Lilliyin müəyyən edilməsi qaydaları açıqlanıb
Qonşuluqda:
Cəmiyyətdə ədəb qaydaları
Sual: Cəmiyyət həyatında ədəb qaydaları olaraq nələrə diqqət etməyimiz lazımdır?
CAVAB
Müsəlman, ədəbli, mədəni, zərif, nəzakətli, gülər üzlü olmalıdır! Ədəb, gözəl tərbiyə, yaxşı davranış, gözəl əxlaq, həya, nəzakət, zəriflik deməkdir. Ədəb, heç bir oğrunun oğurlaya bilmədiyi gözəl bir zinətdir. Ədəb, insanla heyvanı ayıran fərqdir.
Həzrəti Ömər, “Ədəb, elmdən əvvəl gəlir” buyurdu. İbni Mübarək həzrətləri isə, “Hər elmi bilən bir alimin ədəbində nöqsanlıq varsa, onunla görüşməmək itki sayılmaz. Fəqət, ədəbli biri ilə görüşə bilməzsəm, kədərlənərəm” buyurdu.
Ədəbli şəxslərin ədəblərindən bəziləri belədir:
Küçədə:
Küçəyə tüpürmək, zibil atmaq, gəliş-gedişə mane olmaq, iyrənc, pis şeylər atmaq ədəbsizlikdir. Qoca, qadın, xəstələrə hər zaman güzəşt edilir. Ehtiyacları varsa yardım edilir.
Gedərkən:
Çox yavaş və ya çox sürətli və təkəbbürlə getməmək lazımdır! Qurani-kərimdə məalən, “Təkəbbürlə getmə” buyuruldu. (Loğman 18)
Yolda böyük bir şəxs və ya bir alim ilə birlikdə gedən onun önündən və solundan deyil, sağından gedər.
Nəqliyyatda:
Minib-düşərkən itələşmək, sıra olan yerlərdə sırasını gözləməmək pis davranışdır. Gənclər qocalara və xəstələrə yer verər. Peyğəmbər əfəndimiz, “Böyüklərini saymayan bizdən deyildir” buyurur. (Tirmizi)
İndiki zamanda bəzi gənclər yer verməmək üçün özünü yuxuluğa vurur, qulaqcıqla bir şeylər dinləyir. Əcdada layiq nəvələr olmağa çalışmağımız lazımdır.
Alış-verişdə:
İcazə almadan satıcının malına toxunmaq olmaz. Malın görünüşünü, keyfiyyətini pozacaq şəkildə əlləşdirmək və baxmaq olmaz. Qiymət mövzusunda çox israr edilməz. Alınsa da alınmasa da təşəkkür edilər. Satıcı müştərisinin məmnun olacağı hal və hərəkətdə olar. Malını almayanlara hirslənməz, küsməs, əleyhinə olacaq bir sözü arxalarından da söyləməz. Alış-verişdə hər iki tərəf bir-birlərini aldatmaqdan çəkinməlidir.
Sıx olan yerlərdə:
Toy, cənazə və bayramda daha həssas, zərif və nəzakətli olunar. Yerə və zamana görə uyğun rəftar edilər. Cənazədə, cənazə sahiblərinin kədəri paylaşılar, maddi və mənəvi üzərinə düşən kömək edilər, təsəlli edici söz və davranışlardan istifadə edər. Yaxınlarını itirənlərə daha yaxın davranmaq lazımdır.
Toy və bayramlarda hər zamankından daha çox gülər üzlü, şən, zərif, ikram edici olmaq, böyüklərə və kiçiklərə uyğun hədiyyələr vermək, könüllərini və dualarını almaq ədəblərimiz arasındadır. Ədəbdə, əliylə və diliylə başqasını incitməmək əsasdır.
Qonşuluqda:
Gözəl rəftar, qarşılıqlı köməkləşmə, dərd və sevinclərində iştirak, hər qarşılaşdıqlarında salamlaşma, hal-xətir xəbər alma, bir-birindən istəklərini imkan daxilində təmin etmə mühüm ədəb qaydalarındandır. Səs-küy, zibil, tullantı, narahat edici qoxu və bənzəri şeylərlə qonşuları narahat etmək heç xoş qarşılanmaz. Qonşu qadın və uşaqlarına ayrı bir etina, hörmət və şəfqət göstərilər.
