Press "Enter" to skip to content

Mər Xəyyam

Fələk qulağıma söylədi pünhan:
Nə görsə qədərdən-qəzadan insan,
Məndən bilir, ancaq mənim qüdrətim,
Olsaydı gəzməzdim belə sərgərdan.

Tarixi görüş
İsfahan,1074-cü ilin baharı

Buxaranın Şərq darvazasından karvan İsfahana yola düşür. Ömər Xəyyam ağlına da gətirməzdi ki, həyatının 20 ili bu şəhərlə bağlı olacaq. O dövrdə Ömər Xəyyamın şöhrəti hər tərəfə yayılmışdı və bu qoca şəhərdə də onun yolunu gözləyənlər vardı.
İsfahanda alimlərin müdafiəçisi, müdrik insan, “Siyasətnamə” risaləsinin müəllifi, Məlik şahın ağıllı və tədbirli vəziri Nizam əl-Mülklə Ömər Xəyyamın görüşü hələ də tarixin yaddaşından silinməyib.

Bəşəriyyətin söz ustaları: Ömər Xəyyam

Səhra gəmisi deyilən dəvə karvanı yol gedir, piyalədən qan rəngli şərab süzülür, ərəb qızı rəqs edir, qum saatında zaman axır. Şərqin nadir incilərindən biri olan Ömər Xəyyam zamanla birgə axıb dünyəviləşir. Dünya onu tanıyır: riyaziyyatçı, filosof, ilahiyyatçı, astronom, həkim və bir də rübai ustası kimi.
. O bahar Tanrı Çadırçı İbrahimi sevindirdi. Uzun illərdən sonra övladı oldu. İbrahim oğlunun adını Ömər qoydu.

Ömər sözünün mənası həyat, Xəyyam sözünün mənası çadır ustası deməkdir. Sonralar xalq arasında belə bir deyim olacaqdı: atası çadır, oğlu müdriklik çadırı tikdi.

Xəyyamın dünyası
Nişabur şəhəri, 1048-ci il

Tarıxçi Əbdül-Həsən Əli ibn Beyhəqi “Müdrikliyi mühafizə edənlərə əlavələr” kitabında yazır ki, Ömər Xəyyam adı ilə tanınan Əbül-Fəth Ömər ibn İbrahim əl-Xəyyami 1048-ci il mayın 18-də İranın Nişabur şəhərində dünyaya gələndə Merkuri Günəşlə birləşmiş vəziyyətdə, Yupiter isə ona nisbətən ücbucaq vəziyyətində olmuşdu. Göy cisimlərinin qəribə düzülüşü altında dünyaya gələn körpə doğrudanmı qeyri-adi olacaqdı? Bunu zaman göstərəcəkdi.
O dövrdə Nişabur bütün Şərq alimlərinin cəmləşdiyi elm mərkəziydi. Xorasanın, İranın, ərəb dünyasının hər yerindən biliyə can atanlar məhz bu şəhərə üz tuturdular.
Ömər bu elm beşiyində adlı-sanlı alim və ruhani Nəsrəddin şeyx Məhəmməd Mənsurun yanında təhsil alır. Müəllimi tez-tez Pifaqorun bu sözlərini təkrar edərdi: “İnsanın firavanlığı idrakın qanunlarına əsaslansa, çox yaxşı olar”.
Ömər yaşıdlarından xeyli fərqlənirdi. O, elmləri öyrənir, öyrəndikcə dünya haqqında düşünür, sonda bir fikir onu kədərləndirirdi: «Bəlkə də, biz heç vaxt dünyanın sirlərini öyrənə bilməyəcəyik”. Sonra isə bu qənaətə gəlirdi: “Həyat qısadır, insan isə dünyada hər şeyi dərk etmək istəyir. Amma təəssüf ki, onun bir qarışını belə dərk etməyə qüvvəsi çatmır”.
Ömər elmlərə yiyələndikcə öz-özünə deyirdi: “Elmlərin içərisində bütöv, ən ciddi və dəqiq bir elm var. Bu cəbr elmidir. Lakin bu elmdə də nə qədər qaranlıq səhifələr və həll olunmamış məsələlər var. Deməli, məqsədim bax bu olmalıdır».

Yaşasan üç yüz il, beş yüz il, min il,
Bu köhnə dünyadan gedəcəksən, bil,
İstər dilənçi ol, istərsə şah ol,
Məzarda qiymət bir, iki cür deyil.

