Press "Enter" to skip to content

Ocaq daşı mən rafamı necə döyəcəm

Onlar ölən adamın ardından kəhrəba yandıraraq pis ruhları bədəndən uzaqlaşdırdıqlarına və yaxşı ruhları çağırdıqlarına inanıblar.

Ocaq – FOTOLAR

Dünya binə olandan ailələr bir ocaqda yaşayıb, insanlar bir ocaq başında isinib, yaşadıqları ərazini özlərinə yurd-yuva, məskən seçiblər. Dünyaya göz açdığımız evə, yaşadığımız yurda, bir də müqəddəs yerlərə ocaq demişik.

NUHÇIXAN İnformasiya Agentliyinin oxucularına təqdim etdiyi “Ocaq” layihəsində muxtar respublikamızın qədim kəndləri, bu yurd yerlərində mövcud olan abidələr, adət-ənənələr, ziyarətgahlardan danışacaq və insanlarını tanıyacağıq.

Şərur rayonunda qədim bir kənd, bir ocaq var. Azərbaycanda ən qədim yaşayış məskənlərindən biri olan bu elin, bu ulusun adı Tənənəmdir.

Yollardan biri insanları bu dağ kəndinə aparır. O dağ kəndinin saf suyundan içib, təmiz havasından udan, zəhmətkeş insanların əhatəsində böyüyüb boya-başa çatan şair Həsənəli Eyvazlı da dağların vüqarını, qürurunu, ata yurdunu qəlbində yaşadır. Tənənəm kəndi şairin uşaqlığını keçirdiyi, bütün varlığı ilə bağlandığı qədim bir ocaq, bir yurd yeridir. “Ocağ”ın budəfəki sayında onunla birgə bu kəndin tarixini öyrənəcək, yerləşdiyi coğrafi mövqeyinə, etnoqrafiyasına, adət-ənənələrinə bələd olacağıq.

Doğma kəndindən söz düşəndə xəyal onu uzaqlara çəkdi və yazdığı bu şeir misraları ilə söhbətimizə körpü saldı:

Ana kəndim, görüşünə gəlmişəm,
Torpağına, hər daşına vurğunam.
İllər xəzan etdi cavan ömrümü,
Saç ağarıb, qocalmışam, yorğunam.

1950-ci ildə Tənənəmdə doğulan şair müəyyən səbəblərdən doğma kəndindən ayrı düşsə də, onun üçün dünyanın ən gözəl nöqtəsi elə buradır. Çünki burada uşaqlığı, qayğısız illəri, atalı-analı günləri keçib.

-Gözünüzü açıb bu kəndi necə görmüsünüz, deyə soruşuram, xatirələr müsahibimi illərin arxasına aparır.

-Səhər tezdən kəndi mal-heyvanın səsi, qoyun-quzu mələşməsi bürüyərdi. İnsanlar kolxoz sahələrində çalışmağa, biz uşaqlar isə pendir dürməyimizi götürüb qoyun-quzuları otarmağa gedərdik. Tənənəm sözünün mənası tən orta deməkdir. Kənddən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə Naxçıvan Muxtar Respublikasındakı ən qədim insan məskəni- Qazma mağarası var. El arasında “Dibi yox” zağa deyirlər bu mağaraya. Oraları çox gəzmişəm. Orada bir qaya var. Qayadan yayın qızmar istisində damcı-damcı su tökülüb aşağıda bulaq yaradır və yolçuların hayına çatır.

Mağarada ilk qazıntı işlərini 1983-cü ildə Məhəmmədəli Hüseynov aparıb, onun başladığı iş 1987-1990-cı illərdə Əsədulla Cəfərov, 2008-2013-cü illərdə A.Ə.Zeynalovun rəhbərliyi ilə davam etdirilib. Arxeoloji abidədə tədqiqatlar zamanı əldə olunmuş tapıntılar sübut edib ki, mağarada Mustye dövründə uzun müddət yaşamış insanlar ovçuluqla məşğul olublar. Daş dövründə yaşamış insanların izlərini, həyat tərzini sinəsinə həkk edən, o dövrün canlı şahidi olan bu abidə daş yaddaşımız, tariximizin sirli səhifəsi kimi qorunur.

Uşaqlığını keçirdiyi Tənənəm kəndi ilə bağlı xatirələrdən söz düşəndə şair deyir:

-Uşaqlıq illəri çox ağır keçib. İşıq, qaz, televizor yox idi, köhnə bir radiomuz var idi, ən çox ona qulaq asardıq. Bütün günü tarlada tütün, taxıl sahələrində çalışan insanlar gecələr hisli çıraq işığının başına toplaşardılar. Qışda evlərimiz kürsü vasitəsilə qızdırılırdı. O kürsü təndir formasında olurdu. Hər evdə kürsü yorğanı var idi. İnsanlar uzun qış gecələrində o kürsünün ətrafında yatırdılar.

