Şolxov hekayələri yüklə
– Noğulun xeyirxahlığı hamımızın başını uca etdi. O, bir uşağı ölümdən xilas etdi. Sənin xeyirxahlığın başımızı yerə soxdu. İndi Şəkərbura müəllimənin üzünə necə baxacayıq?
Uşaqlar üçün hekayələr – Zahid XƏLİL
İki qara qarğa çəmənlikdə dənlənirdi. Onların yanına bir ala qarğa qondu.
– Gəlin, dost olaq.
Qara qarğalar sevincdən qarıldaşdılar.
Birdən çəmənliyə iri bir çörək parçası düşdü. Ala qarğa çörəyi götürüb başqa bir çəmənliyə uçdu. O, çörəyi yeyib qurtarandan sonra dostlarının yanına qayıtdı.
Qara qarğalar daha qarıldaşmadılar.
Ayı və armud
Meşədə hayqırtı eşidildi.
Qalın yarpaqların arasında gizlənən armud qorxudan titrədi:
– Ayı mənim iyimi alıb. Bu saat ağaca dırmaşacaq.
Birdən ağlamağa oxşayan zarıltı eşidildi:
– Qaranlıqda ayağının altını görməyib. Kirpinin iynələri pəncəsinə batıb.
Sonra sakit bir uğultu səsi gəldi:
– Aha, ağaca dırmaşıb.
– Birinci budağı keçdi.
Armudun əyləşdiyi nazik budaq tərpəndi. Ayı budağı özünə tərəf çəkdi.
Armud bir anlıq aşağı boylandı. Kirpinin ona baxan gözləri həyəcanla parıldayırdı. Daha gözləmək olmazdı. İkicə saniyə də keçsəydi, hər şey qurtaracaqdı.
Armud saplağından üzüldü. O qaranlıqda balaca ulduz kimi uçdu. Kirpinin iynələri onu elə göydəcə tutdu. Ayı nərə çəkdi.
Ayı sürətlə aşağı düşməyə başladı. Amma gec idi. Kirpi kolluğun arasında gizlənə bilmişdi.
Pəri və Miri
Ananın bətninə iki uşaq düşmüşdü. Birinin adı Pəri, o birinin adı Miri idi. Miri çox narahat uşaq idi. Ananın bətnində Pərini bir küncə sıxışdırır və daim mızıldanırdı.
– Qırağa çəkil, mənim yerim dardır.
Yazıq Pəri nə qədər kənara çəkilirdisə, Miri narazı qalırdı.
Gün keçdi, ay dolandı, Miri ilə Pəri anadan doğuldular. Əvvəl Miri, sonra Pəri dünyaya gəldi.
– Mən böyük qardaşam. Səndən beş dəqiqə tez doğulmuşam.
– Düz deyirsən, sənin sözün mənim üçün qanundur.
Onlar beləcə böyüdülər. Miri nə dedisə, Pəri razılaşdı. O qədər böyüdülər ki, axırda qocaldılar.
Bir gün Əzrayıl adlı bir cənab onlara qonaq gəldi.
– İkinizdən biriniz mənimlə getməlisiniz.
– Bacı, bütün ömrümüz boyu mən nə demişəmsə, sən etmisən. İndi sözü sənə verirəm.
– Cənab, məni özünüzlə apara bilərsiniz. Çünki Miri ölsə, elə hesab edin ki, mən də ölmüşəm. Amma mən ölsəm, Miri bu dünyada hələ yaşaya bilər.
– Həmişə Miri deyən olub. Amma bu dəfə mən deyən olacaq.
Cənab Əzrayıl Pərinin göz yaşlarına baxmadı. Mirini özü ilə apardı. Amma cəmi beş dəqiqədən sonra qayıtdı və dedi:
– Miri o biri dünyanı dağıdır. Sən getməsən, sakitləşməyəcək.
Pəri sevinə-sevinə Əzrayılın dalına düşdü.
Adil məktəbə gedir
Qonşu otaqdan nənənin səsi eşidildi:
Səs eşidilən kimi otaqda şanapipik cani-dildən ağacları döyəcləməyə başladı:
-Tuqq, tuqq, tuqq, tuqq.
Yox, bu ağacdələn deyildi, Adil idi. Nənənin səsini eşidən kimi qonşu otağa qaçdı.