İlahi an
Səmərqənd şəhəri, 1066-cı il

Bu tarixdə yollar onu əfsanəvi şəhərə – Səmərqəndə gətirir. Ömər bu sirli şəhərdə vaxtının çoxunu elm ocaqlarında keçirirdi. 1066-cı ildə Buxaraya yollanır. Buxaraya gəldikdən bir neçə gün sonra “Doğruluq külliyyatı”nın müəllifi Əl-Buxarinin məzarına baş çəkir. Məzara yaxınlaşdıqca Ömərə ilham gəlir. O, on iki gün gecə və gündüz səhrada gəzib-dolaşır, dilinə rübaidən başqa heç nə gəlmir. Məhz dördlüyün bu növü fars ədəbiyyatında fəlsəfi poeziyanın geniş yayılmış janrı kimi şöhrət qazanır.

Fələk qulağıma söylədi pünhan:
Nə görsə qədərdən-qəzadan insan,
Məndən bilir, ancaq mənim qüdrətim,
Olsaydı gəzməzdim belə sərgərdan.

Tarixi görüş
İsfahan,1074-cü ilin baharı

Buxaranın Şərq darvazasından karvan İsfahana yola düşür. Ömər Xəyyam ağlına da gətirməzdi ki, həyatının 20 ili bu şəhərlə bağlı olacaq. O dövrdə Ömər Xəyyamın şöhrəti hər tərəfə yayılmışdı və bu qoca şəhərdə də onun yolunu gözləyənlər vardı.
İsfahanda alimlərin müdafiəçisi, müdrik insan, “Siyasətnamə” risaləsinin müəllifi, Məlik şahın ağıllı və tədbirli vəziri Nizam əl-Mülklə Ömər Xəyyamın görüşü hələ də tarixin yaddaşından silinməyib.

Ulduzların sirri
İsfahan rəsədxanası

Miladi tarixi ilə 1074, hicri tarixi ilə 467-ci ildə Sultan Məlik şah tərəfindən rəsədxana tikilir və Şərqin ən tanınmış astronomları bu rəsədxanaya cəlb olunur. Ömər Xəyyam 18 il bu rəsədxanaya rəhbərlik edir.
Bu illərin axtarışları hədər getmir. Ömər Xəyyam Müəyyid əl-Mülkün sifarişi ilə “Novruznamə” əsərini yazıb başa çatdırır. 1077-ci il dekabr ayının ortalarında Ömər Xəyyam özünün riyaziyyata aid ən mühüm əsərlərindən birini – “Evklidin kitabındakı girişdə olan çətinliklərin şərhləri”ni yazır.
1091-ci ildə Ömər Xəyyam fəlsəfəyə dair “Mövcudluq haqqında risalə”sini yazır. Ümumiyyətlə isə Xəyyamın qələmindən çıxmış 5 fəlsəfi risalə dövrümüzə qədər gəlib çıxıb.

Bu səhralar dolur, boşalır hər an,
Baxdıqca bu çölə oluram heyran.
Çünki bilinməyir hardan gəlibdir
Haraya yollanır bu uzun karvan.

Ömər Xəyyam qeyri-adi istedada malik idi. O, «Qurani-Kərim»i əzbərdən bilməklə yanaşı, onun bütün ayələrinin dəqiq təfsirini də verə bilmişdi. Şərqin ən bilikli ilahiyyatçıları Xəyyamdan məsləhət alırdılar. Ərəb fəlsəfə tarıxçisi Yusif Kifli “Filosofların tarixi” adlı əsərində yazır: “Xəyyam yunan fəlsəfəsini bilirdi, nücum elmində və fəlsəfədə onun misli-bərabəri yox idi”.
Əl-Beyhəqinin sözlərini yada salaq: “ İnsan necə qüdrətli yaddaşa malik olmalıdır ki, kitabı yeddi dəfə oxuduqdan sonra səhvə yol vermədən onun üzünü köçürsün!”

Nişabur, 1098-ci il

Xəyyam ömrünün sonunu yoxsulluq içində yaşayırdı. Onun biliyi, ağlı daha heç kimə gərək deyildi. Xəyyamı anlamayan və yəqin ki, heç vaxt anlamağa qüdrəti çatmayan adamlar onun barəsində: “Bədbəxt filosof, yeddi göydə bir ulduzu yoxdu” – deyirdilər.