1964-cü ildə kəndimizə işıq gəldi. O vaxta qədər işığımız olmasa da, çox zəngin kitabxanamız var idi. Uşaqdan böyüyə hər kəsdə oxumağa, mütaliəyə çox böyük maraq var idi. 7-ci sinfi bitirəndə mən artıq “Səfillər”i oxumuşdum.

Ağsaqqala, böyüyə hörmət, bayramlarda kəndin bütün ağsaqqal-ağbirçəklərini bir alma ilə təbrik etmək, gözəl toy adətlərimiz var idi. Ən çox xatirimdən çıxmayan kəndin bayramları idi. Başqa cür keçərdi Novruz bayramı bizim kənddə. Bayrama bir ay öncədən hazırlaşardıq. Əski parçasını möhkəm büküb məftillə sıxar, onu neftə salar, şar düzəldib bayram axşamı havaya atıb atəşfəşanlıq edərdik. Yumurta döyüşdürüb, evlərə papaq atdığımız gün biz dünyanın ən xoşbəxt bəndələri idik.

Tənənəmdə qorunub saxlanılan, həmişə ehtiramla həyata keçirilən toy adətləri olub. Toya bir neçə gün qalanda çörəkbişirdi olardı. Qadınlar yığılıb toya çatacaq qədər çörək bişirərdi. Toy məclisləri adətən şənbə, bazar günləri keçirilərdi. Əvvəllər toylarımız 3-4 gün çalınırdı. İndi də toylarımızda səhər xaş verilməsi, xına gecəsində haxışdaların deyilməsi və bir çox məqamlar o dövrün yazılmamış qaydası idi.

Bizim uşaqlığımız sovet hakimiyyəti illərinə təsadüf etdi. O dövrün çətin günlərini çox yaşadıq. Camaatımız heyvandarlıqla məşğul olurdu. Kəndimizdə tütün, üzüm əkilirdi, qadınlar xalça toxuyurdu. Anam da yaxşı xalça, palaz toxuyardı. Hər birinin öz naxışı, öz müəllifi olan o rəngbərəng palazlar, xalçalar evimizin, elimizin bəzəyi idi. O dövrdə erməni sənətkarlar gəlib bir köhnə xalçaya iki yeni xalça verərək o xalçalardan çox aldılar camaatımızdan. O zaman insanlar bilmirdilər ki, bu minvalla onlar bizim milli sərvətimizi daşıyırdılar əslində. Mənfur düşmənlərimiz milli xalçalarımızdakı ornamentleri beləcə özününküləşdirirdilər. İndinin özündə də kənddə bir çox evlərdə o qədim məişət əşyaları, xalça, palazlar, mis qablar qalmaqdadır.

Kəndimizdə o vaxtı yaxşı təndir qoyanlar var idi. Hətta deyirdilər, “filankəsin təndirini filan arvad qoyub, əli elə bərəkətlidir. Onu gətirin, bizim təndiri də qoysun”. Təndirin palçığı xüsusi qayda ilə hazırlanardı. Qara torpaqdan təndir olmazdı. Sarı torpağa saman və keçi qəzili vurub təndirin palçığını yoğurar, badları düzəldərdilər. İndi də həyətlərdə qalan o təndirlər, təndirəsərlər uşaqlıq illərimizin tarixi abidəsinə çevrilib.

Kəndin yuxarısında xırman var idi. Ruzi-bərəkət yeri idi o xırman. İnsanlar çox əziyyət çəkirdi o dövrdə. Traktor-kombayn, toxumsəpən, otbiçənlər və digər texnikalar yox idi. Zəmilərdən biçilən taxıl, qarğıdalı, noxud min bir əziyyətlə xırmana daşınar, qol gücü ilə orada döyülərdi.

-Tənənəmdə müqəddəs bir pir, ocaq da var. Bu pir haqqında nələr eşitmisiniz?

-Tənənəm piri müqəddəs bir ziyarətgah kimi yüz illərdir insanlar tərəfindən ziyarət olunur. Bu pir kəndimizi həm də turizm məkanına çevirib.

“Pir-i Süleyman”, “Tənənəm piri” deyirlər o ziyarətgaha. Pirin üstündəki ağac və ağacın üzərində olan bir cüt buynuz əsrlərdir, necə var, elə qalıb. Deyilənə görə, pirin tarixi kəndin tarixindən daha qədimdir. Pir orta əsrlərdən insanlar tərəfindən ziyarət olunur. Pirdəki binanın daxilində bir məzar var. İnsanların əsas ziyarət obyekti də həmin məzardır.

