Eyni dildə – Mixail Şoloxov
Rus yazıçısı, kinossenarist, jurnalist Mixail Aleksandroviç Şoloxov 1905-ci ildə Donetsk vilayətinin Vyoşenski qəsəbəsində anadan olub. Anadan olanda Kuznetsov soyadı alıb, 1912-ci ildə onu Şoloxov soyadı ilə dəyişib. Sonradan Krujilin kəndinə köçən ailəsi 1910-cu ildə oranı tərk edərək, Karqinski stansiyasına köçüb. Atası yerli müəllimi oğluna dərs keçməyə dəvət edib. 1914-cü ildə bir il Moskvadakı oğlanlar gimnaziyasında oxuyub. 1915-1918-ci illərdə Mixail Voronej vilayətindəki Boquçara şəhər gimnaziyasında təhsil alıb. Alman qoşunları şəhərə daxil olandan sonra gələcək yazıçı təhsilini yarıda saxlayaraq kəndə qayıdıb.
Şoloxov hekayələri yüklə
filologiya üzrə elmlər doktoru, professor
Uşaqlıqda bəzən yazın tez gəldiyini görmüşəm. Böyüklər onun mahiyyətinə varıblar. Mən isə başa düşməmişəm. Ancaq gözümlə görmüşəm ki, yazın tez gəlişi ilə qarın altından güllər çıxıb: danaqıran , bənövşə. Sonra qar yağıb, soyuq düşüb həmin gülləri məhv edib. Bəzən isə yazın tez gəlişi dağda və düzdə olan qarı əridib, çaylar daşıb, sel-su hər yeri götürüb. Hətta onu da görmüşəm ki, yazın gəlişi ilə əriyən qarın suları o qədər çox olubdur ki, balaca, hətta yayda quruyan bir çaydan keçmək mümkün olmayıb. Qıjıltı ilə axan çayın səsindən adam qulağını tutmalı olub.
Mixail Şoloxovun “İnsanın taleyi” əsəri belə başlayır: “Müharibədən sonra gələn yaz Yuxarı Donda çox az-az görünən və tez düşən yazlardan idi. Martın sonunda Priazovyedən isti küləklər əsdi, iki gündən sonra Donun sol sahilindəki qumsallığın qarı tamam əridi, qar basmış dərələr və qobular su ilə doldu, buzu sınmış kiçik çaylar aşıb-daşdı, yollarda gediş-gəliş son dərəcə çətinləşdi”. (bax: Mixail Şoloxov. Seçilmiş əsərləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.14).
Bunların hamısını mən uşaqlıqda gözlərimlə görmüşəm. Hətta yadımdadır ki, qardaşım Məzahiri çayın suyu alıb aparırdı. Anam köməyinə çatmasaydı, çayın suyu onun başına nə oyun gətirəcəkdi onu bir Allah bilir.
“İnsanın taleyi” əsərini oxuyanda uşaqlıqdakı xatirələrim yada düşür. Əsərdə təbiətin təsviri ilə bağlı yerlər uşaqlığımı xatırladır.
Mixail Şoloxovun “Yol-iz” povesti belə başlayır: “Getman yolu Don boyunca çöllə dənizin özünə qədər uzanır. Donun sol sahili maili qumlu yamaclar, solğuncasına ilğımlanan yaşıl subasar çəmənliklər, hərdənbir ağımtıl şəfəqlərlə işıldayan adsız göllər, sağ sahilində iri çıxıntılı geniş dağlar, dağların, Getman yolunun bozumtul haşiyəsinin, alçaq gözətçi təpələri silsiləsinin və kiçik çayların arxasında isə kazakların böyük və kiçik çöl xutorları, stanitsalar yerləşir, kəkilli ağotu sahələri dənizi xatırladır”. (bax: Mixail Şoloxov. Seçilmiş əsərləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.54)
“Yol-iz” povestindən başqa bir məqam: “Sısqa şəfəq. Toxaclanıb bərkimiş yoldan təzəlikcə at ilxısı keçib. Çöl yovşanlarının başları toz içindədir. Təpəlikdə şum vururlar. Orada adamlar əlləşir, gavahın qoşulmuş öküzlər ağır-ağır irəliləyirlər. Külək çodarların qışqırığını, fit səslərini və qırmanc şaqqıltısını havada fırladır”. (bax: Mixail Şoloxov. Seçilmiş əsərləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.54).
Bu hadisələr uşaqlığımdakı bir çox müşahidə etdiyim anları yada salır. Mixail Şoloxov təbiəti təsvir etməkdə mahirdir. Təbiəti belə təsvir etmək üçün təbiətlə çox bağlı olmaq, təbiətin içində olmaq lazımdır. Təbiətin içində olmadan belə təsvir etmək olmaz: “Xoş yay günlərində Don çöllərində sünbüllər xışıldayır, səslənə-səslənə dalğalanır. İndi, biçinqabağı sünbülün içində buğdanın qılçıqları on yeddi yaşlı oğlanın bığları kimi qaralır, taxıl isə yuxarı boylanaraq adamdan da uca durmağa can atır”. (bax: Mixail Şoloxov. Seçilmiş əsərləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.111).
