Şöhrət silahları, qalanı başqa bir krallığa necə köçürə bilərəm
Nəbinin sədası düşüb hər yana,
Daha çox bil
Nüvə silahı- məlum olan digər kütləvi qırğın silahlarına görə güclü zədələmə xassəsinə malikdir. Nüvə silahında müxtəlif nüvə reaksiyaları nəticəsində ayrılan enerjidən istifadə olunur.Nüvə silahının partlayış gücü trotil ekvivalenti ilə xarakterizə edilir.
Nüvə silahı ilk dəfə 1945-ci ildə ABŞ tərəfindən Yaponiyanın Xirosima və Nagasaki şəhərlərində tətbiq olunmuşdur. (26.04.1986-cı ildə Çernobol AES-nin 4-cü bloku partlayanda atmosferə 190 ton radioaktiv maddə 145 000 km2 yayıldı.Bu partlayış1945-ci ildəkindən 500 dəfə güclü olmuşdur.586000 nəfər radioaktiv maddələrin təsirinə məruz qalıb. 30 km2 zonadan əhali köçürülüb.30 km2 ərazi ölü zona adlanir.)
Nüvə silahını hədəfə çatdırmaq üçün müxtəlif növlü raketlərdən, təyyarələrdən, sualtı qayıqlardan, gəmilərdən, habelə artilleriya toplarından istifadə etmək mümkündür.Nüvə partlayışı nəticəsində beş cür zərərli təsir meydana çıxır. Bunlara nüvə partlayışının zədələyici amilləri deyilir. Bunlar aşağıdakılardır:
1. zərbə dalğası
2. işıq şualanması
3. nüfüzedeci radiasiya
4. yerin radioaktiv zəhərlənməsi
5. elektromaqnit impulsu.
Nüvə partlayışı enerjisinin təqribən 50%-i zərbə dalğasının, 35% işıq şualanmasının, 4%-i nüfuzedici radiasiyanın, 10%-i yerin radiaktiv zəhərlənməsinin və 1%-i elektromaqnit impulsunun yaranmasına sərf olunur.
Zərbə dalğası – – partlayış mərkəzindən hər tərəfə çox yüksək(səsdən iti) sürətlə yayılan çox güclü sıxılmış hava (torpaq və su) qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki(cəbhəsindəki) izafı təzyiq(∆Pf.), dalğanın sürət təzyiqi (∆Pυ.) və izyafı təzyiqin təsir müddətidir (rt.).
İşıg şualanması – nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən, ultrabənövşəyi və infraqırmızı güclü şualanma selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı olaraq 10-20 saniyə müddətində olur. İsıq sualanmasının zədələyici təsiri işıq impulsundan , yəni işıq şualarına nisbətən şaquli yerləşmiş səthin hər bir kvadrat santimetrinə bütün şualanma ərzində düşən işıq enercisinin miqdarından asılı olur. Təsirinin qısa müddətinə baxmayaraq işıq şualanması xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində yanıqlara, gözlərin müvəqqəti və ya daimi korluğuna, müxtəlif materiaların alovlanmasına, kömürləşməsinə və ya əriməsinə, yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə yanğınlara səbəb ola bilər. İşıq şualanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun təsirini 10-20 dəfə zəiflədir. Sığınacaq və daldalanacaq işıq şualanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir.
Nüfuzedici radiasiya – nüvə partlayışı anında qəza partlayış yerindən ətrafa yayılan, qözə görünməyən γ-şualar və neytron selindən ibarətdir. N.R.-nın təsiri ondan ibarətdir ki, qamma şualar və neytronlar canlı toxumaların molekullarını ionlaşdırır. Bu isə canlı orqanizmdə maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə qabiliyyətinin zəifləməsinə səbəb olur. Şua alan adam bunu hiss etmir. Xəstəliyin əlamətləri müəyyən müddətdən sonra aşkara çıxır, xəstəliyin gedişi orqanizmin aldığı şuanın dozasından asılı olur.
N.R.-nın təsiri udulan doza ilə qiymətləndirilir və Qrey(Qr), rentqen(R), rad. ölçü vahidlərilə ölçülür: 1qr=100rad; 1r=0,95rad.
Udulan dozanın miqdarından asılı olaraq adamlar şua xəstəliyinə tutulurlar:
1- yüngül dərəcəli D=100-200rad(1-2Qr);
2- orta dərəcəli D=200-400rad(2-4Qr);
3- ağır dərəcəli D=400-600rad(4-6Qr);
4- çox ağır dərəcəli D –600rad(6Qr) –dən artıq.
Müxtəlif sıx və qalın materiallardan keçərkən nüfuzedici radiasiyanın təsiri zəifləyir – buna yarım zəiflətmə qatı deyilir.
N.R.-dan mühafizə məhz materialların bu xüsusiyyətinə əsaslanır. Belə ki, radiasiya dozasını üstü örtülmüş xəndək 40 dəfə , mühafizə üçün uyğunlaşdırılmış zirzəmi 400 dəfə zəiflədir. Neytron seli tərkibində hidrogen olan maddalərdə (suda, parafində, betonda) daha çox zəifləyir.
Radioaktiv zəhərlənmə – yerdə nüvə partləyışı baş verəndən sonrakı anlarda radioaktiv zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə qalxan hava axınları yerdən toz – torpağı qöyə qaldırıb onları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partlayış rayonunda yerə çökür. Qalan hissəçikləri isə buludun tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən kilometrlərlə məsafələrə aparılır. Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi(radioaktiv zəhərlənmə izi) formaca ellipsə bənzəyir. Zəhərlənmənin gücünə görə radioaktiv zəhərlənmə zolağını adətən dörd zonaya ayırırlar:
1-çox təhlükəli zəhərlənmə zonası;
2-təhlükəli zəhərlənmə zonası;
3-güclü zəhərlənmə zonası;
4-mülayim (zəif) zənərlənmə zonaları.
Elektromaqnit impulsu- nüvə partlayışı anında ətrafa külli miqdarda qamma kvantlar və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə qoşularaq elektromaqnit sahələri yaradır, nəticədə hava va yeraltı rabitə (kabel xətlərində), siqnal, elektrik xətlərində, radiostansiyaların antenalarında və s. qısa müddətli, lakin güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsu deyilir.
Nüvə zədələnmə ocağı (NZO) – o əraziyə deyilir ki, orada nüvə partlayışının zədələyici amillərinin təsiri nətijəsində külli miqdarda insan, heyvan və bitki tələfatı olsun, bina və qurğular dağılsın, yanğınlar baş versin və yer radioaktiv maddalarlə zəhərlənsin.
Nüvə zədələnmə ocağı qarışıq zədələnmələr ocağıdır: burada eyni zamanda dağıntılar, yanğınlar və radioaktiv zəhərlənmə ocaqları əmələ gələ bilər.