Qonaqlıqda:
Qonağa ikram etmək lazımdır! Peyğəmbər əfəndimiz, “Allaha və qiyamətə inanan qonağına ikram etsin” buyurdu. (Buxari)
Qonağa ikram, ona qarşı gülər üzlü və şirin dilli olmaqdır. Yemək üçün əziyyətə girməmək lazımdır, hazır nə varsa, onu ikram etmək lazımdır. “Qonaq üçün külfətə (əziyyətə) girməyin, qonaq bundan narahat olar. Qonağını kədərləndirən Allahu təalanı kədərləndirmiş olar” buyurdu. (İbni Lal)
Həzrəti Əli, “Dostların pisi sənin üçün külfətə girən, səni üzr istəməyə məcbur buraxandır” buyurur.
Qonaqdan xidmət gözləməmək lazımdır! Peyğəmbər əfəndimiz, “Qonaqdan xidmət gözləmək, ağlın nöqsanlığına əlamətdir” buyurdu. (Deyləmi)
Bir nəfər demişdir ki: “Bir həftədir evimizdə qonaq qalan səmimi dostuma, “Bizim xanım, bir iş üçün çölə çıxıb. Mən namaz qılana qədər sizin xanım süfrəni hazırlayarsa, çox yaxşı olar” dedim. Daha sonra bu sözümə çox incidiklərini öyrəndim. Bu təcrübə qonaqdan xidmət gözləməyin doğru olmadığını göstərir.”
Qonaq ev sahibinin göstərdiyi yerə oturması, ona etiraz etməməsi lazımdır. Peyğəmbər əfəndimiz, “Bir dostun yanına gedincə, oradan ayrılana qədər, o dost sənin əmrindədir” buyurur. (İbni Adiy)
Xəstə ziyarətində:
Ziyarətə yeni paltar ilə deyil, hər gün geydiyi paltar ilə getmək lazımdır! Gedərkən meyvə və ya çiçək kimi bir hədiyyə götürmək yaxşı olar. Xəstəyə baxmayıb, sağa-sola və ya önünə baxmaq uyğun olmadığı kimi, davamlı olaraq xəstənin üzünə baxmaq da uyğun deyildir. Xəstənin yanında qaş-qabaqlı olmamaq, gözəl şeylərdən bəhs etmək, yaxşılaşması üçün dua etmək lazımdır!
Məktəbdə:
Elmə son dərəcə böyük əhəmiyyət verən Müsəlman elm qaynağı olan məktəblərdəki ədəb qaydalarına da çox əhəmiyyət vermişdir. Çox qiymətli bir varlıq olan müəllimin sözləri diqqətlə dinlənilir və bir şey istədiyində, “Baş üstə müəllim” kimi sözlərlə cavab verilər. Tələbələr arasında bir-birinə hörmətsizlik edilməz. Çirkin hərəkət edilməz. Taxta, parta, xəritə kimi dərs alətləri məhv edilməz. Kimsənin bədəni və ruhi qüsurları ilə lağ edilməz, kiçik görülməz, təhqir edilməz. Dərs içində və xaricində müəllimlə söhbətdə hörmətli hərəkət edilər. Dinimizdə müəllim [xoca] haqqı, ana-ata haqqından əvvəl gəlir.
Telefonda:
Zəng edən əvvəlcə özünü tanıtması, qısa və dolğun danışması, dəqiqələrlə söhbət etməməsi və müəllim (bəy) kimi xitab edici sözlərdən istifadə etməklə danışması lazımdır! Hər yerdə, hər vaxt, həmişə zərif və nəzakətli olmaq lazımdır. Argo və naxoş danışmamaq lazımdır. Bəzi iş yerlərində, müəyyən şəxslə danışa bilərəmmi deyə soruşanda, Yaxşı müəllim, deyilmir, “xətdən ayrılmayın” deyilir. Zəng edən nə üçün ayrılsın ki? Bir də hı hı deyirlər. Yad bir insana qarşı bu uyğun deyildir. İş yerlərində çalışan bu işçilərə bu etik davranışlara riayət olunması üçün əvvəlcədən məlumat vermək lazımdır.