– Tez çantanı hazırla, məktəbə gecikirik.
Bu dəfə deyəsən ovçu tüfəngi dalbadal açıldı.
Yox, otaqda ovçu nə gəzirdi. O, Adil idi. Özünü çantaya çatdırmaq üçün qaçmışdı.
– Vay, hesab həll olunmayıb.
– Dəftərlər göyərçin qanadlarını açır. Sonra kiçik nöqtələr ağ vərəqlərin üzərinə düzülür. Birdən Hacıleylək qanadlarını şappııldadır.
Deməli hesab dəftəri örtüldü.
Deməli çantanın dəmir bəndi bağlandı. Dərhal özü boşaldan maşın daş dolu yükünü boşaltdı.
– Takkk, takkk, tukkk, tukkk, tukkk.
Bu Adildir. Dabanlarını döşəməyə döyə-döyə gəlib nənəsinin qarşısında dayandı.
Dərhal pianonun akkordları eşidildi.
– Dammm, dummm, dammm, dummm.
Adil nənəsindən qabaq pillələri düşür. Sonra yenidən geri qayıdır.
– Tappp, tuppp, tappp.
Orkestr simfoniya ifa edir. Dörd ayaq səsi eyni ahənglə pillələri düşür. İki ayaq Adilin, iki ayaq nənənin.
Onların önündə nəhəng bir qartalın qanadları açılır.
– Nənə, mən qaçdım.
Adil qartal qanadlarına oxşayan məktəbin qapılarından keçib siniflərinə qaçır.
Xeyirxah oğlan
Şəkərabad şəhərinin II sinif şagirdi Noğul hovuza yıxılan körpə uşağı xilas etmişdi. Hamı onun qoçaqlığından danışırdı. Şəkər Qoğala deyirdi:
– O, həm igiddir, həm də çox istedadlı oğlandır.
Qoğal qaşqabağını sallamışdı. Dodağının altında mızıldanıb deyirdi:
– Onun nə istedadı var ki? Sən istedad görməmisən.
Zəng vuruldu. Dərs yenicə başlamışdı ki, arxadan ağacdələnin səsi gəldi:
Şəkərbura müəllim soruşdu.
– Bu nə səsdi belə?
Hamı susdu. Qoğal pəncərədən görünən tut ağacına baxdı.
Müəllim də pəncərədən çölə boylandı. Bəlkə doğrudan da ağacdələn fəsilləri səhv salıb. Yazda deyil, payızda qonaq gəlib?!
Dərsə davam etdilər. Birdən motosklet tırıltısı qulaq batırdı. Müəllim səsin haradan gəldiyini soruşdu. Hamı susdu. Qoğal küçəyə baxdı. Şəkərin rəngi ağardı. Müəllim düşündü ki, bəlkə doğrudan da küçədən motosklet keçdi. Dərs davam etdi:
Birdən təyyarə səsi eşidildi:
– Vıyyy. Müəllim qaşqabaqla sinfə göz gəzdirdi. Hamı susurdu. Qoğal pəncərəni açıb göyə baxırdı. Şəkərin qəzəbdən boğazı tutuldu. Göydə isə heç nə görünmürdü. Dərs davam etdi. Birdən məktəb zənginin səsi eşidildi:
Uşaqlar tənəffüsə çıxdı. Amma başqa siniflər hələ də dərs keçirdi. Elə bil zəngin səsini eşitməmişdilər.
Qoğal fəxrlə Şəkərdən soruşdu:
– Kim daha istedadlı və xeyirxahdır?! Mən, yoxsa Noğul?
Şəkər qəzəblə dedi:
– Noğulun xeyirxahlığı hamımızın başını uca etdi. O, bir uşağı ölümdən xilas etdi. Sənin xeyirxahlığın başımızı yerə soxdu. İndi Şəkərbura müəllimənin üzünə necə baxacayıq?
Onlar küsüşdülər. Sonra heç zaman bir skamyada oturmadılar.
Noğulun hesab dəftəri
Noğul tut ağacının altında əyləşib hesab dəftərinə nə isə yazırdı. Ağacdan bir tut dənəsi düşdü. Cücə onun üstünə cumdu. Amma bir xoruz daha cəld tərpəndi. Tut dənəsini yedi. Cücə bir dəfə “Cipp” eləməklə kifayətləndi.
