QDİƏT ölkələri fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb
Sənədlər aprelin 1-dən 30-dək (bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi; əlaqə telefonları: (012) 512-41-61, (012) 512-41-20) qəbul ediləcək.
Ocaqov hbib osman oğlu fövqalad halların nticlrinin aradan qaldırılması
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2012/2013-cü tədris ili üçün əyani təhsil üzrə kursant (müdavim) qəbulu qaydaları açıqlanıb.
Modern.az-ən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına “Yanğın təhlükəsizliyi mühəndisliyi” və “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə qəbul olmaq istəyən namizədlər boyu azı 160 sm, tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı (“Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə isə 01.09.2012-ci il tarixinədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.
Namizədlər Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara müvafiq olaraq nazirliyin xüsusi həkim ekspertiza komissiyasında, həmçinin fiziki hazırlıq və seçmə komissiyalarında sınaq və yoxlamalardan keçməlidirlər.
Sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdirilir və onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş cədvəl üzrə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər.
Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı qaydalarla Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında və “Abituriyent” jurnalında verilən elanlar vasitəsilə tanış olmaq mümkündür.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması, yataqxana ilə təmin olunur və təqaüd alırlar.
Təhsil müddəti 4 ildir və təhsil Azərbaycan dilində aparılır.
Akademiyanın məzunlarına “Yanğın təhlükəsizliyi mühəndisliyi”, “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə bakalavr dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilir, onlar Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.
Akademiyaya qəbul olmaq istəyənlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin dövlət notariusu tərəfindən təsdiq olunmuş surəti;
– tam orta təhsil haqqında sənədin əsli və surəti, yaxud orta məktəbin buraxılış sinfində oxuması haqqında arayış;
– orta məktəbdən, iş yerindən və ya hərbi hissədən xasiyyətnamə;
– yaşayış yeri üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış;
– hərbi xidmətə çağırış məntəqəsinə təhkim edilmə vəsiqəsinin əsli və surəti;
– 2 ədəd 9×12 sm ölçüdə, 4 ədəd isə 4×6 sm ölçüdə fotoşəkil (başıaçıq, rəngli).
Sənədlər aprelin 1-dən 30-dək (bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi; əlaqə telefonları: (012) 512-41-61, (012) 512-41-20) qəbul ediləcək.
Modern.az
QDİƏT ölkələri fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb
Bakı. 8 iyun. REPORT.AZ/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) iştirakçı ölkələrinin fövqəladə hallar xidmətlərinin rəhbərləri bu gün fövqəladə hallar və texnogen qəzaların nəticələrinin aradan qaldırılması üzrə əlavə tədbirlər haqqında müqavilə imzalayıblar. “Report” “İnterfaks”a istinadən xəbər verir ki, imzalanma mərasimi Soçidə baş tutub. Həm texnogen, həm də təbii hadisələrlə üzləşən QDİƏT-in iştirakçı ölkələri arasında fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində qarşılıqlı əlaqəyə xüsusi diqqət ayrılır. Buna görə də bütün QDİƏT üzvləri bu istiqamətdə gələcək əməkdaşlığa maraqlıdır”, – görüşün yekunlarına görə təşkilatın beynəlxalq katibliyinin baş katibi Maykl Xristidis bildirib. QDİƏT 1999-cu ildə yaradılıb və 12 üzvdən ibarətdir: Azərbaycan, Albaniya, Türkiyə, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Ukrayna və Ermənistan. Ukrayna və Türkiyə Soçidəki görüşdə iştirak etməyib.
Osmanlı imperatorluğu
Osmanlı dövlətinin yaranması. Böyük Səlcuq imperatorluğunun dağılmasından bir müddət sonra Kiçik Asiyada yeni bir müsəlman-türk dövləti — Osmanlı imperatorluğu meydana çıxdı. Onun əsasını oğuzların qayı boyundan olan Osman bəy qoymuşdu. (1299)
Monqolların Mərkəzi Asiyaya yürüşü zamanı 70 min oğuz türkü Anadoluya köçdü. Onlara Gündüz Alp başçılıq edirdi. Qayı sərkərdəsinin oğlu Ərtoğrul qəbiləsi ilə birlikdə Əhlət yaxınlığında məskunlaşdı. Ərtoğrul 1231-ci ildə qayı tayfasını Ankara yaxınlığına gətirmiş, səlcuq sultanından Söyüdlər qəsəbəsini, Domançı yaylağını iqta şəklində almış, bunun müqabilində Bizans sərhədini qorumağı üzərinə götürmüşdü. Rəvayətə görə, qayılar Anadoluya gələrkən burada vuruşan iki ordunun zəifinə kömək etmişdi. Bu səlcuq sultanı Əlaəddin Keyqubad idi. O, Biləcik tərəfi «yurd» kimi onlara vermişdi. 1289-cu ildə Ərtoğrul vəfat etdi. Bundan sonra qayılar onun qəbrini ziyarət edirdilər. Bu «Türkmən bayramı» adlanırdı.