Mixail Şoloxovun “Don hekayələri” silsiləsindən “Naxırçı” hekayəsi təbiəti tərənnümlə, daha doğrusu, vəsf etməklə başlayır. Bu, yazıçının həm də üslubudur: özünəməxsus, bənzərsiz üslubu. “Naxırçı” hekayəsində oxuyuruq: “Gün yandırmış boz çöldən, çatlaq-çatlaq olmuş ağ şoranlıqdan, gündoğandan on altı gün idi isti külək əsirdi.
Torpaq kömürə dönmüşdü, otlar saralıb bürüşmüşdü, yol qırağındakı quyuların damarlarından su çəkilmişdi; hələ sünbülləşməmiş taxıl saralıb-solmuş, qocalar kimi belini bükərək başını yerə əymişdi.
Günortaçağı mürgüləyən xutora zəngin mis səsi dalğa-dalğa yayıldı.
İsti. Sakitlik. Yalnız çəpərlər boyunca ayaqlar şappıldayır, toz qaldırır, qocaların əsaları kəsəklərə dəyib taqqıldayır, yolu yoxlayır”. (bax: Mixail Şoloxov. Seçilmiş əsərləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.120).
Mixail Şoloxovun “Don hekayələri” silsiləsindən olan “Xal”, “Naxırçı”, “Ərzaq komissarı”, “Şibalkonun toxumu”, “Alyoşkanın qəlbi”, “Bostan qoruqçusu”, “Sırtıqcığaz”, “Qan düşməni”, “Dayça”, “Mavi göl”, “Muzdurlar”, “Özgə qan” və s. hekayələr olduqca həyatidir. Bundan başqa, onun “Burulğan”, “Əyri yol”, “Qaloşlar”, “İradəsiz adam”, “İkiərli qadın” hekayələri də həyatın real anlarını əks etdirir.
Mixail Şoloxov istedadlı yazıçı olub. İstedad qarşısında hər şey acizdir. Rus ədəbiyyatının görkəmli, dünya miqyaslı ədibləri içərisində Mixail Şoloxovun öz yeri var. O, Fyodor Dostoyevski və Lev Tolstoydan sonra rus ədəbiyyatının ən görkəmli yazıçılarındandır. Mixail Şoloxovun təsviretmə imkanları, yəni hadisələri təsviretmə imkanları olduqca təsirlidir. Bu da oxucuda maraq yaradır, hadisələri, personajları canlı edir.
Mixail Şoloxov “sovet ideologiyası”na xidmət etmişdir. O, sovet ideologiyasının və sovet ədəbiyyatının keşiyində dayanmış, geniş təbliğatçısı olmuşdur.
Mixail Aleksandroviç Şoloxov 1905-ci il may ayının 24-də Rostov vilayətinin Veşenskaya stanitsasının Krijilino adlı xutorunda anadan olub. Onun yeniyetməlik dövrü I Dünya müharibəsinə təsadüf etdiyindən yaxşı təhsil ala bilməyibdir. O, yalnız dörd sinfi tamamlayıb. Buna baxmayaraq, axşam məktəblərində dərs deyib və 1920-1922-ci illərdə Sovet Rusiyasında savadsızlığın ləğvi kampaniyasında fəal iştirak edibdir. Yaşlı adamlara yazıb-oxumağı öyrədibdir. Rostovda Vergi kursunu bitirdikdən sonra Bukanovskaya stanitsasında satış inspektoru kimi çalışmışdır. Onun barəsində mənimsəmə faktı ilə bağlı cinayət işi qaldırılmış və 1922-ci ildə ölüm hökmü çıxarılmışdır. Mixail Şoloxov bunu sonralar belə xatırlamışdır: “İki gün güllələnəcəyimi gözlədim. Amma sonra gəldilər və məni buraxdılar”. Onun təcrübəsizliyini və yaşının az olduğunu nəzərə alaraq məsuliyyətdən azad edirlər. Mixail Şoloxov 1922-ci ildə ali təhsil almaq üçün Moskvaya gəlir. Ancaq onun iş stajının azlığı və “komsomol təqdimatı”nın olmaması onun ali təhsil almasını ürəyində qoyur. Özü müstəqil surətdə oxuyur, mütaliə edir. Və ən ağır, çətin işlərdə çalışır.
Mixail Şoloxovun ilk felyetonu 1923-cü ildə, 1924-cü ildə isə “Xal” adlı ilk hekayəsi çap olunur. Bu hekayə onun ədəbiyyatdakı gələcək taleyini həll edir. “Xal” hekayəsinin çox sadə, lakin mənalı və məzmunlu süjeti vardır. Belə ki, komsomolçu Nikolay Koşevoy antisovet kazak dəstəsinə qarşı vuruşur. Kazak dəstəsinə isə rəhbərlik edən ataman onun atası olur.
Nikolay Koşevoyun atası I Dünya müharibəsində itkin düşdükdən sonra kazak dəstəsinə atamanlıq edir.
Mixail Şoloxov hekayədə Nikolay Koşevoyun yaşadığı daxmanı belə təsvir edir: “Nikolkanın yaşadığı daxma Donun sıldırım sahilində yerləşir. Pəncərədən ləpələnən mavi Donun zağlı poladı andıran suyu görünür. Gecələr fırtına zamanı dalğalar sıldırım sahili döyəcləyir, pəncərələrin qapıları bərk cırıldayır və Nikolkaya elə gəlir ki, su oğrunca döşəmənin deşiklərinə tərəf sürünür, getdikcə artaraq daxmanı silkələyir”. Nikolay Koşevoya atasından sol ayağında, topuğundan yuxarıda, atasının ayağındakı kimi, göyərçin yumurtası boyda xal miras qalır. On beş yaşına qədər muzdurluq edən Nikolay sonra yalvarıb-yaxarmaqla bir uzun şinel əldə edir və qırmızı əsgərlər alayına qoşulub Vrangelin üstünə hücuma keçir.