Kimin bir çörəklik buğdası vardı,
Başını çəkməyə yuvası vardı.
Nə ağadı, nə də kimsəyə nökər,
Şad olsun, zənn etsin dünyası vardı.

Deyilənlərə görə, Ömər Xəyyamın son oxuduğu kitab İbn Sinanın “Şəfa kitabı” olub. Kitabı oxuduqdan sonra “Pak şəxsləri çağırın, mən vəsiyyət edəcəyəm” – deyir. Axşam namazını qurtardıqdan sonra “İlahi, sənə məlumdu ki, mən imkan daxilində səni dərk etmişəm. Bağışla məni, – səni dərk etməyim – mənim sənə doğru gedən yolumdu”, – deyərək vəfat edir.

Yaradan dünyanı neçin yaratdı?
Sonra dəyişməyə neçin əl atdı?
Əgər gözəldirsə, məhvə nə layiq
Çirkinsə, nə üçün qüsura batdı?

Elmə dünyəvi ölçü qazandıran Xəyyamı Qərbdə «Şərqin Dantesi» adlandırır, sənətkar, mühəndis, filosof kimi tanınan Leonardo Da Vinçi və riyaziyyatçı-alim Bles Paskalla müqayisə edirlər.
XX əsrin əvvəllərində Böyük Britaniyada tikilmiş ən böyük sərnişin gəmisi «Titanik» batarkən göyərtəsində 13 milyon sterlinq məbləğində sərvətlə yanaşı, Ömər Xəyyamın qədim əlyazması “Rübayyat”ın da olduğu bildirilir. Bu, Qərbdə Ömər Xəyyam yaradıcılığına böyük marağın daha bir sübutudur.
Zaman külək kimi əsdikcə, tarix ələk kimi ələndikcə, bəşəriyyətin nadir inciləri almaz dənələri kimi üzə çıxır. Zamansız və məkansız Ömər Xəyyam kimi.

Ömər Xəyyam

Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri (fars. عُمَر خَیّام نیشابوری ); və ya sadəcə Ömər Xəyyam (1048 – 1131) — dahi fars şairi, riyaziyyatçısı, astronomu və filosofu.

A [ redaktə ]

  • Aldığın hər nəfəsi fürsət bil, ot deyilsən ki, yenidən bitəsən.

B [ redaktə ]

  • Biz bir də bu dünyaya gəlməyəcək, əzizlərimizlə bir süfrə arxasında yığışmayacağıq. Onda hədər gedən hər zərrə anı belə tutmağa çalış – çünki heç nəyi sonradan geri qaytarmaq mümkün deyil.
  • Biz həm sevinc mənbəyi, həm də kədər yatağıyıq. Biz rəzalət yuvası və şəffaf bulağıq. İnsan sanki güzgüdəki çoxüzlülər dünyasıdır. O, həm cılız, həm də dünyaya sığmayacaq qədər əzəmətlidir.
  • Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik.
  • Bu həyat aldığın nəfəs qədər qısadır. Bu can sənə verilmiş bir əmanətdir. Onunla əmanətə layiq kimi rəftar elə.
  • Bu həyatda müdrik yaşamaq üçün gərək insan kamil ola. İki vacib qaydanı öncə yadında saxla: Hər nə gəldi yeməkdən, yaxşıdır insan ac qala, kimlə gəldi olmaqdansa, ömürlük tənha ol.

D [ redaktə ]

  • Dərilən gül verilməli, yazılan şeir sonlanmalı, sevilən qadınsa xoşbəxt olmalıdır. Yoxsa altından qalxa bilməyəcəyin işə baş qoşmamalısan.
  • Dostla da, düşmənlə də yaxşı olmalısan! Kim təbiətcə mehribandırsa, onda kin tapa bilməzsən. Dostu incitsən – düşmən edərsən, Düşmənə qucaq aç – dost taparsan.
  • Dünyanı yenidən yaradardı, məni də yanında saxlayardı, deyərdim: ya məni sil dəftərdən, ya da mənim istədiyim kimi yarat dünyanı.
  • Düşüncəli ruh tək olmağa meyllidir.

E [ redaktə ]

  • Ey kor! Bu yer, bu göy, bu ulduzlar boşdur boş! Burax onu-bunu könlünü xoş tut! Durmadan qurulub dağılan bu dünyada bir nəfəsdir alacağın. O da boşdur, boş!
  • Ey sevginin sirlərindən xəbərsiz yaşayanlar! Bilin ki, bütün varlığın əsas qaynağı sevgidir, sevgi.

