələr yetişdirmək idi.
Dövrün qabaqcıl demokratik şəxsiyyətləri Həsən bəy Zərdabi, bolşeviklərdən Nəriman Nərimanov, Məşədi bəy Əzizbəyov və başqaları elmi- siyasi bilikləri, inqilabi ideyaları yaymaq üçün bu cəmiyyətdən tez-tez istifadə edirdilər. „Nəşr və maarif’ cəmiyyətinin fəaliyyəti 1917-ci ilədək davam edir.
“Nicat» mədəni-maarif cəmiyyəti 1906-cı il mart ayının 8-də təşkil olunub. Bəzi qəzetlər isə yazırlar ki, guya avqustun 22-də yaranmışdır. Həmin gün cəmiyyət üzvləri Bakının M. Muxtarov küçəsində Əjdər bəy Aşurbəyovun evini icarəyə götürüb, işə başlayırlar. Cəmiyyətin üzvləri Üzeyir Hacıbəyov, Məmmədəmin Rəsulzadə, Cahangir Zeynalov, Mirzəağa Əliyev, Hüseynqulu Sarabski, Murad Muradov, Hüseyn Ərəblinski, Mehdi bəy Hacinski, Bədəl bəy Bədəlbəyov, Həbib bəy Mahmudbəyov, Abbasqulu Kazimzadə, Məmmədəli Rəsulzadə, Qulam Mirzə Şərifov, Soltan Məcid Qənizadə, Əliİskəndər Cəfərov, Mirmahmud Kazimov, İbrahim Əbilov, Sidqi Ruhulla, Məmmədəli Sidqi, İmran Qasimov elə o gün idarə heyətini seçdilər. Cəmiyyətin sədrliyinə Məmmədəlibəy Səlimxanov seçilir, başqa bir mənbədə isə göstərilir ki, doktor X. B. Ağayev seçilib. Sonra ianə toplanmağa başlanır. H. Z. Tağıyev beş min manat verib, Musa Nağıyevi də beş min yazdırır və əlavə olaraq bildirir ki, əgər Musa Nağıyev beş min verməkdən imtina edərsə, onun əvəzinə verməyə hazırdır. «Nicat»ın ən fəal üzvlərindən biri İmran Qasımov olmuşdur. Cəmiyyətə «Nicat» adını da o vermişdir. İmran Qasımov əslində podratçılıqla məşğul olurdu. Murtuza Muxtarovun Əhməd Cavad və M. Muxtarov küçələrinin tinindəki əzəmətli sarayını tikdirərkən yıxılıb, ayağını sındırmış və sonra bundan da ölmüşdür. 1907-ci il martın 9-da idarə heyətinin sədrliyinə doktor Həsən bəy Ağayev seçilir. Noyabrın 12-də onun İrana getməsi ilə əlaqədar olaraq, sədri Məmmədəmin Rəsulzadə əvəz edir.

«Nicat»ı təşkil edənlərin əksəriyyəti göründüyü kimi ziyalılar idi. Əlbəttə, içərilərində varlı və sahibkarlar da vardı. Cəmiyyətin əksəriyyəti azərbaycanlıları savadlandırmaq və maarifləndirmək, yoxsul uşaqlarına kömək etmək, onları məktəblərə cəlb etmək, ehtiyacı olanlara maddi kömək göstərməkdi. Cəmiyyət Bakıda və Bakı kəndlərinin bəzisində kitabxana və qiraətxanalar açmışdı. Bakıdakı kitabxana və qiraətxananın müdiri Məmmədbağır Axundov idi. Kəndlərdə açılmış bir və iki sinifli məktəblərin sayı otuza çatmışdı. Belə məktəblərdən biri də Balaxana kəndində açılmışdı, M. Ə. Sabir həmin məktəbdə bir neçə il dərs demişdi.
Cəmiyyət fəhlələr üçün gecə kurslarının, gecə məktəblərinin açılmasına da xüsusi fikir verirdi. Binalar kirayələyir, ictimai-siyasi mövzularda leksiyalar təşkil edirdi. Bəzi vaxt «Nəşr və maarif» cəmiyyəti ilə əlbir işləyir, birgə tədbirlər həyata keçirirdilər.