Ərtoğrulun oğlu Osman bəy (1281-1328) qayıların başçısı oldu. O ilk növbədə Əskişəhər-İraq yolunu ələ keçirdi və Koniya sultanlığına son qoydu. 1299-cu ildə öz adı ilə Osmanlı dövlətinin istiqlalını elan etdi. Osman sülaləyə, dövlətə, millətə, dilə öz adını verdi. Osman Qazinin əsas planlarından biri Bizansı tutmaq idi. 1314-cü ildə Bursa qalasını mühasirəyə aldı. Qala 12 ildən sonra 1326-cı ildə təslim oldu. Onun mühasirəsində Osmanın oğlu Orxan daha fəallıq göstərmişdi. 1329-cu ildə Bursa Osmanlı dövlətinin paytaxtı oldu. Osmanlılar Mərmərə dənizinin Anadolu hissəsində həmişəlik möhkəmləndilər. Osmandan sonra hakimiyyətə gələn Orxan Qazi (13 -359) dövlət quruculuğu ilə məşğul oldu. Ölkənin ərazisi vilayət dairələrə bölündü. O, Konstantinopolu tutmağa can .
1329-cu ildə Nikeya şəhərini mühasirə etdi. Maltəpə döyüşündə Bizans qoşunları sayca üstün olsa da, darmadağın edildi. Nikeya şəhəri ələ keçirildi. O, İznik adlandırıldı və burada geniş quruculuq işləri aparıldı. 1337-ci ildə Nikomediya şəhəri tutuldu, İzmit adlandırıldı, buraya çoxlu türk ailələri köçürüldü. Beləliklə, Osmanlı dövlətinin sərhədləri genişləndi və Egey dənizi sahillərinə qədər ərazi Osmanlıların nəzarətinə keçdi.
XIV əsrin 30-cu illərində Bizansın daxilində çəkişmələr başlandı. Bizans imperatoru kömək üçün Osmanlılara müraciət etdi. Şahzadə Süleyman 20 min qoşunla serbləri məğlub etdi. Süleyman paşa 1354-cü ildə Gelibolunu və ətraf əraziləri ələ keçirdi. Beləliklə, Osmanlılar Balkanlarda əlverişli strateji mövqe qazandı.
Osmanlı imperiyasının yaranması. Murad (1359-1389) hakimiyyətə gələndən sonra dövləti xeyli möhkəmləndirdi. O, Osmanlı tarixində ilk dəfə «sultan» titulunu qəbul etdi. Murad Balkanlarda fəthləri davam etdirərək, 1361-ci ildə Ədirnəni, Şərqi Frakiyanın qonşu rayonlarını, Plovdiv, Sofiya, Şumen, Nis və digər şəhərləri ələ keçirdi. Ədirnə abadlaşdırıldı və paytaxt edildi. Bu zaman Balkanlarda üç böyük dövlətdən biri Bizans tamamilə zəifləmişdi, onun ərazisində ticarəti tamamilə ələ keçirmiş venesiyalılar və genuyalılar ağalıq edirdilər. 1370-ci ildə Bizans, sonra isə Bolqarıstan osmanlıların ağalığım qəbul etdi.
Balkanlarda türklərə müqavimət göstərə biləcək dövlət Serbiya idi. Kral Stefan Duşan (1331-1335) öz sərhədlərini Egey dənizinə çatdırsa da, onun ölümündən sonra dövlət parçalandı. 1371-ci il sentyabrın 26-da osmanlılar Çirmən döyüşündə serbləri ağır məğlub etdilər və serblər osmanlılardan asılı oldular. Çar Lazar 200 min qoşun topladı. 1389-cu il iyunun 25-də Kosova döyüşü baş verdi. Osmanlı qoşununun mərkəzdəki qüvvələrinə sultan özü, sağ cinahına Bayazid, sol cinahına Yaqub Çələbi başçılıq edirdilər. Yaqub Çələbi geri çəkilərkən Bayazid onun köməyinə gəldi, serblər geri çəkildilər və məğlub oldular, Lazar öldürüldü. Çarın yeznəsi Milos Obiliç döyüş zamanı əsir düşmüşdü. O, guya islamı qəbul etmək qərarına gəlmiş, bu münasibətlə sultanın ayağını öpmək fürsətindən istifadə edərək, sultana yaxınlaşa bilib onu öldürmüşdü. Hakimiyyətə keçən İldırım Bayazid (1389-1402) Serbiyanın müstəqilliyinə son qoydu, Osmanlı dövlətinin sərhədi Dunaya çatdı.