Ə [ redaktə ]

  • Ədalət kainatın ruhudur.
  • Əsl yazıçı xalqı qaranlıq dünyadan aydınlığa aparan insan olmalıdır.

G [ redaktə ]

  • Gedəni saxlama, gələni isə qovma. Bax o zaman əsl xoşbəxtlik özü səni tapacaq.
  • Gələcək və keçmiş üçün üzülmə, bu günki xoşbəxtliyin qiymətini bil.
  • Güclü olduğuna inandırdın məni; bol-bol da verdin mənə verəcəklərini. Yüz il günah işlədib bilmək istərəm; günahlarmı sonsuz, yoxsa sənin rəhmətin.

H [ redaktə ]

  • Hamı çox yaşamaq istəyir, amma hamı qocalmaq istəmir.
  • Hər dildə bir söz var, qətiyyən inanmayın! Biri bir söz söylədisə, sözə deyil söyləyənə baxın.
  • Hər qızılgülün öz tikanı var, bu da onun saçdığı ətrin dəyəridir. Kef məclislərinin dəyəri – sərxoşluqdan sonrakı süstlükdür. Özünün ən atəşli vüsalına yetişmək üçün sən illərlə həsrət çəkməlisən.
  • Həyat tərəfindən döyülən çox şeyə nail olacaq. Ağzı duzdan yanmış insan, balın dadını daha yaxşı biləcək. Göz yaşı tökmüşlər daha ürəkdən gülür. Kim ki, ölüb, yaşadığını anlayır.
  • Həyatda çox vaxt səhv edərək, bizə dəyərli olanları itiririk. Yadların xoşuna gəlməyə çalışırkən, doğmalara yad düşürük. Bizə layiq olmayanları bəzən ucaldır, ən sadiqlərə isə arxa dönürük. Bizi ən çox sevənlərin qəlbinə dəyir, özümüz isə üzürlər gözləyirik.
  • Həyatın təkərində dayanmadan dönən iki cür xoşbəxt insan var: dünyanın bütün sirlərini bilənlər və hər şeyi tamamilə görməyənlər.

X [ redaktə ]

  • Xanımı olan kişini məst etmək (yoldan çıxarmaq) mümkündür, məşuqəsi olan kişini də tovlamaq olar, amma aşiq olan kişini tovlamaq qətiyyən mümkün deyil.

İ [ redaktə ]

  • İki nəfər eyni pəncərədən baxırdı. Biri yalnız yağış və çirk görürdü. Digəri isə yaşıl yarpaqların canlanmasını, baharın gəlişini, mavi səmanı və ağacların nəfəs almasını sezə bilirdi.
  • İnsanın ruhu nə qədər alçaq olarsa, o burnu bir o qədər dik tutar. Ruhunun yüksələ bilmədiyi səviyyəyə burnu ilə dartınar.

K [ redaktə ]

  • Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də keçmişi də, indi özün ol yaşamı bərbad etmə.
  • Kədər olsun o ürəyə ki, orda yandırıcı eşq yoxdur. Sevgi əzabı olmayan yerdə, sevinc xəyalları da olmaz. Sevgisiz keçən gün hədərdir, bu bəhrəsiz gündən daha tutqun və daha solğun, daha sıxıcı gün ola bilməz.
  • Kimisi qızılgülün ətrini anlamaz, kimisi isə acı otlardan belə bal hazırlayar. Kimisi etdiyin xırda yaxşılığı belə əbədi xatırlayar, kimisi də həyatı belə bağışlasan, yenə anlamaz,qədrini bilməz.
  • Könül, zəmanədən ehsan gözləmə,
    Dövran gərdişindən səhman gözləmə.
    Sən dərman axtarsan, artacaq dərdin,
    Döz acı dərdinə, dərman gözləmə.

M [ redaktə ]

  • Mərd adam, adətən, şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir. [1]
  • Müdrikin sənə təklif etdiyi zəhəri al, lakin axmağın verdiyi dirilik suyunu alma. [2]

O [ redaktə ]

  • Oyan! Yaşamaq üçün qarşımızda sonsuzluq var.

