Ənvər seyidov
Əslində isə indi ki, zamanda öz peşəsinə hörmət edən jurnalist keçmiş dövrə qayıdıb, baş verənləri və və yaxud hansısa keçmiş məmurun, hal-hazırda dövlət qurumunda işləyən və böyük hörmət sahibi barədə söylədiyi təkrar, şər və böhtan xarakterli fikir l əri dərc etməli deyil. Əsl jurnalist bu günk i real vəziyyət d ən və ölkə daxilində gedən proseslərdən yazmalı , yüksək sürətlə davam edən bahalıqdan, əhalinin maddi vəziyyətindən, sosial problemlərindən, maddi durumunun gündən-günə ağırlaşmasının səbəblərindən, məmur özbaşnalığından, işsizlikdən, yaranmış böhrandan yazmalı və gündəmə gətirib müzakirə e t məlidir.
Ənvər Seyidov: “Haradan biləydim ki, Eldar Mahmudov “goreşəndir”” -MƏNƏ GÜLLƏ ATDILAR, STƏKANIMA ZƏHƏR TÖKDÜLƏR
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun MTN-nin sabiq rəhbəri Eldar Mahmudova yazdığı məktub mediada və sosial şəbəkələrdə böyük rezonansa səbəb olub. Qeyd edək ki, insan hüquqları müdafiəçisi Oktay Gulalıyevə istinadən Gununsesi.info-da dərc olunan məktubda MTN tərəfindən qanunsuz həbs olunan bir qrup məhkumun məhkəmə prosesinə sədrlik edən hakim Ənvər Seyidovun təqsirləndirilən şəxslərə bağlı qapılar arxasında 10- 14 il həbs cəzası verəndən sonra nazir Eldar Mahmudovdan dinc günahsız insanları şərləyib həbs etdiyinə, onlara böhtan atıb, ağır işgəncəyə məruz qoyduğuna görə MTN- nin Anti- Terror Mərkəzinin bir qrup əməkdaşının “vicdanlı” və “ləyaqətli” hərəkətlərinə görə mükafatlandırılmasını xahiş edib.
Məktubda adları keçən insanların böyük əksəriyyəti isə Eldar Mahmudovun dəstəsinin üzvləri olub. MTN dağılandan sonra həmin şəxslərin əksəriyyəti həbsə girib. Ənvər Seyidovun təriflədiyi Anti-Terror Mərkəzinin rəisi Elçin Quliyev və onun müavini Ilqar Əliyev də həbs edilib. Sonradan kamerada Ilqar Əliyevin meyiti tapılıb. Ənvər Seyidovun bu məktubu hüquqi baxımdan da qanunsuz dəyərləndirilməlidir. Qanunverciliyin tələblərinə görə, işə baxan məhkəmə ittiham tərəfinin ortaya qoyduğu sübutlara deyil, məhkəmə istintaqında ortaya çıxan sübutlara əsasən hökm verməlidir. Eldar Mahmudovun sifarişi ilə yazılmış saxta ittiham aktını gözü yumulu qəbul edən hakim bununla yanaşı sabiq MTN şefinə yarınmağı da unutmayıb.
Ənvər Seyidovun təriflədiyi MTN əməkdaşları arasında Eldar Mahmudovun ailə üzvlərindən olan Mahmudov Həmid Azər oğlunun da adı var.
Bu məktubun mediada yayılmasından sonra sosial şəbəkələrdə Ənvər Seyidov barəsində sərt tənqidlər səslənib.
Gununsesi.info Ənvər Seyidovla əlaqə saxlayaraq, onun Eldar Mahmudova məktubu barəsində suallara cavab alıb.
Əvvəlcə məktub yazması faktını danan hakim sonradan fikirini dəyişməli olub. Onunla söhbətimizi olduğu kimi təqdim edirik:
- Ənvər müəllim, Eldar Mahmudova bu məktubu yazmağa sizi nə vadar etdi?
- Mən heç kimə məktub yazmamışam. Mənim adımdan saytlarda belə xəbər yayılıb. Mənim xəbərim yoxdur.