Danışarkən:
Danışanın sözünü kəsmək nəzakətsizlikdir. Hədisi-şərifdə, “Yoldaşı danışarkən susmaq mürüvvətdəndir” buyuruldu. Mürüvvət, insanlıq, igidlik, yaxşılıq, comərdlik faydalı olmaq kimi mənalara gəlir ki, halların ən gözəlinə riayət etmək deməkdir.
Məktub yazarkən:
Məktub, qısa və dəqiq olması, məqsədi yaxşı anlatması lazımdır. Böyüklərə, elm sahiblərinə, məktub yazarkən daha ədəbli olmaq lazımdır.
Evə girərkən:
Evimizə Bəsmələ ilə və İxlas surəsini oxuyaraq girməyimiz lazımdır! Sağ ayaqla içəriyə girib, salam verməyimiz lazımdır! Hər işə Bəsmələ ilə başlamağa alışmağımız lazımdır!
Birinin evinə girərkən icazə istəmək lazımdır. Qapının zəngini çalaraq və ya səslənərək icazə istəmək lazımdır! İcazə üç dəfə olur. Birincisində səs verilməzsə, bir dəqiqə qədər sonra, ikinci dəfədə səs çıxmazsa, üçüncü dəfə zəngə basmalı, yenə səs yoxsa, dörd rükət namaz qılacaq qədər gözlədikdən sonra getmək lazımdır! Qapı aralanarsa, axtardığını soruşmadan əvvəl, özünü tanıtması lazımdır!
Sual: Bir böyüyün yanında danışılan mövzuyla əlaqədar ağlımızda olan bir söz və ya hədisi-şərif nəql etmək ədəbə ziddirmi?
CAVAB
Bəli. Yalnız dinləmək lazımdır. Bilinən şeylər anladılmaz. Əlbəttə ki, bu da böyüyünə görədir. Özünü böyük zənn edilənlərə görə deyil.
Zəng edərkən
Sual: Zəng edərkən qarşımızdakına, “Narahat edirəm, üzr istəyirəm. Bir şey soruşa bilərəm?” kimi sözlərdən istifadə etməmək lazımdır. Çünki vaxt qiymətlidir. Elə söyləmək vaxtı boşa sərf etmək olar. Bizə də telefon edəndə, uyğun olub olmadığımız soruşulur. Biz də, “Uyğun olmasaydıq, telefonu açmazdıq” deyirik. Tanımadığı halda hal-xətir soruşanlar da olur. Bəzən də, “Bir şey soruşa bilərəm?” deyilir. Uzun bir şey anladılmayacaqsa, belə söyləməyə, giriş etməyə ehtiyac yoxdur. Söyləyəcəyimizi sözü uzatmadan dərhal söyləmək lazımdır.
Əlilliyin müəyyən edilməsi qaydaları açıqlanıb
Əlilliyin müəyyən edilməsi qaydaları açıqlanıb Baş Nazir Əli Əsədov “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli.36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
16 Yanvar , 2020 19:43
https://static.report.az/photo/3d7e9690-a175-4421-b1f2-a2251f71594c.jpg
Baş Nazir Əli Əsədov “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016 – cı il 5 fevral tarixli . 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb. “Report” xəbər verir ki, qərarla “Əlilliyin qiymətləndirilməsi Qaydası” təsdiq edilib (əlavə olunur). Eyni zamanda “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016 – cı il 5 fevral tarixli 36 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 378, № 11, maddələr 1934, 1976; 2018, № 12 (II kitab), maddə 2730) 1-4-cü hissələri ləğv edilib. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. Əlilliyin qiymətləndirilməsi qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanıb və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: – ümumi səbəblərdən: – ümumi xəstəlik; – istehsalat zədəsi; – peşə xəstəliyi; – Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; – hərbi xidmət dövrü ilə əlaqədar; – hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; – xüsusi səbəblərdən: – Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; – 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; – hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; – Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 30 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlilliyinin müddətinə (I dərəcə əlillik müəyyən olunduğu halda müddətsiz) uyğun olaraq müəyyənləşdirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Xidmət tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Xidmətə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Xidmətin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. Əlilliyin qiymətlləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərgləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Xidmətə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Xidmət tərəfindən qəbul edilir. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Xidmətə təqdim edir. Xidmət qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. Əlillik səbəbi Xidmət tərəfindən aşağıdakı hallarda dəyişdirilir: – əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; – göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. – Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Xidmətə təqdim olunur. Xidmət daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Xidmət tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.
