Nzart-ölçü cihazları v avtomatika üzr mühndis
Təlimin yekununda hər bir iştirakçı 2 ədəd sertifikatla mükafatlandırılmaq şansı qazanır:
İnsan həyatında avtomatlar və avtomatika. Avtomatik qurğuların növləri və elementləri
Avtomat (avtomatik qurğu) cihaz insanın müdaxiləsi olmadan məqsədyönlü fəaliyyət göstərə bilən texniki qurğudur.
Belə cihazlardan gündəlik həyatımızda geniş istifadə edirik. Avtomatlaşdırılmış yığım maşınlarında və avtomatlaşdırılmış xətlərdə qəzet və jurnallar hazırlanır, çap olunur və qablaşdırılır. Avtomatlaşdırılmış xətlərdə qida məhsulları çəkilir, bükülür, qablaşdırılır və yerləşdirilir. Liftlər də avtomatlaşdırılıb. Artıq çoxdandır liftçi deyilən insanın xidmətindən istifadə edilmir. Metroda bizi avtomatlaşdırılmış nəzarətçi-turniket* qarşılayır. Böyük şəhərlərdə nəqliyyatın hərəkətinə avtomatlaşdırılmış sistem (şəkil 1.) nəzarət edir.
Məişətdə isə getdikcə daha çox belə cihazlara — paltaryuyan, qabyuyan maşınlara, soyuduculara, mətbəx kombaynlarına, proqramlaşdırılmış radio və elektrik cihazlarına müraciət olunur.
İstehsalatda avtomatlaşdırma insanı ağır əmək tələb edən, sağlamlığa zərər vura biləcək işlərin yerinə yetirilməsindən azad edir, əmək məhsuldarlığını yüksəldir. Avtomatlaşdırma avtomobil, tekstil, qida sənayesinin ayrılmaz hissəsidir
Kənd təsərrüfatını da bu gün avtomatlaşdırılmış qurğularsız təsəvvür etmək olmaz. Örtülü şitilliklərdə, inkubatorlarda yumurtaların seçilməsi, yerləşdirilməsi və qablaşdırılmasında çox çeşidli avtomatlaşdırılmış qurğular sistemi fəaliyyət göstərir.
Avtomatika nədir?
Avtomatika elmin və texnikanın avtomatlaşdırılmış qurğuların quruluşunu və işləmə nəzəriyyəsini öyrənən sahəsidir. Maddələrin istilik təzyiqinin azacıq dəyişməsi nəticəsində qəzalar, itkilər və qüsurlarla nəticələnən, böyük sürət tələb edən texnoloji proseslərin də avtomatlaşdırılması zəruridir.
Avtomatlaşdırılmış qurğuların hansı növləri mövcuddur?
Avtomatlaşdırılmış qurğuların aşağıdakı növləri var: mexaniki, elektro-mexaniki, elektron və termoelektrik. Onlardan ən çox yayılanı elektromexaniki və elektron cihazlar — kompüterlərdir.
İnsan əməyinin məhsulu olan çoxsaylı avtomatik qurğular dörd əsas qrupa ayrılır: avtomat nəzarət, avtomat mühafizə, avtomat tənzimləmə və avtomat idarəetmə qurğuları.
Avtomat qurğular hansı hissələrdən ibarətdir?
Müasir cihazlar nə qədər mürəkkəb quruluşa malik olsalar da, əsasən, eyni tərkib hissələrindən ibarətdirlər. Hər bir avtomatlaşdırılmış qurğuda ötürücü, gücləndirici, icraedici və istehsal mexanizmləri var. Ötürücü avtomat qurğunun işığa, istiliyə, təzyiqə, səsə, rütubətə, sürətə reaksiya verən hissiyyatlı elementidir. Əksər hallarda onlar bu təsirləri ölçüyə, ötürülməyə və idarəetməyə rahat gələn elektrik siqnallarına çevirir.
