Press "Enter" to skip to content

Azərbaycan Dilinin Omonimlər Luğəti – Həsrət Hesenov

Dilçilik. Omonim olan. □ Omonimik sözlər. Ətraflı

omonim

Eyni cür səs­lə­nən, lakin mənaca fərqlənən sözlərdən hər biri. □ Omonimlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilər; məs.: qat (qatmaq – feil) – qat (lay – isim). Omonimlik müəyyən edilərkən sözün kökü əsas götürülür. Sözə şəkilçi. Ətraflı

omonim

Eyni cür səslənən, lakin mənaca fərqlənən sözlərdən hər biri.  Bir çox şeirlərdə cinas qafiyə yaratmaq üçün omoform, omoqraf və paronimlərlə yanaşı, O. sözlərdən də i. Ətraflı

omonim şəkilçi

Qrammatik funksiyasına görə bir-birindən fərqli, deyiliş və yazılışca eyni olan qrammatik və leksik şəkilçi. □ Nümunə: -ış4: görüş (feilin qarşılıq növ şəkilçisi) və görüş (isim düzəldən şəkilçi); -acaq2: dayanacaq (gələcək zaman şəkilçisi) və day. Ətraflı

omonimika

omonimika sözünün izahı. omonimika sözünün mənası

1. Dilçilik. Hər hansı bir dildəki omonimlərin məcmusu.
2. Dilçilik. Leksikologiyanın omonimləri öyrənən bölməsi. Ətraflı

omonimiya

omonimiya sözünün izahı. omonimiya sözünün mənası

Dilçilik. Mənaca müxtəlif olan sözlərin səslənmə cəhətdən bir-birinə uyğun gəlməsi. Ətraflı

omonimlər

Deyilişi və yazılışı eyni olan, mənaca bir-birindən fərqlənən sözlər; məsələn: bağ, yay, bal, kök, yaş və s.  Çoxmənalı sözlərdən fərqli olaraq omonimlər arasında heç. Ətraflı

omonimlik

omonimlik sözünün izahı. omonimlik sözünün mənası

Dilçilik. Omonim olan. □ Omonimik sözlər. Ətraflı

Azərbaycan Dilinin Omonimlər Luğəti – Həsrət Hesenov

Dilçilikdə ən mürəkkəb problemlərdən biri də omonimiya hadisəsidir. Dildə omonimlərin mövcudluğu yeni hadisə deyildir. o, tarixi kateqoriyadır. Dilin eyni formalı bütün vahidləri (morfem, söz, söz birləşmələri və cümlələr) arasında omonimik münasibət vardır. Omonimiya dilin və nitqin qanunauyğun təbii Ieksik-semantik və Ieksik-qrammatik amilləridir. Omonimiya dilin leksik və qram¬matik elementlərini birləşdirərək, öz fonetik strukturuna görə dilin müəyyən inkişaf dövründə uyğunlaşan morfem, söz, söz birləş¬mələri və cümlələri araşdırır .

Dilçilikdə omonimiya probleminin öyrənilməsinin həm nəzəri, həm də praktik əhəmiyyəti vardır. Çünki semasiologiyanın bir sıra məsələləri, xüsusən söz probleıni, onun mənası omonimlərlə çox bağlıdır .

Omonimlər linqvistik hadisə olub, dilin leksik və qrammatik xüsusiyyətlərini birləşdirən, öz səs tərkibinə görə dilin inkişaf dövrlərində müəyyən oxşarlığı olan, mənaca müxtəlif sözlərdir. Bunlar bir dilə yox, bütün dillərə xas olan bir hadisədir. Hər dildə işlənən omonimlərin öz xüsusiyyəti var, onu mexaniki olaraq başqa bir dilə köçürmək olmaz. Bu həm müxtəlif, həm də eyni sistemli dillərə aiddir. Türk dillərinin hamısında omonim var; lakin onlar tam eynilik təşkil etınir. Türk dillərinin nəşr olunmuş lüğətlərini bir-biri ilə müqayisə etsək, omonimlərdə olan fərqi aydın görmək olar. Məsələn, Azərbaycan dilindəki ağ – ağ; ay – ay; arı – arı; at – at; aşıq – aşıq; bağ-bağ; bal – bal; bez – bez; bel – bel; biz – biz; boz – boz; qaz – qaz; qara – qara; qəza – qəza; qərar – qərar; qurd – qurd; dağ- dağ; dar- dar; divan – divan; dolu – dolu; don – don; dövlət – dövlət; düz – düz; əsər – əsər; göy – göy; mat – mat; sağ sağ; sap – sap; sarı – sarı; saç – saç; səfər – səfər; sirkə – sirkə ; ..

Omonim sözlər

Dilimizdə elə sözlərə də rast gəlinir ki, həmin sözlər həm çoxmənalı, həm də omonim ola bilir. Məs: boğaz, yar, say, al, at, inci, quru, ağrı, kök, dil, tut, bel, yay, qaş, qol, yol, düz, dolu və s.
Belə sözlərin çoxmənalılığından danışarkən mütləq konkret bir nitq hissəsindən bəhs olunmalıdır. Məs: tut felinin çoxmənalılığından, kök sifətinin çoxmənalılığından. Omonimlərdə isə söz bütöv şəkildə götürülür, sözün mövcud fərqli mənaları məhz sonradan, zərurət yarandıqda, nitq hissələrinə mənsubluğu cəhətdən fərqləndirilir.

Aşağıdakı sözlər daha çox omonim olurlar: ağıl, dəf, cır, zindan, yara, tala, dava, aşıq, qaz, qır, don, balaq, qurd, boylu, boğaz, qol, lil, dolu, ay, küt, yel, dil, bel, çən, şiş, üz, tut, qat, qurum, ləpə, ox, ov, çay.

Qeyd: Dilimizdə elə omonimlər var ki, onun leksik mənaları bir-biri ilə antonimlik təşkil edir: yaman (bir mənası pis – yaman adamdır, digər mənası yaxşı-yaman qızdır ha)
Qeyd: Səslərin uzanması deyilişlə yazılış arasında fərq yaratmadığından nərə-nə:rə, əyan- [ə:yan] tipli sələr omonim hesab olunur.

Comments are closed, but trackbacks and pingbacks are open.