OğLanLar Üçün İdeaL Qız Necə oLur
Düzdü,bu suala oglanlar çox vaxt cavab vermirler,ona göre bu suala her terefli yanaşmaq lazımdı.Eslinde ilk baxışdan bu sual çox asantdı.
Her şeyden evvel,bir seyi yadda saxlayın,oğlan qızı,başqa bir qızın gözelliyine göre atmaz.
Gözelliyinde öz yeri var,ve öz rolunu oynayir,amma bu ogederde vacib deil.
Demeli, eger oğlan sizi atirsa başqa qıza göre,demeli o qiz bir şexsiyyet kimi daha maraqlıdı.O qıznan daha maraqli vaxt keçirir,o qiz dava cıxartmir her balaca meseleye göre problem yaratmir.
Bütün bunlar yeni bir qızın oğlanın heyatına girmık ücün bir sebebdi.
Bu demekdir ki,bir şexsiyyet kimi siz daha çox inkişaf etmelisiniz.Ve bu en doğru yoldu.Çünkü inkişaf ederek siz daha üstün ve daha agilli olacaqsınız ve butun bunlar problemlerebaşqa gözle baxmağa kömek edecek.Heyat daha menalı,daha gözel olacaq.Heyatı sevgilinizle problemsiz yaşamağa çalişacaqsınız.
İndi sizde bir başqa bir sual yaranacaq-Özümü nece inkishaf edim?tebii ki,kitab oxumaqla.televizora az baxmaqlaözünüze daha çox vaxt ayırın
Oğlanlar qızları necə geyindirir
Düzdü,bu suala oglanlar çox vaxt cavab vermirler,ona göre bu suala her terefli yanaşmaq lazımdı.Eslinde ilk baxışdan bu sual çox asantdı.
Her şeyden evvel,bir seyi yadda saxlayın,oğlan qızı,başqa bir qızın gözelliyine göre atmaz.
Gözelliyinde öz yeri var,ve öz rolunu oynayir,amma bu ogederde vacib deil.
Demeli, eger oğlan sizi atirsa başqa qıza göre,demeli o qiz bir şexsiyyet kimi daha maraqlıdı.O qıznan daha maraqli vaxt keçirir,o qiz dava cıxartmir her balaca meseleye göre problem yaratmir.
Bütün bunlar yeni bir qızın oğlanın heyatına girmık ücün bir sebebdi.
Bu demekdir ki,bir şexsiyyet kimi siz daha çox inkişaf etmelisiniz.Ve bu en doğru yoldu.Çünkü inkişaf ederek siz daha üstün ve daha agilli olacaqsınız ve butun bunlar problemlerebaşqa gözle baxmağa kömek edecek.Heyat daha menalı,daha gözel olacaq.Heyatı sevgilinizle problemsiz yaşamağa çalişacaqsınız.
İndi sizde bir başqa bir sual yaranacaq-Özümü nece inkishaf edim?tebii ki,kitab oxumaqla.televizora az baxmaqlaözünüze daha çox vaxt ayırın
Amma oğlan,sizin maraqlı şexsiyyetinizi başa düşe-düşe yenedee başqa qızlara baxacaq.Yaddan çıxartmayiın,heçneye baxmayaraq siz onlardan daha üstünsünüz.
Düzdü başqa cür de olur: Oğlan görür ki,qıza get-gede daha çox bağlanır,sevmeye başlayır.Oğlanlar öz hisslerine çox ehtiyyatla yanaşir.ve qızların onlara ürek ağrısı vermeylerinden qorxurlar.ve özleri qızı birici terk edir
Yaxşi onda niye münasibetin sonunu olmadiğını bile-bile oğlanlar,bu munasibete öz vaxtlarını ve gücleerini qoyurlar?Çünkü onlar bugun ile yaşayırlar,ve artıq tecrübe elde etmek –artıq bir şey deil.Ve eger onlar hiss etseler ki,qızın oğlana qarşı simpatiyası sevgiye cevirilib-qızı atırlar ve yeri gelende ‘’men o qizla 1 il görüşmüşem,ve o qız mene sevgiden daneşanda men onu atmaq mecburiyyetinde qaldim.bu cox çetin idi,Men ona ezab vermek istemedim.Men o qıza laiq deilem.Onun qabağına,onun meni sevdiyi kimi biri çixacaq ve o oğlan onu çox sevecek’’ Bu şablom cavabdı.
