Press "Enter" to skip to content

İxtisas seçiminin nəticələri elan olundu – YENİLƏNİB

Сервисы VK

Ödəniş abituriyent jurnali 2015

13 авг 2015

В группе 71 участник

“Abituriyent” jurnalının 7-ci sayı nəşr edilib “Abituriyent” jurnalının 7-ci sayında 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) çap edilib. Bu nömrədə eyni zamanda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim olunub. Jurnalı TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m; Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28. TQDK adlı birinin şəkli.

abiturient.az

www.abiturient.az

Комментарии 0

Новые комментарии

Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь

Сервисы VK

добавлена 13 августа 2015 в 20:45

Valideynlərin nəzərinə! Ümumtəhsil müəssisələrində təhsil alan VIII-XI sinif şagirdlərinin valideynlərindən xahiş olunur ki, övladları haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi məqsədilə onları mütləq aşağıdakı bəndlərdən birinə uyğun olaraq şəxsiyyəti təsdiq edən sənədlə təmin etsinlər: 1. Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi və ya milli pasport; 2. Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər üçün Dövlət Miqrasiya Xidməti tərəfindən verilən miqrasiya vəsiqəsi. TQDK adlı birinin şəkli.

İxtisas seçiminin nəticələri elan olundu – YENİLƏNİB

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. TQDK-dan APA-ya verilən xəbərə görə, abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 13-də “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaqdır. Jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək mümkündür.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

Tələbə adı qazanmış şəxslər 2015-ci il avqustun 14-dən 24-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin müsabiqəsində 38763 abituriyent iştirak edib. Onlardan 32196 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 14-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaqdır.

Həmin yerlərə ixtisas seçimi avqustun 14-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.

11:54

Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-2016-cı il ali təhsil müəssisələrinə qəbul imtahanlarından sonrakı ixtisas seçiminin nəticələrini bu gün, axşam saatlarında elan edəcək.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Azərbaycanda 33 623 abituriyent ali məktəblərə qəbul olunub – YENİLƏNİB + VİDEO

Boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 8-dən 13-dək aparılacaq.

Azərbaycanda 33 623 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Qəbul olmuş abituriyentlərdən 29666 nəfəri Azərbaycan, 3957 nəfəri isə rus bölməsi üzrə təhsil alacaq. Abituriyentlərdən 16129 nəfərini oğlanlar, 17494 nəfərini qızlar təşkil edir.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 7-də «Abituriyent» jurnalının 7-ci sayında dərc olunacaqdır. Jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək mümkündür.

Tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 7-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 8-dən 13-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunmuşdur). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 6-da saat 18:30-da Komissiyanın internet saytında yerləşdirib.

Abituriyentlər yerləşdirmənin nəticələri barədə məlumatı mobil telefonla da öyrənə bilərlər. Bunun üçün abituriyentlərin öz iş nömrələrini (bütün mobil operatorlardan) 7727 nömrəsinə göndərmələri kifayətdir.

Ali təhsil müəssisələrinin müsabiqəsində 35 995 abituriyent iştirak edib.

18:40

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçiminin nəticələri açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

İmtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdiriləcək.

Nəticələri sms vasitəsilə də öyrənmək mümkündür.

Comments are closed, but trackbacks and pingbacks are open.