Zərbə dalğasının özündə izafı təzyiqi (∆Ρf.) 10kPa-dan artıq olan sahələr nüvə dağıntı ocağı adlandırılır. Dağıntıların xarakterinə görə belə sahələr 4 dağıntı zonasına (zolağına) ayrılır:
1. tam dağıntı zonası P = 50kPa
2. güjlü dağıntı zonası P =30 : 50kPa
3. orta dağıntı zonası P = 20 : 30kPa
4. zəif dağıntı zonası P = 10 : 20kPa.
Neytron silahının zədələyici xüsusiyyəti.
Neytron silahı az güclü istilik-nüvə sürsatıdır. Əsas zədələyici təsiri neytronlar selinin nüfuzedici təsirindən ibarətdir. Neytron sürsatının gücü adətən 0,5 kt-dan- 2 kt-dək (2 min tonadək) olur. Adi nüvə sürsatlarında nüfuzedici radiasiyanın yaranmasına partlayış enerjisinin cəmi 5%-i sərf olunur, neytron sürsatında isə zədələyici amilin payına enerjinin 25-30%-i düşür. Nüfuzedici radiasiya və onun əsasını təşkil edən neytronlar seli digər nüvə partlayışına nisbətən 5-6 dəfə güclü olduğu üçün adamların radiasiyadan zədələnməsi zərbə dalğasının və işıq şüalanmasının təsiri dairələrindən daha çoxdur. Neytron bombasının partlayışı zamanı nüfuzedici radiasiyadan mühafizə nisbətən çətindir. Partlayış zamanı nüfuzedici radiasiyanın təsir dairəsi eyni güclü digər nüvə sürsatlarının təsir dairəsindən təxminən iki dəfə artıqdır.
Bu təsirə qarşı daldalanacaqların radiasiyanın zəiflətmə əmsalı 1,5-2 dəfə az olduğuna görə, neytron döyüş sürsatından qorunmaq üçün nəzərdə tutulan daldalanacaqda divar və tavanın qalınlığı adi radiasiya daldalanacağındakından 1,2-2 dəfə qalın, yəni 130-150 sm olmalıdır.
- Bağlantıyı al
- E-posta
- Diğer Uygulamalar
QHT sədrindən millət vəkilinə cavab, yaxud bir daha Qaçaq Nəbi, Qoçaq Həcər haqqında
F.Qəzənfəroğlunun yanaşması doğru deyil. Qaçaq Nəbi “Sovet dövrünün şişirdilmiş” yox, əksinə “kiçildilmiş” qəhrəmanıdır, həm də “obraz” yox, 122 il bundan əvvələ qədər yaşamış canlı tarixdir, doğulduğu il, nə vaxt, niyə qaçaq düşdüyü də, Azərbaycanın o tay, bu tayında kimlərlə hansı günlərdə savaşa girdiyi, kimləri, nə qədərini necə cəhənnəmə vasil etdiyi, kimlərin xəyanətkar əlilə, nə vaxt, harda, hansı gündə qətlə yetirildiyinə qədər bəlli olan yaxın tariximizdi, həm də şərəfli, şöhrətli tariximizdi Qaçaq Nəbi, qoçaq Həcər adı, mübarizəsi, mücadiləsi (https://az.wikipedia.org/wiki/Qaçaq_Nəbi).
Peterburq, Tiflis, İran, Türkiyə, Bakı arxivlərində çox sayda sənədlər, XIX əsrə aid arxiv materialları aşağıda haqqında bəhs edəcəyim yanaşmalarla, tarixi faktlarla üst-üstə düşür. Bunlara bələd olmadan, indiyədək yazılan tədqiqatları bilmədən Qaçaq Nəbi haqqında danışan, yazan “hərşeyşünas”larımızın halına yazıqlar olsun.
Azərbaycan istiqlal məfkurəsinin və dünyəvi, demokratik Azərbaycan Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə “Azərbaycan tarixində qaçaq hərəkatı” məqaləsində yazır: “Azərbaycanda qaçaq hərəkatı əsasən rus çar rejiminə və yerli zülmkarlara qarşı mübarizə prosesində meydana gəlmişdir….XIX əsrin ikinci yarısında igidlikləri ilə hörmət qazanan qaçaqlardan zəngəzurlu Qaçaq Nəbini əlimizdə olan məlumatlara və eşitdiklərimizə əsaslanaraq anlatmaq istəyirik. Zəngəzur və Qarabağda qorxmadan partizan müharibəsi aparan Qaçaq Nəbinin… əsas düşmənləri çar rejimi, xanlar və bəylər idi. O bu mübarizədə kasıbları və onların hüquqlarını müdafiə edirdi. Nəbinin mübarizə apardığı ərazi Zəngəzur və Naxçıvan vilayətləri idi. İstismarçı imperializmə və rus çar rejiminə qarşı mübarizə aparan qaçaqlara xalq yaxından köməklik edir, onlarla fəxr edirdi. Xalq onları ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət rus kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə sığınırdı. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı…dastanlarda “Nəbi urusları burda qoymadı” misrası olduqca çox işlədilir. 1896-cı ilin mart ayında Nəbi Kərbaladan dönərkən Türkiyə ilə İran sərhəddi arasında olan Larni kəndində rus cəsusları tərəfindən əvvəlcədən hazırlanmış pusqunun qurbanı olur. Nəbinin xatirəsi indi də Azərlərin qəlbində yaşayır.Onun qəhrəmanlığını əks etdirən dastanlar söylənilir.” (www.rasulzade.org).
Zəngəzur qəzasının sonuncu qazısı, tarixçi, folklorşünas Bəhlul Bəhcət hələ sovet ideologiyasının tam və qəti qələbə çalmağı, repressiyaların tüğyan etmədiyi 1920-ci illərdə yazdığı “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabında M.Ə.Rəsulzadənin bu fikirlərini eynən çoxsaylı faktlarla sadə bir dildə yerli-yataqlı yazıb, Qaçaq Nəbinin mübarizəsinin hədəfi barədə hər iki zəka sahibi biri-birindən xəbərsiz eyni qənaətə gəliblər. B.Bəhcət Qaçaq Nəbinin müasiri, həmyerlisi, onu və dəstəsindəkilərin əksəriyyətini yaxından tanıyan, mübarizəsinin məramını, yönünü yaxşı bilən əqidəli insan idi. 80 ildən bəri arxivdə gizli saxlanmış 290 səhifəlik o kitabı nöqtə-vergülünə dəymədən (“Çıraq” nəşriyyatı, 2011) bu sətirlərin müəllifinin də 10 səhifəlik təqdimatı ilə nəşr etdirdik. Həm də bu düşüncə ilə ki, xalq öz qəhrəmanını daha yaxından tanısın, düzü əyridən seçsin, bu binəva xalqın keçmişinin üstündəki qara pərdələrin bir qismi də aradan qaldırılsın, Araz, Təbriz, Qarabağ, İrəvan, Zəngəzur kimi yaraları olan millətin tarixinin təkcə qırılmalardan, məğlubiyyətlərdən, can, mal, torpaq itkilərindən ibarət olmadığı görünsün.