Sonra yenə bir tut düşdü. Başqa bir xoruz hamını qabaqladı. Cücə yenə də “Cipp” elədi.
Külək əsdi. Budaqdan xeyli tut töküldü. Cücə hər tuta bir dəfə “cipp” elədi. Amma birini də yeyə bilmədi. Cücə hər dəfə “cipp” edəndə Noğul dəftərinə bir cızıq çəkdi.
Sonra sakitlik oldu. Noğul dəftərindəki cızıqları saydı. Orada iyirmi beş cızıq var idi.
– Belə insafsızlıq olmaz. İyirmi beş dəfə “cipp” edəsən, bir tut da yeməyəsən?!
Sonra o, bütün toyuqları tut ağacının altından qovdu. Ağacdan bir tut düşdü. Cücə onu yedi. Amma daha “cipp” eləmədi. Sonra beş tut düşdü, daha sonra iyirmi tut. Cücənin “cipp” eləməyə vaxtı yox idi. O, tutun hamısını yedi.
Bircə iş pis oldu ki, Noğul cücənin neçə tut yediyini hesablaya bilmədi. Qanı qaraldı. Cücə bunu başa düşdü və yediyi tutların sayı qədər “cipp” elədi. Onun “cip”ləri gözəl bir nəğməni xatırlatdı.
Aysu və Cansu
Aysu və Cansu rəfiqə idilər. Onlar rəqqasə olmaq istəyirdilər. Buna görə də rəqs dərnəyinə yazıldılar.
Birinci məşğələdən çıxıb evlərinə qayıdanda Aysu dedi:
– Mən daha məşqə gəlməyəcəyəm.
– Niyə? – deyə Cansu heyrətləndi.
– Yox, məndən rəqqasə olmaz. Ayaqlarımı düz ata bilmirəm. Elə hey büdrəyirəm. – O, qollarını və ayaqlarını göstərib əlavə etdi:
– Bir bax, qollarım və ayaqlarım yanıma düşür. Elə yorulmuşam ki.
– Bir az səbirli olsan, öyrənərsən. Anam deyir ki, səbir bütün dərdlərin dərmanıdır.
– Yox, fikrim qətidi. Sabah piano dərnəyinə gedəcəm.
Aysu səhərisi piano dərnəyinə getdi.
Cansu isə anasının sözünü unutmadı. Müəllimin hərəkətlərinə diqqət etdi. Yorulmağına fikir vermədi. Dərsdən sonra müəllimin tapşırdığı hərəkətləri dəfələrlə təkrarladı. Doğrudur, hərəkətləri çətinliklə öyrənirdi, çox yorulurdu. Amma hər şeyə dözdü.
Aysu isə piano dərnəyinə də getmədi.
– Barmaqlarım sözümə baxmır. “Do” vururam, “re” çıxır, – dedi.
– Eybi yoxdur, öyrənərsən, – deyə Cansu rəfiqəsinə ürək-dirək verdi. Aysu dedi:
– Yaxşısı budur mən rəsm dərnəyinə yazılım. Orda hər şey özümdən asılı olacaq. Nə istəsəm, çəkə biləcəyəm. Rəssamlıq da pis sənət deyil.
Dostlar bir müddət ayrı düşdülər. Dərnəkləri müxtəlif gündə olduğu üçün bir-birini görə bilmirdilər.
Bir neçə aydan sonra məktəbdə konsert oldu. Aysu ilə Cansu görüşdülər. Cansu soruşdu:
– Rəssam ola bildinmi?
– Məndə rəssamlıq istedadı yox imiş, – Aysu dilləndi.
Konsertin aparıcısının səsi onların söhbətini yarımçıq qoydu. Aparıcı Cansunu səhnəyə çağırdı. Musiqi çalınan kimi qız oynamağa başladı. O, elə gözəl oynayırdı ki, elə bil nəhəng bir kəpənək süzürdü. Bədənini məharətlə oynadır, özünü əsl rəqqasələrə oxşadırdı.
Alqış səsləri salonu bürüdü. Aysu sevincindən ağladı. Səhnəyə çıxıb rəfiqəsini öpdü və dedi:
– Sən bunları necə öyrəndin? Axı mənimlə dərnəyə gedəndə ayaqların bir-birinə dolaşırdı.
