Ölçmə texnikasının əsasları
Tel.: (+99412) 596-26-13
Mühazirə konspekti Tərtib edən: dos.İsayeva T. M. G I r I Ş
Ölçmə-real həyatı dərketmə alətlərinin əsaslarından biridir. Ölçmələr öyrənilən hadisələrin miqdarı nisbətlərini və qanunauyğunluqlarını təyin etməyə imkan verir ki, bu da müxtəlif alimlərin tədqiqatlarının və kəşflərinin nəticələrini obyektiv müqayisə etməyə şərait yaradır.
Ölçü texnikasının inkişaf səviyyəsi istehsalatın inkişaf səviyyəsi ilə bilavasitə əlaqəlidir və məhsulun keyfiyyətini birbaşa təyin edir. Qarşılıqlı əvəzolunma problemlərinin, standartlaşdırma problemlərinin həlli texniki cəhətdən inkişaf etmiş ölçmə bazası olmadan mümkün deyildir.
Ölçmə texnikasının vəzifəsi təbiətdə baş verən hadisələrin fiziki xarakteristikalarının alınmasına və naməlum hadisələrin aşkar edilməsinə yeni imkanlar verən cihaz, ölçmə qurğusu və sistemlər yaratmaqdan ibarətdir.
Elm və texnikanın inkişafı ölçmə texnikasının nailiyyətləri ilə sıx əlaqədardır. Dəqiq elmlərdə obyektiv təbiət qanunlarını təsvir edən asılılıqların müəyyənləşdirilməsi yalnız ölçmə texnikasının köməyi ilə mümkün olmuşdur.
Hazırda ölçmə texnikasının tətbiq sahəsi xeyli genişdir. Ölçmə texnikası sənayedə xüsusi yer tutur. Mübaliğəsiz demək olar ki, ölçmə texnikası keyfiyyəyli məhsul buraxılmasında ən mühüm amillərdən biridir.
Bir sıra cəhətlərinə görə ölçmələrin elektrik üsulları digər üsullardan xeyli üstündür. Az enerji sərfini, ölçülən kəmiyyətin məsafəyə ötürülə bilməsini və onların nəticələrinin böyük sürətlə ötürülməsini, yüksək dəqiqlik və həssaslığı bunlara misal göstərmək olar.
Elektrik ölçmə texnikası vasitələrinin inkişafındakı tərəqqi ölçmə nəzəriyyəsinin daha da inkişaf etdirilməsi və onun əsasında yeni ölçmə metodlarının yaranması, ölçmə vasitələrinin konstruksiyalarına mikroelektroni-kanın, avtomatikanın, hesablama texnikasının son nailiyyətlərinin geniş tətbiqi, həmçinin bir sıra texnoloji məsələlərin müvəffəqiyyətli həlli nəticəsində təmin edilmişdir.
Rəqəm ölçmə cihazlarının yaranması və istehsalı elektrik ölçmə texnikasının inkişafında mühüm mərhələ olmuşdur. Ölçmə prosesinin tam avtomatlaşdırılması ilə yanaşı rəqəm ölçmə cihazları yüksək dəqiqliyi, cəldişləməsi, maneəyədayanıqlığı, ölçmə obyektindən az güc sərfini, oxunma əlverişliyini, ölçmə nəticəsinin kod şəklində başqa qurğulara ötürülməsini və s. təmin edir.
Ölçmə cihazlarında müasir hesablama texnikası vasitələrinin geniş tətbiqi onların funksional imkanlarını xeyli artırmış və metroloji xarakteristikalarını əsaslı surətdə yaxşılaşdırmışdır.Mikroprosessorlar ölçmə nəticələrinin emalına, ölçülən kəmiyyətin qiymətindən sabit əmsalın çıxılmasına, ölçülən kəmiyyətin qiymətinə nəzarət edilməsinə, nəzarət olunan prosesin statistik xarakteristikalarının hesablanmasına, ölçmə çeviricilərinin xarakteristikalarının xəttiləşdirilməsinə və s. imkan verir.
Ölçmə texnikasının inkişaf istiqamətləri əsasən aşağıdakılardır:
1.Dəqiqliyin və cəldişləmənin yüksəldilməsi, tezlik diapazonunun genişləndirilməsi, yüksək metroloji və istismar xassəli elektron və rəqəm cihazlarının istehsalı;
2.Elektrik, maqnit və qeyri-elektrik kəmiyyətlərinin ölçülməsində, avtomatlaşdırılmış idarəetmə sistemlərində geniş tətbiq olunan müxtəlif növ ölçmə çeviricilərinin nomenklaturasının genişləndirilməsi və xarakteristikalarının yaxşılaşdırılması;
3.Yüksək keyfiyyətli informasiya-ölçmə sistemlərinin yaradılması və təkmilləşdirilməsi, müasir hesablama texnikasından istifadə etməklə ölçmə-hesablama komplekslərinin yaradılması və tətbiqi.