Kitabın 55 başlıqda verilmiş fəsillərinin adlarına baxın, hörmətli Fazil bəy! “Qaçaq Nəbinin Xinzirəyə hücumu və Bedrus bəylə keşişi öz evində öldürməsi”, “Qaçaq Nəbinin dağbəyi Ginkor Qrikoru öldürməsi”, “Xuçmanski Lütvəli bəyi öldürməsi”, “Nəbinin qardaşı Mehdinin Ordubadın Qarçevan kəndində ermənilər tərəfindən öldürülməsi”, “Maltəpə Sarımsaqlıda Naxçıvan naçalniki Slovenki və Zəngəzur naçalniki Səlim bəylə döyüşü”, “Əliquluşağında erməni tacirlərin xəyanəti və öldürülməsi”…Çətəndaş, Güllü Pir, Qoparandağ, Qısırdağ davası, Kürdlər kəndində, Ərikli dağ, Murov, Dikpilakanda və digər savaşlarında qarşısında duran çarizmin yerli məmurları idi. Qaçaq Nəbinin işi, mücadiləsinin hədəfi çar Rusiyasının yerli məmurları, erməni hampaları idi. Qacarlar İranı, Osmanlı dövlətindən Rusiyanın köçürüb Qarabağ, o cümlədən Zəngəzurun ən barlı-bərəkətli torpaqlarına yerləşdirdiyi qudurğan, arxalı köpəklər-ermənilər idi, çarizmin naçalnik, pristav, kazakları idi, onlara yol göstərib yel, əlinə bel verən, “maşa” tutan sapı özümüzdən olan baltalar idi. Özünüz düşünün, heç Sovet, KQB, bolşevik rejimi, Azərbaycanın bütün idarəetmə, güc strukturlarında özlərinə güclü şəbəkə qurmuş daşnak tör-töküntüləri imkan verərdimi ki, Qaçaq Nəbi adı, mübarizəsi reallıqda olan kimi siz deyən kimi “şişirdilmiş” göstərilsin. Mütləq yalan, böhtan, uydurma, əks şişirtmələrlə onun mübarizəsinin səmti dəyişməliydi, gözdən salınmalıydı, kiçildilməliydi, üstünə “quldur” etiketi yapışdırılmalı idi. Sovet ideologiyasına müsavatın qənimi, bolşeviklərin qanlı əli Qatır Məmməd kimilər sərf edirdi, Nəbi, Həcər, Tavat, Təhməz, Samuxlu Məmmədqasım, Şəkli Mustafa bəy Əlicanbəyov kimilər yox.
Sovet ideoloji təsirinə düşməmiş M.Ə.Rəsulzdə və Bəhlul Behcət Qaçaq Nəbi haqqında fikirlərində xalqın ona olan sevgi, məhəbbətinin də məhz buradan qaynaqlandığını yazırdılar. Xalq məhəbbətinin tərcümanı olan el aşıq, şairləri də nəğmələrində Qaçaq Nəbi düşmanlarının “urus”, naçalnik, pristav, kazak, saldat,erməni olduğunu görüb yazırdılar, vurğunu da əsas bunun üstünə tuşlayırdılar:
Qazamata çəkib urus hasarı,
Dörd yanı çevrəmə qurulub barı.
Nəbinin sədası düşüb hər yana,
Naçalnik, pristav oldu yan-yana.
Qazamatın yanı tökmə qaladı,
Saldat da bir yandan yaman bəladı.
Üçtəpə düzündən qopubdur sazaq,
Düzülüb qarovul saldatla kazak.
Nəbinin birçəyi oyma-oymadı,
Qırdı saldatları, birin qoymadı.
Həcər də Nəbidən geri qalmadı.
Bu davada Nəbi tufan eylədi
Kazakları qırıb fiğan eylədi.
Burda Nəbi yenə bir ad eylədi
Erməni Ginkuru bidad eylədi və sair.
Bilməyənlər üçün xatırladım ki, Bəhlul Bəhcət 1918-ci ildə yazdığı “Cihad Bəyannaməsi” ilə xalqı bolşevik, daşnak güruhuna qarşı mübarizəyə qaldırıb, Andronik, Dro, Nijde kimi terrorbaşılarına qarşı əldə silah savaşıb, özünün yaradıb rəhbərlik etdiyi fədailər dəstəsi ilə Sultan bəylə, Aslan bəylə çiyin-çiyinə Andronikin top-tüfəngli 10 minlik nizami qoşununa qarşı əlində silah mücadilə aparıb, iki il Zəngəzurda bolşevikləşməyə imkan verməyib, 1924-cü ildə tutularaq birinci dəfə tam 10 il Bayıl həbsxanasında saxlanıb, M.C.Bağırovun şəxsi israrına rəğmən də, sovet hakimiyyətini qəbul etməsə də, həbsxanada onun zəkasından istifadə edilib, ərəb, fars, rus dillərini kamil bildiyindən elmi-fəlsəfi, siyasi ədəbiyyatlardan tərcümələr etməyinə şərait yaradılıb, Quranı, “Şahnamə”ni ilk dəfə orijinaldan dilimizə tərcümə edib (bizim ilahiyyatçı və alimlərimizin bəzilərinin bu faktlardan xəbərsizliyi acı təəssüf doğurur, necə ki, Azərbaycan Cümhuriyyətinin ilk hərbi nazirinin Xosrov bəy Sultanov yox, S.A.Mehmandarov olduğunu deyir, yazırlar), 1922-ci ildə Tehranda fars dilində, 2010-cu ildə isə Azərbaycan dilində nəşr edilən “Məhəmməd Peyğəmbərin və ailəsinin tarixi” kitabını yazıb, “Qarabağ tarixi”, “Nizami və Qafqaz folkloru” və digər fundamental tədqiqatları tamamlayıb, Sarı Aşıq, Nəbati yaradıcılığını toplayıb tədqiq və nəşr etdirib. Bəhcətin Azərbaycan tarix və ədəbiyyatına dair əlyazmalarının bir çoxu itib-batıb, tərcümələri özgə adlarla üzə çıxarılsa da, nə yaxşı Qaçaq Nəbi haqqında əlyazması qorunub saxlanılıb. Dövrün qələm, söz əhli bir Hüseyn Cavidi, bir də onu hörmətlə Əfəndi deyə çağırıblar (Bəhcət təxəllüsüdür, ərəbcə “gözəllik”, “nəciblik” mənalarını verir). 15 mart 1938-ci ildə əqidəsindən dönmədiyinə, sovetləşməyə qarşı olduğuna, Zəngəzur camaatını Cihada çağırdığına, ən əsası 1918-1920-ci illərdə ermənilərə qarşı savaşın önündə duranlardan olduğuna görə NKVD üçlüyünün qərarı ilə güllələnib. Məzarının yeri bəlli deyil.
