Press "Enter" to skip to content

Onlayn bileti necə aktivləşdirə bilərəm?

callcenter@azal.az elektron poçtu vasitəsilə yazılı formada aviaşirkətin çağırış mərkəzinə və ya aviaşirkətin internet saytında əlaqə forması vasitəsilə müraciət etməyiniz xahiş olunur.

Biletlərin dəyişdirilməsi və qaytarılması

2020-ci ilin 10 mart tarixindən 25 oktyabr tarixinədək uçuş dövrünü əhatə edən “AZAL” və “Buta Airways” aviaşirkətlərinin aviabiletləri ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər.

Açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır.

callcenter@azal.az elektron poçtu vasitəsilə yazılı formada aviaşirkətin çağırış mərkəzinə və ya aviaşirkətin internet saytında əlaqə forması vasitəsilə müraciət etməyiniz xahiş olunur.

Yeni uçuş tarixi ilkin aviabilet üzrə uçuş tarixindən sonrakı 36 aydan gec olmamalıdır.

Sərnişinə təkcə uçuş tarixini deyil, tariflər arasında fərqin ödənilməsi şərtilə (həmin fərq mövcuddursa) uçuş istiqamətini də dəyişmək imkanı təqdim edilir. Bu halda arzu olunan tarixdə həmin istiqamət üzrə reysin yerinə yetirilib-yetirilmədiyi nəzərə alınır.

Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul sənədi (EMD) təklif edirik. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən üç il ərzində istifadə etmək mümkündür. Vauçer “AZAL” və “Buta Airways” aviaşirkətlərinin bütün istiqamətlərində etibarlıdır. Vauçerin kodu sərnişinin elektron poçtuna göndəriləcək. Həmin kod aviaşirkətin rəsmi kassalarında və agentliklərində aviabiletin alışı zamanı təqdim edilə bilər.

Sərnişin yuxarıda qeyd edilən şərtlərlə razılaşmadığı təqdirdə, aviaşirkət normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, sərnişinlər tərəfindən alınan aviabiletlərin tam dəyərini növbəli şəkildə qaytarmağa hazırdır. Bunun üçün çağrı mərkəzinə yazılı şəkildə elektron poçt (callcenter@azal.az) və yaxud saytımızdakı əlaqə forması vasitəsilə müraciət etmək lazımdır.

Daxili və beynəlxalq aviareyslərin bərpa edilməsi barədə qərar ölkələrin hökumətləri tərəfindən qəbul olunur, həmçinin aviaşirkətimizin uçuşlar yerinə yetirdiyi dövlətlərin sərhədlərinin açılma müddətindən birbaşa asılıdır. Sosial şəbəkələrdəki rəsmi səhifələrimizdə yerləşdirilən məlumatları, həmçinin müvafiq dövlət qurumlarının kütləvi informasiya vasitələrində xəbərlərini izləməyinizi tövsiyə edirik.

  • Bilet al
  • Onlayn qeydiyyat
  • Bronun idarə edilməsi
  • Uçuşun statusu
  • Xüsusi təkliflər
  • Azərbaycan üçün viza
  • Xidmət sinifləri
  • – VİP Klub
  • – Komfort Klub
  • – Biznes sinif
  • – Ekonom sinif
  • Class Upgrade xidməti
  • Təyyarədə qidalanma
  • Uçuş zamanı əyləncə
  • Daha rahat yerlər
  • AZAL-ın bort jurnalları

Onlayn bileti necə aktivləşdirə bilərəm?

Səyahət etməyi planlaşdıranların böyük əksəriyyəti ilk növbədə xərclərini düşünür. Xaricə səyahətə gəlincə, büdcənin əhəmiyyətli bir hissəsini aviabiletin pulu tutur. Və burada sanki “rus ruleti” oyunu

Təyyarənin göyərtəsində əşyanızı unutmusunuzsa nə etməlisiniz?

İtki – xoşagəlməz haldır, çox da dəyərli olmayan bir şeyi itirsək belə həmişə “göz axtarır”. Təəssüf ki, bu hallar səyahət zamanı, səs-küydə, qaçhaqaçda çox tez-tez

Bir neçə sərnişin üçün bron edərkən aviabiletlər niyə baha olur?

Sərnişinlər iki və daha çox nəfər üçün aviabilet bron edərkən maraqlı hadisə ilə qarşılaşa bilərlər. Məsələn, bir səyahətçi üçün axtarırsınızsa, biletin qiyməti 100 dollar, ikisi

Bank kartı üstümdə yoxdur – məni uçuşa buraxmırlar!

Bu gün onlayn texnologiyalar evdən çıxmadan təyyarə bileti almağı asanlaşdırır. Siz onu aviaşirkətin saytında və ya mobil proqramından və ya onlayn bilet satış ofislərindən ala

Təyyarədə uçmaq qorxusundan necə qurtulmaq olar

Dərindən nəfəs alın və ancaq yaxşı şeylər haqqında düşünün! Yəqin ki, təyyarə ilə tez-tez uçanlar həyatında ən azı bir dəfə özünü narahat hiss edən insanla

Uçuş öncəsi necə edək ki, yuxulamayaq? Aeroportda yuxumuzu alaq!

Səyahətçi üçün dünyanı qarış-qarış gəzməzdən öncə şirin bir yuxu əvəzolunmazdır Səyahətçi üçün dünyanı qarış-qarış gəzməzdən öncə şirin bir yuxu əvəzolunmazdır. Bu isə uçuş ərəfəsində bir

Comments are closed, but trackbacks and pingbacks are open.