Uzunömürlülər çox olub Tənənəmdə. Əmir kişi 102, Bəyim arvad 100, Əli Salmanov 90, Qəndab xanım 95 yaşında dünyasını dəyişdilər. Dağlarımız, meşələrimiz, dərman bitkilərimiz, kəndimizin təmiz havası, dağlardan gələn bulaq suları, bir də insanlarımızın əməksevərliyi onlara bu uzunömürlülüyü bəxş edib.

Yaz gələndə kəndimizin təbiəti yerə döşənmiş xalıya bənzəyir. Qırmızı lalələr, ağ çobanyastığılar bu xalının naxışına dönür. Sarıbulaq, Xan bulaq, Qaraouş yaylaqları yurd yeri, oba yeridi yaşadığımız ərazinin. Tənənəmdəki dağların, bulaqların, yaylaqların dərələrin qoynunda min bir naz-nemət bitir. Sarıbulaq yaylağının ot-ələfi dərman, gül-çiçəkləri loğmandır. Buradakı müalicəvi otlar, çiçəklər solandan sonra da ətrini itirmir.

Xatirimdədir, yaz aylarında kəndimizin camaatı mal-heyvanı kəndin yuxarısındakı Xan bulağına aparar, çadırlar qurar, ta avqustun 20-dək orada yaşayardılar. Yaylaqdan qayıdan ailələr kənddəki qonum-qonşuya şor, kərə və yağlı qalından bağlama bağlayıb pay göndərərdilər. İnsanlar arasında mehribanlıq var idi.

Qaraouş yaşayış yeri indi də insanların yaylaq yeridir. Şərur rayonunun bir çox kəndlərindən yenə o yaylağa gələnlər, mal-qara saxlayanlar var.

Bu günlərdə bu ahıl çağımda yenə Xan bulağına, o yaylağa, o yurd yerinə getmişdim, uşaqlığımın, gəncliyimin ocağına. Anamın təndiri, ocağı, çadırımızın tənəfləri eləcə qalıb. O qaralmış ocaq daşında anam nə qədər bizə yemək bişirib, çay qaynadıb. Sonralar oradan ilhamlanıb bir şeir yazdım:

Çən yatıb, qayalar görünməz olub,
Gədikdə təkənin izi qalıbdı.
Yurd yerində ocaq daşı qaralır,
Qəlbimdə həsrətin közü qalıbdı.

Qocalıq şərafətlidir, amma hər zaman həsrətlə baxır keçmişə. Bu gün mənim qocalığımda həm də uşaqlığımın, gəncliyimin keçdiyi o yurd yerləri, doğma kəndim var:

Qaytarın geriyə uşaqlığımı, Yaman darıxmışam o günlər üçün.
Kiçik kəndimizi dünya bilərdik,
Anamın verdiyi xan dürməyini,
Neçə uşaqlarla yarı bölərdik.

15 yaşında doğma kəndimizdən ayrı düşdü yolum. 1965-ci ildə Naxçıvanda Pedaqoji məktəb açıldı. Sənəd verib 4 il orada oxudum, 2 il hərbi xidməti bitirəndən sonra 4 il kəndimizdə müəllim işlədim. 1977-ci ildən işimlə əlaqədar olaraq Naxçıvan şəhərində yaşadım.

Dar mənada, Tənənəm kəndi ata yurdum, Naxçıvan ana vətənimdi. Deyirlər, Vətən sərhəddən başlayır. Amma, mənim fikrimcə, Vətən insanın ilk səsi eşidilən evdən, ocaqdan başlayır. Bu gün mənim doğma kəndim gözəlliklər məskənidir. Gecələr sayrışan işıqları, gündüzlər göz oxşayan mənzərəsi- məktəbi, inzibati binaları onun bugünkü növrağından söz açır. Hər bir kənd sakininin bacarığı, işgüzarlılığı sayəsində dolanışığını təmin etmək imkanı var. Dövlətin sağ əli onların çiynindədi. O kənd adamı da öz yerinə, yurduna, ata ocağına qəlbən bağlı olmalıdır.

Mən illərdir, şəhərdə yaşasam da, ayda ən az iki dəfə ata ocağıma, doğma kəndimə baş çəkirəm. Hər dəfə kəndə ayaq basanda uşaqlığım məni ağuşuna alır sanki. Daş atıb baş yardığım, daş atıb başımı yardıqları, çilingağac oynadığım, yamaclarda quzu otardığım zamanlar gözlərimin önündə canlanır.

Hayana baxıram izim görünür,
Əlimin qabarı qalıbdı burda.
Körpəlik illərim, gənclik çağlarım,
Qəlbimin qübarı qalıbdı burda.