İtkin düşən ataman əsirlik, sonra əsirlik düşərgəsindəki həyatı ilə diqqəti cəlb edir. Əksinqilabçılar dəstəsindəki fəaliyyəti də qeyri-adi olur.
Kazaklarla ölüm-dirim savaşında ataman öz oğlunu öldürür. O, ölüm-dirim savaşında Nikolay Koşevoyun çəkməsini çıxaranda onun ayağındakı xalı görür. Bu xalla oğlunu tanıyır. O, sarsılır və sonra özünü öldürür. Bəli, oğlunun qatili ata sonra özünü öldürür. Atamanın oğlunu öldürməsi səhnəsini Mixail Şoloxov təsirli bir formada ifadə edir: “Xam, südəmər, qızmışdır, buna görə də buradaca ölüm yaxalayacaqdır”, – ataman qırıq-qırıq düşündü və Nikolkanı patrondaşı qurtaranadək gözlədi, sonra atın cilovunu buraxıb çalağan kimi şığıdı.
Yəhərdən sallanaraq qılıncı vurdu, zərbənin altında bədənin necə yumşaldığını və itaətlə yerə sürüşdüyünü dərhal hiss etdi. Ataman yerə sıçradı, durbini ölünün döşündən qopartdı, yavaş-yavaş titrəyən ayaqlarına baxdı, ətrafa nəzər saldı və oturdu ki, ölünün ayaqlarından xrom çəkmələri çıxartsın. Öz ayağını ölünün xırçıldayan dizinə dayayaraq çəkmənin bir tayını cəld və məharətlə çıxartdı. O biri tayı, görünür, coraba ilişmişdi, çıxmırdı. Ataman hirsli-hirsli söyərək dartdı, çəkməni corabla birlikdə çıxartdı və ölünün ayağında, topuqdan yuxarıda göyərçin yumurtası boyda xalı gördü. Soyumaqda olan başı oyatmaqdan qorxurmuş kimi yavaşca üzüüstə çevirdi, əllərini oğlanın ağzından gur axan qana buladı, diqqətlə baxdı və yalnız bu zaman onun yöndəmsiz çiyinlərini kobud bir tərzdə qucaqladı və alçaqdan dedi:
– Oğlum. Nikoluşka. Əzizim. Mənim canım-ciyərim.
Rəngi qarala-qarala qışqırdı:
– Barı bir kəlmə danış! Axı bu, necə oldu, hə?
Sönməkdə olan gözlərə baxaraq yıxıldı; qan sağılmış göz qapaqlarını qaldırıb, gücsüz, taqətsiz bədəni silkələdi. Amma Nikolka dilinin göyərmiş ucunu bərk dişləmişdi, sanki, nə isə son dərəcə böyük və mühüm bir şeyi ağzından qaçırmağa qorxurdu.
Ataman oğlunun soyuyan əllərini sinəsinə basaraq öpdü və dişlərini mauzerin tərləmiş poladına bərk-bərk basıb gülləni öz ağzına sıxdı”. (bax: Mixail Şoloxov. Seçilmiş əsərləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.118)
Yazıçı üçün təkcə mövzunun aktuallığı hər şeyi həll edə bilməz. Aktual olan mövzunu oxucuya təqdim etməyi bacarmaq lazımdır. Məhz bacarmaq lazımdır. Bunu Mixail Şoloxov bacarmışdır. Elə ilk “Xal” hekayəsi də onun bacarığı və isteadadı ilə ona uğur gətirmişdir.
Mixail Şoloxovun “Don hekayələr” kitabı çap olunanda 21 yaşı vardı. “Don hekayələri” 21 yaşlı müəllifə şöhrət gətirdi, məhz “yetkin yazıçı” şöhrəti.
Mixail Şoloxov sovet ölkəsinin, təbii ki, sovet sisteminin qatı tərəfdarı kimi müxtəlif mükafatlara, ordenlərə layiq görülmüşdür. O, 1932-ci ildə partiya sıralarına qəbul olunmuşdur. Ali Təhsili olmasa da, 1939-cu ildə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur. I dərəcəli Stalin (1940-cı ildə), Lenin mükafatı (1950-ci ildə) almışdır. O, iki dəfə “Sosialist Əməyi Qəhrəmanı” kimi yüksək adla (1960 və 1980-ci illərdə) təltif edilmişdir. Mixail Şoloxov müxtəlif çağırışlarda SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Onun aldığı ən böyük mükafat Nobel mükafatı olmuşdur. Mixail Şoloxov ədəbiyyat üzrə Nobel mükafatını 1965-ci ildə almışdır. Ona Nobel mükafatı “Sakit Don” əsərində “Rusiya tarixi üçün mühüm dövrdə Don kazakları haqqında eposun mükəmməlliyinə və bədii təsir gücünə görə” verildi.
