Press "Enter" to skip to content

BAŞ PASPORT, QEYDİYYAT VƏ MİQRASİYA İDARƏSİ

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddəti ilə əlaqədar qanunvericiliyə bəzi dəyişikliklər edilb.

Ofisdə qəbul olunacaq telefonla şəxsiyyət vəsiqəsi şəklini necə çəkə bilərəm

Dövlət İmtahan Mərkəzi 13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan edib.

Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan aşağıdakı qrafikə uyğun 2 gün ərzində keçiriləcək. Bu ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər. 13-14 avqust tarixlərində: • cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları; • I-IV ixtisas qrupları üzrə: – ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; – qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək. I-IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə xarici dil imtahanları ) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

Tarix/İmtahan* 13.08.2020
İmtahanmərkəzləri(cəlbolunan rayonlar)
14.08.2020
İmtahan mərkəzləri (cəlb olunan rayonlar)
Cari və əvvəlki illərin məzunları üçün
II və III ixtisas qrupları üzrə
qəbul imtahanları
Nəsimi
Səbail
Nizami
Yasamal
Xətai
Xəzər
Sumqayıt (cari ilin məzunları)
Sumqayıtda yaşayan əvvəlki illərin məzunları Bakıda imtahan verəcək
Sumqayıt (Xızının cari və Xızıda yaşayan əvvəlki il məzunları Sumqayıtda imtahan verəcək)
Gəncə (Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy, Naftalan)
Qazax-Ağstafa (Qazax, Ağstafa, Tovuz)
Bərdə (Bərdə, Beyləqan, Tərtər, Xocavənd)
Göyçay (Göyçay, İsmayıllı, Ucar)
Lənkəran (Lənkəran, Astara, Lerik)
Salyan (Salyan, Neftçala, Biləsuvar (Mehdili istisna))
Sabirabad (Sabirabad, Mehdili kəndi, İmişli, Füzuli)
Şəki (Şəki, Oğuz, Qəbələ)
Xaçmaz (Xaçmaz, Şabran, Siyəzən)
Binəqədi
Pirallahı
Suraxanı
Nərimanov
Sabunçu
Qaradağ
Abşeron (cari ilin məzunları)
Abşeron (Abşeronda yaşayan əvvəlki illərin məzunları Bakıda imtahan verəcək)
Mingəçevir (Mingəçevir, Yevlax, Ağdaş)
Şəmkir (Şəmkir, Gədəbəy)
Ağcabədi (Ağcabədi, Ağdam)
Kürdəmir (Kürdəmir, Zərdab, Ağsu)
Masallı (Masallı, Yardımlı)
Cəlilabad (Cəlilabad)
Şirvan (Şirvan, Hacıqabul, Saatlı)
Zaqatala (Balakən, Zaqatala, Qax)
Quba (Quba, Qusar)
Şamaxı (Şamaxı, Qobustan)
Naxçıvan
I-IV ixtisas qrupları üzrə:
– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili). *9 illik orta təhsil bazasından kolleclərə sənəd verən abituriyentlər də yuxarıda qeyd olunan əlavə xarici dil imtahanlarını verəcəklər
Xarici dilini və bölməsini dəyişən abituriyentlər bu imtahanlarını avqustun 14-də Bakı, Gəncə və ya Naxçıvan şəhərlərində verirlər. Abituriyentlər imtahandan bir neçə gün əvvəl çap edəcəkləri imtahana buraxılış vərəqəsində imtahan yeri ilə tanış olmalıdırlar

Qeyd edək ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi rayona müvafiq imtahan mərkəzində imtahan verirlər. – Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. – İmtahana buraxılış vərəqələri imtahandan 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək. – Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə hazırlaşan abituriyentlər fənlər üzrə tapşırıq nümunələri ilə “Abituriyent” 1 jurnalında tanış ola bilərlər. Ətraflı məlumat “burada”.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

BAŞ PASPORT, QEYDİYYAT
VƏ MİQRASİYA İDARƏSİ

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanunun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.

Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

– şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (Əsasnaməyə 1 nömrəli əlavə);
– vətəndaşın doğum haqqında şəhadətnaməsi;
– “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa);
– vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış;
– çağırışçılar və hərbi vəzifəlilər üçün təhkim şəhadətnaməsi və ya hərbi bilet;
– dövlət rüsumunun ödənilməsi barədə sənəd;
– ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.

Qeyd: 15 yaşına çatmış vətəndaşlar qeydiyyata alınmaq və ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinə valideynlərindən biri və ya qanuni nümayandələri ilə birgə müraciət etməlidirlər.

Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddəti ilə əlaqədar qanunvericiliyə bəzi dəyişikliklər edilb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna müvafiq dəyişikliklər müzakirə olunub.

Dəyişikliyə əsasən, 2019-cu il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Bu dəyişiklik 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Qanunun hazırkı variantında bu müddət “2018-ci il 1 yanvar” kimi göstərilir.

Yeni dəyişikliklərə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəyini nəzərə alaraq, 15 yaşı tamam olmamış vətəndaşlara da 2019-cu il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqəsi veriləcək.

Qanunun hazırkı variantında bu dəyişikliyin 2018-ci il yanvarın 1-dən tətbiqi nəzərdə tutulur.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.