Ölçmə texnikasının əsasları
Texnikin nümunəvi vəzifə TƏLİMATI I. Ümumi müddəalar 1. Bu vəzifə təlimatı texnikin vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir. 2. Texnik vəzifəsinə, iş stajına tələb qoyulmadan, “texnik” ixtisası üzrə orta ixtisas təhsili olan şəxstəyin edilir. 3. Texnik Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən müəssisənin rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir. 4. Texnik bilavasitə öz struktur bölməsinin rəhbəri olmaqla, müəssisənin rəhbərinə tabe olur. 5. Texnik aşağıdakıları bilməlidir: 5.1. yerinə yetirilən iş üzrə normativ hüquqi aktları və məlumat materiallarını; 5.2. sazlayıcı işlərin əsas metodlarını; 5.3. xüsusi və məlumat ədəbiyyatlarındakı terminologiyanı; 5.4. iş proqram və təlimatlarını; 5.5. işlənib hazırlanan texniki sənədlərin mövcud standartlarını və texniki şərtlərini, onların tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını; 5.6. ölçmə, müşahidə və eksperimentlərin aparılmasının ardıcıllığı və texnikasını; istehsalat texnologiyasının əsaslarını; 5.7. istifadə olunan avadanlığın konstruktiv xüsusiyyətlərini, təyinatını, iş prinsiplərini və istismarı qaydalarını; 5.8. avadanlığın baxışı və nöqsanların aşkarlanması metodlarını; məlumatların alınması, emalı və ötürülməsinin texniki vasitələrini; 5.9. hesablama texnikasının istismarı qaydalarını; 5.10. uçotun aparılması və hesabatların tərtib edilməsi qaydalarını; 5.11. səmərələşdirici təklifləri və ixtiraları; 5.12. kargüzarlığın aparılmasının əsaslarını; 5.13. iqtisadiyyatın, istehsalın təşkilinin, əməyin təşkilinin və idarəetmənin əsaslarını; 5.14. əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsinin qayda və normalarını bilməlidir. II. Vəzifə öhdəlikləri 6. Texnik daha ixtisaslı mütəxəssisin rəhbərliyi altında, mövcud standartlara və normativ sənədlərə uyğunluğu təmin edilərək, zəruri texniki hesablamaların aparılması, çətin olmayan layihələrin və sadə sxemlərin işlənib hazırlanması üzrə işləri yerinə yetirir. 7. Avadanlıqların sazlanmasını, quraşdırılmasını, nizamlanmasını və sınaq yoxlamasını həyata keçirir və sistemin laboratoriya şəraitində və obyektlərdə sazlığı vəziyyətinə nəzarət edir. 8. Sınaq və təcrübələrin keçirilməsində iştirak edir və alınmış nəticələrin emalını aparır. 9. Proqram, təlimat və digər texniki sənədlərin, maketlərin işlənib hazırlanmasında iştirak edir. 10. Yeni texnikanın tətbiqinin və inkişaf etmiş texnologiyanın, səmərələşdirici təkliflərin və ixtiraların iqtisadi effektliliyinin əsaslandırılmasında iştirak edir. 11. Yerinə yetirilən iş üzrə sənədləri qəbul edir, onların vaxtında icrasını və saxlanılmasını təmin edir. 12. İş barədə hesabatların tərtib edilməsi üçün məlumatları sistemləşdirir, emal edir və hazırlayır. 13. İşdə müasir texniki vasitələrin istifadəsi üzrə tədbirləri görür. III. Hüquqlar 14. Texnikin aşağıdakı hüquqları vardır: 14.1. öz əmək fəaliyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək; 14.2. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarından və normativ-hüquqi sənədlərdən istifadə etmək; 14.3. müvafiq ixtisas dərəcəsi almaq hüququ ilə müəyyən olunmuş qaydada attestasiyadan keçmək; 14.4. öz ixtisasını artırmaq hüquqlarına malikdir. 15. Texnik Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. IV. Məsuliyyət 16. Texnik aşağıdakılara məsuliyyət daşıyır: 16.1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; 16.2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativhüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsinə; 16.3. daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə; 16.4. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənədləşdirmənin aparılmasına; 16.5. ona tabe işçilər tərəfindən nizam-intizam qaydalarına riayət edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə; 16.6. müəssisənin fəaliyyətinə, işçilərinə və digər şəxslərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və başqa qaydaların pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirilməsinə; 17. Texnik əmək intizamının, qanunvericilik və normativ-hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər.
Комментарии 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 9 февраля в 08:27
İlməkçinin vəzifə təlimatları kimdə varsa at bilər zəhmət olmasa
добавлена 4 февраля в 11:25
TikTok’ta SƏTƏM GROUP (@hse_support) |750 Beğeni.835 Takipçi.təhlükəsizliyini fikirləş, təhlükəsiz işlə.SƏTƏM GROUP (@hse_support) adlı kullanıcıdan en yeni videoyu izleyin.
добавлена 9 апреля 2022 в 19:44
Salam, keyfiyyətə nəzarət üzrə mütəxəssisin peşə təlimatı ve ya buna oxşar bir təlimati tapmaqda kömək ede bilersiz ?
Ölçmə texnikasının əsasları
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Ölçmə texnikasının əsasları
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Comments are closed, but trackbacks and pingbacks are open.