Cansu belə cavab verdi:
– Səbirlə məşq etdim, çətinliklərə dözdüm.
– Heyif ki, mən səbirli ola bilmirəm, – deyə Aysu təəssüfləndi. – Yoxsa indi ikimizi də alqışlayardılar.
– Gec deyil, – Cansu rəfiqəsinin ruhdan düşməsini istəmədi. – Sabah məşqlərə gəl. Hökmən rəqqasə olacaqsan.
Aysu rəfiqəsini qucaqlayıb bir də öpdü.
Kişi sözü
Noğulla Şəkər məktəbə gedirdilər. Noğul dedi:
– Kimsə mənim rəsm dəftərimdəki şəkilləri cırıb. Əlimə düşsə, saçlarımı yolacam.
Onlar uca bir çinarın altında dayandılar. Bir sincab budaqdan-budağa tullanırdı.
– Bəlkə Sincab bilir?
– Sənin rəsm dəftərini cıran adamı. Qoy onu çağıraq.
– Sincab, ay Sincab!
Sincab budaqdan-budağa tullanmağında davam etdi.
Noğul yenə qışqırdı:
– Sincab, ay Sincab, karsan?
– Sincabı adam dilində çağırmazlar!
– Bəs hansı dildə çağırarlar?
– Qoz dilində, – deyə Şəkər dilləndi.
Şəkər cibindən üç qoz çıxartdı. Onları bir-birinə sürtdü. Qəribə səs çıxdı. “Xırrrr,xırrrr”. Sincab dərhal aşağı düşdü.
Şəkər qozu sındırıb ləpələdi və ovcunda tutdu. Sincab ləpəni tez yeyib, yenə də çinarın başına dırmaşdı.
– Sincab sənə nə dedi? Mənim dəftərimi kim cırıb?
– Sincab dedi ki, qoy Noğul and içsin ki, dəftərini cıran adamın adını biləndən sonra onu incitməyəcək.
-Hə, də kişi kimi!
– Dünən kimin saçını yolmuşdun?
– Heç kimin! Hə, sənin!
– Dəftəri də mən cırmışam.
Noğul Şəkərin saçlarını dartmaq istədi. Amma yadına düşdü ki, kişi kimi söz verib.
– Bir də sənin saçını yolmaram.
– Mən də sənin dəftərini cırmaram.
Onlar əl-ələ verib məktəbə getdilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Şolxov hekayələri yüklə
Biri vardı, biri yox. Bir qız vardı. Qızın anası xəstə idi. O günlərlə çalışır, əldə etdiyi pul ancaq anasının dərmanlarına çatırdı. Amma elə bir gün gəldi ki, qızın dərman almağa pulu olmadı. Qız şox kədərləndi. Ağlamağa başladı. Və elə bu vaxt qəribə bir hadisə baş verdi.
Bəli, olduqca qəribə bir hadisə. Qızın yanaqlarından süzülən göz yaşları torpağa düşür və qırmızı zanbaqlara çevrilirdilər. Zanbaqlar işıq saçırdı. Bütün həyət zanbaqla dolmuşdu. Birini dərirdin, yerində beşi bitirdi.
Qız əvvəlcə gözlərinə inanmadı. Kirpiklərinə qonan yaşların arasından al-qırmızı zanbaqlara baxdı-baxdı. Və qəfildən ağlına bir fikir gəldi. Gülümsədi. Qaçıb eyvandan həsir səbətini götürdü. Zanbaqlardan dərib səbətə yığdı. Bazara qaçdı:
– Zanbaq satıram. Zanbaq. Al-qırmızı zanbaqlar. – deyib alıcı səslədi.
Hamı qızın başına yığışdı:
– Ay qız, mənə üç dənə zanbaq ver.
– Mən beş dənə istəyirəm.
– Mənə də yol verin, indi zanbaqlar qutaracaq.
Zanbaqlar isə qutarmaq bilmirdi. Səbət al-qırmızı zanbaqlarla dolub boşalırdı. Bir səs isə ona elə hey pıçıldayırdı:”Bunlar sənə anana olan nəvazişinin əvəzinə verilib”.