İslam torpaqlarında yaşayan azlıqlara və razılaşma imzalanan dövlətlərə necə rəftar edilməsi lazımdır?
İslam dini, Müsəlmanların himayəsinə girən və cizyəsini (döyüş təzminatını-vergisini) verənlərin can, mal və bütün hüquqlarının mühafizəsini təəhhüd edər. Dördüncü İslam xəlifəsi olan Hz. Əli(r.ə.) bu xüsusu belə ifadə etmişdir : “Qanları qanımız, malları malımız kimidir”.
Öz dinlərində qalmaq üzrə Müsəlmanların himayəsinə girən zimmiler haqqındakı tarixi tətbiqlər bir çoxdur. Bu tətbiqin ən gözəl bir dəlili, İstanbulu fəth edən Fateh Sultan Mehmedin, İstanbulda yaşayan Qalada Zimmilerinə verdiyi Müqavilədir. Hələ də orijinal nüsxəsi Paris, Bib.Nat.turc anc. 130, Vrk.78/a-b-dəki nüsxədir. Bu əhdnamənin daha əvvəl Fransızca tərcüməsi və Türkcə mətni nəşr olunmuşdur. (Beldiceanu, Recherche Surla ville Ottomate, 153-154,423-424 ; Uzunçarşılı, Osmanlı Tarixi, II/7-8; TOEM, İl 5, sh.52)
Fateh Sultan Məmməd bu əhdnaməsində:
-Qalada müsəlman olmayanlarının öz dini ayin və ərkanlarını yenə öz üslub və adətləri üzərinə yerinə yetirmələrinə icazə vermişdir.
-Malları, ruziləri, mülkləri, bağları, dəyirmanları, qayıqları və əmtəələri və yoldaşları, uşaqları və nökərləri öz əllərində qalmalarına icazə vermişdir.
-Kilsələri əllərində qalacaq, əllərindən alınıb məscid edilməyəcək və bir kafir razılığı olmadan Müsəlman edilməyəcək.
Döyüş edən düşmənlər, zimmi statusuna girdiyi və həqiqətən döyüşü tərk etdiyi təqdirdə qətlini tələb edən səbəb ortadan qalxdığı üçün öldürülməməkdədir. Əgər Müsəlman olmayanlarla döyüşmənin səbəbi onların küfr əhli olmaları olsaydı, döyüşün sona çatması ilə kifayətlənilməzdi. İslamı qəbul etmələri şərt qoşulardı. Halbuki döyüş sonrası edilən razılaşmalarda bu yolda bir məcbur etmə gətirilməmiş, kilsə və sinaqoqlara ilişilməmiş, din sərbəstliyi və azadlığı verilmişdir.
İslam dini, Müsəlman olmayanlara qarşı dində təzyiq etməyi qətiliklə qadağan etmişdir. Çətin və təzyiq altında reallaşacaq imanın etibarsız olduğunu hökmə bağlamışdır.
İnanmayan kəslər həyatda qalsalar bəlkə həyatlarının sonuna qədər iman etmə ehtimalları vardır. İmana gəlmələri üçün onlarla döyüşüldüyündə döyüş əsnasında öldürülənlər üçün bu imkan ortadan qalxmaqdadır. Bütün bu şərhlər göstərir ki, Müsəlmanlara hücumda olmayan qeyri müslimlərə qarşı ediləcək vəzifə onlarla döyüşmək deyil, onları İslama dəvət yollarına müraciət etməkdir.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.