- Amma həmin məktubların surətində sizin imzanız var, öz imzanısı necə dana bilərsiniz?
- Əşi, bilirsiniz, nə var. Bu hadisə 10 il əvvəl olub. İndi bunu niyə qabardırlar, mənə çatmır.
- Çünki, Eldar Mahmudovun cinayətlərinin üstü açılır. Siz öz hökmünüzlə, MTN-nin saxta ittihamları ilə həbs olunan gənc insanların həyatını məhv etmisiz.
- Mən uzun illərdir ki, hakim işləyirəm. İndiyə qədər də heç bir hökmüm yuxarı instansiya məhkəməsində ləğv olunmayıb. Səid Dadaşbəylinin işi də həmçinin. Bu işi məndən sonra da araşdırdılar. Mən vicdanlı hakiməm. Qərarlarımı qanunlarla uyğun verirəm. Eldar Mahmudova gəlincə, mən haradan bilim ki, o, “goreşən” olub. O, adama etimad göstərilib, xəyanət edib. MTN-ni cinayətkar yuvasına çevirib. Bu gün də bu əməlləri törədənlər həbsdədir. İnanıram ki, layiqli cəzalarını alacaqlar.
- Amma Eldar Mahmudovun dəstəsi ilə yanaşı, Siz və digər həmkarınız Novruz Kərimov da tənqid edilir. Hətta sosial şəbəkələrdə MTN-nin günahsız tutduğu, sizin də azadlıqdan məhrum etdiyniniz insanların yaxınları sizə bəd dualar edirlər. Etiraf edək ki, Sizə cəmiyyətdə “vicdanlı hakim” deyən az adam tapılar. Eynilə, həmkarınız Novruz Kərimovu götürək, bu adam mənə heç bir cinayətim olmadığı halda MTN-nin sifarişi ilə 8 il cəza verdi.
- Mən həmişə başımın üstündə Allahı da görürəm. Ədalətsiz qərar verməmişəm. Mən dövlətçiliyə sadiq adamam. Rəhim Qazıyevin işi zamanı başımın üstündən güllə atıblar. Elə məsələlər olub ki, stəkanıma zəhər töküb məni öldürmək istəyiblər. Bu gün də dövlətə xidmət edirəm. Övladlarım da dövlət qurumlarında çalışır.
- Yeri gəlmişkən, hökumət mediasında Sizin hakimiyyəti tərif edən yazılarınıza rast gəlinir. Belə olan halda siz necə müstəqil hakim ola bilərsiniz?
- Mən hakimlikdən qabaq vətəndaşam. Həmin yazıları da vətəndaş kimi yazmışam. Üç ölkənin sülhməramlı səfiriyəm.
- MTN-nin həbs olunan generallarının cinayət işi sizin icraatınıza verilsə, baxacaqsınızmı?
- Əlbəttə, baxacam. Onlar ən layiqli cəzalarını almalıdır. Qanun qarşısında cavab verəcəklər.
Ənvər seyidov
Niyə yadınızdan çıxartmısınız ki, Şuşa və Laçının işğalında siz də günahkarsınız “
Son zamanlar bəzi mətbuat orqanlarında Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov barəsində şantaj xarakterli və qərəzli məqalələr dərc olunub. Bəzi yazarlar bilərəkdən belə məqalələr yazmaqla Azərbaycanın tanınmış, beynəlxalq təcrübəli , uzun illər məhkəmə orqanlarında çalışan hakimi və hüquq elmləri doktoru, profesor Ənvər Seyidovun adını hallandıraraq, məqalələri gündəmə gətirib ajotaj yaratmaq istəyirlər. Həmin məqalələrdə hakimin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova göndərmiş olduğu köhnəlmiş məktbundan , siyasi məhbus sayılan Səid Dadaşbəyli və onunla mühakmə olunmuş digər dəstə üzvülə r inin məhkəmə prosesindən söhbət gedir .Həmçinin sabiq müdafiə naziri Rəhim Qaziyevin hakim barəsində qondarma iddiaları və qərəzli açıqlamaları həmin yazılarda yer alıb. Lakin həmin qəzetlər bu mövzunun nə məqsədlə ortaya gətirilməsinin səbəblərini açıqlamamaqla yanaşı, kimlərin sifarişi ilə bu təbliğatın təşkil etdiyini gizlədirlər.