Eyni dildə – Mixail Şoloxov
Rus yazıçısı, kinossenarist, jurnalist Mixail Aleksandroviç Şoloxov 1905-ci ildə Donetsk vilayətinin Vyoşenski qəsəbəsində anadan olub. Anadan olanda Kuznetsov soyadı alıb, 1912-ci ildə onu Şoloxov soyadı ilə dəyişib. Sonradan Krujilin kəndinə köçən ailəsi 1910-cu ildə oranı tərk edərək, Karqinski stansiyasına köçüb. Atası yerli müəllimi oğluna dərs keçməyə dəvət edib. 1914-cü ildə bir il Moskvadakı oğlanlar gimnaziyasında oxuyub. 1915-1918-ci illərdə Mixail Voronej vilayətindəki Boquçara şəhər gimnaziyasında təhsil alıb. Alman qoşunları şəhərə daxil olandan sonra gələcək yazıçı təhsilini yarıda saxlayaraq kəndə qayıdıb.
Uşaqlığı Birinici, gəncliyi isə İkinci Dünya müharibəsi dövrünə düşən yazıçının yaradıcılığı əsasən müharibə mövzusuna həsr olunub. Həm bir yazıçı, həm də bir jurnalist kimi Şoloxov müharibəyə nifrətini, müharibənin insan taleyinə vurduğu ağır zərbələri bədii sözün qüdrəti ilə təqdim edə bilib. Onun “Sakit Don”, “İnsanın taleyi”, “Onlar vətən üçün vuruşurdular” romanları, hekayə və məqalələri həm rus nəsrinin, həm də dünya nəsrinin klassiklərinin yaradıcılığı ilə eyni yerdə xatırlanır.
Böyük yazıçı, böyük insan Mixail Şoloxov 1965-ci ildə “Bədii yaradıcılıq gücünə, Rusiyanın keçid dövründə əsl cəsarət nümayiş etmiş Don kazaklarının həyatını bütöv və gerçək boyalarla təsvir edə bildiyi üçün” ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb.
Yazıçı 1984-cü ildə, Rostov vilayətinin Vyoşenskaya kəndində vəfat edib.
Eyni dildə
Lujina stansiyası boyu qalaqlanan köhnə qarın kirindən adamın gözləri qaralırdı. Təzəliklə uçub gələn pırpız lələkli zağcalar da qarğa rəngindəydi.
Bacalardan çıxan tüstü qalxdıqca nazilib itirdi. Səma da həmişəki səmaydı – bomboz. Elə bil evlər də bu yerlərə təsadüfən qonaq gələn dumanda süzürdü. Sanki Donun üst tərəfində bir-birinə sığınan qaşqabaqlı Obodon dağlarının əyri-üyrü mənzərəsini kimsə qələmlə çəkmişdi.
Xalq evində rayon Sovetlərinin qurultayı gedirdi. Təzə başlamışdı. Vilayət partiya komitəsinin katibi çıxışını qətiyyətlə beynəlxalq vəziyyətə bağladı. Skamyalarda nümayəndələr: arxadan baxanda – qırmızı haşiyəli kazak furajkaları, papaqlar, malaxaylar, kürklü-paltolu sıralar görünürdü. Hamı eyni cür fısıldayırdı. Arabir kimsə öskürürdü. Tək-tük saqqal dəyirdi gözə, kasıb xalqın bığlı, bığsız müxtəlif nümayəndələri.
Katib Semberlenin notasını oxudu. Arxa sıralardan kimsə:
– Başa salın, qoy hürməsin! – söylədi.
Sədrlik edən stəkanları, qrafini taqqıldatdı:
Çıxışdan sonrakı fasilədə, foyedəki papaqların başından tütün tüstüsü qalxmağa başladı, səs-küyün arasından elə bil Maydannikovun səsi dəydi qulaqlarıma. Yanımdakıları itələdim. Bu, Maydannikov yenidən Pesçanıy kəndinə sədr seçilmişdi. Böyür-başı kazaklarla doluydu. Başına təzə budyonovka qoymuş ən cavanı deyirdi:
– …Həm də döyüşərik.
– Qardaş, onların texnikası var.
– Adamsız texnika kazaksız at kimi bir şeydir.
– Nədir, yoxsa döyüşməyə adamları yoxdur?
Yenə Maydannikov danışır. Kor-kobud səsi var, amma yumşaq çıxır, elə bil təkər yağı çəkiblər boğazına.
– Sən də boş ver bunu. Özün də malı mala qatma… Qorxub eləmirik, amma nə müharibə?! Bəsdir çərənlədin, elə sözlər deyərəm, mat qalarsan. Bir dəyqə qulaq as mənə. Gör nə deyirəm. On beşinci ildə bizi alman müharibəsinə aparmışdılar. Üçüncü sırada dayanmışdım. Kamenski stansiyasından yola düşürdük, bizimkilərdən bir dəstə düzəltmişdilər – hamısı da cəbhəyə. Atdılar bizi səkkizinci diviziyaya, biz də ona qoşulub getdik, elə bil xırmanda gəzirdik. Döyüşlərdə də olduq. Stırya tərəfdə atları təhvil verdik. Süngünü tüfəngə keçirməyi öyrətdilər bizə. Vəhşi atlara dönmüşük. Vuruşuruq. Səngərlərdə, harda gəldi. Amma ən çox səngərdə. Az qala bir il gilin-palçığın içində süründük. Dörd ay dinclik bilmədik. Bit-birə basdı bizi. Bir tərəfdən – sıxıntı, bir tərəfdən də – natəmizlik. Bitlər də cürbəcür idi: sıxıntıdan əmələ gələnlər – donqar olurdu, natəmizlikdən əmələ gələnlər – qara-qura cücülər. Düzdür, onlar cürbəcür idi, ancaq biz onları eyni cür yedirirdik. Köynəyi çıxarırsan, çırpıb sərirsən torpağa, elə ki bir az tərpədirsən – qaynayırlar. Hamısı da qanımızdan yeyib – köpüb. Dəyənəklə vururduq, kəmərimizlə çırpırdıq… Elə bil yekə heyvan öldürürsən. Bezmişdik əllərindən. Üst-başımızda veyl-veyl gəzişirlər.