Qaçaq Nəbi, qoçaq Həcər tarixdə olduğu kimi
Bəhlul Əfəndi Behcət Qaçaq Nəbi şəxsiyyəti, hərəkatı haqqında bu həqiqəti faktlarla, detallarla, arxiv mənbələri ilə qələmə alaraq yazırdı: “Qaçaq Nəbi tarixini müxtəsər də olsa yada salanlar olmuş olsa da, lakin bir qədər yalan-yanlış və qeyri-təbii halda nəzərə çatdırıldığından o qədər də uğurlu alınmamışdır…Biz Qaçaq Nəbi tarixini nə əfsanələrlə dolu qeyri-təbii hadisələrin bir-birinə quraşdırılmış macəralar yığını hesab edirik, nə də Qaçaq Nəbini “olmayan sərgüzəştlər” qəhrəmanı və ya xalqı əyləndirici hekayələr sahibi “Don Kixot” kimi tanıyırıq. Biz Qaçaq Nəbini həyatın ziddiyyətləriylə mübarizədə şöhrət qazanmış bir amil hesab edirik və onun həyat-mübarizə tarixinə də bu baxımdan yanaşmağı lazım bilirik”.
Yazıqlar olsun ki, sovet dövründəki kimi, dövlət müstəqilliyimizin yenidən bərpa olunduğu son 27 ildə də davamlı olaraq bu bənzərsiz xalq qəhrəmanına və onun ömür-gün yoldaşı, ən yaxın silahdaşı Həcər xanıma qarşı yalan, iftira, murdar, məqsədli iyrənc qarayaxmalar davam edir. Kimlər, hansı məqsədlə, o da bəlli. Bunun nədəni təkcə bilməməzlik, həqiqətdən bixəbərlik deyil, milli dəyərlərimizə, bu xalqın yetirdiyi, sevdiyi, sayğı göstərdiklərinə, düşünər insanlara, cəsarət, mübarizlik örnəklərinə qarşı hücumun vahid mərkəzdən planlanıb yönəldiyini görüb anlamaq üçün çox da ağıllı olmağa gərək yox.
Bu kitabdakı başlıqlar və içərisindəki əlahəzrət faktlar (“Yurdu”, “Nökərçilik”, “Ailə vəziyyəti, “Qaçaqçılıq və onun ümumi səbəbləri, “Xalq Qaçaq Nəbiyə nə cür baxırdı”, “Qaçaq Nəbinin 1-ci dəfə tutulması”, “Qaçaq Nəbinin 2-ci dəfə tutulması”, “Həcərin 1-ci dəfə tutulması” və s.) dil açıb belə nadanlara acımalarla cavab verir.
Bəhlul Behcət haqq aşiqi, mömin Allah adamıydı, gördüyü, yaxşı tanıdığı, mənim heç şübhəm yoxdur ki, mücadiləsinə gizli dəstək də verdiyi xalq qəhrəmanı Nəbinin və Həcərin fiziki görkəmini, boy-buxunu (təəssüf ki, bizim kinoda gördüyümüz, yaddaşımızda da çox zaman eləcə canlanan Nəbi-Həcərin tamam əksi olan!) canlı təsvirlə oxucu gözləri önündə canlandırır: “Nəbi gödək boylu, yığcam cüssəli, zirək və yüngül hərəkətli bir oğlan idi. Nəbi qorxu nə olduğunu bilməzdi, onun bütün hərəkətləri mətin və qüvvətli bir iradənin səmərəsi idi. Həcər qarayanız, yəni qaraya yaxın qarabuğdayı rəngdə çöhrəyə malik sağlam bədənli xoşsima bir qadın idi.”
Daha “Atları yəhərləyin…” adlı ən zəif filmlərimizdən birinə, Nəbi – Həcər adına, mübarizəsinin məram, məqsəd, miqyasına qara ləkə olan (Dövlət mükafatları o kinoya elə buna görə verilməmişdimi?!) kinomuzdakı gözəl aktrisa kimi yox ki…Mən 1981-ci ildə Nəsiman Yaqublu, Lətif Şüküroğlu ilə birlikdə Qubadlının Aşağı Mollu kəndində Həcərin qəbrin ziyarət eliyib yaşadığı evi, məhləsin gəzib onu görüb tanıyanlarla həmsöhbət olmuşduq. Kəndin ağsaqqal, ağbirçəklərinin dedikləri indiki kimi yadımdadı: Nəbi də, Həcər də civitdəyin biriydilər, bir-birinə bab idilər, uşaqlıqdan kəvşəndə, yazıda-yabanda iti qaçan atların belindən qarnının altına, boynuna dolanırdılar, yarışırdılar, at belindən düşmürdülər. Həcər haqqında Zəngəzur qəza mərkəzi Gorusdakı rus-taatar məktəbinin müdiri P.Vostrikov yazırdı: “Həcər xanım da Nəbi kimi çox cəld silah işlədirdi. Onun atının sürətli çapacağında belə gülləsi hədəfdən yayınmırdı. Həcər Nəbinin birinci köməkçisi idi.”
Bəhlul Behcət yazır: “Nəbi öz hərəkətlərində namus və iffətli olub xalqın əxlaqına və qeyrətinə toxunan bir əməl çıxarmazdı.”
Nəbinin mənəviyyatını, əxlaqi keyfiyyətlərini səciyyələndirən xarakterləri bir çox konkret hadisələrdə özünü büruzə verir: “Nəbi öz hərəkətlərində namus və iffətli olub ondan xalqın əxlaqına və qeyrətinə toxunan bir əməl çıxarmazdı. O, qadına hörmət barəsində çoxdan çox ehtiyatlı idi, düşmənlərinin də qadınına toxunmazdı. Yoldaşlarına qarşı çox diqqətcil və qayğı göstərən idi. Nəbi öz yoldaşlarına gizli oğurluğu qadağan etmişdi, onun bütün qarətləri müəyyən bir məqsədlə olurdu. O, yolları kəsərək hər gələn-gedəni soymaq işindən uzaq idi. Təsadüfi yol kəsmək onların işi deyildi”.
Bəhlul Behcət bu xalq qəhrəmanlarının milli, etnik kimliyinə dair yer alan mübahisələrə, guya onların kürd olmasına dair yazılanlara məqamında dürüst qiymət, dəqiq bilgi verərək yazırdı: “Aşağı və Yuxarı, hər iki Mollu türk qövmünə mənsubdur”. Qubadlıda bunu bilməyən yox idi. Qubadlılara “kürd” deyildiyi biz Bakıya gələndə eşitmişik (“Oğuz yurdum Qubadlım”-H.Nərimanoğlu, “Azərbaycan” jurnalı, ).