Balaca və viçdanlı avtobus
Biri vardı, biri yox. Bir balaca və viçdanlı avtobus var idi. Avtobus vaxtın qiymətini yaxşı bilirdi. Vaxtında yuxudan oyanır, boşalmış çənini yanacaqla doldurub, yola çıxırdı. Məktəbə tələsən uşaqlar deyirdilər:
– Baxın. Balaca və vicdanlı avtobus yenə vaxtında çatdı.
Bir dəfə bərk qar yağmışdı. Uşaqlar dayanacaqda dayanıb balaca və vicdanlı avtobusu gözləyirdilər. Amma avtobus gəlmək bilmirdi. Vaxt keçmişdi. Uşaqlar dərsə gecikmişdilər.
Yol keçən bir kişi dedi:
– Uşaqlar, soyuqdan dondu. Avtobus yəqin vaxtı unudub. Yatıb yuxuya qalıb.
Uşaqlar dedilər:
– Xeyir. Balaca və vicdanlı avtobus vaxtı unutmur. Yəqin xəstələnib.
Avtobus isə xəstələnməmişdi. Yatıb yuxuya da qalmamışdı. O yıxılıb qarın üstündə qalan qoca nənəni xəstəxanaya çatdırmışdı.
Bir nimçə çəmən
Çil toyuğu cəzalandırmışdılar. Düz üç gün idi ki, nənə onu hindən bayıra buraxmırdı. Yazıq çil toyuq, o tərəfə hoppanır, bu tərəfə hoppanır, qaqqıldayırdı. ” Bu necə işdir axı. Harada görünüb ki, çəməndəki otları yediyinə görə səni hin dustağı eləyələr”.
– Açın qapını, mən bayıra çıxmaq istəyirəm. Ey, eşidirsiniz?! Açın, mənim günahım yoxdur.
Doğrudan da, əgər məsələyə toyuq-cücənin gözü ilə baxsaq, çil toyuq günahsız idi. Hətta hinin böyüyü, elə bu çil toyuğun atası xoruz da belə düşünürdü. Nənə isə başqa cür. Axı o, insan idi. Və toyuqlar kimi düşünə bilməzdi. Iş ki, bu yerə gəldi toyuğun günahını deyim siz də bilin. Bilirəm, uşaqlar toyuğun tərəfini saxlayacaqlar. Böyüklər isə nənənin.
Novruz bayramına lap az qalmışdı. Nənə islatdığı bir ovuc buğdanın cücərdiyini görüb, onları nimçəyə sərmişdi. Tez-tez sulayıb yamyaşıl etmişdi. Sonra o, səmənini günəşi görsün deyə çıxardıb eyvana qoymuş və elə buradaca unutmuşdu. Səmənini ilk görən isə yazıq bu çil toyuq olmuşdu:
Hekayələr
Hekayə — şifahi ədəbiyyat və epik növün olduqca geniş yayılmış janrıdır. Süjetli nəsrin üç — hekayə, povest, roman janrlarının həcmcə ən kiçiyidir. Əsasən tək süjetdən, yaxud bir neçə süjet üzərinə köməkçi süjet vasitəsiylə fikirlərdən ibarət olur.