Şerhler:
~A_N_T_i_K__V_A_R~ [ OFF ] (25.07.2012 / 23:05)
aheng [ OFF ] (13.01.2012 / 22:23)
sozleriizle raziyam
yekebash [ OFF ] (29.06.2011 / 01:31)
salam.. oglannanda oglana ferg var menim sevdiyim meni nelere deishdi:((((((
OğLanLar Üçün İdeaL Qız Necə oLur?
Hər kəsin bir idealı olduğu kimi oğlanların da özlərində cəmlədikləri ideal qız düşüncəsi vardır. Oğlanların bir sirrini açacam bu gün qızlara və bu nümunələrlə ola bilsin qızlar təəccüblənsin, ola bilsin razılaşsın, ama onu bilin ki bu bir həqiqətdir.
Oğlanların beynində formalaşan ideal qız tipi budur: Evdən kişidən icazəsiz çıxmayan, özbaşına bir yerə getməyən, özbaşına hərəkət etməyən, hər etdiyi işdə kişidən icazə alan, əgər bir problemi varsa qızın bunu özü həll etməyən, evdəki kişi xeylaqlarına bildirən, onlara həvalə edən qız tipini ideal qız tipi kimi qəbul edər oğlanlar.
Oğlanlar çox gəzən qızları sevməzlər, rəfiqəsi ilə tez-tez ünsiyyətdə olan qızları da xoşlamazlar, çünki ola bilsin o qıza güvənirlər, ama rəfiqəsinə güvənmirlər.
Bəzi qızlar bəlkə də hazırcavab olduqları üçün özləri ilə fəxr edərlər, ama bilməzlər ki oğlanların hazırcavab qızlardan xoşu gəlmir, hətta belə qızlardan nifrət edən oğlanlar da var, oğlanlar ideal qızı sakit, hər sözə cavab verməyən, ürkək birisi kimi xəyal edərlər. Hazırcavab qızlar oğlanlara çox kobud görsənir.
Çox danışan qızları da sevməz oğlanlar, çox gülən qızdan isə nifrət edərlər. Qızları nə qədər incə bir varlıq kimi qəbul etsə də oğlanlar bir o qədər də ağır xasiyyətli olmasını istərlər. Əslində ağır xasiyyətli dedikdə ilk öncə ağıla gələn oğlanlar olur, ama oğlanlar üçün də qızların ağır xasiyyətlisi idealdır.
Oğlanlar çox gülən deyil, gülümsəyən qızı xoşlayır.
Oğlanlara sualım:
Bəs sizcə ideal qız necə olmalıdır? Bu nümunələrlə razısınız?
Sizin üçün ideal olan qızda hansı xüsusiyyət olmalıdır?
Qızlara sualım:
Sizcə siz evlənmək üçün oğlanların axtardığı kimi ideal bir qızsınız?
İlk öncə oğlanlar evlənmək üçün arzuladığı qız tipi ondan əvvəl heç kimi sevməyən, heç kimlə gəzməyən, heç kimlə əl-ələ tutmayan qızlardır.
Oğlanlar yalan söyləyən qızları heç sevməzlər və sevdiyi qıza qarşı həddindən artıq qısqanc olarlar və bu qısqanclığın səbəbi də qızlara inanmamaqlarıdır, hər bir oğlan bilər ki sevdiyi qızın ondan əvvəl sevdiyi olub, hər bir oğlan bunu hiss edər, nə qədər qız bunu inkar etsə də oğlan bunu hiss edər, ama qız ona ilk sevdiyim sənsən dediyi zaman oğlan çarəsiz qalar, tək çarəsi qızı sevdiyi üçün ona inanmaq, güvənmək olar, ona görə də bu yalanı öz beynində doğru kimi qəbul etməyə özünü məcbur edər, çünki sevir. Qızı öz beynində onu ilk sevən kimi qəbul edər, elə xəyal edər. Əlbəttəki bu barədə istisnalar vardır, əlbəttəki ola bilər qızın ilk onu sevdiyi, ama bu ehtimal çox azdır.