Böyük rus yazıçısı M.F Dostoyevski deyirdi ki, insan torpaqdan yaranır, torpağa gömülür. Bu mənada, Tənənəmdə doğulub orda yaşayan və yaşamayan insanlar üçün də bu belədir. Kəndin havasını udan, suyunu içən o insanlar da öz işi, əməli ilə kəndin adını ucaldır. Nə qədər qocalsalar da, ucalsalar da, dönüb geriyə boylananda onları böyüdən insanları, yurd-yuvanı xatırlayırlar. Harada yaşamaqlarından asılı olmayaraq, onlar üçün dünyaya göz açdıqları, torpağında iz qoyduqları doğma bir ocaq var- Tənənəm.

Türkanə Əmoyeva
“NUHÇIXAN”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Kəhrəba daşı haqqında bilinməyənlər

Bu dəfə “Mücrü” layihəsində olduqca qeyri-adi bir daş olan kəhrəbadan bəhs edəcəyəm. Gəlin, birlikdə adi ağac şirəsindən (qatran) əsl şəfa mənbəyinə çevrilən bu möcüzəli daşın maraqlı hekayəsiylə tanıq olaq.

Adi qatran şəfalı daşa çevrilir

Kəhrəba daş hesab edilsə də, o digər daşlardan fərqli olaraq mineral maddələrdən deyil, oksigen, hidrogen, karbon və bir neçə turşudan ibarətdir.

Kəhrəba nadir şam ağaclarının və (bəzən də tropik ağacların) ifraz etdiyi qatrandan əmələ gəlir. Ağacın özünü qoruma funksiyası olan qatran budaqlar qırıldıqda ifraz olunur və həmin hissəni bərpa edir.

Ona görə də çox vaxt kəhrəbanın içərisində mumyalanmış milçək və ya başqa kiçik həşəratlara, o cümlədən müəyyən qalıqlara rast gəlinir.

Kəhrəba bu xüsusiyyətilə keçmişə işıq tutaraq tarixçilərin bir çox faktları üzə çıxarmasına kömək edir.

Ağacın ifraz etdiyi qatran minlərlə il sonra sərtləşərək kəhrəbaya çevrilir. Daha sonra ağacla birlikdə torpağa qarışır və orada toplanaraq kəhrəba yatağı əmələ gətirir. Bu proses çox vaxt aldığı üçün təbii kəhrəba çox qiymətlidir.

Əsasən Baltik dənizi, Livan, Siciliya adaları, Meksika, Ruminiya, Kanada, Dominik Respublikası, Polşada çıxarılır. Avropada isə Ukrayna, İsveç, İngiltərə və Hollandiyada kəhrəba yataqları var.

Əsl kəhrəbanı necə tanımalı?

Kəhrəba yumşaq və yüngül olur. Əsas iki növü var: qırmızımtıl sarı və donuq sarı.

Ancaq narıncı, qırmızı, qəhvəyi, bal, qızıl, sümük, qara, mavi və yaşıl rənglərdə də olur.

Bunlardan mavi və yaşıl rəngdə olanı çox nadir tapıldığı üçün daha baha qiymətə satılır.

Satışda çoxlu miqdarda saxta kəhrəbalar mövcuddur. Əsl kəhrəbanı tanımağın bir neçə yolu var.

Kəhrəba qızdırıldıqda elektrik və maqnit xüsusiyyətlərini ortaya çıxarır. Bədənə istilik verir və kağızı cəzb edir.

Əsl kəhrəbanın ən əhəmiyyətli xüsusiyyəti isə yandırıldıqda ətrafa şam qoxusu yaymasıdır.

Saxta kəhrəba plastik, şüşə və sintetik maddələrdən hazırlanır. Belə kəhrəba bədənə qaşıntı verə bilər.

Həm bəzək əşyasıdır, həm də sağlamlığın keşikçisi

Qədim zamanlardan bəri kəhrəbadan həm bəzək əşyalarının hazırlanmasında, həm də türkəçarədə istifadə edilib.

Kəhrəbadan hazırlanan boyunbağılar, sırğalar və təsbehlər sadəcə bəzək əşyası kimi qiymətləndirilməyib.

Çünki bu bəzək əşyaları həm də müxtəlif xəstəliklərin çarəsi olub.

Kəhrəba ən şəfalı daşlardan biridir.

Kəhrəbanın yaydığı istilik soyuqlamanı aradan qaldırır. Ona görə də kəhrəbadan hazırlanan sırğa və ya boyunbağı taxmaq məsləhət görülür.

Kəhrəba boyunbağı tiroid vəzinə yaxşı təsir edir, zobu əridir və boğaz infeksiyalarının meydana gəlməsinə mane olur.

Həmçinin, astma və bronxit kimi xəstəlikləri də yüngülləşdirir. Badamcıqların şişməsinin qarşısını alır.

Onlarla xəstəliyin çarəsi sarı daş

Kəhrəba allergiyaya qarşı təsirlidir. Müxtəlif ağrılardan xilas olmaq üçün də kəhrəbadan faydalanmaq olar.