Qağayı Həsrəti
07/04/2020 Hekayələr Комментарии к записи Qağayı Həsrəti отключены
Bu səhər həmişəkindən daha gümrah idim. Sanki həyatımın ən gözəl günü idi. Hər səhər pəncərəyə yaxınlaşanda Xəzərin mavi dalğalarından və qağayıların seyrindən pozitiv enerji alırdım. Nədənsə bu gün dəniz çox sakit idi. ətrafda qağayıların səsindən başqa heç nə eşidilmirdi. Bu qağayıların içində mənə doğma olan biri var idi ki, onun …
Dostlar Doktor Aybolitə kömək etdilər
Varvara doğru deyirdi. Doktor çörәksiz qalmışdı. Üç gün idi ki, o ac idi. Onun pulu yox idi. Onun evindә yaşayan һeyvanlar onun yemәyә һeç bir şeyi olmadığını görüb ona kömәk etdilәr. Bayquş Savva ilә donuz Xor-Xor һәyәtdә bostan düzәltdilәr. Donuz burnu ilә lәk qazıdı, Bumba isә kartof әkdi. İnәk һәr …
Ağ Dəvə — Osman və Babası
Osman nə balacadır, nə də böyük. Onun beş yaşı vardır. O, böyük şəһərdə yaşayır və bağçaya gedir. Osman һələ bir dəfə də olsun şəһərdən һeç yana çıxmamışdır. Hətta o, babası gilə də qonaq getməmişdir. Onun babası ilə nənəsi lap uzaqlarda, uca Tən-ġan dağlarının yanındakı kolxozda yaşayırlar. Yayda onlar çayloo—yaylağa köçürlər, …
«Evə ayı gəlib» nağılı
Rəşadla Lalənin yay günləri çox maraqlı keçirdi. Onlar həm iş görür, həm də hər gün özlərinə maraqlı bir əyləncə tapırdılar. Quşlar üçün yuva düzəldir, evlərinin yaxınlığında yerləşən balaca göldən balıq tutur, meşəyə gəzməyə gedir, vaxtlarını maraqlı keçirirdilər. Bir gün onların qonşuluğuna şəhərdən balaca, koppuş, həm də dilli-dilavər bir qız gəldi. …
«Balaca tənqidçi» hekayəsi
Ayan bağda çiçək seçirdi. Dərdiyi tər çiçəklərdən dəstə bağlayırdı. Yumşaq tüklü quş balası gördü. Bəyaz donlu, sarı dimdikli bu gözəl quş balası bom-boz qanadlarını gərərək çəməndə sərbəst cövlan edirdi. O başını oyan bu yana əyib, ürkək-ürkək Ayana baxdı və qanadlarını çırpa-çırpa ,cik-cik edə-edə dənlənirdi. Çəhrayı rəngli yastı ayağının qəhvəyi dırnağı …
«Bahalı şokolad qutusu» hekayəsi
Hə, əzizlərim, sizə bahalı bir şokolad qutusunun başına gələn qəribə əhvalatı danışacağam. O bayram münasibəti ilə şirniyyat fabrikində doldurulmuş ən gözəl, ən bahalı şokolad qutularından biriydi. Balaca, qəşəng bir qızın ad gününə alıb gətirmişdilər… Qonaqlar hələ dağılışmamışdılar. Ad günü keçirilən balaca, qəşəng qız gözdən oğurlanıb hədiyyələr olan otağa keçdi. Cürbəcür …
Xardal
Bir dәfә işdәn еvә qаyıdаndа qızımın һәyәtdә, bаlаcа kәtilin üstündә оturub gәlinciyini yırğаlаdığını gördüm. Kәmаlә һәmişәki tәk mәni görcәk quş kimi uçub qаbаğımа yüyürmәdi. Mәn оnа yахınlаşdıqdа yеrindәn qаlхmаdı, qаrşısındа çömәldim. Qızımın üzü çох qәmli idi, ürәyim әsdi.
SАĞ ƏL
Bir dәfә bizә gәlәn qоnаqlаrdаn biri bаlаcа Kәmаlәyә bеlә bir suаl vеrdi: —А qızım, sаğ әlin һаnsıdır? Qızım duruхdu, dеyәsәn о sаğ әlini unutmuşdu.
DİYİRCƏKLİ АRАBА
Qızım Kәmаlә bаlаcа idi. Hәmişә bizim аsfаlt döşәnmiş iri һәyәtdә оynаyırdı. Аmmа bаlаcа оlduğu üçün böyüklәr оnu оynаmаğа çаğırmırdılаr. О dа bundаn incik һаldа kәnаrdа durub yа tаmаşа еdir, yа dа özü kimi хırdа uşаqlаrı bаşınа yığıb оynаyırdı. Bir gün Kәmаlә yеnә, nәdәnsә һәyәtin iri uşаqlаrındаn incimişdi, divаr dibindә durub …
Xəstəlikdən qurtulma
Yaz fəsli idi. Yusif dostlarını həyətə çağırdı və oynamağa başladılar. Yusifin başı oyuna qarışmışdı və tərlədiyini hiss etməmişdi. O, evə gedən də öskürürdü. Anası onun qızdırmasını ölçdü və gördü ki, qızdırması yüksəkdir. Yusif özünü pis hiss edirdi. Ona bir neçə gün iynə vurdular. Bir gün onun yanına pəri gəldi. Yusif …
Comments are closed, but trackbacks and pingbacks are open.