Sevdiyi olmayan oğlanlar evlənmək üçün qız axtardığında çox çətinlik çəkir indiki zəmanədə, bu qızların oğlanlara verdiyi inamsızlıqdanmı irəli gəlir, yoxsa ətrafda olan söz-söhbətdənmi onu deyə bilmərəm, ama oğlanlar arasında son vaxtlar gedən söhbət budur: Evlənməyə qızı hardan tapacıyıq? Necə tapacıyıq.
Əli ətəyindən uzun idarə qızları: ofis geyimi necə olmalıdır? – ARAŞDIRMA
Fatma xala ilk dəfə pensiya almaq üçün sənədlərini götürüb banka gedəndə çox təəccüblənmişdi. Elə qadın qapıya ayağını təzəcə qoymaq istəyir ki, qapı öz-özünə açılır və içəridə, özü demiş, “inkubatordan çıxmış” kostyumlu oğlanlar və hamısı eyni cür geyinmiş, demək olar ki, eyni boyda, eyni çəkidə olan qızlar idi. Fatma xalanı təəccübləndirən qapının öz-özünə açılması deyildi, bunu yaşadığı binanın altındakı böyük meqamarketdə də görmüşdü. Onu təəccübləndirən bankda ayrı-ayrı pəncərələrdə əyləşən hətta saç rənginə kimi eyni olan miniatür xanımlar və bəylər idi. Buranı özünün işlədiyi “jek”lə müqayisə edən qadının beynindəki iş geyimi elə o vaxtkı “Mariyanın göz yaşları” parçasından olan ətək və “şolk” köynək idi. Fatma xala hamısı bir-birinə oxşayan bank işçilərinə necə təəccüblənibsə, şəxsiyyət vəsiqəsini də orada unudaraq evə qayıdıb. Qadının bu təəccübünü görən nəvəsi evdə onu başa salır ki, bu bankda qəbul olunan dress-koddur. Bir çox banklarda rəhbərlik psixoloqlarla müzakirə apararaq məhz bu ölçüdə, bu boyda xanım və bəyləri ona görə işə götürür ki, məhz bu tip əməkdaşlar və bu cür geyimlə daha çox insanın etibarını qazanmaq mümkündür. Mövzumuz çox Fatma xalaları təccübləndirən həmin o dress-kod haqqındadır. Dress-kod lazımdırmı, yoxsa kim nə tapdı – allı-güllü geyinib işə gələ bilər? Azərbaycanda bu baxımdan vəziyyət necədir?