1393-cü ildə osmanlı-türk qoşunları Bolqarıstanın paytaxtı Tirnovo şəhərini tutduqdan sonra Bosniya və Albaniya ərazilərinə daxil oldu. Onların 1396-cı il sentyabrın 25-də Bolqarıstan ərazisində Niqbolu (Nikopol) şəhəri yaxınlığındakı döyüşdə çaldığı qələbə Bolqarıstanın işğalını başa çatdırdı. 1399-1400-cü illərdə İldırım Bayazid Anadoluda Qaraman bəyliyini, Sivası, Malatiyanı ələ keçirdi. Osmanlıların fəthlərini şərtləndirən cəhətlərdən biri xristian dövlətlərinin əhalinin üzərinə çoxlu vergilər qoyması idi. Bundan narazı olan kəndlilər çox vaxt türklərə kömək edirdilər. Osmanlılar onların üzərinə nisbətən az vergi qoyurdular, adamların şəxsiyyət və mülkiyyətinin təhlükəsizliyini təmin edirdilər.
İldırım Bayazid Konstantinopolu tutmağa hazırlaşarkən Asiya sahillərində Anadoluhisar qalasını tikdirdi, lakin Əmir Teymur isə Anadoluya yürüş etdi. Bir sıra kiçik bəyliklər müstəqillik əldə etmək üçün Əmir Teymura, Cəlairli Sultan Əhməd və Qara Yusif kömək üçün İldırım Bayazidə müraciət etdilər. Əmir Teymur Sivası, Malatiyanı, Dəməşqi ələ keçirdi. Bayazid Konstantinopolun mühasirəsini dayandırdı. Əmir Teymur qışı Qarabağda keçirib 1402-ci ildə Anadoluya hücum etdi. Onlar arasında döyüş 1402-ci il iyulun 28-də Ankara düzənliyində baş verdi. Bayazid məğlub oldu, iki oğlu ilə əsir düşdü. Əmir Teymur onun oğullarını azad etdi. Bayazid isə əsirlikdə öldü. Osmanlı ərazisi Bayazidin dörd oğlu arasında bölüşdürüldü. Onlar arasında çəkişmələr başladı. 11 il davam edən bu dövr «səltənət fasiləsi» adlanırdı. Ankara döyüşü osmanlıları zəiflətdi, Avropanı təhlükədən qurtardı. Bu münasibətlə papa kilsə zənglərinin üç gün çalınması barədə göstəriş verdi.
Osmanlı imperatorluğunun daha da genişlənməsi. Sultan II Muradın (1421-1451) hakimiyyəti dövründə osmanlıların əvvəlki qüdrəti bərpa edildi. Əmir Teymurun yürüşü zamanı Bizans tərəfindən tutulmuş Salonik 1430-cu ildə geri qaytarıldı. 1431-ci ildə Varna tutuldu. 1444-cü ildə sultan 14-yaşh oğlu Mehmetin xeyrinə taxtadan əl çəkdi. Bundan istifadə edən Avropanın xristian dövlətləri osmanlılara qarşı 5-ci səlib yürüşünü təşkil etdilər.
Mehmet və saray adamlarının təkidi ilə III Murad yenidən qoşuna başçılıq etdi. 1444-cü ildə Varna yaxınlığında Yanos Hunyadinin başçılığı altında birləşmiş macar-çex qoşunları məğlub edildi. 1448-ci ildə ikinci Kosova döyüşündə də Yanos Hunyadinin səlibçiləri məğlubiyyətə uğradıldı.
II Muraddan sonra hakimiyyətə (1451-1481) keçən II Mehmet 1453-cü ilin yazında Konstantinopolu mühasirəyə aldı. Bu zaman tamamilə zəifləmiş Bizansda tez-tez saray çevrilişləri baş verir, ara müharibələri onu taqətdən salırdı. Artıq Bizans imperiyasının ərazisi yalnız Konstantinopolun ətraf torpaqlarından ibarət idi. Qalan torpaqlar türklərin əlində idi. Türk gəmiləri Qızıl buynuz limanına keçməli idi, lakin limana keçilən yolu ağır zəncirlərlə bağlanmışdı. Osmanlılar limana gedən quru yola taxta döşəyib üstünü yağladılar, gəmiləri sürüşdürə-sürüşdürə limana keçirdilər. Konstantinopol 53 günlük mühasirədən sonra 1453-cü il mayın 29-da fəth edildi. Bizans dövlətinin varlığı sona çatdı. Şəhərin adı dəyişdirilib İstanbul qoyuldu. II Mehmet «Fateh» ləqəbi qazandı. Osmanlılar Avropa ilə Asiya arasında ticarət yolunu ələ keçirdilər. İtaliya şəhərlərinin şərqlə ticarətinə böyük zərbə vuruldu. II Mehmet Krımda Genuya ticarət koloniyası Kəfəni ələ keçirdi. 1475-ci ildə Krım xanlığı osmanlıların vassallığım qəbul etdi. Moreya yunan knyazlığı, Afina hersoqluğu tutuldu. Dunay ətrafında Moldova, Valaxiya osmanlıların vassalına çevrildi. Trabzon və Kiçik Asiya bəylikləri tutuldu. Venesiya ilə Osmanlılar arasında müharibə başladı. 1479-cu ildə Albaniya ələ keçirildi və Venesiya ilə sülh bağlandı. Venetsiya hər il osmanlılara 1000 dukat xərac verməli oldu. Egey dənizindəki adalar osmanlılara verildi. Venesiya Kriti və Korfunu əlində saxladı. Venesiyalılara Osmanlı ərazisində gömrüksüz ticarət etmək hüququ verildi.