Xüsusilə də revmatizmdən qaynaqlanan ağrıları qısa müddətdə aradan qaldırdığı deyilir.

Ağrını aradan qaldırmaq üçün daşla ağrı olan bölgəni masaj etmək lazımdır. Daş nə qədər iri olsa, təsiri də bir o qədər güclü olacaq.

Kəhrəba daşının həzm sisteminə də faydası var. Bu daş bağırsaqların işini asanlaşdırır.

Depressiyadan, stressdən xilas edir

Kəhrəba ruh sağlamlığı üçün də əhəmiyyətlidir. Araşdırmalar nəticəsində kəhrəba daşının melanxolik ruh halını önlədiyi və xüsusilə də sol biləyə taxıldıqda depressiyadan qoruduğu ortaya çıxıb.

İnsana müsbət enerji verir. Orqanizmin təmizlənməsinə kömək edir.

Stressi azaldır, həyat eşqinin azaldığı hallarda yaxşı təsir edir.

Roma dövründə kəhrəbadan zobun müalicəsində geniş şəkildə istifadə edilib. Hazırda da xalq təbabətində bu üsula müraciət edilir.

Qədim zamanlarda kəhrəbadan yağ əldə edərək ondan bir çox məqsədlər üçün istifadə ediblər. Kəhrəba yağı ta qədimdə olduğu kimi indi də gözəl qoxu yaratmaq üçün istifadə edilir. Bir çox ətrin tərkibinə kəhrəba yağı əlavə edilir..

Antik Romada kəhrəbadan müxtəlif dərmanlar hazırlanıb. Kəhrəba tozu ilə balı qarışdıraraq boğaz, qulaq və gözlə bağlı problemləri aradan qaldırmağa çalışıblar. Kəhrəba tozunu suyla içdikdə mədə xəstəliklərini aradan qaldırdığına inanılır.

Ən məşhur türk alimlərdən İbni Sina kəhrəbanı bir çox xəstəliyin dərmanı olaraq xarakterizə edib.

Şərq ölkələrində kəhrəba tüstüsünün ruhu gücləndirib insana cəsarət verdiyinə inanılır.

Çinlilər də kəhrəbanın möcüzələrindən xəbərdar olublar. Çində kəhrəbadan hazırlanan xüsusi siropdan sakitləşdirici və ağrıkəsici olaraq istifadə edilib.

Orta əsrlərdə kəhrəba sarılığın çarəsi hesab edilib.

Həmçinin, bədənin güclənməsi və dərinin daha sağlam görünməsi üçün də kəhrəbadan istifadə edilib.

Sarı rəngli kəhrəbanın doğuşu asanlaşdırdığı, ilan sancmaları, diş ağrısı, revmatizmə çarə olduğu fikri formalaşıb.

Kəhrəba yağı, kəhrəba balzamı və kəhrəba ekstraktı o dövrlərdə reseptlərdə ən çox yazılan dərmanlar olub.

Prussiyalılar böyrək daşı narahatlıqları üçün kəhrəbadan faydalanıblar.

Kəhrəba tüstüsünün möcüzələri

Litvada isə kəhrəbadan daha fərqli məqsədlər üçün istifadə edilib.

Onlar ölən adamın ardından kəhrəba yandıraraq pis ruhları bədəndən uzaqlaşdırdıqlarına və yaxşı ruhları çağırdıqlarına inanıblar.

Bütün bunlar onu göstərir ki, kəhrəba müxtəlif ölkələrdə fərqli məqsədlərlə istifadə edilib. Məsələn, bir çox insan kəhrəba tüstüsü iynəyən körpələrin daha tez böyüdüyünə, bu tüstünün yeni evlilərə xoşbəxtlik bəxş etdiyinə, döyüşə gedən kişilərə isə cəsarət verdiyinə inanıb.

Kəhrəbanı bir müddət arağın içərisində saxladıqdan sonra süzüb içdikdə kişilərdə cinsi gücü artırdığı düşünülür.

Kəhrəbadan hazırlanan təsbehləri körpələrə taxaraq onların diş çıxarma prosesini ağrısız keçirmələri təmin edilir.

Qeyd edək ki, kəhrəbanın bütün bu xüsusiyyətləri onun yaşından, hansı ağacın qatranından yaranmasından asılı olaraq dəyişə bilər.

Şir bürcündən olanlar, diqqət!

Əgər Şir bürcündənsinizsə, deməli, sizin kəhrəbadan istifadə etmək üçün daha bir səbəbiniz var. Bütün sarı daşların Şir bürcünə uğur və sağlamlıq gətirdiyinə inanılır. Ona görə də sarı kəhrəbadan hazırlanan aksessuarlar ala bilərsiniz.