Biz isə döyüşürük. Nə üçün, kimin üçün – bilən yoxdur. Özgə dəyirmanına su tökürdük.
Bir il keçdi. Canımı dərd alıb. Öldün – qurtardı! Burda ata verməyə yem tapmırsan, aylarla bilmirsən mehtər ona nə verir, hardan tapır verir; orda isə – ailə qalıb başlı-başına, ac-susuz. Səbəbini isə bilən yoxdur. Ən əsası isə: bu düşmən nə millətidirsə – mən də onlardan biryəm! Ölüm hardan gəlir – nə bilim.
On altıncı ildə bizi cəbhədən götürüb qırx verst kənara atdılar. Yüzlərlə əlavə adam gəldi, az qala hamısı qocalar idi. Saqqal – göbəyə çatır. Nə isə. Arabaları sazladıq. Atları yəhərlədik. Hay-küy düşdü! Diviziya qərargahından əmr gəlib: dəstəmiz cəbhə xəttinə tərəf hərəkət etməlidir. Guya əsgərlər üsyan edir, səngəri istəmirlər, zığa-palçığa batmaqdan beziblər. Ölümlə əlləşməkdən yorulublar…
Bunu bizə yasaul Dımbaş dedi: necə varsa elə də dedi. Bu yerdə götürüb ona bir kağız yazdım, qarışıqlığın arasından atdım üstünə:
“Zat aliləri, müharibəni başa saldız bizə, dediz ki, ayrı-ayrı dillərdə danışan millətlərdir, onlarla vuruşuruq. Bunu başa düşdük. Bəs özümüzünkülərin günahı nədir?” Kağızımı oxuyan kimi sifəti dəyişdi. Ancaq deməyinə qalsa, heç nə demədi. İndi başa düşdük ki, bu qoca kazakları, bu köhnəfikirliləri niyə gətirib töküblər bura. Onlar çarın arxasında dururdular, özü də necə lazımdır – dururdular. Qoca olmaq – ayrı şeydir, axmaq olmaq – ayrı. Xidmət, nizam-intizam onlar üçün deyildi. Bir də ki, o vaxtlar adamın ağlını alırdılar əlindən. Biçinçi taxıl biçən kimi biçirdilər ağlımızı.
Bizi əsgər elədilər. Əlimizin altında dörd dənə pulemyot var, bir dənə də zirehli maşın. Gedirik üsyan qalxan alaya tərəf. Orda iki yüzdən çox kubanlı var, bir də ala-bula adamlar, kalmıka oxşayırlar – alayı dövrəyə alıblar. Adamın qorxmağı gəlir – qardaşlar! Meşənin arxasında iki batareya əsgər var – ön cəbhədən gətiriblər. Alay isə marıqda dayanıb, zəncir gəmirir. Zabitlər onlara yaxınlaşır. Dilə tuturlar onları. Onlar isə – dediyimiz dedikdi.
Bizim yasaul komanda verdi, qəmələrimizi sıyırdıq. Löhrəm yerişlə gedirik, yapışırıq əsgərlərdən birinin boğazından… Kubanlılar da gəlib çıxır… Əsgərlər tüfəng atmağa başlayır. Üstlərinə od-alov yağdırırıq, yenə xeyri yoxdur.