Ö [ redaktə ]

  • Özünə qəzəblənmə, özün də qəzəblənmə, Biz bu fani dünyada qonağıq. Və bir şey səhv olarsa – özünüzü təvazökar edin! Ağıllı olun və gülümsəyin. Soyuq başla düşünün. Axı, dünyada hər şey təbiidir: səndən yayılan pislik, şübhəsiz ki, sənə qayıdacaq.
  • Özünüzə olan inamınızı sarsıtmağa çalışanlardan çəkinin. Bu xüsusiyyət kiçik insanlar üçün xarakterikdir. Böyük bir insan isə sizə hiss edir ki, siz də böyük ola bilərsiniz.

P [ redaktə ]

  • Pis dostdansa, tək yaşamaq yaxşıdır.
  • Pislik etmə, bumeranq kimi qayıdacaq, quyuya tüpürmə, su içəcəksən, rütbəsi aşağı olanı təhqir etmə, birdən nəsə istəməlisən. Dostlarınıza xəyanət etməyin, onların yerini tutmayacaqsınız və sevdiklərinizi itirməyəcəksiniz, geri dönməyəcəksiniz, özünüzə yalan danışmayın, zaman keçdikcə yalanla özünüzə xəyanət etdiyini yoxlayacaqsınız.

S [ redaktə ]

  • Sevdiyin insanın qüsurlarını belə bəyənirsən, sevmədiyində isə hətta ləyaqətlər belə səni qıcıqlandırır.
  • Sevdiyini mərdcəsinə sevən insan, pərvanə kimi atəş üçün darıxar. Sevib də yanmaqdan qorxan insanın, nağıl danışmaqdır peşəsi.

Ş [ redaktə ]

  • Şərabın haram olması: kimin, nə vaxt, nə qədər və kiminlə içdiyini nəzərə alan qanundur. Bütün bu qeyd-şərtlərə əməl edildikdə, içmək hikmət əlamətidir, heç bir pislik deyil.

T [ redaktə ]

  • Tarix kainatın vicdanıdır.

Y [ redaktə ]

  • Ya belimizə alıb daşıyırıq, ya da ayağmızın altında əzib keçirik; heç cür öyrənə bilmədik yan-yana addımlamağı.
  • Yalnız bizdən pis olanlar bizim haqqımızda pis düşünür, bizdən yaxşı olanlar isə sadəcə olaraq bizimlə maraqlanmırlar.

Z [ redaktə ]

  • Zəngin və güclü olana həsəd aparma, sübhdən sonra həmişə qürub yetişər.

Mənbə [ redaktə ]

  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.

İstinadlar [ redaktə ]

  1. ↑ Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.75
  2. ↑ Xəzinə. Bakı, 1997. səh.59
  • Əlifba sırasına görə şəxslər
  • İslam filosofları
  • İran filosofları
  • İran riyaziyyatçıları
  • İran astronomları
  • İran şairləri
  • Fars filosoflar
  • Fars riyaziyyatçılar
  • Fars astronomlar
  • Fars şairlər
  • Fars dilində yazan şairlər
  • 1048-ci ildə doğulanlar
  • 1131-ci ildə vəfat edənlər

Ömər xəyyam haqqında

İslam mədəniyyətinin 1400 illik tarixi boyunca bəlkə də Ömər Xəyyam qədər mübahisələrə səbəb olan, haqqında ziddiyyətli fikirlər irəli sürülən ikinci şəxsiyyət tapmaq mümkün deyil. Bəziləri onu az qala ulu Loğman qədər hikmət sahibi, İbn Sina qədər qüdrətli filosof, Biruni qədər bacarıqlı astronom hesab etmişlər.
Bəziləri isə tam əksinə, onu rindanə həyat sürən və bu cür həyatı təbliğ edən, axirət aləminə inanmayan və ölümdən sonra həyat olmadığını söyləyən, dünyanın puçluğunu anlamaqdan doğan peşmançılığı şərabla unutmağa çalışan, gözəllərin qıvrım saçlarından, al yanaqlarından ilham alan eyş-işrət şairi kimi təqdim etmişlər. Elə bu üzdən Ömər Xəyyamın rübailərini kef məclislərində sağlıq əvəzinə söyləmiş və bu gün də söyləməkdədirlər. Bəs həqiqət nədən ibarətdir? Doğrudanmı Ömər Xəyyam kafir, dinsiz və allahsız imiş?
Əvvəla, Ömər Xəyyamın rübailərini təklikdə və mücərrəd mənada yox, o dövrün və ondan sonranın böyük ədiblərinin, hikmət və irfan sahiblərinin düşüncə dünyası kontekstində qəbul etmək, anlamaq lazımdır. Əgər Ömər Xəyyamı dinsiz kimi qəbul etsək, Hafizi, Sədini, Füzulini, Seyyid Əzimi də kafir bilməliyik. Çünki onlar da öz əsərlərində eyni ifadələrdən, mey, meyxanə, saqi, canan kimi obrazlardan gen-bol istifadə edirdilər. Onların da əsərlərini vərəqləyəndə məscid, namaz, oruc, təsbeh kimi dini atributlara qarşı barışmaz çağırışlarla rastlaşırıq.