Sovetin, siz deyən şişirtmələrindən, uydurmalarından biri də buydu ki, naçalnik Səlim bəy Həcərə tamah salıb, guya Həcərə gözü düşübmüş, Nəbi də ona görə Həcəri götürüb qaçıb… Nə qədər murdar yalan, nadanlıq!
Zəngəzurun qəza rəisi əslən Şuşanın məşhur Kəbirlilər tayfasından Ağa bəyin oğlu, Gülməmməd bəyin nəvəsi Səlimbəy Rüstəmbəyov (1847-1914) Tiflisdən əmrin alıb 1895-ci ildə Zəngəzura qəza rəisi gələndə Nəbiynən Həcər artıq 22 il idi ki, ər-arvad idilər, çiyin-çiyinə yadellilərə, bu torpqlara çağırılmamış gələn qonaqlara qarşı savaşdaydılar, Qarabağdan İrəvan, Naxçıvan, Maku, Urmiya, Qars, Iğdır, Dərələyəz, Vediyə… ordan vurub burdan çıxırdılar. Rus kazakları yerli çuğulçuların yardımı ilə Nəbini ələ keçirmək üçün izləyib Həcəri və bir neçə yoldaşın tutub Gorus türməsinə salmışdı. Nəbi Gorusun başı üzərindəki Salvartı dağlarında mövqe tutur, gecədən qaçaqlarının bir hissəsin də sadiq dostlarının evlərində gizlədir, hücuma hazırlaşır. Ancaq elə onun gizli əllərindən olan pristavlardan biri, ona sədaqətli rütbə sahibi xəbər çatdırı ki, hücumla heç nə alınmayacaq, amma təzə gələn qəza rəisi çox mərdana adamdı, Şuşanın məşhur kəbirlilər soyundandı. Nəbi Səlim bəyi tanımasa da, bu nəslin bir neçə ağsaqqalı ilə gizli əlaqəsi var idi, onsuz da barmaqla sayılacaq qədər silahdaşlarından qurban verməmək üçün qəza rəisi vəzifəsinin icrasına yenicə başlayan Səlimbəyə məktub yazıb gizli şəkildə ona çatdırır. Səlim bəy məktubu oxuyur və adını eşidib üzünü görmədiyi Həcəri və digər qaçaqları daha etibarlı Qalada saxlamaq adı ilə Şuşaya göndərtdirir, qaçırılma görüntüsünü yaradaraq azadlığa çıxmasına nədən olur. Nəbi də Laçın yolunda onları xilas edir. “Qafqaz” qəzetinin 1895-ci il 25 oktyabr tarixli nömrəsində bu əhvalat barədə yazılıb.
Oxuyanlar mətləbi uzatmağımızın qüsuruna baxmasınlar, madam ki, söhbət düşüb, qəhrəmanlarımız haqqında təəssüratınızı mənbəyə istinadla daha da konkretləşdirməyə, bilgimizi genişləndirməyə çalışaq.
Qaçaq Nəbiyə xalq məhəbbətinin səbəbi
Bəhlul Bəhcət həm də Nəbinin şəninə xalqın qoşduğu çox sayda şeirlərin də ilk toplayıcısı olub, bu qəhrəmanların xalq tərəfindən bu qədər çox sevilməsini, adına çox miqdarda şeir, mahnıların qoşulmasını da həm igidliyi, həm də kəndlilərə qəlbən yaxınlığı, xeyirxahlığı ilə bağlayır. Məsələn; …kasıb bir ailə var-yoxunu satıb nişanlı tək oğluna verir ki, gedib Şuşadan sevgilisinə toy hədiyyələri alıb gətirsin, toy günü də təyin olunub, qayıdanbaş yolda oğrular oğlanı yağmalayır, ailənin başçısının ümidi tək Nəbiyədir, dağlara çıxır, Nəbini tapır, əhvalatı danışır, Nəbi, Həcər özlərində, dəstələrindəkilərin kisələrində nə varsa cəmləyib kişiyə verir, 3 gün keçməmiş oğruları da tapıb pristavın yanına göndərir….onun üstünə göndərilənlərin bir çoxu aldanmış, şirnikləndirilmiş kəndli cavanlar olardı, Nəbi həmişə tapşırarmış ki, onların atların vurun, özlərin yox …qəndi, çayı, duzu müsəlman kəndlərinə ermənilərdən 5-6 qat baha satan erməni tacirlərinin İrandan gətirdikləri qaçaq malının bir hissəsini alıb Padar düzündə aclıq çəkən kasıb camaata payladır…Yüzbaşının öz nəfinə yığdığı vergini camaata paylayıb yüzbaşının möhürü ilə borclarını tamam ödədiklərinə dair sənədlərin yazıb verir…Atları tara düşüb qalanda bir neçə gün pay-piyada yol gedirlər, kasıb insanlar öz atların onlara vermək istəyəndə deyir: “Əgər mən camaat atı aparsaydım, bu qədər yolu burayacan piyada gəlməzdim, sizin atınız mənə lazım deyil. Siz mənə mülkədar atlarının yerin göstərin”.
Yazılanlar yerli camaatın görüb danışdıqları ilə üst-üstə düşür
1970-80-ci illərə qədər Zəngəzurda, Naxçıvanda Qaçaq Nəbini, Həcəri görən çox sayda yaşlılar var idi. Biri də Qaçaq Nəbi ilə illərlə birlikdə qaçaqılıq-partizanlıq eləmiş Qubadlının Çaytumas kəndindən Allahverdi kişiydi (bacım uşaqlarının ata babası idi), adı Bəhlul Əfəndinin kitabında üç dəfə çəkilib, el-oba hamı da bunu bilirdi, onunla mən də həmsöhbət olmuşdum.