Sonda sizin üçün kəhrəbadan hazırlanan ən gözəl aksessuarları toplamışam. Fotolara nəzər yetirsəniz, bir çox məşhur simanın məhz bu kəhrəbadan hazırlanan aksessuarlara üstünlük verdiklərini görəcəksiniz.

Ləman Sultan

Südabə Ağabalayeva Ocaq daşı

Yay gününün bürküsü, vaxtın təntiyən vədəsi. Bir belə tünlük əlindən sığınmağa tək gümanım siqnal nüsxəsi əlimdə olan «Azərbaycan» jurnalı. Siqnal nüsxəsini vərəqləməyin bir özgə ovqatı var; az qala hər sətrini dönə — dönə oxumusan, gözüyumulu bilirsən hansı yazı hansı əhifədədir… amma yenə də ilk dəfə görürmüş kimi, nigaran bir həyəcanla çevirirsən səhifələri. Bundan sonra əlinə alanda isə, başlayırsan adi oxucu kimi vərəqləməyə… Bu da başqa bir zövqdür, bu dəfə başqa nə isə axtarırsan, vərdişkar tövrlə olsa da… Bunları düşünə — düşünə sövq — təbii vərəqləyirsən jurnalı, gözün sətirlərdə, fikrin həyatın yanında. Və elə bu dəm hardansa limon çiçəyi ətirli bir sərinlik axdı keçdi. Niyəsə bu sərinliyin rəngi mavi gəldi mənə və düşündüm ki, limon çiçəyinin rəngi hara, mavi hara.

Son vaxtlar adamı diksindirən, nigaran pərtlik doğuran bu rəngin bəxtinə acıya — acıya şeirləri birnəfəsə oxudum. Yox, şedevr deyildi, amma o anda sətirlərdən süzülən narın sərinliyə görə əvəzi yoxdu mənə görə. Həmin anda mənə elə gəldi ki, sözün, misranın, fikrin gücü də, gözəlliyi də bundadır: ovqat yarada bilməsində. Nə müəllif ədası vardı, nə misralar çığırırdı. Bir az serenada intonasiyası və həyəcanı, bir az bədii sualın adamı silkələyən vurğusu, bir az da bilib fərqinə varmadığımız həqiqətlərin səsi… Sadə, aydın mətləbi, rahat intonasiyası səhifəni geri çevirib müəllifin adını öyrənməyə qoymadı axıracan… Sonuncu şeiri oxuyub bitirəndə hiss etdim ki, o günəcən şəxsən görməsəm də, Tofiq Məlikli ilə bu şeirlərdən sonra sanki bir qan qohumluğu bağıyla çoxdan tanışam və bu şeirlər oxucudan cavab gözləyən suallardır. Həm də bu sualların cavabını müəllif çoxdan bilir, yaşadığı upuzun bir həyatdan öyrənib bu cavabları, sadəcə, sənə də xatırlatmaq istəyir, istəyir ətrafına baxasan, günəşin əlini alnında hiss edəsən, kəhrizli sərinliyə dalıb unudasan sıxıntıları, pislikləri…

Bu şeirlər deyirdi ki, yaşadığını düşünmə, düşündüyünü yaşamağa çalış; həyat onda gözəl olur. Amma başqa bir şairin lap çoxdan oxuduğum bir misrasını həyat o qədər səsləndirmişdi ki yaddaşımda, təsəvvürümü yanıltmaqdan çəkindim. Neynim ki, «Heç kəsi yaxınlıq salmasın uzaq» misrasını Söhrab Tahirin “şair yalanı” kimi qəbul etməməyə«kömək edənlər» çox olmuşdu. Elə ona görə də bir xeyli məndə mənimlə qalan bu limon ətirli mavi sərinliyə görə ürəyimdə təşəkkür etməklə kifayətləndim. Sonra onu uzaqdan — uzağa daha yaxından tanımağa kökləndim. Moskvada yaşayan türkoloqun yazılarını oxyanda bu gün üçün çox vacib olan mədəni müxtəlifliyin qorunması zərurətini siyasətin gözlənilməz fəndlərindən uzaq tutmaq, milli identifikasiyanın özəlliyini səriştəli təqdim etmək məharətinə, bir türk sevdalısının «türkünən güclü silahı — sevgidir» həqiqətinə inanmasına və inandırmasına, qibtə ediləcək təmkininə sevindim. Haqqında yazılanları və deyilənləri özünün yazdıqları və söylədikləri ilə üz — üzə qoyanda gördüm ki, hər iki tərəfin gücü bir — birinin gözünün içinə dik və aydın baxa biləcək bir əminlikdədir. Başqa şeydir həyat, qardaşım! Əngəlləri aşmaq sənətidir o, qürurunu, mənliyini qorumaq sənəti. Çox çətindir, bilirəm, bu sənət! Çətindir – Alnı açıq yaşamaq, Sinə gərmək yalana, alçaqlığa, Çətindir qorumaq gerçəyi, həqiqəti, ədaləti, sevgini. Bu sətirlərdəki qətiyyətin zərbindən diksindim və gümanım dişini dişinə sıxıb susdu… Sonra bir az da başqaları kimi olmadığının fərqinə vardım. Fərqinə vardım ki, titul, status, «yerini şirin salmaq» fəndgirliyi onun həqiqətinin qarşısına keçmir, keçə bilmir. Nə sözündə, nə düşüncəsində. Şərait və vəziyyəti xeyrinə işlətmək düşüncəsindən uzaqlığının şaxlığını da başqa mühitdə olmasına bağlayıb, nigaran — nigaran gözləməyə başladım. Bu, konkret bir şəxsdən nigaranlıq deyildi.