«Nicat»ın teatr bölməsi xüsusilə böyük həvəs və enerji ilə işləyirdi. Cəmiyyət gənc aktyor truppaları yaradır və onların ətrafına teatr həvəskarlarını cəlb edirdilər. Dövrün tanınmış aktyorlarından Hüseyn Ərəblinski, A. M. Şərifzadə, Mirzəağa Əliyev, Sidqi Ruhulla və başqaları bu truppalarda nəinki yaxından iştirak edir, eyni zamanda truppaya rəhbərlik də edirdilər. Benefislər təşkil edilərək, yığılan pullar ehtiyacları olan məktəb uşaqlarına verilirdi. Görkəmli yazıçı və dramaturqlar da bu cəmiyyətin ətrafına toplaşmışdılar. N. B. Vəzirov, Ə.B. Haqverdiyev, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov və başqaları həm öz əsərlərini və həm də rus və dünya ədəbiyyatından tərcümə etdikləri dram əsərlərini səhnəyə çıxarır və onların məşqlərində yaxından iştirak edirdilər. Milli musiqi mədəniyyətinin inkişafında da «Nicat»ın böyük xidməti olmuşdur. Məsələn 1908-ci ildə Bakıda «Leyli və Məcnun» operası məhz «Nicat»ın təşəbbüsü ilə göstərilmişdir.
«Nicat» cəmiyyəti eyni zamanda həftədə bir dəfə «Nicat» adlı qəzet də buraxırdı. Qəzet İsa bəy Aşurbəyovun vəsaiti və redaktorluğu ilə dərc olunurdu.
Cəmiyyətdə maliyyə və habelə siyasi fikir və ideya məsələləri üzrə tez-tez ixtilaflar baş verirdi. Bu başlıca olaraq, cəmiyyətin demokratik əhval-ruhiyyəli qabaqcıl nümayəndələri ilə varlı təbəqə nümayəndələri arasında gedirdi. Belə ixtilaf və toqquşmalar 1917-ci ilədək, yəni cəmiyyətin bağlanmasınadək davam etmişdi. Belə ixtilaflardan birini göstərmək olar. İsa bəy Aşurbəyov özünü maarifpərvər kimi göstərsə də fəaliyyətində sinfi mənafeyi həmişə üstün gəlirdi.
1916-cı il mart ayının 24-də «Nicat» cəmiyyətinə yeni seçkilər keçirilirdi. Aşurbəyov seçkilərdə qalib gəlmək üçün seçiciləri pulla satın almaq yolu ilə özünün bütün yaxın adamlarını idarə heyətinə seçdirə bilmişdi. Mart ayının 24-də «Açıq söz» qəzetində «Nicat» cəmiyyətinə seçilənlərə açıq məktub” adlı məqalə çap edilmişdi. Məktubu imzalayanlar içərisində Nəriman Nərimanovun, Məşədi Əzizbəyovun, Əsədulla Axundovun da imzaları vardı. Məktubda İsa bəyin və onun yaxın adamlarının idarə heyətinə hansı yollarla seçildikləri ifşa olunurdu. Həmin məqaləyə Aşurbəyov küçə söyüşləri ilə cavab vermişdi.

«Nicat» cəmiyyəti vəsait əldə etmək üçün başqa vasitələrə də əl atırdı. Məsələn, şəhər bağında arabir gəzintilər təşkil edir və toplanan vəsaiti xeyriyyə işlərinə sərf edirdi. Bir dəfə də belə bir gəzinti düzəltmiş və toplanmış dörd min manat pulu Cənubi Azərbaycana mücahidlərə göndərmişdi. Əlbəttə, bunu açıq edə bilməzdilər. Çünki polis hər dəfə toplanmış pula nəzarət edir və onun haraya göndərilməsini yoxlayırdı. Nicatçılar vəziyyətdən çıxış yolunu pulun oğurlanmasında gördülər. Pulu toplayan Əsədulla Axundov əldə edilmiş bütün vəsaiti gizlətdikdən sonra hay-küy salmışdı ki, pulu oğrular çalıb apardılar. Ara sakitləşəndən sonra həmin vəsaiti özü aparıb, Cənubi Azərbaycanda mücahidlərə təhvil vermişdi.