Müasir tariximizdən çox da uzaq zamanda durmayan bu qəhrəmanının dəstəsindəkilərin sayı heç zaman 80 nəfərdən artıq olmayıb, lakin bu qaçaq dəstəsinin sayca 10-20 dəfə artıq düşmən üzərində qələbələrinin birinci uğuru onların cəsurluğunda, qoçaqlıq, igidliyində, digəri xalqın onlara arxa, dayaq durmasında (“Nəbi Dəmirçilərli Bədəl Şəfi oğlunun evində”, “Nəbinin kəndlilərlə səmimi əlaqəsi” və s.), Nəbiyə Osmanlıdan hədiyyə göndərilmiş “Aynalı” tüfəngi, Səlimbəy Rüstəmbəyovun ilxısından seçdiyi doğmamış madyan-Qarabağ cinsli Bozatında idisə, o biri yandan da Nəbinin dəfələrcə sınaqdan keçirdiyi risqli savaş, döyüş taktikasında idi:“Nəbinin hərəkət və fəaliyyəti üçün dağlıq yerlərdə olub ətrafında möhkəm sığınacaq rolun oynayan qayalar və dağlar olan ərazilər əlverişli idi, açıq və düzənlik yerlərdə qalmaq Nəbi üçün heç əlverişli deyildi, qorxulu idi….Qaçaq Nəbinin üsyançı bir qaçaq olduğu o qədər mühüm əsaslara şamildir ki, onun kimi ikinci bir Nəbini Azərbaycan məmləkətində xatırlamaq çətindir. O çar hökumətindən qaçmışdı. Ona Naxçıvanda baş verən bir olay üstündə haqsız yerə 8 il katorqa cəzası verilib Şuşaya aparılarkən sıldırım dağ keçidindən qolubağlı üzüaşağı özünü atmışdı. Onun qaçmasına səbəb şəxsi arzu və fərdi cinayət üstündə olmamışdı.”
İndi aydın oldumu ki, Nəbi hərəkatının motivi və mahiyyəti nədən ibarət idi?! “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabından daha bir abzas: “Qazaxda, Gəncədə, Qarabağda, Bakıda bir çox mahallarda çar hökumətinin dəhşətli qanunlarına qarşı etirazlar, üsyanlar olsa da, onların qaçaqlıq dövrü və göstərdikləri fəaliyyətləri Nəbinin qaçaqçılıq hərəkatında olan hadisələri bir yekun olaraq nəzərdən keçirdikdə çar hökuməti Azərbaycanı işğal etdikdən ta son mərhələsinədək onun kimi bir qaçaq gözə çarpmayacağı aydın olacaq, kəmiyyət və keyfiyyətcə heç biri Qaçaq Nəbinin fəaliyyət və hərəkatına bənzəməyir….Çar hökuməti Qafqazı işğal etdikdən ta Qaçaq Nəbinin zamanınacan Nəbiyə oxşar bir qaçaqçılıq hərəkatı görməmişdi. Qaçaqlar çox olmuşdusa da, Nəbi kimi mütəşəkkil və çox uzun zaman davam gətirə biləni olmamışdı. Qaçaq Nəbidən başqa bu qədər mütəşəkkil başqa heç bir qaçaqlıq fəaliyyətini təsəvvür etmək imkanı yoxdur. Belə qüvvətli və mütəşəkkil hərəkat və bununla bərabər tutduğu yol və gözlədiyi məqam olduqca xarakterik bir hərəkat ancaq Nəbiyə məxsusdur”. “Nəbi qardaşını öldürən ermənilərdən Mehdinin intiqamını almaq üçün çox çalışdı, ancaq onu öldürənlər çar hökumətinə bağlı naçalnik, pristavların təhriki ilə aradan çıxmışdılar.”
Bəhlul Bəhcət “Qaçaq Nəbinin fəaliyyətinin yekunu”nda gəldiyi qənaətlərlə, uzun illər arxivlərin bağlı qapıları arxasında əldə etdiyi sənədlər, yazışmalardan da nümunələr gətirir, Nəbinin artıq Rusiya və İranın başağrısına çevrildiyini faktlarla göstərir. Bu gün də Tiflis arxivlərində çar, şah, Osmanlı sultanı saraylarındakı Qaçaq Nəbini aradan götürmək üçün yazışmalar, Yelizavetpol, Tiflis, İrəvan qubernatorları A.S. Şeremetyev, A.A.Freze, A.D.Nakaşidzenin, naçalnik Ostrouxov, Slovenskinin məktublaşmaları, paytaxt Petroqrada raportları saxlanılır. Araz çayı boyunca kazak polkunun iki atıcı piyada batalyonunun nişançı komandasından əlavə, 114 atlı və 16 uryadnikdən ibarət hərbi dəstə Onlar Qaçaq Nəbinin peşində idi. Rusiya paytaxtında çıxan “Novaya vremya”da Qaçaq Nəbi haqqında tez-tez məlumatlar çıxırdı. “Qafqaz” qəzeti yazırdı ki, hökumət qüvvələri Qaçaq Nəbiyə qarşı mübarizədə dəfələrlə gücsüz olduğunu göstərib. Qaçaq Nəbinin qardaşı Mehdini 1894-cü il iyulun 20-də Naxçıvanın ermənilər yaşayan Qarçıvan kəndində erməni hampaları qətlə yetirmişdi. Nəbi heç gecikmədən intiqam planı qurur. Dəstəsindən iki nəfəri – Musa Həsən oğlunu və Qəmbəri həbsxana paltarında erməni kəndinə göndərir, arxalarınca da bir az sonra “çapar” kəndə hay salır ki, qəza polis rəisi dəstəsiynən türmədən qaçan 2 nəfərin bu kənddə gizləndiyini bilir, yaxın saatlarda kəndə girəcəklər, kəndin keşişi, varlı hampaları pişvaza çıxırlar. Qəza rəisi geyimində Nəbi və 18 “kazak”ı kəndin başbilənlərini məsləhət üçün kilsəyə yığır. “Kavkaz” qəzetinin 1893-cü il 9 iyun nömrəsində Nəbinin bu əməlyyatı barədə yaydığı məlumatda ermənilərdən qarət edilən 29 min rubl dəyərində əmlakın 17 dəvəyə yüklənib Arazın o tayına keçirildiyin, yolboyu kasıb müsəlmanlara paylandığın yazırdı. Dərələyəz, Uz, Dulus, Ağkənd, Binis kəndlərində də erməni, rus dəstələrinə qarşı savaşlarda belə məharətlə planlar qurub çox sayda silah, patron ələ keçirib ehtiyat tədarükünü götürmüşdü Nəbi. Bunumu yazmalıydı, Azərbaycan türklərini çox sevən sovet tarixşünaslığı?!
Xalqın sevdiyi məşhurları gözdən salmağa çalışanlar kimlərdir?