Ziyalıları çox olan cəmiyyətdə Ziyalılığın azalmasının səbəblərilə bağlı bədgümanlığın təsiriydi. Alimlərinin sayı artan elmimizdə Alim obrazının aşınmasını müşahidə edərək gəzişən pessimizmin notlarıydı və belə düşünməyə hər gün, hər saat bizə nə qədər desən, «məlzəmə» verənlərin bolluğuydu. «Güvəndiyimiz dağların» qar altında qalıb itən dağlığıydı. Vicdan rahatlığını qulaq dincliyinə qurban verib, düzlükdən, ədalətdən, həqiqətdən dəm vuranların sırasında, dəstəsində, yanında duruş gətirmək, əyilə — əyilə «ucalan» şərəfsizliyə rəvac verənlərin çilik — çilik etdikləri inamın, etibarın məzarlığına çevirdikləri mühitdə öz rəngində, öz səsində qala bilənlərin tutiya azlığında adam özündən çox, «bu başqa cür görünənlərə» görə qorxur bir az da. Hamının bir — birini ovuc içi kimi tanıdığı cəmiyyətdə, «timsah humanizminə» (Rəsul Rza) kimsə inanmır. Suçmu Qürurlu, azad, alnı açıq görmək, Yurdun hər bir fərdini? «Tofiq Məliklinin mövqeyi» ifadəsinə ekvivalent kimi obyektivlik sözünü qoymaq olar. Bu, günün reallığında bir qədər “alman xarakteri”, yaxud inadkarlıq kimi görünə bilər. Adama elə gəlir ki, güzəşt sözü bu insana yaddır. Amma alicənab mədəniyyət hər şeyi öz adı ilə çağırmağı rəva bilməyəndə, nəzakətli «arifə işarə» priyomu yaxşı köməkçi olur. Məsələn, elmi qənaətlərlə, mövqe ilə razılaşmayanda Tofiq Məliklidən «mən ölüm»lə, «xətirə» rəy almaq mümkün deyil. Bir dəfə Tofiq Məliklinin bir sanballı tərcümə variantının təqdimatına tələbələrimi də dəvət etmişdim. Tələbələrdən biri Tofiq müəllimi diqqətlə dinləyib dedi ki, deyəsən, müəllifi tərcümə qane etməyib… Niyə belə düşündüyünü soruşmağa ehtiyac qalmadı; nə deməkdən çox, necə deməyi öyrənmək nümunəsi ola bilmişdi Tofiq müəllimin çıxışı. Tofiq Məliklinin alim, pedaqoq, tərcüməçi, ictimai xadim, vətəndaş peşəkarlığı bəzi suallara cavab tapa bilməyəndə şeirə üz tutur. Şeirlərin mövzusu isə onu insan kimi səciyyələndirir. Onun səsinin və sözünün təlqinedici gücü inam, etibar, əminlik təlqin edir, gəncliyə xas enerjiyə yoluxdurur.

