Hər gün yeni bir kitab
15 9 Mart
On bir dəqiqə
“Qafqazinfo” son vaxtlar Paulo Koelyonun Azərbaycan gəncliyi arasında çox məşhurlaşan “On bir dəqiqə” əsərindən bir parçanı təqdim edir.
Bu peşəylə məşğul olan gündən onun qarşısından keçən kişilər var gücləriylə özlərinə inanan ömür sahibləri kimi görünməyə çalışırdılar,amma Mariya onların gözlərində həmişə qorxu – arvad qarşısında qorxu, həlledici anda biabır olmaq qorxusu, hətta fahişəylə – pul verdikləri qadınla da lazımi səviyyədə ola bilməmək qorxusu görürdü. Bax, əgər mağazadan bir cüt başmaq alsaydılar, o başmaq xoşlarına gəlməsəydi, doğurdanmı əllərində çek qayıdıb pullarını geri almağa cəsarətləri çatmazdı? Onlar burda da hər hansı firmaya pul ödəyirlər, amma uğursuzluğa düçar olanda heç bir vəchlə “Kopakabana”ya gəlməzlər, çünki bundan hamının xəbər tutacağına əmindilər. Bundan da utanırlar.
Buna görə də onları əzablardan qurtarmaq istəyib, Mariya özlərini rahat saymaları üçün hər şey eləməyə çalışırdı, əgər görürdüsə, müştəri formada deyil, yaxud həddən artıq içib, nəvazişlərlə kifayətlənib tamam-kamal intimsiz keçinməyə çalışırdı – bu da onların çox xoşuna gəlirdi. Bununla belə, əgər dərindən fikirləşsək, yersiz görünürdü , çünki bu da ondan ötrü lazım deyildi.
Bütün vasitələrlə çalışmaq lazımıydı ki, müştəri heç nədən utanmasın. Öz kabinetlərində bu qədər qüdrətli, yenilməz olan, qarşılarından tabeliklərində olanların, tərəf-müqabillərin, təminatçıların sonsuz sırasının gəlib keçdiyi, hər şeyin gizli, riyakar, qorxulu olduğu kişilər axşamlar “Kopanakabana”ya gəlir, bir gecəliyə özlərindən imtina etmək üçün üç yüz əlli franklarına heyifsilənmirdilər.
Bir gecəliyə? Şişirtmək lazım deyil, Mariya. Əslində, seans qırx beş dəqiqə çəkir, əgər soyunub-geyinməyə, saxta nəvazişlərə, bayağı söhbətlərə sərf olunan vaxtı çıxsaq, onda sırf intimə on bir dəqiqə qalır:
On bir dəqiqə. Dünyanın üzərində fırlanan şey cəmi on bir dəqiqə sürür.
Uzun iyirmi dörd saatlıq sutkanın azacıq bir hissəsini tutan bu on bir dəqiqələr naminə onlar nikaha girirlər, ailə qururlar, körpələrin ağlamasına dözürlər, əgər evə həmişəkindən gec gəlirlərsə, təhqir olunmuş halda özlərini təmizə çıxarırlar, Cenevrə gölünün qırağında gəzmək istədikləri onlarla, yüzlərlə qadını gözdən keçirirlər, özlərinə bahalı və arvadlarına daha bahalı paltarlar alırlar, fahişələr, kosmetikanın, pəhrizlərin, bütün bu fitnes ve şeypinqlərin, hakimiyyətin nəhəng sənayesinə yardım göstərirlər, özləri kimilərinə rast gələndəsə fərqli fikirlərə rəğmən heç vaxt qadınlar barədə danışmırlar. Amma iş, pul, idman barədə söhbət açırlar.
Sivilizasiyamız lazım olan yerə getmir, burda qəzetlərin elan elədikləri kimi, məsələ ozon dəliyində, Amazonka meşələrinin məhv olunmasında, panda ayılarının məhv olunmasında, siqaret çəkilməsində, kanserogen məhsullarda, həbsxana sisteminin böhranında deyil. Məhz Mariyanın çalışdığı məişət sahəsində – intimdəydi.