Ötürücüləri müasir maşınların özünəməxsus «gözləri», «qulaqları» və həssas «barmaqları» adlandırmaq olar. Əgər siqnallar zəifdirsə, onları xüsusi qurğular — gücləndiricilər artırır. Elektrik siqnallarının gücləndirilməsi üçün elektron gücləndiricilərdən istifadə edilir.
Pilləvarı gücləndirmə elektromaqnit rele vasitəsilə icra edilir. Avtomat idarəetmə və tənzimləmə qurğularında siqnallar gücləndiricilərdən icraedici mexanizmlərə daxil olur. Onların köməyi ilə maşın və cihazların işçi orqanları hərəkətə gətirilir. İşçi orqanların hərəkətə gətirilməsi elektromaqnit və elektrik mühərrikləri vasitəsilə həyata keçirilir. Avtomat nəzarətdə siqnal müşahidə və qavrama üçün rahatlaşır.
Avtomatlaşdırılmış qurğuların elementləri ilə daha yaxından tanış olmaq üçün avtomat nəzarət qurğusunun modeli üzərində mayenin səviyyəsinə nəzarət mexanizmi ilə tanış olaq (şəkil 2).
Bu qurğunun əsas vəzifəsi çəndə olan mayenin miqdarı haqda məlumat verməkdir. Bu avtomat qurğuda siqnal ötürücü üzgəcdir (6), gücləndirici — ling (4) isə xüsusi qol (5) ilə üzgəcə bağlanmışdır.
Qabda mayenin səviyyəsinin dəyişməsi (artması və azalması) hərəkətli kontaktın (2) yerini dəyişməsinə (yuxarı və aşağı) səbəb olur. Mayenin mümkün olan ən aşağı səviyyəsində kontaktlar (1 və 2) qapanır (qırmızı lampa yanır). Səviyyə ən yüksək nöqtəyə çatanda, 2 və 3 kontaktları qapanır (yaşıl lampa yanır). Yaşıl və qırmızı lampaların işıqlanması çəndə suyun səviyyəsinin yüksək və ya alçaq olmasının göstəricisidir.
Belə qurğuların siqnal lampaları rahat yerdə quraşdırılır.
Müəllif: Natik Axundov, Hümeyr Əhmədov, Fəridə Şərifova
Mənbə: Texnologiya 8 Ümumtəhsil məktəblərinin T8-ci sinfi üçün exnologiya fənni üzrə Dərslik
- Teqlər:
- avtomatika
- , avtomatik qurğular
- , avtomat qurğular
Nzart-ölçü cihazları v avtomatika üzr mühndis
Nəzarət Ölçü Cihazları Mühəndisliyi təlimi sənayedə proseslərin idarə olunmasının komponentləri olan NÖC (Temperatur, Səviyyə, Təzyiq, Sərf), İdarəetmə Sistemləri (PLCS, DCS, ICSS, SCADA), Klapanlar (Final Elements – Control Valves, Actuators, Positioners, Dampers), Beynəlxalq NÖC Standartları (IEC, ISA), Standartlara uyğun sənədlər (PFD, P&ID, Loop Diagram) və real NÖC və idarəetmə sistemlərinin problemlərinin həlli yolları haqqında təcrübi və nəzəri biliklərinə yiyələnmək imkanı yaradır.
Kurs kİmlər üçün nəzərdə tutulub:
Peşəkar kurs sahə nəzarət ölçü cihazları və ölçmə texnikası istiqamətində, energetika sahəsində dərəcə artırmaq, ixtisaslaşmaq və yaxud bu sahədə təhsil alan və işləyən əməkdaşlar şəxslər biliklərini inkişaf etdirmək üçün kursa qoşula bilər.
Kursun müddətİ:
Kursun tədrİs dİlİ:
Azərbaycan dili və İngilis dili
Sertİfİkat:
Kursu müvəffəqiyyətlə bitirmiş iştirakçıya seçimindən asılı olaraq Yerli (TEC) və Beynəlxalq (TÜV Austria) sertifikat təqdim edilir.