Azərbaycanda məhkəmələrə, nazirliklərə, ümumiyyətlə, dövlət idarələrinə ən azı bir dəfə yolu düşən hər kəs bilir ki, burada çoxu toy geyimi ilə işgüzar geyimi qarışdırır. Çox az adam tapmaq olar ki, işə ciddi və səliqəli geyimdə gəlsin. Bəzi hərbi və hərbiləşmiş struktura malik dövlət idarələrində xüsusi geyim – uniformanı çıxmaqla, əksər dövlət idarələrinə ciddi geyim – dress-kod anlayışı yaddır. Vergilər Nazirliyi, Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və bir neçə qurumun rütbələrə uyğun olaraq xüsusi geyim forması var. Digər qurumlar əslində, dress-koddan istifadə etdiklərini desələr də, bu məsələ hər bir işçinin şəxsiyyətinə, tərbiyəsinə və vicdanına qalır. Bu baxımdan vəziyyəti öyrənmək üçün bir neçə qurumla əlaqə saxladıq.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a bildirdiyinə görə, qurumda çalışan bütün əməkdaşların xüsusi geyim forması var: “Bizdə xüsusi geyim forması var. Hamısı eyni formada deyil, stansiyada maşinistlər bir cür, qatarları qəbul edib, yola salan əməkdaşlarımızın geyim forması başqa cürdür. Xüsusi geyim mətbuat xidmətinə də aiddir”.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsində də xüsusi geyim formasının olmadığını bildirdilər: “Bizdə xüsusi geyim forması yoxdur. Hərçənd ki istəyərdik bizdə də belə bir geyim forması olsun. Geyim bizdə iş vaxtı sərbəstdir. Tədbirlərdə isə ciddi geyimdə oluruq”.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, nazirliyin özünün tətbiq elədiyi daxili intizam qaydaları var. Etik davranış qaydalarında səliqəli və məmura uyğun olaraq geyinmək tələb olunur: “Bizdə qısa ətək, cins şalvar, qəribə saç düzümləri olmur və hər kəs nazirliyin əməkdaşı olmasının məsuliyyətini dərk edərək səliqəli və məmura uyğun geyinir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev də nazirlikdə dress-kod olmadığını dedi: “Bizdə xüsusi geyim olmasa da, nə gəldi geyinmirik. Dövlət qulluqçularıyıq və adımıza uyğun geyinirik. Düzdür, geyimlə bağlı hansısa məhdudiyyət də yoxdur. Amma bura dövlət idarəsi olduğuna görə, hamı ona uyğun hərəkət edir. Bizdə cins və ya açıq geyinən yoxdur”.
Ali Məhkəmənin mətbuat xidmətinin rəhbəri Allahverdi Məmmədli də məhkəmədə açıq geyimə icazə verilmədiyini dedi: “Bizdə xüsusi geyim forması yoxdur. Sadəcə hakimlər prosesə çıxarkən manto geyinirlər. Amma bizdə açıq geyimə icazə verilmir. Çünki bura restoran, bar deyil. Əməkdaşlar ciddi və səliqəli geyinirlər – kişilər kostyum, qalstuk, qadınlar da normal paltarda olurlar. Bizdə jarqon geyinən yoxdur”.
Dress-kod nə üçündür?
Dress-kod termini bizə ingilislərdən gəlib. Ofis dress-kodundan söhbət gedirsə, bu hər hansı şirkət tərəfindən təyin olunmuş mədəni, işgüzar geyim tərzidir. İşgüzar geyim dedikdə isə, bura cins, dekolitə, sport və mini geyimləri çıxmaq şərtilə, daha çox klassik kostyum və ya ağ köynək, qara şalvar (ətək) aiddir. Dress-kodda şirkətdə çalışan əməkdaşların həddən artıq makiyaj, əcaib saç rəngi və düzümü də məqbul sayılmır. Həmçinin onlara tövsiyə olunur ki, ciddi, səliqəli və klassik geyimdən istifadə etsinlər. Ənənəvi işgüzar tərzə münasib olan rənglər isə əsasən, tünd-göy, tünd-boz, qəhvəyi, qara, tünd-yaşıldır.
Əslində dress-koda münasibət heç də birmənalı deyil. Heç də şirkət əməkdaşlarının hamısı onun olmasını doğru addım hesab etmir. İşçilər bunu öz azadlıqlarının pozulması kimi qiymətləndirsə də, şirkət rəhbərliyinə görə işgüzar geyim tərzi şirkətin imicini formalaşdırır.
Modelyer Zümrüd Mirzəliyevanın Publika.az-a bildirdiyinə görə, adətən, idarələrdə dress-koda uyğun ən çox istifadə olunan rənglər ağ-qara və bozdur. Dünya təcrübəsində dövlət idarələrində və özəl şirkətlərdə işgüzar geyimdən istifadə olunur. Son vaxtlar bizdə də bununla bağlı modelyerlərə müraciətlər olur: “Son vaxtlar mənə dress-kodla bağlı sifariş üçün müraciətlər çox olur. Müraciət edənlər, adətən, firmalar olur. Onlar öz kriteriyalarını deyirlər, məsələn, şalvar çox enli olmasın, köynək ağ olsun və s. Mən də deyilən çərçivədə işləyirəm”.