Tofiq Məliklinin polemika mədəniyyəti, ən müxtəlif səviyyələrdə belə, həmsöhbətini ünsiyyətdən zövq almaq imkanı ilə mükafatlandırır. Əmin olduğunu da, qəti qənaətini də israr etmədən, məsləhət təriqi ilə təlqin edir. Elə ona görə də milli mənsubiyyətimizlə bağlı mövqedə — azərbaycanlı, Azərbaycan türkü anlamında «azəri» ifadəsinin işlədilməsinə münasibətdə ideoloji yanaşmaları qəbul etməyərək, «azəri» ifadəsinin uyğun olduğunu sübut edən məqaləsini oxumasını tövsiyə etdikdən və mən də həmin məqalə ilə tanış olduqdan sonra belə, öz mövqeyimdə qaldığımı rahatlıqla Tofiq müəllimə bildirəndə tərəddüd etmədim. Onun səsini ucaltdığı məqamlar ziyalı — vətəndaş mövqeyilə bağlıdır. Bu mövqedə onun gənclik və həqiqət ehtirasını müdriklik, obyektivlik və uzaqgörənlik yönləndirir, ictimai maraq və mənafeyi nə şəxsi, nə də milli özünəvurğunluq populizminə güzəştə getmir. Tofiq Məlikli o insanlardandır ki, mənəviyyatı ifadə edən hiss və duyğular, düşüncə və yanaşmalar onun adında və imzasında öz mahiyyətində görünür. Tofiq Məlikli münasibətlərin adını, ünsiyyətin sərhəd, məsafə və intonasiyasını heç vaxt qarışdırmayacağına ilk ünsiyyətdən və həmişəlik inanılan insanlardandır. Əlbəttə, müəyyən yetkin yaşdan, həyat təcrübəsindən sonra bu məziyyətləri xüsusi vurğulamaq yersiz görünə bilər. Amma nə edək ki, biz normaların az qala qəhrəmanlıq kimi qəbul edildiyi, qavranıldığı bir mühitdə yaşayırıq. Tofiq Məlikli həyatı da, Vətənini də, dostlarını da, doğmalarını da epitetsiz dəyərləndirən insanlardandır. Yaşamaq şövqu, həyatdan, yaşın məziyyətlərindən zövq almaq bacarığı ilə təqvimi yanıldır, təqvimin rəqəmlərini «gözdən salır». Təkcə görülən işlərin sayı — sanbalı, əhəmiyyəti, çəkisi və həcmi “şübhəyə salır”. Tofiq Məliklinin elmi və ictimai fəaliyyəti sanki türkün, türk dilinin, türk mənəviyyatının gücünü, yerini və dəyərini dərk etməyin vacibliyinə inandırmağa köklənib. Onun alim, yazıçı, vətəndaş mövqeyi insanlığın taleyinin daha çox mənəvi dayaqlardan asılı olduğunu xatırladır. Moskvada təhsil alarkən özü kimi düşünən bir qrup gənclə Moskvada bir ocaq yandırdı.

«Ocaq» cəmiyyəti nəhəng dövlətin paytaxtında Azərbaycan Demokratik Respublikasının 70 illik yubileyini qeyd etdi, Novruz şənliyini ümumşəhər bayramına çevirməyə nail oldu, doğma dildə məktəb yaratdı, maarifçilik işini sistemləşdirdi. Bir sözlə, azərbaycanlıların bu mədəniyyət mərkəzi xalqlar arasında dostluq və qarşılqlı anlaşma naminə çox işlər gördü; mənəvi bağları möhkəmləndirməyə səy göstərdi, Moskva Universitetində kafedraya rəhbərlik edən professor Tofiq Məliklinin şəxsi nümunəsi bu fəaliyyətin keyfiyyətinə və nüfuzuna dəstək oldu, amma bu işləri öz adına çıxmadı, «mən» demədi, «biz» dedi, şəxsi mənafelər yox, əqidə qorundu. Elə ona görə də «Ocaq»dan Ocağa ülfət, hərarət əskilmədi. İndi Moskvada Yazıçılar Birliyinin Bölməsinə rəhbərlik edir. «Qcaq»dan Ocağa cığırlarda ayaq izləri seyrəlməsin deyə yenə yollardadır. Əsrin dörddə üçünü yola salandan sonra memuar yazmaq gözəldir. Bunu Borc kimi, məsuliyyət kimi düşünür, Yaddaşa güvənir, Yaddaşın gücünə inanır. Fərdin də, millətin də gücünün, böyüklüyünün, ucalığının YADDAŞDA olduğunu yaxşı bildiyindən. Əslində, bir məktub kimi düşündüyüm bu yazı bir vaxt Tofiq Məliklinin şeirlərindən aldığım çiçək ətirli mavi sərinliyə və düşüncəsinə görə təşəkkür əvəzidi. Sonra daşındım bu fikirdən. Ona qorxularımı yazmaq istədim. Qorxularım arzu larımdı və bu arzuların «ictimai çəkisini», trafaret soyuqluğunu, ütülü — sığallı dekorasiyasını düşünmədim (o qədər eşidib ki. ). İstədim yazam ki, Allah Sizi inandıqlarınızla sınağa çəkməsin, dərd dinləməyən, haldan bixəbər, biganə, laqeyd adamlarla cəzalandırmasın, Sizə güvəndiklərinizdən, onlara da Sizdən qırılmağı qıymasın… Sizin də çox sevdiyiniz şair demişkən; «Bir cüt gözün matəmi // Min — min gözə çökməsin». Məncə, İnsanın ən böyük qorxusu bu olmalıdır. Hamının can atdığı ən böyük savab da bu: «Ciyər dolusu hava, Könül dolusu sevinc».

Comments are closed, but trackbacks and pingbacks are open.