«Bakıda Müsəlman maarif cəmiyyəti „Nicat“ın 1907-1908-ci illər hesabatı» kitabında «Nicatın fəaliyyətinə qiymət verilərək deyilirdi: „Nicat maarif cəmiyyəti Bakıda olan cəmiyyətlərin ən köhnəsi olub, yerdə qalan bütün cəmiyyətlərin müvəllidi adını almağa müstəhəqdir“. „Səadət“ cəmiyyəti Bakı tacirləri və ruhanilərinin cəmiyyəti idi. 1906-cı ildə təşkil olunmuşdur. Əsas baniləri bunlar idi: Kərbəlayi Məhəmmədəli Salayev, Molla Əliəkbər mərdəkanlı, axund Molla ağa, Hacı Mustafa Rəsulov, doktor Əbdülxalıq Axundov, Məmmədəli bəy Səlimbəyov, Əliəsgər Dadaşov və başqaları. Sədri mərdəkanlı axund Əliəkbər idi. Cəmiyyət 1907-ci ildə „Səadət“ adlı təkcə bir məktəb açmışdı. Lalayevin iki mərtəbəli kiçik bir binasında yerləşirdi. 14 otağı vardı. Əli bəy Hüseynzadə 1910-cu ildən 1916-cı ilədək, yəni Türkiyəyə gedənədək bu məktəbdə direktor işləmişdir. „Səadət müdiriyyəti sonralar köhnə müsəlman qəbiristanlığında (indiki göz xəstəxanası) böyük bir bina tikdirir. Ancaq bina tikilib qurtarmamış Birinci Cahan müharibəsi başlayır. Hökümət üstünü tələm-tələsik örtərək, onu hərbi xəstəxanaya çevirir. Bu zaman “Səadət»in dərsləri onun şöbələrində keçirilirdi. Onun bir şöbəsi Suraxana küçəsi ilə Tatar küçələrinin tinində Hacı İmamverdi məscidinin nəzdindəki «Nur» adlı məktəb idi. Müdiriyyət «Nur»un üstündə ikinci bir mərtəbə tikdirərək, uşaqların oxuması üçün geniş imkan yaradır. «Səadət»in ikinci şöbəsi isə Aşağı priyut küçəsində bakılı Hacı Səmədin binası idi. Bu binanı Hacı Səməd Heydərov 55 minə tikdirib, kupçisi ilə birlikdə məktəbə bağışlamış və vəd etmişdi ki, yenə iki mərtəbəli bir bina tikdirib, məktəbin ixtiyarına verəcəkdir. («An» jurnalı №6, 1911).
Yuxarıda adları çəkilən cəmiyyətlərdən «Müsəlman Xeyriyyə cəmiyyəti», «Səadət və „Səfa“ cəmiyyətlərinin öz xüsusi binaları vardı. „Müsəlman Xeyriyyə cəmiyyəti“ İsmailiyyədə, „Səadət“ göz xəstəxanasında, „Səfa“ cəmiyyəti böyük Çəmbərəkənd küçəsindəki imarətində yerləşirdi. „Nəşr və maarif“ cəmiyyəti ilə „Nicat“ cəmiyyətlərinin binaları yoxdu. „Nicat bir neçə dəfə dumaya müraciət edib, yer istəmişsə də nəticəsiz qalmışdı.

Bunlardan başqa hələ 1904-cü ildə general-qubernator Fadeyevin icazəsi ilə Bakıda “Hidayət» adlı bir cəmiyyətdə yaradılmışdı.
Bu cəmiyyətin təşkilatçıları əsasən ruhanilər və ziyalılardan ibarətdi. Bakıda qaniçən qoçular və qatillər ilə mübarizə aparmaq, dini fanatizmin qarşısını almağı «Hidayət» cəmiyyəti öz qarşısına əsas məqsəd qoymuşdu. Camaatı incidən, küçələrdə qadınları təhqir edən quduz qoçular cəmiyyət tərəfindən müəyyən edilir və onların barəsində cəza tədbirləri görülməsi üçün adları general-qubernatora təqdim olunurdu. Cəmiyyətin nizamnaməsi Əhməd bəy Ağayev tərəfindən tərtib edilmişdi.