Bu yazıda başqa bir məqama, zaman – zaman bəzi üzdəniraqların dövriyyə burax(dır)dıqları bağışlanmaz sərsəmləməyə də cavab vermək məcburiyyətindəyəm, həm də elə ona görə ki, indicə fk-da yenə bir sual gözümə dəydi: Həcərin Nəbidən sonra erməniyə ərə getməyi düzdü?! Allah günahımızdan keçsin! (bu yazını oxuyanlardan rica, hirsinizi soyutmaq üçün Xan Şuşinski, Ağabala Abdullayev, Niyaməddin Musayev, Sabir Əliyev, Munis Şərifov, Babək Niftəliyev, Urmiyalı Aşıq Əsgər, Qarslı Mühsin Sinan və onlarla digərlərinin ifasında “Qaçaq Nəbi” ni dinləyin)
Bu barədə mən, Nəcər xanımın dost-doğma nəvəsi Əliş kişi ilə Həcərin 1914-cü ilə qədər yaşadığı Qubadlının A.Mollu kəndindəki məhləsində söhbətləşməyimi 1981-də Qubadlıda çıxan “Avanqard” qəzetində yazmışdım. Qaçaq Nəbi, Həcər uzaq dövrün adamları deyildi ki, Qubadlı, Laçın, Bərdədə onları görüb tanıyan neçə adamla həmsöhbət olmuşdum. Məndən 60 il qabaq da heç demə qazı Bəhlul əfəndi bunları eynən yazıbmış. “Həcərin Nəbidən sonrakı həyatı”, “Həcərin Nəbidən sonra Qarabağa öz evinə qayıtması” (səh.226-7) başlıqlı bölməsindən sitat: “Həcər Nəbinin öldürülməsindən bu sabah xəbərdar oldu. Nəbi Məşədi Paşanın evindən gecə qayıdarkən yolda Şahhüseyn onu arxadan güllə ilə vurub öldürmüşdü. Nəbinin meyidi səhərə qədər yolda qalmışdı. Şahhüseyn isə bu xəyanətkar işindən sonra naməlum yerə qaçıb uzaqlaşmışdı (əvvəlki fəsildən məlum olur ki, Şahhüseyn uzun illər bir yerdə olduğu Nəbini qətlə yetirmək üçün Zəngəzur naçalniki Səlimbəy Rüstəmbəyovla Naxçıvan naçalniki Slovenskidən rus çarından qızıl medal alacağına, Müzəffərəddin şahın yaxın adamı Əmir Bahadır Cəngdən xan titulu və İranda mülk alacağına dair şəxsən görüşüb onların vədini almışdı-H.N). Nəbi dəfn edildikdən sonra Həcər öz əhvalatını və Nəbinin öldürülməsini Qarabağ tayında Mollu kəndində olan qohumlarına xəbər verdi. Həcərin Mollu kəndində olan qohumları Həcəri İrandan gətirmək üçün İran tayına keçdilər. Həcəri öz kəndinə gətirdilər. Həcərin Nəbidən övladı yox idi. O, bir müddət qaldıqdan sonra öz qohumlarından Həmzə adlı bir çobana ərə getdi. Həcər Həmzə ilə Aşağı Mollu kəndində çox yaşadı. Onun Həmzədən bir neçə övladı oldu. Həcər bütün ömrünü Nəbi ilə keçirdiyi günləri xatırlamaqla başa vurdu.”
Bu məlum fakt Bəhlul Behcətin sənədli, sübutlu tədqiqat, araşdırma kitabında bir neçə dəfə yada salınır. Qeyd edək ki, Həcər 1914-cü ildə 54 yaşında Zəngəzuru bürüyən vəbadan dünyasın dəyişib. Başdaşına əksi həkk olunmuş məzarı işğala qədər Qubadlının Aşağı Mollu kənd qəbiristanlığında dururdu. Nəvəsi Əliş kişi Böyük Vətən Müharibəsində igidliklər göstərib sinəsi orden-medallarla dolu qayıtmışdı. 93-cü il avqustun 31-də Qubadlını müdafiə etməli olan (!) 7 batalyon bütün silah, döyüş sursatı ilə bərabər yuxarıdan verilmiş əmrlə açıq-aşkar xəyanətlə rayon ərazisindən çıxarılandan sonra öz evində səngər qurub son partonu qalana qədər ermənilərlə döyüşüb öz həyətində də Şəhid olmuşdu, Həcər yadigarı Əliş kişi. Çoxlu övladları məcburi köçkün olaraq doğma yurd-yuvalarına qayıdış həsrəti ilə ağrı-acılı ömür sürürlər.
1988-ci ildə “Aydınlıq” qəzetində çıxmış “Elin bu günündə gələydin, Nəbi” başlıqlı, “Gənclik” jurnalının may 89-cu il nömrəsində “Yaddaş” başlıqlı yazılarımdan üzübəri “Qubadlısız 16 il” (“Nurlan”, 2009) kitabımda da gedən, Həcərin 80-ci illərə qədər sağ-salamat yaşayan həmyaşıdları, onu görüb tanıyan qonum-qonşularını dinləyib yazdığım bu sətirləri eynən buraya köçürürəm: “…Nəbidən sonra da köhnə düşmənlər 30 yaşlı Həcəri rahat buraxmırdı, hələ də gəncliyini, şuxluğunu özündə saxlayan, tənha yaşayan dul qadının adına müxtəlif böhtan, şər-şəbətə uydurub yayırlar. Bu da həm Həcərə, həm qohum-əqrəbasına çox toxunur. Kəndin qeyrətli kişilərindən olan qohumu çoban Həmzənin ömür-gün yoldaşı rəhmətə gedibmiş, övladı ilə tənha qalırmış. Bir axşam Həmzə qabağında qoyun-quzusu yolağanın ağzından keçəndə çağırır: “Ay Həmzə, burdan gəl, bu mitil bükülüsün də at çiyninə, arxamca gəl”. Həmzə bu kişi qeyrətli qadın necə deyirsə, elə də eliyir. Düz gəlib girir Həmzənin həyətinə, qonşudan da bir neçə nəfər ağsaqqal-ağbirçək çağırır, Nəbiynən ev sahibəsinin ruhuna Quran oxutdurur, sonra deyir: “Ay ellilərim, siz Allah şahidisiniz ki, mən Nəbini necə istəmişəm, ömrümdə xəyalıma da gəlməzdi ki, Nəbidən sonra kiminsə adın tuta bilərəm, amma neynim, görürsünüz ki, bu namərdlər mərdi də qova-qova namərd eliyəndilər, təzədən dağa-daşa düşmək də çox gecdi, bunu da Nəbinin, özümün ad-sanın qorumaq xatirinə eliyirəm, ay molla, mənim kəbinimi bu şahidlərin iştirakı ilə kəs bu Həmzəyə, day bu gündən Allahın izniynən oluram bu yetimlərin analığı, Həmzənin halalı”.
Rəhmətlik Əliş kişi ilə “Qaçaq Nəbi” kolxozunda təhkimçi olanda çox söhbətlərim olmuşdu, yaşlılardan eşidib öyrəndiklərimi ona da danışmışdım, demişdi ki, hamısı düzdü, elə deyilən kimidi…Məzarı, başdaşı da mənim “Gənclik” jurnalında çıxan tənqidi yazımdan sonra raykomun 1-ci katibi Şahsuvar Yəhyayevin tapşırığı ilə abadlaşıb təzələnmişdi.