Demək, Quranı 14 qiraəti ilə əzbər bilən Hafizi, ömrünü Kərbəlada İmam Hüseyn (ə) məqbərəsində xidmətkarlıqla keçirən Füzulini, Nəcəfdə mükəmməl ruhani təhsili alan Seyyid Əzimi kafirlikdə ittiham etməyə nə qədər haqqımız çatırsa, Ömər Xəyyama da eyni ittiahamı irəli sürməyə o dərəcədə haqlıyıq. Unutmayaq ki, orta əsrlər Şərqinin şeir və hikmət dünyası Bayezid Bəstami, Güneyd Bağdadi, Əbdülqadir Gilani, Mənsur Həllac, Şibli, Səriyy Səqəti, Zünnun Misri, Əbu Səid Əbül-Xeyr, Səhl Tüstəri, Şəqiq Bəlxi kimi böyük sufilərin irsi üzərində qurulub. Unutmayaq ki, Nəsiminin, Nəiminin, Mövlananın əsərlərinin öz dili, öz lüğəti var.
Burada hər şey rəmzlərə, simvollara bağlıdır. Bu dilin lüğətini bilməyincə, onu anlamaq qeyri-mümkündür. Və bütün bu ittihamlar həmin lüğəti bilməməkdən irəli gəlir. Unutmayaq ki, bizim böyük Şərq klassikləri barədə təsəvvürlərimiz ya 70 illik sovet ideologiyasından, ya da Şərqi özünə sərf edən şəkildə anlayıb təqdim edən Qərb orientalistikasından qaynaqlanır.
Ömər Xəyyamın öz sağlığında da ona qarşı mənfi fikirdə olanlar, onu küfr və ilhadda müqəssir bilənlər vardı. Məhz bu səbəbdən zəmanənin ən böyük irfan sahiblərindən biri, “Hədiqətül-həqiqə”nin müəllifi Həkim Sənai Ömər Xəyyama məktubunda onu “hikmət sahiblərinin başçısı” adlandırır və “Zülfiqara bənzər dilini” qından çıxarıb bu töhmətlərə cavab verməyə çağırırdı. Ömər Xəyyamın ilk baxışda İslam ehkamı ilə uyğun gəlməyən, zahirən əyyaşlığı, şərabı, eyş-işrəti təbliğ edən rübailəri barədə öncə bunu deyək ki, bu rübailərin hamısının həqiqətən ona məxsus olub-olmadığı şübhə altındadır.
Tarixdən yaxşı məlumdur ki, bir çox böyük şairlərə aid edilən əsərlərin içində xeyli qondarma yazılara və əlavələrə də rast gəlinir. Şairlərin qazandığı sevgi onların adına çıxılan yalançı əsərlərin yaranmasına səbəb olur. Rübai isə bildiyimiz kimi, həm sadə xalq kütlələri, həm də elita tərəfindən sevilən və oxunan bədii janrdır. Buna görə də zaman-zaman naməlum “şairlər” öz bayağı fikirlərini təbliğ etmək üçün Ömər Xəyyamın adından istifadə etmiş, öz fikirlərini onun adına yazmaqla bunların yayılmasına nail olmuşlar.
Şairin bədii irsinin ilk tədqiqatçılarından olmuş İran alimi Sadiq Hidayət yazırdı ki, Ömər Xəyyamdan sonra yaşamış eyş-işrət şairlərindən bir çoxu şəriət cəzasından qaçmaq üçün öz əsərlərini onun adından yazmışdır. Bunu qeyd etmək kifayətdir ki, məşhur rus şərqşünası, Ömər Xəyyam irsinin ən məşhur tədqiqatçılarından sayılan V.A.Jukovski (1858-1918) şairə aid edilən yüzlərlə rübaidən yalnız 82-sinin həqiqətən onun qələmindən çıxdığına inanır, qalan rübailəri isə naməlum müəlliflərin əsəri hesab edirdi.
Ömər Xəyyamın rübailərinin ölümündən üç əsr yarım sonra toplanıb məcmuə halına salındığını nəzərə alsaq, bu fikrin doğruluğunu qəbul etmək çətinlik törətməz.
Bunu da nəzərdən qaçırmayaq ki, Ömər Xəyyam haqqında allahsız, dinsiz, şərabxor kimi mənfi təsəvvürlərin formalaşmasında XIII əsrdə yaşamış təəssübkeş sufi müəllif Nəcməddin Razinin “Mirsadül-ibad” kitabının və daha bir neçə əsərin böyük rolu olmuşdur.