Bakı qoçularının harınlığı o dərəcəyə çatmışdı ki, şəhərin mərkəzində xüsusi kontorlar açaraq, pulla adam öldürmək üçün sifarişlər qəbul edirdilər. Belə kontorlardan biri indiki Kukla teatrının qabağında olan iki mərtəbəli evin birinci mərtəbəsindəki dükanlardan birində yerləşirdi. Camaat arasında bu kontorlar «adam öldürən kontor» adlanırdı. Belə azğın qoçularla mübarizə «Hidayət»in məramnaməsində əsas yer tuturdu.
«Hidayət»in on nəfərdən ibarət idarə heyəti vardı. Onun üzvlərindən H. Z. Tağıyev, İsa bəy Hacınski, şəhərin hörmətli ruhanilərindən Bakı qazisi Mir Məhəmməd Kərim, ruhani-alim, axund molla Ruhulla, ziyalılardan Əhməd bəy Ağayev, Mustafa bəy Əlibəyovu göstərmək olar. Bu sonuncu sonralar cəmiyyətin katibi seçilmişdi. 1906-cı ilin 17 noyabrında «Hidayət» cəmiyyətinin üzvləri bakılılara divan tutan qoçuların siyahısını tutub, general-qubernatora təqdim edirlər. Bu qoçuların içərisində axund molla Ruhullanın kəndlisi — novxanalı Məşədi Hacı oğlunun da adı vardı. Qoçuluqla məşğul olmaqdan başqa Məşədinin Binəqədidə neft mədənləri də vardı. Cəmiyyət üzvləri qubernatordan xahiş edirdilər ki, Məşədi Hacı oğlu da qatil qoçu kimi Qafqazdan sürgün edilsin. Qubernator onun həbs edilməsi barədə sərəncam verir. Məşədi adının siyahıya düşməsində axund molla Ruhullanın barmağı olduğunu başa düşərək ondan intiqam almağa hazırlaşır. Axund üç il yayı Novxanada olan bağına köçə bilmir. Məşədi güclü vəsait qoyaraq, Qafqazdan sürgün edilmək əvəzinə Hökməli kəndinə (bu kənd Novxanadan cəmi 10 verst aralıda idi) sürgün edilməsinə nail olur. Məşədi axund Ruhulladan intiqam almaq üçün fürsət axtarır. Nəhayət 1912-ci il yanvarın 16-da günün günorta vaxtı axundun Poçtovaya (indiki S. Tağızadə) küçəsində olan 151 nömrəli evinə soxulub, onu namaz üstündə öldürür.
Dövrünün qabaqcıl maarifpərvər ruhanilərindən olan axund Ruhulla eyni zamanda ərəb və fars dillərindən gözəl tərcüməçi idi. O məşhur “İngilis xanımı” və «Zərgüzəşti yetiman» romanlarını fars dilindən Azərbaycan dilinə tərcümə etmişdi.

«Hidayət» cəmiyyəti dini fanatizm adətlərinə qarşı çıxırdı. Müsəlmanların şaxsey-vaxsey və sair bu kimi xürufat və din mərasimlərinin insanlara zərərdən başqa heç bir şey vermədiyini Cəmiyyət camaata olan müraciətnaməsində açıq qeyd edirdi. Müraciət şəhərin əyyan və əşrəfi tərəfindən imzalanmışdı. Cəmiyyətin katibi Mustafa bəy Əlibəyov isə bu barədə “İrşad” qəzetində məqalə ilə çıxış etmişdi. Müraciət şəhərin fanatik dindarları tərəfindən qəzəblə qarşılanmışdı. Hətta qərarə gəlmişdilər ki, qazi Mir Məhəmməd Kərimin və Mustafa bəy Əlibəyovun başı kəsilsin. Qəzəblənmiş qara kütlə Mir Məhəmməd Kərimin ev qapısına od vurub, yandırırlar Əlibəyov isə evdən bayıra çıxa bilmirdi.
«Səfa» mədəni-maarif cəmiyyəti 1910-cu ildə təşkil olunmuşdu.