Məhəmməd Əmin Rəsulzadə yazır: “Çar idarəsinin qaçaqların ailəsinə etdiyi zülm heç bir insanlığa, heç bir ədalət qanunlarına sığmırdı. Şair Zakiri təhqir etmək üçün Şuşanın komendantı Tarxanovun onun arvadını bir rus kəndlisinə ərə verməsi Azərbaycan tarixində yaddan çıxmayan hadisələrdəndir. Bəzi qaçaq arvadlarının rus əsgərlərinin təcavüzünə məruz qalması hələ də yaddan çıxmamışdır. Bu barədə “Azərbaycanda yeniləşmə hərəkatı” adlı kitabımızın “şair Zakir” bölümündə məlumat vermişik”( www.rasulzade.org). Həcərin Nəbidən sonra ərə getməyinin nədəni bəlli deyilmi, elə bu gün də əri ölən gəlinin adını, namusunu qorumaq, ocaqdan kənara çıxmamağı üçün ər tərəfinin subaylarından birinə ərə verilməsinə azmı təsadüf olunur? Əlavə şərhə ehtiyac varmı?!
Xəyanət davam edir…
Həcər xanımın 25 ildən bəri əsirlikdə, qəriblikdə qalan biz Azərbaycan kişilərindən onsuz da incik ruhunu son illərdə əvvəl bir rəhmətlik şairimiz incitdi, düzdü sonra nə qədər yanlış səhvə, günaha batdığın anlayıb üzürün xalqdan dilədi. Ancaq bu lafı boyu iddiası, ağlı gödəni ilə tərs mütənasib yazıçımız radio çıxışında təkrar elədi, dalınca da partiya sədri dilinə gətirməkdən utanmadı; guya Həcər Nəbidən sonra erməniyə ərə gedibmiş…Amma Nəbi ilə Həcərin doğulub böyüdüyü Qubadlı tək-tük rayonlarımızdan idi ki burda erməni yaşamayıb.
Təəssüflər olsun ki, Azərbaycanda bu gün vəzifə başında, üzdə olanların bir çoxu elə Nəbi-Həcər qatili rus Slovenski, fars Əmir Bahadır, erməni Arzumanyan, sərvət naminə 15 il duz-çörək kəsdiyi dostunu güllələyən Şahhüseyn kimi xəyanətkarların törəmələridir. Nəbi ilə Həcərin rus-erməni dəyirmanına su tökən murdar xislətli milli sapqınlarımızın əkib tökdükləridir. Belələrinin üzündən hər cür nacinsliklər görüb, nalayiq laflar eşidirik.
Ortada olan fakt budur ki, Azərbaycan xalqı heç bir qəhrəmanına Nəbi, Həcər qədər sevgi göstərməyib, 130 ildən çoxdur Vətənimizin cənubunda, şimalında, Kərkükdə, Anadoluda ən çox sevilən, oxunan, dinlənilən populyar xalq mahnılarından bir çoxunda Qaçaq Nəbi ilə Həcər vəsf edilir (ən böyük xanəndəmiz Xan Şuşinskidən başlamış, Kamil Cəlilov, Aşıq Əsəd, ustad ozan Nevid Müsmirədək) və “Qaçaq Nəbinin tarixi”ndən görünür ki, bu sevginin həqiqətən də real tarixi, mənəvi kökləri var. Belə ümumxalq sevgisi hər qəhrəmana nəsib olmur. Görkəmli folklorşünas alim, prof. M.H.Təhmasib “xalqın yüzlərlə hekayət və nəğmələr qoşduğu” “Qaçaq Nəbi”nin epos-dastan kimi formalaşmamasının tarixi, ictimai-siyasi səbəblərini “Nəbinin ölümündən iyirmi il sonra Azərbaycan kəndlisinin mübarizə apardığı köhnə rejim tamamilə dağılması” ilə əlaqələndirir.
Qubadlıdan olan müəllim Muradxan Cahangirovun 1920-30-cu illərdə Qaçaq Nəbi və Həcəri görüb tanıyan şəxslərdən topladığı onlarla mahnı, şeir, bayatı, nağıl, reallığa söykənən əhvalatlardan ibarət 220 səhifəlik əlyazma nəşr edilmək üçün Ümumittifaq Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsinə təqdim olunmuşdu. Bu haqda prof. Paşa Əfəndiyev, prof.Azad Nəbiyev və başqalarının əsərlərində, o zamankı qəzetlərdə xəbərlər getmişdi. Ancaq nə kitab çap olunub, nə də əlyazması tapılıb. Bu qiymətli mənbənin izi itirilmişdir.
Bir faktı da xatırladım: Qaçaq Nəbi haqqında çəkilmiş “Atları yəhərləyin” filminin başına gələn, gətirilən olaylar məlumdu. Moskvada bütün strukturlarda yerləşib hər fürsətdə Azərbaycan adına zərər yetirməkdən qalmayan məkrli qonşularımız hətta, kəsilib doğranandan, qayçılanandan sonra belə filmin ekranlara buraxışına hər cəhdlə mane olurdular. Mərkəzi Komitədən gələn təlimat üzrə Qubadlı payon rəhbərliyinin tapşırığı üzrə qonşu Qafan, Gorus rayonlarında bir neçə erməninin dilindən Qaçaq Nəbinin ermənilərə düşmən olmadığına dair faktlar, sözlər almalı, çəkib çıxarmalı idim. Müşkül işə düşmüşdüm; dolayısı ilə hansı ermənini dindirdimsə kin-nifrət nidası eşitdim, Nəbi adı eşidənlər ilan kimi fısıldayıb zəhər saçırdılar. Nəbinin öldürdüyü erməni hampalarının adlarını yerli-yurdlu elə danışırdılar ki…Biz bunlardan xəbərsiz idik. Onu da deyim; Arazın o tay, bu tayında, Qars, Iğdır, Zəngəzurda Nəbni, Həcəri görənlərin çox sayda söhbətləri var, məs: https://www.youtube.com/watch?v=gf4ZRp7Vndc.
Və bir də dünya qaçaqçılıq tarixində bənzər nümunəsi olmayan Qaçaq Nəbi ilə Həcərin Azərbaycanın heç yerində abidəsi yoxdur, təkcə Qubadlı elimizdə yanaşı büstləri var idi, 25 ildir ora da yoxdur…Və paytaxtda adına hardasa bir küçə varmış, bu da kimlərəsə xoş gəlmir. Ona görə çinayətkar aləmin ünlü “vor zakon”u Rövşən Lənkəranskinin adını verməyi düşünüb, yazıb, dövriyyəyə buraxıb, tərəfdarlar da tapıb özünə. Yazıqlar olsun halımıza…əlində-ovcundakı torpağının beşdən biri 25 ildi yağı tapdağında qalan Azərbaycana yaraşan elə budur…
Hacı NƏRİMANOĞLU,
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri
Comments are closed, but trackbacks and pingbacks are open.