Ömər Xəyyam dini və dünyəvi elmlər sahəsində dərin bilik sahibi olmuşdur. Onun elmi irsinin böyük bir hissəi itib-batmışdır. Amma günümüzə kimi gəlib-çatmış əsərləri belə, şairin zəkası haqqında təsəvvür yaratmağa kifayət edər. Ömər Xəyyam öz əsərlərini iki dildə – ərəb və fars dillərində yazmışdır. Hətta şairin fars dilindəki məşhur rübailərindən əlavə, ərəb dilində də rübailəri olmuşdur. Ömər Xəyyamın qələmə aldığı əsərlərdən 18-nin adı məlumdur. Onun əsərləri əsasən, fəlsəfə, cəbr, həndəsə, astronomiya elmlərini əhatə edir. Alimin musiqi və minerologiya sahəsində də kitabları vardır.

Ömər Xəyyam cərçivə içərisində yerləşdirilmiş qiymətli daşları çərçivədən çıxarmadan çəkisinin hesablanması üçün üsul təklif etmişdir. Onun cəbr və həndəsə sahəsindəki nailiyyətləri müasir alimlər tərəfindən də yüksək dəyərləndirilir. Belə ki, Ömər Xəyyam Evkilidn 5-ci postulatının isbatını vermiş, kubik bərabərliklərin orijinal həllini təklif etmiş, irrasional ədədlərin mövcudluğunu sübut etmişdir. Əldə olan bəzi məlumatlara görə, riyazi tənliklərdə məchulu ifadə edən “x” anlayışını da ilk dəfə elmə o gətirmişdir. Bəziləri onu Nyuton binomunun müəllifi hesab edirlər. Binomial əmsallardan ibarət Paskal üçbucağının Ömər Xəyyama aidliyi isə şübhəsizdir; hətta Iranda bu riyazi modeli “Xəyyam üçbucağı” adlandırırlar. Lakin Qərb burada da öz yolu ilə gedib, bu elmi kəşfi Xəyyamdan 550 il sonra yaşamış Blez Paskala aid etdi.
Ömər Xəyyam bacarıqlı astronom idi. İsfahanda, səlcüq sultanı Cəlaləddin Məlik-şahın zamanında saray rəsədxanasına rəhbərlik etmiş və məşhur təqvimi yaratmışdır. Ömər Xəyyamın yaratdığı təqvim sultanın şərəfinə “cəlali” adlandırılıb. Cəlali təqvimi o zamanlar Avropada tətbiq edilən Yulian təqvimindən və XVI əsrdə islahat nəticəsində qüvvəyə minmiş və hazırda miladi təqvim adı ilə istifadə etdiyimiz Qriqorian təqvimindən daha dəqiqdir.
Cəlali təqvimində yaz gecə-gündüz bərabərliyi günü, yəni Novruz bayramı günü ilin başlanğıcı kimi qəbul edilirdi. Yulian təqvimindəki dörd ildən-bir uzun il, Qriqorian təqvimindəki 400 ildə 97 uzun il qaydasına rəğmən, cəlali təqvimində hər 33 ildən 25-i normal, 8-i uzun sayılırdı, ayın günlərinin sayı isə 29-dan 32-yə kimi dəyişirdi.
Cəlali təqviminin bəzi xüsusiyyətləri müasir Iranda istifadə edilən hicri-şəmsi təqvimdə də nəzərə alınıb.
Ömər Xəyyamın ən məşhur ləqəbi «ğiyasəd-din»dir ki, bunun da tərcüməsi “dinin köməyi (köməkçisi)” deməkdir. Onun daha bir neçə ləqəbi kitablarda qeyd edilib. Məsələn, həkim (hikmətli), sultanül-üləma (alimlərin sultanı), taliyi-Ibni-Sina (Ibn Sinanın ardıcılı), əş-şeyxül-imam (rəhbər, başçı), nüsrətəd-din (dinin yardımı) və s.