Əslində isə indi ki, zamanda öz peşəsinə hörmət edən jurnalist keçmiş dövrə qayıdıb, baş verənləri və və yaxud hansısa keçmiş məmurun, hal-hazırda dövlət qurumunda işləyən və böyük hörmət sahibi barədə söylədiyi təkrar, şər və böhtan xarakterli fikir l əri dərc etməli deyil. Əsl jurnalist bu günk i real vəziyyət d ən və ölkə daxilində gedən proseslərdən yazmalı , yüksək sürətlə davam edən bahalıqdan, əhalinin maddi vəziyyətindən, sosial problemlərindən, maddi durumunun gündən-günə ağırlaşmasının səbəblərindən, məmur özbaşnalığından, işsizlikdən, yaranmış böhrandan yazmalı və gündəmə gətirib müzakirə e t məlidir.
Belə olan halda, yəni obyektiv, araşdırma və təhlil yazan jurnalist oxucunun daha cox hörmətini qazanar , imzasına və işlədiyi mətbu orqanına da hörmət edərlər. Jurnalist qərəzli, sifarişli və böhtan xarakterli məqalələr yazmaqdan uzaq olmalıdır.
Uzun müddət məhkəmə proseslərindən reportajlar hazırlayan bir yazar kimi bu sahədə anlayışım olduğuna görə həmkarlarıma bildirmək istəyirəm ki, hər bir hakimin icraatında olan həm cinayət, həm də mülkü işlərlə bağlı əlavə məlumat yeni dəlil və sübutlarla bağlı hər bir döv l ət məmuruna, nazirə və hətta ölkə başçısına da ,məktub, sorğu və yaxud təqdimat göndərmək səlahiyyəti var. Biz həm də yaddan çıxarmamalıyıq ki, məhkəmə orqanlarına hakimlər ancaq ölkə başçısının sərancamı ilə təyin olunurlar. Onların fəaliyyətinə nəzarət edən dövlət qurumları var və hakimin qanunsuz hərəkətlərinə həmin qurumlar cavabdehdirlər.
Mətbuatda barəsində yazılanlara münasibətini bildirən hakim Ənvər Seyidov əvvəlcə belə çılız yazıları təşkil edənlərə və həmin məqalələrə yer ayıran Baş redaktorlara iradını bildirdi:
” Mən mətbuatda yazılanları ilk növbədə mənə edilən hörmətsizlik və qərəzli k o mpaniya kimi qiymətləndirirəm. Barəmdə yazılan həmin məqalələri cəfəngiyyat, uydurmalar, şər və böhtan sayıram. Ən böyük iradlarım həmin yazıları dərc edən qəzetlərin Baş redaktorları na dır. Onlardan soruşmaq istəyirəm ki, mənim sizə nə sə pisliyim olub, bəlkə yadımdan çıxıb ? Təəssüf edirəm ki, Şuşa və Laçının işğal olunmasında və həmin zaman bizim müdafiə mövqelərimizin zə i fləməsində böyük pol u olan Rəhim Qaziyevin mənim barəmdə söylədiyi yalanlarına , şər və böhtanlarına qəzetlərinizdə tez-tez yer ayırırsınız. Bilirəm ki, bu yazıları kimlərinsə sifarişi ilə dərc edirsiniz. Bunlar cılız oyunlardır və sifarişli k o mpaniyalara qoşulmayın . Daha qlobal və aktual , xalqı daha çox maraqlandıran problemləri ortaya gətirin və yazın. Siz unut m ayın ki, mənim də həm dövlət, həm də müstəqil qəzetlərdə, obyektiv və qərəzsiz yazan jurnalist dostlarım var. Sizlərə üzümü tutub deyirəm: pulu qazananda halal qazanın və elə qazanın ki, sonra başınız ağramasın. Bəzi hakimlərdən fərqli olaraq mən, jurnalistlərin mənim sədrlik etdiyim məhkəmə proroseslərində iştirak etmələrinə icazə verirəm və heç bir problem yaratmıram. Barəmdə qərəzli məqalələr yazan jurnalistlərin nəzərinə çatdırıram ki, hakim işlədiyim dövr ərzində yüzlərlə, bəlkə də minlərlə məhkəmə prosesi aparmışam. Bəzi jurnalistlər isə hətta yazırlar ki, mən əsasən( keçmiş MTN-nin.E.M ) Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) -nın İstintaq İdarəsi tərəfindən istintaq aparıldığı cinayət işlərinə dair məhkəmə proseslərini aparıram. Birincisi, mən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimiyəm, hec bir vaxt da kiminsə diqtəsi, sifarişilə məhkəmə prosesini aparmıram, hökm elan etmirəm. Məhkəmənini rəhbərliyi tərəfindən mənim icraatıma verildiyi hər bir işlə yaxından tanış oluram, dərindən oxuyuram, hər bir detalları ilə maraqlanıram və prosedur qaydalarına əsasən işi məhkəmə baxışına hazırlayıram. Məhkəmə prosesini isə qanun çərçivəsindən kənara çıxmadan, ədalətli, obyektiv aparır və mühakimə olunan hər bir təqsirkara əməlinə görə cəza təyin edirəm. Bir hakim kimi cəza təyin edərkən, mühakimə etdiyim şəxsin birinci növbədə gühahı olub, olmadığını, dəlil subutlarla araşdırıram, onun şəxsiyyətini, psixoloji durumunu, sağlamlığını, ailə vəziyyətini və həmin şəxsin müsbət keyfiyyətlərini nəzərə alıram.
Qəzetlər eyni zamanda yazıblar ki, təxminən 10 il bundan əvvəl guya mən Səid Dadaşbəyli və onunla mühakimə olunanlara guya sifarişlər əsasında ağır cəza vermişəm. Bu barədə yazanlara xatırlatmaq istəyirəm ki, mən hakiməm və mənim öz səlahiyyətlərim var. Məhkəmə sədri tərəfindən onların işi mənim icraatıma verilib. Məlum olduğu kimi həmin dəstənin cinayyət tərkibli əməlləri kecmiş MTN-nin İstintaq İdarəsi tərəfindən araşdırılıb. Dövlətin xüsusi nəzarətinə olan ağır cinayət işi olub və mən bir hakim kimi xüsusilədə bu işdə hər hansl bir qanun pozuntusuna yol verə bilməzdim.Bir daha siz jurnalistlərin nəzərinə çatdırıram ki, mən Səid Dadaşbəyliyə və onun ətrafına toplaşanlara,qanuna uyğun olmayan əməllərə görə cəza vermişəm. Bu prosesdə mənə hər hansı bir məmur və dövət səviyyəsində təsir olunmayıb. Ancaq mən ilk növbədə dövlətçiliyimizin qorunması prinsiplərini hər şeydən üstün tuturam. Unutmayaq ki, bu dəstənin üzvləri müstəqil dövlətimizin inkişafına qarşı çıxmışdılar və öz fərziyyələri əsasında ölkəmizdə yeni dövlət qurmaq istəyirdilər. Onların bu qanunsuz hərəkətləri isə Konstitusiyamıza və qanunlarımıza zidd idi. ” Rəhim Qazıyev, siz kimsiniz ki, mənə şər və böhtan atırsınız. Məqsədiniz nədir ? Mən tam məsuliyyətimlə deyə bilrəm ki, sizin ümumiyyətlə danışmağa haqqınız yoxdur. Özünüz yaxşı bilirsiniz ki, məndə sizin cinayət əməllərinizlə bağlı çoxlu qanuni dəlil və sübutlar var.Siz özünüz məcbur edirsiniz ki, əməllərinizdən bütün insanlar xəbərdar olsunlar. Yaxşı xalq məsələsi var “Elin gözü tərəzidir” deyirlər.Çünkü siz müdafiə naziri olanda xalqı çox aldatmısınız. Yadınıza salıram, siz kişi kimi söz verib demişdiniz ki, “Əgər Şuşa şəhəri əldən getsə, ermənilər tərəfindən işğal olsa başıma güllə vuracağam.” Amma başınza güllə vurmağa cürətiniz çatmadı. Mən tam məsuliyyətimlə deyə bilirəm ki, Şuşa və Laçının ermənilər tərəfindən işğal edilməsində sizin günahınız daha çoxdur. Buna görə də sizin bu gün danışmağa haqqınız yoxdur. Çünk i buna əsaslarım var. Özünüz də yaxşı bilirsiniz ki, mən hakim olsam da , Azərbaycan vətəndaşı kimi ilk növbədə dövlətiçiliyimizin qorucusuyam, onun inkişafına çalış ı ram və ona qarşı çıxanlara qarşı da mübarizə ap a rıram.