Psixoloq Vəfa Əkbərin Publika.az-a bildirdiyinə görə, hər bir idarənin onu digər idarələrdən fərqləndirən qanunu olmalıdır. Məhz bu, işçilər arasında motivasiya yaradır: “İşçilər iş ağırlığı və işin məsuliyyətinə görə fərqlənirlər. Aşağı təbəqə iş görənlər- işçilər və idarəçi heyət. Dress-kodun olub-olmamasından söhbət gedirsə, əslində, hamı eyni cür geyinsə, bu, hər kəsin bərabərliyi deməkdir. Çox vaxt bundan narazı olanlar idarəçi heyət olur. Çox yaxşı olardı ki, iş geyimindəki fərqlilik aradan götürülsün. Bu, şirkətin imicinə müsbət təsir edə bilər”.
“Ya işini itirməli, ya da geyimini dəyişməlisən. ”
Məsələnin qanuni tərəfinə gəlincə, bizdə bu məsələ qanunla tənzimlənmir. Yəni dövlət idarələrinə mütləq dress-koddan istifadə etmək tələbi qoyulmayıb. Millət vəkilləri də bunun hüquqi baxımdan qeyri-mümkün olduğunu deyirlər. Fazil Mustafanın sözlərinə görə, hərbiləşmiş strukturlarda konkret geyim formaları var və bu geyim formalarından istifadə edirlər. Amma bunu bütün qurumlara aid etmək olmaz: “Digər qurumlarda türklər “takım əlbisəsi” deyirlər – qalstuk, kostyum – geyim qaydası var. Amma hamıya eyni geyim formasını geyindirmək olmaz. Dress-kodu bütün idarələrə tətbiq eləmək doğru deyil. Məmurlar istənilən formada idarəyə gedə bilərlər. Bunun xüsusi bir formaya salınması insanların fəaliyyətlərinin müəyyən dərəcədə məhdudlaşdırılmasıdır”.
Millət vəkili hesab edir ki, bu, cəmiyyətin mədəni səviyyəsinin göstəricisidir. Məmur seçilmək üçün kostyumdan, qalstukdan istifadə edə bilər. Amma bu o demək deyil ki, hər kəsə tətbiq eləmək lazımdır. F. Mustafa hesab edir ki, bu, kommunizm prinsiplərinə uyğun gəlir və bizim azad cəmiyyət prinsiplərinə uyğun deyil:
“Nazirliklərdə, dövlət idarələrində mini, idman tərzində geyinmək düzgün deyil. Lakin bəzi məlumatlar gəlir ki, bir çox idarələrdə qadınları belə açıq geyinməyə məcbur edirlər. Müəssisə rəhbəri bəzən işçisini öz nökəri sayır və ondan belə geyim tələb edir ki, bütün qızlar mini geyinməlidirlər. Bu da çox vaxt narazılıqla qarşılansa da, bəzən insanlar çörək pulu qazanmaq üçün razılaşmalı olurlar”.
F. Mustafanın sözlərinə görə, qapalı geyinməyi hamıdan tələb eləmək doğru olmasa da, xidmət sferasında insanların açıq-saçıq geyinməsinə yol vermək olmaz.
“Başörtülü xanımlar da bəzən tədbirə buraxılmır. Bu da yanlış bir şeydir. Əgər qapalı geyim hansısa ölkənin ideoloji simgəsini ifadə eləmirsə, onu geyinmək olar. Bir çox məsələlər hüquqla tənzimlənmədiyinə görə insanlar bundan sui-istifadə edirlər. Bəzən heç ailədə o cür geyimə məqbul baxmırlar, amma işdə məcbur mini geyinməli olur. Ya işini itirməli, ya da geyimini dəyişməlidir. Bu çox mürəkkəb məsələdir və insan haqlarına uyğun deyil”.