Hələ 1909-cu ilin mart ayında «Kaspi» qəzeti Çəmbərə kəndində və köhnə müsəlman qəbiristanlığında məscid və məktəb binası tikilməsi üçün ianə toplanması barədə xəbər verirdi. Məscidin tikilməsini Əjdər bəy Aşurbəyov öz üzərinə götürmüşdü. Murtuza Muxtarov isə məktəbin tikilməsi üçün 10 min manat pul ayırmışdı. Həmin məktəb binası «Səfa» cəmiyyəti üçün tikilmişdi. Onun təşkilatçıları əksərən maarifpərvər ziyalılar idi. Cəmiyyət milli mədəniyyəti və maarifi inkişaf etdirmək məqsədi daşıyırdı. Onlar şəhərdə və bir neçə kənddə kitabxana və qiraətxana açmışdılar. Bakıda «Səfa» yeganə bir məktəb idi. İki mərtəbəli bu məktəb binası 1910-cu ildə varlı ziyalılardan Əlibala Zərbəliyev tərəfindən tikilmişdi (hazırda Lermontov küçəsində bu məktəbin yerində bağ salınmışdır).
«Səfa» milli teatrın inkişafı ilə daha çox maraqlanırdı. Özünün xüsusi teatr truppası vardı. Dövrün görkəmli aktyorları və tanınmış yazıçı və dramaturqlar bu truppa ətrafında toplaşmışdılar. Verdikləri tamaşalara «Nicat» cəmiyyətinin ayrı- ayrı aktyorlarını da dəvət edirdilər. Cəmiyyətin fəaliyyətində Səməd Mənsur, Dadaş Bünyadzadə, M. Ə. Rəsulzadə, Əliabbas Müznib, H. Ərəblinski, A. M. Şərifzadə, Cahangir Zeynalov və başqaları yaxından iştirak edirdilər.

Bəzən görkəmli aktyorları cəlb etmək üstündə «Səfa» ilə «Nicat» cəmiyyətləri arasında tez-tez ixtilaf baş verirdi. Hərə istəyirdi ki, məşhur aktyorları öz tərəflərinə çəksinlər. Lakin «Səfa» cəmiyyətinin aktyorlarını hər vasitə ilə şirnikləşdirib öz tərəflərinə çəkmək istəyən «Nicat» cəmiyyətinin cəhdləri hər dəfə puça çıxırdı. Məsələn, «Nicat» çox çalışirdı ki, Səməd Mənsuru öz tərəfinə çəksin. Səməd Mənsur isə «Səfa»ya sadiq idi. Səməd Mənsurun getməməsi «Səfa»nın mövqeyini daha da möhkəmlətdi. Bundan əlavə «Səfa» görkəmli aktyor Abbas Mirzə Şərifzadənin də tez-tez baş rollarda çıxış etməsinə nail oldu. Doğrudur, A.M. Şərifzadə «Nicat»ı həmişəlik tərk etməmişdi. Lakin onun «Səfa» qruppasında baş rollarda çıxışı və hətta rejiosorluq etməsi tamaşaçılar qarşısında «Səfa» truppasının nüfuzunu xeyli qaldırmışdı.
«Səfa» cəmiyyəti 1917-ci ildə öz fəaliyyətini bitirir. Adları çəkilən cəmiyyətlərdən əlavə Bakıda «Müqəddəs Nina» xeyriyyə cəmiyyəti də vardı.
Cəmiyyətin əsas təşkilatı Tiflisdə yerləşirdi. Onun nizamnaməsi də hələ 1846-cı il dekabr ayının 17-də Tiflisdə təsdiq edilmişdi. Bakıda isə onun şöbəsi vardı.
1848-ci ilin 30 aprelində Şamaxı şəhərində şöbəsi açılıb. 1859-cu ildə Bakı şəhəri quberniyanın paytaxtı olandan sonra «Müqəddəs Nina» xeyriyyə cəmiyyəti və onun eyni adlı məktəbi də Bakıya köçür.
«Müqəddəs Nina» qadın xeyriyyə cəmiyyətinin Bakı şöbəsi idarəsinin sədri keçən əsrin 80-ci illərinin əvvəllərində Bakı qubernatoru işləmiş D. S. Staroselkinin arvadı Yekaterina Staroselskaya idi. Üzvlüyünə isə qubernator Dmitri Semyonoviç Staroselski, Çimnaz xanım Səlimxanova, H. Z. Tağıyev, Hacı Mirzə Qulu, Hacı Hüseyn Qulu, Səfər Əli oğlu, Məlikməmməd Əliyev, Ağahüseyn Tağıyev və başqaları daxildi.

Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7

Comments are closed, but trackbacks and pingbacks are open.