Müasiri olan məşhur şair Nizami Əruzi onu “hüccətül-həqq” (Allahın hüccəti), tarixçi Beyhəqi isə “öz əsrinin imamı” adlandırmışdı. Imam Qəzzali astronomiya barədə bilmədiyi məsələləri Ömər Xəyyamdan soruşurmuş.
Ömər Xəyyam yalnız dünyəvi deyil, dini elmləri də mükəmməl mənimsəmişdi. Deyirlər ki, ömrünün sonlarına yaxın Ömər Xəyyam bir gün Sultan Səncər Qəznəvinin vəziri Şihabül-İslam Əbdürrəzzaqın yanına gəlir. Zəmanənin məşhur Quran bilicilərindən sayılan Əbül-Həsən Qəzzal Nişaburi də burada imiş (onu İmam Qəzzali ilə qarışdırmayın). Söhbət Qurani-kərimin bir ayəsinin qiraətindən düşür. Vəzir bu barədə Ömər Xəyyamın fikrini soruşur. Şair həmin ayənin qiraət fərqlərini sadalayır, sonra özünün doğru saydığı nəzəriyyənin sübutu üçün dəlillər gətirir.
Əbül-Həsən Qəzzal şairin qiraət sahəsindəki biliklərinə heyran qalır və deyir: “Mən güman etməzdim ki, bu incəlikləri nəinki fəlsəfə alimi, hətta hər hansı Quran qaresi bilmiş olar”. Ömər Xəyyamın vəfatı barədə də Beyhəqi maraqlı bir rəvayət verir. Şair ömrünün son günlərini Ibn Sinanın “Şifa” əsərini oxumaqla keçirirmiş. Bir gün yenə dişlərini çöplə təmizləyərək kitabı oxuyurmuş. “Şifa”nın ilahiyyat bölümünə çatanda diş çöpünü vərəqlərin arasına qoyub kitabı bükür, ayağa qalxıb namaz qılır. Bundan sonra bir daha yemir və içmir. Axşam namazını qılıb qurtarandan sonra səcdəyə gedib Allaha belə dua edir: “İlahi, bilirsən ki, mən Səni öz imkanım səviyyəsində dərk etdim. Məni bağışla, Sənin haqqında biliyim Sənə doğru gedən yolum imiş”.
Şair bu sözləri söyləyib dünyanı tərk edir. Yeri gəlmişkən, şairin rübailərindən birində də buna bənzər fikir vurğulanır:

Könlüm heç bilikdən olmadı məhrum,
Bir çox sirlər mənə oldular məfhum.
Yaşadım dünyada yetmiş iki il,
Yenə heç nə mənə olmadı məlum.

Sonda möhtərəm oxuculara bu sualı vermək istərdim: Əgər Ömər Xəyyam həqiqətən gününü əyyaşlıqla keçirirmişsə, hikmət və fəlsəfənin, cəbr və həndəsənin çətin bəhslərini necə öyrənib mənimsəmişdir? Əgər onun rübailərini eyş-işrətin tərənnümü kimi qəbul ediriksə, dini biliklərə bunca vaqif olduğunu, müasirləri olan şəriət və irfan sahibləri tərəfindən bu qədər böyük hörmətlə yad edildiyini necə izah edək? Başı kef məclislərinə qarışan, dünyanın problemlərindən sərxoşluq vasitəsilə qaçmağa çalışan bir adamda zehn aydınlığı, sağlam məntiq, güclü hafizə ola bilərmi?
Bu böyük şəxsiyyətin elmi irsini, fəlsəfə, riyaziyyat, astronomiya sahəsindəki əsərlərini, müasirlərinin hörmətlə dolu fikirlərini fakt olduğu halda kənara qoymağa və rübailərdəki rəmzləri yozmadan zahiri mənası əsasında hökm verməyə haqqımız varmı? Bu sualların cavabı barədə düşünməyə dəyər./publika.az

Dalidag.az

Comments are closed, but trackbacks and pingbacks are open.