Mənim ürəyim qan ağlayır, dilim ağzımda yanır. Bu adamları necə öldürüb məzara gömə bilərəm? Axı bir vaxt özüm də köstəbək kimi səngərdə yaşamışam. Çapdıq atları. Görürəm, bizim dəstədən olan kazak Filimonov bir əsgəri salıb altına – vur ki, vurasan. Görürəm, adamın sir-sifəti qan-qançır olub, həm də qorxub. Cavan əsgərdir – kim olsa qorxar. Bədənim buza döndü, özümlə bacara bilmədim, atıldım üstünə, ayırmaq istəyirəm:
“Əl çək, Filimonov!” Anamı söyür. Köhnələrdəndir. Qılıncımı çəkdim, qorxutmaq istədim: “Əl çək – deyirəm, – yoxsa and olsun ki, kəsərəm səni!” Dəli kimi əl atır çiynindəki tüfəngə. Mən də qəməni çəkirəm boğazına… Elə bil müqəvva başıdır, qoparıb qoyuram qırağa – adam öldürdüm, adam. Elə şeylər olur ki, fələk də baş açmaz. Kubanlılar bizi gülləyə tutdular – biz də onları. Gözü dönmüş uşaqlar idi. Hücuma keçdik. Əsgərlər bir də tüfəngə əl atdı. Dörd yanımızda güllələr gül açıb. Adam dəli olur, dəli…
Nə isə. Ordan da götürdülər bizi, əvvəlcə arxaya, sonra da Karpatlara. Üst-başımızın bitdəməyə macal tapmamış – bu da sənə Karpatlar. Gecə ilə dəmir yolunu tutub gedirik. Əmr var – səsimiz çıxmasın. Sən demə avstriyalıların səngərləri bizdən qırx sajn aralıdır. Bir gün keçir. Başımızı soxmağa yer yoxdur. Yağış. İslanmışıq. Səngərlərin lıqqası boğaza çatır. Nə yuxum var, nə rahatlığım. Həyat yoxdur, həyat! Öz-özümə fikirləşirəm: ömrümüzü-günümüzü bu səngərlərdə niyə çürüdürük görəsən? Ağlımdan bir fikir keçdi – gedib bu avstriyalılarla danışım. Onların əsgərləri də bizim dildə danışırlar. Bir dəfə çığırdılar: “Pan, siz niyə vuruşursuz?” – “Bəs siz niyə?” – soruşuruq. Məsafə uzaq olduğundan ayırd edə bilmirik. Fikirləşirəm: nə olar yığışaq bir yerə, adam balası kimi söhbət eləyək. İmkan yoxdur! Sim çəkib – ayırıblar milləti. Yaramazlar! Bu avstriyalılar da eynən bizim kimidir. Uşağı əmzikdən ayıran kimi bizi də torpaqdan ayırıb salıblar çöllərə. Kaş hamı bir dildə danışaydı.
Səhər oyanırıq, görürük ki, gözətçixanadan kimsə qışqırır: “Qardaşlar, bir ora baxın, bizim məftillərə heyvan ilişib!” Avstriyalılar da o tərəfdən çığırışır, lap kövşən yerində qağıldayan zağcalar kimi. Başımı çıxarıb baxıram, mənnən üzbəüz – sığın. Heyvan. Elə bil maraldır – buynuzlu. Hə, buynuzları ilişib bizim məftillərə. Bizdən sağ tərəfdə güclü döyüş gedirdi, güllə səsi yazıq heyvanı ürküdüb gətirmişdi buralara.
Avstriyalılar çığırır: “Ehey, panlar, açın buraxın heyvanı, biz sizə güllə atmarıq!” Şinelimi atdım çiynimə. Onların səngərinə baxıram – ancaq başları tərpənir. Atıldım heyvanın üstünə, dərisi cırmaq-cırmaqdı, tikanlı məftillər yaralayıb binəvanı. Mənə köməyə üç kazak da gəldi. Heç nə edə bilmirik, bizi yaxına da buraxmır. Baxırıq – avstriyalılar qaçır, tüfəngsiz. Əllərində bircə bıçaq var.
Bu vaxt başa düşdük iş nə yerdədir. Bizimkilərdən biri uzanıb qıraqdakı avstriyalını nişan aldı, mən də onun arxasındakını. Zabitlər bizi qova bilmədi, avstriyalıları da götürüb qonaq apardıq öz səngərimizə. Biriylə danışıram. Ancaq göz yaşı imkan vermir, nə öz dilimizdə danışa bilmirəm, nə də onların. Danışa bilmirəm – zor deyil ki. Qəhər məni boğur. Bir sarışın, cavan avstriyalıdır, otrurtmuşam onu patron yeşiyinin üstündə deyirəm: “Pan, heç bizdən düşmən çıxar, biz doğmayıq bir-birimizə! Bir bax, əllərimizin qabarı hələ getməyib”. Görürəm – başa düşmür. Ancaq ürəkdən hiss edir məni. Mən də onun əlindəki qabarı tumarlayıram. Başını tərpədir: “Yəni düz deyirsən, razıyam sənnən”. Onlardan da, bizim kazaklardan da başımıza xeyli adam toplaşıb. Deyrəm: “Ay pan, sizdən bizə heç nə lazım deyil. Sizin də bizimkiynən işiniz olmasın. Gəlin qurtaraq bu lənətə gəlmiş müharibəni!”
Görürəm yenə mənnən razıdır. Söz deyə bilmir, ancaq əli ilə bizi yanına çağırır. Başa salır; deyir orda biri var, rusca danışır. Gedirik. Hamı ayağa durub gedir! Zabitlər jim-jimdədir. Çatdıq onların səngərinə. Bir çex var, bizim dildə qırıldadır. Sonra da özünkülərə tərcümə edir. Başa salır ki, biz düşmən deyilik – doğmayıq. Yenə əllərindəki qabarları göstərir, çiynimə vurur. Çexi başa salır desin: “Deyir, mən fəhlə babayam, çilingərəm, siznən də tam razıyam”. Deyirəm ona: “Gəlin qurtaraq bu müharibəni, ay qardaşalr. Bu, heç kəsə lazım deyil. Bu qəmələri bizi bura gətirib atanların dalına soxmaq lazımdır”. Onun gözləri mənim bu sözlərimdən sonra dolur. Deyir evdə arvad-uçaq qalıb başlı-başına. Razıdır, müharibəni qurtarmaq lazımdır.
Əməlli-başlı hay-küy qaldırmışdıq. Onların zabiti də hinduşka kimi boynunu qaldırıb çəp-çəp baxır. Qucaqlaşdıq onlarla, çəkmə araqları vardı – içdik bir yerdə. Bax, hamımız bir-birimizlə belə dil tapdıq. Daha nə deyirdimsə, çexsiz də başa düşürdülər. Göydə tuturdular fikrimi, hay-küy, ağlaşma boydan. Öpürlər, öpüşürlər.