II Mehmetin vəfatından sonra hakimiyyətə II Bayazid (1481-1512) gəldi. Lakin onun qardaşı Cem Bursanı tutdu və ölkəni iki dövlətə (Romeli və Anadoluya) bölməyi tələb etdi. Lakin o məğlub oldu, sonra Fransaya getdi. Avropa dövlətləri ondan osmanlılara qarşı istifadə etməyə çalışırdı. O, səfərlərinin birində öldü və cənazəsi türklərə verildi.
Osmanlı dövlətinin idarə sistemi. Vergi və mükəlləfiyyətlər. Osmanlıların hərbi qüvvələrinin əsas hissəsini akınçı süvarilər və piyada yeniçərilər təşkil edirdi. Akınçılar hərbi müddət ərzində sultandan torpaq alırdılar. Lakin getdikcə bunlar böyük fəthlərin tələbinə cavab verə bilmədilər. İlk dəfə Osman qazi vəzir Əlaəddinin məsləhəti ilə muzdlu piyada və atlı qoşun hissələri təşkil etdi. Orduda baş verən yeniliklərdən biri də yeniçəri adlanan qoşun növünün yaradılması idi. Tutulan ölkələrdə kimsəsiz xristian uşaqları türk ailələrinə paylanır, onlar türk adət-ənənələrini öyrənir, islamı qəbul edir, bundan sonra xüsusi hərbi məktəblərdə hazırlanır, daha sonra isə yeniçəri korpusuna daxil edilirdilər.
Orxan dövründə dövlət idarələri formalaşdı. Ölkəni qeyri-məhdud hakimiyyətə malik sultan idarə edirdi. Sultandan sonra dövlətdə əsas vəzifəni vəzir tuturdu. O, möhürü saxlayır, siyasi işlərə müdaxilə edirdi. Vergilərin toplanması, bəylərbəyliklər, sancaqlıqlar ona tabe idi. Ali məsləhət şurası rolunu oynayan Divan var idi. Maliyyə işlərinə dəftərdar baxırdı. Orxanın dövründə ölkənin ərazisi paşalıq və sancaqlıqlara bölünmüşdü. Paşalığa paşa, sancaqlığa sancaqbaşı başçılıq edirdi. XV əsrin II yarısında Osmanlı imperiyası Anadolu və Rumeli bəylərbəyliyinə bölündü. Anadolu bəylərbəyliyi Anadolunu, Romeli bəylərbəyliyi Avropada olan torpaqları əhatə edirdi. Onları bəylərbəyi idarə edirdi.
Osmanlı dövlətində torpaq sahibliyinin aşağıdakı dörd forması mövcud idi: 1) Dövlət torpaqları; 2) Sultan ailəsinə məxsus torpaqlar (xassə); 3) Vəqf torpaqları; 4) Mülk torpaqları. Bütün torpaqların sahibi sultan idi.
Muzdlu qoşuna əvvəl məvacib, sonra isə şərti kiçik mülklər olan timar verildi. Bundan başqa, 1375-ci ildə Sultan I Murad ziyamət adlanan şərti iri torpaq sahibliyi yaratdı.
Osmanlı dövlətində vergi verən bütün əhali reaya adlanırdı. Kəndlilər torpaq və sudan istifadəyə görə vergi verirdi. Müsəlman əhalisi aşar adlanan onda bir, müsəlman olmayanlar yaşından asılı olmayaraq adambaşına ispəncə adlı vergi verirdi. Müsəlman olmayanlar hərbi xidmətə çağrılmırdı.
- Teqlər:
- Osmanlı imperiyası
- , türklərin tarixi
- , türklər
- , Türkiyə
- , Türkiyə tarixi
- , orta əsrlər
- , osmanlı tarixi
Comments are closed, but trackbacks and pingbacks are open.