Yeri gəlmişkən, o, bəşəriyyəti xilas eləməyə yox, öz bank hesablarını doldurmağa, yarım il də tənhalığa, elədiyi seçimə dözməyə, müntəzəm olaraq, anasına pul göndərməyə, əvvəl ağlına gəlməyənləri almağa çalışırdı. O özünə başqa, daha rahat mənzil tutdu, mənzilin pəncərəsindən kilsə, yapon restoranı, böyük mağaza, qəzetləri vərəqləməyi sevdiyi yaraşıqlı kafe görünürdü.
Öz-özünə qoyduğu müddətə əməl eləmək qalırdı. Qalan şeylərsə hələlik həmişəki kimi gedirdi: “Kopakabana”, “İcazə verirsiniz, sizi qonaq eləyim?”, rəqs, “ Siz Braziliyadansınız?”, otel, pul əvvəlcədən, söhbət, bədənin və ruhun – əsasən ruhun lazımi yerlərinə toxunmaq bacarığı, intim problemlərə kömək, on bir dəqiqəlik ehtiras və otuz dəqiqəliyə rəfiqə olmaq. Sağ olun, ümidvaram, bir həftədən sonra görüşərik, sən – heyrətamiz kişisən, qalan şeyləri gələn dəfə danışarsan, ah, sağ olun, hətta özümü səninlə necə yaxşı hiss elədiyimi deməyə utanıram.
Ən başlıcası – vurulmamaq. Bu “Kopakabana”dan yox olmamışdan braziliyalı qızın ona verdiyi ən əsas, ən həyəcanlı məsləhətiydi – o, vurulduğuna görəmi yox oldu? İşlədiyi iki ay müddətində ona bir neçə dəfə, həm də bir dəfə tamamilə ciddi təklif elədilər: birinci yüksək vəzifəli bank xidmətçisiydi, ikincisi, debüt elədiyi həmin təyyarəçi, üçüncü, silah mağazasının sahibiydi. Hər üçü “onu bu həyatdan qoparmağa” söz verir, onun öz evi, layiqli gələcəyi, uşaqları, ola bilsin, nəvəsi olacağını vəd eləyirdi. Bütün bunlar gündə on bir dəqiqə xətrinəmi? Ola bilməz. İndi “Kopakabana”da işləyib bilirdi ki, tənhalıq təkcə onun qisməti deyil. Bəşər nəslinin övladısa bir həftə su içməyə, iki həftə yemək yeməyə, illərlə evsiz keçinə bilər – amma tənhalığa tab gətirmir. Tənhalıq – ən sərt cəza, ən ağır əzabdı. Onun yanında olmaq istəyən çox-çox başqaları kimi, üç iddaçı Mariyanin özü kimi, bu dağıdıcı hissi – bütün dünyada kimsəyə lazım olmadığını duyurdular.
Günahlardan qaçmaq naminə qəlbini gündəliklərə vermişdi. “Kopakabana”ya o, yalnız özünün gündəngünə daha incə, daha həris bədənini və ağlını gətirirdi. Özünü inandıra bildi ki, Cenevrəyə gəlib, axırda “Kopakabana”ya ali mülahizələr üzündən düşüb, hər dəfə də kitabxanadan növbəti kitabı götürəndə görürdü: heç kəs sutkadakı bu ən vacib on bir dəqiqəni lazım olduğu kimi təsvir eləməyib. Ola bilsin, onun bu dünyadakı vəzifəsi, indi nə qədər qəddar olsa da, işi kitab yazmaq, öz tarixçəsini danışmaq, öz macəraları barədə söz açmaqdı. .
Məhz belə – Macəra! Ola bilsin, o, elə həyatda macəra axtarırdı, bununla belə, adamlar bu qadağa sözü hətta söyləməyə də cəsarət eləmirdilər, amma televizor və kino ekranlarında başqalarının macəralarına ləzzətlə baxırdılar. Bu söz səhralarla, buzlaqlarla, vəhşi, insan ayağı dəyməyən diyarlara səyahətlərlə, çayın ortasındakı gəmidə söhbətləşən sirli adamlarla, kinostudiyalarla, təyyarələrlə, hindu qəbilələriylə, Afrikayla necə gözəl uzlaşırdı!
Kitab yazmaq fikri onun ürəyinə yatdı, hətta kitaba ad da tapdı – “On bir dəqiqə” .