Səngərə qayıdan kimi tüfəngin çaxmağını çıxarıb atdım palçığa, and içdim ki, bir də avstriyalı qardaşıma güllə atan deyiləm. Nə çilingərə, nə fəhləyə, nə də kəndçiyə… Elə həmin gecə bizim dəstəni səngərdən çıxartdılar, Şavelka kəndi yaxınlığında silahlarımızı əlimizdən aldılar. Bir müddət sonra çevriliş oldu, çarı Peterburqdan qovdular…
– Bir dəyqə, – başında budyonovka olan cavan kazaklardan biri danışanın sözünü kəsdi, – bəs heyvan nə oldu, heyvan?
– Heyvan? Onu da qurtardıq. Məftilləri kəsib qurtardıq onun canını. O da buynuzunda xeyli tikanlı məftil qaçıb getdi. Burda məsələ heyvanlıq deyildi. Burda əsas o idi ki, adamlar eyni dildə danışırdılar. Sənsə deyirsən – müharibə… müharibə… Müharibə olsa, yenə elə edəcəyik: elə ki, onların əsgərlərinə yetişdik, elə ki, qabar qabara toxundu, dil tapacağıq…
– Yoldaş nümayəndələr, buyurun içəri! – zənglər çalındı, səhnədən bizi içəri dəvət elədilər.
Qapılar taybatay açıldı, qurultay nümayəndəsi olan adamlar hay-küy sala-sala dəstə ilə zala axışdı.
Rus dilindən tərcümə edən: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Hekayə “digərləri Qan” a xülasə. MA Şoloxov, “The Don hekayələri”
sıra yaxşı əsərlərindən biri “Don hekayələri” (müəllif Sholohov M. A.) – “başqaları Blood” – qeyd-şərtsiz valideyn sevgi hekayəsi yer üzündə Allah bir tükənməz mənbəyidir deyir.
köhnə atasının qəm
Dədə Gabriel erkən oyandım. müharibədə itkin oğlu – O bir şey haqqında düşünür hər səhər onu yandırdı. Peter onlara bir idi. müharibə başladı zaman, old man – keçmiş əsgər kazak – onun formasını qeyd və onların ailə xüsusi olduğu kimi, gözəl mübarizə sifariş müşayiət. son at oturdu kimi və o vaxtdan bəri, bravo qılınc düzəldilir və xal baza off çıxardı görüldü deyil. Nəyə görə Peterin başına qədər əlavə etmək üçün bir şans idi? heç bir an Heavy fikirlər köhnə gavrila gedək.
Sovet hakimiyyəti
kəndində oğlunun ayrılmasından sonra bir ay qırmızı getdi. O vaxtdan bəri, babası qəlbində yeni hökumət üçün nifrət yanan ödəmə. O, qəsdən qırmızı zolaqları ilə şalvar geydiyi və sinə medal və xaç ilə padşaha xidmət illəri üçün qəbul bəzədiyimizi.
hisslər Açıklama Gavrila hekayə davam edir “başqaları Qan”. Sinopsis ikinci fəsil ata oğlu qaytarılması ümidi ilə özünü təsəlli edir (Sholokhov yararsız dəfə güclü iqtisadiyyata gəlmək necə ətraflı təsvir). O, palto, uniforma, çəkmələr və sahibini gözləyir, magistral qoymaq onun üçün onun cap hazırlayıb.
Yavaş-yavaş bu kimi uzun çəkdi Türkiyə Peter həmkarı döndü biri kimi Gavrila xəbər məlumat verməyib. Dədə dərhal Proxorov getdi, lakin evdə o tapılmadı. Bütün gecə Up qoca oğlu xəbər gözləyir.
acı xəbər
Morning Prokhorov çıxdı. söhbət yavaş-yavaş başladı. Biz altında həyat müzakirə Sovet rejiminin hava. o böyük sual qorxduq əgər Father – Sholokhov göstərir.
“Digərləri Blood” – insanlar üçün bir faciə olmuşdur nə məhsulu – oxuduğunuz hekayə bir xülasə vətəndaş müharibəsi. cümlə Like Gavrila Prochor söz “log kabin üçün səsləndi! . Onun gözləri görmüşdü . ölüm üçün. ” Yalnız oğlu o, bütün həyatını çalışmış olan ailə başçısını! Gecə, qoca xırman gəldi və yumşaq səsləndi: “Oğlum! Petro! “Sonra qar uzandı və aşağı möhür” gözümün bağlamaq çətindir . “
müsadirəsi
Dədə xəbər bilmirdim, özü yaşadı. Eyvanın sədri Bazar günü görünüşü, və üç tüfəng ona heyran – Sholokhov bildirib. “Digərləri Blood” – xülasə söhbət bütün detalları transfer imkan vermir – Kazaklar çörək dəhşətli çıxarılması prosesinin təsviri daxildir. Bu ağır iş, sovet hakimiyyəti indi keçid əldə edilmişdir nə. O, yaxşılıq və Gabriel xilas etmək mümkün olmayıb.