Rəhim Qazıyev, sizin məqsədiniz nədir ? Vaxtaşırı bəzi mətbuat orqanları vasitəsilə barəmdə ağlına gələ n cəfəngiyyatları yazdırırsınız . M ənə şər atmaqdan yorulmadınız ? Xalq hələ sizin digər əməlləriniz barədə məlumatsızdırlar.Özünüzü hamıya təmiz bir insan kimi təqdim etməyə çalışırsınız. Niyə yadınızdan çıxartmısınız ki, Siz əvvəlcə Qarabağımızın incisi olan Şuşa şəhərinin, sonra isə Laçının düşmənlər tərəfindən işğalına şərait yaratmısınız. Orada gedən döyüşlərdə həlak olan gənclərin günahkarı siz deyilsinizmi ? Niyə Şuşa və Laçın da nə baş verdiyin və kimlərin sifarışi ilə işlədiyni niyə açıqlamırsan Rəhim bəy ? Çünkü ən böyük günahkarsan. Bəs bütün Azərbaycan xalqının qarşısında çıxıb kişiyanə demişdin ki, Şuşa düşmən tərəfindən işğal olunsa başıma tapança ilə başına güllə vuracaqsan. Bəs, nə oldu Şuşa artıq 24 ildir düşməndədir. Bəlkə sizin yadınızdan çıxıb.Siz özünüz də şahid oldunuz ki, sizin məhkəmə prosesinizdə də ifadə verən şahidlər sizin günahlarınızı sübut edən kifayət qədər faktlardan danışıblar. Şuşanı və Laçın rayonunu ermənilərə vermək üçün dəridən qabıqdan çıxmısınız. Sual olunur ki, əgər vətənpərvər oğul idı nizsə onda niyə ,1992-ci ildə aprelin 30 –da həmin vaxtlar Pespublikaya rəhbərlik edən Yaqub Məmmədov Respublika Ali Sovetinin sədr müavini olmuş mərhum Af i yəddin Cəlilovla birlikdə, Laçın koridoru məsələsi ilə bağlı İranın keçmiş prezidenti Rəvsancani ilə görüşə getmədiniz ? Yaqub Məmmədov məhkəmə prosesində bildirdi ki, onlar İrana danışıqlara gedəndə siz də Azərbaycanın müdafiə naziri kimi danışıqlara onlarla getməli idiniz. Ancaq sizi tapmayıblar və sonradan məlum olub ki, siz dövlət rəhbərliyinə məlumat vermədən və rəsmi icazə almadan Bişkek şəhərinə o qədər də vacib olmayan bir tədbirə getmisiniz. Çünkü siz çox yaxşı bilirdiniz ki, İran prezidenti ilə Azərbaycan ın rəhbər şəxsləri Qarabağın taleyi nin həll olunmas ını , Laçın koridorunun məsələsi ni müzakirə obyektinə cevirəcəklər. Bilirdiniz ki, əgər Laçın ko ri doru müvəqqəti açılsa da bu ermənilərin xeyrinə idi. Azərbaycan nümayəndə heyətinin tə k idlərinə baxmayaraq İran tərəfi Ermənistanın xeyrinə bu məsələni həll etdi. Həmin danışıqlarda mərhum Af i yəddin Cəlilov çox sərt çıxış edib bu məsələnin ümumiyyətlə müzakirə olunmamasını təklif və tələb e tmişdi . O, Laçın koridoru açılarsa Azərbaycanın ziyanına olacağını görüş iştirakçıların ın nəzərinə çatdırıb. Amma siz həmin vaxt əziz dostunuz Rusiyanın sabiq müdafiə naziri, sizin sirdaşınız olan Qraçovun göstərişi ilə Bişkekdə oldunuz. Çox da vacib olmayan bir görüşdə iştirak etdiniz və həmin dostunuzdan yaxşı məsləhətər aldınız. İstintaq, məhkəmə sənədlərindən, şahid ifadələrindən də məlum oldu ki, Sizin birinci məqsədiniz Şuşanın müdafiəsini zəiflətmə k olub. 1992-1992- ci illərdə ölkəmizin hər yerindən vətəndaşlar Şuşa ya və ətraf ərazilər ə könüllü olaraq silah, sursat, pul, ərzaq bağlamaları, əsgərlər üçün isti paltarlar, dərman