Nəzarət-ölçü cihazları
Ölkədə iqtisadiyyatın sürətli inkişafı mühəndislik, avtomatika sahəsində də yeni kadrların hazırlanmasına imkan yaradır! Mühəndislik sahəsində yenilik edən Developia Engineering Academy Nəzarət Ölçü Cihazları təlimlərini təşkil edir. Praktiki olaraq keçirilən təlimdə, təməl biliklərdən başlayaraq, irəli səviyyə Nəzarət Ölçü Cihazların incə metodlarına qədər geniş mövzunu öyrənə bilərsiniz. 3 ay davam edən təlim qrup şəklində olur. İştirakçılar təlimin mövzularını bitirdikdən sonra yiyələndikləri bilikləri sınaq layihəsində tətbiq etmək imkanı qazanırlar.
Kimlər iştirak edə bilər?
Təlimdə avtomatika (avtomatlaşdırma), nəzarət-ölçü cihazları, elektrik və elektronika ixtisasları üzrə təhsil alan tələbələr, adı çəkilən sahələrdə ixtisaslarını artırmaq istəyən mühəndis-texnik heyəti, həmçinin özünü bu sahədə görmək istəyən hər kəs iştirak edə bilər. Siz də bu təcrübədən yararlanmaq istəyirsinizsə, bizə müraciət edərək, NÖC təliminə yazılmağa tələsin! Hal-hazırda davam edən dərslərdə 1 saat nümunə kimi iştirak edərək qərarınızı verin və sonra təlim üçün qeydiyyatdan keçin.
Təlimdən əldə edəcəkləriniz
Təlim ərzində Nəzarət Ölçü Cihazları barəsində ən son texnologiyalar haqqında xəbərdar olacaq, Nəzarət Ölçü Cihazlarının işləmə prinsipləri ilə əlaqədar vacib məlumatları əldə edəcəksiniz. Təlim iştirakçılara NÖC haqqında nəzəri və praktiki biliklər qazandırmaqla yanaşı, zəngin maddi-texniki bazamızdan istifadəyə də imkan yaradır. Keçirilən mövzular təlimin daha dərindən mənimsənilməsinə kömək edir, yerinə yetirilən tapşırıqlar iştirakçılarda avtomatik idarəetmə ilə əlaqəli problemlərin həllinə, mühəndis peşəsinin formalaşmasına şərait yaradır.
Təlimin yekununda hər bir iştirakçı 2 ədəd sertifikatla mükafatlandırılmaq şansı qazanır:
- İştirak haqqında sertifikat
- Sınaq layihəsinin uğurla yerinə yetirilməsi haqqında sertifikat
Developianın sizə qazandırdıqları
- Dövlət əhəmiyyətli layihələrdə real təcrübə qazanmış mütəxxəsislərdən təlim almaq
- Praktiki məşğələlər tələbələrimizə bilikləri daha tez qavramaq və tətbiq edərək öyrənmək imkanı yaradır
- Praktiki məşğələlər sayəsində tələbələrimiz işlədikləri şirkətlərdə avtomatika sahəsinə adi olan cihazlardan daha rahat istifadə edir, ortaya çıxan problemlərin aradan qaldırılmasına nail olurlar
- Təlim mərkəzinin texniki-bazasından dərs saatlarında və dərsdən əlavə saatlarda istifadə etmək imkanı
- Şirkətin real layihələrində iştirak etmək imkanı
- Yeni iş imkanları qazanmaq və dəstək almaq imkanı.
DƏRS XÜSUSİYYƏTLƏRİ
- Mövzular 8
- Müddət 3 ay
- Bacarıq səviyyəsi Bütün
- Dil Az – Ru
- Tələbələr 10
- Qiymətləndirmə Bəli
Comments are closed, but trackbacks and pingbacks are open.