Birdən məhkəməyə bir neçə at Kazaklar atıldı. Shots həyata çaldı, sonra prodotryadnika . Hər şey tez baş hücumu Kubanets qılınc qarşısında qoydu. Gabriel səhnə dərhal kazak yulaf istədi atladı ki, dərk etməyib izlədi. Amma sonra bir shout var idi: və həyət sol at “dağ piyada From” – fəsil Sholokhov bitir.
Digərləri qan
Xülasə təsviri olduqca gözlənilməz hərəkət Gavrily babası, soul nifrət məsləhətlər gəlir.
kəndində Shots yalnız axşam sovuşmadığını. qoca kənarda getdi və scantily örtülmüş prodotryadnikov bir sıra təşkil destesi yanında gördüm. Gabriel ölü üzərində əyilmiş. Gözləri çox gənc tutuldu – yaşda artıq on doqquz ildən – bir oğlan. Dədə şüursuz sinəsinə toxunub və birdən-birə həyat zəif nəbzini hiss etdim. O, qan yuyulur ev daxil yaralı adam sürüklənəcəklər və sonra yorğun “nifrət-soyuq” sinə rubbed.
Dörd gün şüursuz xilas sərf. yaşlı bir qadın ilə Gabriel onun ağız süd və qoyun əti bulyon tökülür. oğlan həyat əlamətləri göstərməyə başladı zaman, qoca onun yataq oturdu və rabitəsiz çıxış dinlədi. Getdikcə, o necə gözyaşları içində qaynamağa cavan baxaraq, hiss və istenmeyen təəssüf hiss etdim. bir onu alayın komandiri tərəfindən keçən görmək getdi və yaralı qayğı xahiş zaman, Gavril möhkəm cavab verdi: “baxın.”
O, xəstə və itkin oğlu üçün bu bütün xərclənməmiş sevgi əziyyət yaşlı qadın, heç vaxt.
Yalnız mən danışıb ilk insan XVI gün. old man, onun adı Nicholas qısaca deyib olduğu öyrənildi olan “. . biz Peterin vasitəsilə basın olacaq”
bütün həyatını aşdı və onun yalnız oğlu ala sovet rejiminin köhnə kazak nifrət ruhu olduğu kimi “digərləri qan” Bu hekayə Sholohova M. A. şou məzmunu və təhlili, onun yardım və narahatlıq ehtiyacı Qırmızı Ordu üçün bir qərib sevgi yol verilməsi edir. hər bir insan xas ön humanist prinsipi edir.
bərpa oğlu
yaraları dartılmış edilmişdir qoca qayğı sayəsində, o güc əldə: Nicholas yavaş-yavaş daha yaxşı əldə getdi. Gabriel özünə daha güclü təvəccöh hiss etdim. O, hətta o həyətində daxil getdi zaman həyat yoldaşı qısqanc hiss və o “Peter” yaxın qaldı. babası Bir oğlu hazırlaşır magistral həyata şeyi almaq üçün onun bildirib.
Nəhayət, yaz, Peter dedi: “Bu gün, Ata almaq” Gavrila təslim son sözü “sevinc xəcalətli” – Sholokhov yazır. Digərləri Blood – xülasə başqasının oğlu yaşlı qayğı yaşamış bütün təcrübə təsviri daxil deyil – birdən-birə ev idi.
Nicholas o, fabrikdə tərbiyə müharibədən əvvəl orada işləmişdir bildirib. guy heç bir ailə var ki, öyrənmək sonra, Gabriel əbədi onlarla qalmaq dəvət edib. Petyushka o yay qədər yaşayacaq, lakin biz görəcəksiniz.
ayrılıq
payız doğru Nicholas məktub gətirdi. qoca əlləri dərhal bir şey yanlış idi və mən sağ hiss təkərli. Onların keçmiş yoldaşlarını bitki oğlunun adını. Peter Ural getmək üçün Le Havre belə qorxdu qərardan nəhayət uzun toiled və.
ayrılıq çətin idi: doğma krovinochku yenidən qoca müşayiət sanki: “Sun burada sənsiz aydın smerknetsya”. O, Peter qapısı geri heç vaxt ki, bilirdi.
hekayə valideyn sevgi mövzusu
köhnə Qavrilov taleyi haqqında danışan Mixail Şoloxov Vətəndaş müharibəsi necə qeyri-insani və dağıdıcı vurğulayır. başqa bir sual müəllif qayğı. bir insan üçün onun yaddaş və atalarının ənənələrini şərəf olacaq nəslindən arxasında tərk etmək vacibdir. oğlu Gavrilo iqtisadiyyatın ölüm eniş Odur ki: orada heç kim yaşamaq idi. Və birdən-birə xilas kimi, Nicholas yaşlı valideynlər sevgi sevinc vermək üçün yenidən görünür.
“Wormhole” – Sholokhov bir hekayə var. Bu qəhrəman Komsomol üzvü oldu öz oğlu ölüb yeni hökumət ürəyində nifrət aradan qaldırmaq üçün idarə necə haqqında. Belə ki, bir bütün olaraq bəzi ailələr və cəmiyyətdə baş dəhşətli split təsvir.
müharibə hər kəs ehtiyat etməyib. Amma bəzi başqaları insanlıq və mərhəmət doğurur – artan nifrət yanacaq, siz mənəvi hüquq unuda edir. Bu fikir hekayə “wormhole” və bir xülasə göstərir “başqaları Blood”.
Comments are closed, but trackbacks and pingbacks are open.