ləvazımatları və digər göndərirdilər. Ancaq siz , hərbiçiləri ruhdan salmaq üçün həmin silah,sursat və digər yardımları onlara vermir,h əmin silah və sursatları guya hərbi qarnizondakı anbara boşaltmaq adı ilə əvvəlcə 9 –nömrəli anbara aparır , qeydiyyatdan keçirtdikdən sonra anbara boşaltmaq əvəzinə naməlum maşınlarla naməlum istiqamətə göndərirdiniz. Aparılan araşdırmalardan sonra , çoxlu sayda silah və sursatın “qara bazarda” satıldığı , əldə edilən pulların isə vaxtaşırı Pusiya banklarına yerləşdirdiyi məlum olub. Rəhim bəy , sizin əməlləriniz bununla bitmir. Siz, həmin Şuşanın güclü müdafiəsini qurmaq əvəzinə çamaatın Vətən müdafisindən topladıqları qiymətli əşyaları və pulları yük təyyarəsi ilə Rusiyanın paytaxtına göndərirdiniz. Siz Şuşada olan zamanı insanları çaşdırmaq üçün, belə bir oyun qurdunuz. Guya ermənilər gecə hərbiçilərimizin olduğu kazarmaya “zasada” edib, 9 nəfəri öldürüb və özünü də ayağından yaralayıblar. Məhkəmə zamanı şahid qismində ifadə verən Şuşa batalyonun komandiri olmuş Nail Kazımov bu hadisənin də sizin tərəfinizdən quraşdırıldığını bildirib. Siz ayağınızın həmin hadisə baş verən zaman aytomatdan açılan atəş nəticəsində yaralandığını bildirsəniz də, məhkəmədə təyin etdiyimiz məhkəmə – tibbi ekspertiza nın rəyinə görə isə ayağınızın avtomat silahdan deyil, tapança gülləsindən xəsarət aldığınız məlum olub.Bu cinayət işinin Bakı şəhər Prokurorluğuna göndərilməsi üçün təqdimat vermişdim. Təəssüflər olsun ki, indiyə qədər həmin cinayətin üctü açılmayıb. Siz eyni zamanda Laçının da müdafiəsini zəiflətmək üçün həmin vaxt düşmənə qarşı mərdliklə döyüşən, düşmənlə üzbəüz dayanan, elin vətənpərvər oğlu, təcrübəli hərbiçi Arif Paşayevin komandiri olduğu könüllülərdən ibarət batalyonu bilərəkdən ləğv e t dirmisiniz. Bəli, həmin vaxtdan Şuşa və Laçının müdafiəsi bir daha zəiflədi. Siz bütün bunları bilərəkdən edirdiniz. Rəhim bəy, çünk i siz Pusiyanın keçmiş müdafiə naziri, həm də erməniləri dayısı Qraçovun diqtəsi ilə hərəkət edirdiniz. Məhz sizin bu “fəaliyyətiniz ” sa y əsində Şuşa və Laç ı n rus havadarların köməkliyi ilə ermənilər tərəfindən işğal olundu . Bəli, Rəhim bəy Siz, həmin vaxt Müdafiə naziri idiniz. Sual olunur, Siz niyə Şuşa və Laçının müdafəsi üçün göndərilən silah və sursatı “qara bazarda” satırdınız ? Eyni zamanda istintaq və məhkəmə araşdırmaları zamanı məlum oldu ki, Sizin göstərişləriniz əsasında Şuşanın müdafisində dayanan əsgərlərimizə soyuq və qarlı hava şəraitində dəri çəkmələr əvəzinə,” dermanti n ” materialdan olan çəkmələr vermisiniz, onları günlərlə ac və silah və sursatsız qoymusunuz. 1992-ci ilin may ayının əvvələrində Şuşada qızğın döyüşlər gedəndə, siz orada tapılmırdınız və orada vuruşan könül lü lərə kömək üçün nə canlı qüvvə, nə ərzaq, nə də ki, silah və sursat göndəməməsiniz. Vətənin müdafisinə ayrılan milyonları isə şəxsi mənafeyiniz üçün istifadə e dib, milyonları Rusiya banklarında yerləşdirdiniz.