O öz müştərilərini üç qrupa böldü. Birinci tip – “terminatorlar”: onlar “Kopakabana”ya artıq yüngülcə hallı gəlirdilər, özlərini elə göstərirdilər, guya heç kəsə baxmırlar, elə hesab eləyirdilər, guya hamının gözləri onlara dikilib, rəqs eləməyi xoşlamırdılar, sorğu-sualsız onunla otelə yollanırdılar. İkinci tipi o, “milaşkalar” adlandırmışdı: onlar yaraşıqlı, o qədər diqqətli, hörmətkardılar ki, elə bil, bunsuz Yer kürəsi öz oxundan çıxardı.Onlar ozlərini elə göstərirdilər, guya küçəylə gedirdilər, “Kopakabana” barını görüblər, niyə baş çəkməsinlər axı? Onlar əvvəlcə mehriban, otel nömrəsindəsə bir o qədər özlərinə inamsız, amma məhz bu səbəbdən axırda “terminatorlardan” min dəfə tələbkar olurdular. Üçüncu tip “ Böyük Boss” adı almışdı. Onlar qadına mala yanaşan kimi münasibət bəsləyirdilər . Onlar utanmırdılar, riyakarlıq eləmirdilər, necə vardılarsa, eləydilər – rəqs eləyirdilər, danışırdılar, düz deyildiyi qədər pul verirdilər, bir frank da artıq vermirdilər, heç vaxt ona ürəklərini açmırdılar. Elə onlar da, deyəsən, “macəra” sözünün mənasını bilən yeganə adamdılar.
Mariyanın işləyə bilmədiyi müddətdə gündəliyində apardığı qeyd:
Əgər bu gün kiməsə öz həyatım haqqında danışmalı olsaydım, bunu elə eləyə bilərdim ki, məni müstəqil, fədakar, xoşbəxt qadın sayardılar. Amma bu belə deyil axı: mənə on bir dəqiqədən daha vacib olan bir yeganə sözü söyləmək qadağan edilib – bu söz – “sevgi”di.
Bütün həyatım boyu sevgini dərk olunmuş, könüllü köləlik kimi qəbul eləmişəm. Amma yanılmışam – azadlıq yalnız aşkara çıxarıldığı, nümayiş etdirildiyi zaman mövcuddur. Hissə kor-koranə tabe olan kəs, özünü azad hiss eləyən kəsdi, o da qəlbinin bütün gücüylə sevir.
Qəlbinin bütün qüvvəsiylə sevənsə özünü azad hiss eləyir.
Elə bu səbəbdən də nə eləsəm, necə yaşasam, özüm üçün nə kəşf eləsəm – hamısı mənasızdır. Ümid eləyirəm ki , bu müddət tez ötüb-keçəcək – mən də məni başa düşəcək , əzab çəkməyə məcbur eləməyəcək kişi tapıb özümə qayıdacağam.
Nə boş-boş danışıram? Sevən sevdiyinə heç vaxt əzab verməz; hər birimiz keçirdiyimiz hisslərə görə məsuliyyət daşıyırıq, bu məsələdə başqasını günahlandırmağa haqqımız yoxdur.
Vurulduğum adamların itkisi əvvəl qəlbimi yaralayırdı. İndi əminəm: kimsə kimsəni itirə bilməz, çünki kimsə kimsəyə məxsus deyil.
Bax , əsl azadlıq budu – sənə hər şeydən əziz bir kəsin olsun , amma ona sahib olmayasan…
On bir dəqiqə
Dünyanın ən çox oxunan müəlliflərindən biri, Braziliya yazıçısı Paulo Koelyonun insan qəlbinin gizlinlərindən bəhs edən “On bir dəqiqə” adlı bestselleri həyata orijinal münasibətilə diqqəti çəkir. Roman, Braziliyadan Avropanı fəth etməyə gələn, bir il öz xoşuyla fahişəliklə məşğul olan gənc qızın romantik xəyalları və acı gerçəklik haqqında ürəktərpədən elegiyadır.