Millət vəkili Zahid Orucun sözlərinə görə, bəzi təşkilatlarda təsisatın nümayəndələri tərəfindən daxili geyim forması təsdiq olunur və bu da normal qarşılanır. Amma bunun kütləvi xarakter daşımadığı da bizə bəllidir.
“İşçi ən yaxşı formanı geyib də insanlara qarşı düzgün davranış seçməyibsə, vətəndaşlar o geyimdən razı qalmayacaq”.
Təpədən-dırnağa.
Ekspertlər hesab edirlər ki, dress-kodun 3 müsbət tərəfi var: Birincisi, dress-kod şirkət, firma, idarə haqqında ciddi imic yaradır. İkincisi, bununla işdə xüsusi iş atmosferi yaranır. Üçüncüsü, bu, komandanın hər bir üzvünün bərabər olması deməkdir. İş geyimi həm də üzərində bir çox elementləri birləşdirir. Burada ən azı aid olduğu şirkət və ya firmanın loqotipi əks olunur ki, bu, şirkətin reklamı deməkdir. Həm də ofis geyimi şəxsin səliqəli, diqqətli, cavabdeh, ciddi olması haqqında fikir yaradır. Bundan əlavə, bəzi ofislərdə dress-kod birinci və beşinci günlər arasında qüvvədə olur və həftəsonu iş olan kollektivlərdə son günlər sport geyimə icazə verilir.
Dünya təcrübəsinə nəzər salsaq, bu baxımdan vəziyyət bizdən daha yaxşıdır. Qardaş Türkiyədə istər dövlət idarələrində, istərsə də özəl şirkətlərdə dress-koda ciddi nəzarət olunur. Rusiyada aparılan araşdırmalara görə, əksər kampaniyalar geyim tərzi ilə bağlı müəyyən bir seçim etməyi HR mütəxəssislərə həvalə edir. İdarə və şirkətlər arasında keçirilən sorğuya görə, çox ciddi dress-koda yalnız 8 % şirkətlər əməl edirlər. Onlar istisnasız olaraq bütün əməkdaşlardan forma və ya kostyum geyinməyi tələb edirlər. Şirkətlərin 44%-i isə küçə stili istisna olmaqla, əməkdaşlardan ofis geyimində işə gəlməyi istəyirlər. 48% şirkətlər isə vulqar geyim, bura həddən artıq qısa ətək və açıq köynək daxildir, geyinməyi tələb edirlər.
Əslində, dress-kodu bəzi özəl şirkətlər elə formaya salıblar ki, bu, şirkəti daha çox klonlama laboratoriyasına bənzədir. Bəzi hallarda isə bunun “face-kontrol”a qədər gedib çıxması qəbulolunmazdır. Amma bu da faktdır ki, həkimə gedərkən onun geyindiyi ağ xalatdan biz hər yerin təmiz olduğunu qəbul edirik. Restorana gedərkən anlayırıq ki, bizə kim qulluq edəcək, qonaqlar kimdir. Və yaxud da bankda əyləşən xanım çox açıq dekolitə ilə qarşımıza çıxsa, hansı vəziyyət yaranar, onu özünüz fikirləşin.
İstənilən halda, əgər iş maraqlıdırsa, məvacib qane edirsə, rəhbərliklə dil tapmaq olursa, kollektiv mehribandırsa, burada dress-kodun olması hər hansı sıxıntı yaratmır. Ekspertlər hesab edirlər ki, əgər siz geyimdə məhdudiyyətə görə diskomfort hiss edirsinizsə, bu, əslində işin və ya rəhbərliyin uğursuz olması ilə də bağlı ola bilər. Əslində isə dress-kod öz-özlüyündə ciddi problem olmamalıdır. Axı uniforma talantı, əməksevərliyi və individuallığı gizləmək gücündə deyil.
Gülnar Əliyeva
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Comments are closed, but trackbacks and pingbacks are open.