Siz mətbuatda yazdırırsınız ki, Şuşa və Laçının işğalı ilə bağlı 1994-cü ildə keçirilən məhkəmə prosesində , məhkəmə başlayanda mənim göstərişimlə Sizi dəmir qəfəsə saldım və məhkəmə baxışını keçirdim. Sual olunur, mən neyləməliydim ? B ir hakim kimi qanunla hərəkət edirdim ,ittihama əsasən siz Şuşa şəhərinin və Laçın rayonun işğalına, digər əməllərinizə görə suçlanırdınız. Danılmaz faktlarla Sizin günahlarınız sübut olunmuşdu və qanun çərçivəsində mən hərəkət etdim, Sizə layiqli cəza verdim. Siz qeyd edirsiniz ki, mən həmişə sifarişli hökmlər elan edirəm . Sizin əlinizdə bu barədə sübutlar var ? varsa bəs niyə gizlədirsiniz ? Məgər mən Sizin barənizdə sifarişli hökm çıxartmışam ? Bəs, onda Siz niyə azadliqdasınız ? Sizin bəxtiniz gətirdi ki, ö zünüzü yalandan siyasi məhbus kimi təqdim edib Avropa Şurasının köməkliyi ilə həbsxanadan azad oldunuz . Unutma yın ki, əsl siyasi məhbuslar bu gün zindanlarda əziyyət çəkirlər. Siz onlardan artıq adam deyilsiniz Rəhim bəy. Sizə də məsləhətim budur ki, müxtəlif mətbuat orqanlarında mənə qarşı apardığınız, qondarma, yalan , şantaj xarakterli təbl i ğatı dayandırasınız. Bir də Sizə məsləhətim budur ki, Siz mənim hakimlik və yaxud digər fəaliyyətlərimə qiymət verməyin. Mənim fəaliyyəimə təkcə məni öz sərancamı ilə bu posta təyin edən, hörmətli prezidentimiz İlham Əliyev qiymət verə bilər. Mənim necə insan olduğu m u da bütün xalqımız bilir, narahat olmayın.
Ənvər seyidov
Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidovun iddiası əsasında məhkəmə iclası başa çatıb.
Unikal.org xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Miminat Hacıbəyovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, sabiq hakimin iddiası qismən təmin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ə.Seyidov pensiyasının artırılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Xüsusi şərtlərlə təyinat idarəsini məhkəməyə verən keçmiş hakim pensiyasının düzgün hesablanmasını istəyir.
Ə.Seyidov bu il təqaüdə göndərilib.
Xatırladaq ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Azər Orucov da Dövlət Sosial Fondunun Nəsimi Rayon Şöbəsini məhkəməyə verib. O, pensiyasının miqdarından narazı olduğu üçün məhkəməyə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi A.Orucovun iddiasını təmin edib.
A.Orucov ötən ilin əvvəlində yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Xatırladaq ki, Azərbaycanda məhkəmə hakimlərinin maaşı minimum 1500 manatdan başlayır.
Comments are closed, but trackbacks and pingbacks are open.