Oxşar kitablar
Səssiz pasiyent
Alex Michaelides
Cild : Yumşaq
Məftun ( II Hərcayi )
Sümeyye Koç
Cild : Yumşaq
Zolaqlı pijamalı oğlan
John Boyne
Cild : Yumşaq
Yolatayın
Güntay Gəncalp
Cild : Yumşaq
Kremlin arvadları – Larisa Vasilyeva
Larisa Vasilyeva
Cild : Yumşaq
Hərflərin vahiməsi
Aqşin Yenisey
Cild : Yumşaq
Batmanqılınc – Aqil Abbas
Aqil Abbas
Cild : Qalın
Qızılgülün adı
Umberto Eco
Cild : Qalın
Stokda yoxdur
4321
Pol Oster
Cild : Yumşaq
Alma
J.M.Q. Lö Klezio
Cild : Yumşaq
Böyük evin kiçik xanımı
Cek London
Cild : Yumşaq
QUŞ VƏ BALIQ – Aslan Quliyev
Aslan Quliyev
Cild : Yumşaq
Исповедь одного извращенца
Qaraqan
Cild : Yumşaq
KRAL ZİBLİNİN DÜNYA SƏYAHƏTİ – Jean- Christophe Rufin
Jean-Christophe Rufin
Cild : Yumşaq
Rio-Pyedranın sahilində oturdum və ağladım
Paulo Coelho
Cild : Yumşaq
Daş evlər
Seyran Səxavət
Cild : Yumşaq
London saatı
Nəzakət Cavadova
Cild : Yumşaq
Qürur və qərəz
Ceyn Ostin
Cild : Yumşaq
Mən necə idiot oldum
Martin Paj
Cild : Yumşaq
Züleyxa gözlərini açır
Güzəl Yaxina
Cild : Yumşaq
Kolleksiyaçı
John Fowles
Cild : Yumşaq
Gün var əsrə bərabər
Çingiz Aytmatov
Cild : Yumşaq
Arxalardakılar
Vüqar Babazadə
Cild : Yumşaq
Boleyn nəslindən daha bir qiz – Filippa Qreqori
Filippa Qreqori
Cild : Yumşaq
Rəylər
Samil saaaaaa 12 July 2020
Mal kitabdi oxumuyun hec maragli deyl
Paulo Coelho “On bir dəqiqə”
Yeni kimidir, Zədəsi,yazı pozu və s. yoxdur.
Endirim ❌
Çatdırılma ödənişsizdir 28 may mst çıxışı üçün
Bakı 22 Noyabr 2021 369 dəfə
N
Nazanin Zamanova
Elanın vaxtı bitmişdir
Seçilmişlərə əlavə et
Oxşar Elanlar
On Store
15 9 Mart
Clopos Restoran Sistemi
Clopos Reklam
Bir rəng adyal
16 26 Fevral
1-otaqlı mənzil, Yasamal r., 165 m²
48 000 10 Mart
Bir kameralı polikarbonat
140 10 Mart
On Store
37 9 Mart
Bir kameralı polikarbonat
135 6 Mart
Bir kameralı polikarbonat
140 22 Yanvar
Bir kameralı polikarbonat.
140 12 Fevral
“Hyundai Azera” işığı
450 12 Mart
On Store
49 9 Mart
OSHO “Yeni bir yaşamın anahtarı”
15 12 Mart
“BMW 5 Series (E39)” ön farası
60 15 Mart
Biləkliklər – bir dəfəlik istifadə
5 6 Mart
Termometr əmzik
12 7 Fevral
“Chevrolet” buferi
150 10 Mart
Ayaq masajı üçün ayaqqabı
20 22 Fevral
Təsbeh
200 14 Mart
Xiaomi Mi A2 Gold 64GB/4GB
155 10 Mart
Mercedes-Benz Bir Çox Modelinə Vakumlar
Razılaşma ilə 9 Mart
“Hyundai Accent 2011” ön buferi
115 15 Mart
“Hyundai Elantra 2014” ön duman farası
Razılaşma ilə 28 Fevral
“Hyundai Matrix 2005 ” farası
120 14 Mart
“Hyundai Sonata 2011 ” ön duman farası
35 11 Mart
Ödənişli xidmətlər
Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!
Ödənişli xidmətlər
Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!
Elanı sil
Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim
Telefon: (012) 566-74-58
Haqqımızda
Yardımçı linklər
Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır
© UcuzTap bir şirkət məhsuludur
Comments are closed, but trackbacks and pingbacks are open.